Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-27/2022 07.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxrəddin Rüstəm oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması və tikilinin məcburi sökülməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddia çılar İddiaçı1, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil2 Cavabdeh1 qarşı mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması və istifadəyə yararsız tikilinin sökülməsi barədə iddia ərizəsi ilə 24 iyun 2019-cu il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ üzrə iddiaçılara məxsus olan və Naxçıvan şəhər Qaraxanbəyli kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 tərəfindən istifadəyə olan maneənin aradan qaldırılması və üzərində köhnədən tikilmiş, istifadəyə yararsız, uçmaq təhlükəsində olan çayxana binasının məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddia çı2 mülkiyyətlərində olan Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən 0.09 ha ölçüdə olan torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaranmış maneələrin aradan qaldırılması, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən 0.09 ha ölçüdə olan torpaq sahəsində inşa edilmiş 32 kvadrat metr ölçüdə olan tikilinin məcburi qaydada sökülməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, cavabdehlərin vəkili Vəkil1 25 oktyabr 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edil məsini kollegiyadan xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması və tikilinin məcburi sökülməsi tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, cavabdehlərin vəkili Vəkil1 Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 01 dekabr 2021-ci il tarixdə müddətin bərpasına dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qət naməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş və qanunla müəyyən edilmiş şikayət müddətinin buraxılmasının üzrlü hesab edilməsi və buraxılmış müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh1, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 münasibətdə bərpa edilmiş, mülki iş apellyasiya şikayəti ilə birlikdə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Cavabdeh1, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırm ışlar ki, Cavabdeh2 mərhum həyat yoldaşı X5 ilə 30 aprel 1987-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. X5 24 dekabr 2008-ci ildə rəhmətə getmişdir. X1 rəhmətə gedən zaman onun həyat yoldaşı və 3 qız övladı onun vərəsələri olmuşdur. Miras qoyan rəhmətə getdikdən sonra onun adına olan Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində 1913 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 136.04 kv.m olan fərdi yaşayış evi, ünvan 1 ünvanında ümumi sahəsi 43.2 kv.m olan 2 otaqlı mənzil və ünvan 2 ünvanında 410.12 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 91.61 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Bundan əlavə Babək Rayon İcra Hakimiyyəti Başçısının 1998-ci il tarixli sərəncamı əsasında X4 Qaraxanbəyli kəndində 32 kv.m torpaq sahəsi verilmiş və eyni zamanda həmin torpaq sah əsinin üzərində 25 nəfərlik çayçı-yeməkxana tikilməsinə icazə verilmişdir. Bundan əlavə Qaraxanbəyli kəndinin 1991-1995-ci illərə dair 17 nömrəli təsərrüfatbaşına kitabında X5 ailə başçısı olmaqla adına 0.1 ha torpaq sahəsi qeyd edilmişdir. Qeyd edir ki, mərhumun 1-ci növbəli vərəsəsi olan həyat yoldaşı Cavabdeh2 mərhumun ölümündən sonra ondan qalan mirasları qəbul etmiş 27.02.2012-ci il tarixdə Naxçıvan şəhər 2-ci DNK-da (keçmiş adı ilə) qeydiyyata alınan 2/V-01-09 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 1 ünvanında ümumi sahəsi 43.2 kv.m olan 2 otaqlı mənzil 19.03.2012-ci il tarixdə cavabdehin - Cavabdeh2 adına qeydiyyata alınmış və eyni zamanda 25.12.2015-ci il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da (keçmiş adı ilə) qeydiyyata alınan 2/V01-226 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında və ünvan 3 ünvanında 410.12 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 91.61 kv.m olan fərdi yaşayış evi 28.12.2015-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. Bu miras əmlakları qəbul edən və öz adına qeydiyyata aldıran və sənədləşdirən iddiaçı mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mərhum həyat yoldaşından qalan miras əmlakları bütövlükdə qəbul etmişdir. Məhkəmə qətnamənin qiymətləndirilmə hissəsində AR Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarına istinad etmiş və mülkiyyət hüququnun məzmununa aydınlıq gətirmişdir. Bununla bağlı bildirmək lazımdır ki, Cavabdeh2 həmin tikiliyə münasibətdə qanuni gözlənti hüququ vardır və məhkəmə cavabdehin gələcəkdə yaranması qaçınılmaz olan mülkiyyət hüququnu nəzərə almamışdır. Belə ki, Aq rar İslahat Komissiyasının qərarı tikili ilə bağlı verilmiş sərəncamdan sonra qüvvəyə minmişdir. Qərar verilən zaman sərəncam artıq qüvvədə idi. Məhkəmə təqdim olunmuş sərəncamı qətnamədə qeyd etsə də, sərəncamdan irəli gələn məsələlərin həllinə dair sübutun təqdim edilmədiyini qeyd etmişdir. Bununla bağlı müvafiq icra hakimiyyətindən məhkəmə prosesinə heç kim dəvət olunmamışdır. Eyni zamanda sərəncamdan irəli gələn memarlıq layihəsi də (tikiliyə dair) məhkəməyə təqdim edilmişdir. Həmçinin Cavabdeh1 tərəfindən həmin tikilidə təmir bərpa işləri aparılmış və sahiblikdən istifadə olunaraq əhəmiyyətli yaxşılaşdırmalar həyata keçirilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi Babək Rayon İcra Hakimiyyəti Başçısının 18 noyabr 1998-ci il tarixli, 152 saylı sərəncamı əsasında Babək rayon Qaraxanbəyli kən dində (əvvəllər kənd bu rayonun tərkibində idi) 32 kv.m torpaq sahəsi ayrılaraq X4 həmin torpaq sahəsində 25 yerlik çayçı-bufet binası tikilməsinə icazə verilmişdir. Mərhum da bu sərəncam əsasında həmin torpaq sahəsində 25 nəfərlik çayçı-bufet tikmiş və uzun müddət də oranı istifadə etmişdir. Ömrünü başa vuranadək həmin çayçı istifadə olunmuş (bəzi müddətlərdə kirayəyə verilməklə) qanuni şəkildə o torpaq sahəsi və onun üzərindəki çayçıya sahiblik etmişdir. Mərhumun ölümündən sonra da həmin çayçıdan istifadə olunmağına cəhd edilmiş, lakin onun sənədləşməsi heç bir halda mümkün olmamışdır. Bu gün də həmin çayçı-bufet binasında cavabdeh tərəfindən təmir-bərpa işləri aparılmaqdadır. Babək Rayon Aqrar İslahat Komissiyasının 10.04.1999-cu il tarixli, 29 nömrəli qərarı əsasında həmin tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi 1998-ci ildə mərhumun istifadəsinə verilir (hansı ki bu torpaq sahəsi üzərində o çayçı-bufet tikməli idi) və 1999-cu ilin dördüncü ayında isə Aqrar İslahat Komissiyasının qərarı əsasında isə həmin torpaq sahəsi başqa bir adamın mülkiyyətinə verilmişdir. İslahatlar aparılan zaman müəyyən olunmalı idi ki, bu torpaq sahəsi kimin istifadəsindədir və eyni zamanda bu torpaq sahəsinə sahiblik edən hər hansı bir şəxs varmı və eyni zamanda müəyyən olunmalı idi ki, həmin torpaq sahəsi üzərində tikilmiş çayçı-bufetin tikilməsinə razılıq hansı formada verilmişdir. Tam qanuni şəkildə tikilən və bunun üçün icra başçısının sərəncamı olan tikilinin yerləşdiyi torpaq sahəs inin həmin qərar əsasında tamam başqa bir adamın mülkiyyətinə verilməyi heç bir halda qəbul edilən deyil. Bu istifadə və sahiblik hüququnun və eyni zamanda gələcəkdə yaranacaq mülkiyyət hüququnun pozulması deməkdir. Cavabdeh mərhumun birinci növbəli vərəsəsi olaraq ondan miras qalmış bütün əmlakları qəbul etmişdir və həmçinin bu çayçı-bufeti də ondan miras qalmış əmlak kimi sahiblənmiş və hətta bu tikilinin sənədləşdirilməsi üçün müvafiq orqanlara müraciət etmiş, lakin bu müraciətlərin heç bir nəticəsi olmamışdır. Daha sonra Cavabdeh2 Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı yuxarıda qeyd olunan Aqrar İslahat Komissiyasının qərarının qismən ləğvi və eyni zamanda torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni mübahisələndirmiş və buna dair iddia qaldır mışdır. Lakin Naxçıvan MR İnzibati Məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamış, verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İşə baxan məhkəmə mübahisə olunan torpaq sahəsinə və tikiliyə yerində baxış keçirmiş, həmin tikilinin mövcudluğu sübut olunmuş və eyni zamanda həmin tikilinin cavabdehlərin istifadəsində və sahibliyində olduğunu görmüşdür. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 müxtəlif vaxtlarda kollegiyaya teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə baxışı iclaslarında iştirak edə bilməyəcəklərini, Naxçıvan Şəhər Məhkəm əsinin 24 sentyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətindəki dəlillərlə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin olunmaqla Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbi nə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 izahatını, mülki iş üzrə araşdırılmış materialları, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6- 372.7-ci maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, şikayət qərarın ləğv edilməsinə yönəldiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını isə tam yoxlayıb aşağıdakı nəticəyə gəlir: Hazırki mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, Babək Rayon İcra Hakimiyyətinin 18 noyabr 1998-ci il tarixli, 152 nömrəli Sərəncamı ilə Qaraxanbəyli kəndində 32 kv.m torpaq sahəsi ayrılaraq X4 həmin torpaq sahəsində 25 yerlik çayçı-bufet binası tikilməsinə icazə verilmiş, Cavabdeh2 mərhum həyat yoldaşı X5 ilə 30 aprel 1987-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, X5 24 dekabr 2008-ci ildə rəhmətə getmiş, çayçı-bufet binasının üz ərində tikildiyi Naxçıvan şəhər Qaraxanbəyli kəndində yerləşən 0,09 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə İddiaçı1 mülkiyyətinə verilmişdir. Kollegiya apellyasiya şikayətində qeyd olunan X1nun rəhmətə gedən zaman onun həyat yoldaşı və 3 qız övladının onun vərəsələri olması, miras qoyanın rəhmətə getdikdən sonra onun adına olan Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində 1913 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 136.04 kv.m olan fərdi yaşayış evinin, ünvan 1 ünvanında ümumi sahəsi 43.2 kv.m olan 2 otaqlı mənzilin və ünvan 2 ünvanında 410.12 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 91.61 kv.m olan fərdi yaşayış evinin miras qalması, bundan əlavə Qaraxanbəyli kəndinin 1991-1995-ci illərə dair 17 nömrəli təsərrüfatbaşına kitabın da X3 ailə başçısı olmaqla adına 0.1 ha torpaq sahəsinin qeyd edilməsi, mərhumun 1-ci növbəli vərəsəsi olan həyat yoldaşı Cavabdeh2 mərhumun ölümündən sonra ondan qalan mirasları qəbul etməsi, 27.02.2012-ci il tarixdə Naxçıvan şəhər 2-ci DNK-da (keçmiş adı ilə) qeydiyyata alınan 2/V-01-09 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 1 ünvanında ümumi sahəsi 43.2 kv.m olan 2 otaqlı mənzil 19.03.2012-ci il tarixdə cavabdehin - Cavabdeh2 adına qeydiyyata alınması və eyni zamanda 25.12.2015-ci il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da (keçmiş adı ilə) qeydiyyata alınan 2/V-01-226 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında və ünvan 3 ünvanında 410.12 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 91.61 kv.m olan fərdi yaşayış evinin 28.12.2015-ci il tarixdə cavabdehin adına qeydiyyata alınması, bu mi ras əmlakları qəbul edən və öz adına qeydiyyata aldıran və sənədləşdirən cavabdehin mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mərhum həyat yoldaşından qalan miras əmlakları bütövlükdə qəbul etməsi, məhkəmənin qətnamənin qiymətləndirilmə hissəsində AR Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli Qərarına istinad etməsi və mülkiyyət hüququnun məzmununa aydınlıq gətirməsi, Cavabdeh2 həmin tikiliyə münasibətdə qanuni gözlənti hüququnun olması və məhkəmənin cavabdehin gələcəkdə yaranması qaçınılmaz olan mülkiyyət hüququnu nəzərə almaması dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillər hazırki mülki işin predmeti ilə bağlı olmadığından kollegiya bu dəlilləri qiymətləndirməyi zəruri hesab etmir. Belə ki, hazırki mülki işin predmetini cavabdehlər Cavabdeh 1 və Cavabdeh2 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması və həmin torpaq sahəsində yerləşən 25 yerlik çayçı-bufet binasının məcburi sökülməsi təşkil edir. İş üzrə materiallardan məlum olur ki, Cavabdeh2 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş, birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsi ilə razılaşan Cavabdeh2 münasibətdə qətnamə qanuni qüvvəyə minmişdir. Apellyasiya şikayətində qeyd olunan Aqrar İslahat Komissiyasının qərarının tikili ilə bağlı verilmiş sərəncamdan sonra qüvvəyə minməsi, qərar verilən zaman sərəncamın artıq qüvvədə olması, məhkəmənin təqdim olunmuş sərəncamı qətnamədə qeyd etsə də sər əncamdan irəli gələn məsələlərin həllinə dair sübutun təqdim edilmədiyini qeyd etməsi, bununla bağlı müvafiq icra hakimiyyətindən məhkəmə prosesinə heç kimin dəvət olunmaması, sərəncamdan irəli gələn memarlıq layihəsinin də (tikiliyə dair) məhkəməyə təqdim edilməsi, Babək Rayon İcra Hakimiyyəti Başçısının 18 noyabr 1998-ci il tarixli, 152 saylı sərəncamı əsasında Babək rayon Qaraxanbəyli kəndində (əvvəllər kənd bu rayonun tərkibində idi) 32 kv.m torpaq sahəsi ayrılaraq X4 həmin torpaq sahəsində 25 yerlik çayçıbufet binasının tikilməsinə icazə verilməsi, mərhumun da bu sərəncam əsasında həmin torpaq sahəsində 25 nəfərlik çayçı-bufet tikməsi və uzun müddət də oranı istifadə etməsi, ömrünü başa vuranadək həmin çayçının istifadə olunması (bəzi müddətlərdə kirayəyə verilməklə), qanuni şəkildə onun torpaq sahəsinə və üzərindəki çayçıya sahiblik etməsi, mərhumun ölümündən sonra da həmin çayçıdan istifadə olunmağa cəhd edilməsi, lakin onun sənədləşməsinin heç bir halda mümkün olmaması, bu gün də həmin çayçı-bufet binasında cavabdeh tərəfindən təmir-bərpa işlərinin aparılması, Babək Rayon Aqrar İslahat Komissiyasının 10.04.1999-cu il tarixli, 29 nömrəli qərarı əsasında həmin tikilinin yerləşdiyi torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə verilməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin 1998-ci ildə mərhumun istifadəsinə verilməsi (hansı ki bu torpaq sahəsi üzərində o çayçıbufet tikməli idi) və 1999-cu ilin dördüncü ayında isə Aqrar İslahat Komissiyasının qərarı əsasında isə həmin torpaq sahəsinin başqa bir adamın mülkiyyətinə verilməsi, tam qanuni şəkildə tikilən və bunun üçün i cra başçısının sərəncamı olan tikilinin yerləşdiyi torpaq sahəsinin həmin qərar əsasında tamam başqa bir adamın mülkiyyətinə verilməsinin heç bir halda qəbul edilən olmaması, bu istifadə və sahiblik huququnun və eyni zamanda gələcəkdə yaranacaq mülkiyyət hüququnun pozulmasına səbəb olacağı və bu tikilinin sənədləşdirilməsi üçün müvafiq orqanlara müraciət edilməsi, lakin bu müraciətlərin heç bir nəticəsi olmaması dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan JN-1317B, KOD 10304005 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə uyğun olaraq çayçıbufet binasının üzərində tikildiyi Qaraxanbəyli kəndində yerləşən 0,09 ha torpaq sahəsi Babək Rayon Aqrar İslahat Komissiyasının 10.04.1999-cu il tarixli, 29 nömrəli qərarı əsasında İddiaçı1 mülkiyyətinə verilmiş dir. O da qeyd olunmalıdır ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10.04.1999-cu il tarixli, 29 nömrəli qərarı hal-hazırda qüvvədədir. İddiaçı1 Qaraxanbəyli kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ olduğundan onun mülkiyyətində olan torpaq sahəsində tikilinin sökülməsini tələb etmək hüququ da var. Qaraxanbəyli kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ eyni zamanda Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən 29 mart 2022-ci il tarixdə daxil olmuş ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 11 mart 2022-ci il tarixli 04/140 nömrəli məktubu ilə də öz təsdiqini tapır. Belə ki, həmin məktuba əsasən X3 vərəsəsi Cavabdeh2 ərizəsi əsasında 08.06.2018-ci il tarixdə Xidmətin mütəxəssislərinin, yerli icra nümayəndəliyinin və bələdiyyənin iştirakı ilə qeyd edilən əmlaka yerində baxış keçirilmiş, baxış zamanı həmin tikilinin Babək Rayon Aqrar İslahat Komissiyasının 10.04.1999-cu il tarixli, 29 nömrəli qərarı ilə İddiaçı1 mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən olunmuşdur. Həmçinin müvafiq ərizəyə əlavə olunmuş digər bir məktub olan Babək Rayon İcra Hakimiyyətinin 14 mart 2022-ci il tarixli, 176 nömrəli məktubundan X4 verilmiş icazə əsasında Qaraxanbəyli kəndində kəndin kolxoz həyəti adlanan yerində tikilmiş 25 nəfərlik çayçı-bufetin kəndin hansı hissəsində yerləşməsi barədə Babək Rayon İcra Hakimiyyətində məlumatın olmadığı müəyyən edilmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 v ə onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətində Babək Rayon İcra Hakimiyyəti Başçısının 18 noyabr 1998-ci il tarixli, 152 saylı sərəncamı ilə X5 tərəfindən çayçı-bufet binasının tikilməsinə icazə verilməsi və bunun üçün torpaq sahəsinin ayrılmasına istinad etsələr də, torpaq sahəsinin ayrılaraq X3 mülkiyyətinə verilməsi, ümumiyyətlə torpaq sahəsinin ayrılması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfi ndən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010cu il tarixli Qərarında daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dö vlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir”. İş materiallarda olan Babək Rayon İcra Hakimiyyəti Başçısının 18 noyabr 1998-ci il tarixli, 152 saylı sərəncamı ilə çayçı-bufet binasının tikilməsinə X4 icazə verilməsi və bunun üçün torpaq sahəsinin ayrılması həmin torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə verilməsini istisna etmir. O da qeyd olunmalıdır ki, çayçı-bufet binası və onun üzərində tikildiyi torpaq sahəsi X3 mülkiyyətində olmadığından onun əmlakı tələb etməklə bağlı subyektiv hüququ olmamışdır. Beləliklə, X3 vərəsəsi olan Cavabdeh2 da həmin çayçı-bufet binası ilə bağlı hər hansı tələb irəli sürmək üçün subyektiv hüququ ola bilməz. Apellyasiya şikayətində qeyd olunan Cavabdeh1 tərəfindən həmin tikilidə təmir-bərpa işlərinin aparılması və əhəmiyyətli yaxşılaşdırmalar həyata keçirilməsi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin çəkdiyi xərclərin ödənilməsini tələb etmək hüququ var və cavabdeh bu hüququndan istifadə etməklə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübut etmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. İş üzrə materiallarla iddiaçılar İddia çı1 və İddiaçı2 iddia tələblərinin əsaslılığı tam sübut olunsa da, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların vəkili və nümayəndəsi Vəkil1 buna qarşı öz tələblərinin əsaslılığını sübut edə bilməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli “Məhkəmə qətnaməsi haqqında” Qərarının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Qərarın 3.2-ci bəndinə uyğun olaraq qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir. Kollegiya, buna görə də belə hesab edir ki, apellyasiya şikayətinin dəlillərini Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil1 müdafiə xarakterli subyektiv mülahizələri təşkil edir. Məhkəməyə subyektiv mülahizələr deyil, iş üzrə obyektiv faktlar təqdim olunmalıdır. Belə ki, tərəflərin məhkəməyə təqdim etdikləri subyektiv mülahizələr sübut növü kimi qiymətləndirilmir və məhkəmə tərəfindən yekun məhkəmə aktı çıxarılarkən nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt e htimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli X10 Hüquqları Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya son olaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox Qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli Qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli Qərarı, “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli Qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün çıxarılmış qətnamədir. Apellya siya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir və ona görə də iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması və tikilinin məcburi sökülməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onl ardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 393 maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması və tikilinin məcburi sökülməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(078)-01/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddət ində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-27/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-27/2022
07.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver