Məhkəmə qərarları › İş №2(108)-58/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-58/2024

07.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-58/2024 07.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X8 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı təşkilat İddiaçı1 nümayəndəsi X3, Cavabdeh2 vəkili-nümayəndəsi İddiaçı2, cavabdeh təşkilat Cavabdeh1 nümayəndəsi X4 iştirakları ilə İddiaçı təşkilat İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı çıxarışın və daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin ləğvi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-90/2016 nömrəli, 25 yanvar 2016-cı il tarixli qətnaməsindən Cavabdeh2 vəkili-nümayəndəsi İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh2 adına verilmiş **********5 reyestr, ******* qeydiyyat nömrəli çıxarışın və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2(078)-90/2016 nömrəli qətnaməsi ilə (sədrlik edən Ə.M.Xıdırov) iddia təmin edilmiş, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (haliyyədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi) tərəfindən Naxçıvan şəhəri 10-cu məhəllə 30 ünvanında yerləşən 849 kv.m torpaq sahəsinə dair Cavabdeh2 adına 06 avqust 2010-cu il tarixdə aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki **********5 nömrəli reyestr qeydlərinin və bununla əlaqədar **********5 reyestrin, ******* nömrəli çıxarışın (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh2 vəkili-nümayəndəsi İddiaçı2 18 oktyabr 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə şikayətə əlavə edilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 vəkili-nümayəndəsi İddiaçı2 01 noyabr 2023-cü il tarixdə yenidən apellyasiya şikayəti ilə və buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddət iş üzrə Cavabdeh2 münasibətdə bərpa edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən qeyri-mümkün hesab edilmişdir. Cavabdeh2 vəkili-nümayəndəsi İddiaçı2 09 yanvar 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2(078)-90/2016 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Naxçıv an Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmışdır. Cavabdeh2 vəkili-nümayəndəsi İddiaçı2 23 yanvar 2024-cü il tarixdə yenidən apelyasiya şikayəti ilə və buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddət iş üzrə Cavabdeh2 münasibətdə bərpa edilmişdir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən mülki iş apellyasiya şikayətinə baxılması üçün 13 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Mülki iş 14 fevral 2024-cü il tarixdə kollegiyaya daxil olmuşdur. Cavabdeh2 vəkili-nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Birinci instansiya məhkəməsi Daşınmaz Əmlak tərəfindən verilən çıxarışı nəzərə almamış, sadəcə iddiaçı tərəfindən qeyd edilən iddiaya əsaslanaraq dövlət qeydiyyatına alınan çıxarışı ləğv etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquq ların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi, torpaq və mülki qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Daşınmaz Əmlakların Dövlət Reyestr xidməti tərəfindən ona verilən çıxarış, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, həmin çıxarış dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər. Bundan fərqli olaraq mülkiyyətçinin vicdanlı sahibindən əmlakını geri tələbetmə məsələsi bir qədər mürəkkəbdir, Mülkiyyətçi əmlakı vicdanla əldə edən şəxsdən aşağıdakı 3 şərtlərdən biri mövcud olduqda tələb edə bilər: 1.Əmlak mülkiyyətçi tərəfindən və ya onun razılığı ilə sahibliyinə verilmiş şəxs tərəfindən itirilmiş olduqda.

2. Əmlak hər b irindən oğurlanmış olduqda.

3. Əmlak onların iradəsindən asılı olmayaraq və sair yollarla onların sahibliyindən çıxmış olduqda.

4. Göstərilən bu üç şərtdən biri mövcud olarsa mülkiyyətçi öz əmlakını vicdanlı sahibindən geri tələb edə bilər. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını nəzərə almayaraq maddi hüquq normalarını pozmuşdur. İşdə olan materiallara fikir versək, Naxçıvan şəhəri, 10-cu məhəllədə yerləşən 849 m2 torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur. Buna dair Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən “Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” 06 avqust 2010-cu il tarixli, **********5 reyestr, ******* nömrəli Çıxarış verilmişdir. Həmin çıxarış Daşınmaz əmlakın dövlət re yestrində 16/3 nömrəli reyestr kitabının 480 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmiakın Dövlət Reyestr xidməti tərəfindən 04 avqust 2010-cu il tarixli **********15 saylı reyestrdə torpaq sahəsinin plan ölçüsü verilmişdir. Aradan xeyli müddət keçdikdən sonra isə İddiaçı1 06 avqust 2010-cu il tarixdə aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki **********5 nömrəli reyestr qeydləri və bununla əlaqədar **********5 reyestr, ******* qeydiyyat nömrəli çıxarış (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına fikir versək, iş üçün heç bir əhəmiyyətə malik olmayan sənədlər əlavə edilmişdir. Birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, qeyd e dilən torpaq sahəsi 28 iyul 2020-cu il tarixdə İddiaçı1 mülkiyyətində olmuşdur. Amma məhkəmə nəzərə almamışdır ki, 06 avqust 2020-cu il tarixdə Cavabdeh2 mülkiyyət hüququ yaranıb və hüquq dövlət reyestrdə qeydiyyata alınmışdır. Bu yaxınlarda Cavabdeh2 məlum olmuşdur ki, sözügedən torpaq sahəsi məhkəmə qərarından sonra X10 mükliyyətinə verilmişdir. Cəmi bir il keçdikdən sonra əgər torpaq sahəsi bələdiyyə torpaqlarıdırsa necə olur ki, Əli Ələkbərlinin mülkiyyətinə keçir. X15 tərəfindən İddiaçı1nə ərizə ilə müraciət olunur və bələdiyyənin qərarı ilə onun mülkiyyətinə verilir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verməmişdir. Məhkəmədə iştiraklarını təmin etməyərək sadəcə iddiaçı tərəfin iştirakını təmin etmişdir. Məhkəmə nəzərə almamışdır ki, 2010-cu il tarixdə çıxarış veri lsə də, 2016-cı il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Aradan xeyli müddət keçdikdən sonra Cavabdeh2 mülkiyyət hüququ tamamilə pozulur. Birinci instansiya məhkəməsi sadəcə iddiaçının sözləri ilə heç bir qanunvericiliyin tələblərinə əsaslanmayaraq iddianı təmin etmişdir. Bundan başqa həmin məhkəmə qərarından Cavabdeh2 xəbəri olmamışdır. Sonradan məlum olmuşdur ki, məhkəmə qərarı ilə mülkiyyət hüququ olmamışdır. Məhkəmə qətnaməsi belə ünvanlara göndərilməmişdir. Birinci instansiya məhkəməsi hər hansı hüquqi qiymətləndirmə aparmamış, işdə olan bəzi sübutları öyrənməmiş, əhəmiyyətli olan bir sıra halları aydınlaşdırmamış və gəldiyi nəticəni əsaslandırmamışdır. Hazırkı mübahisəyə yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə uyğun olmadığına görə qətnamə ləğv e dilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir. Məhkəmə işə tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmiş, ümumiyyətlə, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə zamanı onlara hər hansı bir bildiriş gəlməmiş məhkəmənin olma vaxtı və tarixi bildirilməmişdir. Ona görə də tərəflərindən sübutların təqdim olunması mümkün olmamışdır. Göstərilən faktları nəzərə alıb Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2(078)-90/2016 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili-nümayəndəsi İddiaçı2 apellyasiya şikayətində Azərbaycan Konsitusiyasının 13, 60-cı v ə 71-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2, 152.1, 139.1-ci, 217.3 Azərbaycan Respublikası MPM-nin 8.1, 9.1 və 9.3, 13.4, 76.1, 88, 104.3, 217.3 və 217.4, 385, 388 və 390-cı maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarına, Əzimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xxxxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2006-cı tarixli qərarına, X1 “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və Müşfiq Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarlarına, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı protokolunun 1-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarına, "Məhkəmə qətnaməsi haqqinda" xx.xx.2005-ci il tarixli 4 saylı qərarına, Avropa Məhkəməsi "Van de Hurk Niderlanda qarşı" xx xxxxx 1994cü il tarixli Qərarına istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh2 məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə qabaqcadan lazımı qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmışdır. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh2 vəkili-nümayəndəsi İddiaçı2 kollegiyada apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il, 2(078)-90/2016 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Cavabdeh təşkilat Cavabdeh1 nümayəndəsi X6 apellyasiya şikayətinə münasibət bildirmədən, kollegiyadan qanuni qərarın qəbul edilməsini xahiş etdi. İddiaçı təşkilat İddiaçı1 nümayəndəsi X18 9 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il, 2(078)-90/2016 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanmasını kollegiyadan xahiş etdi. İddiaçı təşkilat İddiaçı1 nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il, 2(078)-90/2016 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanmasını kollegiyadan xahiş etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının 28 iyul 2010-cu il tarixli 142 nömrəli sərəncamının surətinə əsasən Naxçıvan Muxtar Respublikası Şərur rayonu, M.Müslim kənd sakini X9 ərizəsi və Naxçıvan şəhər Torpaq və Xəritəçəkmə şöbəsinin 18 iyul 2010-cu il tarixli 14 nömrəli rəyi nəzərə alınmış və Naxçıvan Muxtar Respublikası Şərur rayonu M.Müslüm kənd sakini Cavabdeh2 Naxçıvan şəhərinin 10-cu məhəlləsində fərdi mənzil tikintisi üçün 849 kvadrat metr həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 25 yanvar 2016-cı il tarixli 25 nömrəli məktubuna əsasən Naxçıvan şəhəri, 10-cu məhəllədə yerləşən 849 m2 torpaq sahəsi Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 142 nömrəli Sərəncam və Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2010-cu il tarixli A004940 nömrəli plan ölçüsü əsasında xx.xx.2010-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daş ınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İdarəsinin 25 yanvar 2016-cı il tarixli 45 nömrəli məktubuna əsasən Naxçıvan səhəri 10-cu məhəllə 30 ünvanında yerləşən 849 kv.m torpaq sahəsi 28 iyul 2010-cu il tarixə qədər İddiaçı1 mülkiyyətinə aid olmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İdarəsinin 30 dekabr 2015-ci il tarixli 155 nömrəli məktubuna əsasən Cavabdeh2 adına **********5 reyestr. ******* qeydiyyat nömrəli çıxarışa əsasən Naxçıvan şəhəri 10-cu məhəllə 30 ünvanında 849 kv.m torpaq sahəsi qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh2 oölunun adına verilmiş **********5 reyestr, ******* qeydiyyat nömrəli çıxarışın və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia ərizəsində göstərmişdir ki, Naxçıvan şəhəri 10-cu məhəllədə yerləşən İddiaçı1 mülkiyyətində olan 849 kv.m torpaq sahəsi qanunsuz olaraq 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (hazırda Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi) tərəfindən Cavabdeh2 mülkiyyətinə verilərək onun adına **********5 reyestr, ******* qeydiyyat nömrəli çıxarış verilmiş və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Həmin torpaq sahəsi Bələdiyyə tərəfindən Cavabdeh2 verilməmiş və satılmamışdır. Buna baxmayaraq İddiaçı1 mülkiyyətində olan Naxçıvan şəhəri 10-cu məhəllə 30 ünvanında yerləşən 849 kv.m torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə edə bilmir, başqa sözlə İddiaçı1 öz mülkiyyətindən əsassız olaraq məhrum edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilmişdir. Mülki işin materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının 28 iyul 2010-cu il tarixli 142 nömrəli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Şərur rayonu, M.Müslim kənd sakini Cavabdeh2 ərizəsi və Naxçıvan şəhər Torpaq və Xəritəçəkmə şöbəsinin 18 iyul 2010-cu il tarixli, 14 nömrəli rəyi nəzərə alınmış və Naxçıvan Muxtar Respublikası Şərur rayonu, M.Müslüm kənd sakini Cavabdeh2 Naxçıvan şəhərinin 10-cu məhəlləsində fərdi mənzil tikintisi üçün 849 kvadrat metr həyətyanı torpaq sahəsi ayrılmış, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 25 yanvar 2016-cı il tarixli, 25 nömrəli məktubuna əsasən Naxçıvan şəhəri, 10-cu məhəllədə yerləşən 849 m2 torpaq sahəsi Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 142 nömrəli Sərəncamına və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2010-cu il tarixli, A004940 nömrəli plan ölçüsü əsasında xx.xx.2010-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İdarəsinin 25 yanvar 2016-cı il tarixli 45 nömrəli məktubuna əsasən Naxçıvan səhəri 10-cu məhəllə 30 ünvanında yerləşən 849 kv.m torpaq sahəsi 28 iyul 2010-cu il tarixə qədər İddiaçı1 mülkiyyətinə aid olması qeyd edilmiş, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İdarəsinin 30 dekabr 2015-ci il tarixli, 155 nömrəli məktubuna əsasən Cavabdeh2 adına **********5 reyestr, ******* qeydiyyat nömrəli çıxarışa əsasən Naxçıvan şəhəri 10-cu məhəllə 30 ünvanında 849 kv.m torpaq sahəsi qeydə alınmışdır. Göründüyü kimi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh2 adına verilmiş **********5 reyestr, ******* qeydiyyat nömrəli çıxarış və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının inzibati akt olan xx.xx.2010-cu il tarixli, 142 nömrəli Sərəncamı əsasında aparılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətınə dair” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 17 bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüqiqi təbiəti müəyyənləşdirilərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqla və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağəna uyğun ol araq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirilməlidir.” Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan işə baxıb nəticə vermişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1 və 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Kollegiya hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2(078)-90/2016 nömrəli qətnaməs i ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Cavabdeh2 vəkili-nümayəndəsi İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edi lmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya baxışı zamanı şikayətin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh2 vəkili-nümayəndəsi İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2 (078)-90/2016 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Mülki-Prosessual Məcəllənin 262.2.-ci maddəsinə əsasən icraata xitam verilməsi haqqında məhkəmə qərardadında... büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. Ona görə də apellyasiya şikayəti verilərkən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2024-cü il tarixdə ********** nömrəli mədaxil qəbzlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə ödənilmiş 50,00 (əlli ) AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumu cavabdehə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264, 266.1, 402.2.4-cü maddələrini rəhbər tutaraq kollegiya qəraraaldı: Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il, 2(078)-90/2016 saylı qətnamə sinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair Cavabdeh2 vəkilinümayəndəsi İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il, 2(078)-90/2016 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilsin. İddiaçı təşkilat İddiaçı1nə inzibati aktın mübahisələndirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edə bilməsi izah edilsin. Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə ödənilmiş 50,00 (əlli ) AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumu cavabdehə qaytarılsın. Qərardaddan qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətind ə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar