Məhkəmə qərarları › İş №2(108)-4/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-4/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-4/2021 26.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Hüseynbəyli Məftunə Firəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X12 iştirakı ilə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(078)-39/2019 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə baxaraq müəyyən e t d i: İddiaçı ASC-nin Naxçıvan MR İdarəsi filialının hüquqşünası X17 xx xxxxxx 2018-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, X4, X6 və X3 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, MH seriyalı, ******* saylı Çıxarışına əsasən İddiaçı ASCnin Naxçıvan MR Baş İdarəsinə məxsus Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8 ünvanında yerləşən, ümumi sahəsi 85.64 kv.m olan 21 saylı mənzildən çıxarılması, mənzilin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC-nin Naxçıvan MR İdarəsi filialına təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, X4, X6 və X3 qeyd edilən mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən E.H.Hüseynov) xx xxxxx 2019-cu il tarixli, 2(078)-39/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası təmin edilərək Cavabdeh1, Cavabdeh2, Cavab deh3, Cavabdeh4, Cavabdeh5, X2, X4, X6 və X3 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, MH seriyalı, ******* saylı Çıxarışına əsasən İddiaçı ASCnin Naxçıvan MR Baş İdarəsinə məxsus Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8 ünvanında yerləşən, ümumi sahəsi 85.64 kv.m olan 21 saylı mənzildən çıxarılması, mənzilin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC-nin Naxçıvan MR İdarəsi filialına təhvil verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, X4, X6 və X3 qeyd edilən mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh1 xx xxx 2019-cu il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi nin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh1 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “İpoteka haqqında” AR Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Məlumdur ki, təkrar hərrac xx xxxxxx 2017-ci il tarixində keçirilmişdir. İpoteka saxlayana ipoteka predmeti olan Naxçıvan şəhəri, Atabəylər məhəlləsi ev 8, mənzil 21 yaşayış evini götürməsi üçün 1 ay, yəni xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək vaxt verilmişdir. İpoteka saxlayan ona verilmiş müddəti buraxmış və qeyri-qanuni olaraq xx xxxxxx 2017-ci il tarixdə götürmüşdür. Qeyri-qanuni olaraq götürmə İddiaçı ASCnin ona və qeyrilərinə qarşı mənzilə hüquqların itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsində də əksini tapmışdır. Eyni zamanda xx xxxxxx 2018-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən icraata götürülmüş sözügedən mülki işə xx xxxxx 2019-cu il tarixdə, yəni 7 ay 10 gündən sonra nəticə verilərək qətnamə çıxarılmasının özü də onu sübut edir ki, işə baxan hakim qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Həmçinin işə baxan hakimin ədalətsiz qətnaməni qəbul etməsində çətinlik çəkməsi, süründürməçiliyə yol verərək süni şəkildə işə bu qədər uzun müddətdə baxmasına səbəb olmuşdur. Qə tnamənin səbəb olmadan vaxtında çıxarılmaması özü belə qətnamənin qanunsuz olduğunu sübut edir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2017ci il tarixli girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokolu və hərrac yekunları üzrə əmlakın alqısatqısı barədə xx xxxxxx 2017-ci il tarixli müqavilə qanunun tələblərinə zidd olaraq bağlandığı üçün etibarsız sayılmalıdır. Hakim işə baxan zaman bu faktı araşdırıb hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya icraatı zamanı xx xxxx 2019-cu il tarixli məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyas iya şikayətinin təmin edilməklə iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X9 apellyasiya icraatı zamanı xx xxxx 2019-cu il tarixli məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməklə iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı xx xxxxx 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. İddiaçı ASC-nin nümayəndəsi X17 apellyasiya icraatı zamanı xx xxxxx 2021-ci il tarixli məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətinin təmin edilməməsi və Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(078)-39/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğ v edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X11 haqqında Avropa Konven siyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini i fadə etmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil İstismar İdarəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilən 1753 nömrəli arayışa əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X7, X10, X13 və X8 İddiaçı ASC ünvan 2 ünvanında 2-ci blok, 3-cü mərtəbədə yerləşən 5 otaqlı 21 saylı mənzildə daimi pasport qeydiyyatındadırlar. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-2(087)-06/2016 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı kredit borcunun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsinə dair iddia tələbi təmin edilərək cavabdeh “xxxx” MMC-dən 1 984 40 6.65 manat əsas və 397 739.28 manat faiz borcunun, cəmi 2 382 145.93 manat məbləğində kredit borcunun, bu borcun tam ödənildiyi günədək əsas borca hesablanacaq faizlər və 30.0 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə kredit borcunun ipoteka ilə yüklü edilmiş digər əmlaklarla birlikdə ilkin qiymətləndirmə dəyəri 75 000 manat olan Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan şəhəri, Atabəylər məhəlləsində yerləşən 8 nömrəli 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 85.64 kv.m ümumi, 61.71 kv.m yaşayış, 23.93 kv.m köməkçi sahədən ibarət 5 otaqlı 21 nömrəli mənzilə yönəldilməsi və həmin əmlakların açıq hərracda satılıb kredit borcunun ödənilməsi qət edilmişdir. İş materiallar ına əlavə edilmiş banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokolundan aydın olur ki, Naxçıvan şəhər İcra Bölməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 902 saylı sifariş məktubu, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 2-2(087)-06/2016 saylı icra sənədi və İddiaçı ASC-nin Naxçıvan MR Baş İdarəsinin xx xxxxxx 2017-ci il tarixli, 01/23 nömrəli məktubuna əsasən xx xxxxxx 2017-ci ildə Naxçıvan Muxtar Respublikası X16 şəhəri, Atabəylər məhəlləsi 8-də yerləşən 5 mərtəbəli binanın 2-ci giriş 3-cü mərtəbəsində 85.64 kv.m ümumi, 61.71 kv.m yaşayış, 23.93 kv.m köməkçi sahədən ibarə t 5 otaqlı 21 nömrəli mənzilin satılmasına dair keçirilmiş hərracın qalibi İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 85.64 kv.m sahəsi olan ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 1451 nömrəli vərəqində **********25-05101-093008 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsi adına qeydiyyata alınmışdır. Kollegiyada xx xxxxxx 2019-cu il tarixdə apellyasiya şikayətinə bax ılarkən Cavabdeh1 nümayəndəsi X1 icraatında olan İddiaçı ASC tərəfindən qaldırılmış iddia ilə 2(108)111/2019 saylı iş üzrə göstərilən əmlaka mülkiyyət hüququndan əldə edilməsi üçün əsas olmuş ipoteka müqaviləsinə xitam verilməsi ilə bağlı xx xxxx 2019-cu il tarixli iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə elektron qaydada müraciət olunaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıldığını, iddianın e-2-2 (81)1071/2019 saylı iş üzrə xx.xx.2019 tarixdə daxil olduğunu, xx.xx.2019-cu il tarixdə qərardad çıxarılaraq icraata götürüldüyünü bildirib, eyni məzmunlu ərizəsini kollegiyaya təqdim edib, göstərilənlərin nəzərə alınaraq iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi X5 ərizəsi təmin edilərək iddiaçı təşkilat İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə apellyasiya baxışı ilə əlaqədar icraat 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-2(81)1071/2019 nömrəli iqtisadi mübahisəyə dair iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə işin dayandırılmasına səbəb olmuş hal aradan qalxdığından kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257-ci maddəsinin tələbinə əsasən iş üzrə icraatın təzələnməsi haqqında qərardad qəbul etmişdir. İş üzrə təyin olunmuş məhkəmə baxışı iclasları “Covid-19” pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması ilə əlaqədar olaraq və məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflərin məhkəmə baxışı iclaslarına gəlməməsi, həmçinin iş üzrə sədrlik edən hakim Vera Kuimovanın səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak etməsi mümkün olmadığından təxirə salınmışdır. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi “İpoteka haqqında” AR qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilməsi və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2017-ci il tarixli girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokolunun və hərrac yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2017-ci il tari xli müqavilənin qanunun tələblərinə zidd olaraq bağlandığı üçün etibarsız sayılmasına dair dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Bakı Kommersiya Məhkəməsi tərəfindən kollegiyaya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 2-2(81)-1071/2019 nömrəli məktubuna əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1071/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “ipotekaya xitam verilməsinə” dair iddiası təmin edilməmiş, iddiaçının verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-150/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-280/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1071/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlandığından xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Göstərilən dəlillərə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qiymət verildiyindən kollegiya onlara təkrarən qiymət verilməsini zəruri hesab etmir. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi xx xxxxxx 2018-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən icraata götürülmüş sözügedən mülki işə xx xxxxx 2019-cu il tarixdə, yəni 7 ay 10 gündən sonra nəticə verilərək qətnamə çıxarılmasının işə baxan hakimin qanunsuz və ədalətsiz qətnamə çıxarması, həmçinin işə baxan hakimin ədalətsiz qətnamənin qəbul edilməsində çətinlik çəkməsinin süründürməçiliyə yol verərək süni şəkildə işə bu qədər uzun müddətdə baxmasına səbəb olması, qətnamənin səbəb olmadan vaxtında çıxarılmamasının qətnamənin qanunsuz olduğunu sübut etməsinə dair dəlillərini müzakirə edərək əsaslı hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il,xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il və xx xxxx 2019-cu il iclas protokollarından aydın olur ki, müvafiq məhkəmə baxışı iclasları işdə iştirak edən şəxslərin iştirakını və tərəflərin vəsatətlərini təmin etmək məqsədilə təxirə salınmışdır. Həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar təsbit edilmişdir: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın pr edmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Kollegiya işin araşdırılmış hallarına hüquqi qiymət verərək belə hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı hesab edilə bilməz və məhkəmənin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmaqla tərəflərin təqdim etdiyi sübutlara obyektiv qiymət verilməsi təmin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 3-cü hissəsində göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunda göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqq ında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Kollegiya qeyd edir ki, İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsindən götürülmüş kredit borcu müəyyən edilmiş müddətdə ödənilmədiyindən tutma kredit borcunun qarşılığında ipoteka qoyulmuş digər əmlaklarla birlikdə Cavabdeh1 məxsus olmuş Naxçıvan şəhəri, Atabəylər məhəlləsində yerləşən 8 nömrəli 5 mərtəbəli binanın 2ci girişində 3-cü mərtəbəsində 85.64 kv.m ümumi, 61.71 kv.m yaşayış, 23.93 kv.m köməkçi sahədən ibarət 5 otaqlı 21 nömrəli mənzilə yönəldilmiş, mənzil hərracda ipoteka saxlayan İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinə satılm aqla hərracın nəticələri haqqında protokol əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmaqla İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsi həmin mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Qeyd edilənlərə əsasən də İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X7, X10, X13 və X8 qanunvericiliyin tələbinə əsasən həmin mənzili tərk etməlidirlər. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh1 öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan Cavabdeh1 apellyasiya şikayəti təmin edilmə məli və Naxçıvan Şəhər Məhkəməsinin bu iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli, 2(078)-39/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(078)-39/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar