Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-49/2024 12.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-168/2023 saylı əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə İddiaçı məhkəmə iclasına sədrlik edən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğluna etdiyi etiraza baxaraq m ü ə y y ə n e t d i: Qasımov X2 MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qar şı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-168/2023 saylı əmrinin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini хаhiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında etiraz ərizəsi təqdim edərək, işə baxan hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılmasına etiraz edərək, mülki işin başqa məhkəməyə verilməsi üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hüquq və kadrlar şöbəsinin müdirinin haki m Səfərəliyeva Gülnar Xanlar qızının bacısının həyat yoldaşı olduğunu, onun işinə düzgün baxılmasına onda kifayət qədər əsaslı şübhələr yarandığından mülki işə hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi ilə, ümumiyyətlə Naxçıvan Şəhər Məhkəməsində baxılmasına qəti etiraz etdiyini bildirmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-234/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərardadı ilə etiraz təmin edilərək İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-168/2023 saylı əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi ilə baxılması üçün icraata götür ülmüşdür. 06 fevral 2024-cü il tarixdə hakim Qabil Məmmədovun sədrliyi ilə işə baxılarkən İddiaçı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək onun cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-168/2023 saylı əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsinə baxılmasını Naxçıvan Şəhər Məhkəməsindən xahiş etdiyini, 17 yanvar 2024-cü il tarixdə keçirilən ilk məhkəmə iclasında onun şikayət etdiyi Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hüquq və kadrlar şöbəsinin müdirinin Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülnar Səfərəliyevanın bacısının həyat yoldaş olduğundan onun işinə düzgün baxılmasına onda kifayət qədər əsaslı şübhələr yarandığından mülki işin Gülnar Səfərəliyevanın sədrliyi ilə ümumiyyətlə Naxçıvan Şəhər Məhkəməsində baxılmasına etiraz etdiyini, Gülnar Səfərəliyevanın hakim Qabil Məmmədovun və Naxçıvan Şəhər Məhkəməsinin digər hakimlərinin iş yoldaşları olmasını, onun işinə Qabil Məmmədovun sədrliyi ilə düzgün baxılacağına əsaslı şübhə yarandığından mülki işin Qabil Məmmədovun sədrliyi, həmçinin Naxçıvan Şəhər Məhkəməsində baxılmasına qəti etiraz etdiyini bildirib, mülki işin başqa məhkəməyə verilməsi üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mülki iş İddiaçı etirazına əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Hakim tərəfindən işə baxılmasına yol verilməməsini müəyyən edən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.1.7-ci maddəsinə əsasən onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxılmasına yol verilmir. Məhkəmə kollegiyası iddiaçının etirazında göstərilən dəlillərini iş materialları ilə əhatəli şəkildə yoxlayıb ona hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırki işə baxılmasına yol verilməməsini müəyyən edən MPM-in 19.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, qanunun yuxarıda sadalanan normasında məhkəməyə etiraz etmək halı nəzərdə tutulmur. Məhkəmə kollegiyası iş üzrə İddiaçı iş üzrə sədrlik edən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğ luna etdiyi etirazı tamamilə mülahizə xarakterli hesab edərək, əsassız sayır və qeyd edir ki, etiraz ərizəsində göstərilən dəlillərin hər hansı hüquqi və faktiki əsası yoxdur. Bu səbəbdən İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-91/3-168/2023 saylı əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə İddiaçı etirazı təmin edilməməli və mülki iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19 və 22-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı cavabdeh təşkilat Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3168/2023 saylı əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə İddiaçı etirazı təmin edilməsin. İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-168/2023 saylı əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-49/2024
Ali Məhkəmə Qərardad — İş №2(108)-49/2024
12.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver