Məhkəmə qərarları › İş №2(108)-6/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-6/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-6/2021 26.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu və Abbasov Fərman Məmməd oğlunun heyətində, X9 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(078)-40/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyən e t d i: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) xx xxxxx 2019-cu il tarixli, 2(078)-40/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia tələbi təmin olunaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8 ünvanında yerləşən, ümumi sahəsi 55.84 kv.m olan 32 saylı mənzildən çıxarılmaları, mənzilin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC Naxçıvan MR Baş İdarəsi filialına təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd edilən mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, İddiaçı ASC Naxçıvan MR Baş İdarəsi tərəfindən Naxçıvan şəhər Maliyyə şöbəsinə xx xxxxxx 2018-ci il tarixli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İşin halları: İddiaçı ASC-nin nümayəndəsi X5 xx xxxxxx 2018-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəm əsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Naxçıvan MR Baş İdarəsinə məxsus Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8 ünvanında yerləşən, ümumi sahəsi 55.84 kv.m olan 32 saylı mənzildən çıxarılmaları, mənzilin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC Naxçıvan MR İdarəsi filialına təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd edilən mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(078)-40/2019 nömrəl i qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh1 xx xxx 2019-cu il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv edilib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh1 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “İpoteka haqqında” AR Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Məl umdur ki, təkrar hərrac xx xxxxxx 2017-ci il tarixində keçirilmişdir. İpoteka saxlayana ipoteka predmeti olan Naxçıvan şəhəri, Atabəylər məhəlləsi ev 8, mənzil 32 yaşayış evini götürməsi üçün 1 ay, yəni xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək vaxt verilmişdir. İpoteka saxlayan ona verilmiş müddəti buraxmış və qeyri-qanuni olaraq xx xxxxxx 2017-ci il tarixdə götürmüşdür. Qeyri-qanuni olaraq götürmə İddiaçı ASCnin ona və qeyrilərinə qarşı mənzilə hüquqların itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsində də əksini tapmışdır. Eyni zamanda xx xxxxxx 2018-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən icraata götürülmüş sözügedən mülki işə xx xxxxx 2019-cu il tarixdə, yəni 7 ay 10 gündən sonra nəticə verilərək qətnamə çıxarılmasının özü də onu sübut edir ki, işə baxan hakim qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Həmçinin işə baxan hakimin ədalətsiz qətnaməni qəbul etməsində çətinlik çəkməsi, süründürməçiliyə yol verərək süni şəkildə işə bu qədər uzun müddətdə baxmasına səbəb olmuşdur. Qətnamənin səbəb olmadan vaxtında çıxarılmaması özü belə qətnamənin qanunsuz olduğunu sübut edir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2017ci il tarixli girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokolu və hərrac yekunları üzrə əmlakın alqısatqısı barədə xx xxxxxx 2017-ci il tarixli müqavilə qanunun tələblərinə zidd olaraq bağlandığı üçün etibarsız sayılmalıdır. Hakim işə baxan zaman bu faktı araşdırıb hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin ləğv edilib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək izahatında apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və vəkil X6 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və vəkil X3 iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instans iyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC Naxçıvan MR İdarəsi filialının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC Naxçıvan MR İdarəsi filialının xx xxxxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8 ünvanında yerləşən, ümumi sahəsi 55.84 kv.m olan 32 saylı mənzili ala raq tam mülkiyyət hüququ əldə etdiklərini, hal-hazırda cavabdehlərin İddiaçı ASC-yə məxsus mənzildə yaşaması və qeydiyyatda qalmalarının bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyini və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozduğunu, bu səbəbdən cavabdehlərin bankın mülkiyyətində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməli olduğunu bildirib göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı ASC Naxçıvan MR Baş İdarəsinə məxsus Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8 ünvanında yerləşən, ümumi sahəsi 55.84 kv.m olan 32 saylı mənzild ən çıxarılması, mənzilin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC Naxçıvan MR İdarəsi filialına təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qeyd edilən mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil İstismar İdarəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilən 1752 nömrəli arayışa əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC Naxçıvan MR Baş İdarəsinə məxsus Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8 ünvanında 3-cü blok, 4-cü mərtəbədə yerləşən 3 otaqlı 32 saylı mənzildə daimi pasport qeydiyyatındadırlar. İş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş Naxçıvan Muxtar Respublikası İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-2(087)-06/2016 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı kredit borcunun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsinə dair iddia tələbi təmin edilərək cavabdeh “xxxx” MMC-dən 1984406.65 manat əsas və 397739.28 manat faiz borcunun, cəmi 2382145.93 manat məbləğində kredit borcunun, bu borcun tam ödənildiyi günədək əsas borca hesablanacaq faizlər və 30.0 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə kredit borcunun ipoteka ilə yüklü edilmiş digər əmlaklarla birlikdə ilkin qiymətləndirmə dəyəri 68000 manat olan Cavabdeh1 məxsus olan, Naxçıv an şəhəri, Atabəylər məhəlləsi 8 nömrəli binada, 55.84 kv.m ümumi, 37.92 kv.m yaşayış, 17.92 kv.m köməkçi sahədən ibarət 3 otaqlı 32 nömrəli mənzilə yönəldilməsi və həmin əmlakların açıq hərracda satılıb kredit borcunun ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə Azərbaycan Respublikası MM-in 415.5-ci maddəsinin tələbinə əsasən müqavilə qüvvəsinə malik olan, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən alıcının yeni mülkiyyətçi kimi hüququnu təsdiq edən və dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab edilən protokolu ilə müəyyən edilmişdir ki, Naxçıvan Şəhər İcra Bölməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 902 saylı sifariş məktubu, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 2-2(087)-06/2016 saylı icra sənədi və İddiaçı ASC-nin Naxçıvan MR Baş İdarəsinin xx xxxxxx 2017-ci il tarixli, 01/23 nömrəli məktubuna əsasən İddiaçı ASC Naxçıvan Muxtar Respublikası İdarəsi xx xxxxxx 2017-ci ildə Naxçıvan Muxtar Respublikası X4 şəhəri, Atabəylər məhəlləsi 8-də yerləşən 5 mərtəbəli binada 55.84 kv.m ümumi, 37.92 kv.m yaşayış, 17.92 kv.m köməkçi sahədən ibarət 3 otaqlı 32 nömrəli mənzilin satılmasına dair keçirilmiş hərracı udmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin MH seriyalı, ******* nömrəl i Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 55.84 kv.m sahəsi olan ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsi adına daşınmaz əmlakın dövlət reyestrində 12/3 nömrəli reyestr kitabının 461 nömrəli vərəqində **********25-05101093016 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi “İpoteka haqqında” qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilməsi, təkrar hərracın xx xxxxxx 2017-ci il tarixində keçirilməsi, ipoteka saxlayana ipoteka pred meti olan Naxçıvan şəhəri, Atabəylər məhəlləsi ev 8, mənzil 32 yaşayış evini götürməsi üçün 1 ay, yəni xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək vaxt verilməsi, lakin ipoteka saxlayanın ona verilmiş müddəti buraxması və qeyri-qanuni olaraq xx xxxxxx 2017-ci il tarixdə götürməsi, qeyri-qanuni olaraq götürmə İddiaçı ASC-nin ona və qeyrilərinə qarşı mənzilə hüquqların itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsində də əksini tapması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2017-ci il tarixli girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokolunun və hərrac yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2017-ci il tarixli müqavilə qanunun tələblərinə zidd olaraq bağlandığı üçün etibarsız sayılmalı olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi tərəfindən cavabdehin göstərdiyi həmin dəlillərə hüquqi qiymət verildiyindən, bununla əlaqədar bu dəlillər yenidən qiymətləndirilə bilməz. Belə ki, işin kollegiyada araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(82)-1071/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-in cavabdeh İddiaçı ASC-yə qarşı” “İpotekaya xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmiş və həmin qətnamədən iddiaçı “xxxx” MMCin verdiyi apellyasiya şikayətinə baxılmaqla Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli e-2-2(103)-150/2020 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə sinin e-2-2(82)-1071/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 mart tarixli e-2-2(103)-150/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbayc an Respublikası Konstitusya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir”. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi Naxçıvan Şəhər Məhkəməsi tərəfindən icraata götürülmüş sözügedən mülki işə xx xxxxx 2019-cu il tarixdə, yəni 7 ay 10 gündən sonra nəticə verilərək qətnamə çıxarılmasının özü də onu sübut edir ki, işə baxan hakim qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Həmçinin işə baxan hakimin ədalətsiz qətnaməni qəbul etməsində çətinlik çəkməsi, süründürməçiliyə yol verərək süni şəkildə işə bu qədər uzun müddətdə baxmasına səbəb olmuşdur. Qətnamənin səbəb olmadan vaxtında çıxarılmaması özü belə qətnamənin qanunsuz olduğunu sübut etməsinə dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, kollegiyada işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, mülki işin məhkəmə baxışına təyin edilməsi haqqında xx xxxxxxxx 2018-ci il tarixli qərardadla işin məhkəmədə baxılması 16 oktyabr tarixinə təyin edilmiş və tərəflərin məhkəmə iclasına gəlməməsi səbəbindən 13 noyabr tarixində təxirə salınmışdır. Həmin tarixdə cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işin baxılm ası 29 noyabr tarixinə təyin olunmuş, iddiaçının nümayəndəsi və cavabdehlərin gəlməməsinə görə işin baxılması xx xxxxxx 2018-ci il tarixinə təyin edilmişdir. Göstərilən tarixdə cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işin baxılması xx xxxxxx 2019-cu il tarixinə təxirə salınmışdır. İşin 68-72-ci vərəqində olan Naxçıvan Şəhər Məhkəməsi üzrə 25 nömrəli 03 yanvar tarixli təhvil-təslim aktı ilə müəyyən olunmuşdur ki, hakim M.X1 Respublikası Ali Məhkəməsinə hakim təyin edildiyindən onun icraatında olan mülki işlər Azərbaycan Respublikası Məhkəmələrində Kargüzarlığın aparılmasına dair Təlimatda nəzərdə tutulmuş qaydada hakim G.Səfərəliyevaya təhvil verilmişdir. xx xxxxxx 2019-cu ildə işə baxılarkən iddiaçının nümayəndəsi S.Əliyevin və Cavabdeh1 fikirləri soruşulduqdan sonra iş üzrə digər ca vabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmələrinə görə işin baxılması təxirə salınmaqla 01 fevral tarixinə təyin olunmuş və həmin tarixdə Cavabdeh1 və iddiaçının nümayəndəsi S.Əliyevin iştirakı ilə işə baxılmağa başlanılmaqla onların izahatları dinlənilmiş, protokol qaydasında qəbul olunmuş qərardadlarla onların vəsatətlərinə baxılıb mülki prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan istifadə etmələrı təmin edilərək işə mahiyyəti üzrə baxılması xx xxxxx 2019cu ildə qurtarmışdır. Kollegiya işin şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün Azərbaycan Respublikası MPM-in 387.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunda göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətin dən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliy inə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətlərid ir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Kollegiya işin araşdırılmış hallarına hüquqi qiymət verərək belə hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı hesab edilə bilməz və məhkəmənin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmaqla tərəflərin təqdim etdiyi sübutlara obyektiv qiymət verilməsi təmin olunmuşdur. Azərbaycan Respublikası MPM-in 81 -ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh1 öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına və apellyasiya şikayətini n dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(078)-40/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar