Məhkəmə qərarları › İş №2(108)-33/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-33/2022

30.03.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-33/2022 30.03.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 2(079)-45/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 27 oktyabr 2020-ci il tarixdə pul tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək ca vabdehdən 4000 (dörd min) manat sığorta ödənişi məbləğinin, 500 (beş yüz) manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 4530 (dörd min beş yüz otuz) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 2(079)-45/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən: D.Y.Səfərov) iddia təmin edilmiş, cavabdeh Tarquluyev Habil Cəfər oğlundan 4000 (dörd min) manat sığorta ödənişi məbləği və 500 (beş yüz) manat işlərin görülməsi xərci olmaqla, cəmi 4500 (dörd min beş yüz) manat məbləğində pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Tarquluyev Habil Cəfər oğlundan alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Babək Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(079)-45/2021 nömrəli qərardadı ilə Babək Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 2(079)-45/2021 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatəti təmin edilərək Cavabdeh münasibətdə həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilmiş, apellyasiya şikayəti baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Cavabdeh apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının tələblərini pozduğu üçün ləğv edilməlidir. Məh kəmə prosesində iştirakı təmin olunsa idi ekspertiza keçirilməsi barədə vəsatətlə çıxış edərək tələb edilən borcun və əlavə xərclərin doğruluğunun müəyyən edilməsini xahiş edə edərdi. Məhkəmə ekspert funksiyasını üzərinə götürərək iddia tələbini tam olaraq təmin etmiş iddiaçı tərəfindən təqdim olunan dəlillərdəki borcun qeyd-şərtsiz mötəbərliyini tanımışdır. Sanki işə qiyabi icraat qaydasında baxmışdır. Halbuki o, qeyd olunan yolnəqliyyat hadisəsindən sonra hadisəsi yerində qalmış, zərərçəkəni xəstəxanaya göndərmiş, avtomobildə olan azyaşlı nəvəsi qorxub ağladığı üçün onu evə aparıb yenidən hadisə yerinə qayıtmışdır. Qətnamə qəbul edilərkən həmin məqam nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişlər. Kollegiya mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Cavabdeh iştirakları olmadan baxmışdır. Məhkəmə baxışı iclasındakı izahatında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmaqla Babək Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 2(079)-45/2021 nömrəli qətnaməsinin ləğv edilməsini kollegiy adan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, cavabdehin vəkili və nümayəndəsinin izahatını, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillər ini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Hazırki mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" ASC ilə Tarquluyev Habil Cəfər oğlu arasında 06.07.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış, “Nissan Navara” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta almış, cavabdeh Tarquluyev Habil Cəfər oğlu 26.08.2018-ci il tarixdə “Nissan Navara” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Mitsubishi Airtrek” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 az ağır zərər vurmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində iddia tələbində qeyd olunan hissəni mübahisələndirmir. Apellyasiya şikayətində qeyd olunan məhkəmə prosesində iştirakı təmin olunsa idi ekspertiza keçirilməsi barədə vəsatətlə çıxış edərək tələb edilən borcun və əlavə xərclərin doğruluğunun müəyyən edilməsini xahiş edə biləcəyi, məhkəmənin ekspert funksiyasını üzərinə götürərək iddia tələbini tam olaraq təmin etməsi, iddiaçı tərəfindən təqdim olunan dəlillərdəki borcun qeyd-şərtsiz mötəbərliyini tanıması, sanki işə qiyabi icraat qaydasında baxması dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci ins tansiya məhkəməsində mülki işin icraatı zamanı məhkəmə baxışı iclasının yeri və vaxtı barədə 28.10.2020-ci il tarixdə cavabdehin qeydiyyatda olduğu Babək rayonu, Nehrəm qəsəbəsinə göndərilmiş məktub cavabdehin bu ünvanda yaşamaması səbəbindən geri qaytarıldığından məhkəmə tərəfindən yenidən 04 noyabr 2020-ci il tarixdə cavabdehin qeydiyyatda olduğu Babək rayonu, Nehrəm qəsəbə İnzibati Dairəsi üzrə Nümayəndəliyinə məhkəmə bildirişi göndərilmiş, nümayəndəlik tərəfindən məhkəmə bildirişi 06 noyabr 2020-ci il tarixdə cavabdehə çatdırılmaq üçün qəbul edilmişdir. Növbəti məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri Babək rayonu, Nehrəm qəsəbə İnzibati Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 18.11.2020-ci il, 08.12.2020-ci il və 25.12.2020-ci il tarixlərində Cavabdeh çatdır ılmaq üçün qəbul edilmişdir. Babək Rayon Məhkəməsinin 13 yanvar 2021ci il tarixli, 2(079)-45/2021 nömrəli qətnaməsi Babək rayonu, Nehrəm qəsəbə İnzibati Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 27.01.2021-ci il tarixdə qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsində 09.03.2022-ci il və 30.03.2022-ci il tarixlərdə keçirilmiş məhkəmə baxışı iclasları zamanı cavabdehin birinci instansiya məhkəməsində iştirak etməməsi nəzərə alınmış, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə ekspertizanın keçirilməsi ilə bağlı və eyni zamanda digər zəruri hesab etdiyi hallarla əlaqədar vəsatətlərin verilməsi, həmçinin zəruri sübutların tədqiq edilməsi məqsədilə məhkəməyə təqdim edilməsi üçün müvafiq şərait yaradılmış, lakin cavabdehin vəkili və nümayəndəsi tərəfindən ekspertizanın keçirilməsi və ya hər h ansı sübutun tədqiqi ilə bağlı vəsatətlərinin olmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09.10.2018-ci il tarixli, 24487 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 28 avqust 2018-ci il tarixli, 1193 nömrəli ekspert rəylərinin surətlərindən “Nissan Navara” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Tarquluyev Habil Cəfər oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük nişanının) tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu, eyni za manda X1 dəymiş zərərin az ağır zərər vurmaya aid olduğu və həmin zərərin 26.08.2018-ci il tarixdə onun sərnişini olduğu minik avtomobilinin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bildiyi müəyyən edilmişdir. Həmçinin iş materialları ilə Cavabdeh yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerini tərk etdiyi təsdiq edilir. Mülki işin materiallarına əlavə olunmuş sənədlərə əsasən “Mitsubishi Airtrek” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2850 manat, 31.10.2018-ci il tarixli, 6403/18/ AA-5945/18 nömrəli sığorta aktına əsasən X1 dəymiş zərərin məbləği 1500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə uyğun olaraq bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Kollegiya iddia tələbinin 500 (beş yüz) manat işlərin görülməsi xərcinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, bu xərcin nədən ibarət olması nə iddia ərizəsində, nə də iş materiallarında olan süb utlarda öz əksini tapmır və belə bir xərcin mövcudluğu iş materialları ilə sübuta yetmir. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində işlərin görülməsi xərci üçün 500 manat tələb etsə də bunu təsdiq edəcək hər hansı sübutu iddia ərizəsinə əlavə etməmiş, birinci instansiya məhkəməsində icraat zamanı da bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası üzrə işlərin görülməsi xərci üçün 500 manat tələbi də təmin edilmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, belə bir xərcin nədən ibarət olduğu müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Kollegiya son olaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin qismən təmin edilməsi və Babək Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 2(079)-45/2021 nömrəli qətnaməsinin qismən ləğvi üçün əsas mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 2(079)-45/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 2(079)-45/2021 nömrəli qətnaməsi iddianın təmin edilməsi və 500 (beş yüz) manat işlərin görü lməsi xərcinə dair hissələrdə ləğv edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, iddia 500 (beş yüz) manat işlərin görülməsi xərcinə dair hissədə rədd edilməli, Babək Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 2(079)-45/2021 nömrəli qətnaməsində “cəmi 4500 manat” sözləri “cəmi 4000 manat” sözləri ilə əvəz edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübut ları araşdıraraq onlardan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan....az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 2(079)-45/2021 nöm rəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 2(079)-45/2021 nömrəli qətnaməsi iddianın təmin edilməsi və 500 (beş yüz) manat işlərin görülməsi xərcinə dair hissələrdə ləğv edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İddia 500 (beş yüz) manat işlərin görülməsi xərcinə dair hissədə rədd edilsin. Babək Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 2(079)-45/2021 nömrəli qətnaməsində “cəmi 4500 manat” sözləri “cəmi 4000 manat” sözləri ilə əvəz edilsin və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar