Məhkəmə qərarları › İş №2(108)-23/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-23/2025

23.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-23/2025 23.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X5 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X1, X2 və Allahverdiyeva (Nağdəliyeva) Əminə Hüseyn qızının iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı kompensasiya tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(078)-9/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı kompensasiya tələbinə dair iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, Cavabdeh MMC-dən Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən mülkiyyətlərinə verilmiş Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli torpaq sahəsinin yararsız hala salındığından əldən çıxmış faydaya görə 15000 (on beş) min manat kompensasiyanın və dövlət rüsumu olaraq ödədiyi 135 (yüz otuz beş) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 03 oktyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Naxçıvan Şəhər Məhkəməsində Cavabdeh MMC-dən Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən mülkiyyətlərinə verilmiş Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli torpaq sa həsinin yararsız hala salındığından əldən çıxmış faydaya görə 15000 (on beş) min manat kompensasiyanın və dövlət rüsumu olaraq ödədiyi 135 (yüz otuz beş) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, xahiş etdiyi hissədə Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən mülkiyyətinə verilmiş Kəngərli rayon Xok kəndi ərazisində yerləşən 162C nömrəli torpaq sahəsinin yararsız hala salınmasını tam şəkildə göstərdiyini, iddia tələbini dəqiqləşdirərək Naxçıvan Şəhər Məhkəməsində Cavabdeh MMC-dən Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən mülkiyyətlərinə verilmiş Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli, 5720 kv.m torpaq sahəsinin yararsız hala salındığından əldən çıxmı ş faydaya görə 15000 (on beş) min manat kompensasiyanın və dövlət rüsumu olaraq ödədiyi 135 (yüz otuz beş) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(078)-9/2024 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə Cavabdeh MMC-dən Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən mülkiyyətlərinə verilmiş Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli, 5720 kv.m torpaq sahəsinin yararsız hala salındığından əldən çıxmış faydaya görə 15000 (on beş) min manat kompensasiyanın və dövlət rüsumu olaraq ödədiyi 135 (yüz otuz beş) manat pulun ona ödənilməsi həddində baxılması qərara alınmışdır. N axçıvan Şəhər Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(078)-9/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia rədd edildiyindən məhkəmə-bioloji ekspertizasının aparılması üçün ekspertiza xərci olan 70 (yetmiş) manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(078)-9/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mülki iş apellyas iya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi X6 məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin S.Ə.Hüseynova kollegiyanın ünvanına xx.xx.2025-ci il tarixdə vəsatətlə müraciət edərək başqa iş üzrə xx.xx.2025-ci il tarixdə saat 09:00-da ekspertiza obyektinə baxış təyin edildiyindən məhkəmə iclasının növbəti tarixə təyin edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh nümayəndəsi X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilən məhkəmə iclası zamanı İddiaçı 23 yanvar 2025-ci il tarixli ərizə ilə kollegiyaya müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(078)-9/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar iddiaçının ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rə dd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin; - 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. - 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəхs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. - 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. - 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyas iya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd edilənlərə əsasən İddiaçı apellyasiya şikayətindən imtinası qanuni və əsaslı olduğundan qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan şəhər filialı vasitəsilə 06 dekabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə (əməliyyat İD: 702486050, terminal nömrəsi: K0500011, büdcə səviyyə kodu: 142214) ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq kolleg iya qəraraalır: İddiaçı Cavabdehnə qarşı kompensasiya tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(078)-9/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən İddiaçı və onun vəkili Vəkil imtinası qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata хitam verilsin. "xxxx" ASC Naxçıvan şəhər filialı vasitəsilə 06 dekabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə (əməliyyat İD: 702486050, terminal nömrəsi: K0500011, büdcə səviyyə kodu: 142214) ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar