Məhkəmə qərarları › İş №2(108)-53/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-53/2025

25.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-53/2025 25.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkil-nümayəndəsi Nümayəndə5, cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 və ünvan 2 tam orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)-10 85/2024 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 və cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrin ləğv edilməsinə, onun işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəkildə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)-1085/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən nazir müavininin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı ünvan 2 tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2nə və ünvan 2 tam orta məktəbinə münasibətdə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 23 yanvar 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Mux tar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1085/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 24 yanvar 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1085/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2(078)-1085/2024 saylı qərardadı ilə ape llyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 25 yanvar 2025-ci il tarixdə elektron kabinet vasitəsilə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 verdiyi apellyasiya şikayətini əsaslandıraraq, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1085/2024 saylı qətnaməsində “iş materiallarına əlavə olunmuş Şərur Rayon Prokurorluğunun müstəntiqi İİ dərəcəli hüquqşünas X21 tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış 08C-24 saylı material üzrə İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin İddiaçı göndərilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun izah edilməsi və məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi X9 və məktəbin coğrafiya müəlliməsi X3 əməlində heç bir cinayət tərkibi və ya inzibati xəta olmadığından barəsində cinayət işi və inzibati icraat başlanmaması qərara alınmışdır”, deyə qeyd edildiyini, lakin bu hissədə Şərur rayon prokurorluğunun müstəntiqi İİ dərəcəli hüquqşünas X21 tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2-ci və 179.2.3-cü maddələrində cinayət əməlini törətdiyinin qeyd edilmədiyini, toplanmış material üzrə işə bəraətverici əsaslarla xitam verilmədiyini, belə ki, İddiaçı törətdiyi əməli etiraf etdiyini və buna görə də ünvan 2 orta məktəbinə vurulmuş maddi ziyanın 356 (üç yüz əlli altı) manat 87 qəpik pul vəsaitini və cinayət məsuliyyətindən azad olunmaq üçün cinayət nəticəsində vurulmuş maddi ziyanın qanunla müəyyən edilmiş 25 faizini ödədiyini, məhkəmənin qərar qəbul edərkən bu halları nəzərə almadığını və bu barədə qeyd etmədiyini, İddiaçı tərəfindən iddia qaldırılması üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş prossesual müddətin ötürüldüyünü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçinin hüququnun pozuld uğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə biləcəyini, həmin Məcəllənin 7-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edildiyini, iddiaçının ləğvini tələb etdiyi 57 nömrəli əmrin 15 mart 2024-cü il tarixli olduğunu, iddiaçının cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və ünvan 2 orta məktəbinə qarşı mediasiya təklifinin yalnız xx.xx.2024-cü il tarixində yazıldığını, iddiaçının iddia ərizəsində, onun Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrindən əmək kitabçasını alarkən xəbər tutduğunu, ona görə də xx.xx.2024-cü il tarixində sorğu verdiyini, buna qədər yaln ız Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 18 mart 2024-cü il tarixli, 61 nömrəli əmri ilə tanış olduğunu qeyd etdiyini, lakin həmin əmrin özündə də əmrin əsası olaraq Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli əmri olduğunun göründüyünü, iddiaçının Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 18 mart 2024-cü il tarixli, 61 nömrəli əmri ilə 18 mart 2024-cü il tarixindən məlumatlı olduğunu, hətta bu əmrin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixində Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və ünvan 2 orta məktəbinə qarşı mediasiya təklifi göndərdiyini, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddia ərizəsində bildirdiyi kimi Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə əmək kitabçasını alarkən tanış olmadığını, bundan başqa iddiaçının ə mək kitabçasının verilməsi üçün müraciət etdiyi ərizənin xx.xx.2024-cü il tarixli olduğunu, iddia ərizəsində bildirdiyi kimi bu əmrlə əmək kitabçasında tanış olsa idi, əmri əldə etmək üçün müraciətin xx.xx.2024-cü il tarixindən sonra olacağını, lakin iddiaçının kitabçasını əldə etməzdən əvvəl artıq xx.xx.2024cü il tarixində sorğunu verdiyini, İddiaçı mübahisələndirdiyi Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə 18 mart 2024-cü il tarixindən tanış olsa da, bununla bağlı mediasiya təklifini xx.xx.2024-cü il tarixində yəni, 2 aydan çox müddət keçdikdən sonra göndərdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tə tbiq edildiyini, iddia müddətinin keçməsinin məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğunu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsini rəhbər tutaraq İddiaçı cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və ünvan 2 orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiklərini, iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 29 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət etdiyini və iddia müddətinin tətbiq edilməsini xahiş etdiyini, lakin məhkəmənin qət namədə “iş materiallarında onun Naxçıvan MR Təhsil Nazirliyinin adından çıxış etmək üçün səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sənədin olmadığını qeyd etdiyini, işə baxan birinci instansiya məhkəməsinin bu normaya (MM-nin 375-ci maddəsi) xüsusi fikir vermədiyini, daha doğrusu qeyd edilən normanı düzgün tətbiq etmədiyini bildirərək, birinci instansiya məhkəməsinin əsassız olaraq, cavabdehin lazımi tədbirləri görməməsi qənaətinə gələrək maddi normaların tələbini pozduğunu qeyd etmişdi. Ona görə də, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1085/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Cavabdeh2 nümayəndəsi Nümayəndə3 cavabd eh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 verdiyi apellyasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayəti ilə müraciət etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 və cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 83.2 və 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad etmişlər. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. İş üzrə cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 və ünvan 2 tam orta məktəbinə işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilmələrinə baхmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər və bu barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 və ünvan 2 tam orta məktəbinin nümayəndələrinin iştirakları olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə uyğun izahat verərək həmin sözügedən iş üzrə maddi və prosessual hüquq normalarının pozulduğunu hesab etdiklərini, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1085 saylı qətnaməsində “iş m ateriallarına əlavə olunmuş Şərur Rayon Prokurorluğunun müstəntiqi, ikinci dərəcəli hüquqşünas X21 tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasını rədd edən qərardan da toplanmış 24 saylı material üzrə İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi görünür və qərarın surəti İddiaçı göndərilməklə qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və yaxud məhkəməyə şikayət vermək hüququ izah edilməsi ilə məhkəmədə X9 və məktəbin coğrafiya müəllimi X3 əməlində heç bir cinayət tərkibi və inzibati xəta olmaması qərara alınmışdır” deyə qeyd olunduğunu, lakin bu hissədə Şərur Rayon Prokurorluğunun müstəntiqi, ikinci dərəcəli hüquqşünas X21 tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.3-cü maddələri ilə cinayət əməlini törətdiyinin qeyd edilmədiyini, toplanmış materiallar əsasında işə xitam verilmədiyini, belə ki, İddiaçı törətdiyi əməli etiraf etdiyi və buna görə də Şərur rayonu, Muğancıq-Mehrab kənd orta məktəbinə vurulmuş maddi ziyan 356 manat 87 qəpik vəsaitin və cinayət məsuliyyətindən azad olunması üçün cinayət nəticəsində vurulmuş maddi ziyanın qanunla müəyyən edilmiş 25 faizini ödədiyini, məhkəmənin qərar qəbul edərkən bu halları nəzərə almadığını və bu barədə qeyd etmədiyini, həmçinin Naxçıvan MR Təhsil naziri tərəfindən məhkəməyə ərizə göndərilərək ərizədə “İddiaçı tərəfindən cavabdehlər- Naxçıvan Təhsil Nazirliyi və Cavabdeh2nə, Muğancıq-Mehrab kənd tam orta mək təbinə qarşı işə bərpa haqqında və müəyyən müddət ərzində orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin icraatındadır. Biz iddia qaldırmışıq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən bir ay-təqvim ayı müddətində məhkəməyə müraciət edə bilər” qeyd edildiyini, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi nəzərə alınaraq iddiaçının ləğvini tələb etdiyi 57 nömrəli əmrin 15 mart 2024-cü il tarixli olduğunu, iddiaçının cavabdehlər Naxçıvan Təhsil Nazirliyi və ünvan 2 tam orta məktəbinə qarşı mediasiya təklifinin ya lnız xx.xx.2024-cü il tarixdə yazıldığını, iddiaçının iddia ərizəsində “Naxçıvan Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrindən əmək kitabçası alarkən xəbər tutmuşdur. Ona görə də 29 may 2024-cü il tarixdə sorğu vermişdir. Buna qədər yalnız Cavabdeh2 18 mart 2024-cü il tarixli, 61 nömrəli əmri ilə tanış olmuşdur” qeyd etdiyini, lakin həmin əmrin özündə də həmin əsaslar olaraq Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrinin olduğunun göründüyünü, iddiaçının 18 mart 2024-cü il tarixdən 61 nömrəli əmr ilə məlumatlı olduğunu, həmin əmrin ləğv edilməsi üçün 01 aprel 2024-cü il tarixdən Cavabdeh2nə və ünvan 2 tam orta məktəbinə qarşı mediasiya təklifinin göndərildiyini, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçının iddia ərizəsində bildirdiyi kimi Təhsil Nazirliyinin 57 nömrəli əmri ilə əmək kitabçası alarkən tanış olduğunu, bundan başqa iddiaçının əmək kitabçasının verilməsi üçün müraciət etdiyi ərizənin xx.xx.2024-cü il tarixli olduğunu, iddia ərizəsində bildirdiyi kimi bu əmrlə əmək kitabçasında tanış olsa idi, həmin əmrlə müraciət edə biləcəyini və 03 iyun tarixindən sonra edə biləcəyini, lakin iddiaçının əmək kitabçasını əldə etmədən əvvəl 29 may 2024-cü il tarixdə sorğu verdiyini, İddiaçı mübahisələndirdiyi Təhsil Nazirliyinin əmri ilə 18 mart 2024-cü il tarixdə tanış olsa da, bununla bağlı mediasiya təklifini xx.xx.2024-cü il tarixdə, iki ay müddət keçdikdən sonra verdiyini, bu müddət pozuntusunu Əmək Məcəlləsinin 296.2-ci maddəsinin pozulduğunu burada gördüklərini, iddia ərizəsində mediasiya təklifinin xx.xx.2024-cü ildə gö ndərildiyinin göstərildiyini, onların fikrincə burada iddia müddətinin ötürüldüyünü, maddi və prosessual hüquq normalarının pozulduğunu, həmçinin yoxlama prosesi ilə bağlı əmrin ayın 10-u verildiyini və bununla bağlı monitorinqin sentyabr ayının 11-dən başladığını, məhz bu səbəbdən də aktların sentyabr ayının 11-i və 12-i dövrlərini əhatə etdiyini, iddiaçının işdən çıxarılması üçün tək əsasın jurnallarda olan səhvlərin deyil, səbəblər sadalandığını, həmçinin Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən burada müəyyən olunduğu gündən iddiaçının həmin aktdan məlumatlı olduğunu, əmrin surətinin də təhsil şöbəsi tərəfindən iddiaçıya verildiyini, iddiaçının artıq mediasiya prosesinə müraciət etdiyini, prokurorluğun sözügedən qərarı ilə, həmçinin iş materialları ilə tanış olduğunu, sentyabr ayında aşkar etdikləri bir fakt ilə bağlı onların mart ayında necə müvafiq orqana müraciət etdikləri sualına münasibətdə onların toxunduqları əsas məqamın onların iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə buraxdığı nöqsanlara görə işdən xaric etdikləri, müvafiq prokurorluğun qərarına görə, yəni iddiaçının əməlinə verilən hüquqi qiymətə görə olmadığını bildirdiyini, onların iddiaçını buraxdığı nöqsanlar görə vəzifədən xaric etdiklərini, məktəbin direktorunu işə götürməyin və işdən azad etməyin Təhsil nazirinin səlahiyyəti olduğunu, məktəb direktorları öz müəssisələrində Həmkarlar İttifaqına üzv ola bilmədiyi üçün iddiaçının Təhsil X8nın üzvü olduğunu, iddiaçının Həmkarlar ittifaqının üzvü olduğu üçün də Həmkarlar İttifaqına sorğu verilməsinin qanunvericiliklə nəzərdə tutulduğundan, onların həmin təşkilata da müraciət etdiklərini, Həmkarlar ittifaqının da iddiaçının xaric edilməsi ilə bağlı iddiaçının sosial və digər vəziyyətini dəyərləndirərək bununla bağlı razılığını bildirdiyini, yoxlama prosesinin monitorinq əsasında həyata keçirildiyini, monitorinqin qərarı əsasında komissiya tərəfindən yoxlama prosesində faktlar aşkar olunduqca aktlar tərtib olunduğunu, yəni konkret hal üçün nəzərdə tutulmadığını, iş materiallarından məktəbdə sənədləşmə işinin cari vəziyyətinin yoxlanılması prosesinin həyata keçirildiyinin aydın olduğunun, müvafiq prosesin hissəvi olaraq həyata keçirildiyini, aşkar olunan nöqsanlara dair iddiaçının iştirakı ilə akt tərtib olunduğunu, ona görə onların tarixlərinin fərqli olduğunu, qeyd etdikləri kimi prokurorluq tərəfindən müəyyən edilmiş Cinay ət Məcəlləsinin 179-cu maddəsi ilə mənimsəmə və israf etmə halları ortaya çıxdığı üçün sorğunun artıq baxılması üçün Həmkarlar İttifaqına göndərdiyini, bununla bağlı Nazirliyə də məlumat verildiyi, Nazirlikdən də nazir müavinin aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etməsinin tövsiyə olunduğunu, onların əsas tələblərinin iş üzrə iddia müddətinin buraxılması olduğunu, həmçinin qətnamədə prokurorluq tərəfindən aparılmış material üzrə verilmiş qərarların düzgün qiymətləndirilmədiyini, iddia müddətinin şəxsə hüquqlarının pozulduğunun məlum olduğu anından hesablandığını, iddiaçının barəsində yoxlama prosesi gedən dövrə və həmçinin prokurorluqda barəsində aparılan material üzrə məlumatlı olduğunu, eyni zamanda şifahi formada ona Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çı xarıldığının məlum olduğunu, iddiaçıya işəgötürən tərəfindən müvafiq əmr təqdim edilmədiyini, amma iddiaçının özünün də müvafiq əmrin əldə edilməsi ilə bağlı təşəbbüs göstərmədiyini, iddiaçının 03 iyun tarixində təşəbbüs göstərərək əmrdən çıxarışını istədiyini, əmrdən çıxarışın iddiaçıya həmin gün təqdim olunmalı olduğunu, Cavabdeh2 nümayəndəsinin iclasda olmadığı üçün hər hansı arqumentlə sübut edə bilmədiyini, onun müvafiq vəzifəyə təyin olunduğu tarixin məlum olduğunu və bu gün onun tələbinin konkret olaraq iddia müddətinin buraxılması ilə bağlı olduğunu, iddia müddətinin buraxılması barədə birinci instansiya məhkəməsinə verdikləri ərizəyə hüquqi qiymət verilmədiyini, qətnamədə ona hüquqi münasibət göstərilmədiyini, prokurorluqda araşdırma gedən bir dövrdə Əmək Məcəlləsinin 70-ci maddəs inin ç bəndi ilə işdən azad olunmasının artıq iddiaçıya məlum olduğunu, iddiaçının işin halları ilə tanış olduğuna görə may ayın 29-da əmək kitabçasını aldığını və fakt müəyyən olunduğunu, Cavabdeh2 61 nömrəli əmrinə istinadən vəzifədən çıxarılmasından artıq müəllimənin xəbərdar olduğunu, bu haldan xəbərdar olmasına baxmayaraq niyə iddiaçının mediasiya təşkilatına müraciət etmədiyini, əmək kitabçasının doldurulması və verilməsi qaydalarına əsasən işçinin razılığı əsasında əmək kitabçasının ona göndərildiyini və müəllimə tərəfindən bu barədə razılıq olmadığını, onun həmin vəzifəyə yeni təyin olunduğu və onların əsas mübahisələndirdikləri hissənin iddia müddətinin ötürülməsi olduğunu, xitam əmrinin iddiaçıya göndərilməmə səbəbinin ona məlum olmadığını, onun 2024-cü ilin sentyabr ayından bu v əzifəyə təyin olunduğunu, onun sadəcə iddia müddətini ötürməsi ilə bağlı məsələni mübahisləndirdiyini, verilmiş əlverişsiz əmrin ləğv edilmə səlahiyyətinin olduğunu, lakin həmin əmri ləğv etmə ilə rəhbərlik razı olsaydı bugünkü gündə onun burada olmayacağını, müvafiq Əsasnamədə rəhbər vəzifələrin işdən çıxarılması və azad edilməsi səlahiyyətinin nazirə aid olduğunun qeyd edildiyini, ancaq müvafiq 2-ci əmrin hansı əsaslarla verilməsi məsələsinə diqqət yetirməli olduğunu, iddiaçının müvafiq əmrlə direktor vəzifəsinə xitam verildiyini, müəllim kimi saxlanıldığını, onun əmək kitabçasının da həmin müəssisədə saxlanıldığını, 1996-cı il tarixli Əmək kitabçasının verilməsi haqqında Nazirlər Kabinetinin Qərarında çıxarılmış işçinin müraciəti əsasında əmək kitabçasının ona verildiyinin, yəni onun ra zılığı olmadan əmək kitabçası ona verilə bilməyəcəyinin deyildiyini, cinayət təqibi haqqında qərardan şikayət etmədiklərini, Təhsil Şöbəsinin cavabdeh qismində məhkəməyə cəlb olunduğunu, cavabdeh qismində çıxış edirsə bu artıq sübutların təqdim edilməsi prosesində həmçinin onun da iştirak hüququnun formalaşdığını, əmrin surətinin iddiaçıya verilməməsi səbəbinin Təhsil Şöbəsi tərəfindən aydınlaşdırıla biləcəyini, onun 16 sentyabr 2024-cü il tarixdə müvafiq vəzifəyə qəbul olunduğunu, sözügedən proseslərin artıq ona qədər başa çatdığını, onun material üzrə çıxış etdiyini, iddiaçının işdən çıxarılan dövrdə Ali Məclisinin sədrinin 2024-cü il tarixli fərmanına əsasən qəbul edilmiş Əsasnaməyə uyğun olaraq çıxarıldığını, yəni Əsasnamənin 5.5.9-cu bəndinə əsasən işə qəbul və işdən xaric edilmə pros esini həyata keçirən şəxsin Təhsil naziri olduğunu, əmrin mətnindən də aydın olduğu kimi onun sərəncam hissəsində həmin direktor vəzifəsinin kiməsə həvalə olunması prosesinin olmadığı, həvalə olunma prosesini Təhsil Şöbəsi həyata keçirdiyinə görə ona istinadən verildiyini, işçinin əmək müqaviləsinə xitam verildiyi halda əmək kitabçasının, əmrin surətinin və həmçinin son haqq-hesab sənədlərinin ona təqdim edilməli olduğunu, iddiaçı barəsində olan Təhsil şöbəsinin əmrinin mətnində, yəni sərəncam hissəsində də əsas Təhsil Nazirliyinin əmri olduğunun qeyd olunduğunu, müvafiq əmrin iddiaçıya göndərilməməsi zamanı yəqin iddiaçının işdən çıxarılması barədə nazirliyin əmrinin surətinin icra olunması üçün Təhsil Şöbəsinə göndərilməsinin düşünüldüyündən, Təhsil Şöbəsinin buna istinadən əmr verdiyi ni, cavabdeh tərəf olaraq təbii ki, onların də əmək qanunvericiliyin normalarını tətbiq qaydalarını bildiklərini, mübahisə üzrə iki aktın mövcudluğunun müəyyən olunduğunu, yəni onların bunlara toxunmadıqlarını, onların sadəcə iddia müddətini mübahisələndirdiklərini bildirərək apellyasiya şikayətinin təmin olunması, Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)-1085/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında, ona Təhsil Nazirliyinin əmrinin təqdim olunmadığını, ona Təhsil şöbəsinin müdiri Nümayəndə3 müəllimin öz yazdığı əmri təqdim etdiyini və “səni mən işdən azad edirəm” deyə bildirdiyi, özünün də o əmrlə ilk dəfə müraciət etdiyini, əm ək kitabçasının ona, direktorların əmək kitabçasının Təhsil Nazirliyində saxlanıldığına görə verilməli olduğunu, onu vəzifədən azad edəndə həm əmri, həm də əmək kitabçasını verməli olduqlarını, belə ki, özünün müvafiq sənədləri şəxsi işi ilə birlikdə məktəbə təqdim etməli olduğunu, çünki özünün artıq sıravi müəllim olduğunu, sənədlərinin məktəbdə saxlanılmalı olduğunu, daha sonra özünün gedib əmrini qarşı tərəfdən tələb etdiyini, özünün Təhsil Nazirliyinin əmrindən xəbəri olmadığını, mediasiyaya müraciət edərək dərhal Təhsil şöbəsinin əmrini mübahisələndirdiyini bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)- 1085/2024 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. İş üzrə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətini qəbul etməyərək, kollegiya tərəfindən işin mübahisəli hallarının demək olar ki, hər biri barədə suallar verildiyini və müvafiq halların, işin mahiyyətinin cavabdehin nümayəndəsinə verilən suallar əsasında tam aydınlaşdırıldığını, qarşı tərəfin bir çox maddələrə istinad etdiyini, (məsələn Mülki Məcəlləsinin 375.2, Əmək Məcəlləsinin 296, Mülki-Prosessual Məcəlləsinin 88-ci maddələrinə), ilk növbədə Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsində müvafiq hissəyə münasibətdə prokurorluğun qərarına istinad olunduğunu, ancaq prokurorluğun qərarının hazırki əmrlə heç bir əlaqəsinin olmadığını, əmr əsaslandırılarkən həmin faktlara istinad olunmadığını, məsələn Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinadən hər hansı bir sübutun məhkəmə tərəfindən nəzərə alınmaması, bununla da məhkəmə tərəf indən prosessual pozuntuya yol verilməsi, sübutları düzgün tədqiq etməməsi, obyektiv yanaşmaması və s kimi halların baş vermədiyini, ona görə də müvafiq hallara əsasən məhkəmənin qətnaməsinin ləğv edilməsini tələb etməyin əsassız olduğunu, Mülki Məcəlləsinin 375.2-ci maddəsinə dair hissədə isə mübahisə üzrə olan müddətin iddia müddəti olduğunu, kəsici müddət olmadığını, əgər kəsici müddət olsa idi hakimin özünün onu tərəfin hər hansı bir ərizəsindən asılı olmayaraq tətbiq edəcəyini, ilk növbədə iddia müddətinin ötürülməsi ilə razı olmadıqlarını, hazırki mülki mübahisədə tərəfin Təhsil Nazirliyi olduğu, yəni şəxsin işdən çıxarılma əmrinin Təhsil Nazirliyi tərəfindən verildiyi, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi Təhsil Nazirliyinin əməkdaşlarınümayəndəsi tərəfində n müddətin tətbiqi ilə bağlı qətnamə çıxarılana qədər heç bir ərizənin verilmədiyi, məhz buna görə də Təhsil Şöbəsinin verdiyi ərizəni məhkəmənin nəzərə almadığını, bundan əlavə iddiaçıya əmək kitabçasının verilmədiyini, əmrin verilmədiyini, iddiaçının işdə saxlanıldığını, iddiaçının hansı əmrlə işdən çıxarıldığını bilmədiyini, işin hallarından da göründüyü kimi işin içində iki əmrin olduğunu, şəxsən özünün hüquqşünas kimi, bir vəkil kimi Təhsil Şöbəsinin əmrinə baxanda iddiaçının o əmrlə direktor vəzifəsindən çıxarılıb, ancaq sonra işin hallarını aydınlaşdırdıqda iddiaçının Təhsil Nazirliyinin əmri ilə işdən çıxarıldığını, bu gün mübahisəni bu vəziyyətə gətirib çatdıranın Təhsil Şöbəsi olduğunu, onların sənədləşmədə tərəfdə çaşqınlıq, qeyri-müəyyənlik yaradacaq bir vəziyyət yaratdıqlarını, qanunvericinin imperativ normasına - Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən iddiaçıya müvafiq əmrin vaxtında təqdim edilməli olduğunu, ancaq məhkəmə tərəfindən də qarşı tərəfdən müvafiq halın soruşulduğunu, lakin nümayəndənin əmrin surətinin iddiaçıya nə səbəbə vaxtında verilmədiyi sualına cavab verə bilmədiyini, iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyini, belə ki, iddiaçıya Təhsil Şöbəsinin əmri verildikdən sonra hətta mediasiyaya müraciət edib, sonra may ayında əmək kitabçasını alanda iddiaçıya əslində işdən çıxarılma əmrinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əmri olduğunu, ona görə də iddiaçının müvafiq halla bağlı mediasiyaya müraciət etdiyini və ona əsasən də prosesin həyata keçirildiyini, hər hansı bir müddətin də ötürülmədiyini, iddiaçının hansı əmrlə i şdən çıxarıldığını bilmədiyini, iddiaçının müddət ötürülməsindən söhbət gedə bilməyəcəyini, çünki qarşı tərəfin qanunvericiliklə imperativ qaydada müəyyən olunmuş etməli olduğu vəzifəsini etmədiyini, şikayətdə qeyd olunmasa da özlərinin müvafiq hala aydınlıq gətirmək istədiklərini, məktəbdə yoxlamanın sentyabr ayının 11-də deyil, 12-də keçirildiyini, amma buna baxmayaraq bütün sənədlərin sentyabr ayının 11-i tarixinə tərtib edildiyini, iddiaçı tərəfin ən azı 5-6 ərizə verdiyini, hamısında da bənd-bənd olaraq 12-də keçirilən yoxlama ilə bağlı 11-i təqdimat verilməsini, akt tərtib olunmasını qeyd etdiklərini, iki akt olduğunu, birinin yazılı akt, digərin isə elektron qaydada tərtib edilmiş akt olduğunu, elektron qaydada tərtib edilmiş aktda yazılı aktdan əlavə bəndlər nəzərdə tutulduğunu, mü vafiq sənədlərin məhkəməyə təqdim etmək üçün sonradan tərtib edildiyini hesab etdiklərini, peçat, möhür hər birinin onlarda olduğunu, qarşı tərəfin ən azı 4-5 dəfə baxış iclasını təxirə saldırıb, sənəd təqdim edəcəyik dediklərini, o sənədlərin niyə hazırlıq iclasında təqdim edilməməsinin məlum olmadığını, onlarda da buna görə sözügedən şübhənin yarandığını, bu gün qarşı tərəf iddiaçının jurnallarda qeyd olunan texniki səhvlərə görə direktorluq vəzifəsinin səlahiyyətlərini düzgün yerinə yetirməməsini bildirsə də əfsuslar olsun ki, prosessual – maddi hüquq normalarının elə məhz cavabdeh tərəfindən pozulduğunu, qarşı tərəfin məhkəməyə təqdim etdikləri sənədlərin heç birinin düzgün tərtib edilmədiyi, iddiaçının hüquqlarının kobud şəkildə pozulduğunu, birinci instansiya məhkəməsinin qətnaməsini n işin bütün hallarına verilmiş qiyməti özündə əks etdirdiyini, qarşı tərəfin iddia etdiyi bütün hallara hətta onlardan da artıq münasibət bildirdiyini, məhkəmənin qarşı tərəfin hansı prosessual və ya maddi hüquq normalarını pozduğunu, iddiaçının hüquqlarını pozmaqla ona mənəvi, maddi ziyan vurduğunu kifayət qədər əsalandırdığını, həmçinin, əgər iddia müddəti keçmiş olsa belə, özlərinin keçdiyi ilə razılaşmadıqlarını, cavabdeh tərəfindən ərizənin verilmədiyini, hansı əsasla başqa müəllimlər tərəfindən edilən səhvin iddiaçının işdən çıxarılması üçün əsas hesab etmələrinin anlaşılan olmadığını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün heç bir əsas olmadığını, hazırki apellyasiya şikayətinin tamamilə əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsin i, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: İddiaçı məxsus əmək kitabçasından İddiaçı: - 10 yanvar 2020-ci il tarixli, 01 nömrəli əmrlə həmin tarixdən Şərur Rayon Muğancıq Mehrab kənd tam orta məktəbinin ali təhsilli riyaziyyat müəllimi, 20 illik pedaqoji təcrübəyə malik eyni zamanda təlim-tərbiyə işləri üzrə direktor müavininin 10 yanvar 2020-ci il tarixdən həmin vəzifədən azad edilməsi və Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin edilməsi., -15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə 15 mart 2024-cü il tarixdən tutduğu vəzifədən azad ed ilməsi və ixtisası üzrə məktəbdə müəllim saxlanılması aydın olur. ünvan 2 tam orta məktəbinin 12 mart 2024-cü il tarixli aktının surətindən, MuğancıqMehrab kənd tam orta məktəbində monitorinq zamanı İ sinifdə təhsil alan Qafarov Xəyyam adında şagirdin birinci yarımildən sonra jurnalda adının olmadığı, tədris ilinin sonunda sinifdən-sinfə keçirildiyi, Mədətov Ayazın mart ayında adının qeyd olunduğu, sonrakı aylarda adının qeyd olunmadığı, tədris ilinin sonunda sinifdən-sinfə keçirildiyi, V sinifdə Tağızadə Xədicə adlı şagirdin 22 fevral 2022-ci il tarixdən məktəbə daxil olduğu lakin fiziki tərbiyə fənnindən 24 fevral 2022-ci il tarixdən kiçik summativ qiymətləndirmə və fiziki tərbiyəyə aid fiziki göstəricilərin yazılmadığı, buraxılan və əvəzedilən dərslərin uçotu kitabında 25 yanvar 2022-ci il tarixdə dərs buraxan müəllim Münəvvər Əliyevaya Vİİ-İX-X siniflərdə 3 (üç) saat əvəzçilik verilsə də Vİİ sinif jurnalında 2 (iki) saatın yazıldığı, 26 yanvar 2020-ci il tarixdə isə jurnalda 4 saat yazılsa da, əvəzçilik jurnalında 3 (üç) saatın yazıldığı, 2022-2023-cü tədris ilinə dair buraxılan və əvəz edilən dərslərin uçotu kitabında müəllimlərin qeydiyyatı aparılsa da, həmin müəllimlər ilə bağlı əmrin verilmədiyi və dərsləri əvəz edən müəllimin deyil, dərs buraxan müəllimlərin apardığı, İ sinif jurnalında 04 noyabr 2022-ci ilə qədər həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yerinin dəyişik yazıldığı, bu halın İİİ sinif jurnalında da təkrarlandığı, İV sinifdə fiziki tərbiyə fənnindən Aytən Bağırova BSQ-də 5 şagirddən 4-nün qiymətlərinin ağardıld ığı, İX sinifdə və Xİ sinifdə X4 fənnindən jurnalda bir tarixi qeyd etmədiyi, ibtidai sinif müəllimi Günay Məmmədova xx.xx.2022xx.xx.2023-cü il tarixədək (ödəm) məzuniyyətdə olsa da, dərsləri başqa müəllimlərdə olmağına baxmayaraq məzuniyyətdə olduğu tarixlərdə jurnalları Günay Məmmədovanın yazdığı, İV sinifdə təsviri incəsənət fənnini Günay Məmmədova tədris etsə də, xx.xx.2023-cü il tarixdən tədris ilinin sonunadək jurnallardakı xətlə Günay Məmmədovanın xəttinin üst üstə düşmədiyi, 2023-2024-cü tədris ilinə dair Əmr kitabında Səkinə Cəfərovaya bu tədris ilində dərs nəzərdə tutulmasa da tarif cədvəlində müəllimin adına 10 (on) saat Azərbaycan dili və ədəbiyyatı dərsinin verildiyi, İİİ sinifdə xx.xx.2022-ci il tarixdə keçirilən KSQ-də bal yazılmadan qiymət yazıldığı, həmin sinifdə fevral ay ının qaiblərın çıxarılmadığı və bu halın İX sinifdə də olduğu, Vİİ sinifdə xx.xx.2023-cü il tarixdə 11 şagirddən 8-nə qaib yazılsa da dərsin keçirildiyi, Xİ sinifdə xx.xx.2024-cü il tarixdə biologiya fənnindən tarixin yazılmadığı, xx.xx.2024-cü il tarixdə Azərbaycan dili, xx.xx.2024-cü il tarixdə isə ədəbiyyat fənnindən keçirilən KSQ-nin qiymətləndirilmədiyi, X sinifdə informatika fənnindən xx.xx.2024-cü il, Fransız dili fənnindən isə xx.xx.2023-cü il tarixlərinin yazılmadığı, Xİ sinifdə Riyaziyyat fənnində dərslər Tamaşa Həsənovanın adına olsa da, sinif jurnalını xx.xx.2023-cü il tarixdən direktor İddiaçı yazdığı və həmin dərsi tədris etdiyi, Vİİİ sinifdə şagird Fatimə Abdullayeva xx.xx.2024-cü il tarixdə azad olunsa da fiziki tərbiyə fənnindən xx.xx.2024-cü il tarixə KSQ-nin aparıldığı, dərnək sənədləri ilə bağlı isə 2021-2022 tədris ilinə və 2022-2023-cü tədris ilinə aid dərnək jurnalı yerində olsa da sənədləşmə ilə bağlı heç nə olmadığı, 2023-2024-cü tədris ilinə dair bütün sənədləşmə və jurnalın qaydasında olduğu, aktın Şərur RTŞ-nin baş məsləhətçisi Araz Əzimli, Şərur RTŞ-nin aparıcı məsləhətçisi İsmayıl Hüseynov, Şərur RTŞnin aparıcı məsləhətçisi Nümayəndə4, Şərur RTŞ-nin aparıcı məsləhətçisi Etibar Quliyev, Şərur RTŞ-nin metodkabinet müdiri Pərvin Həsənov, Şərur RTŞ-nin metodisti Vüsalə Seyidova, Şərur RTŞ-nin metodisti Səkinə Fətullayeva, Şərur RTŞ-nin metodisti Elmira Cəfərova, Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru İddiaçı, Muğancıq-Mehrab kənd tam orta məktəbinin dərs müdiri Aytən Bağırova və Muğancıq-Mehrab kənd tam orta məktəbinin təşkilatçısı Tahi rə Əliyeva tərəfindən imzalandığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrindən görünür ki, Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 15 mart 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və ixtisası üzrə məktəbdə müəllim saxlanılması və Cavabdeh2 müdiri Nümayəndə3 bu əmrdən irəli gələn vəzifələrin icrasının təmin edilməsinin əmr edildiyi, əsas olaraq isə Cavabdeh2 11 mart 2024cü il tarixli, 23 nömrəli taqdimatı və Şərur Rayon Təhsil X16 Komitəsinin 11 mart 2024-cü il tarixli, 01 nömrəli protokolunun göstərildiyi müəyyən o lunur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 10 iyun 2024-cü il tarixli, 2/819 nömrəli məktubundan, İddiaçı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə ünvanladığı 03 iyun 2024-cü il tarixli müraciəti ilə əlaqədar ünvan 2 tam orta məktəbinin direktoru vəzifəsindən azad edilməyi barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2024-cü il 15 mart tarixli 57 nömrəli əmrinin İddiaçı 10 iyun 2024-cü il tarixdə göndərildiyi müəyyən olunur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 18 mart 2024-cü il tarixli, 61 nömrəli əmrindən, Muğancıq -Mehrab kənd tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə ə sasən 15 mart 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və ixtisası üzrə məktəbdə müəllim saxlanılması, ünvan 2 tam orta məktəbinə müvəqqəti nəzarətin təlim-tərbiyə işləri üzrə direktor müavini X2 həvalə edilməsi, Cavabdeh2 kadr üzrə məsləhətçi Türkanə Həsənovanın bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etməsinin əmr edilməsi, əsas olaraq isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrinin göstərildiyi müəyyən olunur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 müdiri Nümayəndə3 tərəfindən Şərur Rayon Təhsil X8 Komitəsinin sədri İsmayıl Hüseynova ünvanlanmış 11 mart 2024-cü il tarixli təqdimatın təsdiq edilmiş surətindən, 12 mart 2024-cü il tarixində ünvan 2 tam orta məktəbində Cavabdeh 2 monitorinq qrupu tərəfindən yoxlama aparıldığı, yoxlama zamanı məktəbin 3 (üç) illik (2021-2022, 2022-2023, 2023-2024-cü tədris illəri) fəaliyyəti və tədris pedaqoji sənədlərinin işlənilməsi vəziyyətinin yoxlanıldığı, yoxlama zamanı aşkar edilmişdir ki, İ sinifdə təhsil alan Xəyyam Qafarovun adı birinci yarımildən sonra sinif jurnalında yazılmadığı halda qeyd olunmadığı halda tədris ilinin sonunda sinifdən-sinfə keçirilməsinin, V sinifdə Tağızadə Xədicə adlı şagirdin 22 fevral 2022-ci il tarixdən məktəbə daxil olmasının lakin fiziki tərbiyə fənnindən 24 fevral 2022-ci il tarixdən kiçik summativ qiymətləndirmə və fiziki tərbiyəyə aid fiziki göstəricilərin yazılmamasının, buraxılan və əvəzedilən dərslərin uçotu kitabında 25 yanvar 2022-ci il tarixdə dərs buraxan müəllim Münəvvər Əliyeva Vİ İ-İX-X siniflərdə 3 (üç) saat əvəzçilik verilsə də Vİİ sinif jurnalında 2 (iki) saatın yazıldığı, 26 yanvar 2020-ci il tarixdə isə jurnalda 4 saat yazılsa da, əvəzçilik jurnalında 3 (üç) saatın yazıldığı, 2022-2023-cü tədris ilinə dair buraxılan və əvəz edilən dərslərin uçotu kitabında müəllimlərin qeydiyyatı aparılsa da, həmin müəllimlər ilə bağlı əmrin verilmədiyi və dərsləri əvəz edən müəllimin deyil, dərs buraxan müəllimlərin apardığı, İ sinif jurnalında 04 noyabr 2022-ci ilə qədər həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yerinin dəyişik yazıldığı, bu halın İİİ sinif jurnalında da təkrarlandığı, İV sinifdə fiziki tərbiyə fənnindən Aytən Bağırova BSQ-də 5 şagirddən 4-nün qiymətlərinin ağardıldığı, İX sinifdə və Xİ sinifdə X4 fənnindən jurnalda bir tarixi qeyd etmədiyi, ibtidai sinif müəllimi Günay Məmmədova xx.xx.2022-xx.xx.2023-cü il tarixədək (ödəm) məzuniyyətdə olsa da, dərsləri başqa müəllimlərdə olmağına baxmayaraq məzuniyyətdə olduğu tarixlərdə jurnalları Günay Məmmədovanın yazdığı, İV sinifdə təsviri incəsənət fənnini Günay Məmmədova tədris etsə də, xx.xx.2023-cü il tarixdən tədris ilinin sonunadək jurnallardakı xətlə Günay Məmmədovanın xəttinin üst üstə düşmədiyi, 2023-2024-cü tədris ilinə dair Əmr kitabında Səkinə Cəfərovaya bu tədris ilində dərs nəzərdə tutulmasa da tarif cədvəlində müəllimin adına 10 (on) saat Azərbaycan dili və ədəbiyyatı dərsinin verildiyi, İİİ sinifdə xx.xx.2022-ci il tarixdə keçirilən KSQ-də bal yazılmadan qiymət yazıldığı, həmin sinifdə fevral ayının qaiblərin çıxarılmadığı və bu halın İX sinifdə də olduğu, Vİİ sinifdə xx.xx.2023-cü il tarixdə 11 şagirddən 8-nə qaib yazılsa da dərsin keçirildiyi, Xİ sinifdə xx.xx.2024-cü il tarixdə biologiya fənnindən tarixin yazılmadığı, xx.xx.2024-cü il tarixdə Azərbaycan dili, xx.xx.2024cü il tarixdə isə ədəbiyyat fənnindən keçirilən KSQ-nin qiymətləndirilmədiyi, X sinifdə informatika fənnindən xx.xx.2024-cü il, Fransız dili fənnindən isə xx.xx.2023-cü il tarixlərinin yazılmadığı, Xİ sinifdə Riyaziyyat fənnində dərslər Tamaşa Həsənovanın adına olsa da, sinif jurnalını xx.xx.2023-cü il tarixdən direktor İddiaçı yazdığı və həmin dərsi tədris etdiyi, Vİİİ sinifdə şagird Fatimə Abdullayeva xx.xx.2024-cü il tarixdə azad olunsa da fiziki tərbiyə fənnindən xx.xx.2024-cü il tarixə KSQ-nin aparıldığı, dərnək sənədləri ilə bağlı isə 2021-2022 tədris ilinə və 2022-2023-cü tədris ilinə aid dərnək jurnalı yerində olsa da sənədləşmə ilə bağlı heç nə olmadığı, 2023-2024-cü tədris ilində Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Bayramovanın adına yazılan 1 (bir) saat və coğrafiya müəllimi Nişanə Məmmədovanın adına yazılan 2 (iki) saat fakültativ məşğələ saatı direktor İddiaçı tərəfindən gizlədilərək adları qeyd olunan müəllimlərdən hər ay nağd şəklində pulunu aldığı, yoxlama zamanı adları qeyd olunan hər iki müəllimin adlarına yazılan dərs məşğələlərinin tədris edilməyini və tədris edilməyən məşğələ saatlarının məbləğini bankomatdan çəkərək nağd şəkildə İddiaçı verdiklərini öz izahatlarında bildirdikləri, yuxarıda qeyd olunanların nəzərə alınmasını və ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı özünün əmək funksiyası və əmək müqaviləsi üzrə öhd əliklərini yerinə yetirmədiyindən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğundan, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsini (rəy verilməsini) xahiş etdiyi müəyyən olunur. Şərur Rayon Təhsil X8 Komitəsinin 11 mart 2024-cü il tarixli, 01 nömrəli iclasının protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsinə xitam verilməsi məsələsi ilə bağlı iclas keçirilmiş və Cavabdeh2 müdiri Nümayəndə3 bildirmişdir ki, Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru İddiaçı haqqında məktəb müəllimləri tərəfindən dəfələrlə dərs bölgüsünə dair, dərnəklərin verilməsinə dair pozuntula rla əlaqədar şikayətlər daxil olmuş, edilən xəbərdarlıqlara baxmayaraq məktəb direktoru özünün əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğu məktəb müəllimlərinin izahatlarından və bağlanmış aktlarla sübut edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin üzvü Nümayəndə4 çıxış edərək qeyd etmişdir ki, məktəb direktoru haqqında məktəb müəllimlərinin mütəmadi şikayəti olmuş, son yoxlama zamanı isə müəllimlər öz izahatları ilə müəyyən məbləğdə pul vəsaitinin məktəb direktoru İddiaçı verdiklərini bildirmişlər. Məktəb rəhbəri və müəllim adına layiq olmayan davranışlar qəbuledilməzdir, məktəb direktoru haqqında ciddi tədbirlərin görülməsi vacibdir. Həmkarlar İttifaqı Komitəsinin üzvləri: Əzimli Ar az, Quliyev Etibar bu məsələlərlə əlaqədar hər biri ayrıayrılıqda bildirmişlər ki, adı qeyd olunan məktəbdə ciddi nöqsanlara yol verilmişdir. Cavabdeh2 11 mart 2024-cü il tarixli, 02/20 nömrəli təqdimatının nəzərə alınmış, Həmkarlar ittifaqı təşkilatının müraciəti müzakirə edilmiş, ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı, məktəb rəhbəri kimi əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi müəyyən edildiyindən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğundan, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi məqsədə uyğun hesab edilmişdir. Şərur Rayon Təhsil X8 Komitəsinin 11 mart 2024-cü il tarixli iclasının 01 nömrəli qərarının təsdiq edilmiş surə tindən, Cavabdeh2 11 mart 2024-cü il tarixli 02/20 nömrəli təqdimatının nəzərə alındığı və Şərur RTŞ-nin Həmkarlar İttifaqı Komitəsi X19 təqdimatı əsasında Muğancıq-Mehrab kənd tam orta məktəbi üzrə ilk Həmkarlar İttifaqı təşkilatının müraciətinin müzakirə edildiyi, ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı, məktəb rəhbəri kimi əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi müəyyən edildiyindən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğundan, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilməsinin məqsədəuyğun hesab edilməsi müəyyən olunur. Şərur Rayon M.Mehrab kənd tam orta məktəbinin 11 mart 2024-cü il tarixli aktının təsdiq edilmiş surətindən görün ür ki, 12 mart 2024-cü il tarixində ünvan 2 tam orta məktəbində Cavabdeh2 monitorinq qrupu tərəfindən yoxlama aparılmışdır. Yoxlama zamanı məktəbin 3 (üç) illik (2021- 2022, 2022-2023, 2023-2024-cü tədris illəri) fəaliyyəti və tədris pedaqoji sənədlərinin işlənilməsi vəziyyəti yoxlanılmışdır. Yoxlama zamanı aşkar edilmişdir ki, İ sinifdə təhsil alan Xəyyam Qafarovun adı birinci yarımildən sonra sinif jurnalında yazılmadığı halda qeyd olunmadığı halda tədris ilinin sonunda sinifdən-sinfə keçirilmişdir. V sinifdə Tağızadə Xədicə adlı şagird 22 fevral 2022-ci il tarixdən məktəbə daxil olmuş lakin fiziki tərbiyə fənnindən 24 fevral 2022-ci il tarixdən kiçik summativ qiymətləndirmə və fiziki tərbiyə aid fiziki göstəricilər yazılmayıb. Buraxılan və əvəzedilən dərslərin uçotu kitabında 25 yanvar 2022-ci il tarixdə dərs buraxan müəllim Münəvvər Əliyeva Vİİ-İX-X siniflərdə 3 (üç) saat əvəzçilik verilsə Vİİ sinif jurnalında 2 (iki) saat yazılmışdır. 26 yanvar 2020-ci il tarixdə isə jurnalda 4 saat yazılsa da, əvəzçilik jurnalında 3 (üç) saat yazılmışdır. 2022-2023-cü tədris ilinə dair buraxılan və əvəz edilən dərslərin uçotu kitabında müəllimlərin qeydiyyatı aparılsa da, həmin müəllimlər ilə bağlı əmr verilməmişdir. İ sinif jurnalında 04 noyabr 2022-ci ilə qədər həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yeri dəyişik yazılıb. Bu hal İİİ, İV sinif jurnalında da təkrarlanmışdır. İV sinifdə fiziki tərbiyə fənnindən BSQ-də 5 şagirddən 4-nün qiymətləri ağardılmışdır. İX və Xİ sinifdə X13 fənnindən jurnalda bir dərsin tarixini qeyd etməyib. İbtidai sini f müəllimi Günay Məmmədova xx.xx.2022-xx.xx.2023-cü il tarixədək məzuniyyətdə olsa da, dərsləri başqa müəllimlərdə olmağına baxmayaraq məzuniyyətdə olduğu tarixlərdə jurnalları Günay Məmmədova yazmışdır. İV sinifdə təsviri incəsənət fənnini Günay Məmmədova tədris etsə də, xx.xx.2023-cü il tarixdən tədris ilinin sonunadək jurnallardakı xətlə Günay Məmmədovanın xətti üst üstə düşmür. 2023-2024-cü tədris ilinə dair Əmr kitabında Səkinə Cəfərovaya bu tədris ilində dərs nəzərdə tutulmasa da tarif cədvəlində müəllimin adına 10 (on) saat Azərbaycan dili və ədəbiyyatı dərsi verilmişdir. İİİ sinifdə xx.xx.2022-ci il tarixdə keçirilən KSQ-də bal yazılmadan şagirdə qiymət çıxarılmışdır. Həmin sinifdə fevral ayına buraxılan dərslərin miqdarı çıxarılmamışdır. Vİİ sinifdə xx.xx.2023-cü il tarixdə 11 ş agirddən 8-i dərsə gəlmədiyindən “q” yazılmışdır və yeni dərs keçirilmişdir. Xİ sinifdə xx.xx.2024-cü il tarixdə biologiya fənnindən tarix yazılmamış, xx.xx.2024-cü il tarixdə Azərbaycan dili, xx.xx.2024-cü il tarixdə isə ədəbiyyat fənnindən keçirilən KSQ qiymətləndirilməmişdir. X sinifdə informatika fənnindən xx.xx.2024-cü il, Fransız dili fənnindən isə xx.xx.2023-cü il tarixləri yazılmamışdır. Xİ sinifdə Riyaziyyat fənnində dərslər Tamaşa Həsənovanın adına olsa da, sinif jurnalını xx.xx.2023-cü il tarixdən direktor İddiaçı yazmış və həmin dərsi tədris etmişdir. Vİİİ sinifdə şagird Fatimə Abdullayeva xx.xx.2024-cü il tarixdə azad olunsa da fiziki tərbiyə fənnindən xx.xx.2024-cü il tarixə KSQ aparılmışdır. 2021- 2022, 2022-2023-cü tədris ilinə aid dərnək jurnalı qaydasında olsa da sənədləş mə ilə bağlı heç nə yoxdur. 2023-2024-cü tədris ilinə dair bütün sənədləşmə və dərnək işləri qaydasındadır. 2023-2024-cü tədris ilində Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Bayramovanın adına yazılan 1 (bir) saat və Coğrafiya müəllimi Nişanə Məmmədovanın adına yazılan 2 (iki) saat fakültativ məşğələ saatı direktor İddiaçı tərəfindən gizlədilərək adları qeyd olunan müəllimlərdən hər ay nağd şəklində pulunu almışdır. Yoxlama zamanı adları qeyd olunan hər iki müəllimin adlarına yazılan dərs məşğələlərinin tədris edilməyini və tədris edilməyən məşğələ saatlarının məbləğini bankomatdan çəkərək nağd şəkildə İddiaçı verdiklərini öz izahatlarında bildirmişdilər. ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı özünün əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, mək təbin idarə olunmasında demokratiklik, şəffaflıq və aşkarlıq prinsiplərini pozması, ümumtəhsilin dövlət standartlarına əməl etməməsi ilə bağlı nöqsanlara yol verdiyi müəyyən edilmiş, həmin akt Şərur RTŞ-nin baş məsləhətçisi - Araz Əzimli, Şərur RTŞ-nin aparıcı məsləhətçisi - Etibar Quliyev, Şərur RTŞ-nin aparıcı məsləhətçisi - İsmayıl Hüseynov, Şərur RTŞ-nin aparıcı məsləhətçisi - Nümayəndə4, Şərur RTŞ-nin metodkabinet müdiri - Pərvin Həsənov, Şərur RTŞ-nin metodisti - Vüsalə Seyidova və Şərur RTŞ-nin metodisti - Səkinə Fətullayeva tərəfindən imzalanmışdır. Cavabdeh2 6 mart 2024-cü il tarixli, 17 nömrəli əmri ilə yaradılmış komissiyanın 11 mart 2024-cü il tarixdə M.Mehrab kənd tam orta məktəbində apardığı monitorinqlə bağlı arayışın təsdiq edilmiş surətindən görünür ki, 12 mart 2024-cü il tarixində ünvan 2 tam orta məktəbində Cavabdeh2 monitorinq qrupu tərəfindən yoxlama aparılmışdır. Yoxlama zamanı məktəbin 3 (üç) illik (2021-2022, 2022-2023, 2023-2024-cü tədris illəri) fəaliyyəti və tədris pedaqoji sənədlərinin işlənilməsi vəziyyəti yoxlanılmışdır. Yoxlama zamanı aşkar edilmişdir ki, 1 sinifdə təhsil alan Xəyyam Qafarovun adı birinci yarımildən sonra sinif jurnalında yazılmadığı halda qeyd olunmadığı halda tədris ilinin sonunda sinifdən-sinfə keçirilmişdir. V sinifdə Tağızadə Xədicə adlı şagird 22 fevral 2022-ci il tarixdən məktəbə daxil olmuş lakin fiziki tərbiyə fənnindən 24 fevral 2022-ci il tarixdən kiçik summativ qiymətləndirmə və fiziki tərbiyə aid fiziki göstəricilər yazılmayıb. Buraxılan və əvəzedilən dərslərin uçotu kitabında 25 yanvar 2022-ci il tarixdə dərs bur axan müəllim Münəvvər Əliyeva Vİİ-İX-X siniflərdə 3 (üç) saat əvəzçilik verilsə Vİİ sinif jurnalında 2 (iki) saat yazılmışdır. 26 yanvar 2020-ci il tarixdə isə jurnalda 4 saat yazılsa da, əvəzçilik jurnalında 3 (üç) saat yazılmışdır. 2022-2023-cü tədris ilinə dair buraxılan və əvəz edilən dərslərin uçotu kitabında müəllimlərin qeydiyyatı aparılsa da, həmin müəllimlər ilə bağlı əmr verilməmişdir. İ sinif jurnalında 04 noyabr 2022-ci ilə qədər həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yeri dəyişik yazılıb. Bu hal İİİ, İV sinif jurnalında da təkrarlanmışdır. İV sinifdə fiziki tərbiyə fənnindən BSQ-də 5 şagirddən 4-nün qiymətləri ağardılmışdır. İX və Xİ sinifdə X13 fənnindən jurnalda bir dərsin tarixini qeyd etməyib. İbtidai sinif müəllimi Günay Məmmədova xx.xx.2022-xx.xx.2023- cü il tarixədək məzuniyyətdə olsa da, dərsləri başqa müəllimlərdə olmağına baxmayaraq məzuniyyətdə olduğu tarixlərdə jurnalları Günay Məmmədova yazmışdır. İV sinifdə təsviri incəsənət fənnini Günay Məmmədova tədris etsə də, xx.xx.2023-cü il tarixdən tədris ilinin sonunadək jurnalİardakı xətlə Günay Məmmədovanın xətti üst üstə düşmür. 2023- 2024-cü tədris ilinə dair Əmr kitabında Səkinə Cəfərovaya bu tədris ilində dərs nəzərdə tutulmasa da tarif cədvəlində müəllimin adına 10 (on) saat Azərbaycan dili və ədəbiyyatı dərsi verilmişdir. İİİ sinifdə xx.xx.2022-ci il tarixdə keçirilən KSQ-də bal yazılmadan şagirdə qiymət çıxarılmışdır. Həmin sinifdə fevral ayına buraxılan dərslərin miqdarı çıxarılmamışdır. Vİİ sinifdə xx.xx.2023- cü il tarixdə 11 şagirddən 8-i dərsə gəlmə diyindən “q” yazılmışdır və yeni dərs keçirilmişdir. Xİ sinifdə xx.xx.2024-cü il tarixdə biologiya fənnindən tarix yazılmamış, xx.xx.2024-cü il tarixdə Azərbaycan dili, xx.xx.2024-cü il tarixdə isə ədəbiyyat fənnindən keçirilən KSQ qiymətləndirilməmişdir. X sinifdə informatika fənnindən xx.xx.2024-cü il, Fransız dili fənnindən isə xx.xx.2023-cü il tarixləri yazılmamışdır. Xİ sinifdə Riyaziyyat fənnində dərslər Tamaşa Həsənovanın adına olsa da, sinif jurnalını xx.xx.2023-cii il tarixdən direktor İddiaçı yazmış və həmin dərsi tədris etmişdir. Vİİİ sinifdə şagird Fatimə Abdullayeva xx.xx.2024-cü il tarixdə azad olunsa da fiziki tərbiyə fənnindən xx.xx.2024-cü il tarixə KSQ aparılmışdır. 2021- 2022, 2022-2023-cü, 2023-2024-cü tədris ilində Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Bayramovanı n adına yazılan 1 (bir) saat və Coğrafiya müəllimi Nişanə Məmmədovanın adına yazılan 2 (iki) saat fakültativ məşğələ saatı direktor İddiaçı tərəfindən gizlədilərək adları qeyd olunan müəllimlərdən hər ay nağd şəklində pulunu almışdır. Yoxlama zamanı adları qeyd olunan hər iki müəllimin adlarına yazılan dərs məşğələlərinin tədris edilməyini və tədris edilməyən məşğələ saatlarının məbləğini bankomatdan çəkərək nağd şəkildə İddiaçı verdiklərini öz izahatlarında bildirmişdilər. ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı özünün əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, məktəbin idarə olunmasında demokratiklik, şəffaflıq və aşkarlıq prinsiplərini pozması, ümumtəhsilin dövlət standartlarına əməl etməməsi ilə bağlı nöqsanlara yol verdiyi müəyyən edilmişdir. Şər ur Rayon Prokurorluğunun müstəntiqi İİ dərəcəli hüquqşünas X21 tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış 08C-24 saylı material üzrə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilməsi, qərarın surətinin İddiaçı göndərilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun izah edilməsi və məktəbin Azərbaycan-dili və ədəbiyyat müəlliməsi X9 və məktəbin coğrafiya müəlliməsi X3 əməlində heç bir cinayət tərkibi və ya inzibati xəta olmadığından barəsində cinayət işi və inzibati icraat başlanmaması qərara alınmışdır. Muğancıq-Mehrab kənd tam orta məktəbi üzrə keçirilən dərsdənkənar məşğələlərin cədvəlindən görünür ki, 5-ci sinifl ər üçün 2-ci günlər Azərbaycan dili fənnindən, 7-ci siniflər üçün 4-cü günlər coğrafiya fənnindən, 8-ci siniflər üçün 2-ci günlər coğrafiya fənnindən, 10-cu siniflər üçün 2-ci və 5-ci günlər riyaziyyat fənnindən dərsdənkənar məşğələ keçirilməsi nəzərdə tutulmuş və cədvəl 15 sentyabr 2023-cü il tarixdə İddiaçı tərəfindən təsdiq edilmişdir. Təhsil şöbəsinin aparıcı məsləhətçisi Nümayəndə4, Təhsil şöbəsinin aparıcı məsləhətçisi X10 və Təhsil şöbəsinin aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, Muğancıq-Mehrab kənd tam orta məktəbində yoxlama aparılmış, məlum olmuşdur ki, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X17 V-Vİ siniflərdə olan 1 (bir) saat fakültativ məşğələni tədris etməmişdir. 8-ci sinfin rəhbəri Məmmədova Nişanə, Nümayəndə4, Quliyev Etibar, Hüseyinov İsmayıl və Əzimli Araz tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, 8-ci sinifdə 2023-2024-cü tədris ilində müəllim X11 tərəfindən 1 saat fakültativ məşğələ keçirilməmişdir. Təhsil şöbəsinin baş mühasibi Həsənov Hicran İmran oğlu, Təhsil şöbəsinin mühasibi X14 və Təhsil şöbəsinin aparıcı məsləhətçisi Nümayəndə4 tərəfindən tərtib edilmiş 30 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, Muğancıq-Mehrab kənd tam orta məktəbində yoxlama aparılmış, məlum olmuşdur ki, məktəbin Coğrafiya müəllimi X3 adında 2023-2024cü tədris ilinin sentyabr, oktyabr, noyabr, dekabr və fevral (5 ay) aylarında 2 (iki) saat fakültativ məşğələ olmuşdur. Vİİ sinifdə 1 saat dərsi Nişanə Məmmədova tədris etmişdir, lakin Vİİİ sinifdə dig ər 1 saat dərs tədris edilməmişdir. Tədris edilməyən 1 saatın pulu sentyabr ayı üzrə 16 manat 67 qəpik, oktyabr ayında 33 manat 32 qəpik, noyabr ayında 33 manat 32 qəpik, dekabr ayında 33 manat 32 qəpik, fevral ayında 33 manat 32 qəpik olmaqla cəmi 149 manat 95 qəpik olmaqla Nişanə Məmmədova tərəfindən bankomatdan çəkilərək direktor İddiaçı verilmişdir. Vİ sinfin sinif rəhbəri Həsənova Tamaşa, Şəkərova Ruqayə (şagird), Rəcəbova Fatimə (şagird) və Bayramov Təbriz (şagird) tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, Vİ sinifdə 2023-2024-cü tədris ilində fakültativ məşğələ keçirilməmişdir. Cavabdeh2 aparıcı məsləhətçisi Nümayəndə4 və Cavabdeh2 aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, 12 mart 2024-cü il tarixdə Muğancıq-Mehrab kənd tam orta məktəbində İddiaçı sənədləri yoxlanılarkən məktəb direktoru tərəfindən əsas məktəb sənədlərinin əsasən təlimata uyğun şəkildə işlənməməsi, sanitar-gigiyenik qaydalarına riayət edilməsi ilə əlaqədar müvafiq əmrləşmə aparılmaması, məktəbdə yeni tədris ili üçün “Fəaliyyət planı” və “Tədbirlər planı” təsdiqi haqqında əmr verilməməsi, məktəbdə fiziki tərbiyə və idman şurasının yaradılması haqqında əmr verilməməsi, məktəb HT ilə kollektiv və fərdi müqavilələrin bağlanması haqqında əmr verilməməsi, buraxılan və əvəzedilən dərslərin uçotu, əmək haqqının ödənilməsi haqqında əmr verilməməsi, tədris yoxlamalarının nəticələri haqqında məktəb pedaqoji şurasına təqdim olunan arayışlarda dərs təhlilinin nəticələri haqqında məlumat olmaması faktları aşkar edilmişdir. Sinif rəhbəri Məmmədov Kamil, Məmmədov Səfər (şagird), Mirzəyeva Aytac (şagird) və Nəcəfova İnci (şagird) tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, 2023-2024-cü tədris ilində bu günə qədər riyaziyyat fənnini İddiaçı tədris etmiş, son zamanlar riyaziyyat dərsində Həsənova Tamaşa sinfə daxil olaraq şagirdlərin jurnal üzrə qeydiyyatını apararaq dərs aparmışdır. Vİİ sinfin sinif rəhbəri Bayramova Vəfa, Quluzadə Elmir, Mirzəyeva Nuray, Mərdanov Kamandar, Əzizova Cəmilə, Mirzəyev Tural, Səfərov Teymur, Rzayev Cəlil, Məhərrəmova Türkay və Babayev Şükür tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, Vİİ sinifdə 2023-2024-cü tədris ilində fakültativ məşğələ keçirilməmişdir. 11-ci sinfin sinif rəhbəri Məmmədov Kam il, Məmmədov Səfər (şagird), Mirzəyeva Aytac (şagird), Nəcəfova İnci (şagird) və Rzayeva Fatimə (şagird) tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, 11-ci sinifdə 2023-2024-cü tədris ilində fakültativ məşğələ keçirilməmişdir. Təhsil şöbəsinin aparıcı məsləhətçisi Nümayəndə4, məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini X7 və təşkilatçı Əliyeva Tahirə tərəfindən tərtib edilmiş 14 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, məktəbində yoxlama zamanı məlum olmuşdur ki, məktəbin direktoru İddiaçı və təsərrüfat müdiri Namiq Seyidov işdə olmamışdır. ünvan 2 tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi V.Bayramova tərəfindən Cavabdeh2 yoxlama komissiyasının sədri E.Quliyevə verilmiş 12 mart 2024-cü il tarixli izahatda “Vİ-Vİİ sinifl ərdə Azərbaycan dilindən fakültativ dərs saatı (1 saat) keçməmişəm. Sentyabrdan bu tarixədək hər ay 37 manat pul vəsaitini məktəbin direktoruna vermişəm” qeyd edildiyi müəyyən olunur. ünvan 2 tam orta məktəbinin coğrafiya müəllimi X11 tərəfindən Cavabdeh2 yoxlama komissiyasının sədri E.Quliyevə verilmiş 12 mart 2024-cü il tarixli izahatda “Vİİ sinif və Vİİİ sinifdə coğrafiyadan fakültativ dərsləri verilmiş, Vİİ sinfin fakültativ dərsini tədris edərək pulu özüm almışam. Vİİİ sinifdə olan 1 saat olan fakültativ məşğələ dərsini direktor Sinduzun tapşırığı ilə tədris etməmişəm. Lakin 1 saat dərsin pulunu sentyabrdan bu vaxtadək hər ay 33 manat bankomat kartından çəkərək Sinduz müəlliməyə vermişəm” qeyd edildiyi müəyyən olunur. ünvan 2 tam orta məktəbinin coğrafiya müəllimi X11 tərəfindən Cavab deh2 yoxlama komissiyasının sədri E.Quliyevə verilmiş 12 mart 2024-cü il tarixli izahatda “Vİİ sinif və Vİİİ sinifdə coğrafiyadan fakültativ dərs saatı (2 saat) keçməmişəm. Sadəcə jurnalı yazıb pulunu almamışam. Hər ay sentyabrdan bu vaxtadək 33 manat direktora vermişəm” qeyd edildiyi müəyyən olunur. ünvan 2 tam orta məktəbinin təlim tərbiyə işləri üzrə direktor müavini Bağırova Aytən tərəfindən Cavabdeh2 yoxlama komissiyasının sədri E.Quliyevə verilmiş 12 mart 2024-cü il tarixli izahatda qeyd etmişdir ki, “məktəbdə olan fakültativ məşğələ haqqında mənim heç bir məlumatım yoxdur. Buna görə də cədvəl hazırlamamışam, jurnalların işlənməsindən xəbərim yoxdur. Yenə bildirmək istəyirəm ki, 11-ci sinifdə 5 saat riyaziyyat dərsi Həsənova Tamaşanın adına yazılıb və sinfə Tamaşa müəllimə girirdi və jurnal Tamaşa müəllimə tərəfindən yazılırdı” qeyd edildiyi müəyyən olunur. ünvan 2 tam orta məktəbinin müəllimi X12 tərəfindən Cavabdeh2 yoxlama komissiyasının sədri E.Quliyevə verilmiş 12 mart 2024-cü il tarixli izahatda “sinif rəhbəri olduğum V sinifdə il ərzində fakültativ məşğələ keçirilməmişdir. Məşğələ olduğu haqqında məlumatım yoxdur” qeyd edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 tərəfindən Şərur Rayon Prokuroru cənab Xalid Ağayevə ünvanlanmış 30 mart 2024-cü il tarixli, 02/21 nömrəli məktubda görünür ki, Cavabdeh2 tərəfindən 11-xx.xx.2024 tarixlərində ünvan 2 tam orta məktəbində monitorinq aparılmışdır. Monitorinq zamanı nöqsanlar aşkar edilmiş bununla bağlı aktlar bağlanılmış, məktəbin Həmkarlar İttifaqının və eyni zamanda Şərur Rayon Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmişdir. Cavabdeh2 təqdimatının əsasında, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Müvafiq əmri ilə ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən maliyyə pozuntusu aşkar edildiyindən əmək müqaviləsinə xitam verilmişdir. Maliyyə pozuntusu ilə bağlı ünvan 2 tam orta məktəbində müvafiq yoxlamanın aparılması xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə kollegiya onu mülki iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlar a dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; -5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılması göstərilir; - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, iş də olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 tərəfindən və cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətlərini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdeh t ərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)-1085/2024 nömrəli qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, məhkəmə aktı tam yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372. 7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilmi ş xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrin ləğv edilməsinə, onun işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəkildə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)-1085/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən nazir müavininin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı ünvan 2 tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddi anın cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2nə və ünvan 2 tam orta məktəbinə münasibətdə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən əmək kitabçasının və əmrin iddiaçıya verilməsinə təşəbbüs göstərilməsi və ya həmin sənədlərin vaxtında ona verilməsini təsdiq edən hər hansı bir sübutun məhkəməyə təqdim etməməsi, sənədlərin iddiaçıya cavabdehin təqsiri səbəbindən verilməməsi, iddiaçıya əmək kitabçasının 24 may 2024-cü il tarixdə təqdim olunması, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə riayət edilməməsi, əmrin surətinin isə iddiaçının müraciətindən sonra 10 iyun tarixində poçt vasitəsilə ona göndərilməsi, iddiaçının 15 iyun 2024-cü il tarixdə mediasiy a təşkilatına müraciət etməsi, 01 iyul 2024-cü il tarixdə ilkin mediasiya təşkilatında iştirak edilməməsi barədə arayışın verilməsindən sonra Naxçıvan Şəhər Məhkəməsinə müraciət etməsi, iddiaçıya son haqq hesabın verilməsi ilə bağlı hər hansı bir sübutun cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi, iddiaçının mübahisələndirdiyi əmrin Naxçıvan MR Təhsil Nazirliyinin əmri olsa da, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 müdiri tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi, iş materiallarında isə onun Naxçıvan MR Təhsil Nazirliyinin adından çıxış etmək üçün səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sənəd olmaması, cavabdeh tərəfin iddia müddətini tətbiq edilməsi barədə xahiş etməsinin əsassız olduğundan təmin edilməməsi, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı iş dən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən nazir müavininin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrinin qanuniliyi yoxlanılması, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət edilməməsinin müəyyən edilməsi, həmkarlar ittifaqı təşkilatının razılığının alınmaması, iddiaçının işəgötürən qismində Naxçıvan MR Təhsil Nazirliyi çıxış etməsi və onun işəgötürmə işdən çıxarılma əmrinin nazir tərəfindən imzalamalı olması, hazırki mübahisə üzrə işəgötürən qismində Naxçıvan MR Təhsil Nazirliyi çıxış etdiyinə görə iddiaçının işdən çıxarılmasına razılıq verilməsi üçün Həmkarlar İttifaqına müraciətin də onun tərəfindən edilməli olması və bu müraciət əsasında Həmkarlar İttifaqının iclası keçirilməli olduğu halda, məhkəməyə təqdim olunan sənədlərdən Cavabdeh2 müdirinin müraciəti əsasında Şərur Rayon Təhsil X8nın iclasının keçirilməsinin və iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmasına razılıq verilməsinin aydın olması, belə olan halda məhkəmənin iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılarkən həmkarlar ittifaqı təşkilatına müraciət edilməməsi və onun razılığı alınmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini hesab etməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsində qeyd olunan tələblərə əməl edilməməsi, məhkəmə tərəfindən cava bdeh təşkilata yuxarıda qeyd olunan tələblərə əməl edilməsinə dair sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilsə də cavabdeh təşkilat tərəfindən isə Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 müdirinin müraciəti əsasında keçirilmiş həmkarlar ittifaqının iclas protokolu və qərarının məhkəməyə təqdim edilməsi, həmin müraciət əsasında keçirilən həmkarlar ittifaqının iclası qanunvericiliyin tələbinə uyğun olaraq nəzərə alına bilməməsi, Həmkarlar İttifaqının işçilərin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün yaradılan bir təşkilat olması, hazırki mülki iş üzrə Şərur Rayon Təhsil X8 Təşkilatı tərəfindən işə götürən sayılmayan şəxs tərəfindən verilmiş təqdimata baxaraq iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmasına razılıq ve rməklə nəinki işçinin hüquqlarını müdafiə etmiş hətta birbaşa işçinin əmək hüquqlarını pozmasının müəyyən edilməsi, iddiaçının işdən çıxarılma məsələsinin onun iştirakı ilə araşdırılmaması, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçının dinlənilməməsi, ondan izahat alınmadan onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin verilməsi, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186 və 187-ci maddələrinin tələblərinə əməl edilməməsi, mübahisələndirilən əmrin əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmaması, iddiaçının hansı əmək funksiyasının yerinə yetirməməsi, hansı vəzifəsini icra etməməsi, iddiaçının fəaliyyətində hansı nöqsanların aşkarlandığı əmrdə qeyd olunmaması, ünvan 2 tam orta məktəbində aparılan monitorinq zamanı məktəb direktorun fəaliyyətində bir sıra nöqsanlar aşkar edildiyindən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyi qeyd edilsə də iş materiallarına əlavə edilmiş və cavabdeh tərəfdən məhkəməyə təqdim edilmiş aktlardan görünür ki, məktəbdə aparılan monitorinqin nəticəsini əks etdirən aktların əksər hissəsinin 12 mart 2024cü il tarixdə tərtib edilməsi, lakin iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmrdən həmin əmrin verilməsi üçün əsas olan Cavabdeh2 müdirinin təqdimatının 11 mart 2024-cü il tarixdə verilməsinin görülməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmr verilərkən onun tərəfindən cinayət əməli törədilməsi və onun həmin əməldə təqs irli sayılması ilə bağlı hər hansı bir araşdırmanın nəticəsini əks etdirən sənədə istinad edilməməsi, iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verildikdən sonra yəni, 30 mart 2024-cü il tarixdə monitorinqin nəticələrinin araşdırılması üçün prokurorluğa müraciət edilməsi, Şərur Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın isə 25 aprel 2024-cü il tarixdə qəbul edilməsi, göründüyü kimi iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən onun iş yerində hər hansı bir cinayət əməlini törətməsi və bununla bağlı təqsirli sayılmasını əks etdirən hər hansı bir məhkəmə hökmünün mövcud olmaması, iddiaçının 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və işə bərpa olunanadək olan.müddət ərzindəki əmək haqqının ödənilməsi tələbinə c avab verməli olan şəxs Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin cavabdeh olduğundan iddiaçının iddia tələbi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2nə və ünvan 2 tam orta məktəbinə dair hissədə iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırıldığına görə rədd edilməli olması ilə əsaslandırmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mülki iş tam, hərtərəfli və obyektiv araşdıraraq nəticə verilmişdir. Kollegiyada mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)-1085/2024 nömrəli qətnaməsinin ləğv edilməsinə dair verilmiş apellyasiya şikayətində apellyatorlar tərəfindən göstərilən dəlillər birinci instansiya məhkəməsinin yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296cı maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə, həmçinin Şərur Rayon Prokurorluğunun 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına düzgün və qanuni qiymət verilməməsi ilə bağlıdır. Kollegiya cavabdeh Naxçıvan Şəhər Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində qeyd etdiyi “Şərur Rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X21 tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2-ci və 179.2.3-cü maddələrində cinayət əməlini törətdiyinin qeyd edilməsi, toplanmış material üzrə işə bəraətverici əsaslarla xitam verilməsi, belə ki, İddiaçı törətdiyi əməli etiraf etmə si və buna görə də ünvan 2 orta məktəbinə vurulmuş maddi ziyanın 356 (üç yüz əlli altı) manat 87 qəpik pul vəsaitini və cinayət məsuliyyətindən azad olunmaq üçün cinayət nəticəsində vurulmuş maddi ziyanın qanunla müəyyən edilmiş 25 faizini ödəməsi, məhkəmənin qərar qəbul edərkən bu halları nəzərə almaması və bu barədə qeyd etməməsi dəlilinə münasibətdə aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasına nəzər yetirdikdə aydın görünür ki, İddiaçı 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə 15 mart 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və ixtisası üzrə məktəbdə müəllim saxlanılmışdır. İddiaçının ə mək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmr verilərkən əmrdə onun tərəfindən cinayət əməlinin törədilməsi və onun həmin əməldə təqsirli sayılması ilə bağlı hər hansı bir araşdırmanın nəticəsini əks etdirən sənədə istinad edilməmiş, həmçinin həmin əmrdə bu məsələyə dair heç bir əsaslandırma yer almamışdır. İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verildikdən sonra yəni, 30 mart 2024-cü il tarixdə monitorinqin nəticələrinin araşdırılması üçün prokurorluğa müraciət edilmiş, lakin Şərur Rayon Prokurorluğunun 25 aprel 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu isə göstərir ki, istintaq orqanı tərəfindən iddiaçının hər hansı cinayət əməlini törətməsi ilə bağlı araşdırma aparılmış, lakin belə bir əməl üzrə cinayət təqibinə əsas olmadığı qənaətinə gəlinmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən onun iş yerində hər hansı bir cinayət əməlini törətməsi və bununla bağlı təqsirli sayılmasını əks etdirən hər hansı bir məhkəmə hökmü mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Beləliklə, kollegiya qeyd edir ki, cavabdeh tərəfin Şərur Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad etməsi əsas sızdır və işçinin əmək funksiyasını pozması kimi qiymətləndirilməklə iddiaçının işdən çıxarılması barədə əmrin verilməsi üçün əsas sayıla və sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin kollegiya iş materiallarından hazırki mübahisə üzrə belə halların olmasının müəyyən edilmədiyini qeyd edir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Kollegiya cavabdeh Naxçıvan Şəhər Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində qeyd etdiyi İddiaçı tərəfindən iddia qaldırılması üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş prossesual müddətin ötürülməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilməsi, həmin Məcəllənin 7-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilməsi, i ddiaçının ləğvini tələb etdiyi 57 nömrəli əmrin 15 mart 2024-cü il tarixli olması, iddiaçının cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və ünvan 2 orta məktəbinə qarşı mediasiya təklifinin yalnız xx.xx.2024-cü il tarixində yazılması, iddiaçının iddia ərizəsində, onun Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrindən əmək kitabçasını alarkən xəbər tutması, ona görə də xx.xx.2024-cü il tarixində sorğu verməsi, buna qədər yalnız Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 18 mart 2024-cü il tarixli, 61 nömrəli əmri ilə tanış olduğunu qeyd etməsi, lakin həmin əmrin özündə də əmrin əsası olaraq Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri olaraq Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarix li, 57 nömrəli əmr olduğunun görünməsi, iddiaçının Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 18 mart 2024-cü il tarixli, 61 nömrəli əmri ilə 18 mart 2024-cü il tarixindən məlumatlı olması, hətta bu əmrin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixində Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və ünvan 2 orta məktəbinə qarşı mediasiya təklifi göndərməsi, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddia ərizəsində bildirdiyi kimi Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə əmək kitabçasını alarkən tanış olması, bundan başqa iddiaçının əmək kitabçasının verilməsi üçün müraciət etdiyi ərizənin xx.xx.2024-cü il tarixli olması, iddia ərizəsində bildirdiyi kimi bu əmrlə əmək kitabçasında tanış olsa idi, əmri əldə etmək üçün müraciətin xx.xx.2024-cü il tarixin dən sonra olması, lakin iddiaçının kitabçasını əldə etməzdən əvvəl artıq xx.xx.2024-cü il tarixində sorğunu verməsi, İddiaçı mübahisələndirdiyi Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə 18 mart 2024-cü il tarixindən tanış olsa da, bununla bağlı mediasiya təklifini xx.xx.2024-cü il tarixində yəni, 2 aydan çox müddət keçdikdən sonra göndərməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi, iddia müddətinin keçməsinin məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsini rəhbər tutaraq İddiaçı cavabdehlər Naxçıvan MR Təhsil Nazir liyi, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və ünvan 2 orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmələri, iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 29 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət etməsi və iddia müddətinin tətbiq edilməsini xahiş etməsi, lakin məhkəmənin qətnamədə “iş materiallarında onun Naxçıvan MR Təhsil Nazirliyinin adından çıxış etmək üçün səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sənədin olmamasını qeyd etməsi, işə baxan birinci instansiya məhkəməsinin bu normaya (MM-nin 375-ci madd əsi) xüsusi fikir verməməsi, daha doğrusu qeyd edilən normanı düzgün tətbiq etməməsi, birinci instansiya məhkəməsinin əsassız olaraq cavabdehin lazımi tədbirləri görməməsi qənaətinə gələrək maddi normaların tələbini pozduğunu qeyd etməsi dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, cavabdeh tərəfindən əmək kitabçasının və işdən azad olunma əmrinin iddiaçıya təqdim olunması ilə bağlı qanunla müəyyən edilmiş vəzifələr vaxtında icra edilməmişdir. Belə ki, cavabdeh həmin sənədlərin iddiaçıya təqdim olunmasına dair təşəbbüs göstərməmiş və ya həmin sənədlərin vaxtında iddiaçıya verilməsini təsdiq edən hər hansı bir sübut nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Azərbaycan Respublik ası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd olunan qanunvericilik normasının tələbində də görünür ki, həmin sənədləri iddiaçıya təqdim etmək cavabdehin vəzifəsidir. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçası 24 may 2024-cü il tarixdə ona təqdim olunmuş, həmin vaxta qədər nə işçinin işdən çıxarılması barədə Naxçıvan MR Təhsil Nazirliyinin əmri, nə d ə iddiaçının əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlər yalnız iddiaçının müraciətindən sonra ona təqdim edilmişdir. Cavabdeh tərəfindən işçinin əmək kitabçası və işdən çıxarılma barədə əmrin surəti işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü iddiaçıya verilməli olduğu halda, bu sənədlər verilməmiş, əmək kitabçası 24 may 2023cü il tarixdə təqdim edilmiş, əmrin surəti isə onun müraciətindən sonra 10 iyun tarixində poçt vasitəsilə ona göndərilmişdir. İddiaçı hazırki mübahisə ilə bağlı 15 iyun 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 01 iyul 2024-cü il tarixdə ilkin mediasiya təşkilatında iştirak edilməməsi barədə arayış verilmiş və iddiaçı 08 iyul 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının müba hisələndirdiyi əmr Naxçıvan MR Təhsil Nazirliyinin əmri olsa da, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 müdiri tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. İş materiallarında isə onun Naxçıvan MR Təhsil Nazirliyinin adından çıxış etmək üçün səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfin iddia müddətini tətbiq edilməsi barədə göstərdiyi dəlil əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 379.1 və 379.1.6-cı maddələrinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 296-cı m addəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 tərəfindən verdiyi apellyasiya şikayətinin hüquqi həllin ə gəldikdə isə kollegiya aşağıdakıları bildirir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, “Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Kollegiya iş materiallarını yuxarıda qeyd edilən hüquq norması ilə qarşılıqlı şəkildə tədqiq edərək göstərir ki, Naxçıvan Muxtar Respu blikası Təhsil Nazirliyinin Əsasnamənin 8.34-cü bəndinə görə məktəb direktorunu həmin vəzifəyə təyin və azad etmək Naxçıvan Muxtar Respublikası təhsil nazirinin səlahiyyətinə aiddir. Mülki iş materiallarından Cavabdeh2nə isə Nazirlik tərəfindən təmsilçilik qaydasında belə bir səlahiyyətin verilməsi öz təsdiqini tapmadığından, həmin orqanın İddiaçı işdən azad edilməsi və ya onun mübahisəli vəzifəyə təyin edilməsini mübahisələndirmək səlahiyyəti qanunvericiliklə müəyyən edilmədiyindən, yəni belə bir subyektiv hüquqa malik olmadığından kollegiya Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətini əsaslı saymır. Yuxarıda göstərilənlərə qiymət verərək kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 və cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətlərində göstərdikləri dəlillər həmin şikayətlərin təmin edilməsi üçün əsaslı sayıla bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-cü ma ddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 və ünvan 2 tam orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)-1085/2024 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 və cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edi lməməli, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402.1, 403.1, 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 və ünvan 2 tam orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)-1085/2024 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 və cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)-1085/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar