Məhkəmə qərarları › İş №2(108)-202/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-202/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-202/2025 27.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbi (Açar sözlər: Şifahi podrat müqaviləsi, subpodrat münasibətləri, vicdanlılıq prinsipi və əsassız varlanma) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi ), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Culfa Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2(089)-253/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı

1. İddiaçı vəkili-nümayəndəsi Vəkil vasitəsilə "24" iyul 2025-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən yerinə yetirilməmiş təmir işlərinə görə ona ödənilmiş 1650 (bir min altı yüz əlli) manat və məhkəməyə müraciət etməklə bağlı hüquqi xidmətləri üçün ödənilmiş 300 (üç yüz) manat məhkəmə xərcinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-4).

2. Bundan başqa iddiaçı 08 oktyabr 2025-ci iddia tələbinin artılmasına dair ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət edərək 600 (altı yüz) manat yol xərci, 115,50 (bir yüz on beş manat, əlli qəpik) manat əlavə ziyan və 200 (iki yüz) manat məbləğində mənəvi ziyanın da cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdi (iş vərəqə 62-63).

3. Culfa Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2(089)-253/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1650 (bir min altı yüz əlli) manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat məhkəmə xərci olmaqla, cəmi 1950 (bir min doqquz yüz əlli) manat məbləğində pul və ödənilmiş 39.5 (otuz doqquz manat, əlli qəpik) manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilməsi qət edilmişdir (iş vərəqə 126-131). b) Məhkəmə aktından verilən apellyasiya şikayəti

4. Culfa Rayon Məhkəməsinin (sədrlik edən Mehrab Məmmədov) 29 oktyabr 2025-ci il tarixli, 2(089)-253/2025 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh 21 noyabr 2025ci il tarixdə apellyas iya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2(089)-253/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir (iş vərəqə 138-142). c) Apellyasiya şikayətinin əsaslandırılması

5. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının tələbini birinci instansiya məhkəməsində əsaslandırdığı hallar yanlışdır. İddiaçı ilə aralarında şifahi qaydada podrat müqaviləsi bağlanmışdır. Həmin şərtlərə əsasən o işə başlamamış sifarişçi olaraq ona yəni podratçıya 5000 manat pul verməli idi. Lakin sonradan həmin razılaşdıqları şərtdən yayınmağa başlayıb. İş gördükləri müddətdə iddiaçı ona bütün təkidlərindən sonra hissə-hissə 1500 manat ödəmişdir. Sifarişçi tərəfindən muzdun verilməsinin gecikdirilməsinə baxmayaraq o, 2-3 gün ərzində tapşırığı öz komandası ilə yerinə yetirməyə çalışıb. İşi davam etdirmək üçün Elnarə xanımdan 1000 manat istəyib. Lakin 500 manat verib, və deyib ki, qalanını Samir işi bitirdikdən sonra verərəm. Samir işi bitirdikdən sonra İddiaçı pulu tələb edib. Lakin o, bundan yayınaraq guya ona Samirə verməyi üçün 500 manat verdiyini bildirdi. Daha sonra təkidlə pulun əvəzində Samirə paltaryuyan verməsini bildirdi. Maraqlıdır ki, podratçı özüdür, muzd ödənilməli olan şəxs də odur. İşi icra etməyi özü üzərinə götürüb. İddiaçı şəxsi münasibətlərə görə Samirə paltaryuyan bağışlamasının onların müqaviləsinə heç bir aidiyyəti yoxdur, sifarişçi ilə bununla bağlı aralarında hər hansı razılaşma olmayıb.

6. Notariusa gedib yazılı qaydada podrat müqavi ləsi bağlamağı təklif etdikdə iddiaçı buna razı olmayıb. İddiaçının pulu gecikdirməsi və bu təklifə razı olmamasından sonra aralarındakı razılaşma pozulub. Evdə 2 gün ərzində divar söküntüsü (qiyməti 200 manat), 178 kvadrat metr sahədə malyar işi (1068 manat), 48 metr paduqa (100 manat), ümumi blokun işıqlandırılması (150 manat), 2 gün ərzində materialların daşınmasına nəzarət (günü 75 manatdan olmaqla, 150 manat manat), 8 dəfə işə nəzarət üçün lazım olan avadanlıqların gətirilməsinə çəkdiyi yol xərci və parkinq (100 manat) ümumilikdə 1768 manatlıq iş görmüş və xərc çəkib. Bunları təsdiq edən videogörüntülərin köçürüldüyü xarici yaddaş qurğusunu (flaş kartı) məhkəməyə təqdim edir. Bundan başqa iddiaçının işini görməyi qəbul etdiyi üçün ona təklif edilən işləri qəbul etməmiş, 2 ay 23 gün işsiz qalıb. Bunlar əldən çıxmış fayda kimi qiymətləndirilməlidi. Nəticədə ona da ziyan vurulub. İki uşağı var, həmin dövrdə nə çəkdiyini bircə özü bilir. İndiyə kimi 500 manat yol xərci çəkib.

7. Culfa Rayon Məhkəməsinin qətnaməsində onun guya sadəcə blok hissədə cüzi təmir işləri gördüyü qənaətinə gəlinmişdi. Sual yaranır ki, bir usta öz komandası ilə 23 gün ərzində blokda sadəcə cüzi iş görmüş ola bilərmi? Təmir işləri ilə bağlı fotoşəkillərin təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, cəmi bircə dəfə 20 dəqiqə məhkəmə iclasında iştirak edən iddia tərəfinin tələbi əsaslı qəbul edilmişdir.

8. İddiaçı evində olduqları dönəmdə 1768 manatlıq iş görmüş və xərc çəkib. O, müqavilədən imtina etdiyi təqdirdə podratçıya, yəni özünə vermiş olduğu haqq özündə qalmalı i di.

9. İddiaçı tərəfindən öz tələbi qanunauyğun şəkildə, dəlillərlə əsaslandırılmamışdır. Onun cavabdehə pul atmasını təsdiq edən qəbzlər işin mübahisəsiz halıdır. Amma burada əsas sübuta yetirilməli olan məqam onun həmin pulu alıb sifarişçinin tapşırıqlarını yerinə yetirməməyi idi. Bu hal birinci instansiya məhkəməsində sübuta yetirilmədi.

10. Şikayət edən apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1 və 760.2-ci maddələrinə, prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci və 88-ci maddələrinə istinad etmişdi.

11. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “15” dekabr 2025-ci ildə daxil olmuşdur.

12. Cavabdeh 17 dekabr 2025-ci il tarixdə elektro n kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayətinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməsini və Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin 29 oktyabr 2025 tarixli, 2(089)-253/2025 saylı qətnaməsi əsassız olduğu üçün ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İİ. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

13. İddiaçı 22 dekabr 2025-ci il tarixdə kollegiyaya “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh Namiq tərəfindən verilmiş apellyasiya şikayəti tam əsassızdır, sübutlarla təsdiqlənmir və birinci instansiya məhkəməsinin düzgün və qanuni qərarının ləğvi üçün heç bir hüquqi əsas yaratmır. Cavabdeh öz şikayətində faktları təhrif edir, həqiqətə uyğun olmayan məlumatlar təqdim edir, məhkəməni yanlış istiqamətə yönləndirməyə cəhd göstərir, sübut olunmamış iddialarla qərarın dəyişdirilməsini tələb edir.

14. Cavabdehin “iş gördüm” iddiası əsassızdır. O, apellyasiya şikayətində guya onun evində geniş həcmli işlər gördüyünü iddia edir. Lakin bu iddia tamamilə həqiqətə ziddir. Namiq heç bir real işi tam şəkildə yerinə yetirməmiş, yalnız bir işıq xəttini evdən bloka 4-5 metrə yarımçıq şəkildə çəkmişdir. Bütün əsas işlər faktiki olaraq üçüncü şəxs Samir usta tərəfindən görülmüşdür və ona cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdi. Əksinə cavabdeh Samir ustanin əməyi üzərindən qazanc əldə etmiş və onu iddiaçıdan əlavə pul istəməyə məcbur etmişdir.

15. Xüsusi olaraq vurğulanmalıdır ki, işçilərin xərcləri materialların daşınması, qaldırılması, alınmış malların və digər xidmətlərin dəyəri iddiaçı tərəfindən ayrıca və tam ödənilmişdir, bu ödənişlər cavabdehə verilmiş ümumi və ya əlavə məbləğlərdən müstəqil olmuşdur. Cavabdeh işçilərə bu ödənişlərin tam hissəsini verməmiş, əksinə iddiaçıdan aldığı vəsaitdən özünə qanunsuz gəlir götürmüşdür. O, iddiaçıdan daha çox məbləğ almış, işçilərə isə az məbləğ ödəməklə aradakı fərqdən zənginləşmişdir. Cavabdeh iş yerində əsasən pul almaq məqsədi ilə görünmüş, iş prosesində davamlı və real iştirak etməmişdir, yalnız ödəniş alınması və materialların alınmasına nəzarət anlarında iştirak etmişdir ki, əlavə qazanc əldə etsin.

16. Cavabdeh materialların al ınmasına pul almış və heç bir vaxt qəbz ya faktura təqdim etməmişdi. Bu hallar danışıq yazışmalarında, telefon danışıqlarında və foto-video materiallarda öz əksini tapır və təqdim olunmuş sübutlarla dəstəklənir.

17. Cavabdeh maddi qazanc əldə etmək üçün iddiaçı və işçiləri aldatmışdır. Bütün materialların alınması və onların daşınması üçün çəkilmiş vəsaitlər iddiaçı tərəfindən ödənilmişdir. Bu ödənişlər cavabdehin təqdim etdiyi iddialarla üst-üstə düşmür. Cavabdeh işçilərə ödəniş etməyərək və onlara az verməklə, iddiaçıdan aldığı məbləğin bir hissəsini özünə götürmüşdü. Cavabdeh belə davranışı iş münasibətlərində etik və hüquqi pozuntular təşkil edir; o, işçilərə qarşı borcunu yerinə yetirməyərək onların hüquqlarını pozmuş və əlavə olaraq iddiaçıya qarşı vicdanla uyğun gəlməyən davranış gö stərmişdir. Cavabdehin işləri mənimsəmə və öz xeyrinə istifadə etmə sxemi apellyasiya şikayətinin əsaslarını zəiflədir və onun iddialarının etibarlılığını şübhə altına alır.

18. Cavabdeh təqdim etdiyi cədvəllər və məbləğlər reallıqla üst-üstə düşmür. Onun təqdim etdiyi qiymətlər, xərclər və iş həcmləri sübutsuzdur, şişirdilmişdir, faktiki işlərlə uyğun deyil, birinci instansiya məhkəməsi tərəfindən araşdırılıb və rədd edilib.

19. Məhkəmənin gəldiyi nəticə doğrudur və qanunidir. Blokun iş həcmi, qiymət və şərtlər tərəflər tərəfindən razılaşdırılmayıb, tərəflər arasında yazılı müqavilə mövcud olmayıb, işin faktiki yerinə yetirilməsi sübut olunmayıb (özü çəkdiyi fotolardan görünür ki iş tamamlanmayib, Samirin pulunu vermədiyinə görə). Razılaşdırılmış qiymət və iş həcmi dəqiq və sübutlu şəkild ə müəyyən edilməmişdir. O, yalnız pul alinması zamanı gəlmiş, öz maraqlarını güdmüş və digər vaxtlarda iş prosesində iştirak etməmişdir.

20. İddiaçı yekunda cavabdehin verdiyi apellyasiya şikayəti tam əsassız olduğundan onun təmin edilməməsini və Culfa Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2(089)-253/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdi (iş vərəqə 157-158). İİİ. Apellyasiya şikayətinə baxılmasında iştirak və işdə iştirak edən şəxslərin verdiyi izahatlar.

21. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında bildirmişdi ki, iddiaçının təmir etdirmək istədiyi 15 və 16-cı mərtəbələri əhatə edən mənzil 700 kvadratmetrlik idi. El narə xanım həmin binada 120 kvadratmetrik mənzilin hazır olduğunu, boya və bəzi işlərin qaldığını, mərtəbəyə girişin tez təmir olunmalı olmasını, evi “COP 29” başlayan zaman kirayə vermək istədiyini bildirmişdi. Onunla evin içərisinin bir kvadrat metrinin təmiri üçün 110 manata razılaşmışlar. İddiaçı ilk öncə mərtəbəyə girişin təmir edilməsini xahiş etmiş və bununla razılaşaraq işə başlamışlar. Evin içərisinin təmirinə isə oktyabr ayının sonunda başlamalı idilər. İddiaçı ona işləri aparmaq üçün bir nəfər tapmağı tapşırmışdı. Orada işləmiş Samir özünün başqa yerdə işləyən ustası idi. Özü orada 23 gün işləyib. Mərtəbəyə giriş 178 kvadrat metr idi və özü oranın elektrik xətlərini çəkdikdən sonra Elnarə xanım bəyənmədiyi üçün onları söküb, yenidən başqa cür çəkib və bu formada elektrik xətləri 3 dəfə sökülüb və yenidən çəkilib. Oradan bir yük maşını zibil çıxarılmışdı və özü fəhlələrin başında duraraq onların hamısının daşınmasına rəhbərlik edib. Təmir üçün öz maşını və başqa maşınlar vasitəsilə material gətirib. Oraya 3000 kərpic, 500 kisə qum və 50 kisə sement qaldırtdırıb. Özü bütün işlərini təxirə salaraq orada işin gedişinə nəzarət edib. Rəngsaz işlərinin bir hissəsini özü, bir hissəsini isə Samir edib. Təmirə başlamadan öncə iddiaçı ilə aralarındakı danışığa əsasən o, 5000 manat beh verməli idi, ümumi qazanc isə 70000-80000 manat olacaqdı. Elnarə xanım sentyabr ayında xarici ölkəyə gedəcəyi üçün onlara 200 manat beh göndərmişdi, özü ona material alınması üçün 1000 manat lazım olduğunu demiş, iddiaçı isə 200 manat verdiyini, 800 manat da verəcəyini bildirmişdi. Həmin hadis ənin üzərindən bir həftə keçdikdən sonra iddiaçıdan 1000 manat tələb edib. O isə verəcəyini bildirib. Axşam telefon vasitəsilə onunla danışan zaman o, üzərində pul olmadığını səhəri gün verəcəyini deyib. Səhəri gün evə gələndə mebel ustası ilə Elnarə xanım mübahisə etmiş, mebel ustası mebelin yığılması qarşılığında almalı olduğu 750 manat ödənişi 8 aydır ki, ala bilmədiyini deyirdi. Samir iddiaçının onlara pul verməyəcəyini deyib. Elnarə xanım onlara qardaşı ilə danışdığını, burda onların heç bir iş görmədiklərini və 1000 manat verməyəcəyini bildirdi. Həmin vaxt ona müqavilə bağlamaq istədiyini dedikdə, iddiaçı bununla razılaşmayıb. Daha sonra o qardaşının xəbəri olmaması şərti ilə ona 500 manat verib. Özü Samirə də 500 manat verməli olduğunu dedikdə, o, Samirin 2-3 günlük işi olduğunu, iş bitdikdən sonra ona pul verəcəyini bildirib. Samir işini bitirdikdən sonra ona zəng vurmuş, özü isə Samirə Elnarə xanıma yaxınlaşaraq 500 manatını istəməsini deyib. Samir iddiaçıdan pulunu tələb etdikdə, o ona çatası pulu verdiyini deyib. A

22. Apellyasiya şikayəti verən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, özü evin içərisində iş görməyib. Rəngsaz işlərini Samirlə birlikdə yerinə yetirib. Bütün işini ataraq 23 gün həmin evin təmir edilməsindən ötrü oraya gedib gəlib. İddiaçı müqavilə bağlamaqdan imtina etdikdən sonra özləri işləri dayandırıb. 2008-ci ildən bu işlə məşğuldur. İddiaçı ilə danışan zaman o əlində çox pul olmadığını, təmir başlayandan sonra 5000 ödəniş edəcəyini bildirmişdi. Evin içərisini təmir etməyə başlamadıqları üçün mərtəbənin girişinin təmirinə böyü k məbləğ tələb etməyib. Samir onsuz haqq-hesab edə bilməzdi. mərtəbənin girişində elektrik işlərini yerinə yetirib. Bütün evin təmirini 1 il müddətinə yekunlaşdıracaqdı.

23. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdi.

24. İddiaçı 13 yanvar 2026-cı il tarixdə ərizə ilə kollegiyaya müraciət edərək bildirmişdi ki, 27 yanvar 2026-ci il tarixində təyin olunmuş məhkəmə baxışında iştirak edə bilməyəcək. Səfərin həm məsafə, həm də maddi baxımdan onun üçün əlavə yük yaratdığını nəzərə çatdırmaq istəyir. Naxçıvana hər dəfə səfər etmək, qalmaq və geri dönüş xərcləri onun tələb etdiyi məbləği xeyli üst ələyir. Bu səbəbdən, bu səfərin onun üçün real və məqsədəuyğun olmadığı qənaətindədir. Bundan əlavə, özü hazırda iki yerdə işləyir və işdəki təcili öhdəlikləri ucbatından məhkəməyə gəlməyi mümkün deyil. Təəssüf ki,işdən icazə almaq onun üçün həm çətindir, həm də maddi itkilərə səbəb olur. Bu səbəbdən səmimi qəlbdən üzr istəyir və bununla bağlı anlayış göstərməyi xahiş edir. Eyni zamanda, xahiş edir ki, işə ədalətli və humanist yanaşılsın və məhkəmə baxışı onun iştirakı olmadan keçirilsin (iş vərəqə 175-176).

25. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İV. İşin halları:

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4- cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: 27. -01 sentyabr 2024-cü il tarixli ödəniş qəbzindən, 4189 80******9924 nömrəli kart hesabından 4169 73******8017 nömrəli kart hesabına 200 (iki yüz) manat məbləğində pul köçürülməsi (iş vərəqə 05); 28. -15 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən, 4189 80******1334 nömrəli kart hesabından 4169 73******8017 nömrəli kart hesabına 950 (doqquz yüz əlli) manat məbləğində pul köçürülməsi (iş vərəqə 06); 29. -16 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən, 4189 80******1334 nömrəli kart hesabından 4169 73******8017 nömrəli kart hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməsi (iş vərəqə 07); 30. -23 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən, 4 189 80******1334 nömrəli kart hesabından 4169 73******8017 nömrəli kart hesabına 500 (beş yüz) manat məbləğində pul köçürülməsi (iş vərəqə 08); 31. -Plastik kartın fotoşəkilinin surətindən, 4169 73******8017 nömrəli kart hesabının Cavabdeh məxsus olması aydın olur (iş vərəqə 09-11).

32. Bundan başqa tərəflərin birinci instansiya məhkəməsində verdiyi izahatlardan İddiaçı ilə Cavabdeh arasında ünvan 1 ünvanında olan iddiaçıya məxsus olan mənzilin cavabdeh tərəfindən təmiri üçün bir kvadrat metrinin 110 manat məbləğində razılaşmaları, yuxarıda qeyd edilən pul köçürmələrinin İddiaçı Cavabdeh hesabına köçürülməsi, iddiaçının cavabdehə bu köçürmələrdən əlavə 500 (beş yüz) manat məbləğində pulu nağd şəkildə verməsi, təmir edilməli mənzilin blok və ya pilləkən boşluğu (padyez) hissəsinin təmir i şlərini cavabdehin qohumu olan X2 icra etməsi, gördüyü işlərin müqabilində iddiaçının Samir Rzayeva paltaryuyan verməsi müəyyən edilir. V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsas landırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımın dan şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosess ual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Culfa Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2(089)-253/2025 nömrəli qətnaməsini Cavabdeh mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının cavabdeh tərəfdən mübahisələndirilən hissəsi təşkil edir.

36. Cavabdeh verdiyi apellyasiya şikayətindən aydın olur ki, o, sözügedən qətnaməni tam mübahisələndirir.

37. Cavabdehin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə m ülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. Vİ. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 38. - 14.2 və 14.2.1-ci maddələrin mahiyyətinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 39. 324.1-324.4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uy ğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 40. -329.2 və 329.3-cü maddələrinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur; 41. -386.1-ci maddəsindən aydın olur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 42. - 389.1-ci maddəsinə əsasən mülk i hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 43. - 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; 44. - 425.1-ci maddəsindən görünür ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 45. -752.1-ci maddəsinin tələbinə görə podrat müqaviləsin ə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 46. - 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 47. - 759.1-ci maddəsində qeyd edilir ki, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; 48. - 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; 49. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 50. - 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 51. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şə xsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; 52. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 53. -9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 54. - 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; 55. -76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir; 56. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 57. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 58. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 59. - 106.1 və 106.3-cü maddələrinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə iz ahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 60. - 392.2-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qə tnamənin dəyişdirildiyini göstərməyə borcludur. Vİİ. Apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və onun həllinə dair mövqeyi apellyasiya şikayətini

61. Kollegiya qeyd edir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin mahiyyəti məhkəmənin həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutların hüquqi qiymətləndirilməsinin həyata keçirilməsindən ibarətdir.

62. Mülki iş materiallarından müəyyən edilir ki, hazırkı iş üzrə mübahisənin əsasını tərəflər arasında yazılı podrat müqaviləsi olmadan icra edilməli olan təmir işləri üçün ödənilmiş vəsaitin qaytarılması və cavabdeh tərəfindən həmin vəsait müqabilində işin faktiki icra edilib-edilməməsi halları təşkil edir.

63. Kollegiya apellyasiya şikayətinin dəlillərini, işdə olan vatsap yazışmalarını, bank köçürmələrini və tərəflərin izahatlarını araşdıraraq həmçinin müəyyən edir ki: 64. - tərəflər arasında ünvan 1 ünvanında yerləşən mənzilin təmiri ilə bağlı şifahi razılaşmanın olması və bu razılaşmaya əsasən təmir işlərinin 1 kvadrat metrinin 110 (bir yüz on) manat məbləğində müəyyən edilməsi; 65. - iddiaçı tərəfindən cavabdehin kart hesabına müxtəlif tarixlərdə ümumilikdə 1830 (bir min səkkiz yüz otuz) manat köçürülməsi və əlavə olaraq 500 (beş yüz) manat nəğd pul verilməsi; 66. - mənzilin tam təmiri (malyar, santexnik, elektrik və s.) nəzərdə tutulsa da, işin faktiki gedişatından, mənzildə razılaşdırılmış həcmdə əsaslı təmir işlərinin başa çatdırılmaması, tərəflər arasında münasibətlərin ilkin mərhələdə pozulması; 67. - mənzilin giriş (blok/podyezd) hissəsindəki təmir işlərinin cavabdehin qohumu Samir R zayev tərəfindən icra edilməsi və bu işlərin müqabilində iddiaçının ona pul əvəzinə paltaryuyan maşını verməsi; 68. - tərəflər arasında münasibətlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə zidd olmayaraq şifahi formada qurulması və sonradan yazılı müqavilənin imzalanmaması işin mübahisəsiz hallarıdır.

69. Kollegiya bunları qeyd etməkdə hesab edir ki, bu mübahisəsiz hallar işin hüquqi həlli üçün zəruri olan ilkin bazanı formalaşdırır və sonrakı hüquqi təhlil məhz bu faktlar üzərində qurulmalıdır.

70. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsindən görünür ki, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xar akteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 71. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütün lüklə tərəflərin üzərinə düşür.

72. Hazırkı işdə iddiaçı tərəfindən cavabdehə pul vəsaitlərinin ödənilməsi faktı bank köçürmələri və tərəflərin etirafı ilə tam sübuta yetirilmişdir. Bu halda, həmin vəsaitlərin görülmüş işin əvəzi olması və ya işin faktiki icra edilməsi barədə sübutetmə yükü Cavabdeh üzərinə düşür.

73. Cavabdeh apellyasiya şikayətində mənzildə 1768 (bir min yeddi yüz altmış səkkiz) manatlıq iş gördüyünü (divar söküntüsü, malyar, paduqa və s.) iddia etsə də, bu işlərin həcmini və keyfiyyətini təsdiq edən, qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmuş icra aktı, işin təhvil-təslim sənədi və ya tərəflərin qarşılıqlı imzaladığı hər hansı hesabat sənədi məhkəməyə təqdim edilməmişdir.

74. Cavabdeh iddia edir ki, iddiaçının Samir Rzayevə paltaryuyan maşını verməsinin onl arın arasındakı podrat müqaviləsinə aidiyyəti yoxdur. Lakin iş materiallarından görünür ki, iddiaçı ödənişləri məhz Cavabdeh, yəni işin təşkilatçısı və əsas podratçı qismində çıxış edən şəxsə etmişdir.

75. Azərbaycan Respublikası Mülki Məcəllənin 755-ci maddəsinə görə, podratçı işə başqa şəxsləri - subpodratçıları cəlb edə bilər. Lakin bu halda subpodratçının əməyinin ödənilməsi və işin gedişatı üçün sifarişçi qarşısında birbaşa baş podratçı məsuliyyət daşıyır. İddiaçının Samir Rzayevə (cavabdehin qohumu və işçisi) əlavə əmlak (paltaryuyan) verməsi faktı tərəflər arasında hesablaşmanın tam aparılmadığını və cavabdehin öz işçisi qarşısındakı öhdəliklərini lazımi qaydada icra etmədiyini dolayısı ilə təsdiq edir.

76. Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək i stənilən vaxt müqavilədən imtina edə bilər. Bu halda o, yalnız yerinə yetirilmiş işin haqqını verməlidir.

77. İşin halları göstərir ki, cavabdeh tərəfindən "yerinə yetirilmiş iş" kimi təqdim olunan nəticə sifarişçinin (iddiaçının) maraqlarına cavab verməmiş, işlər yarımçıq qalmış və tərəflər arasında etibar (xüsusi ilə cavabdehin Samir Rzayevin gördüyü işin haqqını ödəməməsindən sonra) itmişdir. Belə olan halda, cavabdehin 2 ay 23 gün işsiz qalması ilə bağlı "əldən çıxmış fayda" tələbi hüquqi əsassızdır, çünki müqavilənin icra edilməməsində onun özünün də vicdanlılıq prinsiplərinə tam riayət etmədiyi müəyyən olunur.

78. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənsinin 106.3-cü maddəsinin mahiyyətinə əsasən, tərəfin digər tərəfin öz tələb və ya etirazlarının əsası kimi istinad etdiyi faktları etiraf etməsi, qarşı tərəfi həmin faktları gələcəkdə sübut etmək vəzifəsindən azad edir.

79. Birinci instansiya məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli məhkəmə iclasının audio-video yazısından aydın olur ki, hər iki tərəfin iştirakı ilə aparılan araşdırma zamanı Cavabdeh tərəfindən işin mahiyyəti üzrə həlledici etiraflar edilmişdir.

80. Belə ki, iddiaçı tərəfindən ümumilikdə Cavabdeh verilmiş 2330 (iki min üz yüz otuz) manat pul vəsaitinin 650 (altı yüz əlli) manat hissəsi materialların alınmasına və fəhlə xərclərinə sərf edilmişdir. Cavabdeh məhkəmənin ona verdiyi sübut suallarına cavab verərkən açıq şəkildə etiraf etmişdir ki, mənzilin daxilində faktiki olaraq heç bir təmir işi görülməmişdir. Blok (pilləkən qəfəsi-padyez) hissəsində icra olunan təmir işlərinə gəldikdə isə, c avabdeh həmin işlərin də onun tərəfindən deyil, subpodratçı Samir Rzayev tərəfindən görüldüyünü təsdiq etmişdir. Cavabdeh özünün şəxsi əmək sərfi kimi mənzilə yalnız işıq xəttinin çəkilməsini göstərmiş, iddiaçı isə bu işin qarşılığı kimi 30 (otuz) manat məbləğində xərcin ödənilmiş vəsaitdən çıxılmasına razılığını bildirmişdir.

81. Mülki Məcəllənin 752.1-ci maddəsinə görə, podrat müqaviləsi üzrə muzd yalnız nəzərdə tutulan işin icrası müqabilində ödənilir. Cavabdeh özü mənzilin daxilində iş görmədiyini etiraf etdiyi halda, iddiaçıdan aldığı vəsaitin (material və fəhlə xərcləri çıxılmaqla) onun mülkiyyətində qalması üçün heç bir hüquqi əsas mövcud deyil.

82. Cavabdehin apellyasiya şikayətində göstərdiyi "1768 (bir min yeddi yüz altmış səkkiz) manatlıq iş görmüşəm" iddiası məhkəmə iclasında v erdiyi şifahi izahat və etiraflarla tam ziddiyyət təşkil edir.

83. Beləliklə, kollegiya müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehə mənzilin təmiri üçün verilmiş vəsaitlərin (1650 manat) əsas hissəsi üzrə qarşılıqlı icra (təmir işi) baş verməmişdir. Cavabdehin subpodratçı Samir Rzayevin gördüyü işləri öz adına çıxmaq cəhdi və mənzildə görülməyən işlərə görə muzd tələbi vicdanlılıq prinsiplərinə ziddir.

84. Kollegiya yuxarıda qeyd olunanlara əsaslanmaqla belə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, tərəflərin izahatlarını və audio-video qeydlərdəki etirafları qanuna müvafiq qiymətləndirmişdir. Cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər məhkəmə baxışı zamanı təkzib olunduğu üçün qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar m övcud deyil.

85. Lakin kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, iş materiallarından İddiaçı 08 oktyabr 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə (yol xərci, mənəvi ziyan və uçot dərəcəsi üzrə əlavə ziyan tələbi) təqdim etməsi görünür. Lakin birinci instansiya məhkəməsi qətnamə çıxararkən bu ərizəyə hər hansı hüquqi münasibət bildirməmiş, yalnız ilkin iddia tələbi üzrə qətnamə qəbul etmişdir.

86. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcmini artırmağa haqlıdır. Məhkəmə baxışı gedişində buna yalnız o halda yol verilir ki, artırılma üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya hazırlıq mərhələsində təqdim edilməməsi o byektiv səbəblərlə əsaslandırılsın.

87. Kollegiya müəyyən edir ki, iddiaçı tərəfindən iddia tələbinin artırılması barədə ərizə Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinin tələbləri pozulmaqla, yəni hazırlıq icraatı bitdikdən sonra və obyektiv zərurət əsaslandırılmadan təqdim edilmişdir. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin bu tələblərə baxmamasını apellyasiya qaydasında mübahisələndirmədiyi üçün, kollegiya apellyasiya baxışının hədləri daxilində (MPM 372ci maddə) yalnız birinci instansiya məhkəməsinin faktiki baxdığı və təmin etdiyi ilkin tələb hissəsində qətnamənin qanuniliyini yoxlamışdı.

88. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən həmin əlavə tələblərin qətnamədə əks olunmaması mahiyyət etibarilə qətnamənin ləğvi üçün əsas deyil, çünki həmin tələblər prosessual qaydada icraata qəbul edilmək üçün qanunvericiliyin tələblərinə cavab verməmişdir.

89. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək kollegiya belə nəticəyə gəlir ki, iddiaçının tələbinin əsaslı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdi. Bu səbəbdən də kollegiya Cavabdeh Culfa Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2(089)-253/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini əsassız hesab edir.

90. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə y alnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

91. Məhkəmə xərcləri ilə bağlı kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

92. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

93. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 94. - Culfa Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2(089)-253/2025 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməməli; 95. - Culfa Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2(089)-253/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı; 96. - məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 20.6 (iyirmi manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.

97. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində idd ianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

98. Baxılan mübahisə üzrə ümumi iddianın, həmçinin eyni zamanda qətnamənin mübahisələndirilən hissəsi üzrə iddianın qiyməti beş min manatdan az olduğundan bu məhkəmə aktından kassasiya şikayəti verilməsinə yol verilmir. Vİİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Pr osessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qətetdi: Culfa Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2(089)-253/2025 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, 2(089)-253/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 20.6 (iyirmi manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamənin mübahisələndirilən hissəsi üzrə iddianın qiyməti beş min manatdan az olduğundan ondan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar