Məhkəmə qərarları › İş №2(108)-222/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-222/2024

06.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-222/2024 06.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə Hakimlər Əliyev Zamiq Xudaverdi oğlunun (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin «21» oktyabr 2024-cü il tarixli, 2(090)-40/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü məhkəmənin inzibati binasında yoxlayıb müəyyənetdi: İddiaçı 16 yanvar 2024-cü ildə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 11785 (on bir min yeddi yüz səksən beş) manat məzuniyyət pulunun, 14036 (on dörd min otuz altı) manat yüksəklik pulunun və 4905 (dörd min doqquz yüz beş) manat yerdəyişməyə görə əmək haqqının üç misli məbləğində kompensasiyanın, ümumilikdə isə 30726 (otuz min yeddi yüz iyirmi altı) manat pulun və gecikdirməyə görə ödəniləcək vəsaitin hər gün üçün bir faizinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçı 13 iyun 2024-cü ildə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət edərək iddia tələbinə cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə edilməmiş bütün iş illərinin əsas məzuniyyətinə görə 11577.98 manat məbləğində pul əvəzinin, işdən azad olunduğu xx.xx.2023-c ü il tarixdən öncəki 12 ay ərzində əmək haqqına 1.2 əmsal tətbiq olunaraq ödənilməli olan 4069.94 manat məbləğində pulun və vaxtında ödənilməmiş müvafiq məbləğlərə görə hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödəncin məhkəmə aktının qəbul edildiyi günə (iddia təmin edildiyi halda) hesablanaraq ona ödənilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi sözü gedən ərizəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun sayaraq onun müraciətinin qəbul edilməsini qərara almış və iddia tələbinə həmin həcmdə baxmışdı. Şahbuz Rayon Məhkəməsinin «21» oktyabr 2024-cü il tarixli, 2(090)-40/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, “Badamlı” Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi olar aq 8.077,58 (səkkiz min yetmiş yeddi manat, əlli səkkiz qəpik) manat, əmək haqqına artıma (1.2 əmsal) 1 (bir) il ərzində ödəncə görə 4.070 (dörd min yetmiş) manat və əmək haqqına artımın (1.2 əmsal) hər gecikdirilmiş gün üçün hesablanan 1 faiz cərimə olaraq 7.726,4 (yeddi min yeddi yüz iyirmi altı manat, qırx qəpik) manat, cəmi 19.873,98 (on doqquz min səkkiz yüz yetmiş üç manat, doxsan səkkiz qəpik) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdi. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin «21» oktyabr 2024-cü il tarixli, 2(090)-40/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə edilməmiş bütün iş illərinin əsas məzuniyyətlərinə görə 11577.98 manat məbləğində pul əvəzinin, işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən öncəki 12 ay ərzində əmək haqqına 1.2 əmsal tətbiq olunaraq ödənilməli olan 4069.94 manat məbləğində pulun və gecikdirilən məzuniyyətə görə kompensasiyanın bir faizi olan 42259 (qırx iki min iki yüz əlli doqquz) manat, 1.2 əmsala görə gecikmə üçün bir faiz olan 14855 (on dörd min səkkiz yüz əlli beş) manat ümumilikdə 72761 (yetmiş iki min yeddi yüz altmış bir) manat 92 (doxsan iki) qəpik pulun təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini və birinci instansiya məhkəməsində yazdığı ərizəyə əsasən 3500 manat borcunun həmin məbləğdən azaldılmasını kollegiyadan xahiş etmişdi. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının i craatına “03” dekabr 2024-cü ildə daxil olmuşdu. Apellyasiya şikayətini qanunvericiliyin tələbləri daxilində yoxlayan kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qay dasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbindən çıxış edərək kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin həmin Məcəllənin 357-ci (apelyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360-cı (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar y oxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qeyd edir ki, Mülki-Prosessual Məcəllənin: -10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; - 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənəd lərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; -10-1.7-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; - 361.1-ci maddəsinin mahiyyətindən görünür ki, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı ), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Mülki prosessual qanunvericiliyin tələbindən görünür ki, apellyasiya şikayəti yazılı formada, "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə gücləndirilmiş elektron imzadan istifadə edilməklə verilməlidir. İddiaçının qeyd edilən tələblərə əməl olun araq elektron imzadan istifadə edib verdiyi apellyasiya şikayətini mülki prosessual qanunvericiliyin tələbləri daxilində yoxladıqda aydın olur ki, onun məzmunu qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, Mülki-Prosessual Məcəllənin 361.1-ci maddəsinin məzmunundan məlum olur ki, apellyasiya icraatının başlanmasına əsas olan prosessual sənəddə, yəni apellyasiya şikayətində qeyd edilməli olan məlumatların dairəsi imperativ olaraq müəyyən edilmişdi. Bundan başqa Mülki-Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində qeyd edilməli məlumatlar və onların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavədə həmçinin tələb olunur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməl i, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı f aktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İddiaçının elektron imzadan istifadə ed ilməklə verdiyi apellyasiya şikayətini qanunvericiliyin yuxarıda qeyd edilən normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə görünür ki, o sözü gedən prosessual sənəddə işin hallarını və məhkəmə aktının nəticə hissəsini aydın qeyd etməmiş, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyini dəqiq ifadə etməmiş, bundan əlavə mübahisələndirilən qətnamə ilə razılaşmamasını birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması ilə əsaslandırmışdı (iş vərəqə 179). Kollegiya apellyasiya şikayəti verən tərəfin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 388-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhə miyyəti olan bütün faktiki halların araşdırılmaması dedikdə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması hesab edilir. İddiaçı isə sözü gedən prosessual əsası formal olaraq qeyd etmiş, birinci instansiya məhkəməsinin işin hansı mühüm halını araşdırmadığını əsaslandırmamış, əksinə məhkəmənin işə sübutlara obyektiv və qərəzsiz baxdığını qeyd etmişdi. Kollegiya iddiaçının nəzərinə çatdırır ki, sözü gedən və məhkəmə aktının ləğv edilməsinə səbəb olacaq prosessual əsas özündə yeni sübutların araşdırılmasını və təqdim edilməsini ehtiva edir. İddiaçı isə apellyasiya şikayətində birinci instansiya məhkəməs inin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmamasını təsdiq edəcək hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmiş və bunu həmin prosessual sənəddə qeyd etməmişdi (MPM maddə 361.1.6). Mülki-Prosessual Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi məhkəmə aktının ləğv edilməsinə səbəb olan prosessual əsas - məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların bir inci instansiya məhkəməsi tərəfindən sübut olunmaması isə məna etibarı ilə özündə iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən qanunla göstərilən sübutlarla təsdiq etməməsini və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsini əks etdirsə də, apellyasiya şikayətində hansı sübutların qanunvericiliyin tələbinə cavab vermədiyini qeyd etməmişdi. Bundan başqa o apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə istifadə edilməmiş bütün iş illərinin əsas məzuniyyətlərinə görə 11577.98 manat məbləğində pul əvəzinin, işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən öncəki 12 ay ərzində əmək haqqına 1.2 əmsal tətbiq olunaraq ödənilməli olan 4069.94 manat məbləğində pulun əvəzinin ona ödənilməsini qeyd etsə də, iddia t ələbinin qismən təmin edildiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə məbləğin, həmçinin iddia tələbinin işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən öncəki 12 ay ərzində əmək haqqına 1.2 əmsal tətbiq olunaraq ödənilməli olan 4069.94 manat hissədə təmin edildiyi halda həmin hissəni nə üçün mübahisələndirməsi ilə bağlı faktları və buna əsaslanan konkret faktları apellyasiya şikayətində göstərməmişdi. Bundan başqa iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsində yazdığı ərizəyə əsasən 3500 manat borcunun cavabdehin ona ödəməli olduğu məbləğdən azaldılmasını qeyd etdiyindən, kollegiya onun nəzərinə çatdırır ki, bu fakt iddia tələbinin həcminin azaldılmasını ehtiva edir ki, prosessual qanunvericilik tələbinə görə bu prosessual hərəkətin həyata keçirilməli olduğu məhkəmə birinci instansiya məhkəməsi idi. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarında olan ərizədən (mülki iş ikinci cild, vərəq 142), məhkəmə iclas protokolundan (mülki iş ikinci cild, vərəq 150-152), həmçini n ümumilikdə bütün iş materiallarından müəyyən edilir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman sonuncu məhkəmə baxışı (21 oktyabr 2024-cü il) iclasında iddiaçı məhkəməyə sözügedən məsələ ilə bağlı ərizə təqdim etmiş, həmin ərizəni məhkəmə baxışı zamanı verməsini əsaslandırmamış və iddia tələbinin 3500 manat məbləğində azaldılması ilə bağlı məhkəmə tərəfindən hər hansı akt qəbul edilməmişdi. Göründüyü kimi iddiaçının verdiyi apellyasiya şikayəti Mülki-Prosessual Məcəlləyə 2 saylı Əlavədə göstərilən məzmuna uyğun deyil. Məhkəmə apellyasiya şikayəti verən şəxsin nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə mülki məhkəmə icraatı üzrə hər instansiya məhkəməsində icraatın başlanmasına əsas olan prosessual sənəd var ki, bunu müvafiq olaraq birinci instansiya məhkəməsində iddia ərizəsi və ya ərizə, apellyasiya instansiya məhkəməsində apellyasiya şikayəti və ya şikayət, kassasiya instansiyası məhkəməsində isə kassasiya şikayəti təşkil edir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyin tələbindən aydın olur ki, icraatın başlanmasına əsas olan sənədlərin forma və məzmununa əməl edilməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir (MPM 149, 284-3, 361 və 407). Buna əməl edilməməsi isə müvafiq prosessual sənədin geri qaytarılması, habelə birinci instansiya məhkəməsində icraatın mərhələsindən asılı olaraq həm geri qaytarma, həm də baxılmamış saxlanılma ilə nəticələnir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.1-1-ci maddələrinin tələbindən də görünür ki, apellyasiya şikayəti həmin Məcəllənin 361-ci maddə sinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Şahbuz Rayon Məhkəməsinin «21» oktyabr 2024-cü il tarixli, 2(090)-40/2024 nömrəli qətnaməsindən mülki iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüy ü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələ blərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 2632 64, 358.0.3, 361, 365, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin «21» oktyabr 2024-cü il tarixli, 2(090)-40/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Şahbuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev. Vera Kuimova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar