Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-227/2024 25.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlundan (sədrlik edən - məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlundan və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(078)-1330/2024 nömrəli qətnaməsindən cavabdehin vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “05” sentyabr 2024-cü ildə "Elektron məhkəmə" informasiya sist emi vasitəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş 1787.70 (bir min yeddi yüz səksən yeddi manat, yetmiş qəpik) manat sığorta ödənişinin məbləğini və iddianın verilməsi ilə bağlı ödədiyi 38.97 (otuz səkkiz manat, doxsan yeddi qəpik) manat miqdarında dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-4). Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(078)-1330/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və 1787.70 (bir min yeddi yüz səksən yeddi manat, yetmiş qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdi (iş vərəqə 33-37). Məhk əmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh vəkili-nümayəndəsi Vəkil vasitəsi ilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1330/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 48-53). Cavabdehin vəkili-nümayəndəsi apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdi ki, 08 oktyabr 2023-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Fruehauf Yarımqoşqu” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Hyundai H350 YÜK” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Yaranmış maddi ziyan 100-150 manatdan artıq olmamışdı. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunan sığorta sənədlərində ziyanın məbləği 1787.70 (bir min yeddi yüz səksən yeddi manat, yetmiş qəpik) manat olaraq göstərilərək əsassız olaraq şişirdilmişdi. Bu isə əslində real ziyanla müqayisədə şişirdilmiş və həddindən artıq yüksək bir məbləğdir. Həmçinin qeyd olunan məbləğ heç bir hüquqi və maliyyə əsaslara söykənmir və özü tərəfindən təsdiq edilən real ziyanla uyğunluq daşımır. Qanunvericiliyin tələblərinə uyğun olaraq ondan sadəcə vurduğu real zərərin dəyəri tələb edilməli idi, lakin məhkəmə qətnaməsi ilə ondan şişirdilmiş bir rəqəm tələb olunur. Belə ki, məhkəm əyə təqdim olunmuş sənədlərdə dəymiş ziyan heç nə ilə sübut olunmur. Qarşı tərəfə qeyd olunan məbləğin ödənilməsi avtomobilə dəymiş zərərin göstəricisi deyil. İş materiallarında olan qüsur aktı reallığı əks etdirmir. Çünki həmin qüsur aktındakı göstərilən işlər görülməmiş, uydurma olaraq yazılmış, avtomobildə göstərilən hissələr nə zədələnmiş, nədə ki, ziyan görmüşdür. Zədələnməyən detal necə təmir oluna bilərdi? Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutları məhkəmə qətnaməsində sadalamaqla kifayətlənmiş, dəymiş real zərərin həcmini tam, hərtərəfli və obyektiv müəyyənləşdirmədən iddia tələbini təmin etmişdir. Mülki-Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş tələb bu Məcəllənin 284-1ci maddəsinə uyğun deyildirsə, Məcəllənin 284-4.1.3-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, ərizənin qəbul olunmasından imtina edir. Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Sözügedən mübahisəyə sadələşdirilmiş i craatda baxılmasının hüquqi əsasları yoxdur. Belə ki, mübahisə əvvəlcə tam şəkildə araşdırılmalı, işin bütün tərəfləri və müvafiq məlumatlar dəqiqləşdirilməli idi. Xüsusilə, tərəflərin təqdim etdiyi rəqəmlər və ziyanın həqiqi miqdarı ilə bağlı hərtərəfli araşdırma aparılmalı, zərurət yaranarsa müstəqil ekspertiza təyin edilməli idi. Məhkəmə tərəfindən müvafiq araşdırmalar aparılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılmışdı. Tələb olunan məbləğ aşağı ola bilər, lakin tələbdən də göründüyü bu zəruri araşdırma tələb edən mübahisə olmuşdur. Məhkəmə mübahisənin hüquqi həlli üçün kifayət qədər əsaslı bir yanaşma etmədən qərar qəbul etmişdir. Beləliklə, işə tərəflərin izahatları dinlənilmədən baxıldığı üçün çıxarılmış qətnamə qanunsuz və əsassız olmuşdur. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına “11” dekabr 2024-cü ildə daxil olmuşdur. Cavabdehin vəkili-nümayəndəsi Vəkil verdiyi apellyasiya şikayəti üzrə qarşı tərəfdən kollegiyaya etiraz daxil olmamışdı. Verilmiş apellyasiya şikayətinin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası ilk olaraq işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, apellyasiya şikayətinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci və 394-1-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxılmışdı. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür. Apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə, onları isə qanu nvericiliklə əlaqəli şəkildə tədqiq edən kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; -5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılması göstərilir; - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmçinin həmin Məcəllənin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözü gedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutl arın və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır ( 372.1, 372.2, 372.6 və 372.7-ci maddələr). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci mad dəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Mülki-Prosessual Məcəllənin 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdehin vəkilinümayəndəsi Vəkil verdiyi apellyasiya şikayəti Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(078)-1330/2024 nömrəli q ətnaməsinin ləğv edilməsinə yönəlsə də, verilmiş müraciətin mahiyyətindən cavabdeh tərəfin yalnız mübahisələndirilən məhkəmə aktı ilə müəyyən edilmiş zərərin miqdarını, həmçinin bu miqdarın müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilmiş mülki işə baxılması üzrə icraat formasını mübahisələndirməsi müəyyən olunur. Bu səbəbdən də kollegiya məhkəmə aktını apellyasiya şikayətində dolayısı ilə mübahisə edilən hissəsi üzrə apellyasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılmalı olması qənaətinə gəlir. Apellyasiya şikayəti verən tərəfin dəlilləri isə; - baş vermiş yol-nəqliyyat hadisəsi üzrə məhkəmənin müəyyən etdiyi ziyanın məbləğinin özündə həqiqəti əks etdirməməsi, yəni həmin məbləğin şişirdilməsi; - birinci instansiya məhkəməsində iddiaçının təl əbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasının hüquqi əsaslarının olmamasından ibarətdir. Cavabdeh tərəf: - baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın məbləğinin həqiqəti əks etdirməməsini “Hyundai H350 YÜK” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın 100-150 manatdan artıq olmaması, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunan sığorta sənədlərində ziyanın məbləğinin 1787.70 (bir min yeddi yüz səksən yeddi manat, yetmiş qəpik) manat olaraq göstərilərək əsassız olaraq şişirdilməsi, qeyd olunan məbləğin heç bir hüquqi və maliyyə əsaslarına söykənməməsi, özü tərəfindən təsdiq edilən real ziyanla uyğunluq daşımaması, məhkəməyə təqdim olunmuş sənədlərdə dəymiş ziyanın heç nə ilə sübut olunmaması, qarşı tərəfə qeyd olunan məbləğin ödənilməsinin avtomobilə dəymiş zərərin göstəricisi olmaması, qüsur aktının reallığı əks etdirməməsi, həmin sənəddə göstərilən işlərin görülməməsi və uydurma olaraq yazılması, avtomobildə göstərilən hissələrin nə zədələnmiş, nə də ziyan görməsi, məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutları qətnaməsində sadalamaqla kifayətlənməsi ilə; - birinci instansiya məhkəməsində iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasının hüquqi əsaslarının olmamasını isə mübahisənin əvvəlcə tam şəkildə araşdırılmalı olması, müvafiq məlumatların dəqiqləşdirilməli olması, tərəflərin təqdim etdiyi rəqəmlər və ziyanın həqiqi miqdarı ilə bağlı hərtərəfli araşdırma aparılmalı, zərurət yaranarsa müstəqil ekspertiza təyin edilməli olması ilə əsaslandırmışdı. Kollegiya cavabdeh tərəfin verdiyi apellyasiya şikayətində göstərdiyi hər bir dəlilin hüquqi cəhətdən qiymətləndirilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh tərəfin ilkin dəlili baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın məbləğinin həqiqəti əks etdirməməsidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Bundan başqa sözügedən Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir. Sonuncu qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respubl ıkası Konstitusiya Məhkəməsi Plenumun “18” mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin birinci instansiya məhkəməsinə iddia qaldırması ilə bağlı təqdim etdiyi ərizəyə əlavə etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri, Nizami Rayon Polis İdarəsinin X7 Şöbəsinin 08 oktyabr 2023-cü il tarixli, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan “Fruehauf Yarımqoşqu” markalı, **-ZB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Hyundai H350 YÜK” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinin qabaq bamper, sol fara və sol qanad hissəsinə zərər dəyməsi müəyyən edilir (iş vərəqə 11-13). Mülki iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “19” noyabr 2023-cü il tarixli, SM00178097 nömrəli təmir aktından isə “Hyundai H350 YÜK” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 590 (beş yüz doxsan) manat xidmət haqqı (ondan 500 (beş yüz) manat işçilik haqqı, 90 (doxsan) manat əlavə dəyər vergisi), 1197.70 (bir min bir yüz doxsan yeddi manat, yetmiş qəpik) manat ehtiyat hissələrinin (onlardan 1015 (bir min on beş) manat ehtiyat hissələrinin dəyəri, 182.70 (bir yüz səksən iki manat, yetmiş qəpik) manat əlavə dəyər vergisi) dəyəri olmaqla, ümumilikdə 1787.70 (bir min yeddi yüz səksən yeddi manat, yetmiş qəpik) manat məbləğində təmir xərclərinin çəkilməsi müəyyən edilir (iş vərəqə 9). Cavabdeh tərəf vurulmuş zərərin miqdarının şişirdilməsi, qeyd olunan məbləğin heç bir hüquqi və maliyyə əsaslara söykənməməsi, özü tərəfindən təsdiq edilən real ziyanla uyğunluq daşımaması, məhkəməyə təqdim olunmuş sənədlərdə dəymiş ziyanın heç nə ilə sübut olunmaması, qeyd olunan məbləğin ödənilməsinin avtomobilə dəymiş zərərin göstəricisi olmaması, qüsur aktının reallığı əks etdirməməsi, həmin sənəddə göstərilən işlərin görülməməsi, uydurma olaraq yazılması, avtomobildə göstərilən hissələrin nə zədələnmiş, nə də ziyan görməsini qeyd etsə də, sözü gedən faktlarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut (Məsələn: baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Hyundai H350 YÜK” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yuxarıda qeyd edilən ziyanın dəyməməsi (fotoşəkil və ya video görüntü), onun təmiri üçün əldə edilmiş hissələrin dəyərlərinin hadisə baş verən dövr üçün bazar qiymətlərinə uyğun gəlməməsi (elektron ticarətlə bağlı internet informasiya məlumatları və s)) təqdim etməmişdi. Məhkəmə aktını sadəcə olaraq vurulmuş zərərin miqdarının çox olmasını əsas gətirərək mübahisələndirmiş və işə baxan birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı müvafiq ekspertiza keçirilə biləcəyini göstərmişdi. Kollegiya bir daha cavabdeh tərəfin nəzərinə çatdırır ki, hər bir tərəf öz tələbinin və ya ona qa rşı verdiyi etirazın əsası kimi qeyd etdiyi faktları təsdiq etməlidir. Bunun üçün isə mülki prosessual qanunvericilik tərəflərə müvafiq tələbə və ya şikayətə qarşı etiraz etmək, izahlar vermək imkanını yaratmışdır ki, bu mülki icraat zamanı işə baxılmasının əsas prinsiplərindən birini təşkil edən çəkişmə prinsipinin mahiyyətindən irəli gəlir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, çəkişmə prinsipi özündə məhz mülki işə tərəflərin iştirakı ilə, yəni şifahi icraat qaydasında məhkəmə iclasında baxılmasını, onların izahatlarının dinlənilməsini ifadə etmir. Sözü gedən prinsipin əsas mahiyyəti hər iki tərəfin məhkəmədə bərabər şəkildə öz hüquqlarından istifadə edərək sübutlarını təqdim etməsi, işin baxılmasında əhəmiyyətli hesab edilən faktların müzakirə edilməsidir. Bu isə həm yazıl ı icraat, həm də şifahi icraat çərçivəsində mümkündür. Mülki iş materiallarından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan hazırda baxılan iddia tələbi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdikdən sonra işə baxan birinci instansiya məhkəməsinin iddiaçı Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin ərizəsinin surətini 11 sentyabr 2024-cü il tarixli məktub ilə cavabdehə göndərməsi və ona iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsini izah etməsi aydın olur (iş vərəqə 27-30). Cavabdehə sözü gedən məhkəmə sənədlərinin 13 sentyabr 2024-cü ildə çatdırılmasına (iş vərəqə 31) baxmayaraq, o, tələbə qarşı hər hansı bir etiraz etməməklə yanaşı, mübahisə üzrə 16 oktyabr 2024-c ü il tarixli, 2(078)-1330/2024 nömrəli qətnamə qəbul edilənədək olan 33 günlük müddətdə hərəkətsiz qalmış, məhkəməyə iddiaçı tərəfin tələbini təkzib edən sübut təqdim etməmiş, habelə işə baxılması ilə əlaqədar olaraq öz hüquqlarının həyata keçirilməsinə yönəlmiş addım atmamışdı. Məhkəmə aktını mübahisələndirən tərəf apellyasiya şikayətində dəymiş zərərin hesablanması üçün ekspertiza təyin edilməli olmasını bildirsə də, birinci instansiya məhkəməsində tələbə baxılması zamanı həmin məhkəməyə belə bir vəsatət verməsi və ya bunun mümkünsüzlüyü barədə sübut təqdim etməmişdi. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi icraatın başlanmasına səbəb olan ərizədə vurulmuş ziyanın məbləği öz əksini tapmışdı. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarının mahiyyətindən aydın olur ki, apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunması və yoxlanılması ilə bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 371 və 372-ci maddələrində mövcud olan məhdudiyyətlər Azərbaycan Respublikası məhkəmə sistemində tam apellyasiyanın olmamasına dəlalət edir. Natamam apellyasiya zamanı sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənir, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən bax araq onun səhvlərini və nöqsanlarını aradan qaldırır, yəni tərəfləri öz işlərinin birinci instansiya məhkəməsində hərtərəfli araşdırılması, bütün sübutların toplanması və birinci instansiya məhkəməsinə təqdim edilməsində maraqlı olmağa məcbur edir. Əks yanaşma tələbin birinci instansiya məhkəməsində araşdırılmasının və buna müvafiq olaraq qəbul edilmiş məhkəmə aktının əhəmiyyətini azaltmış olur. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq kollegiya cavabdeh tərəfin verdiyi apellyasiya şikayətində göstərdiyi birinci dəlili-dəymiş zərərin məbləğinin düzgün olmamasını əsaslı hesab etmir. Cavabdehin vəkili-nümayəndəsinin apellyasiya şikayətində qeyd etdiyi digər dəlilin hüquqi həllinə gəldikdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlı qlarını ən yüksək dəyər olaraq qəbul edərək onların təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Ali Qanunun 26-cı maddəsinin İ hissəsində qeyd edilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya ilə təminat altına alınan bu hüquq təkcə fundamental hüquq deyil, həm də digər əsas hüquq və azadlıqların lazımi şəkildə həyata keçirilməsini və qorunmasını təmin edən ən səmərəli vasitələrdən biridir. Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq hüquq aktlarında, o c ümlədən “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələrində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində öz əksini tapmışdır. Beləliklə, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda məhkəmə müdafiəsi hüququ insan hüquq və azadlıqlarının ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir və bu hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Mülki prosessual qanunvericiliyin tələbinə görə hüququ pozulduğunu iddia edən şəxs məhkəməyə iddia ərizəsi və ya hər hansı icraat növü ü zrə ərizə ilə müraciət edərkən onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçının tələbi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında olduğundan, cavabdeh isə sözü gedən halı mübahisələndirdiyindən kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiymət i on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki işlər üzrə iddianın qiymətinin beş min manatdan az olması iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün birbaşa əsas olmaqla, həmin icraat qaydasında işə baxılması əsaslarından birini təşkil edir. Belə ki, Mülki-Prosessual Məcəllənin 284-4.1-ci maddəsində göstərilən prosessual əsasların, yəni həmin Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi, verilmiş tələbin Məcəllənin 284-1-ci maddəsinə uyğun olmaması və tələbi təsdiq edən sənədlərin təqdim olunmaması ərizənin kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını istisna edir. Cavabdeh tərəfin verdiyi apellyasiya şikayətin məzmunundan isə aydın olur ki, hazırda baxılan mübahisə üzrə o, sözügedən prosessual əsaslardan “tələbi təsdiq edən sənədlərin təqdim olunmamasının” mövcudluğunu mübahisələndirir. Apellyasiya şikayətinin qeyd edilən dəlilinin tədqiq edilməsi ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “İcbari sığ ortalar haqqında” Azərbaycan Respublikası Qanunun preambula hissəsi ilə müəyyən olunur ki, həmin Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Bundan əlavə həmin Qanunun 4.1-ci maddəsindən aydın olur ki, icbari sığortanı n məqsədi, həmin Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etməkdir. Bu məqsədin həyata keçirilməsi üçün isə həmin qanunla icbari sığorta müqaviləsinin bağlanmasının məcburiliyi qeyd edilir. İcbari sığorta müqaviləsinin bağlanmasının məcburiliyini icbari sığortanın prinsiplərindən biri kimi qeyd olunmuş həmin Qanunun 3.1.1-ci maddəsində öz əksini tapmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin mahiyyətinə görə isə icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və güclənd irilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Qanunun xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Mülki iş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan aydın olur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında 08 iyul 2023-cü il tarixdən 1 il müddətinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi bağlanaraq “Fruehauf Yarımqoşqu” markalı, **-ZB-*** d övlət qeydiyyat nişanlı avtomobil sığorta edilmişdi (iş vərəqə 6). Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri, Nizami Rayon Polis İdarəsinin X7 Şöbəsinin 08 oktyabr 2023-cü il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”ından məlum olur ki, həmin arayış tərtib edilən zaman Həsənov X4 Yarımqoşqu” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdi. “Hyundai H350 YÜK” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə icbari sığorta müqaviləsinin bağlanması sübuta yetirildiyindən kollegiya qeyd edir ki, icbari sığorta müqaviləsinin bağlanması ilə onlar “İcbari sığortalar haqqında” Azərbaycan Respubl ikası Qanunundan irəli gələn hüquq və vəzifələr əldə etmişlər. Qanunun ümumi mahiyyətindən aydın olur ki, icbari sığorta müqaviləsini bağlamaq sığortalının əsas vəzifələrindən biridir. Sığortaçının isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanundan irəli gələn vəzifələrindən biri sığorta hadisəsinin baş verməsi halında həmin Qanunda nəzərdə tutulmuş hallarda və müddətdə sığorta məbləğinin sığortalıya və ya sığorta olunana verməkdir. Sığorta hadisəsi dedikdə isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 və 13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənil məsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üçün sığorta hadisəsi sayıla biləcək hallar qeyd edilən Qanunun 52-ci maddəsində öz əksini tapmışdır. Belə ki, “İcbar i sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1 və 52.2-ci maddələrinin mahiyyətinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. İddiaçı ərizəsində qeyd etmişdir ki, 2023-cü ilin oktyabr ayının 08-də Cavabdeh idarə etdiyi “Fruehauf Yarımqoşqu” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Hyundai H350 YÜK” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. Sığorta hadisəsinin baş verməsi faktı iddia ərizəsin ə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri, Nizami Rayon Polis İdarəsinin yuxarıda qeyd edilən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” və həmin X6 Polis şöbəsinin 10 oktyabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə təsdiq olunur (iş vərəqə 10-13). Sığorta hadisəsinin nəticəsi olaraq iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən “Hyundai H350 YÜK” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1787.70 (bir min yeddi yüz səksən yeddi manat, yetmiş qəpik) manat məbləğində zərər dəymiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu zərər aradan qaldırılmışdı. İddiaçı tələbinin qeyd edilən əsasla rı ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “19” noyabr 2023-cü il tarixli, SM00178097 nömrəli təmir aktını və 15 fevral 2024-cü il tarixli, İB**********_000097_240215 nömrəli ödəniş tapşırığını təqdim etmişdir. Qeyd edilən sənədlərdən aydın olur ki, həqiqətən də “Hyundai H350 YÜK” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1787.70 (bir min yeddi yüz səksən yeddi manat, yetmiş qəpik) manat məbləğində zərər vurulmuş və iddiaçı qeyd edilən məbləği ödəmişdir. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto v ə video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. İddiaçının cavabdehə qarşı vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna gəldikdə isə o, qeyd etmişdir ki, cavabdeh inzibati xətanı törətdikdən sonra yol nəqliyyat hadisəsi yerini tərk etdiyindən "xxxx" Aç ıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd edilən halla əlaqədar kollegiya bildirir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranma əsasları qeyd edilmişdir. Bu əsaslardan biri də 25.1.8-ci maddəsinə görə həmin Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş haldır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması inzibati xəta tərkibinin yaranmasına səbəb olan hadisədir. Həmin Məcəllənin 8.1-ci maddəsi ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qanunvericiliyin tələbindən də gö rünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müvafiq qərarla müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh yol nəqliyyat hadisəsi yerini tərk etməsi iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nizami Rayon Polis İdarəsinin X7 şöbəsinin 10 oktyabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə sübut olunur. Belə ki, həmin sənəddən aydın olur ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünü n yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir (iş vərəqə 10). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.5-ci maddəsinin tələbinə görə həmin Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Zərərin miqdarı ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilm əsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan əlavə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Yuxar ıda qeyd edilənlər onu deməyə imkan verir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi subroqasiya qaydasında ödənilməsi tələbinə baxılması ilə bağlı kifayətedici həddə sübutlar təqdim etmişdi. Bu da özlüyündə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 284-4.1-ci maddəsində göstərilən prosessual əsasların mövcud olmasını istisna edir. O ki, qaldı məhkəmənin dəymiş ziyanın müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsi məsələsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qa nunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 78-ci maddəsinin tələbindən bir daha çıxış edərək kollegiya cavabdeh tərəfin nəzərinə çatdırır ki, sübut növlərindən biri olan ekspert rəyinin əldə edilməsi müvafiq ekspertizanın keçirilməsi üçün birinci instansiya məhkəməsinə müraciət etməməsinin səbəblərini qeyd etməməklə yanaşı, bununla bağlı apellyasiya şikayətinə də hər hansı sübut əlavə etməmiş, həmçinin iddia tələbinə qarşı qanunvericiliklə müəyyən edilmiş etiraz etmə müddəti ərzində bunu mübahisələndirməmiş, habelə iddiaçının ərizəsi ni aldıqdan sonra 33 günlük müddət ərzində işə baxan birinci instansiya məhkəməsinə bununla bağlı hər hansı müraciət təqdim etməmişdi. Kollegiya bir daha Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.2ci maddəsinin tələbini apellyasiya şikayəti verən tərəfin diqqətinə çatdırmaqla bildirir ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq kollegiya cavabdeh tərəfin hazırda hüquqi həllindən bəhs edilən apellyasiya şikayətinin dəlilini, ümumilikdə isə apellyasiya şikayətini əsaslı hesab etmir. Azərbaycan Re spublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bundan başqa Mülki-Prosessual Məcəllənin 11 9.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdehin vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməməli; - Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(078)-1330/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı; - məhkəmə aktı ndan apellyasiya şikayəti verilməsi zamanı Cavabdeh tərəfindən ödənilmiş 19 (on doqquz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessua l Məcəlləsinin 12.2, 382, 392 və 402.1ci maddələrini rəhbər tutaraq qətetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(078)-1330/2024 nömrəli qətnaməsindən cavabdehin vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(078)-1330/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi zamanı Cavabdeh tərəfindən ödənilmiş 19 (on doqquz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev. Vera Kuimova.
Məhkəmə qərarları › İş №2(108)-227/2024
Ali Məhkəmə Qətnamə — İş №2(108)-227/2024
25.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver