Məhkəmə qərarları › İş №2(108)-26/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-26/2023

12.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-26/2023 12.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X14 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Akdağ (Abazərova) Zərifə Bayraməli qızının, cavabdehlər Cavabdeh1, Cavabdeh11, Cavabdeh12 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Akdağ (Abazərova) Zərifə Bayraməli qızı və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X21, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 qarşı payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(078)-950/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Akdağ (Abazərova) Zərifə Bayraməli qızı və İddiaçı4 iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0.1438 ha torpaq sahəsindən və yaşayış evindən 1/10 hissədə paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən: G.X.Səfərəliyeva) 25 oktyabr 2022-ci il tarixli, 2(078)-950/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Naxçıvan şəhəri 20 Yanvar küçəsində 0.1438 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 62.8 kv.m olan 52 nömrəli fərdi yaşayış evində iddiaçılar İddiaçı1 payının 1/10 hissə, İddiaçı2 payının 1/10 hissə, Akdağ (Abazərova) Zərif ə Bayraməli qızının payının 1/10 hissə və İddiaçı4 payının 1/10 hissə olması müəyyən edilmiş və İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 30434 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 tutularaq İddiaçı1 qaytarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 11 yanvar 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-ci il tarixli, 2(078)-950/2022 saylı qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 2 5 oktyabr 2022-ci il tarixli 2(078)-950/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə Cavabdeh1 tərəfindən verilmiş vəsatət təmin edilərək qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət Cavabdeh1 münasibətdə bərpa olunmuş və Naxçıvan Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(078)-950/2022 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Cavabdeh1 apellyasiya şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 25 oktyabr 2022ci il tarixli, 2(078)-950/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətində göstərmişdir ki, qaynanası X22 xx.xx.2002-ci ildə, qaynatası X12 isə xx.xx.1982-ci ildə vəfat etmişdir. X1 ölümündən sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. X1 vərəsələri X12, X9, Cavabdeh13, İddiaçı1, X16, X17, İddiaçı4, X6, İddiaçı2, X10 və İddiaçı1dır. X1 ölümündən sonra ünvan 2 ünvanında yerləşən qaynanasından miras qalan 0.1438 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 62.8 kv.m olan fərdi yaşayış evini mərhum həyat yoldaşı X17 qəbul edərək idarə etmişdir. Həyat yoldaşı X17 10 iyul 2018-ci ildə vəfat etdikdən sonra isə o, öz ailəsi ilə birlikdə həmin evdə yaşayaraq, torpaq sahəsini əkib becərərək istifadə etmişdir. 1967 -ci ildə X17 ilə ailə quraraq mərhum qaynatası Bayraməli və qaynanası Qüdrət ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdə yaşamaqla qaynatası və qaynanasına qulluq etmişlər, onların hər ikisinin yas mərasimini həyat yoldaşı Nazim təşkil etmişdir. X1 xx.xx.2002-ci ildə ölümündən hələ illər öncə yuxarıda göstərdiyi vərəsələrdən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh13 ailə quraraq həmin evdən ayrılmışlar. X2 o həmin evə gəlin gələrkən körpə olduğundan onlarla birlikdə yaşamışdır. Natiq yetkinlik yaşına çatdıqdan sonra narkotik vasitələrdən istifadəyə görə tutularaq uzun müddətə azadlıqdan məhrum edilmiş, cəzasını çəkib qurtardiqdan sonra isə 2017-ci ilədək Türkiyə Respublikasında yaşamış, 2017-ci il tarixində isə müalicə məqsədi ilə Naxçıvana qayıtmış və 2019-cu ildə vəfat etmişdir. Ümumiyyətlə 2002-ci il tarixindən keçən bu müddət ərzində həyat yoldaşı və özü ailəsi ilə b irlikdə qaynanası X11 miras qalmış ünvan 2 ünvanında yerləşən evdə digər vərəsələr tərəfindən heç bir narazılıq və etiraz edilmədən yaşamaqla torpaq sahəsini əkib-becərmişlər. Qaynanasının vəfatından sonra ondan qalmış ünvan 2 ünvanında yerləşən mirasın qəbulu ilə bağlı vərəsələr tərəfindən heç bir addım atılmamış, notariusa mirasın qəbulu ilə bağlı heç bir vərəsənin müraciəti olmamışdır. Həmçinin həmin əmlakla bağlı heç bir vəsiyyətnamə və bağışlama olmamışdır. Yalnız həmin əmlakda həyat yoldaşı X17 və özü yaşamaqla mirası faktiki qəbul etmişlər. Bütün bunlara baxmayaraq iddiaçılar hansı yolla əldə olunması məlum olmayan ünvan 2 ünvanında yerləşən əmlakla bağlı özlərini hüquq sahibi kimi göstərən çıxarış əldə etmişlər. Həmin çıxarışın verilməsi üçün heç bir hüquqi əsas yoxdur və həmin çıx arış ləğv edilərək etibarsız sayılmalıdır. 20 il öncə açılmış miras üzrə keçən bu müddət ərzində vərəsələr hərəkətsiz qaldıqlarından onlar ünvan 2 ünvanında yerləşən əmlakdan pay tələb edərək pay sahibi olmaq hüququna malik deyillər. Ümumiyyətlə iddiaçılar tərəfindən məhkəmə qarşısında irəli sürülmüş tələb düzgün əsaslandırılmamışdır. Belə ki, tələbin əsaslandırılması hissəsində payların naturada ayrılması istənilsə də xahiş etdim hissəsində payın müəyyən olunması xahiş edilmişdir. Ümumilikdə iddia tələbinin özü də anlaşılan deyil, mübahisənin dərinliyinə varılaraq düzgün araşdırılma aparılmasına şərait yaratmır. İddia ərizəsinin özü belə ziddiyətli olduğundan həmin iddia üzrə işin icraata qəbul edilərək baxılması belə prosessual pozuntudur. Buna baxmayaraq nəinki, bu cür aydın olmayan idd ianı məhkəmə icraatına qəbul etmiş, həmçinin tələbin əsası kimi qoyulan çıxarışın necə meydana çıxmasını, həmin şəxslərin bu hüquqlarının nəyin əsasında yaranmasını aydınlaşdırmadan əsassız bir qətnamə qəbul etmişdir. Özü və ailəsi mərhum X1 adına qeydiyyatda olan ünvan 2 ünvanında yerləşən əmlakı qaynanasının vəfatından sonra istifadə edərək orada meyvə ağacları və tərəvəz məhsulları əkmişlər və bu gün də həmin torpağı əkib becərməkdə davam edirlər. Neçə illərdir ki, qaynanasının digər vərəsələri ailə həyatı quraraq köçüb özlərinə aid torpaqlarında tikdikləri evlərində yaşayırlar. Qaynanası və həyat yoldaşı vəfat etdiyi vaxtda onların yanında yalnız özü olub, həyat yoldaşının dəfn və yas mərasimini özü təşkil edib və onun ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən torpaq sahə sini və həmin torpağın üzərində yerləşən yaşayış evini özü qəbul edərək idarə etmişdir. Hal-hazırda da idarə etməkdə davam edir. X4, Cavabdeh4 və Cavabdeh5 həmin evdə böyütmüş. onlar ailə qurub həmin evdən gəlin köçmüşlər. xx xxxxxxxx 1971-ci ildə anadan olmuş oğlu Cavabdeh2 1998-ci ildə ailə quraraq ailəsi ilə birlikdə həyat yoldaşı X32, övladları X24 və X18 onunla birlikdə ünvan 2 ünvanında yerləşən evdə yaşayırlar. Mərhum həyat yoldaşı X7 yaşadığı zamanlarda evin bütün kommunal xərclərini o ödəmiş, onun vəfatından sonra isə bütün ödənişləri özü etmişdir. Məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Beləliklə də Naxçıvan Şəhər Məhkəməsi işə baxarkən bir sıra qanunvericilik normalarını düzgün tət biq etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 72-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı, 1243.2-ci, 1243.3-cü, 1255-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci, 88-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edili b-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə də məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarını nəzərə almadan iddianı əsassız olaraq təmin etmişdir. Apellyasiya şikayətinə qarşı heç bir etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə İddiaçı4, cavabdeh, Cavabdeh2, X21, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh13 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməyiblər. Kollegiya mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı4, cavabdehlər Cavabdeh2, X19, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh13 və İddiaçı1 nümayəndəsi və və kili Nümayəndə iştirakları olmadan baxmışdır. Məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(078)-950/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatlarında iddiaçılar İddiaçı1, İddiaçı2, Akdağ (Abazərova) Zərifə Bayraməli qızı apellyasiya şikayətini qəbul etmədiklərini və apellyasiya şikayətinin təmin olunmamaqla Naxçıvan Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(078)-950/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişlər. Məhkəmə baxışı iclasındakı izahatlarında cavabdehlər Cavabdeh11, Cav abdeh12 qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikay ətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslılığını və qаnuniliyini, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq tam yoxlayaraq iş üzrə gəldiyi nəticələrlə bağlı aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmla k və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2022-ci il tarixli Çıxarışından aydın olur ki, Naxçıvan şəhəri 20 Yanvar küçəsi ev 52 ünvanında yerləşən 0.1438 ha torpaq sahəsi və ümumi sahəsi 62.8 kv.m olan fərdi yaşayış evi X13, X7, Cavabdeh13, İddiaçı1, İddiaçı3, İddiaçı2, X3, İddiaçı4, X8 və X5 ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslər in paylı mülkiyyəti müəyyənləşdirilə bilər; Həmin Məcəllənin 223.3-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, hüquqi dövlətdə mülkiyyət hüququ toxunulmaz olmaqla, subyekti qismində bir şəxs, habelə iki və daha çox şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə qeyd edilən münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Mülki M əcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyətin birgə mülkiyyət və paylı mülkiyyət kimi növləri fərqləndirilir. Belə ki, Mülki Məcəllənin 213.2 və 213.5-ci maddələrinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Kollegiya Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv olunmaqla iddianın rədd olunması üçün əsas kimi göstərdiyi “X1 ölümündən sonra ünvan 2 ünvanında y erləşən qaynanasından miras qalan 0.1438 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 62.8 kv.m olan fərdi yaşayış evini mərhum həyat yoldaşı X7 qəbul edərək idarə etməsi, həyat yoldaşı 10 iyul 2018-ci il tarixində vəfat etdikdən sonra isə onun öz ailəsi ilə birlikdə həmin evdə yaşayaraq, torpaq sahəsini əkib becərərək istifadə etməsi, 1967 -ci ildə X17 ilə ailə quraraq mərhum qaynatası Bayraməli və mərhumə qaynanası Qüdrət ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdə yaşaması, qaynatası və qaynanasına onların qulluq etməsi, onların hər ikisinin yas mərasimini həyat yoldaşı Nazimin təşkil etməsi, X1 xx.xx.2002-ci il tarixində ölümündən hələ illər öncə yuxarıda göstərdiyi vərəsələrdən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh13 ailə quraraq həmin evdən ayrılması, X2nun o həmin evə gəlin gələrkən körpə olduğundan onlarla birlikdə yaşaması, Natiqin yetkinlik yaşına çatdıqdan sonra narkotik vasitələrdən istifadəyə görə tutularaq uzun müddətə azadlıqdan məhrum edilməsi, cəzasını çəkib bitirdikdən sonra isə 2017-ci il tarixinədək Türkiyə Respublikasında yaşaması, 2017-ci il tarixində isə müalicə məqsədi ilə Naxçıvana qayıtması və 2019-cu ildə vəfat etməsi, ümumiyyətlə 2002-ci il tarixindən keçən bu müddət ərzində həyat yoldaşı və o ailəsi ilə birlikdə qaynanası X11 miras qalmış ünvan 2 ünvanında yerləşən evdə digər vərəsələr tərəfindən heç bir narazılıq və etiraz edilmədən yaşamaqla torpaq sahəsini əkib-becərməsi, qaynanasının vəfatından sonra ondan qalmış ünvan 2 ünvanında yerləşən mirasın qanuni qəbulu ilə bağlı vərəsələr tərəfindən heç bir addımın atılmamas ı, notariusa mirasın qəbulu ilə bağlı heç bir vərəsənin müraciətinin olmaması, həmçinin həmin əmlakla bağlı heç bir vəsiyyətnamə və bağışlamanın olmaması, yalnız həmin əmlakda həyat yoldaşı X17 və özü yaşamaqla mirası faktiki qəbul etməsi ilə” bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından müəyyən olunduğu kimi iddiaçılar İddiaçı1, İddiaçı2, Akdağ (Abazərova) Zərifə Bayraməli qızı və İddiaçı4 birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, X21, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 qarşı birgə mülkiyət kimi dövlət qeydiyyatına alınmış torpaq sahəsi və yaşayış evinə münasibətdə paylarının müəyyən edilməsi tələbini irəli sürmüşlər. Cavabdeh1 qarşılıqlı iddia tələbi mövcud olmamış dır. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin qaynanasından miras qalmış əmlakın vərəsəlik qaydasında qəbul edilməsini göstərdiyi ünvan 2 ünvanında olan 0.1438 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 62.8 kv.m fərdi yaşayış evi iş materiallarından aydın olduğu kimi birgə mülkiyyət hüququ əsasında 10 nəfərin, iddiaçıların, digər şəxslərin, o cümlədən Cavabdeh1 məhrum əri X7 adlarına dövlət qeydiyyatına alındığından və iddiaçılar ümumi birgə əmlakdakı paylarının müəyyən olunmasını tələb etdiklərindən birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həllində düzgün olaraq ümumi mülkiyyətə dair normalar tətbiq edilmişdir. Buna görə də Cavabdeh1 göstərilən əmlakların miras olaraq qəbul edilməsi barədə dəlilləri iddia predmetinə aid olmadığından qanunvericiliyin tələbinə əs asən həmin dəlillərə hüquqi qiymət verilə bilməz. Kollegiya apellyasiya şikayətində göstərilən “iddiaçıların hansı yolla əldə olunması məlum olmayan ünvan 2 ünvanında yerləşən əmlakla bağlı özlərini hüquq sahibi kimi göstərilən çıxarış əldə etmələri, həmin çıxarışın verilməsi üçün heç bir hüquqi əsasın olmaması və həmin çıxarışın ləğv edilərək etibarsız sayılmalı olması, 20 il öncə açılmış miras üzrə keçən bu müddət ərzində vərəsələrin hərəkətsiz qalmaları və bu səbəbdən də onların ünvan 2 ünvanında yerləşən əmlakdan pay tələb edərək pay sahibi olmaq hüququna malik olmamaları, həmçinin birinci instansiya məhkəməsinin tələbin əsası kimi qoyulan çıxarışın necə meydana çıxmasını, həmin şəxslərin bu hüquqlarının nəyin əsasında yaranmasını aydınlaşdırmadan əsassız qətnamə qəbul etməsi” ilə bağl ı dəlilləri ilə əlaqədar qeyd edir ki, cavabdeh tərəfindən yuxarıda göstərilən, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın etibarlılığı mübahisələndirilməmiş, işə baxan məhkəmə bununla bağlı düzgün olaraq iddia tələbindən kənara çıxmayaraq verilmiş tələbə uyğun olaraq qətnamə qəbul etmişdir. Bu baxımdan kollegiya apellyasiya şikayətində göstərilən, “çıxarışın ləğv edilərək etibarsız sayılmasını” birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələb kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinc i instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Ona görə də kollegiya hesab edir ki, “çıxarışın ləğv edilərək etibarsız sayılması” barədə cavabdehin dəlillərinə həmin dəlillər iddianın predmetinə aid olmadığından hüquqi qiymət verilməsi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya apelyasiya şikayətində göstərilən “iddiaçılar tərəfindən mə hkəmə qarşısında irəli sürülmüş tələbin düzgün əsaslandırılmaması, tələbin əsaslandırılması hissəsində payların naturada ayrılması istənilsə də xahiş etdim hissəsində payın müəyyən olunmasının göstərilməsi, ümumilikdə iddia tələbinin özünün anlaşılan olmaması, iddia ərizəsinin özünün belə ziddiyətli olduğundan həmin iddia üzrə işin icraata qəbul edilərək baxılmasının prosessual pozuntu olması“ barədə dəlillərlə bağlı qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönəl ən tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsindən aydın olur ki, iddiaçılar cavabdehlərə qarşı ünvan 3 ünvanında yerləşən 0,1438 ha torpaq sahəsindən və yaşayış evindən 1/10 paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi iddiaçıların həmin tələbləri üzrə işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur. Apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas təşkil etmədiyindən Cavabdeh1 apell yasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, Akdağ (Abazərova) Zərifə Bayraməli qızı və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X21, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 qarşı payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(078)-950/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(078)-950/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanı lsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar