Məhkəmə qərarları › İş №2(108)-210/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-210/2024

24.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-210/2024 24.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən məcburi çıxarma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(078)-960/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında 0.0463 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139.96 kv.m olan fərdi yaşayış evindən məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(078)-960/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qaydada çıxarılması, iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumunun iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnam əsi ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-960/2024 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. 24 dekabr 2024-cü il tarixdə apellyasiya şikayətinə baxılarkən tərəflər razılığa gəldiklərini bildirərək barışıq sazişini kollegiyaya təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdirlər. Kollegiyaya təqdim olunmuş tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən məcburi çıxarma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(078)-960/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar biz aşağıda imza edənlər: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşılıqlı razılığa gələrək aşağıdakı qaydada barışıq sazişi bağlayırıq: -Mən iş üzrə İddiaçı cavabdehlər və cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irə li sürməyən üçüncü şəxs X3 mənim adıma qeydiyyatda olan ünvan 1 ünvanında 0.0463 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139.96 kv.m olan fərdi yaşayış evimdən 01 fevral 2025-ci il tarixədək çıxmaq və evi təhvil vermələri qarşılığında mənim tərəfimdən 42 (qırx iki) ay ərzində hər ay 400 (dörd yüz) manat, sonuncu ay isə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 17000 (on yeddi min) manat pulu cavabdehlərə ödəməyim şərti ilə razılaşıram və bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır; -Biz iş üzrə cavabdehlər və cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 İddiaçı adına qeydiyyatda olan ünvan 1 ünvanında 0.0463 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139.96 kv.m olan fərdi yaşayış evindən 01 fevral 2025-ci il tarixədək çıxmağımız və evi həmin tarixədək təhvil verməyimiz müqabilində İddiaçı tərəfindən bizə 42 (qırx iki) ay ərzində hər ay 400 (dörd yüz) manat, sonuncu ay isə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 17000 (on yeddi min) manat pulun bizə ödənilməsi şərti ilə razılaşırıq. Eyni zamanda qeyd edirik ki, razılaşdırılmış məbləğin iddiaçı tərəfindən bizə vaxtından əvvəl ödənilməsinə heç bir etirazımız yoxdur. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirik. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr bizə aydındır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəf lər arasında yuxarıda qeyd olunan məzmunda bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmə dikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Kollegiya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar fikrini dinləyərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə sazişin təsdiq olunmaması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci və 191.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil, ona görə də tərəflər arasında 24 dekabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə ic raata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsi ilə müəyyən edilir ki, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, iddia tələbinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 384.0.5, 400, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı cavabdehlər və cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 onun adına qeydiyyatda olan ünvan 1 ünvanında 0.0463 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139.96 kv.m olan fərdi yaşayış evindən 01 fevral 2025-ci il tarixədək çıxmaq və onların evi təhvil vermələri qarşılığında iddiaçı tərəfindən 42 (qırx iki) ay ərzində hər ay 400 (dörd yüz) manat, sonuncu ay isə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 17000 (on yeddi min) manat pulu cavabdehlərə ödəmək şərti ilə razılaşır.

2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 İddiaçı adına qeydiyyatda olan ünvan 1 ünvanında 0.0463 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139.96 kv.m olan fərdi yaşayış evindən 01 fevral 2 025-ci il tarixədək çıxmağı və evi həmin tarixədək təhvil vermək müqabilində İddiaçı tərəfindən onlara 42 (qırx iki) ay ərzində hər ay 400 (dörd yüz) manat, sonuncu ay isə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 17000 (on yeddi min) manat pulun onlara ödənilməsi şərti ilə razılaşırıq. Razılaşdırılmış məbləğin iddiaçı tərəfindən onlara vaxtından əvvəl ödənilməsinə heç bir etirazı olmayacaq. Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(078)-960/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu iş üzrə İddiaçı aid edilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edi r. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar