Məhkəmə qərarları › İş №2(108)-37/2022

Ali Məhkəmə Qətnamə — İş №2(108)-37/2022

14.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-37/2022 14.03.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxrəddin Rüstəm oğlunun (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, Nəcəfova Taliyə Tofiq qızının katibliyi, İddiaçı və Cavabdeh idarə heyətinin sədri X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ödəmələrin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(089)-226/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı 01 oktyabr 2021-ci il tarixdə ödəmələrin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Culfa Rayon Məh kəməsinə müraciət edərək istehsalat qəzası nəticəsində sağlamlığın pozulması ilə bağlı ona verilməli olan ödənclərin miqdarının 17 dekabr 2002-ci ildən bu günədək cavabdeh müəssisədə işçilərin minimum əməkhaqqının, eləcə də tarif (vəzifə) maaşlarının kütləvi artımlarının hər biri nəzərə alınmaqla hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(089)-226/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “ödəmələrin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı 13 yanvar 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(089)-226/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 1983-1996-cı illərdə Cavabdehndə çilingər, təhlükəsizlik üzrə mühəndis vəzifələrində işləmişdir. 1988-ci ilin fevral ayında istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində gözündən xəsarət almışdır, 3-cü qrup əlildir. Cavabdeh "xxxx" ASC, 2002-ci ilədək aldığı xəsarətlə bağlı hər hansı ödənc vermədiyi üçün, müraciət etdiyi Culfa Rayon Məhkəməsi 2-117/2002 saylı 17.12.2002-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-dən 578860 AZM (1157,772 AZN) birdəfəlik ödəncin, 35115 AZM (7,023 AZN) aylıq ödəncin alınıb ona verilməsini qət etmişdi r. Həmin vaxtdan uzun müddət keçməsinə və əmək haqlarının dəfələrlə kütləvi artırılmasına baxmayaraq, istehsalat qəzası nəticəsində sağlamlığının pozulması ilə bağlı verilən ödəncin miqdarı 17.12.2002-ci il tarixdən 7,023 (yeddi manat iki qəpik) AZN qalmaqda davam edir ki, həmin vəsaitin özü də cavabdeh tərəfindən ödənilmir. Culfa Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-117/2002 saylı, 17.12.2002-ci il tarixli qətnaməsi ilə, cavabdeh "xxxx" ASC-nin istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış şəxs olaraq ona ödənc vermək vəzifəsinin olduğu müəyyən edilmişdir. Onun yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını dəyişdirməyi tələb etmək hüququ var və ödənilən zərərə görə aylıq ödəncin miqdarı təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilməklə ödənməli olsa da, cavabdeh qanunun imperativ normasını hal-hazıradək yerinə yetirməkdən boyun qaçırmış, qanuna məhəl qoymamış, nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Yəni istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödəncin miqdarının artırılması onun əmək qabiliyyətinin zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azalmasından asılı deyil. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə minimum aylıq əmək haqqının məbləğləri dəfələrlə artırıldığından, bu hal isə cavabdehə əmək haqqının məbləğini qeyd-şərtsiz artırmaq öhdəliyi yaratdığından, bununla da ödəmənin miqdarını müəyyənləşdirən hal dəfələrlə dəyişdiyindən hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddiaçıya istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödəncin miq darı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, "xxxx" ASC-də 2002-ci ildən bu günədək işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı, həmin artımların hansı tarixdən olması ilə bağlı sübutlar onda deyil cavabdehdə saxlandığından, həmin sübutları məhkəməyə təqdim etmək öhdəliyi cavabdehə aid olmuşdur. Bundan başqa, iddiaçı və cavabdeh təşkilatın nümayəndəsinin izahatı "xxxx" ASC-nin 1997-ci ildən fəaliyyətini dayandırması halının təsdiq edilməsində müəyyən sübutetmə vasitəsi sayılmır. Eyni zamanda nə qədər ki, "xxxx" ASC ləğv olunmayıb, sağlamlığımın pozulması ilə bağlı ödənci ödəmək öhdəliyi ona aiddir. Bundan başqa, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, minimum aylıq əmək haqqının məbləği Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2003-cü il tarixli, 910 saylı Fərmanı ilə artırılaraq, mövcud 27500 manatdan 2003-cü il sentyabrın 1-dən 45000 manata, 2004-cü il yanvarın 1-dən isə 60000 manata, 30 iyun 2004-cü il tarixli, 81 saylı Fərmanı ilə 2004-cü il iyulun 1-dən 100000 manata, 29 dekabr 2004-cü il tarixli, 163 saylı Fərmanı ilə 2005-ci il yanvarın 1-dən 125000 manata, 16 sentyabr 2005-ci il tarixli, 298 saylı Fərmanı ilə 2005-ci il oktyabrın 1-dən 20 faiz artırılaraq 150000 manata, 19 dekabr 2006-cı il tarixli, 492 saylı Fərmanı ilə 2007-ci il yanvarın 1-dən 40 manata, Azərbaycan Respublikası Prezid entinin 22 yanvar 2007-ci il tarixli, 1895 saylı Sərəncamı ilə 2007-ci il fevralın 1-dən 50 manata, 26 dekabr 2007-ci il tarixli, 2577 saylı Sərəncamı ilə 2008-ci il yanvarın 1-dən 60 manata, 25 avqust 2008-ci il tarixli, 3005 saylı Sərəncamı ilə 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manata, 31 avqust 2010-cu il tarixli, 1078 saylı Sərəncamı ilə 2010-cu il sentyabrın 1-dən 85 manata, 1 dekabr 2011-ci il tarixli, 1866 saylı Sərəncamı ilə 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manata, 31 avqust 2013-cü il tarixli, 3112 saylı Sərəncamı ilə 2013-cü il sentyabrın 1-dən 105 manata, 25 dekabr 2017-ci il tarixli, 3545 saylı Sərəncamı ilə 2018-ci il yanvarın 1-dən 130 manata, 21 yanvar 2017-ci il tarixli, 2608 saylı Sərəncamı ilə 2017-ci il yanvarın 1-dən 116 manata, 8 fe vral 2019-cu il tarixli, 937 saylı Sərəncamı ilə 2019-cu il martın 1-dən 180 manata, 18 iyun 2019-cu il tarixli, 1265 saylı Sərəncamı ilə 250 manata, 17 dekabr 2021-ci il tarixli, 3051 saylı Sərəncamı ilə 2022ci il yanvarın 1-dən 300 manata qədər artırıldığından, cavabdeh təşkilat işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarını bu artımlara uyğun olaraq yenidən hesablamalı idi. Cavabdehin qanunun imperativ normalarının tələblərini kobud surətdə pozaraq işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarını artırmaması, cavabdehin ona minimum aylıq əmək haqqının artırılmalı olan məbləğinə uyğun ödənc vermək öhdəliyindən azad edə bilməz. Bu hərəkət ən azından cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən məsuliyyətə cəlb e dilməsi üçün əsasdır. Ödənilən zərərə görə aylıq ödəncin miqdarı təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilməklə ödənməli olsa da, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2003-cü il tarixli, 910 saylı, 30 iyun 2004-cü il tarixli, 81 saylı, 29 dekabr 2004-cü il tarixli, 163 saylı, 16 sentyabr 2005-ci il tarixli, 298 saylı, 19 dekabr 2006-cı il tarixli, 492 saylı Fərmanları, eləcə də 22 yanvar 2007ci il tarixli, 1895 saylı, 26 dekabr 2007-ci il tarixli, 2577 saylı, 25 avqust 2008-ci il tarixli, 3005 saylı, 31 avqust 2010-cu il tarixli, 1078 saylı, 1 dekabr 2011-ci il tarixli, 1866 saylı Sərəncamı, 31 avqust 2013-cü il tarixli, 3112 saylı, 25 dekabr 2017-ci il tarixli, 3545 saylı, 21 yanvar 2017-ci il tarixli, 2608 saylı, 8 fevral 2019-cu il tarixli, 937 saylı, 18 iyun 2019-cu il tarixli, 1265 saylı, 17 dekabr 2021-ci il tarixli, 3051 saylı Sərəncamları ilə minimum aylıq əmək haqqının məbləğləri dəfələrlə artırıldığından və cavabdeh təşkilat da buna müvafiq olaraq minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ olan işçilərinin əmək haqlarını və yaxud tarif (vəzifə) maaşlarını bu artımlara uyğun olaraq yenidən hesablamalı olduğundan, onun qanunun imperativ normalarının tələblərini kobud surətdə pozaraq işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarını artırmaması iddia tələbinin rədd edilməsinə əsas olmasa da, maddi hüquq normalarının düzg ün tətbiq edilməməsi nəticəsində iddia tələbi rədd edilmişdir. "xxxx" ASC ləğv olunmadığından, sağlamlığının pozulması ilə bağlı ödənci ödəmək öhdəliyi ona aid olsa da, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində iddia tələbi rədd edilmişdir. "xxxx" ASC-nin 1997-ci ildən fəaliyyətini dayandırması halı təsdiq edilməsə də, maddi hüquq normasının düzgün tətbiq edilməməsi nəticəsində iddia tələbi rədd edilmişdir. Məhkəmə prosessual hüquq normasını pozaraq, 2002-ci ildən bu günədək işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı, həmin artımların hansı tarixdən olması ilə bağlı sübutları təqdim etməyi, onları saxlamalı olan və iddiaya etdiyi etirazların əsası kimi istinad etdiyi halları sübut etməli olan cavabdeh "xxxx" ASC-yə deyil mənə aid etm işdir. İddiaçı və cavabdeh təşkilatın nümayəndəsinin izahatı, "xxxx" ASC-nin 1997-ci ildən fəaliyyətini dayandırması halının təsdiq edilməsində müəyyən sübutetmə vasitələri sayılmasa da, məhkəmə prosessual hüquq normasını pozaraq, "xxxx" ASC-nin 1997-ci ildən fəaliyyətini dayandırması halını izahatlara əsaslanaraq təsdiq olunmuş saymışdır. Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə minimum aylıq əmək haqqının məbləğləri dəfələrlə artırıldığından, bu hal isə cavabdehə əmək haqqının məbləğini qeydşərtsiz artırmaq öhdəliyi yaratdığından, bununla da ödəmənin miqdarını müəyyənləşdirən hal dəfələrlə dəyişdiyindən hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi "xxxx" ASC-nin fəaliyyətini 1997-ci ildən dayandırması, 2002-ci ildən bu günədək işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı, həmin artımların hansı tarixdən olması hallarını müəyyən sübutetmə vasitələri əsasında aydınlaşdırmadan iddianı rədd etmişdir. "xxxx" ASC-nin fəaliyyətini 1997-ci ildən dayandırması halı sübut edilməmişdir. Bu barədə müəyyən sübutetmə vasitəsi təqdim edilməmişdir. "xxxx" ASC-də 2002-ci ildən bu günədək işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarında kütləvi artım olmadığı sübut edilməmişdir. Bu barədə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamları ilə minimum aylıq əmək haqqının məbləğləri dəfələrlə artırıldığından və cavabdehin qanunun imperativ normalarının tələblərini kobud surətdə pozaraq işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşl arını artırmaması onun hazırkı iddia ilə müraciət etmək hüququnu istisna etmədiyindən, əksinə cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilməsi üçün əsas olduğundan, eyni zamanda nə qədər ki, "xxxx" ASC ləğv olunmayıb onun fəaliyyətini dayandırıb-dayandırmamasından asılı olmayaraq, sağlamlığının pozulması ilə bağlı ödənci ödəmək öhdəliyi cavabdehə aid olduğundan birinci instansiya məhkəməsinin “İddiaçı "xxxx" ASC-yə qarşı ödəmələrin miqdarının dəyişdirilməsi tələbi ilə iddia qaldırmaqda haqlı olmadığı” barədə qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şi kayəti ilə eyni məzmunlu izahat verərək Culfa Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(089)-226/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında cavabdeh təşkilat "xxxx" ASC-nin idarə heyətinin sədri X2 apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini Culfa Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(089)-226/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə ba xır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş üzrə araşdırılmış materialları, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini apellyasiya şikayətinin dəli llərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir: Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 1983-1996-cı illərdə Cavabdehndə çilingər, təhlükəsizlik üzrə mühəndis vəzifələrində işləmişdir. 1988-ci ilin fevral ayında istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində gözündən xəsarət almışdır, 3-cü qrup əlildir. Culfa Rayon Məhkəməsi 2-117/2002 saylı 17.12.2002-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-dən 578860 AZM (1157,772 AZN) birdəfəlik ödəncin, 35115 AZM (7,023 AZN) aylıq ödəncin alınıb ona verilməsini qət etmişdir. Mübahisələndirilən hissə "xxxx" ASC-də 2002-ci ildən bu günədək işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarında kütləvi artımı və həmin artımın iddiaçıya verilməməsi ilə bağlı olmuşdur. Kollegiya apellyasiya şikayətində qeyd olunan İddiaçı 1983-1996-cı illərdə Cavabdehndə çilingər, təhlükəsizlik üzrə mühəndis vəzifələrində işləməsi, 1988-ci ilin fevral ayında istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində gözündən xəsarət alması, 3-cü qrup əlil olması, cavabdeh "xxxx" ASC-nin 2002-ci ilədək aldığı xəsarətlə bağlı hər hansı ödənc vermədiyi üçün, müraciət etdiyi Culfa Rayon Məhkəməsi 2-117/2002 saylı 17.12.2002-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-dən 578860 AZM (1157,772 AZN) birdəfəlik ödəncin, 35115 AZM (7,023 AZN) aylıq ödəncin alınıb ona verilməsini qət etməsi, həmin vaxtdan uzun müddət keçməsinə və əmək haqlarının dəfələrlə kütləvi artırılmasına baxmayaraq, istehsalat qəzası nəticəsində sağlamlığının pozulması ilə bağlı verilən ödəncin miqdarı 17.12.2002-ci il tarixdən 7,023 (yeddi manat iki qəpik) AZN qal maqda davam etməsi, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə minimum aylıq əmək haqqının məbləğlərinin dəfələrlə artırılması, "xxxx" ASC ləğv olunmaması dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı qeyd olunan dəlillərlə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İş materiallarında olan Culfa Rayon Vergilər Şöbəsinin 26.11.2021-ci il tarixli **********869900 nömrəli arayışına əsasən "xxxx" ASC-nin 10.04.2011-ci il tarixdən fəaliyyətini dayandırdığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsindəki izahatında İddiaçı "xxxx" ASC-nin 1997-ci ildən fəaliyyətini tam dayandırdığını bildirmişdir. Fəaliyyəti dayandırılmış hüquqi şəxsdə işçilərin olmadığına əsaslanaraq kollegiya verilən iddianın izahatla üst-üstə düşmədiyi və Culfa Rayon Məhkəməsinin işə tərəflərin təqdim etdikləri sübutları araşdıraraq qanuni və əsaslı qətnamə çıxardığı qənaətinə gəlir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya şikayətində məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması qeyd olunsa da hansı maddi və prosessual hüquq normasının pozulması göstərilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında şərh etdiyi “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsəssız hərəktləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir...” hüquqi mövqeyinə əsaslanaraq iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlillərini iddiaçının subyektiv mülahizələri təşkil edir və bu dəlillər Culfa Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(089)-226/2021 saylı qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. Kollegiya tərəfindən apellyasiya şikayətinə baxılarkən Culfa Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(089)-226/2021 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində müəyyən edilmiş hər hansı əsas müəyyən edilməmişdir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya iddiaçının apellyasiya şikayətində qeyd etdiyi cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilməli olduğuna dair dəlilə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Birinci instansiya məhkəmsinə belə bir tələblə müraciət edilməmişdir. Yuxa rıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “ödəmələrin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(089)-226/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(089)-226/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Şərh edilənlərə əsasən və Mülki Prosessuаl Məcəllənin 382, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i: İddiaçı Cavabde hnə qarşı “ödəmələrin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(089)-226/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(089)-226/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar