Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-204/2024 13.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrlik edən və məruzəçi), Abbasov Fərman Məmməd oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, ididiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və tərcüməçi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(078)-731/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsilə Cavabdeh qarşı 16 aprel 2024-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 19200 (on do qquz min iki yüz) manat borc məbləğinin, vəkil xərcinə görə 500 (beş yüz) manat müqavilə haqqının, 20 (iyirmi) manat marka pulunun və 149 (bir yüz qırx doqquz) manat dövlət rüsumunun, ümumilikdə 19869 (on doqquz min səkkiz yüz altmış doqquz) manat pulun cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (hakim Gülnar Səfərəliyeva) 04 sentyabr 2024-cü il tarixli, 2(078)-731/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 19200 (on doqquz min iki yüz) manat pulun tutularaq İddiaçı qaytarılması, Cavabdeh vəkil xərcinə görə 500 (beş yüz) manat müqavilə haqqının, 20 (iyirmi) manat marka pulunun və 149 (bir yüz qırx doqquz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh 01 noyabr 20 24-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(078)-731/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsini ona görə əsassız hesab edir ki, iddiaçının ondan tələb etdiyi puldan 3200 (üç min iki yüz) manatını onların əvəzinə icarə pulu ödəmişdir. Bunu təsdiq edəcək şahidləri də vardır. Onun işlətdiyi “Badəm” restoranında dəfələrlə ödəniş etmədən yemək yemişlər. Bununla da bağlı qeydləri vardır. Onlar özləri ona şərik olmağı təklif ediblər, 15-20 gündən sonra ona verilən pulu geri qaytarmağın ı tələb ediblər. O isə həmin pulu artıq iş üçün sərf etmişdi və bu barədə onların özlərinin də məlumatı vardı. Onlar şərik olduqları zaman həm götürdükləri xeyir, həm də ziyan üçün şərik olmuşlar. Hazırda isə o ziyana uğramış, iddiaçı isə ondan pul tələb edir. Bir haldaki iddiaçı onunla şərik idi nə üçün o ziyana uğradığı halda ona vurulmuş ziyana şərik olmamalıdır? Həmin ziyanda onun da payı var çünki, məhz iddiaçının xanımının sifarişi ilə müəyyən avadanlıq almışdır. Tərəfindən şahid dəvət edilməsinə baxmayaraq izahatı nəzərə alınmamışdır. Məhkəmə yalnız iddiaçının fikrinə əsaslanmış çəkişmə prinsipini pozmuşdur. Ona vurulmuş ziyan məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Apellyator apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1 və 21-ci maddələrinə, AR Mülki Pr osessual Məcəlləsinin 9-cu maddəsinə istinad edərək sonda Naxçıvan Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(078)731/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya baxışı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(078)-731/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı apellyasiya baxışı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(078)-731/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti i lə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(078)-731/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birin ci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki halda iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət olunduğundan və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə tam həcmdə mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Kollegiya apellyatorun şikayətdə qeyd etdiyi tərəfindən şahid dəvət edilməsinə baxmayaraq izahatının nəzərə alınmaması, məhkəmənin yalnız i ddiaçının fikrinə əsaslanması, çəkişmə prinsipini pozması, ona vurulmuş ziyanın məhkəmə tərəfindən qiymətləndirilməməsi dəlillərini əsassız sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə nəzər yetirdikdə görünür ki, cavabdeh tərəfindən məhkəməyə dəvət edilmiş şahidin ifadəsi qətnamədə öz əksini tapmış və sübut qismində nəzərə alınmışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin izahatları, şahidlərin ifadələri, habelə işdə olan sübutlar, işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılaraq düzgün nəticəyə gəlinmişdir. Kollegiya həmçinin, apellyasiya şikayətində qeyd olunan iddiaçının tələb etdiyi puldan 3200 (üç min iki yüz) manatını onların əvəzinə icarə pulunu ödəməsi, bunu təsdiq edəcək şahidlərinin də olması, onun işlətdiyi “Badəm ” restoranında dəfələrlə ödəniş etmədən yemək yemələri, bununlada bağlı qeydlərinin olması, onların özlərinin ona şərik olmağı təklif etmələri, 15-20 gündən sonra ona verilən pulu geri qaytarmağını tələb etmələri, onun isə həmin pulu artıq iş üçün sərf etməsi və bu barədə onların özlərinin də məlumatının olması, onlar şərik olduqları zaman həm götürdükləri xeyir, həm də ziyan üçün şərik olmaları, hazırda isə onun ziyana uğraması, iddiaçının isə ondan pul tələb etməsi, həmin ziyanda onun da payının olması çünki, məhz iddiaçının xanımının sifarişi ilə müəyyən avadanlıq alması dəlillərinə münasibətdə bildirir ki, cavabdeh tərəfindən qeyd olunan halları təsdiq edən sübut nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmiş, həmçinin cavabdehin bunu nla bağlı qarşılıqlı iddiası olmamışdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki iddia tələbinə müqavilə münasibətlərini deyil, müqavilədənkənar münasibətlər-əsassız varlanma öhdəliklərini tətbiq edərək düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yazılı ortaqlıq müqaviləsi, birgə icarə müqaviləsi mövcud olmamışdır. Bu halda isə əsassız varlanma münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən, əsassız v arlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanm aqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(078)-731/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(078)-731/2024 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiy a instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(078)-731/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(078)-731/2024 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına
Məhkəmə qərarları › İş №2(108)-204/2024
Ali Məhkəmə Qətnamə — İş №2(108)-204/2024
13.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver