Məhkəmə qərarları › İş №2(108)-48/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-48/2025

20.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-48/2025 20.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, iddiaçı-cavabdeh İddiaçı cavabdehiddiaçı X3 qarşı mənzildən məcburi qaydada çıxarılma və cavabdeh-iddiaçı X2 iddiaçıcavabdeh İddiaçı qarşı çəkilən xərc tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-545/2024 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: İddiaçı cavabdeh Qasımova (Həsənova) Zəhra Həsən qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Naxçıvan şəhəri, Xətai küç əsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 19 nömrəli fərdi yaşayış evindən X2 məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Qasımova (Həsənova) Zəhra Həsən qızı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 540 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət əmlakın alınmasına, təmirinə, yenidənqurma işlərinə çəkdikləri 50000 (əlli min) manat xərcin yarısının İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı X3 qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə X2 İddiaçı qarşı çəkilən xərc tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-545/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, cavabdeh-iddiaçı Həsənova (Qasımova) Zəhra Həsən qızının iddiaçı-cavabdeh İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan Naxçıvan şəhəri, Xətai küçəsində 540.0 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 69.0 kv.m yaşayış, 52.9 kv.m qeyri-yaşayış, 17.7 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçı-cavabdeh İddiaçı Naxçıvan şəhəri, Xətai küçəsində 540.0 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 69.0 kv.m yaşayış, 52.9 kv.m qeyri-yaşayış, 17.7 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evində təmirə, yenidənqurma işlərinə çəkilən xərcin ya rısı 12514.20 (on iki min beş yüz on dörd manat iyirmi qəpik) manat məbləğində pul alınaraq cavabdeh-iddiaçı Həsənova (Qasımova) Zəhra Həsən qızına verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması, iddiaçı-cavabdeh İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 27 fevral 2024-cü il tarixdə 11085 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh-iddiaçı Həsənova (Qasımova) Zəhra Həsən qızından alınaraq iddiaçı-cavabdehə qaytarılması, cavabdeh-iddiaçı X4 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 08 aprel 2024-cü il tarixdə 13842 nömrəli qəbzlə ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumunun 127.5 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat hissəsinin iddiaçı-cavabdeh İddiaçı alınaraq cavabdeh-iddiaçıya qaytarılması, iş üzrə ekspertiza tədqiqatının xərci olan 20 (iyirmi) manatın iddiaçı-cavabdeh İddiaçı tutularaq büdcə təsnifat kodu 142330, X6 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-545/2024 nömrəli qətnaməsinin cavabdeh-iddiaçı X3 çəkilən xərcin yarısı 12514.20 (on iki min beş yüz on dörd manat, iyirmi qəpik) manat məbləğində pulun İddiaçı alınaraq cavabdeh-i ddiaçıya qaytarılması hissəsində ləğv edilməsi; ekspert rəyinin əsassız hesab olunması; şahidlər dəvət edilərək, rəydə həqiqətə uyğun olmayan şəkildə göstərilmiş faktiki və yalnız birgə nikah dövründə olan xərclər düzgün şəkildə hesablanaraq, ödənilməli olan real məbləğin müəyyən edilməsi; sonda birgə nikah dövründə onun xüsusi mülkiyyəti hesabına əldə edilən ümumilikdə 18000 (on səkkiz min) manat gəlirin birgə nikah dövründə aparılmış tikinti və təmir işlərinin real xərci hesablandıqdan sonra həmin xərcdən çıxılaraq iddiaçı-cavabdeh İddiaçı cavabdehiddiaçıya çəkilmiş xərclərin ödənilməsi öhdəliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şi kayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəlləsinin 366.1 və 366.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 357 (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360 (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 363.1.2-ci maddəsinin tələbləri pozulmaqla verildiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı işdə apellyasiya şikayəti verilərkən dövlət rüsumu lazımi miqdarda ödənilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir. Çünki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı mülki iş üzrə iş materiallarında olan apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin surətindən görünür ki, iddiaçıcavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsinə münasibətdə apellyasiya şikayəti verdiyi üçün qanunvericiliyin tələbinə əsasən qarşılıqlı iddia ərizəsi veril ən zaman ödənilən 165 (bir yüz altmış beş) manat miqdarında dövlət rüsumunun 50 faizi həcmində, yəni, 82,50 (səksən iki manat əlli qəpik) manat miqdarında rüsum ödəməli olduğu halda, 50 manat dövlət rüsumu ödəmiş, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmayaraq, iddiaçı-cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsin ə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı-cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti mülki proses sual qanunvericiliyin dövlət rüsumu ilə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün qeyrimümkün sayılmalı və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366.4, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı X3 qarşı mənzildən məcburi qaydada çıxarılma və cavabdeh-iddiaçı X2 iddiaçı-cavabdeh İddiaçı qarşı çəkilən xərc tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-545/2024 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiy a şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar