Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-52/2024 29.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(078)-928/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina haqqında Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-928/2023 nömrəli qərardadından Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəm əsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-928/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(078)-928/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş ərizə təmin edilməyərək buraxılmış prosessual müddətin Cavabdeh münasibətdə bərpasından imtina edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanından yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(078)-928/2023 nömrəli qə tnaməsi ilə iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 73-də yerləşən 17 nömrəli mənzilə Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi, İddiaçı tərəfindən "xxxx" ASC-in Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 12819 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(078)-928/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 361-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 30 dekabr 2023- cü il tarixdə buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə həmin qətnamədən yenidən apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(078)-928/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-928/2023 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(078)928/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin vəkil və nümayəndəsinin ərizəsi təmin edilməyərək buraxılmış prosessual müddətin Cavabdeh münasibətdə bərpasından imtina edilmişdir. Şikayətin dəlilləri: Cavab deh vəkili və nümayəndəsi Vəkil2 Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-928/2023 nömrəli qərardadından şikayət verərək, buraxılmış prosessual müddətin bərpasından imtina haqqında qərardadın ləğv edilərək Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(078)-928/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin Cavabdeh münasibətdə təmin edilməsini xahiş etmiş, şikayət ərizəsi 29 yanvar 2024-cü il tarixdə məhkəmənin elektron ünvanına daxil olmuşdur. 31 yanvar 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsində şikayətə baxılaraq şikayət əsaslı hesab edilməmiş və Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndəril mişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 şikayəti onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 06 oktyabr 2023-cü il tarixli, 2(078)928/2023 nömrəli qətnaməsindən onlar tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində nöqsana yol verdiyi üçün xx.xx.2023-cü il tarixdə geri qaytarılmış, lakin bu barədə asan imza ilə bağlı problem olduğu üçün məlumatı olmamışdır. Bu barədə yalnız Naxçıvan Şəhər Məhkəməsindən bununla bağlı maraqlanarkən məlumat əldə etmişdir. xx.xx.2023-cü il tarixdə müddətin bərpası ilə bağlı ərizə ilə birlikdə apellyasiya şikayətinə düzəliş edib elektron formada təqdim etmişdir. Sözügedən tarix əslində iş günü deyildir və bayram günü sayılır. Məhz həmin gün şikayət göndərməyi onun işin ciddiyyətinin fərqində olduğunu sübut edir. Lakin Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxmadan, lakin nöqsana yol verərək göndərmişdir. Buradan aydın olur ki, apellyasiya şikayəti vermək məqsədi olmuşdur. Lakin asan imzada baş vermiş texniki nasazlıq səbəbi ilə daxil olan bildirişi görmədiyi üçün müddət onun tərəfindən ötürülmüşdür. Məhkəmə daxil olan bildirişin hansı tarixdə oxunub-oxunmaması barədə məlumatlı olmuşdur. Apellyasiya şikayətində cavabdehin ünvanı (ünvan 3iş çatdırılmamışdır. Apellyasiya şikayətinin geri qaytarılmasından cavabdehin özü də heç bir məlumat almadığından məhkəmə tərəfindən bu hal üzrlü sə bəb kimi qəbul oluna bilər. Göstərilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-928/2023 nömrəli qərardadının ləğv edilərək Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(078)-928/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin Cavabdeh münasibətdə təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Az ərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, işin araşdırılmış hallarından aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(078)-928/2023 nömrəli qətnaməsi 17 oktyabr 2023-cü ildə saat 15:24-də Cavabdeh vəkili və nümayəndəsi olmuş Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Bundan sonra 15 noyabr 2023-cü ildə cavabdehlə Vəkil2 arasında bağlanılmış 04/666 nömrəli müqaviləyə və 16 noyabr 2023-cü ildə Naxçıvan Şəhəri “Asan Xidmət” mərkəzində rəsmiləşdirilmiş etibarnaməyə əsasən o cavabdehin vəkili və nümayəndəsi kimi məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş, Naxçıvan Şəhər Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(078)-928/2023 nömrəli apellyasiya şikayətinin qaytarılması barədə qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış və qərardad xx.xx.2023-cü il tarixdə, saat 17:55-də cavabdehin vəkili və nümayəndəsi Vəkil2 elektron kabinetinə yerləşdirilmiş və məhkəmənin qərardadından şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin qaytarılması haqqında qanuni qüvvəyə minmiş 17 noyabr 2023-cü il tarixli qərardadında göstərilmiş apellyasiya şikayətinin geri qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırılmamış və təkrarən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 30 dekabr 2023-cü il tarixli həmin apellyasiya şikayəti ilə kollegiyaya müraciət etmişdir. Birinci instansiya məhkəmənin qeyd olunan qərardadında göstərilən nöqsanlar aradan qaldırılmadığından və apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət üzrlü səbəb olmadan buraxıldığından məhkəmənin 17 yanvar 2024-cü il tarixli, 2(078)-928/2023 nömrəli qərardadı ilə cavabdehin vəkili və nümayəndəsinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair 30 dekabr 2023-cü il tarixli ərizəsi təmin edilməyərək buraxılmış prosessual müddətin Cavabdeh münasibətdə bərpasından imtina edilmişdir. Az ərbaycan Respublikası MPM-in 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası MPM-in 135.5-ci maddəsinin tələbinə əsasən bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd edilmiş mülki prosessual qanunvericiliyin normalarından da görünür ki, birinci instansiya məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(078)-928/2023 nömrəli qətnaməsi cavabdehin vəkili və nümayəndəsinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinetində yerləşdirilərək məhkəmə sənədi rəsmi qaydada verilmişdir. Kollegiya cavabdehin vəkili və nümayəndəsi Vəkil2 şikayətində qeyd etdiyi asan imzada baş vermiş texniki nasazlıq səbəbi ilə daxil olan bildirişi görmədiyi üçün müddətin onun tərəfindən ötürülməsi ilə əlaqədar dəlilinə münasibətdə isə qeyd edir ki, o, asan imzasında hər hansı texniki nasazlıq baş verməsi ilə əlaqədar birinci instansiya məhkəməsinə məlumat verməmiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə həmin dəlilini təsdiq edəcək hər hansı mötəbər sübutunu əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsi n ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Konstitusiya Məhkəməsinin X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən as ılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya qeyd edir ki, cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardadında göstərilmiş nöqsanları qısa müddətdə aradan qaldırmamış, məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə qüvvəyə mindikdən 1 ay 11 gün sonra, yəni 30 dekabr 2023-cü ildə buraxılmış müddətin bərpasına dair ərizə ilə birlikdə yenidən apellyasiya şikayəti vermiş və bu zaman qanunla müəyyən edilmiş həmin müddəti üzrlü səbəblər olmadan buraxmışdır. Kollegiya belə hesab edir ki, cavabdehin vəkili və nümayəndəsinin şikayətində göstərdiyi dəlillər apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəblər hesab edilə və qərardadın ləğvi üçün əsas ola bilməz. Buna görə də kollegiya qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir. Kollegiya işin şərh olunmuş halları və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qərardad qəbul olunarkən prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iş üzrə cavabdehin vəkili və nümayəndəsinin ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-928/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-928/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qa nuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-52/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-52/2024
29.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver