Məhkəmə qərarları › İş №2(108)-40/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-40/2021

03.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-40/2021 03.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Nəcəfova Taliyə Tofiq qızının məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, yaşayış evindən çıxarılması və evin boşaldılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(110)-430/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil verdikləri apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət ed ərək Cavabdeh ümumi 5000 manat kompensasiya verilməklə onun və ailə üzvlərinin, mülkiyyətində olan Şərur rayonu, Çomaxtur kəndində yerləşən yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin (sədrlik edən S.Ə.Qarayev) 21 oktyabr 2020-ci il tarixli, 2(110)-430/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, yaşayış evindən çıxarılması və evin boşaldılması tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı və vəkili Vəkil apellyasiya şikayəti verərək Şərur Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(110)-430/2020 nömrəl i qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İşə apellyasiya qaydasında baxılması zamanı iddiaçı Əhmədva Şəfiqə İsa qızı və onun vəkili Vəkil Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına ərizə təqdim edərək Şərur Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(110)430/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiklərini, tərəflər arasında razılıq əldə olunduğundan verdikləri apellyasiya şikayətindən imtina etdiklərini bildirib, ərizənin qəbul olunaraq apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kollegiya apellyasiya şikayətindən imtina barə də ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin tələbinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina qəbul edildikdə apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir və bu birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinin tələbinə görə məhkəmə bu Məcəllənin 191ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Kolle giya belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə apellyasiya şikayətindən imtinanın qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 191-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Kollegiya həmçinin qeyd edir ki, işə apellyasiya qaydasında baxılması zamanı mülki iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə tapşırılmışdır. Ekspertizanın aparılmasının tapşırıldığı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 31 mart 2021-ci il tarixli məktubundan aydın olur ki, f ərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçının şikayəti birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, həmin qətnamədən narazı qalmış iddiaçı tərəfin apellyasiya şikayəti üzrə mülki iş üzrə apellyasiya instansiya məhkəməsində araşdırma aparılmış və buna müvafiq olaraq ekspertiza təyin olunmuşdur. Sonda isə iddiaçı tərəf verdiyi apellyasiya şikayətindən imtina etmişdir. Odur ki, kollegiya hesab edir ki, məhkəmə ekspertizası iddiaçı tərəfin apellyasiya şikayətinin araşdırılması çərçivəsində təyin edildiyindən və iddiaçının öz apellyasiya şikayətindən imtinası qəbul edilərək apellyasiya icraatına xitam verilməsi ilə qanuni qüvvəsini alan birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun tələbi rədd olunduğundan keçirilən ekspertiza üzrə ekspertə ödənilməli olan 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Alan Bank: Mərkəzi Bankın Naxçıvan MR İdarəsi, Kodu: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ 88NABZ ********************, S.W.İ.F.T. BİK: NABZAZ 2C, Alan müştəri: Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, Hesab: AZ21NABZ********************4, VÖEN: **********” nömrəli bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.6-cı maddəsinin tələbinə əsasən apellyasiya icraat ına xitam verildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılmalı olduğundan İddiaçı apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 369, 402-ci maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, yaşayış evindən çıxarılması və evin boşaldılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(110)-430/2020 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. İddiaçı Kapital Bank ASC-nin Naxçıvan filialına 22.11.2020-ci il tarixdə 17576 nömrəli qəbzlə ödədiyi 5 (beş) manat dövlət rüsumu ona qaytarılsın. İş üzrə məhkəmə-tikinti-texniki ekspertiza üzrə ekspertə ödənilməli olan 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Alan Bank: Mərkəzi Bankın Naxçıvan MR İdarəsi, Kodu: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ 88NABZ ********************, S.W.İ.F.T. BİK: NABZAZ 2C, Alan müştəri: Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, Hesab: AZ21NABZ********************4, VÖEN: **********” nömrəli bank hesabına ödənilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar