Məhkəmə qərarları › İş №2(108)-203/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-203/2025

12.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-203/2025 12.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 2(078)-499/2025 nömrəli qərardadından cavabdeh X6 vəkil və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət (Açar sözlər: qərardaddan şikayət) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 2(078)-499/2025 nömrəli qərardadından cavabdeh X6 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilən şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət

1. İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək X1 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakda İddiaçı payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2(078)-499/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, mərhum X1 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı tam hissədə payının müəyyə n edilməsi, iddia təmin edildiyindən İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Naxçıvan Şəhər Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2(078)-499/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2(078)-499/2025 nömrəli qətnaməsinin əsaslandırma və nəticə hissəsində qeyd edilmiş “X2” əvəzinə “X5” göstərilməklə buraxılmış yanlışlığın düzəldilməsi qərara alınmışdır.

4. İş üzrə cavabdeh X6 vəkil və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-499/2025 nömrəl i, 20 avqust 2025-ci il tarixli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunan apellyasiya şikayəti 26 noyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur.

5. Naxçıvan Şəhər Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 2(078)-499/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2(078)-499/2025 nömrəli qətnaməsinin surəti 08 sentyabr 2025-ci il tarixdə cavabdeh X8 göndərilmiş, ona çatdırılması mümkün olmadığından həmin qətnamən in surəti 30 sentyabr 2025-ci il tarixdə onun qeydiyyatda olduğu yer üzrə Naxçıvan şəhər 5 saylı Mənzil İstismar İdarəsinə göndərilmiş və 01 oktyabr 2025-ci il tarixdə təhvil alınmışdır. Həmçinin cavabdeh X11 22 oktyabr 2025-ci il tarixdə məhkəmə iclas katibi X9 zəng edərək, Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2(078)-499/2025 nömrəli qətnaməsinin ona çatdırılmadığını bildirib qeyd olunan qətnamənin Elektron ünvan adlı elektron poçt ünvanına göndərilməsini xahiş etmiş, qeyd olunan qətnamənin surəti 23 oktyabr 2025-ci il tarixdə Elektron ünvan adlı elektron poçt ünvanına göndərilmişdir. Lakin cavabdeh X6 vəkil və nümayəndəsi tərəfindən qeyd edilən qətnamədən verilmiş apellyasiya şikayəti 26 noyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur.

7. İş üzr ə cavabdeh X11 tərəfindən həmin qətnamə rəsmi qaydada ona təqdim edildiyi vaxtdan 1 ay müddət keçdikdən sonra apellyasiya şikayəti verilmiş, nəticədə qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılaraq şikayət verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh X11 tərəfindən qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılaraq şikayət verildiyinə görə apellyasiya şikayəti geri qaytarılmalıdır.

8. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.3, 133.3, 267, 357.1, 360-cı maddələrinə istinad etmişdir. İİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri a) Şikayətinin dəlilləri

9. Qərardaddan narazı qalan cavabdeh X6 vəki li və nümayəndəsi Nümayəndə 15 dekabr 2025-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-499/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh X6 vəkil və nümayəndəsi Nümayəndə şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hakim “X6 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılaraq” yazsa da, qətnamənin cavabdehə çatdırıldığı tarix barədə heç nə yazmamışdır. Məhkəmə unutmuşdur ki, uzun müddət nəinki cavabdehi, hətta iddiaçını da axtarmışdır. Həmçinin tərəflərindən məhkəməyə məlumat verilərək qətnamənin 27 oktyabr 2025-ci il tarixdə cavabdehə çatdırıldığı barədə məlumat verilmişdir. Lakin məhkəmə qətnamənin tərəfə çatması t arixini belə göstərmədən əsassız olaraq müddətin keçməsini yazmışdır. Halbuki qətnamənin tərəfə xx.xx.2025 tarixdə çatmasını və apellyasiya şikayətinin 26 noyabrda yüklənməsi nəzərə alınsa müddət ötürülməmişdir.

11. Naxçıvan Şəhər Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 2(078)-499/2025 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək, şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. İİİ. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

15. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qayda da verilməsi məhkəmədə də həyata keçirilə bilər.

16. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

17. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135. 8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

18. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

19. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

22. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

23. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) b) «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi

24. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə qərarı

25. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsi kimi təsbit olunuşdur. İş materiallarından və şikayətin məzmunundan belə məlum olur ki, iş üzrə cavabdeh X3 rəsmi olaraq Şərur rayonu Maxta kəndində qeydiyyatda olsa da, 2000-ci ildən Abşeron rayonu, Qobu qəsə bəsində yaşayır. İ.H.Allahverdiyev 23 ildir ki, rəsmi qeydiyyatda olduğu ünvanda yaşamasa da, qeydiyyat orqanlarına faktiki yaşadığı yer barədə heç bir məlumat verməmiş, bu cür məlumatın verilməməsi isə məhkəmə sənədlərinin şəxsən ona çatdırılmasına maneə yaratmışdır. Halbuki, yuxarıda qeyd olunan Qanunun tələbi və Konstitusiya Məhkəməsinin mövqeyi baxımından da göründüyü kimi, daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın hüququ ilə yanaşı, həm də onun vəzifəsi kimi təsbit olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11-ci fəslində rəsmi qaydada verilən məhkəmə sənədlərinin dairəsi və onların rəsmi çatdırılması qaydaları müəyyən olunmuşdur. Mülki işin yuxarıda qeyd olunan hallarından da göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11-ci fəslinin tələblərinə tam əməl olunmaqla, məhkəmə sənədlərinin rəsmi qaydada çatdırılması üçün qanunvericiliklə müəyyən olunmuş bütün tədbirlər görülmüşdür. İV. Məhkəmə kollegiyasının mövqeyi

26. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi 20 avqust 2025-ci il tarixdə çıxarılmış (bax İİ cild, səh 06-15), sözügedən qətnamənin surəti 08 sentyabr 2025-ci il tarixdə cavabdeh X8 göndərilmiş (bax İİ cild, səh 18), ona çatdırılması mümkün olmadığ ından həmin qətnamənin surəti 30 sentyabr 2025-ci il tarixdə onun qeydiyyatda olduğu yer üzrə Naxçıvan şəhər 5 saylı Mənzil İstismar İdarəsinə göndərilmiş (bax İİ cild, səh 31) və 01 oktyabr 2025-ci il tarixdə 5 saylı Mənzil İstismar İdarəsi tərəfindən təhvil alınmışdır (bax İİ cild, səh 33).

28. Həmçinin iş materiallarına nəzər salan zaman o da aydın olur ki, cavabdeh X11 22 oktyabr 2025-ci il tarixdə məhkəmə iclas katibi X9 zəng edərək, Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2(078)-499/2025 nömrəli qətnaməsinin ona çatdırılmadığını bildirib qeyd olunan qətnamənin Elektron ünvan adlı elektron poçt ünvanına göndərilməsini xahiş etmiş (bax İİ cild, səh 71), qeyd olunan qətnamənin surəti 23 oktyabr 2025-ci il tarixdə Elektron ünvan adlı elektron poçt ünvanına göndərilmişdi r (bax İİ cild, səh 72).

29. Beləliklə yuxarıda göstərilənlərdən aydın olur ki, qətnamə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə təqdim edilmiş, lakin cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş bir aylıq müddət ötürüldükdən sonra verilmişdir. Bununla əlaqədar olaraq cavabdeh buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş, şikayətinin dəlillərində müddəti buraxmadığını göstərmişdir.

30. Kollegiya qeyd edir ki, qətnamənin surətinin 08 sentyabr 2025-ci ildə cavabdehə göndərilməsi, lakin cavabdehə çatdırılmaması ilə bağlı məlumatlara əsasən qətnamənin 30 sentyabr 2025-ci il tarixdə 5 saylı Mənzil İstismar İdarəsinə göndərilməsi və 01 oktyabr 2025-ci il tarixdə təhvil alınması iş materialları ilə təsdiqini tapır. Bu da özlüyündə məhkəmənin mülki prosessual qanunvericiliyə uyğun rəsmi sənədin düzgün çatdırılmasını təmin etmək üçün zəruri tədbirlər gördüyünü və qeyd olunan tarixdə qətnamənin rəsmi çatdırıldığını göstərir

31. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi adlanan 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5.-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3- cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

32. Bundan başqa kollegiya qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxsl ər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə qərarına əsasən daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzi fəsi kimi təsbit olunuşdur. İş materiallarından və “Elektron məhkəmə” informasiya siteminin məlumatlarından belə məlum olur ki, iş üzrə cavabdeh X11 rəsmi olaraq ünvan 2 ünvanında qeydiyyatda olsa da, qeydiyyat orqanlarına faktiki yaşadığı yer barədə heç bir məlumat verməmiş, bu cür məlumatın verilməməsi isə məhkəmə sənədlərinin şəxsən ona çatdırılmasına maneə yaratmışdır. Halbuki, yuxarıda qeyd olunan Qanunun tələbi və Konstitusiya Məhkəməsinin mövqeyi baxımından da göründüyü kimi, daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın hüququ ilə yanaşı, həm də onun vəzifəsi kimi təsbit olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11-ci fəslində rəsmi qaydada verilən məhkəmə sənədlərinin dairə si və onların rəsmi çatdırılması qaydaları müəyyən olunmuşdur. Mülki işin yuxarıda qeyd olunan hallarından da göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11-ci fəslinin tələblərinə tam əməl olunmaqla, məhkəmə sənədlərinin rəsmi qaydada çatdırılması üçün qanunvericiliklə müəyyən olunmuş bütün tədbirlər görülmüşdür.

34. Beləliklə göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, cavabdeh X8 Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2(078)-499/2025 nömrəli qətnaməsi qanunvericiliklə müəyyən edilmiş rəsmi qaydada çatdırılmışdır.

35. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə” 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan form al addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə, mübahisə üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

36. Kollegiya cavabdehin diqqətinə çatdırır ki, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır.

37. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldi lir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh X6 vəkil və nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2(078)-499/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.

39. Məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Birinci instаnsiyа məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəldiyindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 05 dekabr 2025 -ci il tarixli, 2(078)-499/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 2(078)-499/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar