Məhkəmə qərarları › İş №2(108)-50/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-50/2025

08.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-50/2025 08.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi ), X2 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(110)-804/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “29” iyul 2024-cü ildə iddia ə rizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayonu, Yengicə kəndində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-4). Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim Seymur Qarayev) 20 sentyabr 2024-cü il tarixli, 2(110)-804/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Yengicə kəndində 0.1 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 237.24 kvadrat metr olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılması qət edilmişdi (iş vərəqə 35-39). Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 21 yanvar 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(110)-804/2024 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdi (iş vərəqə 48-51). Həmçinin Cavabdeh2 vəsatəti əsasında Şərur Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(110)-804/2024 nömrəli qərardadı ilə Məhkəmənin 20 sentyabr 2024-cü il tarixli, 2(110)-804/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət Cavabdeh 2 münasibətdə bərpa edilmişdi (iş vərəqə 5859). Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şərur Rayon Məhkəməsi heç bir obyektiv araşdırma aparmadan, yəni özünün 2017-ci ildən Cavabdeh1 ilə faktiki bir ailədə yaşadıqlarını, həmin fərdi yaşayış evini Eminlə birlikdə faktiki ailəli olduqları zaman əldə etdiklərini, Eminin həmin evi ondan xəbərsiz satdığını və sonradan onu aldadaraq onlara başqa mənzil alacağına söz verdiyini, verdiyi sözünü sonra dandığını, hazırda onu iki azyaşlı övladı ilə birlikdə mənzildən çıxarmaq istədiyini, onların yaşamağa başqa evinin olmamasını nəzərə almadan iddiaçının haqsız tələbinə əsaslanan, həmçinin yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmədən qətnamə qəbul etmişdir. Məhkəmə qeyd ol unan maddi və prosessual hüquq normalarını nəzərə almadığından iddiaçının tələbini əsassız olaraq təmin etmişdir. İddiaçı ilə Cavabdeh1 yaxın dostudur və iddiaçı bilirdi ki, Cavabdeh2 2017ci ildən Cavabdeh1 ilə faktiki bir ailədə yaşayırdı, həmin fərdi yaşayış evini Eminlə birlikdə faktiki ailəli olduqları zaman əldə etmişlər. Emin həmin evi ondan xəbərsiz satdığını bildiyi halda fərdi yaşayış evini əldə etmişdir. Şikayət edən tərəf apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1 və 37.1-ci maddələrinə, prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdi. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə bax ışı iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında digər Cavabdeh1 ilə 2012-ci ildə ailə həyatı qurduğunu, müəyyən anlaşılmazlıqlara görə aralarında bağlanmış nikaha 2015-ci ildə son qoyulduğunu, nikaha daxil olan vaxtlarda atası X3 şəhəri, Atabəylər məhəlləsində evi olduğunu, həmin evi valideyni vəfat etdikdən sonra qardaşının adına keçirdiklərini, evli olduğu müddətdə həmin evi kirayəyə verərək oradan çoxlu miqdarda gəlir əldə etdiklərini, lakin keçmiş həyat yoldaşının həmin pulları onlar üçün xərcləməyərək topladığını, 2015-ci ildə boşandıqdan sonra özünün Şərur rayonuna gedərək orada dədə-baba evində yaşamağa başladığını, iki illik ayrılıqdan sonra 2017-ci ildə Cavabdeh1 ilə barışdığını və bundan sonra o, gedərək özü üçün Naxçıvan şəhərindən ev aldığını, bu barədə sonradan məlumatının olduğunu, dəfələrlə Eminə nikah bağlamalı olduqlarını desə də, cavabdehin onu aldadaraq yenidən nikah bağlamadığını, qardaşının adına olan evi 27000 manata alaraq Eminin adına rəsmiləşdirdiklərini, bundan sonra Emin onun xəbəri olmadan evi satdığını, Şərur rayonu, Yengicə kəndində torpaq sahəsi alaraq orada altı otaqdan ibarət iki mərtəbəli villa tikdiyini, həmin ev tikilən zaman rəsmi olaraq evli olmasalar da, ər-arvad münasibətlərində olduqlarını, birlikdə yaşadıqlarını, özünün hamilə olduğunu, keçmiş həyat yoldaşı onun həmin evdən pay tələb etmək hüququ olmasın deyə, onunla nikaha daxil olmadığını, aralarındakı münasibətlərin pozulduğunu, daha sonra iddiaçı ilə keçmiş həyat yoldaşının birləşərək onu və iki övladını evdən çıxartdığını, evdən çı xdıqdan sonra kirayə ev tutduğunu, lakin həmin evin şəraiti olmadığından məcbur qalaraq əvvəlki evə qayıtdığını və pəncərələri qıraraq evə daxil olduğunu, özünün evdən çıxarılmağı üçün keçmiş həyat yoldaşı və onun qardaşlarının əlindən gələni etdiyini, həmin evdən başqa yaşamaq üçün yerinin olmadığını qeyd edərək, yekunda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdi. Bundan başqa apellyator ona verilən suallara cavab olaraq özünün mübahisə predmeti olan evdə payının olduğu üçün keçmiş həyat yoldaşına qarşı pul tələbi ilə bağlı Şərur Rayon Məhkəməsində iddia qaldırdığını, Cavabdeh1 ilə 2012-ci ildə nikaha daxil olduğunu, 2015-ci ildə nikaha xitam verildiyini, 2017-ci ildə barışaraq yenidən birlikdə yaşamağa başladıqlarını, evləndikdən sonra Emin onun atasına mə xsus evi kirayəyə verərək oradan gələn pulları yığdığını, 2015-ci ildə boşandıqdan sonra Eminin özünə ev aldığını, onun evi nə zaman almasını dəqiq bilmədiyini, lakin evi alanda boşanmağın üzərindən çox müddət keçmədiyini, mübahisə predmeti olan evdən istifadə edilməsi ilə bağlı heç bir məhkəmə qətnaməsi və ya mənzildən istifadə müqaviləsi olmadığını, iddiaçı ilə aralarında həmin evdən istifadə edilməsi ilə əlaqədar müqavilə bağlanmadığını, qonşuların onun Eminlə birgə yaşadığı müddət ərzində həmin evdə qaldığına şahid olduğunu, ev tikilən zaman özünün həmin evin tikintisini aparan ustalara qulluq etdiyini, iddiaçı ilə heç bir qohumluq əlaqəsinin olmadığını, onun keçmiş həyat yoldaşının iş yoldaşı olduğunu, iddiaçı ilə keçmiş həyat yoldaşı arasında bağlanmış həmin evin alqısatqı müqaviləsi ni məhkəmə qaydasında mübahisələndirmədiyini, evin alqı-satqısından xeyli müddət keçdikdən sonra onun satıldığını bildiyini, Eminlə arasında mübahisə olandan sonra evin satıldığını, məqsəd onu oradan kənarlaşdırmaq olduğunu bildirmişdi. Məhkəmə baxışı iclasında iştirak edən digər Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında keçmiş həyat yoldaşı Günelin də dediyi kimi onun atasına aid olan evin Naxçıvan şəhəri, Atabəylər məhəlləsində yerləşdiyini, onun qardaşının evi öz adına keçirdiyini, keçmiş qaynının onunla əlaqə saxlayaraq evi satmaq istədiyini dediyini, evin şəkillərini çəkərək elanlara yerləşdirmək üçün ondan kömək istədiyini, evi satışa qoysalar da, bir neçə ay müddət keçməsinə baxmayaraq onun satılmadığını, bundan sonra o Günelin ata evi olduğu üçün tanımad ıqları şəxsə satılmamasını düşündüklərini, buna görə də evi özlərinin almaq qərarına gəldiyini və 28000 manata onu aldıqlarını, ev baxımsız olduğu üçün onun təmirinə 15000-16000 manat pul xərclədiklərini, bundan 1 il sonra evi 42000 manata satdığını, mübahisə predmeti olan evi birgə nikahda olmadığı dövrdə tikdiyini, evin öz adına olduğunu, nikahlarına xitam verildikdən sonra barışsalar da yenidən nikaha daxil ola bilmədiklərini, buna səbəb isə nikaha daxil olmaq üçün tələb olunan sağlamlıq haqqında arayışın alınmasında problem olduğunu, müəyyən problemlər yarandığı üçün daha sonralar arayış almaqla bağlı müraciət etmədiklərini, bir müddət keçdikdən sonra yenidən ayrılmaq qərarına gəldiklərini qeyd edərək, apellyasiya şikayətinin rədd edilməsini kollegiyadan xahiş etmişdi. Cavabdeh1 ona ve rilmiş suallara cavab olaraq Günellə 2017-ci ildən qeyri-rəsmi yaşadığını, mübahisə predmeti olan evi 2019-cu ildə tikməyə başladığını, ikinci dəfə ayrıldıqdan sonra həmin evdən Günel yox, özünün çıxıb getdiyini, ikinci dəfə 2023-cü il tarixdə ayrıldıqlarını, evi Günellə birlikdə yaşadığı dövrdə tikdiyini, evin iki mərtəbəli olduğunu, həmin ev hazır olana qədər özlərinin atası evində yaşadığını, satılan evdə demək olar ki, özünün heç yaşamadığını, digər cavabdehin isə 2020-ci ildən indiyə kimi orada qaldığını, mübahisə predmeti olan evi satan zaman Günelə xəbər vermədiyini, qeyri-qanuni olaraq Günellə birlikdə yaşadığı dövrdə də övladığının dünyaya gəldiyini, mübahisə predmeti olan evin tikilməsinə xərclənmiş pulun miqdarını dəqiq deyə bilmədiyini, təxmini olaraq oraya 70000-80000 manat, b əlkə də artıq pul xərclədiyini, halhazırda da tam olaraq təmir edilmədiyini, evi borcu olduğu üçün 50000 manata satdığını, övladlarının anaları ilə iddiaçının kənddəki ata evində qala biləcəyini, özünü Günelin və övladlarının mübahisə predmeti olan evdə yaşamaları deyil, satdığı evin hələ də sahibinə təhvil verilməməsinin narahat etdiyini, özünün iddiaçı ilə heç bir qohumluq əlaqəsi olmadığını, həmin evdə yaşamaq hüququnun olmasıyla bağlı iddiaçı ilə aralarında hər hansı müqavilə mövcud olmadığını, evi tikmək üçün torpağı sotu 1000 manat olmaqla 10 sot torpaq aldığını qeyd etmişdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini qeyd edib, hüquqlarını müdafiə etdiyi İddiaçı alqı-satqı müqaviləsi əsasında Şəru r rayonu, Yengicə kəndindəki əmlakı əldə etdiyini, hal-hazırda da əmlakın mülkiyyətçisi olduğunu, cavabdehlərin həmin əmlakdan istifadə hüququ olmadığını, bununla bağlı hər hansı bir məhkəmə qərarı da mövcud olmadığını qeyd edərək, apellyasiya şikayətinin rədd edilməsini və Şərur Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdi. Verilmiş suallara cavab olaraq o, tərəflər arasında heç bir qohumluq əlaqələrinin olmadığını, əmlakdan istifadə hüququnun tanınması ilə bağlı nə məhkəmə qətnaməsi, nə də tərəflər arasında bağlanmış hər hansı bir müqavilə mövcud olmadığını bildirmişdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsm i qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş 05 iyun 2024-cü il qeydiyyat tarixli, ******** ** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Şərur rayonu, Yengicə kəndində yerləşən 0.1 hektar torpaq sahəsi və onun üzərində olan 237.24 kvadrat metr fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması (iş vərəqə 5); -"Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında nikah bağlanması; -Cavabdeh2 tərəfindən təqdim edilmiş və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli akt qeydindən çıxarışdan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış nikahın pozulması və onun 08 yanvar 2016-cı ildə dövlət qeydiyyatına alınması aydın olur. Apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə isə kollegiya onu mülki iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin e tmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; -5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılması göstərilir; - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmçinin həmin Məcəllənin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözü gedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhk əməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır ( 372.1, 372.2, 372.6 və 372.7-ci maddələr). Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmçinin Mülki-Prosessual Məcəllənin 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Şərur Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(110)-804/2024 nömrəli qətnaməsini yalnız Cavabdeh2 mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini Şərur Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(110)-804/2024 nömrəli qətnaməsinin Cavabdeh2 tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. Sonuncunun verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının ləğv edilməsinə yönəldiyindən həmin məhkəmə aktı apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam yoxlanılmalıdır. Cavabdeh2 Şərur Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(110)804/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlilləri isə Cavabdeh1 ilə aralarında bağlanmış nikah pozulsa da, 2017-ci ildə onunla barışaraq faktiki olaraq ailə kimi yaşamaları, Şərur rayonu, Yengicə kəndində 0.1 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 237.24 kvadrat metr olan fərdi yaşayış evini də məhz həmin dövrdə əldə etmələri və sabiq ərinin ondan xəbərsiz daşınmaz əmlakı İddiaçı satmasından ibarətdir. Apellyasiya şikayətinə qiymət verilməsi ilə bağlı kollegiya bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakda n istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 9.4-cü maddəs indən görünür ki, ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır; - 23.1-ci maddəsinin tələbinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır; - 29.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər; - 31.1 və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbs a, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; - 32.1 və 32.2-ci maddələrinin mahiyyətindən aydın olur ki, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-a rvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki işin mübahisəsiz hallarından Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Yengicə kəndində 0.1 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 237.24 kvadrat metr olan fərdi yaşayış evinin İddiaçı xüsusi mülkiyyətində olması öz təsdiqini tapır. İddiaçı özünə məxsus olan, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Yengicə kəndin də daşınmaz əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməklə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım atmışdı. Kollegiya bildirir ki, mülkiyyət hüququnun müdafiəsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi ilə tənzimlənir. Həmin normanının mahiyyətindən aydın olur ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri olan əşya-hüquqi müdafiə üsulu 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər. Bu iddialardan biri isə Mülki Məcəllənin 157.2-ci maddəsinə görə vindikasiya, yəni mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək iddiasıdır. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi Şərur rayonu, Yengicə kəndində yerləşən 0.1 hektar torpaq sahəsi və onun üzərində olan 237.24 kvadrat metr fərdi yaşayış evini digər cavabdeh olan sabiq əri Cavabdeh1 ilə birlikdə faktiki ailəli olduqları zaman əldə etmələrini, Eminin həmin evi ondan xəbərsiz satdığını və sonradan onu aldadaraq onlara başqa mənzil alacağına söz verməsini, verdiyi sözünü sonra danmasını, hazırda onu iki azyaşlı övladı ilə birlikdə mənzildən çıxarmaq istəməsini qeyd etdiyindən, həmin dəlillərin hüquqi həlli ilə bağlı kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir. Belə ki, həmin normaya əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan əlavə bu norma “Daşınmaz əmlakın d övlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində öz əksini tapıb. Bu prezumpsiyaya görə əksi sübut edilməyincə dövlət orqanının aktı qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlaka dair dövlət reyestrində nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamlığına dəlalət edir. Daşınmaz əmlakın reyestrinin qeyri-dəqiq olması isə daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və ya reyestr məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Reyestrin qeyri-dəqiq olmasının sübut etmə yükü isə bunu iddia edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarix li qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Sözü gedən normaların tələbindən çıxış edərək kollegiya bildirir ki, daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiqliyi sübuta yetirildikdə mülkiyyətçinin mülkiyyət hüququ təkzib edilmiş olur. Hazırda isə mübahisə predmeti olan daşınmaz əmlakın mülkiyyətçisinin müvafiq reyestr üzrə İddiaçı olması öz təsdiqini tapsa da, apellyasiya şikayəti verən şəxs öz müraciətinin əsası kimi göstərdiyi faktların təsdiqi, həmçinin reyestrin qeyri-dəqiqliyi ilə bağlı kollegiyaya hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa kollegiya onu da bildirir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İstər İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, istərsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddələrinə görə mülkiyyət hüququ mütləq hüquq deyil, o məhdudlaşdırıla bilən hüquqdur. Bu məhdudiyyət isə qanuni və əsaslı olmalıdır. Cavabd eh2 isə İddiaçı məxsus olan torpaq sahəsi və fərdi yaşayış evinə sahiblik etməsi, həmçinin ondan istifadə etməsinin hüquqi əsasının olmasını təsdiq edən hər hansı bir sübutu kollegiyaya təqdim edə bilməmişdi. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş 05 iyun 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Şərur rayonu, Yengicə kəndində 0.1 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 237.24 kvadrat metr olan fərdi yaşayış evinə dair hüquqların yüklü olmaması müəyyən edilir. Yuxarıda qe yd edilənləri ümumiləşdirərək kollegiya qeyd edir ki, hazırkı vəziyyətdə İddiaçı məxsus olan fərdi yaşayış evində Cavabdeh2 yaşaması üçün qanuni əsas olmadığından iddiaçının tələbinin əsaslı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdi. Bu səbəbdən də kollegiya Cavabdeh2 Şərur Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(110)-804/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini əsassız hesab edir. Kollegiya Cavabdeh2 verdiyi apellyasiya şikayətini əsaslı saymasa belə hesab edir ki, apellyasiya şikayətinin obyekti olan məhkəmə aktı dəyişdirilməlidir. Çünki işə baxan birinci instansiya məhkəməsi İddiaçı mülkiyyət hüququ, cavabdehlərin isə evdən çıxma vəzifəsi ilə bağlı düzgün nəticəyə gəlsə də, mülki işin mübahisəsiz hallarından Şərur rayonu, Yengicə kəndində yerləşən 0.1 hektar torpaq sahəsi və onun üzərində olan 237.24 kvadrat metr fərdi yaşayış evi üzrə 05 iyun 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilməsi müəyyən edilir. Şərur Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(110)-804/2024 nömrəli qətnaməsinin nəticə hissəsində həmin hüquq müəyyənedici sənədi verən orqanın adı yanlışlıqla Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi olaraq qeyd edilmişdi. Azərbaycan Respu blikası Mülki-Prosessual Məcəlləsinin 228-ci maddəsində qətnamə və qərardaddakı yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi imkanı öz əksini tapsa da, mülki iş materiallarından işə baxan birinci instansiya məhkəməsinin bu imkandan istifadə etməklə, 20 sentyabr 2024-cü il tarixli, 2(110)-804/2024 nömrəli qətnamədə olan yanlışlığın aradan qaldırılmasına dair məhkəmə aktının qəbul etməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməs ində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya mə hkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bundan başqa Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - Cavabdeh2 Şərur Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(110)804/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli; - Şərur Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(110)-804/2024 nömrəli qətnaməsi dəyişdirilməli; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş 05 iyun 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində ola n Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Yengicə kəndində 0.1 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 237.24 kvadrat metr olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmalı; - qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı; - məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qətetdi: Cavabdeh2 Şərur Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(110)804/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(110)-804/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabe liyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş 05 iyun 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Yengicə kəndində 0.1 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 237.24 kvadrat metr olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində N axçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Əli Allahverdiyev. Mehman Allahverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar