Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-47/2022 29.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Hüseynbəyli Məftunə Firəddin qızının məhkəmə iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(079)-22/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum anası No vruzova Qonça Rza qızından qalmış miras əmlakın-Babək rayonu, Şəkərabad kəndində yerləşən 1509.99 kvadrat metr torpaq sahəsinin və Babək rayonu, Şəkərabad kəndində yerləşən 16093 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul olunması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddiaçının vəkil-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində texniki xətadan torpaq sahəsinin ölçüsünü 1509,99 kvadrat metr göstərdiyini, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məktubundan torpaq sahəsinin ölçüsünün 1609,99 kvadrat metr olmasının göründüyü, bu səbəbdən torpaq sahəsinin ölçüsünü 1609,99 kvadrat metr kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Ray on Məhkəməsinin (sədrlik edən Z.X.Əliyev) 17 yanvar 2022-ci il tarixli, 2(079)-22/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək mərhum Novruzova Qonça Rza qızından miras qalmış və Babək rayonu, Şəkərabad kəndində yerləşən sahəsi 1609.99 kvadrat metr olan, fərdi evin tikilməsi üçün verilmiş torpaq sahəsinin və həmin kənddə yerləşən sahəsi 16093 kvadrat metr olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə Naxç ıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(079)-22/2022 nömrəli qətnaməsini ləğv edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İşə apellyasiya qaydasında baxılması zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına ərizə təqdim edərək Babək Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(079)-22/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirib, apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətindən imtina barədə ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və cavabdehlərə və onların nümayəndəsi və vəkili Nümayəndə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Kollegiya belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə apellyasiya şikayətindən imtinanın qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 191-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə cavabdehlərə və onların vəkili və nümayəndəsi Nümayəndə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.6-cı maddəsinin tələbinə əsasən apellyasiya icraatına xitam verildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılmalı olduğundan apellyasiya şikayəti verilərkən Cavabdeh2 tərəfindən "xxxx" ASC vasitəsilə 14 fevral 2022-ci il tarixli 14360 nömrəli qəbzlə ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 369, 402-ci maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(079)-22/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona və iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə apellyasiya icraatına xitam verilsin. Cavabdeh2 tərəfindən "xxxx" ASC vasitəsilə 14 fevral 2022-ci il tarixli 14360 nömrəli qəbzlə ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu ona qay
Məhkəmə qərarları › İş №2(108)-47/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-47/2022
29.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver