Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-28/2023 24.02.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, X2 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər üzrə pul tələbinə dair iddia üzrə Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadından iddiaçı təşkilat İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 914,82 manat məbləğində icra ödənişi nin, 653,42 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 35,68 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadı ilə iddia ərizəsinə iddia məbləği 5000 manatdan az olduğundan kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, iş materiallarında olan sübutlar əsasında işə baxılması mümkün hesab edilmədiyindən işə iddia icraatı qaydasında baxılması barədə xx.xx.2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardad qəbul edilmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi üzrə mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə şikayət verərək Şərur Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-9664/2014 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 24.374,20 ABŞ dolları məbləğində əsas borc, 1.231,71 ABŞ dolları məbləğində faiz borcu, 51 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 25.656,91 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ASC-nin xeyrinə verilməsi, tələbin Cavabdeh məxsus «Kia Sportage» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, ipoteka predmeti olan «Kia Sportage» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı ASC-yə ödənilməli olan borc və dövlət rüsumlarının əvəzinin ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Sumqayıt şəhər İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh məxsus «Kia Sportage» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən, hərrac təşkilatçısı "xxxx" MMC-nin 17 yanvar 2022-ci il tarixli 636/21 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus «Kia Sportage» markalı, ağ metal rəngli, 2013-cü il buraxılışı olan 99- FN-720 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 19 yanvar 2022-ci il tarixli 636/21 nömrəli hesab-fakturasında Cavabdeh məxsus avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 553, 75 (beş yüz əlli üç manat yetmiş beş qəpik) manat məbləğində xidmət haqqı və 99,67 (doxsan doqquz manat altmış yeddi qəpik) manat məbləğində vergi ödənişinin (18 % ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ASC tərəfindən X1 hesabına 914,82 (doqquz yüz on dörd manat səksən iki qəpik) manat məbləğində məhkəmə ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 653,42 (altı yüz əlli üç manat qırx iki qəpik) manat məbləğində hərracın keçirilməsi xərci və 914,82 (doqquz yüz on dörd manat səksən iki qəpik) manat məbləğində icra ödənişi borclunun əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcl əri) borclu tərəfindən ödənilir. Belə ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə istinad edərək iş üzrə icraata xitam verməklə iddiaçının təkrar məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır, hansı ki, bu yolverilməzdir, belə ki, müxtəlif tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə; eyni tərəflər arasında, eyni predmet haqqında və başqa əsaslar üzrə mübahisəyə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsi mümkündür. İş materiallarından göründüyü kimi, həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilməli olduğu halda, tələbkar Bank tərəfindən ödənilmişdir, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9964/2014 nömrəli qətnaməsi 8 ilə yaxın müddət ərzində tam icra edilməmişdir və icra icraatına xitam verilməmişdir. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qət edilən məbləği vaxtında banka qaytarmamaqla banka maddi ziyan vurmuş, bankın kredit məbləğini borcludan vaxtında qəbul edib onu yeni kredit müqaviləsinə əsasən başqa şəxsə verərək qanunla müəyyən edilmiş qaydada gəlir əldə edə bilmək imkanından məhrum etmişdir. Məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 914,82 (doqquz yüz on dörd manat səksən iki qəpik) manat məbləğində icra ödənişi, 653,42 (altı yüz əlli üç manat qırx iki qəpik) manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 35,68 (otuz beş manat altmış səkkiz qəpik) AZN manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmiş, lakin Şərur Rayon Məhkəməsi 22 sentyabr 2022-ci il tarixli, e-2(110)403/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam vermişdir. Məhkəmə tələbkar tərəfindən təqdim edilən iş üçün əhəmiyyətli olan sübutları, yəni 10 fevral 2022-ci il tarixli, ********* nömrəli, 10 fevral 2022-ci il tarixli, ********* nömrəli, 10 fevral 2022-ci il tarixli ********* nömrəli ödəniş tapşırqlarını, araşdırmamış, işdə olan sübutlara ümumiyyətlə qiymət verməmiş, icra icraatına xitam verilib verilməməsini aydınlaşdırmaq üçün ən azı sorğu ilə müvafiq orqana müraciət etməli olduğu halda bunu etməmiş, iş materiallarından göründüyü kimi qərardad qəbul edərkən sübütların qiymətləndirilməsinə səthi yanaşmışdır. İddiaçının nümayəndəsi şikayətində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci, Mülki Prosessual Məcəlləsinin 9.1-ci, 14.2-ci, 88-ci və 262.4-cü maddələrinə və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsaslanmışdır. Şikayətə Şərur Rayon Məhkəməsi tərəfindən 07 oktya br 2022-ci il tarixdə baxılmış və şikayət təmin olunmadığından iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(108)133/2022 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qərardadından narazı qalan iddiaçı tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(108)133/20 22 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli 2(102)-6564/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2022-ci il tarixli 2(108)-133/2022 saylı qərardadı ləğv edilərək işə yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllə nin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi verilən qərardaddan şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün izahat və sübutların bildirişdə göstərilən tarixədək təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübut və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-c i maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə şikayətində göstərdiyi dəlilləri mülki işin materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1cü maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2.-ci maddəyə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 41.2-ci, 79.1-ci, 79.2.1-ci və 79.2.5-ci maddələrinə əsasən məhkəmənin q ərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir; İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına, icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; bu Qanunun 47.2.1-47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödən ildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Şərur Rayon Məhkəməsi Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələbləri əsasında mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edərkən gəldiyi nəticəni Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 81.1-ci və “İpoteka haqqında” Qanununu 41.1 və 47.2-ci maddələri ilə əsaslandıraraq, həmin Qanunlara müvafiq olaraq icra ödənişlərinin icra icraatı prosesində borcludan tutulması nəzərdə tutulduğundan hərrac keçirilən zaman çəkilmiş xərclərin tutulması icra məmurunun səlahiyyətinə aid olduğunu və icra mərhələsində öz həllini tapmalı olduğunu hesab etmişdir. Məhkəmə qəbul etdiyi qərardadda həmçinin göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsin in 2(060)-9964/2014 nömrəli qətnaməsi icraya yönəldilmiş və tutma predmeti olan “Kia Sportage” markalı 99- FN720 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılmışdır. İcra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin borcludan tutulması üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İş üzrə icra sənədi üzrə icraata xitam verilib-verilməməsi ilə bağlı sənədin məhkəməyə təqdim edilməsi iddiaçıya təklif olunsa da bununla bağlı iddiaçı heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçıya izah etmişdir ki, icraata xitam verilməyibsə, bu halda qeyd olunan xərclərin icra məmuru tərəfindən borcludan tutulmasını tələb etmək, icra xərclərinin borcludan tutulmadan icra üzrə icraata xitam verildiyi təqdirdə isə icraata xitam verilməsi haqqında icra məmurunun qərar ını məhkəmədə mübahisələndirmək hüququna malikdir. Bu baxımdan qeyd olunan tələbə yenidən məhkəmədə baxılması yolverilməzdir. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)-9964/2014 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra tədbirləri zamanı hərracın keçirilməsi barədə icra ödənişi və borclu tərəfindən icra sənədinin könüllü icra edilməməsi nəticəsində alınması nəzərdə tutulmuş borcun 7 faiz məbləğində icra ödənişi tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.5-ci maddəsinə və “ İcra haqqında” Azərbaycan Respub likasının Qanununun 78.1-ci maddəsinə əsasən hərrac üzrə xərclər və icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borcludan tutulmalı olan pul məbləğinin 7 faizi həcmində icra ödənişi mülkiyyətçinin üzərinə qoyulur. Belə ki, 653,42 (altı yüz əlli üç manat qırx iki qəpik) manat məbləğində hərracın keçirilməsi xərci və 914,82 (doqquz yüz on dörd manat səksən iki qəpik) AZN manat məbləğində icra ödənişi borclu tərəfindən ödənilməli olduğu halda, tələbkar İddiaçıASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən “Başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Kolleg iya belə hesab edir ki, həmin məbləğ müstəqil tələb kimi reqres qaydasında cavabdehdən tutulmalıdır. Hazırki iddia tələbinin dəlillərini də tələbkar tərəfindən ödənilmiş bu xərclərin borcludan tutularaq ona ödənilməsi təşkil edir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli 2(102)-6564/2022 nömrəli qərarında qeyd olunmuşdur ki, işə hər iki instansiya məhkəməsində baxılan zaman məhkəmələr Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələbləri əsasında iş üzrə icraata xitam verilməsi barədə hüquqi nəticəyə gəlsələr də, kassasiya kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən gəlinən bu nəticə düzgün olmamışdır. Həmçinin kassasiya instansiyasının qərarında qeyd olunmuşdur ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrin in yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Kassasiya instansiyasında icraat zamanı kollegiya iş üzrə icraata xitam verilməsini hüquq və azadlıqlarının və ya qanuni mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxsin həmin iş üzrə məhkəmə müdafiəsi hüququnun olmaması, itirilməsi və ya bu hüquqa xitam verilməsi ilə əlaqədar məhkəmənin mülki işə baxılması üzrə prosessual fəaliyyətinin qətnamə çıxarılmadan başa çatdırılması olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası qeyd edir ki, hazırki işdən görünür ki, tələbkar borclunun əvəzinə ödədiyi pul məbləğinin ondan geri tələb edilməsi barədə ərizə ilə müraciət edib. Belə olan halda məhkəmələrin hazırki mübahisəyə ümumi məhkəmə icraatı qaydasında deyil, icra hərəkətləri qaydasında icra icraatında baxılmalı olması ilə mövqeləri işin ədalətli həlli üçün uğurlu olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı ASCnin Cavabdeh qarşı “icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər üzrə pul tələbinə dair iddia üzrə Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadından iddiaçı təşkilat İddiaçı ASC tərəfindən verilmi ş şikayət təmin edilməli, Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(110)-403/2022 saylı qərardadı tam ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 397.2, 398.0.2, 400, 420-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı ASC-nin Cavabdeh qarşı “icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər üzrə pul tələbinə dair iddia üzrə Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadından iddiaçı təşkilat İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadı tam l əğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-28/2023
Ali Məhkəmə Qərardad — İş №2(108)-28/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver