Məhkəmə qərarları › İş №2(108)-35/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-35/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-35/2025 06.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, X3 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300000 (üç yüz min) ABŞ dolları borc məbləğinin, ödənilmiş vəkil xərcinə görə 600 (altı yüz) manatın və 800 (səkkiz yüz) manat dövlət rüsumunun, ümum ilikdə 300000 (üç yüz min) ABŞ dollarının və 1400 (min dörd yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Q.N.Məmmədov) 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilənin bağlandığı 8 dekabr 2016-cı il tarixdən etibarən bu halı mübahisələndirməmiş və qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. İddiaçı cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödəmələr edilməsi, iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37 3.1, 373.2, 373.3, 377.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarına istinad etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəb ul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 2014-cü il tarixdən başlayaraq əvvəldən tanıdığı və dostluq etdiyi Cavabdeh müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində pulu borc vermiş, cavabdeh isə ondan borc aldığı pulu qısa vaxt ərzində ona qaytaracağını öhdəsinə götürdüyü üçün borcun təminatı olaraq onunla cavabdeh arasında Bakı şəhəri 6 saylı Notariat Kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 08 dekabr 2016-cı il tarixli “Borcun etirafı haqqında” müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ikinci tərəfin (bundan sonra borclu) bu müqavilə ilə birinci tərəfə (bundan sonra borcverənə) 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və tam etiraf etdiyini, həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borcverənə tam həcmdə qaytarmasını öhdəsinə götürdüyünü, müqaviləyə əsasən borclu müqavilə ilə etiraf etdiyi borcu 08 yanvar 2017-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin müqaviləyə müvafiq olaraq borcundan müxtəlif vaxtlarda hissə-hissə ödəsə də, onu aldadaraq müxtəlif bəhanələrlə borcunu tam ödəməkdən yayındığını görən iddiaçı cavabdehin ona ödənməmiş qalan 300000 (üç yüz min) ABŞ dollar pul borcunun alınıb ona verilməsi üçün məhkəmədə hazırki iddianı qaldırmışdır. Məhkəmə isə hərtərəfli araşdırma aparmadan tam əsassız olaraq 3 illik iddia müddətinin ötürülməsi nəticəsinə gələrək iddianı təmin etməmişdir. Halbuki məh kəmə iddiaçının iddia ərizəsində və məhkəmədə verdiyi izahatında borclunun müxtəlif vaxtlarda borcundan ümumilikdə 31000 dollar ödəməklə iddia müddətinin ötürülməməsi barədə göstərdiyi xüsusatların araşdırılmasına, bu barədə sübutlarını məhkəməyə təqdim etməyə şərait yaratsaydı müəyyən olunacaqdı ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Cavabdeh 08 yanvar 2017-ci il tarixdən sonra iddiaçıya borclu olduğu 331000 (üç yüz otuz bir min) ABŞ dolları olan puldan 2019-cu ildən başlayaraq 2023-cü il də daxil, hissə-hissə olmaqla 31000 (otuz bir min) ABŞ dolları pul qaytarmış və hər pul qaytaranda da borcunun qalan hissəsini yaxın vaxtlarda qaytaracağını iddiaçıya vəd etmişdir. Eyni zamanda borclu Cavabdeh onun məhkəməyə veriləcəyi təqdirdə ailəsinin dağılacağını, aralarında ol an dostluğu nəzərə alıb onu məhkəməyə verməməsini iddiaçıdan xahiş etmişdir. Cavabdehin borcunu ödəyəcəyi barədə vədini və xahişini nəzərə alan iddiaçı onun ailəsinin dağılmaması üçün məhkəmədə iddia qaldırmamış, onun borcunu könüllü ödəməsini gözləmişdir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə baxışında verdiyi izahatında 2019-cu ildə borclu Cavabdeh qardaşı Ayxan Salmanovun vasitəsi ilə ona 25000-30000 manat dəyərində bir ədəd avtomobil verdiyini, 2020-ci ildə Cavabdeh şəxsən ona 5000 manat verdiyini, 2021-ci ildə Cavabdeh qardaşı Ayxanın iştirakı ilə borcundan ona 20000 manat qaytardığını, ona görə də iddiasında 331000 əvəzinə 300000 ABŞ dolları tələb yazdığını, hətta Cavabdeh qardaşı Ayxanın məhkəmədən qabaq ona məhkəməyə müraciət etməməsi üçün 200000 manat təklif etdiyini, razıl aşacağı halda, evlərinin olduğunu, ******* manata sataraq borcunu qaytaracaqlarını bildirmişdir. Qeyd olunanlarla yanaşı iddiaçı məhkəmədən cavabdehin ona 2019-2023-cü illərdə borcundan hissə-hissə qaytarmasını təsdiq edəcək sübutları, o cümlədən borcdan qaytarılmasının şahidi olmuş şəxslərin məhkəməyə dəvət edilib dindirilmələrini xahiş etsə də məhkəmə buna nəinki şərait yaratmamış, əksinə çəkişmə prinsipinin tələblərini pozaraq iş üzrə həqiqətin müəyyən edilib ədalətli qətnamə qəbul edilməsini təmin etmək üçün cavabdehin də məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının bu mülki iş üzrə iddia ərizəsində göstərilən dəlillərə münasibətini və mövqeyini, onun məhkəmədə 3 illik iddia müddətinin ötürülməməsi barədə gətirdiyi sübut və dəlilləri dinləsə də, həmin sübutları təqdim etmə yə, habelə cavabdehin borc müqaviləsi üzrə vaxtaşırı ödəmələr etməsini təsdiq edəcək şahidlərini məhkəməyə dəvət edib dindirilməsinə şərait yaratmayaraq məhkəmə araşdırmasını tələm-tələsik bitirərək mahiyyəti üzrə natamam, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. İddiaçının cavabdehin 2023-cü il də daxil olmaqla ona hissə-hissə pul ödəməsi barədə gətirdiyi dəlillərə cavabdehin nümayəndəsi cavab verə bilmədiyinə görə cavabdehin məhkəmədə iştirak edərək həmin dəlillərə öz münasibətini bildirməli olduğu üçün məhkəmə onun məhkəmədə iştirakını təmin etməli idi. Məhkəmə isə bunu etmədən qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddiaçıya iddia müddətinin ötürülməməsi barədə məhkəməyə sübutlar təqdim etməyə şərait yara tmamaqla bu halın hərtərəfli araşdırılmasını təmin etməyərək öz mülahizələri əsasında əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işə hərtərəfli, tam və obyektiv baxmadan, mühüm əhəmiyyətli olan faktiki halları aydınlaşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi, yuxarıda qeyd etdiyi kimi, cavabdehin 2019-2023-cü illər ərzində qeyd olunan müqavilə əsasında iddiaçıya olan borcundan hissə-hissə olmaqla ödəməsini bildirməyini və bu faktları təsdiq edəcək şahidlərin məhkəməyə dəvət edilib dindirilmələrinə, habelə digər sübutlar təqdim etməyinə şərait yaratmamış, bununla da əsassız olaraq iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərində göstərilən dəlillərin iş material ları ilə tam sübuta yetirilməsinin təsdiq olunmasına baxmayaraq ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Halbuki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd olunan maddələrin tələblərini pozaraq iddiaçıya iddia ərizəsində istinad etdiyi halları sübut etməyinə şərait yaratmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı cavabdehin müqavilədə borcun ödənilməsinin son müddətindən sonra da onun iddiaçıdan dəfələrlə borcun ödənilməsinə möhlət verməsi barədə xahişlərinin olmasını, mütəmadi olaraq şahidlərin iştirakı ilə son vaxtlara kimi borcundan hissə-hiss ə ödəməsini bildirərək bu faktın təsdiq edilməsi üçün həmin şahidləri məhkəməyə dəvət edib dindirilmələri barədə vəsatət qaldırsa da, məhkəmə iddiaçının vəsatətini təmin etmədən, qəflətən məhkəmə araşdırmasını bitirib qətnaməni elan etdiyi üçün iddiaçı şahidlərinin məhkəmədə dindirilməsinə nail ola bilməmişdir. Bundan başqa, məhkəmə baxışından sonra iddiaçı borclu Cavabdeh istifadəsində olan 050 *** ** ** mobil nömrənin WhatsAppMessenger proqramı ilə iddiaçının istifadəsində olan 055 *** ** ** mobil nömrə arasında aparılmış yazışmaları araşdırarkən müəyyən edib ki, Cavabdeh 27 fevral 2023-cü il tarixdə özünə məxsus **********360849 saylı ABB bank kartından iddiaçının adına olan **********515813 nömrəli Rabitəbanka aid bank kartına, iddiaçıya olan 331000 ABŞ dolları borcundan 800 (səkkiz yü z) manat pul ödəmiş və qəbzin də surətini iddiaçıya göndərmişdir. Bu fakt Rabitəbank tərəfindən verilən RB00-12830/2024 saylı, 30 yanvar 2024-cü il tarixli arayışla da tam təsdiq olunur. Həmin arayışda göstərilir: “Yazıb bildirmək istəyirik ki, xx.xx.2023 il tarixində İddiaçı aid olan **********515813 nömrəli Rabitəbank kartına, **********360849 saylı kartdan İBA MOBİLE vasitəsi ilə 800 AZN vəsait mədaxil olunub”. Arayışın verilmə tarixi də təsdiq edir ki, iddiaçı həmin arayışı məhkəmə baxışından sonra əldə etdiyi üçün onu birinci instansiya məhkəməsinə təqdim edə bilməzdi. Artıq məhkəmə baxışı başa çatdığına və cavabdehin iddiaçıya borcundan özünə məxsus bank kartı vasitəsi ilə də pul ödəməsini unutduğuna görə həmin sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi üçün həmin süb ut apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməli və iddiaçının məhkəməyə müraciət etməyi üçün iddia müddətini ötürməməyinin sübutu kimi qiymətləndirilməlidir. Qeyd etdiyi sübut iddiaçının iddia müddətini ötürməməyinin birbaşa sübutu olduğu üçün iddiaçının həmin sübutu qəsdən birinci instansiya məhkəməsinə təqdim etməməyi nəticəsinə gəlinməməlidir. Göstərilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-93/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdi. Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdı. Mülki iş İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Na xçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)65/2024 nömrəli 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Əli Allahverdiyev (sədrlik edən və məruzəçi) Vüqar Quliyev və Mehman Allahverdiyev) iddiaçının аpеllyаsiyа şikаyəti qismən təmin еdilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək Cavabdeh qətnamənin icra olunduğu günə olan Аzərbаycаn Rеspublikаsı Mərkəzi Bankının müəyyən etdiyi manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq 298176.47 (iki yüz doxsan səkkiz min bir yüz yetmiş altı dollar qırx yeddi sent) ABŞ dolları, 796.9 (yeddi yüz doxsan altı manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 600 (altı yüz) manat vəkil xərci alınıb İddiaçı verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh vəkili Vəkil2 kassasiya şikayəti verərək Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-65/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini tam ləğv edib, iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3360/2024 qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-65/2024 nömrəli 12 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, iddia müddətinin tətbiqinə dair düzgün hüquqi araşdırılma aparılmadığı, maddi və prosessual hüquq normalarının pozulduğu müəyyən edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən elektron kabinetə yerləşdirilən iddiaya etirazı iddia müddətinin tətbiqi barədə ərizə kimi qəbul etməməsi və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imzalanmış hesab olunmaması barədə mövqeyi əsassızdır. Belə ki, cavabdeh iddiaya etiraz ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsi, habelə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 1.1.5, 3-cü maddələrinin tələbləri baxımdan elektron qaydada vermiş və həmin sənəd elektron imza ilə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 154.2.6-cı maddəsinə əsasən olduğu halda vəsatətlər (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, iddia tələblərinin birləşdirilməsi və ya ayrılması, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə) iddiaya etirazda göstərilməlidr. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin tələb üzrə iddia müddətinin tətbiqi bar ədə vəsatətini qeyd etdiyi iddia ərizəsinə etirazının Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə yazılı ərizə kimi qəbul edilməməsi qeyd edilən prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tələb üzrə iddia müddətinin axımının kəsilməsi qənaətinə gəlmiş və iddiaçının izahatına əsaslanmaqla müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan müqavilənin icrası müddətində cavabdehin 2019-cu ilin may-iyun aylarında 30000 manat dəyəri olan avtomobili verməsi, 2020-ci ilin sentyabr ayında Bakı şəhərində Neftçilər prospekti deyilən ərazidə 5000 manat və 2021-ci ilin noyabr ayında 20000 manat pulun manatla qaytarılması kimi borcu etiraf edən hərəkətləri o lmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının izahatında istinad etdiyi bu hallar üzrə hər hansı sübut araşdırılmamış, göstərilən hallar yalnız tərəfin izahatlarına əsasən həqiqi hal hesab edilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfin izahatında bildirdiyi halları yanakı sübutlarla əlaqələndirməmiş, tam və obyektiv həqiqətə nail olmaq üçün tərəflərə bu halların sübut olunmasına dair hər hansı təklif verməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Həmçinin iddia müddə tinin axımının kəsilməsi halı kimi apellyasiya məhkəməsi tərəfindən yeni sübuta istinad edilmiş, lakin “Rabitə” bankın 30 yanvar 2024-cü il tarixli RB00-12830/2024 saylı məktubunun və ona əlavə edilmiş müvafiq ödəmə sənədlərinin birinci instansiya məhkəməsinə təqdim edilməməsinin iddiaçıdan asılı olmayan səbəblərə görə mümkün olub-olmadığı istiqamətində araşdırma aparılmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda, iddiaçı tərəf iddia müddətinin bə rpasına dair ərizə verməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən də müddətin ötürülməsinin üzrlü və üzrsüz səbəbdən baş verməsi məsələsi ümumiyyətlə araşdırılmamışdır. Halbuki Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin ara dan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.) Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yara nmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür–ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri- müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tər əfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Kassasiya instansiyası qərarında Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalı olduğunu (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı), apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermədiyini, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığını hesab etdiyini göstərərək, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın qismən təmin olunması barədə gəldiyi nəticənin qanuni və əsaslı sayılmadığını qeyd edərək kassasiya şikayətinin qismən təmin olunması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almışdır. Məhkəməyə işə yenidən baxılarkən yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən ed ilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktının qəbul edilməsi barədə göstərişlər verilmişdir. Mülki iş yenidən baxılması üçün 21 yanvar 2025-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına daxil olmuşdu. İddiaçı, onun vəkili nümayəndəsi Vəkil1, onun vəkili nümayəndəsi Vəkil3 və Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar iştirak etmədiyindən kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan madd ənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, kollegiyadakı izahatında birinci instansiya məhkəməsində işə baxılmasına başlanılan zaman iddia müddətinin tətbiqi ilə bağlı ərizəni məhkəməyə təqdim etdiklərini, işin Naxçıvan Şəhər Məhkəməsində araşdırılan zaman da, indi də bir daha birinci instansiya məhkəməsində işlə tanış olduqdan sonra prosessual qaydalara uyğun olaraq iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyü barədə ərizə verdiklərini bildirdiklərini, həmin ərizələrinə də məhkəmə tərəfindən baxıldığını, onların haqlı mövqeyilərinin müdafiə olunduğunu və iddianın rədd edildiyini, sonra birinci instansiya məhkəməsini n qərarından iddiaçı tərəfin apellyasiya şikayəti verdiyini, apellyasiya şikayətinə baxılan zaman da onların qarşı tərəfin apellyasiya şikayətində və iddia ərizəsində qeyd etdiyi dəlilləri əsaslandıran heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiklərini dəfələrlə bildirdiklərini, bu günə kimi də heç bir mötəbər sübutu təqdim etmədiklərini, buna görə də apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verdiklərini, kassasiya instansiyası məhkəməsinin onların haqlı mövqeyini müdafiə edib, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv etdiyini, apellyasiya şikayəti verilibsə qarşı tərəfin bununla bağlı mötəbər sübutlar təqdim etmək borcu olduğunu, amma belə sübutları iddiaçı tərəfin təqdim edilə bilmədiyini, birinci instansiyadakı mövqelərini müdafiə edərək bir da ha iddiaçı tərəfin iddia müddətini ötürməsini, iddiaçı tərəfin iddia müddətinin ötürməmələri ilə bağlı heç bir sübut təqdim etmədiklərini, iddianın əsaslılığı ilə bağlı da heç bir sübutu təqdim edə bilmədiklərini göstərərək, apellyasiya şikayətinin rədd olunması və Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 202-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə isə kollegiya onu mülki iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi ş əxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; -5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılması göstərilir; - 9.1-ci m addəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmçinin həmin Məcəllənin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözü gedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsin də açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır ( 372.1, 372.2, 372.6 və 372.7-ci maddələr). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmçinin Mülki-Prosessual Məcəllən in 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsini yalnız iddiaçı tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. Həmin tərəfin verdiyi apellyasiya şikayəti mü bahisələndirilən məhkəmə aktının ləğv edilməsinə yönəldiyindən həmin məhkəmə aktı apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam yoxlanılmalıdır. Bundan başqa kollegiya onu da bildirməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İddia tələbinin və apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə isə kollegiya ilkin olaraq qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə aydınlıq gətirmədiyindən mübahisə üzrə tətbiq edilməli maddi hüquq normasının müəyyən edilməsi üçün Azərbaycan Respu blikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla həmin məsələyə hüquqi münasibət bildirilməlidir. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən reyestrdə 3M-1946 nömrə ilə qeyd edilmiş xx.xx.2016-cı il tarixli müqavilədən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında borcun etirafı haqqında müqavilə bağlanmışdı. İşin qeyd edilən faktiki halına əsaslanmaqla kollegiya bildirir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqav ilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respubli kası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Hə min Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış və Bakı şəhəri 6 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən reyestrdə 3M-1946 nömrə ilə qeyd edilmiş xx.xx.2016-cı il tarixli borcun etirafı haqqında müqavilədən görünür ki, “Borc alan” “Borc verənə” 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və tam etiraf etmiş və “Borc alan” bu müqavilə ilə etiraf etdiyi borcu xx.xx.2017-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliyin icrasını sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə pros esində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasında 08 dekabr 2016-cı il tarixdə bağlanmış müqavilə üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, həmin tərəf bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. İşin 33-cü vərəqində olan cavabdehin vəkili və nümayəndəsi Vəkil2 Naxçıvan Şəhər Məhkəməsinə ünvanlanmış iddia ərizəsinə etirazda İddiaçı ilə Cavabdeh arasındakı borc müqaviləsinin 2016-cı ildə bağlandığını, 08 dekabr 2016-cı il tarixli Borcun etirafı haqqında Müqaviləyə əsasən, borclunun bu müqavilə ilə etiraf etdiyi borcu 08 yanvar 2017-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, iddia ərizəsinə əsasən borclunun 6 il keçməsinə baxmayaraq bu günədək borcun qaytarılması ilə bağlı heç bir addım atmadığını, mülki qanunvericiliyə əsasən, iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlandığını, hazırki mübahisə üzrə şəxsin öz hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 2017-ci ilin yanvar ayının 8-dən 2023-cü ilin noyabr ayının 2-nə qədər olan dövr üçün tələbi üzrə üç illik iddia müddətinin kifayət qədər keçdiyini, iddiaçının müvafiq tələblə məhkəməyə müraciət edərkən iddia müddətini xeyli ötürdüyünü, müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsasların olmadığını, iddiaçı tərəfin cavabdeh tərəfindən ödəmələr edilməklə iddia müddətinin axımının dayanması ilə əlaqədar fikirlərinin sözdən ibarət olduğunu, məhkəməyə və cava bdeh tərəfə bu faktı təsdiq edən sübutlar təqdim etmədiklərini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddətinin üç il təşkil etdiyini, həmin məcəllənin 377.1-ci maddəsinə uyğun olaraq, iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti ilə əlaqədar, “birinci, o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq mü nasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır” qeyd edildiyini, “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisə si üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar” qeyd etdiyini, cavabdeh tərəf olaraq iddia müddətinin tətbiq olunması ilə əlaqədar məhkəmə hazırlıq mərhələsində müraciətlərini təqdim etdiklərini göstərərək, İddiaçı Cavabdeh qarşı 300000 (üç yüz min) ABŞ dolları borc məbləğinin, ödənilmiş vəkil xərcinə görə 600 (altı yüz) manatın və 800 (səkkiz yüz) manat dövlət rüsumunun, ümumilikdə 300000 ( üç yüz min) ABŞ dollarının və 1400 (min dörd yüz) manat pulun alınıb iddiaçının xeyrinə tutulmasına dair ərizədə iddia müddətinin keçməsini nəzərə alaraq iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili-nümayəndəsinin həm birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia tələbinə qarşı etiraz ərizəsinin mahiyyətindən, həm də apellyasiya ş ikayətinə baxılması zamanı verdiyi izahatından görünür ki, cavabdeh tərəf Bakı şəhəri 6 saylı Notariat Kontorunun bağlanmış 08 dekabr 2016-cı il tarixli “Borcun etirafı haqqında” Müqavilə üzrə öhdəliyi – yəni müqavilə üzrə pulun qaytarılmasını sübut etmək əvəzinə, həmin müqavilə üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişlər. Yuxarıda qeyd edilənlərdən isə İddiaçı Cavabdeh qarşı pul tələbinin əsaslı olması müəyyən edilir. Lakin işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin əsaslılığına qiymət vermədən iddia müddətini tətbiq etdiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalıdır. Kollegiya apellyasiya şikayətində qeyd olunan “Məhkəmə isə hərtərəfli araşdırma aparmadan tam əsassız olaraq 3 illik idd ia müddətinin ötürülməsi nəticəsinə gələrək iddianı təmin etməmişdir. Halbuki məhkəmə iddiaçının iddia ərizəsində və məhkəmədə verdiyi izahatında borclunun müxtəlif vaxtlarda borcundan ümumilikdə 31000 dollar ödəməklə iddia müddətinin ötürülməməsi barədə göstərdiyi xüsusatların araşdırılmasına, bu barədə sübutlarını məhkəməyə təqdim etməyə şərait yaratsaydı müəyyən olunacaqdı ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Cavabdeh 08 yanvar 2017-ci il tarixdən sonra iddiaçıya borclu olduğu 331000 (üç yüz otuz bir min) ABŞ dolları olan puldan 2019-cu ildən başlayaraq 2023-cü il də daxil, hissə-hissə olmaqla 31000 (otuz bir min) ABŞ dolları pul qaytarmış və hər pul qaytaranda da borcunun qalan hissəsini yaxın vaxtlarda qaytaracağını iddiaçıya vəd etmişdir. Eyni zamanda borclu Cavabdeh onun məhkəməyə veriləcəyi təqdirdə ailəsinin dağılacağını, aralarında olan dostluğu nəzərə alıb onu məhkəməyə verməməsini iddiaçıdan xahiş etmişdir. Cavabdehin borcunu ödəyəcəyi barədə vədini və xahişini nəzərə alan iddiaçı onun ailəsinin dağılmaması üçün məhkəmədə iddia qaldırmamış, onun borcunu könüllü ödəməsini gözləmişdir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə baxışında verdiyi izahatında 2019-cu ildə borclu Cavabdeh qardaşı Ayxan Salmanovun vasitəsi ilə ona 25000-30000 manat dəyərində bir ədəd avtomobil verdiyini, 2020-ci ildə Cavabdeh şəxsən ona 5000 manat verdiyini, 2021-ci ildə Cavabdeh qardaşı Ayxanın iştirakı ilə borcundan ona 20000 manat qaytardığını, ona görə də iddiasında 331000 əvəzinə 300000 ABŞ dolları tələb yazdığını, hətta Cavabdeh qardaşı Ayxanın məhkəməd ən qabaq ona məhkəməyə müraciət etməməsi üçün 200000 manat təklif etdiyini, razılaşacağı halda, evlərinin olduğunu, ******* manata sataraq borcunu qaytaracaqlarını bildirməsini, məhkəmə baxışından sonra iddiaçının borclu Cavabdeh istifadəsində olan 050 *** ** ** mobil nömrənin WhatsAppMessenger proqramı ilə iddiaçının istifadəsində olan 055 *** ** ** mobil nömrə arasında aparılmış yazışmaları araşdırarkən, Cavabdeh 27 fevral 2023-cü il tarixdə özünə məxsus **********360849 saylı ABB bank kartından iddiaçının adına olan **********515813 nömrəli Rabitəbanka aid bank kartına, iddiaçıya olan 331000 ABŞ dolları borcundan 800 (səkkiz yüz) manat pul ödədiyinin və qəbzin də surətini iddiaçıya göndərdiyinin müəyyən edildiyini, bu faktın Rabitəbank tərəfindən verilən RB00-12830/2024 saylı, 30 yanvar 2024-cü il tarixli arayışla da tam təsdiq olunduğunu, həmin arayışda “Yazıb bildirmək istəyirik ki, xx.xx.2023 il tarixində İddiaçı aid olan **********515813 nömrəli Rabitəbank kartına, **********360849 saylı kartdan İBA MOBİLE vasitəsi ilə 800 AZN vəsait mədaxil olunub” göstərildiyini, arayışın verilmə tarixinin də iddiaçının həmin arayışı məhkəmə baxışından sonra əldə etdiyi üçün onu birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyini təsdiq etdiyini, artıq məhkəmə baxışı başa çatdığına və cavabdehin iddiaçıya borcundan özünə məxsus bank kartı vasitəsi ilə də pul ödəməsini unutduğuna görə həmin sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi üçün həmin sübut apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməli və iddiaçının məhkəməyə müraciət etməyi üçün iddia müddə tini ötürməməyinin sübutu kimi qiymətləndirilməli olduğunu, qeyd etdiyi sübut iddiaçının iddia müddətini ötürməməyinin birbaşa sübutu olduğu üçün iddiaçının həmin sübutu qəsdən birinci instansiya məhkəməsinə təqdim etməməyi nəticəsinə gəlinməməlidir” dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki işin mübahisəsiz hallarından İddiaçı ilə Cavabdeh arasında imzalanmış və Bakı şəhəri 6 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən reyestrdə 3M-1946 nömrə ilə qeyd edilmiş xx.xx.2016-cı il tarixli borcun etirafı haqqında müqavilədən görünür ki, “Borc alan” “Borc verənə” 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və tam etiraf etmiş və “Borc alan” bu müqavilə ilə etiraf etdiyi borcu xx.xx.2017-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə göt ürülməsi müəyyən edilir. Verilmiş apellyasiya şikayətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin vəkili və nümayəndəsi Vəkil2 Naxçıvan Şəhər Məhkəməsinə ünvanlanmış iddia ərizəsinə etirazda iddia müddətinin keçməsi ilə bağlı qeyd etdiklərini nəzərə alaraq bu əsasla iddia tələbinin rədd edilməsi ilə bağlı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşıs ını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüq uqun pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”. Göründüyü kimi birinci instansiya məhkəməsi ilk öncə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalı olduğu halda bunu etməmiş, yalnız iddia müddətinin keçməsinə görə iddianı rədd etməklə qanun pozuntusuna yol vermişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı və onun vəkili və nümayəndəsi məhkəmədəki izahatlarında Cavabdeh müxtəlif vaxtlarda borca verdiyi pulun ümumi məbləğinin 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində olduğunu, cavabdehin ondan borca aldığı pulu qısa vaxt ərz ində özünə qaytaracağına söz verdiyini, bununla bağlı onunla cavabdeh arasında Bakı şəhəri 6 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 08 dekabr 2016-cı il tarixli “Borcun etirafı” haqqında Müqavilə imzalandığını, Cavabdeh borclu olduğu 331000 (üç yüz otuz bir min) ABŞ dolları puldan 2019-cu ildə Cavabdeh qardaşının ona təxminən 25000-30000 manat aralığında dəyəri olan bir ədəd avtomobil verdiyini, 2020-ci ildə Cavabdeh şəxsən ona 5000 manat verdiyini, 2021-ci ildə Cavabdeh qardaşı Ayxanın ona 20000 manat verdiyini, yəni həmin borc məbləğindən 31000 ABŞ dollarını göstərilən müddətlərdə qaytardıqlarını buna görə də 300000 ABŞ dolları məbləğində pul tələb etmələrini göstərsələr də buna dair sübutları təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. -375.1-ci madəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -377.1.-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozu lduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. -380.1-380.2-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s. qərarlarında iddia müddəti institutun un məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd edilmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll e tmək imkanı yaradır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında da göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddət iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Apellyator apellyasiya şikayətində iddia müddətinin keçməməsi ilə bağlı əsa s olaraq tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan müqavilənin icrası müddətində cavabdehin 2019-cu ilin may-iyun aylarında 30000 manat dəyəri olan avtomobili verməsi, 2020-ci ilin sentyabr ayında Bakı şəhərində Neftçilər prospekti deyilən ərazidə 5000 manat və 2021-ci ilin noyabr ayında 20000 manat pulun manatla qaytarılması kimi borcu etiraf edən hərəkətlərin edilməsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin apellyator tərəfindən iddia müddətinin axımının kəsilməsi halı kimi “Rabitə” bankın 30 yanvar 2024-cü il tarixli RB00-12830/2024 saylı məktubuna və ona əlavə edilmiş müvafiq ödəmə sənədlərinə istinad edilmişdir. Həmin arayışda bildirilmişdir ki, xx.xx.2023 il tarixində İddiaçı aid olan **********515813 nömrəli Rabitəbank kartına, **********360849 saylı kartdan İBA MOBİLE vasitəsi ilə 800 AZN vəsait mədaxil olunmuşdur. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin ödəniş sübutu kimi göstərdiyi bu hallar iddia müddətinin kəsilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Lakin, istinad olunan maddədə göstərilən halların yalnız iddia müddəti bitmədən baş verməsi iddia müddətinin axımını kəsə bilər. Əgər bu hallar baş verənədək artıq iddia mü ddəti keçibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən qeyd olunan ödəmənin iddia müddətinin axımının kəsilməsinin qiymətləndirilməsi üçün iddia müddətinin axımı bitdiyi vaxtadək müvafiq ödənişlərin edilməsi sübut olunmalıdır ki, həmin tarixdən iddia müddətinin yenidən hesablanması mümkün olsun. Apellyator şikayətində artıq məhkəmə baxışı başa çatdığına və cavabdehin iddiaçıya borcundan özünə məxsus bank kartı vasitəsi ilə də pul ödəməsini unutduğuna görə həmin sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi üçün həmin sübut apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməli və iddiaçının məhkəməyə müraciət etməyi üçün iddia müddətini ötürməməyinin sübutu kimi qiymətləndirilməli olduğunu qeyd etmişdir. Lak in bununla belə iddiaçı tərəf həmin arayışın birinci instansiya məhkəməsində proseslər davam etdiyi zaman alına bilməsini, iddia ərizəsi və digər sənədləri məhkəməyə təqdim edən zaman RabitəBanka arayış alına biləcəyinə dair sorğu verilməsini və həmin arayışı qanunvericiliyin tələblərinə əsasən vaxtında verilməsini istisna edən halları göstərə bilməmişdir. Sözü gedən belə bir arayışın alınıb məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən vaxt verilməklə məhkəmə prosesinin təxirə salınması ilə bağlı vəsatətlər də verilməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəm əsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Kollegiya hesab edir ki, iddiaçının cavabdehin ona olan borcundan özünə məxsus bank kartı vasitəsi ilə də pul ödəməsini unutduğuna görə həmin sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi ilə bağlı göstərdiyi səbəb də əsaslı sayıla bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən iddia müddətinin keçməsi nəticəsinə gəlməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya belə hesab edir ki, cavabdeh müqavilənin icrası müddətində borcun etirafı müqaviləsi üzrə borcu etiraf etməsini göstərən hərəkətlər etməsinə dair apellyator tərəfindən sübutlar təqdim edilməmişdir. Kollegiya Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegi yasının kassasiya şikayətinə əsasən qəbul etdiyi qərarında iddia müddəti ilə bağlı qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətində iddia müddəti ilə bağlı dəlilləri əsaslı sayıla bilməz. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə baxışında verdiyi izahatında 2019cu ildə borclu Cavabdeh qardaşı Ayxan Salmanovun vasitəsi ilə ona 25000-30000 manat dəyərində bir ədəd avtomobil verdiyini, 2020-ci ildə Cavabdeh şəxsən ona 5000 manat verdiyini, 2021-ci ildə Cavabdeh qardaşı Ayxanın iştirakı ilə borcundan ona 20000 manat qaytardığını, ona görə də iddiasında 331000 əvəzinə 300000 ABŞ dolları tələb yazdığını, hətta Cavabdeh qardaşı Ayxanın məhkəmədən qabaq ona məhkəməyə müraciət etməməsi üçün 200000 manat təklif etdiyini, razılaşacağı halda, evlərinin olduğunu, ******* manata sataraq borcunu qaytaracaqlarını bildirsə də qeyd olunanların təsdiqinə dair hər hansı sübutlar təqdim edilməmişdir. Kollegiya apellyasiya şikayətində “məhkəmənin iddiaçının iddia ərizəsində və məhkəmədə verdiyi izahatında borclunun müxtəlif vaxtlarda borcundan ümumilikdə 31000 dollar ödəməklə iddia müddətinin ötürülməməsi barədə göstərdiyi xüsusatların araşdırılmasına, bu barədə sübutlarını məhkəməyə təqdim etməyə şərait yaratsaydı müəyyən olunacaqdı ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir” qeyd etdiyi dəlillərlə bağlı bildirir ki, mülki işin materialları araşdırılarkən iddiaçı tərəfindən qeyd olunan xüsusatlarının araşdırılması, bu barədə sübutlarını məhkəməyə təqdim etməyə şərait yaratması ilə bağlı vəsatətlər verilməmişdir. Apellyatorun apellyasiya şikayətində göstərdiyi digər dəlillər “.... qeyd olunanlarla yanaşı iddiaçı, məhkəmədən cavabdehin ona 2019-2023-cü illərdə borcundan hissə-hissə qaytarmasını təsdiq edəcək sübutları, o cümlədən borcdan qaytarılmasının şahidi olmuş şəxslərin məhkəməyə dəvət edilib dindirilmələrini xahiş etsə də məhkəmənin buna nəinki şərait yaratmaması, əksinə çəkişmə prinsipinin tələblərini pozaraq iş üzrə həqiqətin müəyyən edilib ədalətli qətnamə qəbul edilməsini təmin etmək üçün cavabdehin də məhkəmədə iştirakını təmin etməməsi” ilə bağlıdır. Kollegiya göstərilən dəlillərə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47-ci maddəsində işdə iştirak edən şəxslərin hüquq və vəzifələri təsbit edilmişdir. Məcəllənin 47.2-ci maddəsinə əsasən işdə iştirak edə n şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. İddiaçı tərəf məhkəmədən cavabdehin ona 2019-2023-cü illərdə borcundan hissəhissə qaytarmasını t əsdiq edəcək sübutları, o cümlədən borcdan qaytarılmasının şahidi olmuş şəxslərin məhkəməyə dəvət edilib dindirilmələrini xahiş etməsini göstərsə də bununla bağlı sübutlarını təqdim etməmişdir. Məhkəmənin buna nəinki şərait yaratmaması, əksinə çəkişmə prinsipinin tələblərini pozaraq iş üzrə həqiqətin müəyyən edilib ədalətli qətnamə qəbul edilməsini təmin etmək üçün cavabdehin də məhkəmədə iştirakını təmin etməməsi ilə bağlı kollegiya bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə iddia verə bilər. Zəruri olduqda məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsi n nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Kollegiya apellyasiya şikayətində məhkəmə iclasının ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipi əsasında həyata keçirilməli olduğu prinsipinin pozulması dəlili ilə razılaşmır. Beləliklə də kollegiya yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilən dəlillər Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsinin ləğv edilməsi üçün əsas sayıla bilməz. Lakin kollegiya onu qeyd edir ki, iddia tərəfin Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsinin ləğv edilməsi ilə bağlı apellyasiya şikayətini əsaslı saymasa da, i şə baxan iddia tələbinin əsaslılığına qiymət vermədən, yəni birbaşa iddia müddətini tətbiq edərək maddi hüquq normasının tələbini pozduğundan həmin məhkəmə aktı ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1-ci maddəsinin tələbindən isə aydın olur ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Az ərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarına əsasən, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. -218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənləri nəzərə alaraq kollegiya aşağıdakı nəticəyə gəlir ki, İddi açı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə çıxarılmalıdır. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 402, 403, 405, 406-cı maddələrini rəhbər tutaraq kollegiya q ə t e t d i: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 0 9 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayəti təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 400 ( dörd yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar