Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-25/2025 04.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X3 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdeh-iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı "xxxx" MMC-yə qarşı qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi, eyni zamanda cavabdeh-iddiaçı "xxxx" MMC-nin iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəm əsinin 04 noyabr 2024-cü il tarixli, 2(078)-123/2024 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və iddiaçıya dəymiş mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində pulun cavabdeh təşkilatdan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin direktoru Seymur Rzalı məhkəmənin elektron ünvanına qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 23683.43 (iyirmi üç min altı yüz səksən üç manat qırx üç qəpik) manat məbləğində pulun tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuş, mülki işə iddiaçı-cavabdeh İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi, eyni zamanda cavabdeh-iddiaçı "xxxx" MMC-nin iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Naxçıvan Şəhər Məh kəməsinin 11 noyabr 2024-cü il tarixli, 2(078)-123/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddianın qismən əsaslı olduğundan qismən təmin edilməsi, iddiaçı-cavabdeh İddiaçı vurulmuş ziyanın əvəzi olaraq 9243.85 (doqquz min iki yüz qırx üç manat səksən beş qəpik) manat məbləğində pulun alınaraq cavabdeh-iddiaçı "xxxx" MMC-nə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, cavabdeh-iddiaçı "xxxx" MMC tərəfindən X7 xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 150 (bir yüz əlli) manat və xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 11 (on bir) manat olmaqla ümumilikdə 161 manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 112.40 (bir yüz on iki manat qırx qəpik) manatın iddia çı-cavabdeh İddiaçı alınaraq cavabdeh-iddiaçıya qaytarılması, məhkəmə mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manatın iddiaçı-cavabdeh İddiaçı alınaraq X9 MR İdarəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-123/2024 saylı qətnaməsinin tamamilə ləğv olunması, ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı "xxxx" MMC-ə qarşı qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi” iddiasının tam təmin olunması, ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı "xxxx" MMC-nin iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şikayətçi tərəfindən verilmiş ilkin iddia ərizəsi üzrə xx.xx.2019-cu ildə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" (hazırki adı LG Bakı MMC) Məhdud Məsuliyyətli Cəmiyyətinə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzi fələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilib. Şikayətçi 4 ilə yaxın həmin cavabdeh təşkilatda işləmişdir və işlədiyi dövrdə heç bir pozuntu və nöqsana yol verməyib. İşlədiyi müddətdə ona əmək funksiyalarını lazımınca yerinə yetirməməyi barədə heç bir xəbərdarlıq edilməyib. Əmək müqaviləsinə xitam verilən hallara səbəb olacaq əməlin nədən ibarət olması ona bildirilməyib. Audit yoxlamasına çağırılma barədə ona heç bir şifahi xəbərdarlıq edilməyib və yazılı xəbərdarlığı alanda isə artıq çox gec olmuşdur. Cavabdehin şikayətçini qanunsuz və əsassız yerə işdən azad etməsi ona həm maddi, həmdə mənəvi cəhətdən zərər vermişdir. Cavabdehin bu əsassız əmrinə görə iddiaçı heç bir yerdə iş tapa bilmir. Ona görə də elə hesab edir ki, ona dəymiş mənəvi zərər cavabdehdən tutularaq ona ödənilməlidir. İşə baxan birinci instansiya məhkəməsi əslində heç bir araşdırma aparmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim verilən izahatlarda əslində başlanmış bir prosesin yekunda guya satış təmsilçilərinin borclarının olması ilə nəticələnmişdir və bu borclar da satış təmsilçilərinin, o cümlədən iddiaçının üzərinə qoyulmuşdur. Halbuki, cavabdeh tərəfindən təqdim edilmiş Təhvil-Təslim və Tələbin güzəşti aktlarından da görünür ki, cavabdehin nümayəndələri tərəfindən aparılmış yoxlama zamanı ticarət nöqtəsinin sahibi tərəfindən borcun məhz ona aid olduğu və ödənilmədiyi bildirilir. Məhkəmə hazırlıq iclasında həm cavabdeh tərəfindən təqdim edilmiş sübutlarda, həm də tərəflərindən verdikləri suallara aldıqları cavablarda açıq-aşkar görünür ki, iddiaçıya mal verilib, iddiaçı tərəfindən q əbul edilib, müştəriyə satılıb, üzləşmə aktında kənara çıxma yoxdur və mövcud borc ticarət nöqtəsi – müştəri tərəfindən etiraf edilir və qəbul edilir. İşçinin işdən azad olunduğu təqdirdə həmin borcun yığılması işçinin fiziki imkanlarından kənara çıxır. Xitam üçün əsas olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərildiyi kimi, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda hissəsini sadəcə işə gəlməməklə bağlı hissədə qane olduğunu cavabdehin sübutları əsasında bildirmişdir. Lakin belə olduğu təqdirdə o zaman iddiaçının işə gəlmək istədiyi və borcların müştərilərdən toplanması barədə təşəbbüsü niyə araşdırılmamışdır və qətnamədə qeyd edi lməmişdir? Məhkəmənin araşdırması bu maddə ilə bu hissədə yekunlaşmışdır. Bu hissənin araşdırılması zərərlə bağlı hissənin də araşdırılması anlamına gələcəkdir. Məhkəmə isə həmin hissəni araşdırmadan ümumi nəticəyə gəlmişdir. Məhkəmənin istinad etdiyi maddələrdən biri də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.2-ci maddəsi olmuşdur. Belə ki, bu maddənin mətnində açıq şəkildə göstərilmişdir 3 komponentin hər üçü olduqda iddiaçının məsuliyyəti yaranmalı idi. Lakin məhkəmə aşağıdakıları araşdırmamışdır və sadəcə cavabdeh-iddiaçının verdiyi daxili sənədlərlə, o cümlədən şifahi mülahizəsi ilə kifayətlənmişdir. Məhkəmə aşağıdakı suallara cavab verməmişdir və nəticə etibarilə qanunu qeyd etməklə əsaslandırmaqdan yayınmışdır:
1. Ziyanın mövcudluğu hələ onun iddiaçı tərəfindən vurulduğu anl amına gəlmir. Ziyanın iddiaçı tərəfindən həqiqətən də vurulmasına dair hansı sübutlar təqdim edilmişdir?
2. Təqsirin müəyyən olunması ya inzibati, ya da, cinayət məsuliyyətinin mövcudluğu barədə məhkəmə qərarı və ya hökmü ilə təsdiqlənir. İddiaçı cavabdehin təqsirinin olmasına dair hər hansı məhkəmə qərarı və ya cəlb etməyə dair qərar varmı?
3. İddiaçı-cavabdeh tərəfindən vəzifələrinin icrası tam yerinə yetirilmiş, mal cavabdehdən təhvil alınıb cavabdehlə müştərinin arasında müqavilə münasibətləri olmayan şəxslərə təqdim edilmişdirsə və həmin müştərilər də bu borcun mövcudluğuna dair aktları imzalamışlarsa iddiaçı-cavabdehin burada hansı məsuliyyəti yaranır? İddiaçı cavabdehlə əmək münasibətlərinə son verildiyi halda hansı vəzifələrin davamlı icrasından söhbət gedir? Məhkəmə bu sualların a raşdırılmasına təşəbbüs göstərməmişdir. Məhkəmə qeyd edilən hissəni də aydınlaşdırmamışdır. Malları cavabdehdən təhvil alıb, müştəriyə çatdıran və onda borc – ödəmə formalaşdıran iddiaçı hansı ziyanı vurmuşdur? Əmək müqaviləsinə xitam verildikdə iddiaçıya müştərilərdən pulların yığılması tapşırılmışdırmı və ya bununla bağlı təklif edilmişdirmi?
1. Alqı-satqı nəticəsindən yaranmış borc eyni zamanda müştəri tərəfindən də təsdiq edilirsə hansı zərərin müzakirəsi gedə bilər? Qətnamə ilə qəti şəkildə razı deyillər. Belə ki, yuxarıda qeyd etdikləri kimi məhkəmə araşdırmanı yalnız cavabdeh-iddiaçının xeyrinə aparmışdır. Eyni zamanda qətnamədə qeyd edilsə də, iddiaçının iddia tələbinin araşdırılması istiqamətində məhkəmə kifayət qədər araşdırmamış, qeyd edilən sənədlərin olub-olmaması hallarına qi ymət verməmişdir. Həmçinin təqdim etdikləri dəlillərə, sənədlərə düzgün hüquqi qiymət verməmişdir. Apellyator sonda apellyasiya şikayətinin təmin olunaraq Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-123/2024 saylı qətnaməsinin tamamilə ləğv olunaraq, ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı "xxxx" MMC-ə qarşı qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi” iddiasının tam təmin olunması, ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı "xxxx" MMC-nin iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 191.1, 191.2-ci maddələrinə i stinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Cavabdeh-iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı apellyasiya şikayəti tamamilə əsassızdır və bu səbəbdən rədd edilməlidir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi tam qanuni olmuşdur. Belə ki, ki, iddiaçı onun fəaliyyətinin audit olunduğunu və fəaliyyətində ciddi nöqsanlar olduğunu bilərək 01 aprel 2023-cü il tarixdən üzrlü səbəb olmadan və iş yerinə hər hansı bir məlumat vermədən işə gəlməmişdir. 01 aprel 2023-cü il tarixdən Ramil işə gəlməməyinin səbəblərinin öyrənilməsi üçün dəfələrlə zəng olunsa da, o, telefo n zənglərinə cavab vermədiyindən, 06 aprel 2023cü il tarixində X5 İttifaqının "xxxx" MMC tərəfindən İddiaçı bildiriş göndərilmişdir. Bildirişdə İddiaçı vəzifə öhdəlikləri xatırladılaraq, X5 İttifaqının "xxxx" MMC-nin direktoruna müraciət etməsi tələb edilmiş, əks halda Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işdən azad ediləcəyi bildirilmişdir. Bildirişin surəti və onun göndərildiyini təsdiq edən poçt qəbzi məhkəməyə təqdim edilib. Lakin bildirişin göndərildiyi 06 aprel 2023-cü il tarixindən sonra da İddiaçı işə gəlməmiş və MMC-nin rəhbərliyinə işə gəlməməyinin səbəblərinə dair hər hansı məlumat verməmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu hal işəgötürənə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə, işçi ilə əmək müqaviləsinə xitam vermək hüququ verir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bundan başqa, İddiaçı işə gəlməməklə yanaşı, əmək müqaviləsi üzrə öhdəliklərini də yerinə yetirməmişdir. Belə ki, işəgötürən tərəfindən işçinin fəaliyyətinin auditi həyata keçirilmiş və onun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, işəgötürənə 236 83.43 (iyirmi üç min altı yüz səksən üç manat qırx üç qəpik) manat məbləğində zərər vurması müəyyən edilmişdir. Müvafiq audit aktları məhkəməyə təqdim edilmişdir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının 09 avqust 2024-cü il tarixli rəyi ilə aktlardakı imzaların İddiaçı tərəfindən icra edildiyi öz təsdiqini tapmışdır. Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Naxçıvan Şəhər Məhkəməsi də məhz yuxarıda şadlanan halları nəzərə alaraq, İddiaçı işdən azad edilməsinin qanuni olduğunu müəyyən etmişdir. Nə Naxçıvan Şəhər Məhkəməsində işə baxılarkən, nə də, apellyasiya şikayətində İddiaç ı tərəfindən yuxarıda qeyd edilən halları təkzib edən hər hansı hala, sübuta istinad edilməmişdir. Vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 290-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, 290-cı maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zi dd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində işəgötürənin əmək münasibətləri prosesində işçiyə mənəvi zərər vurması halları dəqiq göstərilib ki, iddiaçı da öz iddia ərizəsində işəgötürən tərəfindən qeyd edilən əməllərə yol verilməsini təsdiq edən hər hansı sübuta istinad etməyib. Əmək Məcəlləsinin tələblərini pozan iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi heç bir halda işçiyə mənəvi zərər vurulması və ya delikt hesab edilə bilməz. İddiaçı 03 iyun 2019-cu il tarixdə X5 İttifaqının "xxxx" MMC-yə satış təmsilçisi vəzifəsinə işə qəbul edilib. İddiaçı vəzifə öhdəliklərinə aşağıdakılar daxil olub: 1) Məhsulun yerli bazarda uğurlu satışını təmin etmək, sifarişlər i qəbul etmək, sənədlər əsasında anbardan yükləri qəbul etmək, qablaşdırmanın bütövlüyünü yoxlamaq, məhsulları yük maşınına yükləyərək ticarət nöqtələrinə çatdırmaq, yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət etmək; 2) Yüklərin təyin olunmuş yerə çatmasını müşayiət etmək, ticarət nöqtələrinə məhsulları çatdırdıqdan sonra sənəd əsasında məhsulları satıcı-merçendayzere (müştəri təmsilçisinə), baş satıcıya, market anbardarına təhvil vermək, sənəd üzərində məhsulların qəbul-təhvilini rəsmiləşdirmək; 3) Satış obyektlərindən (müştərilərdən) satış pullarını qəbul edib müəssisənin xəzinəsinə təhvil vermək; və rəhbərliyin ona həvalə etdiyi və vəzifə təlimatında göstərilən digər vəzifələr. Lakin təəssüf ki, İddiaçı məhsulları müştərilərə çatdırsa da, m üştərilərin məhsullara görə ödəmiş olduğu satış pullarını qəbul edib, müəssisənin xəzinəsinə ödəməmişdir. Belə ki, İddiaçı fəaliyyətinin auditi həyata keçirilmiş və onun müəssisəyə 23683.43 (iyirmi üç min altı yüz səksən üç manat qırx üç qəpik) manat məbləğində maddi zərər vurması aşkar edilmişdir. Bununla bağlı tərtib edilmiş audit aktı iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim edilib. Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin vəzifəsidir. Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə Əmək Məcəlləsində və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İddiaçı işəgötürənə zərər vurduğu 01 may 2023-cü il tarixli Audit aktı və həmçinin İddiaçı də imzaladığı məhkəməyə təqdim edilmiş təhvil-təslim və tələbin güzəşti aktları ilə öz təsdiqini tapıb. Bəzi aktları isə İddiaçı işə gəlməməsi səbəbindən imzalamamışdır. Naxçıvan Şəhər Məhkəməsi də həmin aktların imzalanmadığına istinad edərək, qarşılıqlı iddianı qis mən təmin edərək, 9243.35 AZN məbləğində zərərin ödənilməsini qət edib. Apellyasiya şikayətində İddiaçı barəsində zərərin vurulduğunun müəyyən edilməsi üçün hər hansı cinayət və ya inzibati məsuliyyətə cəlb edilməyə dair qərar olmalı olduğuna istinad edib. Halbuki, Əmək Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Əmək Məcəlləsinin 199.1-ci maddəsinin “a” bəndinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. İddiaçılə tam maddi məsuliyyət haqqında 03 iyun 2023-cü il tarixli müqavilə də mövcuddur və bu müqavilə də məhkəməyə təqdim edilib və iş materialları arasında mövcuddur. Cavabdeh-iddiaçının nümayəndəsi sonda İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, e-2(078)-123/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin əsassız olduğundan rədd edilməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 2(078)-123/2024 saylı qətnaməsinin tamamilə ləğv olunaraq, ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı "xxxx" MMC-ə qarşı qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi” iddiasının tam təmin olunması, ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı "xxxx" MMC-nin iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil2 şikayəti qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(078)-123/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xa hiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı-cavabdeh İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı-cavabdeh İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan R espublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1, 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prо sessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Bu Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət e dilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apelly asiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı-cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi d əlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, mülki işin müəyyən olunmuş hallarına əsasən “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" (hazırki adı LG Bakı MMC) Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi, eyni zamanda tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. (iş mat İ cild səh 116-129) “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 260 nömrəli əmri ilə İddiaçı xx.xx.2019-cu il tarixdə şirkətin tələblərinə zidd olaraq hesablaşma qaydalarını pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3-cü bəndinə əsasən ona xəbərdarlıq elan edilmişdir (iş mat İ cild səh 134). Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin 15 noyabr 2023-cü il tarixli **********684700 saylı məktubundan görünür ki, 19 dekabr 2011-ci il tarixdən Naxçıvan MR Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2023-cü il tarixdə təsisçisinin ümumi yığıncağının qərarına əsasən hüquqi adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır (iş mat İ cild səh 6). xx.xx.2023-cü il tarixdə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş bildirişdə qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixdən hazırki tarixədək X5 İttifaqının ‘Bakı Satış Mərkəzi” MMC-nin satış şöbəsində satış təmsilçisi vəzifəsində işçi kimi qeydiyyatdadır, bağlanılan Əmək Müqaviləsinə əsasən vəzifələr daşıyır, xx.xx.2023-cü il tarixdən hazırki tarixədək heç bir üzrlü səbəb göstərmədən işə gəlməmiş, bununla da əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur. Dəfələrlə telefon bağlantısı qurmağa çalışılsa da, zənglərə cavab verilməyib (iş mat İ cild səh 227). xx.xx.2023-cü il tarixdə audit aktı tərtib edilərək aktda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər X1 "xxxx" MMC-nin auditi X6 tərəfindən eyni şirkətdə satış təmsilçisi vəzifəsində çalışan İddiaçı İsgəndər oğlunun işlədiyi ərazidə təhvil-təslim işləri aparılmış, təhvil-təslim zamanı uyğunsuzluqlar aşkar edilmişdir (iş mat İ cild səh 144146). Əmək kitabçasının surətindən və iş material larına əlavə edilmiş əmrdən aydın olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə, 262 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (iş mat İ cild səh 5, səh.229). Beləliklə, mülki işin tədqiq edilmiş sənədlərlə müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2023-cü il tarixədək "xxxx" (hazırki adı "xxxx" Bakı MMC) Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi vəzifəsində işləmiş, işə qəbul olunarkən onunla əmək müqaviləsi bağlanmış, vəzifə təlimatı ilə yazılı qaydada tanış edilərək müvafiq imza edilmiş, iş öhdəliyinə dair müvafiq iltizam alınmış və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır (iş mat İ cild, səh.116- 129). “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 260 nömrəli əmri ilə İddiaçı xx.xx.2019-cu il tarixdə şirkətin tələblərinə zidd olaraq hesablaşma qaydalarını pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3-cü bəndinə əsasən ona “xəbərdarlıq” elan edilmişdir. İddiaçı 01 aprel 2023-cü il tarixdən etibarən iş yerinə hər hansı bir məlumat vermədən işə gəlməmiş, 06 aprel 2023-cü il tarixində X5 İttifaqının "xxxx" MMC tərəfindən İddiaçı bildiriş-xəbərdarlıq göndərilmişdir. Həmin bildirişin surətinə əsasən İddiaçı vəzifə öhdəlikləri xatırladılaraq, X5 İttifaqının "xxxx" MMC-nin direktoruna müraciət etməsi tələb edilmiş, əks halda Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işdən azad ediləcəyi bildirilmişdir. Bildirişin surəti və onun göndərildiyini təsdiq edən poçt qəbzi cavabdehiddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur. Lakin bildirişin göndərildiyi 06 aprel 2023-cü il tarixindən sonra da İddiaçı işə gəlməmiş və belə olan halda o, xx.xx.2023-cü il tarixdə, 262 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bə rpa olunmağı və iddiaçıya dəymiş mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində pulun cavabdeh təşkilatdan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh təşkilat "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 23683.43 (iyirmi üç min altı yüz səksən üç manat qırx üç qəpik) manat məbləğində pulun tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(078)-123/2024 nömrəli qətnaməsi ilə yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. Mülki işin mübahisəli halı kimi iş üzrə iddiaçı-cavabdeh İddiaçı vək ili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi göstərdiyi yuxarıda qeyd olunan dəlillər olmuşdur ki, kollegiya qeyd olunan bu dəlilləri mülki işin tədqiq olunmuş halları ilə qarşılıqlı araşdıraraq dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, Əmək müqaviləsinə xitam verilməsi barədə iddianın hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müə yyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin; - 10-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasına aid edilmişdir. - 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə ö hdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, hazırki tələblə bağlı sübut etmə yükü cavabdeh tərəfin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmək qanunvericiliyinin normalarına riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsin in əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qanunvericiliyin yuxarıda qeyd olunan mənasına görə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə işdən azad olunması üçün qeyd olunan bu halın qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiym ətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl olunması şərti ilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: -özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; -təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; -əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; Qarşılıqlı iddianın mahiyyətindən, apellyasiya şikayətinə etirazdan və işin müəyyən edilmiş hallarından məlum olmuşdur ki, iddiaç ı əmək vəzifələrini kobud şəkildə pozaraq üzürlü səbəb olmadan bir aydan artıq bir müddətdə işə çıxmamış, eləcə də mülkiyyətçiyə təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı işə qəbul olunarkən vəzifə təlimatı ilə yazılı qaydada tanış edilərək buna dair müvafiq imza etmiş, ondan iş öhdəliyinə dair müvafiq iltizam alınmış və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İddiaçı 01 aprel 2023-cü il tarixdən etibarən işəgötürənə hər hansı bir məlumat vermədən işə gəlməmiş, 06 aprel 2023-cü il tarixində X5 İttifaqının "xxxx" MMC tərəfindən İddiaçı bildiriş-xəbərdarlıq göndərilmiş, həmin bildirişdə İddiaçı vəzifə öhdəlikləri xatırladılaraq, X5 İttifaqının "xxxx" MMC-nin direktoruna müraciət etməsi tələb edilmiş, əks halda Əmək Mə cəlləsinin tələblərinə uyğun olaraq işdən azad ediləcəyi bildirilmişdir. Lakin bildirişin göndərildiyi 06 aprel 2023-cü il tarixindən sonra da İddiaçı hər hansı üzrlü səbəb olmadan bir aydan artıq bir müddətdə işə çıxmadığı üçün o, xx.xx.2023-cü il tarixdə, 262 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Apellyasiya baxışı zamanı işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı-cavabdehin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman İddiaçı bir aydan artıq müddətdə işə çıxmaması və əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq işəgötürənə maddi ziyan vurması əsas götürülmüşdür. Eyni zamanda həmin normada bu normanın tətbiqini istisna edən şərtlərin - iddiaçının özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bu müddətdə işə gəlməməsi hallarının olmadığı müəyyən edilmişdir. Apellyator sonradan da bu şərtlərin mövcud olmasına dair hər hansı sübut təqdim etməmişdir. Qeyd olunan bu hallar isə onu deməyə əsas verir ki, İddiaçı tərəfindən əmək müqaviləsinin şərtləri kobud şəkildə pozulmuş və belə olan halda da iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi qanuni və əsaslı olmuşdur. Apellyasiya baxışı zamanı işin araşdırılmış hallarından cavabdeh təşkilatda həmkarlar ittifaqı təşkilatının mövcud olmadığı və İddiaçı də həmkarlar ittifaqı təşkilatının üzvü olmadığı müəyyən olmuşdur. Apellyatorun şikayətində qeyd etdiyi “şikayətçinin 4 ilə yaxın həmin cavabdeh təşkilatda işləməsi və işlədiyi dövrdə heç bir pozuntu və nöqsana yol verməməsi, işlədiyi müddətdə ona əmək funksiyalarını lazımınca yerinə yetirməməyi barədə heç bir xəbərdarlıq edilməməsi” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 260 nömrəli əmrindən də göründüyü kimi, İddiaçı xx.xx.2019-cu il tarixdə şirkətin tələblərinə zidd olaraq hesablaşma qaydalarını pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3-cü bəndinə əsasən ona xəbərdarlıq elan edilmiş (iş mat İ cild səh 134) və bu barədə əmrlə tanış edilərək ona müvafiq imza etdirilmişdir. Ape llyatorun işəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyinin əsaslandırılmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır. Doğrudur ki, Əmək Məcəlləsinin 71-ci maddəsinə görə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi mövcud olmalıdır. İşin halları – İddiaçı üzürlü səbəb olmadan uzun müddət işə çıxmaması, müəssisənin fasiləsiz xidmət sahəsində fəaliyyət göstərməsi, iddiaçının bir neçə gün deyil, bir aydan artıq işə çıxmaması, işəgötürənin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi əsası ilə əmək müqaviləsinə xitam verməsinə əsas verir və apellyatorun bununla bağlı dəlili formal xarakter daşıyır. Apellyasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və kollegiya apellyatorun göstərdiyi bu dəlilləri formal mülahizə kimi qəbul edilir. Apellyatorun şikayətində göstərdiyi mənəvi ziyanın ödənilməsi dəlilinə münasibətdə kollegiya hesab edir ki, həmin tələbə Əmə k qanunvericiliyinin deyil, Mülki Məcəllənin mənəvi ziyanla bağlı müddəalarına istinadən qiymət verilməlidir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia ərizəsinin məzmununa nəzər saldıqda aydın olur ki, İddiaçı mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı iddia tələbinin əsası kimi Mülki Məcəllənin 21 və 1097-ci maddələrinə istinad etmiş, eyni zamanda məhkəmə prosesləri zamanı apellyatorun vəkili və nümayəndəsi təmsil etdiyi şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasından sonra heç bir yerdə işə düzələ bilmədiyini əsas gətirərək ona mənəvi ziyanın dəydiyini bildirmişdir. Göründüyü kimi, apellyatorun mənəvi ziyanla bağlı tələbinin əsasları tərəflərin əmək münasibətləri dövründə deyil, İddiaçı işdən azad olunmasından sonrakı dövrdə yaranması iddia olunmuşdur. İddiaçı-cavabdehin qeyd edilən tələbinin hüquqi həlli ilə əlaqədar kollegiya bildirir ki, Аzərbаycаn Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1097-ci mаddəsinə müvafiq оlаrаq mənəvi zərərin ödənilməsi bаrədə iddiа о hаllаrdа təmin edilə bilər ki, iddiаçının fiziki və mənəvi sаrsıntılаr keçirməsi cаvаbdehin qаnunsuz hərəkəti və yа hərəkətsizliyi nəticəsində bаş vermiş olsun, qаnunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər аrаsındа səbəbli əlаqə оlmаqla, zərərvurаn şəxsin təqsiri müəyyən edilmiş оlsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxs in şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan H üquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictima i həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən qərarında həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəy yən edilmiş olsun. Yuxarıda istinad olunan qərarların məzmunundan da göründüyü kimi, İddiaçı cavabdeh təşkilata qarşı olan mənəvi zərərin ödənilməsi tələbi aşağıdakı şərtlər hamısı birlikdə mövcud olduqda əsaslı sayıla bilər: - iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməli; - bu sarsıntı cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli; - cavabdehin təqsiri müəyyən edilməlidir. Qeyd edilənləri sübut etmək vəzifəsi isə fiziki və ya mənəvi sarsıntı keçirməsini iddia edən şəxsin üzərinə düşür. Lakin mülki işin müəyyən olunmuş hallarına əsaslanaraq kollegiya qeyd edir ki, yuxarıda qeyd şərtlərin mövcudluğuna dair İddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də iddiaçı-cavabdehin tələbinin mənəvi ziyanla bağlı hissəsinin də təmin olunması üçün qanuni əsaslar mövcud olmamışdır. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə cavabdeh-iddiaçı təşkilatın direktoru tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim olunmuş və ərizədə qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsini Naxçıvan Şəhər Məhkəməsinə iddia müddətini ötürməklə vermişdir. Belə ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 294.5-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübah isələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Əmək Məcəlləsinin 296.7-ci maddəsinə əsasən isə, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Mediasiya haqqında qanunun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur və Mediasiya haqqında qanunun 35.2-ci maddəsinə əsasən isə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsin də nəzərdə tutulan tarixdən, yəni “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın verildiyi gündən bərpa olunmuş hesab olunur. İddiaçı işdən 04 may 2023-cü ildə azad edilib. 05 may 2023-cü il tarixdən hesablanmaqla, onun məhkəməyə müraciət üçün bir ay vaxtı olub. Lakin İddiaçı məhkəməyə müraciət edərkən bu müraciəti ötürüb. İddiaçı peşəkar vəkillərlə təmsil edildiyindən, onun bu vaxt itkisi heç bir halda üzrlü hesab edilə bilməz. Hətta iddiaçının peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, onun yanlış mediasiya təşkilatına və yanlış məhkəməyə müraciət edərkən itirdiyi vaxtları üzrlü hesab edib nəzərə alınarsa belə, iddiaçı yenə də məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürüb. Təşkilatın nümayəndəsi ərizə sində konkret müddətlərə istinad etməklə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyini və iddia müddətinin keçməsinin məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mülki işin tədqiq olunmuş hallarına əsaslanmaqla iddia müddətinin keçməsinə dair cavabdeh-iddiaçı tərəfin təqdim etdiyi ərizəyə hüquqi qiymət verilmiş və qeyd olunmuşdur ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddət keçməmişdir və buna görə də cavabdeh təşkilatın müddətin tətbiqinə dair ərizəsi nəzərə alına bilməz. K ollegiya birinci instansiya məhkəməsinin cavabdeh-iddiaçı tərəfin təqdim etdiyi iddia müddətinin buraxılması ilə bağlı ərizəsinə münasibətdə gəldiyi bu qənaətlə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir; Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. - 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəm ələr tərəfindən baxılır. - 294.4-cü maddəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. - 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozul duğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. - 296.6-cı maddəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə o lması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296 -cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir”. Qərarda həmçinin qeyd olunmuşdur ki, “...Bununla yanaşı Əmək Məcəlləsinin 296cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Müraciət edənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə bax an orqan dedikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür. Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanla məhkəmələri birbirindən fərqləndirmişdir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tə tbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur.” Konstitusiya Məhkəməsinin Plenumu Qərarının iddia müddətinə dair hissəsində qərara almışdır ki, “Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia mü ddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarına əsasən, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Mülki işin araşdırılmış halları və iddiaçı-cavabdehin nümayəndəsi və vəkilinin kollegiyadakı izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı mübahisənin həlli ilə bağlı xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı-cavabdeh Əmək Məcəlləsinin 296.2-ci maddəsində müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia müddətinin axımının başlanğıcı iddiaçı-cavabdehin mediasiya təşkilatına müraciət etdiyi xx.xx.2023-cü il tarixindən hesablanarsa belə, yenə də iş materiallarından göründüyü kimi iddiaçı 1 aylıq iddia müddətini buraxmaqla məhkəməyə müraciət etmişdir (İddiaçı xx.xx.2023-cü il tarix də 18 saylı Mediasiya təşkilatına müraciət edib və xx.xx.2023-cü il tarixdə mediasiya arayışı verilib, xx.xx.2023-cü il tarixdə ilk dəfə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən ərizənin geri qaytarılması barədə qərardad qəbul edilib. xx.xx.2023cü il tarixdə ikinci dəfə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib və xx.xx.2023-cü il tarixdə “Mediasiya haqqında” qanunun tələbləri pozulduğuna görə ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilib. xx.xx.2023-cü il tarixdə Naxçıvan Mediasiya təşkilatına müraciət edib, xx.xx.2023-cü il tarixdə Mediasiya arayışı verilib, xx.xx.2023-cü il tarixdə üçüncü dəfə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib və xx.xx.2023-cü il tarixdə ərizənin geri qaytarılması barədə qərardad qəbul edilib. xx.xx.2023-cü il tarixdə dördüncü dəfə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib). Yuxarıda istinad olunan iş materiallarına əsasən iddiaçıcavabdehin bu tarixdən sonrakı müraciətlərinə baxılan zaman onun üzürlü səbəblər olmadan qanunvericiliklə müəyyən olunmuş müddəti buraxdıqdan sonra məhkəməyə müraciət etməsi müəyyən olunur. Kollegiya qeyd edir ki, əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunur ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohu munun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə isə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olubolmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsi ni həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçini n əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Mülki Məcəllənin 380.1-ci maddəsində məhz müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsinin iddia müddətinin axımını kəsdiyi qeyd olunur. Müəyyənləşdirilmiş iddia dedikdə isə iddia ərizəsinin Mülki Prosessual Məcəllədə müəyyən edilmiş məzmunda və formada, lazımı sənədlər əlavə edilməklə ərazi və məhkəmə aidiyyəti qaydaları pozulmadan işə baxmaq səlahiy yəti olan məhkəməyə təqdim edilmiş iddia nəzərdə tutulur. Hazırkı halda İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə nöqsanlı şəkildə təqdim etdiyi iddialar müəyyənləşdirilmiş qaydada təqdim edilmiş iddia hesab edilmədiyindən iddia müddətinin axımının kəsilməsi üçün qanuni əsasların mövcudluğu müəyyən edilmir. Bu səbəbdən iddiaçı-cavabdehin fərdi əmək mübahisəsi üzrə irəli sürdüyü tələblər üzrə 1 aylıq iddia müddətinin ötürülməsi əsası birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmalı idi. Lakin kollegiya hazırki vəziyyətdə hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi qətnamənin ləğvinə əsas sayıla bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-n əzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan hallara əsaslanaraq ilk tələb üzrə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı "xxxx" MMC-yə qarşı qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması və ona dəymiş mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Qarşılıqlı iddia tələbinə münasibətdə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək M əcəlləsinin - 191.1-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. - 191.2-ci bəndinə görə aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. - 194.2-ci bəndinə görə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən a zad etmir. - 199-cu maddəsində görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Həmin Məcəllənin 202.1-ci bəndinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli qərarına istinad edən kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin “İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mü tləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar). Qa nunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hall ardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulm uşdursa, onun məbləği işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Belə ki, Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. O da qeyd edilməlidir ki, həmin maddə ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşım ası barədə yazılı müqavilə bağlaya bilər. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunan xüsusatlar baxımından iş materialları tədqiq olunarkən məlum olmuşdur ki, iddiaçı-cavabdeh İddiaçı ilə əmək müqaviləsi bağlanarkən imzalanmış vəzifə təlimatına əsasən müəyyən olunmuş ərazidə məhsulun müştəriyə təqdimatını, bütün çeşidlər üzrə maksimum satışı və satılan məhsulun ödənişini təşkil etməyi, ticarət nöqtələrində n (müştərilərdən) satış pullarını qəbul edib müəssisənin xəzinəsinə təhvil verməyi və həmin pulu heç bir halda öz şəxsi ehtiyacları üçün sərf etməməyi, satış təmsilçisinin müştəridən qəbul etdiyi ödənişləri xəzinəyə təhvil verməməsinin və ya öz şəxsi ehtiyacları üçün sərf etməsinin onun məsuliyyəti olduğu müəyyən edilmişdir. Həmçinin tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən İddiaçı işçinin tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər maddi sərvətlərin saxlanmasını, satışını, daşınmasını, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə məsuliyyət daşımasını, bununla əlaqədar olaraq işçinin ona etibar edilmiş maddi sərvətlərin və g örüləcək işlərin qeydinə qalmasını, şirkətə heç bir səbəbdən ziyan vurmamalı olmasının onun borcunun olmasını, işçi olaraq müəssisənin müştərilərinə göstərdiyi xidmətlər nəticəsində yaranmış məsuliyyətə (dəymiş zərərə) görə cavabdehlik daşımasını və dəyən zərərin miqdarı müəyyən edildikdən sonra ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilməsi öhdəliyini öz üzərinə götürmüş, vəzifə təlimatına əsasən isə yüklərin təyin olunmuş yerə çatmasına müşayiət etməyi, ticarət nöqtələrinə məhsulları çatdırdıqdan sonra sənəd əsasında məhsulları satıcımerçendayzerə (müştəri təmsilçisinə), baş satıcıya, market anbardarına təhvil verməyi, sənəd üzərində məhsulların qəbul-təhvilini rəsmiləşdirməyi, ticarət nöqtələrindən (müştərilərdən) satış pullarını qəbul edib müəssisənin xəzinəsinə təhvil vermə yi vəzifə öhdəliyi olaraq üzərinə götürmüşdür. Lakin cavabdeh-iddiaçı təşkilatın nümayəndəsi tərəfindən təqdim edilən 22 ədəd 13 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə aktdan, 14 ədəd 14 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə aktdan, 17 ədəd 15 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə aktdan məlum olur ki, İddiaçı əmək müqaviləsi və sadalanan sənədlər üzrə vəzifə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 9243.85 manat məbləğində işəgötürənə maddi ziyan vurmuşdur. Qarşılıqlı iddia tələbinin əsaslılığını müəyyən etmək üçün vurulmuş maddi ziyanın müəyyən edilməsi məqsədilə məhkəmənin müvafiq qərardadı ilə cavabdeh tərəfindən təqdim edilmiş 22 ədəd 13 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti ba rədə akta, 14 ədəd 14 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə akta, 17 ədəd 15 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə akta əsasən mövcud olan fərqin düzgün hesablanıb-hesablanmaması, düzgün hesablanmamışdırsa sözügedən aktlara əsasən ümumi borcun nə qədər olması, eləcə də həmin aktlarda satış təmsilçisi qrafasında İddiaçı adının qarşısında olan imzanın ona məxsus olub-olmaması barədə kompleks məhkəmə xətşünaslıq və məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 513-514 nömrəli rəyində qeyd olunmuşdur ki, 22 ədəd 13 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə akta, 14 ədəd 14 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə akta, 17 ədəd 15 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə aktlara əsasən göstərilən məbləğlərin düzgünlüyü nəzərə alındıqda mövcud fərq ümumilikdə 1597.82 manat, ümumi qalıq borc isə 9243.85 manat təşkil edir. Həmçinin Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e-2(078)123/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 922 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş sənədlərdəki 22 ədəd 13 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə aktda, 14 ədəd 14 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə aktda, 17 ədəd 15 mart 2023-cü il tarixli təhvil- təslim və tələbin güzəşti barədə aktda, “satış təmsilçisi” qrafasında soyadı, ad, atasının adı qrafasında qeyd olunmuş Ə.Ramil adının qarşısındakı imzalar iddiaçı-cavabdeh İddiaçı tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi hər iki ekspert rəyini sübut qismində qiymətləndirərək, həmin rəylər əsasında müəyyən edilmiş məbləğin 9243.85 (doqquz min iki yüz qırx üç manat səksən beş qəpik) iddiaçı-cavabdeh İddiaçı alınaraq cavabdeh-iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş ekspert rəyləri kollegiya tərəfindən iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, rəylərin mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından belə qənaətə gəlinmişdir ki, rəylər mübahisənin obyektiv hallarını özündə əks etdirdiyindən mötəbər sübut kimi qəbul edilməlidir. Kollegiya sübutların həmin hi ssədə qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mülki iş üzrə verilmiş hər iki rəydən aydın olur ki, tədqiqat aparılarkən tərəflərin məhkəməyə təqdim etdikləri sənədlər əsasında geniş araşdırma aparılmış və ekspert rəyləri kifayət qədər hərtərəfli əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Apellyasiya baxışı zamanı təqdim olunmuş ekspert rəyləri kollegiya tərəfindən iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, rəylərin mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından belə qənaətə gəlinmişdir ki, rəylər mübahisənin obyektiv hallarını özündə əks et dirdiyindən mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutların qiymətləndirilməsi baxımından göstərilən ekspert rəylərini qarşılıqlı iddia tələbinə münasibətdə mübahisənin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qəbul edir. Kollegiya həmin rəyləri mötəbər sübut növü kimi qəbul edərkən ekspertiza keçirilməsi zamanı prosessual qaydalara əməl edilməsini, tədqiqat üçün təqdim olunmuş mülki iş materiallarının tam və hərtərəfli araşdırılmasını, rəylərdə gəlinmiş nəticənin ekspert qarşısında qoyulmuş suallara uyğunluğunu və rəylərin əsaslandırılmış olmasını da nəzərə almışdır. Kollegiya xüsusilə onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı iddiaçı-cavabdehin nümayəndə si və vəkili Vəkil1 təmsil etdiyi şəxsin onun tərəfindən imza edilmiş audit aktları üzrə müəyyən olunmuş kəsirlərin həqiqətən mövcud olmasını etiraf etmiş və məhz ekspertiza tərəfindən də bu məbləğ müəyyən olunan zaman iddiaçı-cavabdeh tərəfindən imza olunmuş audit aktları üzrə yaranmış kəsir məbləği müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd etməklə həmçinin qarşılıqlı iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı d üzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı "xxxx" MMC-yə qarşı qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi, eyni zamanda cavabdehiddiaçı "xxxx" MMC-nin iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(078)-123/2024 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(078)-123/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı "xxxx" MMC-yə qarşı qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi, eyni zamanda cavabdeh-iddiaçı "xxxx" MMC-nin iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(078)-123/2024 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(078)-123/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəs mi qaydada verildiyi gündən iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.