Məhkəmə qərarları › İş №2(108)-55/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-55/2025

05.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-55/2025 05.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevnadan və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil, cavabdeh təşkilat Cavabdeh4n nümayəndəsi X4 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2, Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4nə və Cavabdeh5 qarşı “Alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 adına **********63 reyestr nömrə ilə Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış qeydiyyatın ləğv olunması, Cavabdeh5 ilə Cavabdeh3 adına bağlanmı ş 11 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması və torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(110)-34/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2010cu il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında Şərur rayonu Dərəkənd kəndində yerləşən, paylı mülkiyyətlərinə verilmiş 0.8537 ha həyətyanı torpaq sahəsi barədə bağlanmış, Sədərək Rayon DNK-da qeydiyyata alınan 4-Ə-99 nömrə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 adına ** ********63 reyestr nömrə ilə Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış qeydiyyatın ləğv olunması, Cavabdeh5 ilə Cavabdeh3 adına bağlanmış 11 yanvar 2023-cü il tarixli alqısatqı müqaviləsinin ləğv olunması və torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Şərur Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(110)-34/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı1 aid edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı Əliyeva X6 Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək Şərur Rayon Məhkəməsinin 2(110)-34/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilmə si barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Naxçıvan MR Şərur Rayon Məhkəməsinin qətnaməsi tam qanunsuz və əsassızdır, rəsmi sənədlərə, sübutlara istinad etmək əvəzinə mülahizələrə əsaslanaraq iddia müddətini tətbiq edərək qətnamə qəbul edilmişdir. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı1 alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2010-cu il tarixdən etibarən həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi halda bu halı mübahisələndirməmiş və qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. Qeyd etmək istəyir ki, onun heç bir məlumatı olmadığı halda məhkəmə heç bir əsas və sübut olmadan qanunsuz olaraq qənaətə gəlmişdir ki, o, xx.xx.2010-cu il tarixdən etibar ən həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bilmişdir. Sual yaranır ki, məhkəmə bu qənaətə haradan gəlmişdir. Oğlu İddiaçı2 24 dekabr 2009-cu il tarixdə məhkum olunmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərarı ilə cəza çəkməkdən azad edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyindən alınmış sənədlərdə onun atasının adına olan Dərəkənd kəndində yerləşən torpaq sahəsinin satılmasına razı olduğu qeyd olunur. Halbuki Qadir həmin zaman cəzaçəkmə müəssisəsində cəzasını çəkirdi. Həyat yoldaşı Mikayıl torpaq sahəsini satdığını onlardan gizlətmişdir. Bakı şəhərində yaşadıqlarından bu əməliyyatdan xəbərləri olmamışdır. Torpaq sahəsinin satılmasını 2021-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin notariat arxivinə müraciət ləri əsasında onlara verilmiş alqı-satqı ilə bağlı sənədlərin surətlərindən bilmişdirlər. Bundan sonra onlara məlum olmuşdur ki, onlara məxsus olan torpaq sahəsi xəbərləri və məlumatları olmadan satılmışdır. Bundan əlavə qanunvericiliyin tələbinə əsasən məhkəmə iddia müddətini tətbiq etdikdə belə araşdırma aparmalı, obyektiv həqiqəti üzə çıxarmalı daha sonra isə iddia müddətini tətbiq etməlidir. Məhkəmə heç bir araşdırma aparmadan qərəzli olaraq qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmi n edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Şərur rayon Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 06 nömrəli, 25 iyun 2010-cu il tarixli arayışdan görünür ki Cavabdeh2 ailə üzvləri aşağıdakı kimidir:

1. Arvadı: İddiaçı1-1963

2. Oğlu: İddiaçı2-1982

3. Qızı: X7-1984

4. Oğlu: X13-1990 Şərur rayon Siyaqut kənd İN tərəfindən verilmiş 17 sentyabr 1981-ci il tarixli nikahın bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və X8 arasında 17 sentyabr 1981-ci il tarixdə 31 nömrə ilə nikah qeydə alınmış və qadına “Əliyeva” soyadı verilmişdir. xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu, Dərəkənd kəndində yerləşən 0.8537 ha yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Göründüyü kimi, Şərur rayonu, Dərəkənd kəndində yerləşən 0.8537 ha yaşayış sahəsi birgə nikah dövründə əldə edilmişdir. Lakin onun razılığı və məlumatı olmadan həmin torpaq sahəsi satılmışdır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən qeyd olunan əmlak birgə nikah dövründə əldə olunduğundan onun da həmin torpaq üzərində pay hüququ vardır. Eyni zamanda məhkəmə tərəfindən oğlu İddiaçı2 yerinə necə və kimlər tərəfindən imza çəkilməsi araşdırılmamışdır. Şərur rayon Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 06 nömrəli, 25 iyun 2010-cu il tarixli arayışdan görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı2 Cavabdeh2 ailə üzvüdür. Torpaq satılan zaman ailə üzvü olan İddiaçı2 28 yaşı olmaqla 24 dekabr 2009-cu il tarixdə məhkum edilməklə cəzaçəkmə müəssisəsində olmaqla cəza çəkirdi. Göründüyü kimi məhkəmə o imzanın necə və kim tərəfindən çəkilməsini araşdırmaq yerinə tez qanunsuz olaraq iddia müddətini tətbiq etmişdir. Məhkəmənin gəldiyi qənaətin əsası sözdən başqa heç bir sənədə əsaslanmır. Məhkəmə yalnız mülahizələrə əsaslanan bir qətnamə qəbul etmişdir. Aparılmış bütün rəsmi sənədlərə istinad etmək əvəzinə məhkəmənin yalnız mülahizələr əsasında qəbul etdiyi qanunsuz və əsassız qətnamə ləğv edilməlidir. Apellyator sonda Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 2(110)-34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 225, 337, 339-cu maddələrinə, Azərbaycan Respublika Ailə Məcəlləsinin 33-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 217.3 və 218.1-ci maddələrinə istinad etmişdir. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə İddiaçı1 şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş, Şərur Rayon Məhkəməsinin 2(110)-34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılmas ı zamanı izahat verən iş üzrə İddiaçı2 şikayəti müdafiə edərək, Şərur Rayon Məhkəməsinin 2(110)-34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, Şərur Rayon Məhkəməsinin 2(110)-34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil Şərur Rayon Məhkəməsinin 2(110)-34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyada n xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən Cavabdeh5 Şərur Rayon Məhkəməsinin 2(110)-34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh təşkilat Cavabdeh4n nümayəndəsi X1 Rayon Məhkəməsinin 2(110)-34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi məhkəmə baxışı iclaslarında iştirak etməmiş, Cavabdeh1ndən kollegiyanın ünvanına 04 aprel 2025ci tarixdə məktub daxil olmuş, mə ktubda iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilərək, müvafiq qərarın qəbul olunması xahiş olunmuş, Cavabdeh2 isə iştirak etməməsinin səbəbinin üzrlü olması barədə kollegiyaya hər hansı sübut verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci və 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Bu Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillər indən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instan siyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Şərur Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tar ixli, 2(110)-34/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş, digər İddiaçı2 sözügedən qətnamədən şikayət verməmişdir. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin dəlillərinə yalnız İddiaçı1 münasibətdə qiymət vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qor unması baxımından, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, müəyyən etmişdir ki, Naxçıvan MR Daşınmaz Əmlak Və X24 Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən (İ cild, səh.5) Şərur rayonu Dərəkənd sakini Cavabdeh2 daxil olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinə Şərur rayonu, Dərəkəndində xəritə üzərində JN-137A və JN-137B nömrəli torpaq sahələri qeydə alınmış, həyətyanı torpaq sahəsi ödənişdə saxlanıldığından şəhadətnamələr verilməmiş, lakin, xəritədə JN-137B nömrə ilə qeyd olunmuş 0.8537 ha həyətyanı tor paq sahəsi, Sədərək rayon DNK-nın xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmış və **********63 reyestr nömrə ilə Naxçıvan MR Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak Və X24 Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan (İ cild, səh.6) görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına xx.xx.2010-cu il tarixdə Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 05 nömrəli və Dərəkənd Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 nömrəli qərarları əsasında Dərəkənddə 8537,0 m² həyətyanı torpaq sahəsi qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdə Sədərək Rayon DNK-da qeydiyyata alınan 4-8-99 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 torpaq sahəsini Cavabdeh3 satmış və torpaq sahəsi xx.xx.2010-cu il tarixdə həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak Və X24 Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda (İ cild, səh.28) qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz əmlakın dövlət reyestrində Şərur rayon Dərəkənd sakini Cavabdeh2 adına Şərur rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1999-cu il tarixli 05 nömrəli və Dərəkənd Bələdiyyəsinin 07 aprel 2010-cu il tarixli 01 nömrəli qərarları əsasında xx.xx.2010-cu il tarixdə 8537 m² həyətyanı torpaq sahəsi qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdə Sədərək rayon DNK-da qeydiyyata alınan 4-Ə-99 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 həmin torpaq sahəsini Cavabdeh3 satmışdır. - xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan (İ cild, səh.15) görünür ki, Şərur rayonu, Dərəkənd kəndində yerləşən, 0.8537 ha yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. - Şərur rayon Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 06 nömrəli, 25 iyun 2010-cu il tarixli arayışdan (İ cild, səh.16) görünür ki Cavabdeh2 ailə üzvləri aşağıdakı kimidir:

1. Arvadı: İddiaçı1-1963

2. Oğlu: İddiaçı2-1982

3. Qızı: X7-1984

4. Oğlu: X13-1990 - Şərur rayon Siyaqut k-İN tərəfindən verilmiş 17 sentyabr 1981-ci il tarixli nikahın bağlan ması haqqında Şəhadətnamənin surətindən (İ cild, səh.23) görünür ki, Cavabdeh2 və X8 arasında 17 sentyabr 1981-ci il tarix də 31 nömrə ilə nikah qeydə alınmış və qadına “Əliyeva” soyadı verilmişdir. - Şərur rayon Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 05 nömrəli, 10 may 2022-ci il tarixli arayışdan (İ cild, səh.27) görünür ki İddiaçı1 aşağıdakı tərkibdə ailə üzvləri vardır:

1. Yoldaşı: Cavabdeh2 -1960

2. Oğlu: İddiaçı2-1982

3. Qızı: X7-1984 4. nəvəsi: X16-2006 5. nəvəsi: X25-2008 - Şərur rayon Dərəkənd Bələdiyyəsi tərəfindən verilmiş arayışdan (İ cild, səh.23) görünür ki, Cavabdeh2 həqiqətən zəbt olunan torpaq sahəsinə borcu qalmayıb, tam ödəniş gedib. - X18 tərəfindən Sədərək DNK-da verilmiş ərizədən (İ cild, səh.21) görünür ki, vəkalətnamə ilə ona həva lə edilmiş Cavabdeh2 məxsus olan və Şərur rayon Dərəkənd kəndində yerləşən 0.8537 ha torpaq sahəsini satmış, Şərur rayon Dərəkənd kəndində yaşayan vəkalətli nümayəndə X18 və Cavabdeh3 arasında bağlanmış 06 iyul 2010-cu il tarixli müqavilədən (İ cild, səh.22) görünür ki, Cavabdeh2 məxsus olan və Şərur rayon Dərəkənd kəndində yerləşən 0.8537 ha torpaq sahəsinə görə vəkalətli nümayəndə X18 torpaq sahəsinə görə alıcı Cavabdeh3 300 (üç yüz) manat almışdır. - xx.xx.2010-cu il tarixli, ******* qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu, Dərəkənd kəndində yerləşən, 0.8537 həmin yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. - Naxçı van Muxtar Respublikasının Daşınmaz Əmlak və X24 Dövlət Xidmətinin Hüquqların X10 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh5 adına Şərur rayon Yuxarı Daşarx kəndində 0.5925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Beləliklə, mülki işin yuxarıda sadalanan sənədlərlə müəyyən olunmuş mübahisəsiz halı ondan ibarətdir ki, Şərur rayon Dərəkənd sakini Cavabdeh2 adına Şərur rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1999-cu il tarixli 05 nömrəli və Dərəkənd Bələdiyyəsinin 07 aprel 2010-cu il tarixli 01 nömrəli qərarları əsasında xx.xx.2010-cu il tarixdə 8537 m² həyətyanı torpaq sahəsi verilmiş, xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X10 Daşınmaz Əml akın Dövlət Reyestrindən çıxarışına əsasən Şərur rayonu, Dərəkənd kəndində yerləşən, 0.8537 ha yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Cavabdeh2 həmin torpaq sahəsini öz adına qeydiyyata aldırdıqdan sonra xx.xx.2010-cu il tarixdə Sədərək rayon DNK-da qeydiyyata alınan 4-Ə-99 nömrəli alqı-satqı müqaviləsi əsasında nümayəndəsi vasitəsi ilə bu torpaq sahəsini Cavabdeh3 satmışdır. Mübahisə edilən torpaq sahəsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2010-cu il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır və onun mülkiyyətindədir. Mülki işin mübahisəli halı isə İddiaçı1 sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanan zaman razılığının alınmadığını iddia ed ərək hazırkı tələblə məhkəməyə müraciət etməsi olmuşdur. Apellyasiya şikayəti verən İddiaçı1 şikayətin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi “...onun heç bir məlumatı olmadığı halda məhkəmənin heç bir əsas və sübut olmadan olmadan qanunsuz olaraq onun xx.xx.2010cu il tarixdən etibarən həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi qənaətinə gəldiyini, məhkəmə bu qənaətə haradan gəldiyinin sual yaratdığını, oğlu İddiaçı2 24 dekabr 2009-cu il tarixdə məhkum olunduğunu və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərarı ilə cəza çəkməkdən azad edildiyini, Naxçıvan MR Ədliyyə Nazirliyindən alınmış sənədlərdə onun atasının adına olan Dərəkənd kəndində yerləşən torpaq sahəsinin satılmasına razı olduğunun qeyd olun duğunu, halbuki Qadirin həmin zaman cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyini, həyat yoldaşı Mikayılın torpaq sahəsini satdığını onlardan gizlətdiyini, Bakı şəhərində yaşadıqlarından bu əməliyyatdan xəbərləri olmadığını, torpaq sahəsinin satılmasını 2021ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin notariat arxivinə müraciətləri əsasında onlara verilmiş alqı-satqı ilə bağlı sənədlərin surətlərindən bildiklərini, bundan sonra onlara məxsus olan torpaq sahəsinin satıldığından xəbərləri olduğunu, bundan əlavə qanunvericiliyin tələbinə əsasən məhkəmənin iddia müddətini tətbiq etdikdə belə araşdırma aparmalı, obyektiv həqiqəti üzə çıxarmalı daha sonra isə iddia müddətini tətbiq etməli olduğunu, məhkəmənin heç bir araşdırma aparmadan qərəzli olaraq qətnamə qəbul etdiyi ni, Şərur rayonu, Dərəkənd kəndində yerləşən 0.8537 ha yaşayış sahəsi birgə nikah dövründə əldə edildiyini, lakin onun razılığı və məlumatı olmadan həmin torpaq sahəsinin satıldığını, halbuki, qanunvericiliyin tələblərinə əsasən qeyd olunan əmlakın birgə nikah dövründə əldə olunduğundan onun da həmin torpaq üzərində pay hüququ olduğunu, eyni zamanda məhkəmə tərəfindən oğlu İddiaçı2 yerinə necə və kimlər tərəfindən imza çəkilməsi araşdırılmadığını, Şərur rayon Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 06 nömrəli, 25 iyun 2010-cu il tarixli arayışdan göründüyü kimi 1982-ci il təvəllüdlü İddiaçı2 Cavabdeh2 ailə üzvü olduğunu, torpaq satılan zaman ailə üzvü olan İddiaçı2 28 yaşı olmaqla 24 dekabr 2009cu il tarixdə məhkum edilməklə cəzaçəkmə müəssisəsində cəza ç əkdiyini, göründüyü kimi məhkəmənin o imzanın necə və kim tərəfindən çəkilməsini araşdırmaq yerinə tez qanunsuz olaraq iddia müddətini tətbiq etdiyini, məhkəmənin gəldiyi qənaətin əsasının sözdən başqa heç bir sənədə əsaslanmadığını, məhkəmənin yalnız mülahizələrə əsaslanan bir qətnamə qəbul etdiyini, aparılmış bütün rəsmi sənədlərə istinad etmək əvəzinə məhkəmənin yalnız mülahizələr əsasında qəbul etdiyi qanunsuz və əsassız qətnamənin ləğv edilməli olduğunu” göstərmişdir ki, kollegiya apellyatorun şikayətində göstərdiyi bu dəlillərlə razılaşmayaraq qeyd edir ki, iddiaçı tərəfindən şikayətdə göstərilən dəlillər formal mülahizə xarakteri daşımaqla şikayətin təmin olunması üçün əsas təşkil edə bilməz. Belə ki, kollegiya ilk olaraq İddiaçı1 müqavilənin etibarsızlığı ilə bağlı dəlillərinə hüqu qi qiymət verməyi zəruri hesab edərək bununla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. İstinad olunan Məcəllənin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinin tələbinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Bu Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi, tərəflər müqav ilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında Mülki Məcəllənin məhz göstərilən normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri ü zrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və y a əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Kollegiya belə hesab edir ki, İddiaçı1 iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi yuxarıda qeyd olunan dəlilləri mübahisə predmeti olan alqı-satqı müqaviləsinin iddiaçının iradəsinə zidd olaraq bağ lanmış müqavilə olmasını və bu müqavilənin bağlanmasında onun iradəsinin ifadə olunmamasını deməyə əsas vermir və bu hal Mülki Məcəllədə təsbit olunmuş müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik olan müqavilə azadlığı prinsipindən irəli gəlir və müqavilələrin məzmununu müəyyənləşdirmək mülki qanunvericiliklə tərəflərin təminat altına alınmış hüququdur. Tərəflər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan (İ cild, səh.15) göründüyü kimi Şərur rayonu, Dərə kənd kəndində yerləşən, 0.8537 ha yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Belə olan halda İddiaçı1 “...Mikayılın torpaq sahəsini satdığını onlardan gizlətdiyinə, Bakı şəhərində yaşadıqlarından bu əməliyyatdan xəbərləri olmadığına, Şərur rayonu, Dərəkənd kəndində yerləşən 0.8537 ha yaşayış sahəsinin birgə nikah dövründə əldə edildiyinə, lakin onun razılığı və məlumatı olmadan həmin torpaq sahəsinin satıldığına, halbuki, qanunvericiliyin tələblərinə əsasən qeyd olunan əmlakın birgə nikah dövründə əldə olunduğundan onun da həmin torpaq üzərində pay hüququ olduğuna” dair göstərdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda da göstərildiyi kimi mübahisələndirilən torpaq sahəsinin tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alındığı iş materialları ilə öz təsdiqini tapır (İ cild, səh.15). Kollegiya yuxarıda qeyd olunan hüquq normalarından çıxış edərək İddiaçı1 diqqətinə çatdırır ki, Məcəllədə təsbit olunmuş müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik olan müqavilə azadlığı prinsipindən irəli gəlir və müqavilələrin məzmununu müəyyənləşdirmək mülki qanunvericiliklə tərəflərin təminat altına alınmış hüququdur. Tərəflər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdeh2 da bu hüquqdan istifadə edərək müqavilə əsasında mübahisəli torpaq sahəsini xx.xx.2010-cu il tarixdə Sədərək rayon DNK-da qeydiyyata alınan 4-8-99 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. İş materiallarında olan Bakı şəhə ri, 44 saylı Dövlət notariat kontorunda verilmiş 01 iyul 2010cu il tarixli etibarnamənin surətindən isə məlum olmuşdur ki, həmin etibarnamə əsasında mülkiyyətçi tərəfindən bütün səlahiyyətlər X14 (Mikayılın qardaşı) ötürülmüş, xx.xx.2010cu il tarixdə Sədərək rayon DNK-da alqı-satqı müqaviləsi bağlanarkən də Cavabdeh2 Qafar Əliyev təmsil etmişdir. Bu müqavilə əsasında isə xx.xx.2010-cu il tarixdə torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmışdır. Tədqiq olunmuş iş materialları isə onu deməyə əsas verir ki, həmin müqavilə rəsmiləşdirilərkən qanunvericiliyin hər hansı tələbləri pozulmamış, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, * ********* qeydiyyat nömrəli çıxarış bu müddət ərzində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmasına zahirən razılığı olmasa belə, onun həmin müqavilədən xəbərdar olmasına və bəyənməsinə dəlalət edən uzunmüddətli hərəkətsizliyi mövcud olmuşdur. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.03.23-cü il tarixli Qərarında qeyd olunur ki, “...əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini gös tərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” Beləliklə, Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan Qərarlarında ifadə etdiyi hüquqi mövqelərə uyğun olaraq kollegiya hesab edir ki, işin hərtərəfli araşdırılmış hall arından, həmçinin İddiaçı1 kollegiyadakı izahatından hazırki vəziyyətdə alqı-satqı müqaviləsi bağlanarkən onun imzasının olmamasına görə iddiaçının bu əqdin bağlanmasına razılığının olmadığı və bu səbəbdən əqdin etibarsızlığı üçün əsasların olması qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olardı. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə İddiaçı1 verilən sualları cavablandırarkən həmin həyətyanı sahədə evlərinin mövcud olduğunu, Bakı şəhərinə köçdükləri vaxta qədər övladları ilə bu evdə yaşadıqlarını, həyat yoldaşı ilə heç vaxt aralarında soyuq münasibətlərinin olmadığını və bu gün də Bakı şəhərində birlikdə yaşadıqlarını, bu illər ərzində demək olar ki, hər il xeyir və şər işləri ilə əlaqədar h əmin kəndə gəldiklərini, kəndə gəldikləri zaman öz evlərində deyil, qaynının evində qaldıqlarını bildirmiş və bunun səbəbini gəliş müddətlərinin qısa olması ilə əsaslandırmışdır. İddiaçı1 həmçinin verilən suallara cavabında mübahisəli torpaq sahəsinin kəndin yol kənarında yerləşdiyini, bu illər ərzində kəndə gəldiklərində bir dəfə də olsun keçib həyətə və evə baş çəkmədiklərini, həyat yoldaşının yanında sözü ötkən olmadığına görə onun işinə heç vaxt qarışmadığını bildirmişdir ki, kollegiya İddiaçı1 tərəfindən verilən bu cavablara əsaslanmaqla əqdin etibarsız hesab edilməsindən suiistifadə olunduğu halını müəyyən edir. İşin apellyasiya baxışı zamanı iş üzrə Cavabdeh2 (iş üzrə İddiaçı1 əri) 02 may 2025-ci tarixdə kollegiyanın ünvanına məktubla müraciət edərək Cavabdeh3la aralarında heç bir m ülk alqı-satqısı olmadığını, onun ailəsinin iddiasının yanında olduğunu bildirmişdir ki, kollegiya bu faktın belə əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunması halına dəlalət etdiyi qənaətinə gəlir. Belə ki, Əliyev X12 Əliyevanın əri olmaqla iş üzrə cavabdeh qismində iştirak etsə də, məhkəmə proseslərində gəlməmiş, yuxarıda qeyd olunan məzmunlu məktubla kollegiyaya müraciət edərək ailəsinin yanında olmasını bildirmişdir ki, bu mövcud halların ailədə müzakirə olunduğunu və hazırki iddia tələbinin qaldırılmasına da ailə olaraq birlikdə qərar verilməsini deməyə əsas verir. Qeyd edilməlidir ki, kifayət qədər zaman çərçivəsində ehtimal olunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciətlərin edilməməsi bu halın mövcudluğunu şübhə altına alan və qarşı tərəfin cavabdehə yönələn təl əblərinin mənzərəsində sui-istifadəyə işarə edən hal kimi qiymətləndirilməlidir. Belə ki, heç kim hüquqdan sui-istifadə edə bilməz və hüquqdan sui-istifadə hüquqi müdafiə ilə təmin olunmur. Əgər bir şəxs ona məlum olan hüququndan bilərəkdən istifadə etmirsə və bu, qarşı tərəfə və ya prosessual nizam-intizama zərər vurursa, bu hal hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Beləliklə, kollegiya yuxarıda qeyd olunan işin müəyyən olunmuş hallarına əsaslanmaqla mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsasların olmadığı qənaətinə gəlir. Apellyatorun şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi “...oğlu İddiaçı2 24 dekabr 2009-cu il tarixdə məhkum olunduğunu və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarix li qərarı ilə cəza çəkməkdən azad edildiyini, Naxçıvan MR Ədliyyə Nazirliyindən alınmış sənədlərdə onun atasının adına olan Dərəkənd kəndində yerləşən torpaq sahəsinin satılmasına razı olduğunun qeyd olunduğunu, halbuki Qadirin həmin zaman cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyini, eyni zamanda məhkəmə tərəfindən oğlu İddiaçı2 yerinə necə və kimlər tərəfindən imza çəkilməsi araşdırılmadığını, Şərur rayon Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 06 nömrəli, 25 iyun 2010-cu il tarixli arayışdan göründüyü kimi 1982-ci il təvəllüdlü İddiaçı2 Cavabdeh2 ailə üzvü olduğunu, torpaq satılan zaman ailə üzvü olan İddiaçı2 28 yaşı olmaqla 24 dekabr 2009-cu il tarixdə məhkum edilməklə cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, göründüyü kimi məhkəmənin o imzanın necə və kim tərəfindən çəkilməsini araşdırmaq yerinə tez qanunsuz olaraq iddia müddətini tətbiq etdiyini, məhkəmənin gəldiyi qənaətin əsasının sözdən başqa heç bir sənədə əsaslanmadığını” göstərmişdir ki, kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin mənasına görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda da qeyd olunduğu kimi, Şərur Rayon Məhkəməsini n 06 yanvar 2025-ci il tarixli, 2(110)-34/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş, digər İddiaçı2 isə sözügedən qətnamədən şikayət verməmişdir. Belə olan halda isə kollegiya İddiaçı1 diqqətinə çatdırır ki, o, mülki prosessual qanunvericiliyin yuxarıda istinad olunan maddələri baxımından yalnız özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Kollegiya bütün yuxarıda sadalanan hallarla yanaşı mülki işin araşdırılmış hallarına əsaslanmaqla baxılan mübahisə üzrə kəsici müddətin də keçdiyini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin Məcəllənin 35 4.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məcəllənin 354.2-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında şərh olunur ki, “Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi müb ahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəy yənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur”. Qeyd olunmalıdır ki, iddia müddətindən fərqli olaraq kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə tədbiq olunur. Kollegiya bir daha apellyasiya baxışı zamanı verilən sualları cavablandıran İddiaçı1 izahatına diqqəti çəkərək, suallara verilən cavabları səmimi hesab etmir və iddiaçı tərəfin iddia etdiyi həmin halların mübahisəli torpağın alqı-satqısından 12 ilə yaxın müddətin keç məsindən sonra bundan xəbər tutmasını ağlabatan qəbul etmir. İddiaçının özünün də dediyi kimi bu müddət ərzində mütəmadi olaraq həmin kəndə gedib-gəlməsi və belə olan halda uzun illər yaşadığı evin də yerləşdiyi torpaq sahəsinin satılmasından və faktiki olaraq başqa şəxs tərəfindən istifadə olunmasından xəbərsiz olması inandırıcı sayıla bilməz. Bundan başqa apellyasiya baxışı zamanı Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil iddiaçılar İddiaçı1 və İddiaçı2 Naxçıvan MR Daşınmaz Əmlak və X24 Dövlət Xidmətinə qarşı Naxçıvan MR İnzibati Məhkəməsinə verdikləri 03 aprel 2023-cü il tarixli iddia ərizəsinin surətini, həmin iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(122)-472/2023 nömrəli qərardadının surətini, həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh 2, Cavabdeh3, Sədərək Rayon Notariat Ofisinə və Naxçıvan MR Daşınmaz Əmlak və X24 Dövlət Xidmətinə qarşı Şərur Rayon Məhkəməsinə verdikləri 12 may 2022-ci il tarixli iddia ərizəsinin surətini, İddiaçı1 və onun vəkili və nümayəndəsi X2 Şərur Rayon Məhkəməsinə verdiyi 16 sentyabr 2022-ci il tarixli ərizənin surətini və Şərur Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(110)-359/2022 nömrəli qərardadının surətini kollegiyaya təqdim etmiş, təqdim olunan bu sənədlərə münasibət bildirən iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk dəfə 2022-ci ildə hazırki mübahisə ilə bağlı iddia qaldırdıqlarını, onların ərizəsi əsasında həmin iddianın baxılmamış saxlanıldığını, 2023-cü ildə isə iddiaçılar Daşınmaz Əmlak və X24 Dövlət Xidmətinə qarşı mübahisəli əmlak üzrə verilmiş çıxarışın ləğv olunması tələbi barədə Naxçıvan MR İnzibati Məhkəməsində iddia qaldırdıqlarını, həmin iş üzrə iddianın mümkün sayılmadığını bildirmişdirlər. Təqdim olunan sənədləri tədqiq edən kollegiya qeyd edir ki, xx.xx.2022-ci tarixli iddia ərizəsinin surətindən aydın olmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Sədərək Rayon Notariat Ofisinə və Naxçıvan MR Daşınmaz Əmlak və X24 Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, “Alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 adına **********63 reyestr nömrə ilə Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış qeydiyyatın ləğv olunması və torpaq sahəsinin mülkiyyətlərinə qaytarılmasını” məhkəmədən xahiş etmişlər. İddiaçıların məhkəməyə təqdim etdikləri xx.xx.2022-ci tarixli ə rizənin və Şərur Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(110)-359/2022 nömrəli qərardadının surətindən aydın olmuşdur ki, 16 sentyabr 2022-ci tarixə təyin olunmuş məhkəmə baxışı iclasında İddiaçı1 və onun vəkili və nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin özlərinə qaytarılmasını xahiş etmiş, Şərur Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(110)-359/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. X15 Respublikası İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(122)-472/2023 nömrəli qərardadının surətindən aydın olmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Daşınmaz Əmlak və X24 Dövlət Xidmətinə qarşı mübahisəli əmlak üzrə verilmiş çıxarışın ləğv olunması tələbi barədə Naxçıv an MR İnzibati Məhkəməsində iddia qaldırmış, həmin iş üzrə iddianın mümkün sayılmaması qərara alınmışdır. Beləliklə, İddiaçı1 hazırki tələbinin mübahisə edilən əqd olması, izahatında qeyd etdiyi kimi, mübahisə edilən alqı-satqı müqaviləsindən 2021-ci ilin noyabr ayında (iddiaçı iddia ərizəsində də bunu özü qeyd edir) onun məlumatlı olması əsas götürülərsə belə, iş materiallarından aydın olur ki, iddia ərizəsi Şərur Rayon Məhkəməsinin icraatına 05 sentyabr 2024-cü ildə daxil olub və bu da hazırki tələb üzrə 1 illik müddətin keçməsi ilə nəticələnib. Nəzərə alınmalıdır ki, kəsici müddətlər qanunla birbaşa nəzərdə tutulan hallar istisna olmaqla kəsilə və dayandırıla bilməz. Yəni iddiaçının hüquqlarının pozulduğunu iddia etdiyi müddətdən etibarən yuxarıda qeyd olunan tələblərlə məhkəmələrə müra ciət etməsi bu müddətin kəsilməsi və ya dayandırılmasına səbəb olmamışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin “Cavabdeh3 adına **********63 reyestr nömrə ilə Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış qeydiyyatın ləğv olunması, Cavabdeh5 ilə Cavabdeh3 adına bağlanmış 11 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması və torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması” hissələri tələbin “xx.xx.2010-cu il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında Şərur rayonu Dərəkənd kəndində yerləşən, paylı mülkiyyətlərinə verilmiş 0.8537 ha həyətyanı torpaq sahəsi barədə bağlanmış, Sədərək Rayon DNK-da qeydiyyata alınan 4Ə-99 nömrə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” hissəsinin hüquqi həllindən asılı olduğundan və kollegiya ilkin təl əb üzrə iddianın uğursuz olması qənaətinə gəldiyindən digər tələblərə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətl iliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetiribyetirmədiyini qiymətləndirir. Bu prinsip məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək-Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.

2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Lakin hazırki iddia tələbi üzrə sübutetmə yükünün iddiaçının üzərində olmasına baxmayaraq, iddiaçı iddia ərizəsində, eləcə də apellyasiya şikayətinin dəlillərində istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. B ütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2, Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4nə və Cavabdeh5 qarşı “Alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 adına **********63 reyestr nömrə ilə Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış qeydiyyatın ləğv olunması, Cavabdeh5 ilə Cavabdeh3 adına bağlanmış 11 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması və torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(110)-34/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(110)34/2025 nömrəli qətnaməsi d əyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2, Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4nə və Cavabdeh5 qarşı “Alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 adına **********63 reyestr nömrə ilə Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış qeydiyyatın ləğv olunması, Cavabdeh5 ilə Cavabdeh3 adına bağlanmış 11 yanvar 2023-cü il tarixli alqı-satqı müqavi ləsinin ləğv olunması və torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(110)-34/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(110)-34/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar