Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-31/2025 25.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi ), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(078)-170/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 04 dekabr 2023-cü ildə Naxçıvan Şəhər Məhkəməsinə i ddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi olaraq 2390 (iki min üç yüz doxsan) manat məbləğində pulun, cavabdehlərin təqsiri üzündən taksi xidmətindən istifadə etdiyinə görə xərclədiyi 1940 (bir min doqquz yüz qırx) manat miqdarında pulun, eləcə də avtomobilin əmtəə dəyərinin aşağı düşməsi nəticəsində yaranmış 1000 (bir min) manat məbləğində fərqin, ümumilikdə isə 5330 (beş min üç yüz otuz) manat məbləğində pul vəsaitinin və 73.30 (yetmiş üç manat, otuz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 1-4). Həmçinin İddiaçı 04 mart 2024-cü il tarixdə işə baxan birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin artı rılması barədə ərizə ilə müraciət edərək məhkəmə çəkişməsinin davam etdiyini, 20 fevral 2024-cü il tarixə kimi 3580 (üç min beş yüz səksən) manat taksi xidmətindən istifadəyə görə pul ödədiyini, avtomobil istifadə edilmədiyi üçün onun akkumulyatorunun sıradan çıxdığını, nəticədə ona əlavə olaraq 150 (bir yüz əlli) manat zərər dəydiyini, avtomobilin qapıları olmadığı üçün içərisindən dəyəri 50 (əlli) manat olan maqnitofonun oğurlandığını, həmin məbləğlərin də cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi (mülki iş İ cild, iş vərəqə 78-79). Bundan başqa o,10 sentyabr 2024-cü ildə bir daha Naxçıvan Şəhər Məhkəməsinə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək cavabdehlər tərəfindən ona vurulmuş ziyan ödənilmədiyind ən və avtomobili təmir edilmədiyində gün keçdikcə ona vurulan zərərin məbləğinin artdığını, 12 sentyabr 2024cü il tarixə kimi cəmi 7680 manat taksi xidmətindən istifadəyə görə pul ödədiyini, bu səbəbdən də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi olaraq 2390 (iki min üç yüz doxsan) manat məbləğində pulun, cavabdehlərin təqsiri üzündən taksi xidmətindən istifadə etdiyinə görə xərclədiyi 7680 (yeddi min altı yüz səksən) manat pulun, eləcə də avtomobilin əmtəə dəyərinin aşağı düşməsi nəticəsində yaranmış 1000 (bir min) manat fərqin, akkumulyatorun dəyəri olan 150 (bir yüz əlli) manat pulun, maqnitofonun dəyərinə görə 50 (əlli) manat miqdarında pulun, yaranacaq fəsadları aradan qaldırmaq üçün 500 (beş yüz) manat məbləğində pulun, ümumilikdə isə 11770 ( on bir min yeddi yüz yetmiş) manat məbləğində pul vəsaitinin və 125.31 (bir yüz iyimi beş manat otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 210-211). Naxçıvan Şəhər Məhkəməsinin 18 mart və 12 sentyabr 2024-cü il tarixli qərardadları ilə iddia tələbinin həcminin artırılması qərara alınmışdı (mülki iş İ cild, iş vərəqə 108-110, 215-218). Cavabdeh1 nümayəndəsi Nümayəndə isə 18 mart 2024-cü il tarixdə iddia ərizəsinə qarşı etiraz ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən təqdim olunmuş video görüntüləri izləyərkən “Kia Sportage” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 nəqliyyat vasi təsini nizamlayıcı işıqforun qadağanedici işarəsində dayandırması və bir neçə saniyədən sonra diqqət dağınıqlığından yenidən hərəkətə başlaması müəyyən edilir. Hərəkət zamanı sağdan yaxınlaşan, “Azsamand” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili görmədiyindən məlum olan qarşısı alınmaz qəza baş vermişdir. Görüntülərdən də məlum olur ki, qəzada heç bir qəsdin və ya nəqliyyat vasitəsini bilərəkdən işıqforun qadağanedici işarəsində hərəkət etmə əlaməti yoxdur. Həmçinin iddiaçının “Kia Sportage” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz olaraq idarə etdiyi haqqında bildirdiyi qərəzli mövqeyə qarşı sübut kimi Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş 22238 qeydiyyat nömrəli avtonəqliyyat vasitəsini idarəetmə etibarnaməsi məhkəməyə təqdim ed ilmişdi. Baş vermiş qəza X7 tərəfindən rəsmiləşdirilmiş və tərəflərindən heç bir etiraz olmamışdı. Naxçıvan Şəhər Polis İdarəsində zədə almış nəqliyyat vasitəsinin sahibi İddiaçı ilə razılığa gəlinməklə 26 avqust 2023-cü il tarixdə onun təmiri üçün ustaya müraciət olunacağı planlaşdırılmışdı. Qeyd olunan tarixdə ilk öncə İddiaçı tərəfindən təklif olunan Vüqar adlı ustaya zədələnmiş nəqliyyat vasitəsinə baxış üçün təmir sexinə getmişlər. Təmir sexində Vüqar adlı usta tərəfindən avtomobilin zədəsinə baxılaraq təmir xərci haqqında (zədə almış ehtiyat hissələrinin dəyişilməsi xaric usta xərci 1100 manat) məlumat vermişdir. Real zərərin miqdarının öyrənilməsi məqsədilə tərəfindən İddiaçı digər ustaya da müraciət olunması təklif olunmuşdu. Təkliflə razılaşan İddiaçı avtonəqliyyat vasitəsini idar ə edərək onunla bərabər Dəmir ustanın təmir sexinə getmişdir. Dəmir usta avtonəqliyyat vasitəsinin zədəsinə baxaraq təmir xərcinin (zədə almış ehtiyat hissələrinin dəyişilməsi xaric usta xərci 750 manat) haqqında məlumat verərək, sexdə təmir üçün növbə gözləyən zədəli avtonəqliyyat vasitəsinin çox olduğundan təmirə 14 təqvim günündən sonra başlayacağını bildirmişdir. O yenə İddiaçı “razısansa qalsın, razı deyilsənsə başqa ustaya gedək” sözləri ilə müraciət etmişdir. İddiaçı başqa ustaya müraciət etmələrini istəmişdir. Yenə bərabər Rasim adlı ustanın təmir sexinə getmişlər. Rasim usta avtonəqliyyat vasitəsinin zədəsinə baxaraq təmir xərci (zədə almış ehtiyat hissələrinin dəyişilməsi xaric usta xərci 700 manat) haqqında məlumat verərək, bu gün təmirə qəbul etdiyi halda 10 təqvim günü ərzində təhvil verəcəyini bildirmişdir. Özü yenə İddiaçı “razısansa qalsın, razı deyilsənsə başqa ustaya gedək” sözləri ilə müraciət etmişdir. İddiaçı yenə başqa ustaya müraciət etmələrini istəmişdir. Yenə bərabər Əlincə servisə gedərək İrşad və Sərxan adlı ustalara müraciət etmişlər. İrşad və Sərxan usta avtonəqliyyat vasitəsinin zədəsinə baxaraq təmir xərci (zədə almış ehtiyat hissələrinin dəyişilməsi xaric usta xərci dəmir işləri üçün 300 manat, çilingər və boyama üçün 400 manat) haqqında məlumat verərək, bu gün təmirə qəbul etdikləri halda 7 təqvim günü ərzində təhvil verəcəyini bildirmişdir. İddiaçı isə “təmirə bazar ertəsi başlayacağınız halda, mən bazar günü avtomobilimin mühərrikini təmizlədim, bazar ertəsi saat 9-a gətirib servisə təhvil verərəm” demişdir. Qeyd olunan formada razılaşaraq Əlincə servisdən ayrılmışlar. 28 avqust 2023-cü il tarixdə İddiaçı mobil telefonuna zəng edib avtonəqliyyat vasitəsini Əlincə servisə təhvil verməyi haqqında soruşanda “siz quldursunuz” sözləri ilə onu təhqir edərək mobil telefon danışığına son vermiş və zənglərinə bir daha cavab verməmişdir. Qəzadan 10 gün sonra İddiaçı tərəfindən Naxçıvan MR Daxili İşlər Nazirliyinə ünvanlanmış şikayət məktubuna əsasən İddiaçı ilə bərabər Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunmuş və burada avtonəqliyyat vasitəsinə dəymiş real zərərin ödənilməsində özü tərəfdən heç bir etirazın olmadığını, hansı ustada və ya servisdə təmir olunmasına qərar verdiyi halda təmir xərcini qarşılayacağını bildirmişdir. Polis əməkdaşının iştirakı ilə Cahan servisə təmir üçün müraciətin edilməsi razılığına gəlindikdən sonra, İddiaçı ilə bərabər Cahan servisə müraciət etmişlər. Servisdə ustalar tərəfindən avtomobilə baxış keçirilərək təmir üçün qəbul edəcəklərini bildirsələr də, İddiaçı “siz yaxşı usta deyilsiniz, mənim avtomobilimin boyası bilinəcək” sözləri ilə etiraz edərək servisdən ayrılmışdır. İddiaçının tələbindən, ustalara etirazından, həmçinin qərəzli mövqeyindən məlumdur ki, əmlakı zədələnmiş İddiaçı real zərərin miqdarından əlavə haqsız gəlir əldə etmək niyyətindədir. Belə ki, əmlakı zədələnmiş İddiaçı hansı səbəbdən 20 gün ərzində məhkəmə şikayəti verməli olduğu halda,vaxtı uzadaraq 90 gündən sonra məhkəməyə müraciət etmişdir. Məhz bu hal və yuxarıda qeyd etdiyi təmirdən imtina halları haqsız gəlir əldə etməyin bariz nümunəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd e dilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buradan da aydın olur ki, iddiaçının ərizəsində qeyd etdiyi 1940 manat taksi və 1000 manat əmtəə dəyər fərqi kimi göstərilən vəsaitin əmlakının zədələnməsi üzrə real zərərə daxil olmasının heç bir hüquqi əsası yoxdur. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsində qeyd edilir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davran ışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bu maddəyə əsasən əvvəldə qeyd etdiklərindən əmlakı zədələnmiş şəxsin tez bir zamanda zərəri aradan qaldırmaq təşəbbüsü göstərməli halda, bilərəkdən qərəzli mövqe tutaraq bütün təklif olunan təmir şərtlərindən imtina etməsi birmənalı olaraq əsassız qeyd etdiyi 1940 manat taksi pulunun yaranmasına səbəb olmuşdur. Avtomobil sürücüləri olaraq hamıya məlumdur ki, avtonəqliyyat vasitəsinin mülki məsuliyyətin icbari sığortası qüvvədə olmuş olsaydı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci (Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə d əyən real zərərin miqdarından çox ola bilməz.) maddəsinə əsasən əmtəə dəyərindən söz açılmazdı. Məlum olan sığorta hadisələrindən aydındır ki, 1000 manat əmtəə dəyərinin tələbi belə əsassızdır. Cavabdehin nümayəndəsi etirazının sonunda iddia tələbinin həcminin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq əmlakının zədələnməsinin real zərəri həcmində müəyyənləşdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 105-107). Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülsüm Əliyeva) 24 oktyabr 2024-cü il tarixli, 2(078)-170/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2110 (iki min bir yüz on) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsi, Ca vabdeh1 münasibətdə iddia tələbinin qalan hissədə əsaslı sayılmadığından rədd edilməsi qət edilmişdi (mülki iş İİ cild, iş vərəqə 52-65). Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti ilə 03 dekabr 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək həmin məhkəmə aktının ləğv edilib, tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 75- 79 ). İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehlərdən Cavabdeh1 25 avqust 2023-cü il tarixdə saat 15:00-da yol hərəkət qaydalarını pozaraq özünə məxsus “Kia Sportage” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus “Azsamand” minik” markalı, **-BF-*** dövlət qey diyyat nişanlı avtomobilinə zərər vurmuşdur. Həmin avtomobilin mülkiyyətçisi Cavabdeh2 olduğundan ona vurulmuş ziyanın müştərək qaydada ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdi. Özü Naxçıvan Şəhər Su İdarəsində işləyir. İşinin əsas sahəsi Naxçıvan şəhər ərazisindəki bütün idarə və təşkilatların su hesabatlarını yazılmasıdır. Eyni zamanda hər gün səhər ailə üzvlərindən həyat yoldaşını işə, övladlarını isə məktəbə və universitetə aparır. Bildirir ki, bütün bunları özü hadisədən əvvəl şəxsi avtomobili ilə hərəkət edərək yerinə yetirirdi. Cavabdehlərin təqsiri üzündən real olaraq avtomobilindən məhrum olduğundan şəhər daxili taksi xidmətinin qiymətini 3 manatdan hesablamaqla bir-neçə təyinat yerinə hərəkət edərkən iddia tələbində qeyd etdiyi kimi hər gün orta hesabla 20 m anat məbləğində pul xərcləyib. Əlavə olaraq bildirir ki, işə baxılması müddətində gündəlik xərclənən taksi pulunu hesablayaraq iki dəfə ayrı-ayrı vaxtlarda iddia tələbinin həcminin artırılması barədə ərizə vermiş və sonuncu ərizəsində isə taksi xidmətindən 12 sentyabr 2024-cü il tarixədək müddətə istifadə etdiyinə görə 7680 manat pulun, 150 manat avtomobilin akkumulyatorun dəyərinin və 50 manat maqnitofonun dəyərinin, yaranan fəsadları aradan qaldırmaq üçün 500 manat xərcin də daxil olmaqla, 11770 (on bir min yeddi yüz yetmiş) manat pul vəsaitinin və iddia tələbinin həcminin artdığına görə ödənilmiş 125.31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdi. Bütün bunlara baxmayaraq məhkəmə taksi xidmətindən istifadə etməyi üçün ondan müqavilə təqdim etməyini təklif etmişdir. Hə r dəfə taksi xidmətindən istifadə edərkən pul ödənən zaman taksi sərnişinə qəbz vermir və nə də ayrı-ayrı taksidən istifadə edərkən müqavilə bağlanılmır. Özünün daha çox taksi xidmətindən istifadə etdiyi şəxs məhkəmədə gəlib ifadə versə də məhkəmə tərəfindən onun ifadəsi nəzərə alınmamışdır. Məhkəmə isə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyini əsaslı hesab edərək avtomobilin təmir-bərpa xərcləri üçün 2110 (iki min yüz on) manat pulun Cavabdeh1 alınaraq ona ödənilməsi barədə yanlış nəticəyə gələrək qətnamə qəbul etmişdir. Əlavə olaraq Naxçıvan Şəhər Məhkəməsi 25 aprel 2024-cü il tarixdə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinin məhkəməyə təqdim olunması barədə qərardad qəbul etsə də, sözü gedən qərardad 2 ay sonra, 30 iyul 2024-cü il tarixdə Məhkəm ə Ekspertiza Mərkəzinə göndərilmiş və 28 avqust 2024-cü il tarixdə rəy tərtib olunaraq məhkəməyə təqdim edilmişdi. Naxçıvan Şəhər Məhkəməsi 24 oktyabr 2024-cü il tarixli, 2(078)-170/2024 nömrəli qətnaməsini qəbul edərkən Cavabdeh1 nəqliyyat vasitəsindən istifadə qaydalarını pozaraq ətrafdakılar üçün yüksək təhlükə mənbəyi yaratmaqla mülki hüquq pozuntusunun törədilməsi nəticəsində ona vurulan real zərərin məbləği düzgün araşdırılmamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1108-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməmişdir. Apellyasiya şikayəti verən şəxs şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1108-ci maddələrinə, prosessual əsası kimi isə Mülki-Prosessua l Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdi. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında yol nəqliyyat hadisəsinin 25 avqust 2023-cü ildə baş verdiyini, həyat yoldaşını işdən götürmək üçün gedən zaman İran İslam Respublikası Konsulluğunun yanında yerləşən işıqforun yaşıl işığının yandığını, bundan sonra özü hərəkət etdiyi vaxt digər işıqforda qırmızı işıq yanmasına baxmayaraq Cavabdeh1 idarə etdiyi avtomobillə onun avtomobilini vurduğunu, daha sonra X7 şöbəsinə getdiklərini, orada cavabdehin idarə etdiyi avtomobilin sığortasının olmadığının müəyyən edildiyini, əgər qarşı tərəfin avtomobili sığortalanmış ols a idi heç bir problem yaranmayacağını, polisi şöbəsində olan zaman Cavabdeh2 kürəkəninin Dövlət Gömrük Komitəsinin Culfa rayon ərazisində yerləşən postunda işlədiyini öyrəndiyini, özünün qarşı tərəfə yaxşılıq etmək üçün ehtiyat hissələrin İran İslam Respublikasından alınmasını təklif etdiyini, çünki özünün idarə etdiyi avtomobilin həmin dövlət tərəfindən istehsal olunduğunu, Cavabdeh1 nümayəndəsinin ondan tanıdığı avtomobil ustasının olub-olmadığını soruşduğunu, özünün isə ona Vüqar ustanı tanıdığını və onun peşəkar olduğunu dediyini, həmin usta ilə əlaqə saxlayaraq onu polisi şöbəsinin ərazisində saxlanılan qəza nəticəsində zədələnmiş avtomobilə baxış üçün çağırdıqlarını, ustanın gələrək avtomobilə baxış keçirdiyini, sonra cavabdehin nümayəndəsinin ondan avtomobilə dəymiş ziyanın təqribi nə qədər olmasını soruşduğunu, Vüqar ustanın isə orada bunu müəyyən edə bilməyəcəyini bildirdiyini, ustanın avtomobili sabah onun sexinə gətirməyi və yalnız xərcin dəyərinin yoxlanışdan sonra müəyyən edilə biləcəyini dediyini, növbəti gün avtomobili Vüqar ustanın sexinə apardıqlarını, orada qapılar açıldıqdan sonra avtomobilin nə qədər xərc tələb etdiyini soruşduqlarını, usta avtomobilin təmir xərcini dedikdən sonra cavabdehin nümayəndəsinin ona getməli olduqlarını bildirdiyini, sonra cavabdehin nümayəndəsi ilə Dəmir ustanın yanına getdiklərini, həmin ustanın avtomobili təmir etmək üçün boş vaxtının olmadığını, ona görə də avtomobili təmir edə bilməcəyini dediyini, oradan Rasim ustanın yanına getdiklərini və onun da boş vaxtının olmadığını bildirdiyini, sonra “Əlincə Servisə” getdiklərini, orada Rəşad ustanın avtomobili təmir edə biləcəyini desə də, avtomobilə yaxın belə gəlmədiyini, birinci instansiya məhkəməsində qarşı tərəf onun avtomobilin mühərrikini yudurtmaq üçün apardığını bildirsə də, bunun belə olmadığını, həmin usta barədə məlumat toplayan zaman Rəşad ustanın işində peşəkar olmadığını öyrəndiyini, başqa bir usta ilə əlaqə saxlanıldığını, onun isə Bakı şəhərində olduğunu bildirdiyini, cavabdehin nümayəndəsinə avtomobili Vüqar usta tərəfindən təmir olunmasını istədiyini bildirsə də, onun bununla razılaşmadığını, daha sonra özünün polisə şikayət etdiyini, onları polis şöbəsinə çağırdıqlarını, oradan “Cahan Servisə” getdiklərini, orada onlara avtomobilin usta xərclərindən başqa boyanı da özlərinin almalı olduqlarını dediklərini qeyd etmişdi. Həmçinin iddiaçıya verilm iş suallara cavab olaraq o, avtomobili “Əlincə Servis”də təmir olunmasından imtina etməsinin səbəbi orada işləyən ustanı araşdıran zaman işlərində peşəkar olmadığını müəyyən etməsi olduğunu, “Cahan Servis”də avtomobilin təmir olunması ilə özünün razı olduğunu, avtomobilin bazar qiyməti barədə məlumatsız olduğunu, avtomobil uzun müddət istifadə edilmədiyindən onun akkumulyatorunun sıradan çıxdığını, maqnitofonun isə oğurlandığını, maşını qəzalı vəziyyətdə öz yaşadığı binanın həyətində saxladığını, hazırda avtomobildə həddindən artıq fəsadlar yarandığını və ona görə də əlavə xərclərin ortaya çıxacağını, hadisə baş verdiyi günün səhəri ustaların yanına getdiklərini, maşının qəzadan sonra öz sahibliyində olduğunu, onu idarə edərək ustaların yanına getdiyini, avtomobilin qapısı açıq olduğundan içərisinə küləyin zibil doldurduğunu, sonuncu olaraq təmir üçün getdikləri ustaların avtomobilə gəlib yaxından baxmadıqları üçün avtomobilin orda təmir edilməsindən imtina etdiyini, İrşad ustanın peşəkar olmadığını öyrəndikdən sonra avtomobili təmir etməsini istəmədiyini, avtomobilə benzin tökmək üçün imkanı olmadığından onu işə sala bilmədiyini və onun akkumulyatoru sıradan çıxdığını, imkanı olmadığı üçün dəymiş ziyanları özünün aradan qaldıra bilmədiyini qeyd edərək, yekunda Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(078)-170/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehlər mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini qeyd edib, iddia tələbinə qarşı etiraz ərizəsində göstərilənləri bildirərək, yekunda Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(078)-170/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prose ssual Məcəllənin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 İdarəsinin QİTBŞ tərəfindən verilmiş 06 mart 2017-ci il tarixli, AC seriyalı, 903065 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən (mülki iş İ cild, iş vərəqə 8 və 96), həmçinin "Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətində olması; - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 İdarəsinin QİTBŞ tərəfindən verilmiş 02 noyabr 2016-cı il tarixli, AC seriyalı, 785975 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsin in surətindən (mülki iş İ cild, iş vərəqə 6 və 98), həmçinin "Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan “Kia Sportage” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 mülkiyyətində olması; - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 İdarəsinin QİTBŞ tərəfindən verilmiş 26 fevral 2015-ci il tarixli, AE seriyalı, 859792 nömrəli sürücülük vəsiqəsinin surətindən (mülki iş İ cild, iş vərəqə 6 və 98), həmçinin "Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh1 sürücülük hüququ olması; - ƏN-İV seriyalı, 289421 nömrəli, 24 noyabr 2017-ci il tarixli etibarnamədən Cavabdeh2 tərəfindən Cavabdeh1 7 il 3 ay 2 gün müddətində “Kia Sportage” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun etibar edilməsi (mülki iş İ cild, iş vərəqə 50); -“Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 3 nömrəli əlavədən (mülki iş İ cild, iş vərəqə 11-12), həmçinin iddiaçının təqdim etdiyi dörd ədəd fotoşəkildən (mülki iş İ cild, iş vərəqə 73) “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol tərəfdən iki qapısının, ön qapı şüşəsinin, dayaq və qapıların alt hissəsinin zədələnməsi; - iddia tələbindən, ona qarşı verilmiş etiraz ərizəsindən, həmçinin işdə iştirak edən şəxslərin həm birinci, həm də apelyasiya instansiya məhkəməsində verdiyi izahatlarından 25 avqust 2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəs ində İddiaçı məxsus olan “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh1 tərəfindən sonuncunun idarə etdiyi “Kia Sportage” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ziyan vurması; - 25 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi, onun İddiaçı əmlakına ziyan vurması (mülki iş İ cild, iş vərəqə 5 və 95); - Naxçıvan Şəhər Polis İdarəsi X7 Bölməsi tərəfindən tərtib edilmiş 25 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini n 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi ilə bağlı barəsində 80 (səksən) manat məbləğində cərimə tətbiq edilməsi (mülki iş İ cild, iş vərəqə 147) aydın olur. Apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə isə kollegiya onu mülki iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməs inə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; -5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılması göstərilir; - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmçinin həmin Məcəllənin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözü gedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelly asiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır ( 372.1, 372.2, 372.6 və 372.7-ci maddələr). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmçinin Mülki-Prosessual Məcəllənin 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdiri ldiyini göstərməyə borcludur. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(078)-170/2024 nömrəli qətnaməsini yalnız İddiaçı mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(078)-170/2024 nömrəli qətnaməsinin İddiaçı tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. Sonuncunun verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının ləğv edilməsinə yönəldiyindən həmin məhkəmə aktı apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam yoxlanılmalıdır. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi dəyişdirilmiş tələbinin mahiyyətindən aydın olur ki, o, Cavabdeh2 və Cavabdeh1; - Cavabdeh1 “Kia Sportage” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman 25 avqust 2023-cü ildə törətdiyi yol-nəqliyyat hadisəsi ilə ona məxsus olan “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu maddi ziyanın əvəzi olaraq 2390 (iki min üç yüz doxsan) manat; - “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində istifadəyə yararsız hala düşdüyü üçün və bu cavabdehlərin təqsiri ucbatından baş verdiyindən taksi xidmətindən istifadə etdiyinə görə xərclədiyi 7680 (yeddi min altı yüz səksən) manat; - baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “ Azsamand” minik markalı, **-BF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəydiyindən onun əmtəə dəyərinin aşağı düşməsi ilə bağlı olaraq 1000 (bir min) manat; - “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin akkumulyatorunun sıradan çıxması ilə bağlı 150 (bir yüz əlli) manat; - həmin nəqliyyat vasitəsindən oğurlanmış maqnitofonun dəyəri üçün 50 (əlli) manat; - və gələcəkdə yaranacaq fəsadları aradan qaldırmaq üçün 500 (beş yüz) manat məbləğində pul tələb edir. İddiaçının tələbindən görünür ki, onun cavabdehlərə qarşı olan ümumilikdə altı tələbi “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan və onun istifadəsi ilə bağlı yaranmış xərclərlə bağlıdır. Apellyasiya şikayətinə qiymət verilməsi ilə bağ lı kollegiya bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. X6 26-cı maddəsi ilə müəyyən edilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə o lmalıdır. Baxılan mübahisə üzrə öhdəliyin yaranma əsasının müəyyən edilməsi ilə bağlı kollegiya qeyd edir ki, mülki işin mübahisəsiz hallarından Cavabdeh1 digər Cavabdeh2 məxsus olan “Kia Sportage” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən 25 avqust 2023-cü ildə yol nəqliyyat hadisəsi törətməsi və nəticədə İddiaçı məxsus “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurması aydın olur. Kollegiya bildirir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüqu qa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı olan ziyanın ödənilməsi ilə bağlı iddia tələbini yuxarıda qeyd edilən maddi hüquq normaları və mülki işin mübahisəsiz halları ilə əlaqəli şəkildə yoxladıqda Cavabdeh1 münasibətdə mülki hüquq pozuntusunu n dispozitiv şərtlərinin hamısının birlikdə mövcud olması aydın olur. İddiaçının digər Cavabdeh2 qarşı olan tələbinə gəldikdə isə kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1ci maddəsinin tələbinə əsaslanaraq belə hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı olan və yuxarıda qeyd edilən iddia tələbləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək t əhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki iş materiallarından 25 avqust 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Kia Sportage” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 qanuni sahibliyində olması müəyyən edildiyindən kollegiya birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh2 qarşı olan tələbinin əsasız olması ilə bağlı gəldiyi nəticə ni qanuni və əsaslı hesab edir. Kollegiya İddiaçı Cavabdeh1 qarşı olan “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbini əsaslı hesab etdiyindən dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21-ci maddəsinin mahiyyətinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ na malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı baş vermiş yol-nəqliyyat hadi səsi nəticəsində ona məxsus “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2390 (iki min üç yüz doxsan) manat məbləğində ziyan dəydiyini bildirərək, bu faktın təsdiqi üçün iddia ərizəsinə 14 noyabr 2023-cü il tarixli, ******* nömrəli qaimə fakturanın surətini (mülki iş İ cild, iş vərəqə 14) və 20 noyabr 2023-cü il tarixli, 029124 nömrəli mədaxil qəbzini (mülki iş İ cild, iş vərəqə 7) əlavə etmişdi. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1ci və 89.3-cü maddələrinə görə yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olun muş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi 14 noyabr 2023-cü il tarixli, ******* nömrəli qaimə-faktura surət olduğundan, yəni sübut kimi qanunvericiliyin tələbinə cavab vermədiyindən kollegiya onu sübut kimi qəbul edilən saymır. Onun təqdim etdiyi 20 noyabr 2023-cü il tarixli, 029124 nömrəli mədaxil qəbzinə gəldikdə isə həmin sənəddə ona rəsmilik verən möhür olmamaqla yanaşı, orada göstərilən məlumatların məhz baxılan mübahisə predmeti olan “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid olmasını müəyyən etmək mümkün olmur. Bu səbəbdən kollegiya həmin sənədi də sübut kimi qəbuledilən hesab etmir. Sözü gedən zərəri n müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 856 saylı ekspert rəyində qeyd edilmişdir ki, 2007-ci il buraxılışlı “Azsamand” minik markalı, sedan tipli, qızılı metallik rəngli, mühərriki 1761 kub santimetr olan **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 2110.00 (iki min yüz on manat sıfır qəpik) manat müəyyən edilir. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntulara yol verilmədiyindən kollegiya İddiaçı məxsus olan “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 25 avqust 2023-cü ildə baş v ermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən vurulmuş ziyanın həcminin müəyyən edilməsində birinci instansiya məhkəməsinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 856 saylı ekspert rəyinə əsaslanmasını qanuni hesab edir. İddiaçının cavabdehlərə qarşı olan “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində istifadəyə yararsız hala düşdüyü üçün taksi xidmətindən istifadə etdiyinə görə xərclədiyi 7680 (yeddi min altı yüz səksən) manat məbləğində pul tələbinin hüquqi həllinə gəldikdə isə iş materiallarından aydın olur ki, o, bununla bağlı sübut kimi birinci instansiya məhkəməsinə X3 şahid qismində təqdim etmişdi. Sözü gedən şahid in birinci instansiya məhkəməsində verdiyi izahatdan isə İddiaçı qonşusu X1 idarə etdiyi nəqliyyat vasitəsindən taksi kimi istifadə etməsi, sonuncunun iddiaçının arvadını işə, uşaqlarını isə bağçaya və məktəbə aparması, bir dəfəlik xidmət üçün iki manat əlli qəpik alması müəyyən edilsə də, bütün bunlar iddiaçının tələbinin birbaşa əsaslı olmasını demək üçün kifayət etmir. İlkin olaraq ona görə ki, iddiaçı və ya onun ailəsi öz ehtiyaclarını qarşılamaq üçün taksi xidmətindən deyil, marşrut xidmətindən istifadə edə bilərdi. Yəni iddiaçı tərəf bu halda təqsirli hərəkətin cavabdeh tərəfin deyil, özü tərəfindən törədilmiş halı zamanı nümayiş etdirdiyi davranışa uyğun hərəkət etməsi daha düzgün olardı. Digər tərəfdən isə iddiaçının tələbindən aydın olur ki, o 25 avqust 2023-cü ildən, yəni yol-nəq liyyat hadisəsi baş verməsindən 12 sentyabr 2024-cü il tarixədək (baxmayaraq ki, iddia tələbinin həcminin artırılması ilə bağlı ərizəni 10 sentyabr 2024-cü ildə məhkəməyə təqdim edib) olan 383 günlük müddət üçün hər günlük 20 manat olmaqla, ümumilikdə 7680 (yeddi min altı yüz səksən) manat tələb edir. Bu iddiaçı və onun ailə üzvlərinin həmin müddətin bütün vaxtının işə və məktəbə getməsi deməkdir ki, qanunvericiliyin tələbi, yəni istirahət və bayram günlərinin, həmçinin məktəblilər üçün yay və qış tətillərinin mövcudluğu baxımından mümkünsüzdür. Bundan başqa ilə X1 verdiyi izahatdan İddiaçı ona gündəlik 20 manat və ya ümumilikdə 7680 (yeddi min altı yüz səksən) manat ödəməsi də öz təsdiqini tapmır. Əlavə olaraq iddiaçı tələbində uşaqlarını məktəbə və universitetə aparmasını qeyd etsə də, şahid izahatında uşaqlardan birinin bağçaya getməsini göstərir. Qeyd edilənlərdən əlavə iddiaçı bu xərcin yaranmasını cavabdehlərin təqsiri ilə əlaqələndirsə də iddia tələbinə qarşı etiraz ərizəsindən, həmçinin iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarından görünür ki, 25 avqust 2023-cü ildə yol-nəqliyyat hadisəsi baş verdikdən sonra, yəni 26 avqust 2023-cü ildə iddiaçı ilə Cavabdeh1 əri, birlikdə “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təmirbərpa etmək üçün bir neçə ustaya aparmışlar. Həmin ustalardan Vüqar adlı şəxs tərəfindən sözü gedən nəqliyyat vasitəsinin təmir edilməsinə maneə, onun təmir-bərpa xərcləri ilə bağlı dediyi məbləğin cavabdeh tərəfindən qəbul edilməməsi olsa da, başqa ustalarda nəqliyyat vasitəsinin təmir edilməsinə maneəni n cavabdeh tərəfdən yaranmadığı müəyyən edilir. Hətta sonuncu usta ilə danışılıb, maşının ona 28 avqust 2023-cü ildə təhvil verilməsi barədə razılıq əldə edilsə də, iddiaçı tərəfin nəqliyyat vasitəsini həmin ustaya təhvil verməməsi, həmçinin cavabdeh tərəfin “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir və bərpa olunması üçün vaxtında lazımı hərəkətlər etməsi müəyyən edilir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş digər ustaların izahatlarından Vüqar adlı ustanın avtomobilin təmir-bərpası üçün işçilik haqqı olaraq istədiyi məbləğin çox olmasını müəyyən etmək olur. Bu cavabdeh tərəfin həmin usta tərəfindən zədələnmiş nəqliyyat vasitəsini təmir etməməklə bağlı etirazının əsaslı ol masına dəlalət edir. İddiaçı ustalardan bəzilərinin peşəkarlığı ilə əvvəlcədən maraqlandığını və buna görə onların özünə məxsus nəqliyyat vasitəsinin təmir edilməsinə razı olmadığını bildirsə də, ona verilmiş “Yol nəqliyyat vasitəsi baş verən günün ertəsi günü siz nəqliyyat vasitəsini beş ustaya aparmışınız. Belə qısa vaxtda əvvəlcədən hansı ustanın yanına gedəcəyinizi bilmədiyiniz halda onların peşəkarlığını necə araşdırmışınız?” sübut sualına o əsaslı cavab verməmişdi. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq kollegiya hazırda iddiaçının hüquqi həllindən danışılan tələbinin əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. İddiaçının cavabdehlərə qarşı olan digər bir tələbi isə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Azsamand” minik mark alı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəyməsi ilə bağlı onun əmtəə dəyərinin aşağı düşməsi ilə əlaqədar olaraq onlardan 1000 (bir min) manat məbləğində pul tələb etməsidir. Bununla bağlı kollegiya qeyd edir ki, mülki işin mübahisəsiz hallarından, həmçinin iş materiallarında olan fotoşəkillərdən 25 avqust 2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol qapı və şüşəsinə ziyan dəyməsi müəyyən olur. Bu hissələr isə yenisi ilə əvəz edilə bildiyindən və nəqliyyat vasitəsinin ümumi işləkliyi və əsas mexanizminə təsir edən hissə olmadığından, həmin hissələrə ziyan dəyməsini birbaşa nəqliyyat vasitəsinin əmtəə dəyərinin aşağı düşməsinə səbəb olacaq ziyan kimi qəbul etmək ol maz. Ən azından belə halın mövcudluğunu iddiaçı tərəf sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir, həmçinin mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən fakt lar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya iddiaçının bu tələbini əsassız və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı hesab edir. İddiaçının cavabdehlərə qarşı olan “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin akkumulyatorunun sıradan çıxması ilə bağlı 150 (bir yüz əlli) manat və həmin nəqliyyat vasitəsindən oğurlanmış maqnitofonun dəyəri üçün 50 (əlli) manat məbləğində pul tələb etməsinə gəldikdə isə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.10-cu maddəsinə görə əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Mülki işin mübahisəsiz hallarından aydın olur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin akkumulyatoru və maqnitofonuna ziyan dəyməmişdi. Yəni Cavabdeh1 təqsirli hərəkəti ilə həmin əşyaların sıradan çıxması və ya oğurlanması ilə bağlı birbaşa səbəbli əlaqə mövcud deyil. İşdə iştirak edən şəxslərin izahatlarından isə yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının sahibliyində qalması və onun mühərrikinin işlək vəziyyətdə olması müəyyən edilir. Kollegiya qeyd edir ki, nəqliyyat vasitəsinin akkumulyatorunun tez sıradan çıxmasına səbəb onun mühərrikinin uzun müddət istifadə edilməməsi ola bilər ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərrikinə ziyan dəyməsi müəyyən edilmir. Cavabdeh tərəfdən həmin nəqliyyat vasitəsinə ziyan vurulması nəticəsində iddiaçının ondan lazımi qaydada istifadə etməməsi isə onun avtomobilə olan sahibliyinə məhdudiyyət yaratmamışdı. Həmin əşyaya sahibliyi davam etdirən iddiaçı nəqliyyat vasitəsinin normal saxlanılması üçün zəruri hərəkətləri davam etdirməli idi. Akkumulyatorunun sıradan çıxacağını bildiyi halda nəqliyyat vasitəsinə sahiblik edən iddiaçının mühərriki vaxtaşırı işə salmamasını və bunu cavabdehin təqsiri ilə birbaşa əlaqələndirməsini kollegiya hüquqdan sui-istifadə kimi qiymətləndirir. Həmçinin iş materiallarında olan fotoşəkillərdən iddiaçıya aid nəqliyyat vasitəsinin baxımsız olması, onun içərisində zibillərin olması müəyyən edildiyindən, məhkəmə tərəfindən ona verilmiş sübut sualına cavab olaraq iddiaçı həmin zibilləri küləyin maşına doldurduğunu bildirmişdi ki, çəkisi ağır olan butulka və fincanın külək tərəfindən maşının içinə doldurulması inandırıcı sayılmır. Bu İddiaçı h əmin əşyaya qarşı laqeyd münasibətini özündə əks etdirir. Qeyd edilənlərin nəticəsi olaraq kollegiya hazırda İddiaçı hüquqi həllindən bəhs edilən tələbləri ilə bağlı gəldiyi nəticəni, yəni onların əsassız olmasını qanuni hesab edir. İddiaçının cavabdehlərə qarşı olan sonuncu tələbi isə gələcəkdə “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yaranacaq fəsadları aradan qaldırmaq üçün 500 (beş yüz) manat pulun onlardan alınmasıdır. Bununla bağlı kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsaslanmaqla qeyd edir ki, iddiaçı 25 avqust 2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Azsamand” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpasına çəki lən xərclərdən başqa həmin hadisə ilə birbaşa bağlı olan hansı fəsadların yarana biləcəyi və onların dəyəri ilə bağlı sübut təqdim etmədiyindən onun tələbi bu hissədə də əsaslı sayıla bilməz. Bu səbəbdən də Naxçıvan Şəhər Məhkəməsi onun tələbinin bu hissəsini də əsaslı saymamaqla düzgün nəticəyə gəlmişdi. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq kollegiya İddiaçı ümumilikdə apellyasiya şikayətini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci inst ansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bundan başqa Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasi b olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(078)170/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli; - Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(078)-170/2024 nömrəli qətnaməsi İddiaçı mübahisələndirdiyi hissədə (tam mübahisələndirmə) dəyişdirilmədən saxlanılmalı; - məhkəmə aktından apellyasiya şikayəti verilməsi zamanı İddiaçı tərəfindən ödənilmiş 63.50 (altmış üç manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hiss əsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(078)170/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməsin. Naxçıvan Şə hər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(078)-170/2024 nömrəli qətnaməsi İddiaçı mübahisələndirdiyi hissədə (tam mübahisələndirmə) dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi zamanı İddiaçı tərəfindən ödənilmiş 63.50 (altmış üç manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik ed ən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev Vera Kuimova
Məhkəmə qərarları › İş №2(108)-31/2025
Ali Məhkəmə Qətnamə — İş №2(108)-31/2025
25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver