Məhkəmə qərarları › İş №2(108)-26/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-26/2024

06.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-26/2024 06.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X4 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X2 və cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdeh1 nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdeh1nə qarşı istifadə edilməmiş məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(078)-775/2023 nömrəli qətnamə sindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1ndən xx.xx.2011xx.xx.2021-ci illər ərzində istifadə edilməmiş əsas məzuniyyətləri üçün ödənilməmiş məzuniyyət pulunun 5250 (beş min iki yüz əlli) manat və orta əmək haqqının iki misli 1050 (bir min əlli) manat qədərində işdən çıxarma müavinətinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(078)-775/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən: G.X.Səfərəliyeva) İddiaçı cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdeh1nə qarş ı istifadə edilməmiş məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair iddiası rədd olunmuşdur. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(078)-775/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil, ona görə ki, həyat yoldaşı 01 iyul 2011-ci ildən - 16 iyul 2012-ci ilədək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsində fəhlə, 16 iyul 2012- ci ildən - 07 yanvar 2021-ci ilədək isə həmin idarədə sürücü vəzifəsində işləmiş, Naxçıvan MR Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli qərarı ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Naxçıvan Şəhər Abadlıq və Təmir- Tikinti İdarəsi Komitənin Naxçıvan Şəhər İdarəsinə birləşdirilmiş, həmin qərara əsasən, Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin əmlakı, hüquq və öhdəlikləri Komitənin Naxçıvan şəhər İdarəsinə verilməsinə baxmayaraq heç bir işlə təmin olunmamış, 2021-ci ilin yanvar ayında Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin rəhbərliyi tərəfindən onlara “idarə ləğv edilib ona görə sizi işdən azad etdik" bildirilmişdir. Ondan sonra əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq xitam verilmiş, ona məxsus əmək kitabçası geri verilmiş və onunla heç bir son hesablaşma aparılmamışdır. Qanunvericiliyi araşdırdıqları qədəri ilə, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a”və“b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq (on ildən çox əmək stajı olduqda - orta aylıq əmək haqqının azı iki misli miqdarında) işdən çıxarma müavinəti ödənilməli, lakin ona orta aylıq əmək haqqının iki misli qədərində işdən çıxarma müavinəti və bugünədək istifadə etmədiyi məzuniyyət pulları və son haqq hesab ona ödənilməmişdir. Bununla bağlı Şəhər Tikinti İdarəsinə müraciət etdiklərini, onlar isə cavablarında cavabdeh olmadıqlarını, cava bdehin Naxçıvan şəhər Təmir-Tikinti İdarəsi olduğunu bildirmişlər. İddiaçı işlədiyi illərdə bir gün də məzuniyyətə buraxılmamış və məzuniyyət pulu almamışdır. Sürücü işləməsi və aylıq əmək haqqı alması məhkəməyə təqdim olunmuş arxiv arayışında öz təsdiqini tapmış, həmçinin onu da qeyd etmişdir ki, protokollarla tanış olan zaman yoldaşının məzuniyyətə çıxmaması qeyd olunmuşdur. Qanunvericiliyə əsasən Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsindən iddiaçı 01 iyul 2011-ci ildən - 07 yanvar 2021-ci illər ərzində istifadə edilməmiş əsas məzuniyyətləri üçün ödənilməmiş məzuniyyət pulunun 5250 (beş min iki yüz əlli) manat və orta əmək haqqının iki misli 1050 (bir min əlli) manat qədərində işdən çıxarma müavinətinin tutularaq ona ödənilməsi üçün qətnamə çıxarılmasını xahiş etsə də, iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmışdır. Məhkəmə prosesi zamanı tərəflərin təqdim edəcəyi sübutlar və ya ərizələr hazırlıq iclasının davam etdiyi müddət ərzində məhkəməyə təqdim edilməli olduğu halda, Naxçıvan Şəhər Məhkəməsində 5-6 dəfə hazırlıq iclası keçirildikdən sonra (6 ay davam edən məhkəmə prosesinin sonunda) sonuncu baxış iclasında qarşı tərəf müddətin tətbiq olunması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə isə bu məsələyə etiraz etməyinə baxmayaraq münasibət bildirmədən həmin ərizəni qəbul edərək işə əlavə etmiş və ərizə əsasında müddəti buraxdıqlarını göstərərək iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə bu hərəkəti ilə ciddi hüquq pozuntusuna yol vermiş və bu barədə protokolların heç birində qeydlər aparılmamışdır. Məhkəmə döv rü Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin mütəxəssisi X10 yoldaşı Elnurun təşkilatda işlədiyi müddət ərzində 200 iş günü məzuniyyət günü olduğunu göstərməklə 21 təqvim günündən hesablamaqla məzuniyyət pulunun 3120 (üç min yüz iyirmi) manat təşkil etdiyini göstərmiş, Elnurun işlədiyi dövr ərzində məzuniyyətin və işdən azad edildiyi vaxt son hesablaşmanın aparılmaması işin mübahisəsiz halı olduğunu, Elnurun məzuniyyətə çıxmadığını, məzuniyyətin verilməsi arxiv sənədlərində öz əksini tapmadığını, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşdüyünü, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlərin də onda olduğunu, hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələbini təkzib edəcək hər hansı mötəbər sübutların mövcud olmadığını məhkəmə qətnaməsində qeyd etmiş, lakin məhkəmənin bu yazılanların əksinə qətnamə qəbul etdiyini, eləcə də məhkəmə iddia müddətinin 1 il olduğunu və bu müddətin buraxıldığını əsas tutaraq iddiaların rədd etmişdir. Bu hal göz-ardı edilə bilməz, ona görə ki, məzuniyyətin hesablanıb verilmədiyi işin mübahisəsiz halıdır. Bunlarla yanaşı, məhkəmə onu da vurğulamışdır ki, iddia müddətinin tətbiqi heç də həmişə iddianın rədd edilməsinə səbəb olmur. Hesab etmişdir ki, əmək məzuniyyəti və işdən çıxarma müavinəti iddiaçının sosial təminat hüququdur. Əmək məzuniyyəti və işdən çıxarma müavinəti nəticəsind ə ona ödənilməli olan pul vəsaiti artıq onun mülkiyyətidir və bu hüquqa iddia müddəti ilə məhdudiyyət qoyulması qanunsuz bir haldır. Qeyd olunan halları nəzərə almadan iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması və məqsədyönlü olması nəticəsində verilmiş bir qərar olduğunu, məhkəmənin qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəldiyini, həmçinin bu iş üzrə obyektiv həqiqətin ortaya çıxması üçün məhkəmə prosesinin video-görüntülərə baxılmasını zəruri bir hal olduğunu da hesab etdiyini, göstərilən faktları nəzərə alıb Naxçıvan Şəhər Məhkəməsinin 30 oktyabr 2023-ci il tarixli, 2(078)-775/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmi şdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 35 və 37-ci Azərbaycan Respublikası Əmək Məcəlləsinin Məcəlləsinin 83.2, 113.1, 113.3, 114.3, 135 143.2, 144.2-ci, Azərbaycan Respublikası MPM-nin 9.1, 14.1, 14.2, 76.1, 76.3, 77.1, 78.1 və 88-ci maddələrinə, “Ödənişli məzuniyyətlər haqqında” X3 132 saylı Konvensiyanın 3-cü maddəsinin birinci bəndinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 37-ci maddələrinə və 149-cu maddəsinin İ hissəsinə uyğunluğu haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2000-ci il tarixli, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun 29 noyabr 2002-ci il tarixli qərarına istinad olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında 7 dəfə şəhər məhkəməsində iştirak etdiklərini, məhkəmədə iştirak edənlərdən heç birinin müddətin uzadılmasına mənfi yanaşmadığını, müddət buraxılsa da, işə baxılmasına razılıq verdiklərini, məhkəmə yekunlaşan vaxtı cavabdeh tərəfin müddətin buraxılmasına dair ərizə verdiklərini, işə qanun çərçivəsində baxılmasını istədiklərini, 2011-ci ildə Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti idarəsində işə qəbul olunduğunu, 1 il orada fəhlə vəzifəsində işlədiyini, 2012-ci ildə sürücü olaraq işinə davam etdiyini, əməkhaqqının 500 manat olduğunu, 2021-ci il 7 yanvarda Əmək Məcəlləsinin 70-ci maddəsi ilə iş dən azad olunduğunu, işdən çıxma əmrinin ona təqdim olunmadığını, əmək kitabçasını işdən çıxandan 2-3 ay sonra mühasibdən aldığını, son haqq-hesabın verilmədiyini, 2021-ci ilin 7 yanvarda Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti idarəsinin ləğv olunaraq Naxçıvan Şəhər İdarəsinə birləşdirildiyini, bu müddətdə 5 ay işsiz qaldığını, ona işçiyə ehtiyaclarının olmadığının deyildiyini, məzuniyyət pulu və son haqq-hesabla bağlı dəfələrlə Hicran müəllimin qəbulunda olduğunu, ona həmin pulun veriləcəyi barədə dediklərini, sonuncu dəfə ona “hara şikayətə gedirsinizsə gedin, burada qanun bizik. Başqa yerdə gedib işləsəz də, sizi işdən çıxardarıq” dediklərini, ona görə də məhkəməyə gec şikayət etdiyini, əvvəllər işdən çıxan işçilərin məzuniyyət pulunun və son haqqhesabın ın ödənildiyini, ona nə vaxt işdən çıxsa, son haqq-hesabın və məzuniyyət pulunun veriləcəyinin deyildiyini, il ərizində son haqq-hesabı istədiyi halda ona yəqin ki, orta hesabla 150-200 manat pulun hesablanacağını düşündüyünü, Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti idarəsinin 2013-cü ilin fevral ayından Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi adlandırıldığını, 2011-ci ildən 2021-ci ilə qədərki məzuniyyət pulunu və son haqq-hesabı tələb etdiyini, həmin dövrlərdə məzuniyyət pulunu tələb etmədiyini, tələb edilmiş halda yəqin ki ödəniləcəyini düçündüyünü, 2021-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti idarəsinin Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinə birləşdirildiyini, qanunu bilmiş olduğu halda kiminsə sözün ü eşitməyib müddəti ötürmədən məhkəməyə müraciət edəcəyini, məhkəməyə şikayət etdikdə heç bir yerdə işləyə bilməyəcəyinin deyildiyini, Xələddin Rüstəmovun işçilərə qarşı münasibətinin yaxşı olduğunu, idarədə işçi-müdir münasibətlərinin olmadığını, işdən çıxana məzuniyyət pulunun və son haqq-hesabın ödənildiyini, Xələddin müəllimin onlara münasibəti yaxşı olduğu üçün özünün o dövrdə məzuniyyət pulunu istəmədiyini göstərərək birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv olunaraq iddia tələbinin təmin olunmasını kollegiyadan xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında İddiaçı işdən çıxmasının üstündən 2 il vaxt keçdiyini bildiklərini, məhkəməyə iddia ərizəsini göndərəndə də bunu bildiklərini, məhkəmənin 6-7 dəfə iclas keçirdiyini, 7-ci dəfə qərarın qəbul olunduğunu, müddətin buraxılmasının qarşı tərəfə, hakimə də bəlli olduğunu, hakimin dəfələrlə qarşı tərəfdən müddətin buraxılmasına etirazların olub-olmaması barədə soruşduğunu, qarşı tərəfin də buna etiraz etmədiyini, məhkəmənin hər dəfə işə davam etdiyini, sonda məhkəmənin iş üzrə qətnamə qəbul etdiyini, qətnamə qəbul olunmamışdan qabaq qarşı tərəfin məhkəməyə müraciət edərək müddətin buraxıldığını dediyini, məhkəmə iclas protokolları ilə tanış olarkən xx.xx.2023-cü il tarixdə qarşı tərəfin məhkəməyə idarənin tabeçilik qaydasında olması, müddətin şamil olunmadığı, müddətin buraxılmasına etirazları olmadığını bildirməsinin qeyd olunduğunu, xx.xx.2023-cü il tarixli komitənin digər məktubunda da müddətin keçməsinə etiraz olmadıqlarını vurğuladıqlarını, protokolların işin içində olduğunu, protokolda olan səhvlərə dair qeydlər vermədiyini, hakimin özünün də qətnamədə İddiaçı məzuniyyət pulları almadığını qeyd etdiyini, özünün yoldaşının idarədə işləməyi ilə əlaqədar arxivdən arayış alıb məhkəməyə təqdim etdiyini, əməkhaqqılarla bağlı arayışda iddiaçının həqiqətən də 2020-ci ilin dekabr ayına kimi orada işləyib əməkhaqqı aldığının göstərildiyini, qətnamədə də İddiaçı məzuniyyətə çıxmamasının arxiv arayışında öz əksini tapmadığının göstərildiyini, Mülki-Prosessual Məcəlləsinin 78.1-ci maddəsində sübutlar məhkəməyə hazırlıq müddətində verilə biləcəyi halda, məhkəmənin hansı əsasla qətnamə qəbul edilən gün qarşı tərəfin müddətlə bağlı etirazını qəbul etdiyini, 6 dəfə məhkəmə iclası keçiriləndən sonra həmin ərizənin verilməsinin çox böyük şüb hələr yaratdığını, həmin dövr iddiaçının şikayətinə baxılmayacağını düşündüyünü, Mülki Məcəllənin 82-ci maddəsinin 1ci bəndinə əsasən hamıya məlum olan halların sübuta ehtiyacı olmadığını, Əmək Məcəlləsinin 296-cı maddəsində insanın həyatına və sağlamlığna görə vurulmuş zərərin ödənilməsinə görə iddia müddətinin şamil olunmadığını, xx.xx.2021-ci ildə Nazirlər Kabinetinin Abadlıq və Təmir-Tikinti idarəsinin Naxçıvan Şəhər İdarəsinə birləşdirilməsi ilə bağlı qərarın çıxdığını, bütün hüquq və öhdəliklərin, mülkiyyətin Naxçıvan Şəhər İdarəsinə keçdiyini, iddiaçının əmək kitabçasını ordan aldığından, eyni zamanda məzuniyyət pulu və son haqq-hesabı da oradan almalı olduğunu, hakimiyyət dəyişəndən sonra dövlət təhlükəsizlik xidmətinə, Ali Məclisə, daxili işlər nazirliyinə müraciət etdiklərini, on lara pozulmuş hüquqların bərpası ilə məhkəməyə müraciət etmələrinin deyildiyini, iddiaçının işlədiyi dövrdə o idarədə konkret məzuniyyət deyə bir şeyin olmadığını, hal-hazırda, tikinti idarələrində işləyən bəzi şəxlərə də məzuniyyət verilmədiyini, öz atasının da o idarədən əmək məzuniyyəti istədiyinə görə işdən çıxarıldığını, Ali Məclisdən onlara konkret olaraq “gedin oturun yerinizdə, işinizdən olmaq istəmirsinizsə, sakit oturun” deyildiyini, həmin vaxt məzuniyyət məsələsində onların dediklərinin olduğunu, onların sözünün qabağına hansısa qurumun söz qoya bilmədiyini, X8ndən sektor müdiri Cavad müəllimin işə cəlb edildiyini, hakimin arxivdən illər üzrə əməkhaqqı cədvəllərini aldığını, Cavad müəllimin 3120 manat məbləğində işçiyə məzuniyyət pulu hesabladığını, iddia müddətini buraxılması b arədə ərizə təqdim edildikdən sonra məhkəmənin bunu əsas götürərək işə xitam verdiyini, qarşı tərəf dəfələrlə müddətin buraxılmasına etirazının olmadığını desə də, son gündə verdiyi ərizəyə əsasən iddianı rədd edildiyini göstərərək Naxçıvan Şəhər Məhkəməsinin 30 oktyabr 2023-ci il tarixli, 2(078)-775/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi X13 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında hər bir işçinin Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən məzuniyyətə çıxmalı olduğunu, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 13 iyul 2018-ci il tarixli qərarı ilə Naxçıvan Şəhər Abad lıq və Təmir-Tikinti İdarəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyini, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə olan Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin Komitənin Naxçıvan Şəhər İdarəsinə birləşdirildiyini, həmin birləşdirilmə vaxtı idarənin ancaq maşın mexanika və binaların təhvil verildiyini, borcların və alacaqların verilmədiyini, abadlıq və təmir-tikinti idarəsi ləğv olunanda qərarda son haqq hesabların işçilərə ödənilməsi ilə bağlı heç nə göstərilmədiyini, hazırda onların həmin vəsaiti verməyə güclərinin çatmadığını, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən iddiaçını n hüquqlarının müdafiəsi üçün 1 ay müddətində müraciət etməli olduğunu, artıq həmin vaxtdan 3 il keçdiyini, iddiaçının onların idarəsində işləmədiyini, vətəndaşın işdən azad olunmasını, onun əmək kitabçasının idarəyə verilmədiyini, bu gün o pulun hesablanıb verilməsinin maliyyə şöbəsindən onlara problem yaradılmasına səbəb olacağını, ona görə ki,idarə birləşdirilərkən yalnız o idarədən onlara mexanika və binanın verildiyini bildirərək kollegiyadan birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə qalmasını xahiş etdi. Cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında onun təmsil etdiyi idarəyə bu işin aid olmadığını hesab etdiyini, ona görə ki, idarənin ləğv edilib birbaşa Naxçıvan Ş əhər İdarəsinə birləşdirildiyini, həmin idarənin cəmi 3 il onların tabeliyində olduğunu, birinci instansiya məhkəməsinin ilk yanaşmasının məsələnin hansısa formada həll edilməsinin olduğunu, məhkəmənin bu səbəbdən uzandığını, məhkəməyə 2 dəfə ərizə ilə müraciət etdiklərini, birinci dəfə iddia ərizəsinə etiraz 3 avqustda verdiklərini və 296-cı maddəni göstərdiklərini, ikinci dəfə etiraz ərizəsinə əlavə məlumatlar verdiklərini, müəssisələrin təzə özəlləşdirməyə getdiyini, onun fikrincə məhkəmənin müəssisələr özəlləşdirməyə getməyənə qədər onların tərkibində olduğunu müəyyən edib pulun iddiaçıya verilməsini təmin etməsi istəməsi olduğunu, qərarın nə olmasından asılı olmayaraq bunun iddiaçı tərəfindən qiymətləndirilməli olduğunu, ikinci etiraz ərizədə 296-cı maddəni plenum qərarı ilə bir daha məhkəmənin diqqətinə çatdırdıqlarını, vətəndaşa dəfələrlə haqlı olduğunu, lakin 2015-2018-ci illərdə icra hakimiyyətinin tabeçiliyində olduğunun deyildiyini, onların tabeliyində yalnız 2 ilə yaxın olduğunu, şəhər tikinti idarəsinin komitənin tərkibində özünü maliyyələşdirmə prinsipi ilə işlədiyini, həmin şəxsin məzuniyyətə çıxıb-çıxmaması barədə sübut olmadığını, bunu müəyyən etsələr də, 2 illik varisliyinin ortaya çıxa biləcəyini, tikinti idarəsinin pulu olmadığına görə o cür yanaşmanın mümkünsüz olduğunu, vətəndaş vaxtında müraciət etdiyi halda son haqq-hesabın və məzuniyyət pulunun ödəniləcəyini, onlara verilən sənədlərdə son haqq-hesabın ödənilməməsi halınən göstərilmədiyini, pulu ödəməyə gücləri çatmadığını, iddiaçının komitənin tabeçiliyində olan idarədə işlədiyi zaman ona son haqq-h esabın ödənib-ödənilməməsi barədə sənədin olmadığını, son olaraq 296-ci maddəni göstərdiklərini, məhkəmənin də bunu əsas tutaraq qərar qəbul etdiyini bildirərək kollegiyadan birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə qalmasını xahiş etdi. Mülki işin materiallarına əlavə edilmiş 21 fevral 2023-cü il tarixli 13/400 nömrəli arxiv arayışından aydın olur ki, arxiv sənədlərində İddiaçı 2011-ci ildə iyul ayından əmək haqqı alması, 2020-ci ilə dair əmək haqqı cədvəllərində dekabr da daxil olmaqla əmək haqqı alması göstərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin sorğusu əsasında Naxçıvan MR Dövlət Arxiv İdarəsindən daxil olan 01 avqust 2023-cü il tarixli, 13/1280 nömrəli arxiv arayışından və ona əlavə edilən sənədlərdən aydın olur ki, İddiaçı xx.xx.2011-ci il tarixli 33 nömrəli əmrlə İİİ dərə cəli fəhlə qəbul edilməsi əmr kitabında qeyd edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən aydın olur ki, bildiriş sistemə xx.xx.2018-ci ildə daxil edilmiş, İddiaçı iş yeri Naxçıvan Şəhər Abadlıq və Təmir Tikinti İdarəsi, vəzifəsi sürücü, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2011-ci il, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsi forması işə muzd, aylıq əmək haqqı məbləği 450 manat qeyd edilmişdir. Tərəflər arasında bağlanmış 01 iyul 2011-ci il tarixli əmək müqaviləsindən aydın olur ki, işçinin hər növbəti iş ili üçün Əmək Məcəlləsində nəzərdə tutulan məzuniyyət hüququ müqavilədə qeyd edilmişdir. Əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı xx.xx.2011-ci il tarixli 33 nömrəli əmrlə Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinə İİ İ dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.2012-ci il tarixli 52 nömrəli əmrlə sürücü vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixli 02 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin 19 may 2023-cü il tarixli 38 nömrəli məktubunda qeyd edilmişdir ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsi Naxçıvan MR Nazirlər Kabinetinin 07 yanvar 2021-ci il tarixli 05 nömrəli qərarı ilə ləğv edilmişdir. Həmin idarə Naxçıvan Şəhər İdarəsinə birləşdirilməsinə baxmayaraq təhvil-təslim aktı, heç bir mühasibat sənədləri, əmək müqaviləsi və kargüzarlıq sənədləri təhvil verilməmişdir. V ətəndaş işlədiyi Abadlıq və Təmir Tikinti İdarəsindən hər il əmək məzuniyyətinə çıxmalı və yaxud istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanı Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsindən almalı idi. Ləğv edilmiş Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsindən Naxçıvan Şəhər İdarəsinə hesablanmış son hesab cədvəli və həmin cədvəllərə görə siyahı təqdim olunmamış, eyni zamanda vəsait ayrılmamışdır. Naxçıvan Şəhər İdarəsi Naxçıvan MR X14 06 fevral 2013-cü il tarixli 84-İV FR saylı Fərmanı ilə özünü maliyyələşdirmə prinsipi əsasında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin 13 iyul 2018-ci il tarixli 129 nömrəli Qərarından aydın olur ki, Naxçıvan Şəhər Abadlıq və Təmir Tikinti İdarəsi Naxçıvan MR Dövlət Şəh ərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin 7 yanvar 2021-ci il tarixli 5 nömrəli Qərarından aydın olur ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi Komitəsinin Naxçıvan Şəhər İdarəsinə birləşdirilmişdir. Ləğv edilən Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin əmlakı, hüquq və öhdəlikləri Komitənin Naxçıvan Şəhər İdarəsinə birləşdirilmişdir. Naxçıvan Şəhər Təmir-Tikinti İdarəsinin nümayəndəsi X13 tərəfindən təqdim edilən 27 oktyabr 2023-cü il tarixli 95 nömrəli Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin rəisi vəzifəsini icra edən Sarvan Quliyev tərəfindən imzalanmış məlumatda (ərizədə) Azərbaycan Respublikası Əmək Mə cəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilməsi göstərilərək, məhkəmədən bunun nəzərə alınaraq işə xitam verilməsi xahiş edilmişdir. 12 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş əlavə məlumatda cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə uyğun olaraq iddia müddətinin keçməsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş üzrə İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsinə dair, cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura K omitəsinin nümayəndəsi X2 və cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdeh1 nümayəndəsi X7 isə apellyasiya şikayətinin təmin edilmədən qətnamənin dəyişdirilmədən saxlanılmasına dair izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1ndən xx.xx.2011-xx.xx.2021-ci illər ərzində istifadə edilməmiş əsas məzuniyyətləri üçün ödənilməmiş məzuniyyət pulunun 5250 (beş min iki yüz əlli) manat və orta əmək haqqının iki misli 1050 (bir min əlli) manat qədərində işdən çıxarma müavinətinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən yuxarıda mübahisələndirilən 30 oktyabr 2023-cü il tarixli, 2(078)-775/2023 nömrəli qətnaməsi qəbul edilmişdir. Kollegiya iddiaçının verdiyi apellyasiya şikayətində göstərdiyi “ İddiaçı 01 iyul 2011-ci ildən - 16 iyul 2012-ci ilədək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsində fəhlə, 16 iyul 2012-ci ildən - 07 yanvar 2021-ci ilədək isə həmin idarədə sürücü vəzifəsində işləmiş, Naxçıvan MR Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli qərarı ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində ola n Naxçıvan Şəhər Abadlıq və Təmir Tikinti İdarəsi Komitənin Naxçıvan Şəhər İdarəsinə birləşdirilmiş, həmin qərara əsasən, Naxçıvan Şəhər Abadlıq və Təmir Tikinti İdarəsinin əmlakı, hüquq və öhdəlikləri Komitənin Naxçıvan şəhər İdarəsinə verilməsinə baxmayaraq heç bir işlə təmin olunmamış, 2021-ci ilin yanvar ayında onlara “idarə ləğv edilib ona görə sizi işdən azad etdik" bildirilmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq xitam verilmiş, ona məxsus əmək kitabçası geri verilmiş və onunla heç bir son hesablaşma aparılmamışdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun ol araq müəyyən olunan əmək stajından asılı olaraq (on ildən çox əmək stajı olduqda - orta aylıq əmək haqqının azı iki misli miqdarında) işdən çıxarma müavinəti ödənilməli, lakin ona orta aylıq əmək haqqının iki misli qədərində işdən çıxarma müavinəti və bugünədək istifadə etmədiyi məzuniyyət pulları və son haqq hesab ona ödənilməmişdir” dəlilləri ətraflı şəkildə araşdıraraq onlara məcmu şəkildə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildikdə əmək müqaviləsi ləğv edilə bilər. Məcəllənin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəy yən olunan əmək stajından asılı olaraq (on ildən çox əmək stajı olduqda - orta aylıq əmək haqqının azı iki misli miqdarında) işdən çıxarma müavinəti ödənilməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 110.1-ci maddəsinə görə işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmə k hüququna malikdirlər. Həmin Məcəllənin 110.3-cü bəndinə görə işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 135-ci maddəsinə görə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 143-cü maddəsinə görə işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı işlədiyi dövr ərzində məzuniyyətin və işdən azad edildiyi vaxt son hesabın hesablanıb verilmədiyinin işin mübahisəsiz halın olmasını, iddiaçının məzuniyyətə çıxmadığını, məzuniyyətin verilməsinin arxiv sənədlərində əksini tapmadıgını, hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələbini təkzib edəcək hər hansı mötəbər sübutların mövcud olmadığını qeyd etmişdir. Kollegiya apellyasiya şikayətində göstərilən “Məhkəmə prosesi zamanı tərəflərin təqdim edəcəyi sübutlar və ya ərizələr hazırlıq iclasının davam etdiyi müdd ət ərzində məhkəməyə təqdim edilməli olduğu halda, Naxçıvan Şəhər Məhkəməsində 5-6 dəfə hazırlıq iclası keçirildikdən sonra (6 ay davam edən məhkəmə prosesinin sonunda) sonuncu baxış iclasında qarşı tərəf müddətin tətbiq olunması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə isə bu məsələyə etiraz etməyinə baxmayaraq münasibət bildirmədən həmin ərizəni qəbul edərək işə əlavə etmiş və ərizə əsasında müddəti buraxdıqlarını göstərərək iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə bu hərəkəti ilə ciddi hüquq pozuntusuna yol vermiş və bu barədə protokolların heç birində qeydlər aparılmamışdır. Əmək məzuniyyəti və işdən çıxarma müavinəti iddiaçının sosial təminat hüququdur. Əmək məzuniyyəti və işdən çıxarma müavinəti nəticəsində ona ödənilməli olan pul vəsa iti artıq onun mülkiyyətidir və bu hüquqa iddia müddəti ilə məhdudiyyət qoyulması qanunsuz bir haldır” dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi X13 tərəfindən təqdim edilən 27 oktyabr 2023-cü il tarixli 95 nömrəli Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin rəisi vəzifəsini icra edən Sarvan Quliyev tərəfindən imzalanmış məlumatda ( ərizədə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilməsi göstərilərək, məhkəmədə n bunun nəzərə alınaraq işə xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarə n 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məcəlləsinin 296.6-cı maddəsinə görə bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işi n baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan mülki mübahisə tərəflərinin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qey ri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Kollegiya qeyd edir ki, iddia müddətini n tətbiqi heç də həmişə iddianın rədd edilməsinə səbəb olmur. Yuxarıda əmək qanunvericiliyində qeyd edilən üzürlü səbəblər olduqda ötürülmüş müddət bərpa edilə bilər. Buraya iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı hallar aid edilir. Mülki işin 11-15-ci vərəqələrində olan əmək kitabçasının surətindən iddiaçının 2021-ci il tarixdən işdən azad edildiyi, başqa iş yerlərində işləməsi, bunlara dair qeydlərin əmək kitabçasında aparılması aydın olur. Göründüyü kimi, iddiaçı 2021-ci il tarixdə işdən azad edildikdən sonra işlədiyi iş yerlərinə əmək kitabçasını təqdim etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüqu qu 2022-ci il tarixdə başa çatmış, o isə 1 il ərzində məhkəməyə müraciət etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin hazırki tələb üzrə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəni əsaslı hesab edərək məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin keçməsi ilə bağlı gəldiyi nəticəni düzgün hesab edir. Apellyasiya şikayətində “məhkəmənin qətnaməsində Elnurun işlədiyi dövr ərzində məzuniyyətin və işdən azad edildiyi vaxt son hesablaşmanın aparılmadığı işin mübahisəsiz halı olduğunu, Elnurun məzuniyyətə çıxmadığını, məzuniyyətin verilməsi arxiv sənədlərində öz əksini tapmadığını, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşdüyünü, digər tərəf dən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlərin də onda olduğunu, hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələbini təkzib edəcək hər hansı mötəbər sübutların mövcud olmadığını qeyd etməsi” dəlilinə qiymət verərək kollegiya hesab edir ki, qətnamədə həmin halların qeyd edilməsi birinci instansiya məhkəməsinin tam, obyektiv və ədalətli araşdırma aparmaqla qanuni nəticə verilməsi qənaətinə gəlməsinə əsas verir. Beləliklə, kollegiya iddiaçı tərəfin qətnamənin ləğv edilməsinə dair apellyasiya şikayətində göstərdiyi dəlillərə qiymət verərək həmin dəlillərin qətnamənin ləğv edilməsi üçün əsaslı hesab etməyərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin 30 oktyabr 2023-cü il tari xli, 2(078)-775/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmaqla iddiaçı tərəfin vermiş olduğu apelyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbаycаn Respublikаsının Mülki-Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) ö z qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən kollegiya qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma v ə Arxitektura Komitəsinin Cavabdeh1nə qarşı istifadə edilməmiş məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(078)-775/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(078)-775/2023 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar