Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-214/2021 27.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “Fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və fərdi yaşayış evinin tamamilə boşaldılması tələbinə dair” mülki iş üzrə Cavabdeh1 verdiyi qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Şərur Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(110)-760/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nüm ayəndəsi Nümayəndə 27 sentyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,84 kv.m olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qeyd edilən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh1 03.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsində Naxçıvan MR İnzibati-İqtisad Məhkəməsinin 2-2(087)-03/2014 saylı qətnam əsinin ləğv edilməsi, X1 Kapital Bankla iş birliyi, kreditin verilməsi üzrə tələb olunan sənədlərin yoxlanılması, Maliyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi qaydaların araşdırılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-760/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmiş və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardadla razılaşmayan iş üzrə Cavabdeh1 29 noyabr 2021-ci il tarixdə şikayət ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək iddiaçının ilkin iddiasının rədd edilməsi, 03 noyabr 2021-ci il tarixli, 2(110)-760/2021 nömrəli qərardadın ləğv edilməsi, Cavabdeh1 bu iş üzrə qarşılıqlı iddiasının icraata qəbul edilməsini xahiş etmişdir. Həmin şikayətə Şərur Rayon Məhkəməsi tərəf indən 01 dekabr 2021-ci il tarixdə baxılmış və verilmiş şikayət əsaslı hesab edilmədiyindən şikayət iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Cavabdeh1 şikayət ərizəsində qeyd etmişdir ki, Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyriyaşayış, 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 paylı mülkiyyətindədir. İddiaçı ASC Şərur Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “Fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və fərdi yaşayış evinin tamamilə boşaldılması tələbinə dair” mülki iş üzrə xahiş edirlər. 03 noyabr 2021-ci il tarixli ilk məhkəmə baxış iclasında cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək iddiaçının ilkin iddiasının rədd edilməsini və mübahisəli predmet olan mülkünün saxlanılmasını xahiş edir. 03 noyabr 2021-ci il tarixdə Şərur Rayon Məhkəməsi qarşılıqlı iddia ərizəsini icraata qəbul etməmişdir. Məhkəmə hesab edir ki, nöqsanlar olduğundan ərizə icraata qəbul olunmur və geri qaytarılır. Qarşılıqlı iddianın verilməsinin iki hüquqi rejimi mövcuddur. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır (MPM 155.1). Cavabdeh1 qeyd etmişdir ki, ona yönəlik bu haqsızlığın əsl səbəbkarı X2 olmuş, o, bankla işbirliyi quraraq təcrübəsizliyindən sui-istifadə edərək dələduzluq etmişdir. Belə ki, ehtiyac, keçimsizl ik və savadsızlıq ucbatından Xudaverdinin yalan vədlərinə inanaraq mətni ona aydın olmayan etibarnamə vermiş, sonrakı proseslərdən tam məlumatsızdır, çünki yaşam durumu ağır olduğundan 2011-ci ilin əvvəllərində ailəliklə Bakı şəhərinə köçmüş, fəhləlik edərək müxtəlif ünvanlarda kirayələrdə məskunlaşaraq ailəsinin zəruri ehtiyaclarını qarşılamaqdadır. Bu illər ərzində Xudaverdinin bilgilərinə görə problemlərin olmadığını və yaxın zamanda ailə üzvlərinin işlə təmin olunacağını bildirmişdir. Son zamanlar bəlli olmuşdur ki, rayondakı ünvanına aidiyyatı qurumlar tərəfindən göndərilən məktublar Xudaverdiyə verilmişdir. Məhz bu səbəbdən proseslərdə iştirakı bu yolla əngəllənmişdir. Cavabdeh1 sonda iddiaçının ilkin iddiasının rədd edilməsi, 03 noyabr 2021-ci il tarixli, 2(110)-760/2021 nömrəli qər ardadın ləğv edilməsi, bu iş üzrə qarşılıqlı iddiasının icraata qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla Cavabdeh1 verdiyi şikayətlə bağlı izahatının Naxçıvan Muxtar Respublikası Ali Məhkəməs inin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, cavabdeh tərəfindən kollegiyaya şikayətinə dair izahat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(110)-760/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 155.1-ci maddəsinin tələbinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.3-cü maddəsinin tələbinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 156.1.1-156.1.3-cü maddələrinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmi n edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Yuxarıda da qeyd olunduğu kimi qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Bu isə o deməkdir ki, Mülki Prosessual Məcəllənin 12-ci fəslinin, xüsusilə də bu fəslə daxil olan 149-153-cü maddələrinin tələbləri qarşılıqlı iddia ərizəsinə münasibətdə də qüvvədədir. Qarşılıqlı iddianın məhkəmənin icraatına qəbul edilməsi haqqında məsələ həll olunarkən Mülki Prosessual Məcəllənin 152 və 153-cü maddələri ilə yanaşı, həmin Məcəllənin 156-cı maddəsinin müddəaları da özünəməxsus tələb kimi nəzərə al ınmalıdır. Çünki qarşılıqlı iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi üçün Mülki Prosessual Məcəllənin 152.1-ci maddəsində göstərilən əsasların olmamasından başqa, həm də bu Məcəllənin 156.1-ci maddəsində göstərilən qarşılıqlı iddianın qəbul edilməsinin şərtlərindən hər hansı birinin mövcud olması tələb olunur. Həmin şərtlərdən hər hansı biri olmadıqda qarşılıqlı iddia ilk iddia ilə birlikdə baxılmaq üçün məhkəmənin icraatına qəbul edilə bilməz. İddia ərizəsinin forması və məzmununu müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Lakin mülki işin kollegiya tərəfindən tədqiq olunmuş materiallarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən 03.11.2021-ci il tarixdə Şərur Rayon Məhkəməsinə daxil o lmuş qarşılıqlı iddia ərizəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsi ilə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmişdir. Belə ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində tələbinin yönəldiyi cavabdehin soyadı, adı, atasının adını (hüquqi şəxsə münasibətdə adını), yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), həmçinin cavabdehin eyniləşdirmə məlumatlarını qeyd etməmişdir. Həmçinin iş materiallarından məlum olur ki, iş üzrə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsas ən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda kollegiya qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi qarşılıqlı iddianın qəbul edilməsi şərtləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 156.1-ci maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddənin məzmununa əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə y önəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində isə tələbin yönəldiyi şəxsin və həmin şəxsə aid məlumatların göstərilməməsi ilə yanaşı, qeyd edilmiş tələb də (Naxçıvan MR İnzibati-İqtisad Məhkəməsinin 2-2(087)-03/2014 saylı qətnaməsinin ləğv edilməsi, X1 Kapital bankla iş birliyi, kreditin verilməsi üzrə tələb olunan sənədlərin yoxlanılması, Maliyə bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi qaydaların araşdırılması) qarşılıqlı iddianın qəbul edilməsi şərtlərinə uyğun olmamaqla qeyri-müəyy ən şəkildə ifadə edilmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsində qeyd edilmiş tələblərə baxılması, ümumiyyətlə, rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid deyildir və cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçıya qarşı ilkin iddia tələbi ilə heç bir əlaqəsi olmayan tələblə müraciət etmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 şikayətdə göstərdiyi digər nüanslar mülki işin şərh edilmiş halları olduğundan münasibət bildirilməsi məqsədəmüvafiq hesab edilə bilməz. Beləliklə yuxarıda qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Şərur Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il ta rixli, 2(110)-760/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmədiyindən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Şərur Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(110)760/2021 nömrəli nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərаr verdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “Fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və fərdi yaşayış evinin tamamilə boşaldılması tələbinə dair” mülki iş üzrə Cavabdeh1 verdiyi qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Şərur Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(110)-760/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(110)-760/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-214/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-214/2021
27.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver