Məhkəmə qərarları › İş №2(108)-37/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-37/2023

07.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-37/2023 07.03.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Nəcəfova Taliyə Tofiq qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı “Torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamənin etibarsız hesab olunması, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmi ş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı “Torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamənin etibarsız hesab olunması, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz rayon, Daylaqlı kəndində yerləşən, hal-hazırda yaşadığı mərhum X1 adına səhvən işlənmiş JM-068B və JN-068A nömrəli torpaq sahələrinin mülkiyyətə verilməsi haqqında şəhadətnamələrin etibarsız hesab olunması, torpaq sahələrinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş et mişdir. Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsi ilə iddia əsaslı hesab edilərək təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsindən narazı qalan Maraqlı şəxs 09 yanvar 2023-cü il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmiş və mülki iş maraqlı şəxsin apellyasiya ş ikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyadakı izahatında Maraqlı şəxs iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qeyd edir ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli, 363-VİQD nömrəli qanunu ilə Mülki Prosessual Məcəlləyə edilmiş əlavə və dəyişiklərə əsasən oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası MPM-in 363.1.5-ci maddəsin ə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə ki, Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə hə yata keçirilir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, verilmiş apellyasiya şikayəti verilən zaman qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əməl edilməmiş, şikayətin göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı “Torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamənin etibarsız hesab olunması, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməs indən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxılması üçün prosessual əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normalarının tələblərinə əməl edilməsi vəziyyətini yoxlamadan işi prosessual əsaslar olmadan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Ona görə də, işin yuxarıda şərh olunmuş hallarına əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməklə Maraqlı şəxs qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 358.0.3, 365, 366.2, 366.4, 400, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı “Torpaq sahəsinin mülkiyyətə ver ilməsi haqqında şəhadətnamənin etibarsız hesab olunması, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar