Məhkəmə qərarları › İş №2(108)-24/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-24/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-24/2023 27.03.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Аli Məhkəmənin hаkimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Əlizadə Turac Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(078)-929/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim X2) 14 dekabr 2022-ci il tarixli, 2(078)-929/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, Cavabdeh kirayə haqqı üçün verdiyi 2500 (iki min beş yüz) manatın, təmir-tikinti, həyətin becərilməsi üçün çəkdiyi xərcin 3497 (üç min dörd yüz doxsan yeddi) manatın, həmin evdə qalan onlara aid 5 ədəd xalça və ya ümumi dəyəri 100 (bir yüz) manatın, 1 ədəd diplomat içərisində açarlar və dəyəri 20 (iyirmi) manatın, lavaş bişirmək üçün 2 ədəd sac və ya dəyəri 40 (qırx) manatın, 3 ədəd elektrik plitəsi və ya dəyəri 30 (otuz) manatın, 1 ədəd Rusiya istehsalı olan köhnə paltaryuyan maşın və ya dəyəri 15 (on beş) manatın, 3 ədəd işıqgücləndirən 220vt-lıq transformator və ya dəyəri 15 (on beş) manatın, 200 ədəd (50 ədəd 3 litrlik, 50 ədəd 2 litrlik, 100 ədəd 1 litrlik) işlənmiş şüşə balonların və ya dəyəri (1 ədəd 10 qəpik) 20 (iyirmi) manatın, ona məxsus 1 ədəd dublyonka və ya dəyəri 25 (iyirmi beş) manatın, 1 ədəd Beko markalı televizor və ya dəyəri 50 (əlli) manatın, 1 ədəd əl-üz yuyan və ya dəyəri 20 (iyirmi) manatın, 1 ədəd yazı masası və ya dəyəri 50 (əlli) manatın, 1 ədəd dəmirdən düzəldilmiş masanın və ya dəyəri 30 (otuz) manatın, əşyaların və ya onların ümumi dəyəri olan 415 (dörd yüz on beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 17 oktyabr 2022-ci il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin təmir-tikinti və quraşdırma işləri üçün çəkdiyi xərcin alınması çərçivəsində baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinə Cavabde h ona məxsus M.S.ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini təmirtikinti və quraşdırma işləri üçün çəkdiyi 3497 manat pulun alınaraq İddiaçı verilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(078)-929/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(078)-929/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş İddia çı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır, ona görə ki, Bakı şəhərində yaşayan qaynı Cavabdeh 2017-ci ilin yayında Naxçıvana gələrək, Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən və anası Həcər tərəfindən ona hədiyyə olunmuş yaşayış evini ayı 50 manatdan kirayə vermək niyyətində olmasını bildirmişdir. Həmin vaxt o da qaynına bildirmişdir ki, 50 manata kirayə vermək istəyirsənsə elə onunla razılaşsın, bir neçə ilin pulunu öncədən olmaqla ödəsin və evi ona kirayə qalmağa versin. Bahadurla razılaşmış və ona 4 il 2 ay üçün 2500 manat kirayə pulunu qabaqcadan ödəmiş, Bahadur da ona çox sağol maşın almaq istəyində idim, heç k əs öncədən bu qədər pulu mənə ödəməzdi, bu mənim üçün çox yaxşı oldu demiş, bundan sonra ailəsi ilə birlikdə yay vaxtları həmin evdə yaşamış, həmin evdə yaşadığı dövrdə Bahadura bildirməklə və onun razılığı ilə həmin evdə və həyətdə bir sıra təmir-tikinti və quraşdırma işləri aparmış, bu işləri həmin evdə qaldığı 4 il ərzində aparmış, həyətdə 200 kvadrat metr beton saldırmış, bu iş üçün 80 ədəd sement (1 ədədi 5.30 manata) cəmi 424 manat, üzüm talavarları və əl damında rəflər düzəltmək üçün 6 metrlik 4x4 sm, 25 ədəd (1 ədədi 6 manat) taxta, cəmi 150 manat, 2 maşın qravelitə 140 manat, 1 maşın quma 80 manat, evlə üzbəüz divar uçduğu üçün onun təmiri üçün 10 ədəd sementə (1 ədədi 5.30 manat) 53 manat, hamam və tualetin hər birinə ağ plastik qapı bir ədədi 150 manat olmaqla, iki ədədi üçün 30 0 manat, tualetin təmiri üçün kafel-metlax alınmasına 400 manat, usta Malikə kafel-metlaxın vurulması üçün usta xərci 200 manat, həyətdə kanalizasiya sisteminin qurulması üçün alınan mallara 600 manat, həyətdə beton salınması və divar hörgüsü üçün Malikə usta xərci olaraq əlavə 400 manat, X1 fəhlə xərci olaraq 400 manat pul vermiş, Ələkbər və Malikə usta və fəhlə xərci kimi 1000 manat pul vermiş, bütün bu işlərdən Bahadurun xəbəri olmuş və onun razılığı ilə bu işləri aparmışdır. Bahadur Naxçıvana gələndə təmir işləri aparılan həyətə, evə gəlib qalmış, aparılan bütün təmirtikinti, quraşdırma işlərini öz gözləri ilə görmüş və bununla bağlı heç bir narazılığı olmamış, əksinə o, aparılan təmir-tikinti, quraşdırma işlərinə razılığını bildirmiş və görülən işlərlə bağlı ona təşəkkürünü bildirərək sağol həyəti gözəlləşdirirsən demişdir. Cavabdehin evini və həyətini ona qalmaq və yaşamaq üçün verməsi, onunla aralarında orada yaşamaq və istifadə hüququnun yaranmasını özlüyündə sübut edir. Təbiidir ki, o və ailəsi Bahadurun razılığı olmadan həmin evdə yaşaya bilməzdi. Orada yaşadığı 4 il ərzində həmin əmlakla bağlı onun tərəfindən aparılan istənilən təmir quraşdırma işləri Bahadurun əmlakına qoyulmuş və həmin əmlakın dəyərinin yüksəlməsinə səbəb olmuşdur. Bahadura məxsus əmlak üzərində çəkdiyi xərcləri geri tələb etmək barədə tələbi əsaslıdır və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən iddianın rədd olunmasının heç bir hüquqi əsası yoxdur. Məhkəmə göstərdiyi işlərin həmin həyətdə və evdə aparılması ilə bağlı heç bir araşdırma aparmamış və bununla bağlı sübutlara düzgün hüquqi qiymət verməm işdir. İş üzrə şahid X3 məhkəmə prosesində verdiyi ifadəsində göstərir ki, həmin həyətə bir neçə dəfə sement gətirmiş, gübrə, dəmir, armatur, plastik ağ rəngli qapılar və 6 metrlik taxtalar aparmış, hər dəfəsində isə ona iddiaçı tərəfindən pul verilmiş, şahid X6 da ifadəsində qeyd edir ki, mübahisəli həyətə beton tökmüş, kanalizasiya və su xətti çəkmiş, əl damına polka yığmış, tualetə unitaz və baçok birləşdirmiş, divarda təmir işləri aparmış, heç vaxt Bahaduru görməmiş, İlqarın qayınatasının həyəti olduğunu dediyini, ona 600 manat pul verdiyini göstərmişdir. Şahid ifadələrinə də məhkəmə heç bir diqqət yetirməmiş, verilmiş şahid ifadələrinə düzgün hüquqi qiymət verməməklə tərəf nümayiş etdirərək nəticəyə gəlmişdir. Hesab edir ki, məhkəmə yuxarıda qeyd edilən halları (sübutları) tam, hərt ərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Beləliklə də, Naxçıvan Şəhər Məhkəməsi işə baxarkən bir sıra qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. İddiaçı şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3, 385.1, 425.1, 448.1. 1091.1, 1091.2, 1092.1, 1092.1.2, 1093.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 88-ci maddələrinə istinad etmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə istinad edərək göstərmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qa nunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qeyd olunanlara əsasən Naxçıvan Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(078)-929/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddiasının təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında 2017-ci ildə qaynı Bahadurun Bakıdan Naxçıvana gəldiyini, pula ehtiyacı olduğunu, Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini kirayəyə vermək istədiyini, 15 il ərzində həmin evdə heç kəs in yaşamadığını, həyətin yaxşı vəziyyətdə olmadığını, buna görə də kiminsə həmin həyətə kirayəyə gəlmək istəmədiyini, qaynı ilə fərdi yaşayış evinin ona kirayə verilməsi üçün ayı 50 manata razılaşdıqlarını, qaynına 2500 manat pul verdiyini, iddiaçının orada yaşayacağı, həyəti əkib-becərəcəyi, təsərrüfatla məşğul olacağı, toyuq-cücə saxlayacağı, cavabdehin həmin evi satmasına etirazının olmadığını, lakin evə başqa kirayəçini qoymayacağı ilə əlaqədar razılaşdıqlarını, müddət bitdikdən sonra yenə də hər ay 50 manat ödəyəcəyi barədə razılaşdıqlarını, qaynı Bahadurun onun şərtlərini qəbul etdiyini, bununla əlaqədar cavabdehi notariusda müqavilə bağlamağa dəvət etdiyini, lakin cavabdehin razılaşmadığını, 2018-ci ildən başlayaraq həmin həyətdə təmir işləri apardığını, həmin təmir işlərinin görülm əsi üçün çəkdiyi xərci cavabdehdən tələb edəcəyinə dair razılaşmadıqlarını, lakin təmir işləri aparan zaman bu barədə cavabdehə məlumat verdiyini, onun da razılıq verdiyini, göstərdiyi halları təsdiqləyən heç bir sübutunun olmadığını, 2021-ci ildə cavabdehin oğlu burada hərbi xidmətdə olduğundan Naxçıvana gəldiyini, evi 200 manata kirayəyə verəcəyini bildirdiyini, buna görə də onlar arasında mübahisə yarandığını, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolunda çəkdiyi xərci Bahadurun tapşırığı ilə aparmaması, Bahadurun ona həyəti təmir etmək üçün tapşırıq verməməsini deməsinin düzgün qeyd olunmadığını, işə baxan hakimin həmin izahatı öz bildiyi kimi göstərdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və nümayəndəsi Vəkil1 işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilmələrinə baхmayaraq məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən Cavabdeh və nümayəndəsi Vəkil1 iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və y a dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPMn in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kirayə haqqı üçün verdiyi 2500 (iki min beş yüz) manatın, təmir-tikinti, həyətin becərilməsi üçün çəkdiyi xərcin 3497 (üç min dörd yüz doxsan yeddi) manatın, həmin evdə qalan onlara aid 5 ədəd xalça və ya ümumi dəyəri 100 (bir yüz) manatın, 1 ədəd diplomat içərisində açarlar və dəyəri 20 (iyirmi) manatın, lavaş bişirmək üçün 2 ədəd sac və ya dəyəri 40 (qırx) manatın, 3 ədəd elektrik plitəsi və ya dəyəri 30 (otuz) manatın, 1 ədəd Rusiya istehsalı olan köhnə paltaryuyan maşın və ya dəyəri 15 (on beş) manatın, 3 ədəd işıqgücləndirən 220vt-lıq transformator və ya dəyəri 15 (on beş) manatın, 200 ədəd (50 ədəd 3 litrlik, 50 ədəd 2 litrlik, 100 ədəd 1 litrlik) işlənmiş şüşə balonların və ya dəyəri (1 ədəd 10 qəpik) 20 (iyirmi) manatın, ona məxsus 1 ədəd dublyonka və ya dəyəri 25 (iyirmi beş) manatın, 1 ədəd Beko markalı televizor və ya dəyəri 50 (əlli) manatın, 1 ədəd əl-üz yuyan və ya dəyəri 20 (iyirmi) manatın, 1 ədəd yaz ı masası və ya dəyəri 50 (əlli) manatın, 1 ədəd dəmirdən düzəldilmiş masanın və ya dəyəri 30 (otuz) manatın, əşyaların və ya onların ümumi dəyəri olan 415 (dörd yüz on beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680.2-ci maddəsinə görə kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 734-cü maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıq sız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1087.2-ci maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Kollegiya cavabdeh in apellyasiya şikayətində göstərdiyi Bahadura məxsus əmlak üzərində çəkdiyi xərcləri geri tələb etmək barədə tələbinin əsaslı olması və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən iddianın rədd olunmasının heç bir hüquqi əsasının olmaması, məhkəmənin göstərdiyi işlərin həmin həyətdə və evdə aparılması ilə bağlı heç bir araşdırma aparmaması və bununla bağlı sübutlara düzgün hüquqi qiymət verməməsi, şahid ifadələrinə də məhkəmənin heç bir diqqət yetirməməsi, verilmiş şahid ifadələrinə düzgün hüquqi qiymət verməməklə tərəf nümayiş etdirərək nəticəyə gəlməsi, məhkəmənin qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etməsi, orada yaşadığı 4 il ərzində həmin əmlakla bağlı onun tərəfindən aparılan istənilən təmir quraşdırma işlərinin Baha durun əmlakına qoyulması və həmin əmlakın dəyərinin yüksəlməsinə səbəb olması ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında Cavabdeh məxsus Naxçıvan şəhəri, M.S.ünvan 2 ünvanındakı yaşayış evinin kirayəsi müqabilində 4 il 2 ay üçün 2500 manat pulu cavabdehə ödədiyini və onun həyətində toyuq saxlayacağı, əkin edəcəyi, yay evi kimi istifadə edəcəyi, öz rahatlığı üçün şərait yaradacağı, cavabdeh nə vaxtsa evi satsa ondan çəkdiyi xərci istəməyəcəyi barədə şərtləşdiklərini, bu barədə aralarında yazılı müqavilə bağlamadıqlarını, həmin həyətdə təmir işləri apardığını, çəkdiyi xərci Bahadurun tapşırığı ilə aparmadığını, Bahadurun ona həyəti təmir etmək üçün tapşırıq vermədiyini, həmin evdən yay evi kimi istifadə et diyini, öz rahatlığı üçün şərait yaratdığını bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Vəkil1 verdiyi izahatında cavabdehin həyəti istifadə etmələri üçün təmənnasız şəkildə bacısına verdiyini, onlara həyətə beton salmaq, təmir etmək kimi tapşırıqları cavabdehin vermədiyini, iddiaçının fərdi yaşayış evinin həyətyanı sahəsindən istifadə etdiyini, həyəti əkib-becərdiyini, bu işləri görməsini ondan cavabdehin tələb etmədiyini bildirmişdir. Eyni zamanda İddiaçı kollegiyada verdiyi izahatında da cavabdehlə yuxarıda qeyd edilən yaşayış evinin kirayəyə verilməsi ilə bağlı hər hansı müqavilə bağlamadıqlarını, həmin yaşayış evinin həyətində təmir işləri görməsi ilə bağlı qaynı Cavabdeh məlumat verdiyini, lakin bunu təsdiq üçün hər hansı sübutunun olmadığ ını, cavabdehlə həyətdə görülən təmir işləri ilə bağlı çəkilən xərci tələb etməsi ilə əlaqədar razılaşmadıqlarını bildirmişdir. Kollegiya tərəflərin birinci instansiya məhkəməsi və iddiaçının kollegiyadakı izahatında göstərdiyi halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əhatəli şəkildə yoxlayaraq qeyd edir ki, İddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan Naxçıvan şəhəri, M.S.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2022-ci il tarixli, 336 nömrəli məhkəmə ekspertizasının rəyi ilə müəyyən olunmuş yəni həyətyanı sahəyə betonun salınması, üzüm talavarları və əl damında rəflərin düzəldilməsi, uçmuş divarın bünövrə sinin bərpası, hamam və tualetin hər birinə bir ədəd ağ plastik qapı, ayaqyolunun təmiri üçün kafel metlax, eləcə də kanalizasiya sisteminin qurulması işlərini, həmçinin məhkəmədəki izahatında göstərdiyi kimi öz rahatlığına şərait yaratmaq, həmin həyətyanı sahədə toyuq-cücə saxlamaqla həyətyanı torpaq sahəsini əkib becərərək əldə olunan məhsuldan şəxsi ehtiyacı üçün istifadə etməsi məqsədilə 2419.37 manat məbləğində müxtəlif növ işləri görmüş, həmin işlərin görülməsini Cavabdeh tapşırığı və razılığı olmadan həyata keçirmiş, bununla da özgə işlərini tapşırıq və ya başqa əsas olmadan aparmışdır. Həmçinin işin araşdırılmış hallarından da göründüyü kimi, Cavabdeh iddiaçının gördüyü qeyd olunan təmir işlərini sonradan bəyənməsi, onun mənafeyinə və ya istəyinə uyğun olması müəyyən olunmamış, elə cə də bununla bağlı iddiaçı tərəfindən istər birinci instansiya məhkəməsinə, istərsə də kollegiyaya hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında göstərilir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Həmçinin həmin qərarda göstərilir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərini əsaslı hesab etmir. Kollegiya iddiaçının birinci inst ansiya məhkəməsindəki izahatlarının, yəni çəkdiyi xərci Bahadurun tapşırığı ilə aparmadığını, Bahadurun ona həyəti təmir etmək üçün tapşırıq vermədiyini deməsinin düzgün qeyd olunmaması, işə baxan hakimin həmin izahatı öz bildiyi kimi göstərməsi ilə əlaqədar kollegiyadakı izahatında göstərdiyi hallarla əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. İş materiallarından aydın olur ki, iddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolları ilə tanış olmaq üçün müraciət etməmiş və hər hansı yaz ılı qeyd təqdim etməmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətində də birinci instansiya məhkəməsi tərəfindən onun izahatlarının düzgün qeyd olunmamasını mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən kollegiya iddiaçının kollegiyadakı izahatında göstərdiyi həmin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi nə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsas ən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə predmetinə daxil olan bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanmaqla sübutları qiymətləndirərək iş üz rə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.1, 392, 393 və 402ci mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: İddiaçı аpеllyаsiyа şikаyəti təmin еdilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(078)-929/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsı n. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar