Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-37/2025 11.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X16 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(078)-1333/2024 nömrəli qətnaməsindən İddiaçı vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.K.Əliyeva) 20 noyabr 2024cü il tarixli, 2(078)-1333/2024 nömrəli qətnamə si ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5rşı ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı öz ərizəsi əsasında işdən azad edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, İddiaçı öz ərizəsi əsasında işdən azad edilməsinə dair Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 baş direktorunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı "Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 Naxçıvan şəhər şöbəsinin rəisi-məhkəmə tibb eksperti vəz ifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxdığı - xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(078)-1333/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı vəkil və nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1333/2024 nömrəli mülki iş üzrə qətnaməsinin ləğv edilməsini və İddiaçı öz ərizəsi əsasında işdən azad edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməs ini, İddiaçı cavabdeh Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5rşı xx.xx.2024-cü il tarixli, 15 nömrəli əmrinin ləğv edilməsini və İddiaçı “Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 Naxçıvan şəhər şöbəsinin rəisi məhkəmə tibb eksperti vəzifəsinə bərpa edilməsini və İddiaçı məcburi iş buraxdığı xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş İddiaçı vəkil və nümayəndəsi Vəkil apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İddiaçı vəkil və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi onunla əsaslandırılır ki, İddiaçı işdən azad edilməsi üçün xx.xx.2024-cü il tarixli ərizəsi məcburiyyət qarşısında qalınmaqla yazılmışdır. Məhkəmə iddia tələbinin əsası olaraq olaraq təqdim edilmiş sübut növlərini eləcə də məhkəmə araşdırması zamanı təqdim və tədqiq edilmiş sübutları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğu istiqamətində qiymətləndirməli idi. Məhkəmə qətnaməsində iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutlar eləcə də məhkəmə araşdırması zamanı sübut növlərinin tədqiqi zamanı müəyyən edilən hal və faktlar İddiaçı tələbinin faktiki və maddi hüquqi əsasını təmin etməkdədir. Belə ki, iddiaçının tələbinin əsası kimi göstərdiyi xüsusatlar yəni işəgötürən tərəfindən işçinin razılığı olmadan işyerinin dəyişdirilməsinə dair tələblər həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsini n “ç” bəndi ilə işdən çıxarılacağı barədə rəhbərlik tərəfindən seçim olaraq İddiaçı qarşısında irəli sürülən tələblər, faktlar iş üzrə məhkəmə araşdırması zamanı ifadələri alınan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 vəkili və nümayəndəsi Nümayəndə, X6 və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin hüquqşünası X9 izahatları ilə birmənalı olaraq təsdiqini tapır (qətnamə səh.. 6,7). Məhkəmə araşdırması zamanı müəyyən edilən İddiaçı tələbini əsaslandıracaq qeyd edilən sübut növləri və bu sübut növlərinin müəyyən etdiyi faktlar və hallar mübahisənin həllində məhkəmə qiymətləndirməsindən kənarda qalmışdır. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməy ə onu məcbur etmək qadağandır. Cavabdeh tərəfin iddia tələbinə qarşı etirazında eləcə də məhkəmə tərəfindən iddia tələbinin rəddinə əsas olaraq belə bir qənaət formalaşdırılır ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən özünün məsuliyyət daşıdığını qəbul etmiş (formal olaraq) və müvafiq maddə ilə əmək müqaviləsinə xitam verilməkdənsə öz ərizəsi əsasında işdən azad olunmasına üstünlük vermiş, dolayısı ilə xx.xx.2024-cü il tarixli ərizəni öz arzusu ilə işdən azad olunma əsasları arasında sərbəst seçim etməklə imzalamışdır. Qeyd edilən mövqe tamamilə absurd hüquqi yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının tutduğu vəzifədən azad olunma barədə arzusunun olmadığı birmənalı olaraq təsdiq olunur. Bun unla yanaşı müəyyən olunur ki, İddiaçı onun hansısa məqbul hesab edilməyən fəaliyyətinə görə cavabdeh tərəfindən onun barəsində tənbeh tədbiri görülməsi qətiyyətinin formalaşdığını görmüşdür. Bunun da nəticəsi olaraq İddiaçı onun üçün mənfi nəticədən işdən azad olunmanın iki fərqli əsası arasında seçim etmə imkanı verilmişdir. Göründüyü kimi İddiaçı formal olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi gerçəyi ilə üz-üzə qaldığına inandırılmış, qorxudulmuş və nəticə etibarilə iradə əleyhinə olan “öz ərizəsi əsasında,, işdən azad olunma istəyi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizəyə imza etmək məcburiyyətində qalmışdır. Qeyd edilən hal Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində göstə rilən müddəaların təsiri altında qiymətləndirilməmişdir; -işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmçinin bildirilir ki, işəgötürən tərəfindən müvafiq şəxslər vasitəsilə İddiaçı işlə təmin ediləcəyi barədə vədləri özünü doğrultmamış və nəticə etibarilə İddiaçı işdən çıxarılmaqla gündəlik sosial rifahından-təminatından məhrum edilmişdir. Xüsusilə qeyd olunur ki, əmək münasibətləri zəminində şəxs özünü cəmiyyətə inteqrasiya edir, bu münasibətlər zəminində ictimai-sosial münasibətlərin iştirakçısına çevrilir, sahib olduğu əmək vərdişlərini təkmilləşdirir, sosial maddi ehtiyaclarını təmin edir. Bu baxımdan əmək münasibətləri subyektləri arasındakı mübahisələri n tənzimlənməsi qanunçuluq və humanizm prinsiplərinə dayanmalı, fərdi prinsipial çəkişmələrin predmetinə çevrilməməlidir. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin ləğv edilməsini, İddiaçı öz ərizəsi əsasında işdən azad edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsini, İddiaçı cavabdeh Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5rşı xx.xx.2024-cü il tarixli, 15 nömrəli əmrinin ləğv edilməsini və İddiaçı “Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 Naxçıvan şəhər şöbəsinin rəisi məhkəmə tibb eksperti vəzifəsinə bərpa edilməsini və İddiaçı məcburi iş buraxdığı xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı kollegiyadakı iz ahatında Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsindən qadın, ana və həkim haqları tapdandığı üçün narazı olduğunu, 2024-cü ilin may ayının 1dən başlanan prosesin 3 ay davam etdiyini, 3 ay Səhiyyə Nazirliyinin onu işdən çıxarmaq üçün əlindən gələn hər şeyi etdiyini, ancaq dirəndiyini, heç cür iş yerinin dəyişdirilməsinə razı olmadığını, çünki öhdəsində azyaşlı övladının olduğunu, may ayının 1-də mübahisənin başladığını, heç bir əsas və səbəb olmadan may ayının 1-də iş yerinin dəyişdirilməsi üçün Səhiyyə Nazirliyinə çağırıldığını, may ayının 1-də əsgərin ölmədiyini, əsgərin may ayının 11-də öldüyünü, əsgərin ölümündə səhv rəy vermədiyini, sadəcə olaraq o cür düşünmədiyini, səhv rəy verən ekspertin öz ərizəsi əsasında işdən çıxmadığını, Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən cinayət məsuli yyətinə cəlb edilərək həbs olunmalı olduğunu, hərbinin eksperti olmadığını, hərbinin ekspertlərinin məzuniyyətdə olduğunu, öz ekspertlərini çağırmaları üçün dəfələrlə buna etiraz etdiklərini, həmin vaxt münaqişə yarandığına görə vəziyyətdən çıxmaq üçün “Siz iştirak edin” dediklərini, səhv düşündüyünü, ancaq bu səhvi təkbaşına düşünmədiyini, Naxçıvan Muxtar Respublikasının qlavnı ekspertin, bütün hərbi heyətin eyni fikirdə olduğunu, bir nəfərin belə fərqli fikirdə olmadığını, hərbinin məzuniyyətdən qayıdıb gələn ekspertinin də elə düşündüyünü, ərazidən tapılmış meyiti müayinə edəndə güllənin soldan girib sağdan çıxdığını düşündüyünü, ancaq bunu dilində dediyini, bununla bağlı onun tərəfindən nə rəy tərtib olunmadığını, nə də artıq bir iş görülmədiyini, götürdüyü nümunələr əsasında işi həm B akıya, həm də Naxçıvana göndərdiyini, bunu “Zoom” proqramı əsasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin qarşısında bu şəkildə izah etdiyini, o da ona həkim olaraq üzərinə düşən ilkin vəzifələri yerinə yetirdiyini bildirdiyini, Məmmədtağı həkimin ona ərizə yazmasını və iş yerinin dəyişdirməsini dediyini, bunun səbəbini Məmmədtağı həkimin də bilmədiyini, həkimə iş yerinin dəyişdirilməsinə razı olmadığını, öhdəsində azyaşlı qız övladının olduğunu, uşağın təhsilindən, tərbiyyəsindən sorumlu olduğunu dediyini, işləmək üçün Culfa rayonuna, Ordubad rayonuna gedə bilməyəcəyini bildirdiyini, günahının yalnızca bu olduğunu, Səhiyyə Nazirliyi tərəfindən iş yerini dəyişdirmə təklifinin onun ekspertiza idarəsinin Şəhər şöbəsindən çıxmağı üçün olduğunu, ona “şəhər şöbəsindən çıx, bi z səni Culfa, Ordubad, Şahbuz və ya Babək şöbələrindən birinə göndərək” dediklərini, bu təklifin ona iyul ayının 1-ə qədər edildiyini, iyul ayının 1dən 10-a qədər olan intervalda isə işdən çıxmağının, ona iş verəcəklərinin təklif olunduğunu, o da onların təklifi ilə razılaşdığını, ancaq ona iş vermədiklərini, may, iyun aylarında ekspertiza idarəsinin ştatını təsdiqləmədiklərini, maaşlarının yubadıldığını, dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etdiyini, işdən çıxarıldığı müddətdə dəfələrlə Səhiyyə Nazirliyinin hüquqşünasının qəbulunda olduğunu, ona Səhiyyə sisteminin hər hansı bir yerində işləməyə razı olduğunu bildirdiyini, bir qızı olduğunu, onu oxutmaqdan ötrü iş üçün haranı təklif etsələr gedəcəyini, yetər ki, ona Səhiyyədə bir iş verilməsini istədiyini, ancaq heç cür ortaq məxrəcə gəl ə bilmədiklərini, daha sonra iyul ayının 1-də onları Səhiyyə Nazirliyinə çağırdıqlarını, onlara “ərizə yazın işdən çıxarırıq” dediklərini, onu isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracaqlarını bildirdiklərini, iyul ayının 9-da onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağını oxuduqlarını, zaldan çıxıb evə getdiyini, iyul ayının 10-da Şöbəyə gəlib Ramin həkimin otağına girdiyini, bu vaxtı Ramin həkimin otağının yuxarı hissəsində yerləşdirilmiş kameranın görüntülərinin də təsdiq etdiyini, otaqda Ramin həkimin dikdə edib ərizəni yazdığını, həmin günü ərizəni Səhiyyə Nazirliyinə aparıb verdiyini, ayın 11-də isə təkrar ərizə ilə Əmək Müfəttişliyinə, Səhiyyə Nazirliyinə və Məhkəmə Tibbi Ekspertiza və X13 ayın 10-da verdiyi ərizəsinin ləğv edilm əsi üçün müraciət etdiyini, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağa layiq işçi olmadığını onlara bildirdiyini, Səhiyyə Nazirliyində ona bu tələbin nazirin göstərişi olduğunu bildirdiklərini, bu hadisədən sonra onu bir dəfə Səhiyyə Nazirliyinə çağırdıqlarını, Süleyman həkimin, Yamən həkimin, Rəhim həkimin və nazirliyin hüquqşünasının ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağını, ancaq bu maddə ilə onu işdən çıxarmaq istəmədiklərini, başqa bir yerdə iş təklif etməklə onu aldatdıqlarını, o isə həkimlərə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağa layiq olmadığını, indiyənə kimi əmək fəaliyyətində pozuntuya yol vermədiyini, nəticə etibarı ilə iş yerinin dəyişdirilməsinə etiraz etdiyini bildirdiyini, Səhiyyə Nazirl iyi tərəfindən iki dəfə də onun işlədiyi Məhkəmə Tibbi Ekspertizası və X13 komissiya göndərilərək kollektivin içində onun Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıldığını elan etdiklərini, heç bir şey demədən öz otağına keçsə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağı barədə sənədləri ona vermədiklərini, daha sonra Fəxrəddin həkimin, Malik həkimin, Elşad həkimin, Abdulla həkimin, Ramin həkimin otaqda ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağını oxuduqlarını, bununla bağlı müvafiq əmr veriləcəyini bildirdiklərini, həmin maddənin onun həkim, qadın və ana şərəfinə ləkə olduğunu, həmin maddənin mahiyyətini övladına izah edə bilmədiyini, sadəcə qızına səbəbini izah etmədən işdən çıxarıldığını bildirdiyini, 18 il ekspert iza idarəsinin Naxçıvan şəhər şöbəsinin rəisi vəzifəsində çalışdığını, qızına öz ərizəsi əsasında işdən çıxardıqlarını və başqa bir yerdə aylıq əmək haqqı 1500 manat olan iş verəcəklərini bildirdiyini, qızının da ona təhsil almaq istədiyini dediyini, iyul ayının 10-da işə gedib edilən təkliflə razı olduğunu, öz ərizəsi əsasında işdən çıxacağı təqdirdə başqa bir işlə təmin olunub-olunmayacağını soruşduğunu, Ramin həkimin isə ona inanmağını, ona başqa yerdə iş veriləcəyini bildirdiyini, iyul ayının 10-da Ramin həkimin otağında Ramin həkimin cümlə-cümlə deməsi ilə ərizəni yazdığını, ərizəni yazıb təhvil verəndən sonra Ramin həkimin ona Səhiyyə Nazirliyinə getməyini, yazdığı ərizəni isə nazirliyin hüquqşünasına verməyini bildirdiyini, Səhiyyə Nazirliyinə gəlib ərizəni hüquqşünasa verdikdən son ra işlə bağlı soruşduğunu, ancaq hüquqşünasın ona gedib evdə gözləməyini, ona əlavə məlumat veriləcəyini bildirdiyini, hüquqşünasın ona olan münasibətindən artıq onu aldatdıqlarını başa düşdüyünü, bu səbəbdən də ərizə verdikdən bir gün sonra, yəni iyul ayının 11-də Əmək Müfəttişliyinə, Səhiyyə Nazirliyinə və Məhkəmə Tibbi Ekspertizası və X13 verdiyi ərizənin ləğv edilməsi barədə rəsmi qaydada müraciət etdiyini, ancaq onun müraciətinin qəbul olunmadığını, halbuki qanunla onun ərizə verdikdən sonra 1 ay müddətində verdiyi ərizəni geri götürmək hüququnun olduğunu, iyul ayının 11-də Əmək Müfəttişliyinə müraciət etdiyini, həmin ayın 17-də Əmək Müfəttişliyi tərəfindən onun əmək müqaviləsinin açıq qaldığının müəyyən edildiyini, bu məqsədlə də Əmək Müfəttişliyi tərəfindən Səhiyyə Nazirliyinin cəri mələndiyini, Səhiyyə Nazirliyinin 6 ay müddətində ona iş vermədiyini, sonda məcbur qalıb X18 Muxtar Respublikasında səlahiyyətli nümayəndəsinin qəbuluna getdiyini, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində olduğunu, dövlətinin və dövlətinin səlahiyyətli nümayəndələrinin sayəsində Naxçıvan Muxtar Respublikası X7 Birliyində işə düzəldiyini, qırmızı diplomlu həkim, cərrah, işinin ustası olduğunu, 3 attestasiya imtahanında 60 bal nəticə göstərdiyini, Səhiyyə Nazirliyinin Bakı şəhərindən pensiyaçı həkim gətirib işlətdiyini, hər ay əmək haqqı kimi həmin həkimə 10000 manat maaş verdiyini, ancaq zəhmətkeş Günelə verməyə işi olmadığını, 6 ay işsiz qaldıqdan sonra 2025-ci ilin yanvar ayının 8-dən Naxçıvan Muxtar Respublikası X7 Birliyində həkim kimi əmək fəaliyyətini davam etdirdiyini, hazır da çalışdığı işin onun aldığı təhsilə, fəaliyyət istiqamətinə uyğun olmadığını, qızının maddi tələbatlarını ödəmək üçün bu işdə çalışmağa məcbur olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməsini və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1333/2024 nömrəli mülki iş üzrə qətnaməsinin ləğv edilməsini, öz ərizəsi əsasında işdən azad olunmağına dair xx.xx.2024cü il tarixli ərizəsinin etibarsız hesab edilməsini, cavabdeh Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5rşı xx.xx.2024-cü il tarixli, 15-nömrəli əmrinin ləğv edilməsini, “Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 Naxçıvan şəhər şöbəsinin rəisi məhkəmə tibb eksperti vəzifəsinə bərpa edilməyini və məcburi iş buraxdığı - xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa o lunma tarixinədək əmək haqqısının ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkil və nümayəndəsi Vəkil kollegiyadakı izahatında iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü tələbin verdiyi ərizənin öz iradəsinə uyğun olmaması, iddiaçıya təzyiqlərin, digər formada təsirlərdən ibarət olduğunu, bununla bağlı iddiaçının müvafiq sübutlarını birinci instansiya məhkəməsinə təqdim etdiyini, birinci instansiya məhkəməsində cavabdeh tərəfi təmsil edən nümayəndənin izahatında, eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilən şahidlərin ifadələrində açıq, aydın iddiaçının verdiyi 09 iyul 2024-cü il tarixli ərizənin onun öz iradə ifadəsinə uyğun olmamasının müəyyən olunduğunu, məhkəməyə təqdim olunmuş iddiaçı tərəfindən may ayında Naxçıvan Muxtar Respublikası Baş nazirinə və Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmiş ərizələrdə açıq, aydın onu işdən kənarlaşdırmaq istəmələri, iddiaçının bu barədə öz etirazını, fikrini bildirməsinin göründüyünü, eyni zamanda birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 əmək qanunvericiliyində işçinin öz arzusu, öz iradəsi xaricində onun iş yerinin dəyişdirilməsi təsbit olunmadığı halda iddiaçını çağırıb nazir tərəfindən iş yerinin dəyişdirilməsinin təklif olunduğunu, bu halların birinci instansiya məhkəməsində həm nümayəndə tərəfindən, həm də şahid tərəfindən birmənalı olaraq təsdiqini tapdığını, lakin qeyd olunan bütün halların, faktların birinci instansiya məhkəməsinin qətnaməsində hüquqi dəyərləndirmədən kənar qaldığını, digər sübut növləri ilə qarşılıqlı təhlil edilmədiyini, cavabdeh tərəfin nümayəndəsi Respublika prokurorluğundan iddiaçının barəsində tədbir görülməsinə dair təqdimat gəldiyini bildirdiyini, iddiaçının öz istəyi olmadan iş yerini dəyişdirməsini istənildiyini, iddiaçının buna etiraz etdiyini, buna görə də rəhbərlik tərəfindən onun işdən çıxarılması fikrinin formalaşdığını, hərbi prokurorluq tərəfindən verilmiş təqdimata əsasən, həmin təqdimatın şəxsin əmək münasibətlərinə, əmək hüquqlarına hansı formada müdaxilə oluna bildiyini, iddiaçının qeyd olunan məhkəmə ekspertizasında şifahi bir fikir, rəy bildirmək üçün təqdim olunmuş, yazılı rəyi təqdim etmədiyini, nəticə etibarilə hər hansı rəsmi rəyin təqdim edilmədiyini, şəxsin hər hansı qeyri-formal fikir bildirməsindən istintaqın necə yanıla biləcəyini, istintaqın nəticəsinin rəsmi şəkildə tədqiq olunmuş ekspert r əyinə istinadən olduğunu, halbuki İddiaçı tərəfindən rəsmi rəyin tərtib edilib təqdim olunmadığını, cavabdeh tərəfin iddiaçıya Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasını göstərdiyini, lakin iddiaçıya qeyri-formal olaraq belə bir təklifi öz ərizəsi ilə də işdən çıxa bilməsi üçün verdiyini, bu faktın özünün də bir mənalı olaraq şəxsə təsir olunduğuna dəlalət etdiyini, əgər İddiaçı əməlində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun hərəkətlər mövcud idisə, nə üçün iddiaçını belə bir seçim qarşısında qoyduqlarını, həmin maddə ilə iddiaçını işdən azad etsəydilər iddiaçı da hansı səhvlərə yol verdiyini və hüquqi müdafiəsini də bu faktlar əsasında əsaslandırmalı olduğunu biləcəyini, İddiaçı birinci instansiya məhkəməsində ərizəsinin öz iradəsi əsasında təqdim olunmadığını təsdiq edən bütün sübut növlərinin, eyni zamanda qarşı tərəfin nümayəndəsinin verdiyi izahatlar əsasında təsdiqini tapdığını, lakin məhkəmə tərəfindən qeyd olunan sübut növlərinin heç bir halda işin həqiqi halları ilə təqdim olunmuş digər sübutlarla qarşılıqlı tədqiq olunub qiymətləndirilmədiyini, ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1333/2024 nömrəli mülki iş üzrə qətnaməsinin ləğv edilməsini, İddiaçı öz ərizəsi əsasında işdən azad edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsini, İddiaçı cavabdeh Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5rşı xx.xx.2024-cü il tarixli, 15-nömrəli əmrinin ləğv edilməsini, İddiaçı “Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 Naxçıvan şəhər şöbəsinin rəisi məhkəmə tibb eksperti vəzifəsinə bərpa edilməsini və İddiaçı məcburi iş buraxdığı xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqının ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 vəkili və nümayəndəsi Nümayəndə kollegiyadakı izahatında iddiaçı tərəfin Naxçıvan Şəhər Məhkəməsində tədqiq olunmayan sübutlara istinad etdiyini, məhkəmədə nəyinki iddia ərizəsində, hətta apellyasiya şikayətində göstərmədiyi məsələləri işıqlandırdığını, iddiaçı tərəfin zamanla, tarixlərlə və işdən çıxarılmanın səbəbli əlaqəsi ilə bağlı məsələləri bir-birinə qatdığını, nəticədə qarışıqlıq yarandığını, həmin dövrdə İddiaçı işdən çı xarmaq istəyən, hətta bununla bağlı əmri verənin Məmmədtağı İbrahimov olduğunu, bu faktı Naxçıvan Şəhər Məhkəməsində işə baxılarkən şahid kimi ifadə vermiş Məmmədtağı həkimin özünün də etiraf etdiyini, məhkəmədə digər şahid Səhiyyə Nazirliyinin hüquqşünası Səbuhi İbrahimovun da ifadə verərək şəxsən bu məsələni araşdırdığını bildirdiyini, Məmmədtağı İbrahimovun təkcə Günel xanımı deyil, Fəxrəddin həkimi, Fəxrəddin həkimin bacısı qızını, onun bacılarını və s. adları çəkərək işdən çıxardığını, onun isə Günel xanımı qəbul etdiyini, gedib iş yerində öz vəzifələrinin icrası ilə məşğul olmasını, iddiaçının işdən çıxarılması üçün əsas olmadığını qeyd etdiyini, iddiaçının bununla bağlı Səhiyyə Nazirliyinə, Əmək Müfəttişliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə və s. orqanlara şikayət etdiyini, bu mə sələnin həmin dövrün mübahisəsi olduğunu və həmin anda da bitdiyini, təmsil etdiyi orqanın iddiaçıya qarşı hər hansı qərəzi olsa idi onunla yeni əmək müqaviləsi bağlamayacağını, çünki 19 gün intervalının elə də çox vaxt müddəti olmadığını, bu müddətdə iddiaçıya qarşı heç bir qərəzli mövqenin yarana bilməyəcəyini, əvvəlki rəhbərliyin də, əvvəlki tələblərin də fərqli olduğunu, yəni iddiaçının işdən çıxarılması və ya iş yerinin dəyişdirilməsinin tamam fərqli yanaşmalar olduğunu, bu gün mübahisə olunan iddiaçının ərizəsi olduğunu, həmin ərizəni iddiaçı könüllü olaraq yazsa da hazırda məcburiyyət qarşısında qalaraq yazdığını və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edildiyini bildirdiyini, iddiaçının əmək qanunvericiliyinin həmin norması ilə işdən azad edilmədiyini, həmçinin Əm ək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin nə inzibati, nə də cinayət məsuliyyəti yaratmadığını, hətta bu detalın da məhkəmədə araşdırıldığını və iddiaçının prokurorluğa dəvət edilib dindirildiyini, həmçinin Bakı şəhərinə çağırıldığını, əgər iddiaçı bilə-bilə yalnış rəy vermiş olsa idi ona cinayət məsuliyyəti elan ediləcəyini və məsuliyyətə cəlb edəcəklərini, bu hallar olmadığına görə, sadəcə istintaqı yalnış yönləndirdiyi, istintaqın axarına təsir göstərdiyi, hətta müayinə apardığı yerə Məmmədtağı İbrahimovu buraxmalı olmadığı halda buraxdığı, onun fikirləri ilə hərəkət etdiyi, müstəntiqi, komandanı yalnış fikrə saldığı üçün hərbi prokurorluqdan məsələnin araşdırılıb iddiaçının barəsində tədbir görülməsinə dair təqdimat verildiyini, iddiaçının ekspert həkim kimi fəaliyyət göstərib-göst ərməməsi barədə məsələnin araşdırılmasının respublika hərbi prokurorluğunun məktubundan sonra başlandığını, iddiaçının isə bu məsələni aprel, may və ya iyun ayında olan məsələlərlə əlaqələndirdiyini, əslində isə hərbi prokurorluğun məlum məktubuna qədər iddiaçı ilə yeni əmək müqaviləsi bağlandığını, İddiaçı ilə bağlı problemin də yox olduğunu, mövcud olmuş problemlərin də birinci instansiya məhkəməsində işə baxılarkən şahidlər Səbuhi İbrahimovun və Məmmədtağı İbrahimovun ifadələrində göstərdikləri kimi həllini tapdığını, artıq problemin həll olunduğunu, iddiaçını nəyinki işdən çıxardıqlarını, hətta iş yerini belə dəyişdirmədiklərini, iddiaçının öz iş yerində qalıb işləməyə davam etdiyini, yeni problemlərin istintaqın yanlış yönləndirilməsi ilə bağlı olduğunu, respublika prokurorluğunun isə iddiaçının barəsində tədbir görülməsi üçün təqdimat verdiyini, təqdimatdan sonra iddiaçının ekspert həkim kimi həmin vəzifəni icra edib-etməməsinin ciddi şəkildə araşdırıldığını, nəticədə artıq iddiaçının ekspert həkim kimi fəaliyyət göstərməməsi qənaətinə gəlindiyini, iddiaçıdan sonra istintaqa cəlb edilmiş ekspertin mövqeyi ilə iddiaçının gəldiyi nəticə tutuşdurulduğunu, gəlinən nəticənin tamamən yanlışlığının məlum olduğunu, həmin istintaqda iştirak etmiş müstəntiqin və komandanın özünün belə dırnaq arası cəzalandırılmasının hər kəsə məlum olduğunu, bu vəziyyəti isə iddiaçının özünə həqarət kimi qəbul etdiyini, əlbəttə ki, yalnış mövqe göstərəndə bunun da bir cəzası olmalı idi, iddiaçının bu halları qeyd etmədiyini, bu məsələni aprel, may aylarında olan hadisələrlə əlaqələndirdiyini, Ə mək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə könüllü olaraq ərizə verməyi arasında seçim məsələsinə gəldikdə isə bu seçimin iddiaçının xeyrinə olduğunu hesab etdiyini, bu halın iddiaçını heç vaxt məcburetmə kimi qiymətləndirilə bilinməzliyini, iddiaçının özünün də qeyd etdiyi kimi Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağı təqdirdə heç bir yerdə işə düzələ bilməyəcəyini, lakin iddiaçı bu gün öz ərizəsi ilə işdən çıxdığı üçün başqa bir orqanda işlə təmin olunduğunu, əmək haqqı aldığını və başqa fəaliyyət növləri ilə məşğul olduğunu, iddiaçının əmək kitabçasında və onun işdən çıxarılma əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin qeyd edilmədiyini, bu halın yalnız sözdən ibarət olduğunu, bu halın isə iddiaçının seçim qarşısında qaldığına dəlalət edilə bilmədiyini, əksinə bu halı iddiaçıya edilmiş güzəşt kimi qiymətləndirdiyini, işdən çıxarılma barədə ərizəni iddiaçının 9 iyul 2024-cü il tarixdə verdiyini, bu faktın birinci instansiya məhkəməsində şahid kimi ifadə vermiş Səhiyyə Nazirliyinin hüquqşünası Səbuhi İbrahimovun ifadəsi ilə də öz təsdiqini tapdığını, hətta həmin günü keçirilmiş iclasın bu barədə protokolunun da olduğunu, iddiaçının həmin iclasda iştirak edərək çıxış etdiyini, iddiaçıdan öncə həmkarların sədri və digər həkimlərin də çıxış etdiyini, protokol üzrə çıxış etmiş bütün iştirakçıların iddiaçı tərəfindən ərizənin iyul ayının 9-da verildiyini bildirdiklərini, iddiaçının ərizəsinin həmin günü Əmək müfəttişliyi tərəfindən sistemə yerləşdirildiyini, bununla bağlı sübutlarının olduğunu, sənədin əvvəlki tarixdə sistemə yerləş dirilməsinin isə sadəcə olaraq mümkün olmadığını, işçinin ona həvalə edilmiş vəzifəyə yarayıb-yaramadığını, əmək kollektivinin nüfuzuna xələl gətirib-gətirmədiyi ilə bağlı məsələnin müzakirə olunduğunu, yəni işçinin nöqsanlarının olub-olmadığının araşdırıldığını, sonda işçiyə vəzifələrinin icrasında kobud nöqsanlara yol verdiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işdən azad olunacağının bildirildiyini, həmin anda isə iddiaçının özü və iclasda iştirak edən həmkarların sədri Yəmən Rzayev iddiaçının öz ərizəsi əsasında işdən çıxarılmasını xahiş etdiyini bildirdiyi üçün, iddiaçının öz ərizəsi əsasında işdən çıxmaq istəməsi barədə istəyinin qəbul edildiyini, onun əmək fəaliyyətinə təqdim etdiyi ərizə əsasında xitam verildiyini bildirərək apellyasiya şikayətinin təmin olunma masını və Naxçıvan Şəhər Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(078)-1333/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduq da isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələnd irilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Kollegiya apellyasiya şikayətinin dəlillərini işin materialları və tərəflərin kollegiyadakı izahatları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2006-cı il tarixdən tibb sahəsində əmək fəaliyyətinə başladığını, xx.xx.2010-cu il tarixdən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 məhkəmə tibb-eksperti vəzifəsinə təyin edildiyini, məhkəmə tibb-eksperti vəzifəsində işlədiyi dövrdə birliyin tərkibində məhkəmə tibb-eksperti olaraq müxtəlif vəzifələrdə çalışdığını, xx.xx.2021-ci i l tarixdə 38 nömrəli əmrlə canlı şəxslərin məhkəmə tibb ekspertizası şöbəsinin rəisi vəzifəsinə təyin edildiyini, 2024-cü ilin may ayının 1-də Məhkəmə Tibbi Ekspertiza və X10 baş direktoru X3 onu çağırıb “nazir deyir iş yerin dəyişib Culfa-Ordubad rayonlararası şöbəyə keçsin” dediyini, özünün ailə vəziyyətini-himayəsində bir yetkinlik yaşına çatmayan qız uşağının olduğunu, tək qadın olaraq Naxçıvan şəhərində yaşadığını bildirib buna etiraz etdiyini, bundan sonra Səhiyyə Nazirliyinin kadrlar şöbəsinin işçisi Ayşən xanım, aparat rəhbəri Vüsal müəllimin onu çağırıb qəbul etdiklərini və nazirin işini dəyişməyini istədiyini bildirdiklərini, qeyd edilən təzyiqlərdən sonra 30 may 2024-cü il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinə, Naxçıvan Muxtar Respublika Prokurorluğuna və Baş nazirə iradəsi əle yhinə işindən çıxarılmaq istənildiyini və ona köməklik edilməsini xahiş etdiyini, 24 iyun 2024-cü il tarixdə onu Əmək Müfəttişliyindən çağırıb ünvanladığı ərizələrin baxılması üçün Əmək Müfəttişliyinə göndərildiyini və burada baxılacağını bildirdiklərini, bundan sonra Səhiyyə Nazirliyinin hüquqşünası Səbuhi müəllimin ona zəng edib şikayətlərini geri götürməyini istədiyini, o da Səbuhi müəllimə onlara inanmadığını, onunla təkrar əmək müqaviləsi bağlanacağı təqdirdə şikayətini geri götürəcəyini bildirdiyini, bundan sonra onunla yeni əmək müqaviləsi bağlandığını, 27 iyun 2024-cü il tarixdə ona zəng edib Respublika Prokurorluğunda Amil müəllimin onunla görüşmək istədiyini bildirdiklərini, Amil müəllimin yanında olduğunu, ona Azərbaycan Respublika Prokurorluğunda olmalı olduğunu bildirdiklərini, o da Azərbaycan Respublika Prokurorluğuna gedib qayıtdığını, 09 iyul 2024-cü il tarixdə Məhkəmə Tibbi Ekspertiza və X10 həkimləri Malik Əliyev, Fəxrəddin Cəfərov, Elşad Cəfərov, həmkarların sədri Yamən həkimin nahar saatlarında işlədiyi tibb müəssisəsinə gələrək onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmağına dair əmri elan etdiklərini, sabahı gün-10 iyulda Ramin həkimin yanına gedib onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən çıxardıqlarına etiraz edərək onun əmək fəaliyyətinin ləkələndiyini bildirib öz ərizəsi əsasında işdən çıxarılmağını xahiş etdiyini, Ramin həkimin isə ona Səhiyyə Nazirliyinə getməyini bildirdiyini, bundan sonra məcbur qalıb xx.xx.2024-cu il tarixli ərizəni diktə ilə yazıb işdən azad olunm ağını ona bildirdiyini, ona qarşı sərgilənən bu davranışın, mənfi münasibətin onu artıq dərəcədə məyus etdiyini, uzun illər öz peşəsini layiqincə yerinə yetirdiyini, bu müddət ərzində dəfələrlə təltif edildiyini, bu sahədə əmək fəaliyyətinin müsbət qiymətləndirildiyini, əmək fəaliyyəti dövründə hər hansı intizam tənbehi almadığını, ona qarşı sərgilənən bu mənfi münasibət, onun əmək vəzifələrini kobud şəkildə pozmaqla işdən çıxarılacağı ilə bağlı hədə-qorxu gəlinməsi öz ərizəsi əsasında tutduğu vəzifəsindən azad edilməyi üçün 09 iyul 2024-cü il tarixli ərizə ilə işəgötürənə müraciət etmək məcburiyyətində qalmağı ilə nəticələndiyini, həmçinin işdən azad olunmağı barədə xx.xx.2024-cü il tarixli ərizəsində məhz xx.xx.2024-cü il tarixdən işdən azad edilmək istəyi ilə bağlı qeydin Ramin həkimin diktə etməsi ilə yazıldığını, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilə biləcəyini, halbuki, qeyd edilən normada sadalanan hallara dair hər hansı faktın müəyyən edilmədiyini, xx.xx.2024-cü il tarixli ərizədə məhz həmin gün-xx.xx.2024-cü il tarixdə işdən azad edilmək istəyinin səbəbi kimi qeyd edilən hallarda n hər hansı birinə istinad edilmədiyini, həmçinin müvafiq əmrin faktiki hallar və hüquqi əsaslar baxımından əsaslandırılmadığını, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 4-5 bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinə xitam verilməsinin əsasının həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndinin göstərildiyini, müvafiq əmrdə işdən əmək müqaviləsinə xitam verilməsi əsası göstərilsə də bu əsasın tətbiqinə dair Məcəllədə müəyyən edilmiş maddə, hissə və bəndin göstərilmədiyini, qeyd etdiyi təhlillərin xx.xx.2024-cü il tarixdən işdən azad edilmək istəyi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizənin hürr iradəsinin i fadəsi olmadığını göstərdiyini, müvafiq əmrlə razı olmadığını, əmrin faktiki hallar və hüquqi əsaslar baxımından əsaslandırılmadığını göstərərək öz ərizəsi əsasında işdən azad edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsini, İddiaçı öz ərizəsi əsasında işdən azad edilməsinə dair Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 baş direktorunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli əmrinin ləğv edilməsini, İddiaçı "Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 Naxçıvan şəhər şöbəsinin rəisi-məhkəmə tibb eksperti vəzifəsinə bərpa edilməsini və İddiaçı məcburi iş buraxdığı - xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsini xahiş etmişdir. İşə əlavə edilmiş: - İddiaçı məxsus əmək kitabçasında n görünür ki, 01 iyul 2021-ci il tarixli, 38 nömrəli əmrlə həmin tarixdən Naxçıvan Muxtar Respublikası MTE və PA Birliyinin Culfa-Ordubad rayonlararası şöbəsinin rəisi-məhkəmə tibb eksperti İddiaçı xx.xx.2021-ci il tarixdən tutduğu vəzifəsindən azad edilərək canlı şəxslərin məhkəmə X14 rəisi vəzifəsinə təyin edilməsi və Culfa-Ordubad rayonlararası şöbəsinin rəisi-məhkəmə tibb eksperti vəzifəsi kadrla təmin olunanadək İddiaçı həvalə edilməsi, 09 iyul 2024-cü il tarixli, 15 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz ərizəsi əsasında) əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Naxçıvan şəhər şöbəsinin rəisi məhkəmə tibb eksperti İddiaçı 09 iyul 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və X10 09 iyul 2024-cü il tarixli, 15 nömrəli əmrindən görünür ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Naxçıvan şəhər şöbəsinin rəisi məhkəmə-tibb eksperti İddiaçı 09 iyul 2024-cü il tarixdən öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilməsi və İddiaçı istifadə etmədiyi məzuniyyət günləri üçün son haqq-hesabının aparılması əmr edilmiş, əsas olaraq İddiaçı şəxsi ərizəsi göstərilmişdir. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 05 avqust 2024-cü il tarixli, 3-17-9-5/2-H-1154/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Naxçıvan Muxta r Respublikası Səhiyyə Nazirliyində əmək hüquqlarının pozulması, həmçinin təzyiq göstərilməklə Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və X10 Naxçıvan Şəhər Şöbəsinin rəisi vəzifəsində əmək müqaviləsinə xitam verilməsinə dair Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinə ünvanlanan 11 iyul 2024-cü il tarixli müraciətinə baxılmışdır. Qeyd olunan məsələyə aydınlıq gətirilməsi və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ona aid müvafiq sənədlərin təqdim olunmasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə 18 iyun 2024-cü il tarixli məktubla ünvanlanan sorğuya əsasən təqdim olunan sənədlərdən, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış zamanı onunla bağlanmış əmək müqaviləsinə 9 iyul 2024-cü il tarixli ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi məlum olmuşdur. - Azərbaycan Respublikası Baş prokurorunun müavini Azərbaycan Respublikası Hərbi prokuroru Xanlar Vəliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxova ünvanlanmış 01 iyul 2024-cü il tarixli, 3-3-020/2-3206/24 nömrəli məktubda qeyd edilmişdir ki, “11 iyun 2024-cü il tarixdə Naxçıvan hərbi prokurorluğuna X19 Ordusunun tabeliyindəki N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər X12 meyitinin hərbi hissənin Şərur rayonunun Günnüt kəndi ərazisində, Ermə nistan Respublikasının döyüş mövqeləri ilə üzbəüz yerləşən neytral ərazidə aşkar edilməsi barədə daxil olmuş məlumatla əlaqədar Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun Məhkəmə-X14 rəisi, tibb xidməti mayoru Fariz Məmmədov həmin gün məzuniyyətdə olduğundan, meyitin müayinəsinin aparılmasına Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 Naxçıvan şəhər X24 rəisi İddiaçı Fərahim qızı cəlb olunaraq onun hadisə yerinə aparılması təmin edilmişdir. Əsgər C.T.Hüseynovun meyiti elə həmin gün Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 meyitxanasına gətirildikdən sonra, meyitin xarici müayinəsinə başlanmazdan öncə həmin birliyin baş direktoru X6 meyitin müayinəsinin aparılmasına cəlb olunmadığı halda, orada öz s əlahiyyətlərindən açıq-aşkar kənara çıxaraq və qeyri-peşəkarlıq nümayiş etdirərək, həmin vaxtadək kənar məsafədən odlu silah güllə yaralanmasından ölmüş şəxslərin meyitlərini müayinə etməmiş ekspert İddiaçı yanında hadisə ilə bağlı meyitxanaya gəlmiş X19 Ordusunun komandanı, generalpolkovnik Kərəm Mustafayevə və Naxçıvan hərbi prokurorluğunun nümayəndələrinə qəti əminliklə, meyitin kənardan sadəcə vizual müşahidəsini aparıb əsgər C.T.Hüseynovun uzaq məsafədən açılmış atəş nəticəsində öldüyünü, güllənin baş nahiyəsinin sol tərəfindən girərək sağ tərəfindən çıxdığını bildirib, atəşin məsafəsi və güllənin giriş-çıxış yaraları barədə heç bir elmi əsası olmayan yönləndirici fikirlər söyləmişdir. Eyni zamanda, ekspert İddiaçı müayinəyə başladıqdan sonra, öz məsuliyyətini unudaraq, səthi və keyfi yyətsiz müayinə aparıb bilavasitə rəisi olan M.Q.İbrahimovun bildirdiyi rəyə qoşulmaqla sonuncunun dediklərinin təsiri altında istintaq orqanının nümayəndələrinə meyit üzərində olan odlu silah güllə yaralanmasının giriş və çıxış zədələrinin yerləşmə yeri və atəşin istiqamətinə dair qabaqcadan yanlış fikir bildirmişdir. Nəticədə göstərilənlər əsgər C.T.Hüseynovun erməni hərbi qulluqçuları tərəfindən uzaq məsafədən açılmış atəş nəticəsində qəsdən öldürülməsi barədə yanlış fikirlər yaratmaqla, eyni zamanda sosial şəbəkələrdə baş vermiş hadisənin şəraiti ilə əlaqədar yanlış rəy formalaşdırmış, ilkin mərhələdə istintaqı yanlış istiqamətləndirmişdir. Lakin, istintaqın sonrakı-mərhələsində əsgər C.T.Hüseynovun bilavasitə yaxın məsafədən açılmış atəş nəticəsində öldüyü müəyyən edilmiş, həmçinin me yitdən götürülmüş dəri və digər nümunələrin histoloji və kriminalistik tədqiqatları nəticəsində atəşin istiqaməti düzgün müəyyən edilməklə güllənin C.T.Hüseynovun baş nahiyəsinin sağ tərəfindən girib sol tərəfindən çıxdığı məlum olmuşdur. O da nəzərə alınmalıdır ki, adi gözlə baxdıqda belə, meyitin müayinəsi zamanı başın sağ nahiyəsindəki yaranın ətrafından götürülmüş dəri nümunəsi üzərində atəşin əlavə faktorlarının izləri (yaranın ətrafındakı yanıq izləri) açıq-aşkar müşahidə edilmişdir ki, bu da ekspertlər tərəfindən müayinə zamanı tamamilə yalnış fikir bildirilməsini bir daha təsdiq etməklə yanaşı, onların qeyri-peşəkarlığını nümayiş etdirir. Göstərilənlərlə bağlı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 baş direktoru X3 və həmin Birliyin Nax çıvan şəhər X24 rəisi İddiaçı barəsində ciddi tədbirlər görülməsi məsələsinə baxılıb nəticəsi barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna məlumat verilməsi xahiş edilmişdir”. - 09 iyul 2024-cü il tarixli, 01 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və X10 və Naxçıvan Muxtar Respublikası SN həmkarlar təşkilatının sədri ilə iclas keçirilmiş, iclasda 7 nəfər iştirak etmiş, SN Hİ sədri X21, sədr X2 və katib X4 dəvət olunmuş, Azərbaycan Respublikası Baş prokurorunun müavini Azərbaycan Respublikası Hərbi prokuroru general - leytenant Xanlar Vəliyevin təqdimatı əsasında MTE və PA Birliyinin Naxçıvan şəhər şöbəsinin şöbə müdiri İddiaçı Fərahim qızının barəsində tədbir görülməsi məsələsi müzakirə edil miş, İddiaçı əmək fəaliyyəti nəticəsində yol verdiyi kobut səhvi səbəbindən Birliyin qanuni mənafeyinə ciddi xələl gətirməsini nəzərə alaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına qarar verilmiş, lakin, İddiaçı təkrar çıxış edərək himayəsində bir qızının və tək ailə başçısı olmasını eləcə də qərarla çıxarıldıqdan sonra heç bir yerdə işə düzələ bilməyəcəyini bildirərək tutduğu vəzifədən öz ərizəsi əsasında işdən azad edilməsini xahiş etmiş və işdən çıxarılması barədə ərizə təqdim etmiş, iclas iştirakçıları qeyd olunanları nəzərə alaraq İddiaçı qərarla deyil öz ərizəsi əsasında işdən azad olunmasına şərait yaradılmasına razılıq vermiş və həmin tarixdə yəni, xx.xx.2024-cü ildə öz ərizəsi əsasında işdən azad edilmişdir. - İddiaçı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 baş direktoru Ramin Allahverdiyevə ünvanlandığı 09 iyul 2024-cü il tarixli ərizəsində qeyd etmişdir ki, “Yazaraq sizdən xahiş edirəm ki, məni xx.xx.2024-cü il tarixdən öz ərizəm əsasında tutduğum vəzifədən azad edəsiniz”. - X25 Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 baş direktoru X6 ilə işçi İddiaçı arasında bağlanmış 18 iyul 2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 Culfa-Ordubad rayonlararası şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. - X25 Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 baş direktoru X6 ilə işçi İddiaçı arasında bağlanmış 01 iyul 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11 canlı şəxslərin ambulatoriya və məhkəmə X14 rəisi vəzifəsinə təyin edilmiş, onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Kollegiya iddiaçının vəkili və nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi İddiaçı işdən azad edilməsi üçün xx.xx.2024-cü il tarixli ərizəsini məcburiyyət qarşısında qalmaqla yazması, İddiaçı formal olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi gerçəyi ilə üz-üzə qaldığına inandırılması, qorxudulmuş və nəticə etibarilə iradə əleyhinə olan “öz ərizəsi əsasında, işdən azad olunma istəyi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizəyə imza etmək məcb uriyyətində qalması, qeyd edilən halın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində göstərilən müddəaların təsiri altında qiymətləndirilməsi ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-1-ci bəndinə görə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 69.1-ci m addəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 83.1-ci maddəsinə görə əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı iradə ifadəsini bildirməklə xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və işəgötürənin xx.xx.2024-cü il tarixli, 15 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6 8-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Eyni zamanda, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçının özünün də bildirdiyi kimi, cavabdeh tərəfindən əmrin surəti və əmək kitabçası ona sonuncu iş günü, yəni xx.xx.2024-cü ildə təqdim edilmişdir. Bundan başqa iddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində məcburiyyət qarşısında qalaraq ərizəni yazdığını bildirmiş, lakin qeyd olunan dəlilləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən kollegiya iddiaçının vəkili və nümayəndəsinin apellyasiya şikayət ində göstərdiyi dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymə tləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olara q əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsa slı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün s übutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya iddiaçının vəkili və nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: İddiaçı vəkil və nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(078)-1333/2024 nömrəli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-37/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-37/2025
11.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver