Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-6/2025 14.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2, cavabdeh Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Təhsil Şöbəsinə qarşı ödənilməmiş əməkhaqqı fərqinin yenidən hesablanıb verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(078)-710/2024 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan Şəhər Təhsil Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 yanvar 2017-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək Naxçıvan şəhər 5 saylı tam orta məktəbdə işlədiyi müddət ərzində düzgün hesablanmamış əmək haqqı fərqinin 3000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(078)-710/2024 nömrəli qətnaməsi ilə iddianın iddia müddəti keçdiyindən rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı vəkil-nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 21 avqust 2024-c ü il tarixli, 2(078)710/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini, “ödənilməmiş əmək haqqı fərqinin yenidən hesablanıb verilməsi tələbinə dair” iddianın təmin edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətində, qətnamənin işin faktiki hallarına uyğun olmadığını, belə ki, iddiaçının ona verilməli olan əmək haqqının yanlış hesablanması barədə 2022-ci ilin may ayından məlumatlı olduğunu, onun cavabdehə müraciət etdiyini və cavabdehin həmin yanlışlığın bir hissəsini, yəni 351,73 manatını 2022-ci ilin dekabr ayından sonra ona geri ödədiyini, cavabdehin 01 yanvar 2017-ci il tarixindən 2022-ci il tarixədək olan qalıq məbləği ödəmədiyindən iddiaçının əvvəlcə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə müraciət etdiyini, Təhsil Nazirliyinin gah ona hesablanmalı olan vəsaiti ödəmək iqtidarında olmadıqlarını, çünki özlərinin də Maliyyə Nazirliyindən maliyyələşdiyini, gah da onunla bağlanmış əmək müqaviləsinin keçmiş məktəb direktoru tərəfindən bağlandığını və onun vəzifəsinin əmrdə səhvən kitabxana köməkçisi kimi qeyd olunduğundan ödəməyəcəklərini şifahi qaydada bildirdiklərini, bundan sonra iddiaçının, məhkəməyə müraciət etdiyini, qətnamədə göstərildiyinin əksinə, iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxtdan bir il müddət keçmədən, 2023-cü ilin may ayında Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində iddia qaldırdığını, iddia üzrə məhkəmə tərəfindən bir neçə ay araşdırma apardıqdan sonra 22 sentyabr 2023-cü il tarixli, 2-1(122)630/2023 №-li qərardadı ilə işin icraatına xitam verildiyini, həmin qərardadı da idd iaçının iki aydan artıq müddət keçdikdən sonra şəxsən müraciət edərək məhkəmədən aldığını, iş üzrə icraata xitam verilməsinə səbəbin isə iddiaçının ərizəsi olduğunu, bu məqamda, iddiaçının məhkəmə tərəfindən yanlış yönləndirildiyini, verdiyi (təklif olunan) ərizənin onun üçün hansı hüquqi nəticələr doğuracağı barədə məlumatlandırılmadığını xüsusilə vurğulamalı olduğunu, digər tərəfdən işə baxan məhkəmənin qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğunu, belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15.2-ci maddəsində də göstərildiyi kimi mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qay dasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmadığından, həmin Qərarın 15.3-cü maddəsində deyildiyi kimi “Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır” tövsiyyəsinin əksinə mübahisənin aidiyyəti məsələsi müzakirə olunmadığını və həll edilmədiyini, iddiaçıya iddiadan imtina etməsi təklif edildiyini, iddiaçı sözügedən qərardadı aldıqdan sonra, 2023-cü ilin dekabr ayında Naxçıvan şəhər Təhsil Şöbəsinə Mediasiya Təklifi göndərdiyini və tərəflər arasında X4 razılıq əldə edilmədiyindən, iddiaçının Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, iddia məhkəmədə baxılan zaman sonuncu iclasda cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə bağlı ərizə verdiyini və məhkəmənin də bunu qəbul edərək iddia müddətinin keçməsi səbəbindən iddianı rədd etdiyini, işin sadalanan faktiki hallarından da göründüyü kimi iddia müddəti keçmədən iddiaçının məhkəməyə müraciət etdiyini, birinci instansiya məhkəməsinin iddia müddətinin axımının 2022-ci ilin may ayından hesablamasının işin faktiki hallarına uyğun gəlmədiyini bildirmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətininin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 197-ci, 294-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci və 35-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci, maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında 2017-ci ilin yanvar ayında Naxçıvan şəhərində yerləşən 5 nömrəli tam orta məktəbdə kitabxanaçı vəzifəsinə işə qəbul olunduğunu, əmək müqaviləsinin onunla 5 nömrəli tam orta məktəbin direktoru arasında bağlandığını, əmək haqqı ilə bağlı tabeli direktorun yazıb Təhsil şöbəsinə təqdim etdiyini, Təhsil şöbəsinin isə tabeli təsdiq edib Maliyyə Nazirliyinə göndərdiyini, aldığı əmək haqqının səhv hesablandığını bilmədiyini, bir müddət sonra ona, birlikdə eyni vəzifədə çalışdığı kitabxanaçılardan fərqli olaraq əmək haqqının daha az olduğunun məlum olduğunu, əmək haqqının az olması barədə həmin vaxtlar işlədiy i məktəbin direktoru olan Esmira müəlliməyə məlumat verdiyini, Esmira müəllimənin isə ona kitabxana müdiri olmadığını, kitabxanaçı işlədiyini, dərs demədiyini, əmək stajının olmadığını bildirib, əmək haqqının elə bu cür olduğunu ona bildirdiyini, təsadüfən əmək haqqının səhv hesablandığını iştirak etdiyi iclasda bildiyini, bundan sonra əvvəldən əmək haqqının düzgün hesablanmadığı barədə direktoruna məlumat verdiyini, əmək haqqı az hesablandığına görə 2022-ci ildə bir illik əməkhaqqının fərqinin verildiyini, bunun üçün özünün Təhsil şöbəsinə və Maliyyə Nazirliyinə müraciət etdiyini, Təhsil şöbəsi tərəfindən əmək haqqının düzgün hesablanıb verilmədiyini bildiklərini, çünki bu barədə şöbənin mühasibinə deyəndə onun, təəcüblənmədiyini, əksinə ona əmək haqqını ali təhsil haqqında diplom təqdim etmədiyi üçün orta təhsilli bilib özünün bu cür hesabladığını bildirdiyini, əməkhaqqının 2022-ci ildən düzəldiyini, həmin il üzrə əmək haqqının fərqini ödədiklərini, dərəcəsini isə qaldırdıqlarını, özünün Təhsil şöbəsindən əmək haqqının fərqinə görə tələb etdiyi məbləğin elə də yüksək məbləğ olmadığını, şöbədə işləyən mühasibin də öz səhvini boynuna aldığını, işlədiyi ştatda əvvəllər orta və ali təhsilli işləyə bildiyini, ancaq hazırda həmin ştat üçün yalnız ali təhsilli tələb olunduğunu, özünün əmək müqaviləsini Esmira müəllimə işləyən vaxt kağız daşıyıcıda işə girdiyi vaxt deyil, bir neçə ay sonra imzaladığını, müqavilədə özünün əmək haqqının üç yüz neçə manat göstərildiyini, hər ay əmək müqaviləsində qeyd edilmiş əmək haqqından aşağı maaş aldığını, orta hesabla hər ay əmək haqqından t əxminən 60-70 manat tutulduğunu, həmin vaxt əmək haqqının az hesablandığını direktordan başqa heç kimə bildirmədiyini, Təhsil şöbəsinə getmədiyini, heç bir məhkəmə orqanına müraciət etmədiyini, hazırda kitabxanaçı işlədiyini, işə götürülməsi barədə verilmiş əmrdə kitabxana köməkçisi yazıldığını, Naxçıvan Şəhər Məhkəməsində əmrdə işlədiyi vəzifənin səhv göstərildiyini ona dediklərini bildirib əmrdə olan yalnışlığın düzəldilməsini xahiş etdiyini, ancaq ona kitabxanaçı ilə kitabxana köməkçisinin eyni vəzifə olduğunu bildirdiklərini, əmək müqaviləsində özünün vəzifəsinin nə olduğunu dəqiq xatırlamadığını, ancaq əmək kitabçasında tutduğu vəzifənin kitabxana köməkçisi olduğunun qeyd edildiyini, 5 il ərzində hər ay 50-70 manat aralığında pul tutulduğu, əmək haqqı düzgün hesablanmadığına görə əmək haqqında 3000 manat fərqin yarandığını, dəfələrlə Təhsil şöbəsinə müraciət etdiyini, ancaq ona səhv etdiyini, ali təhsilli olması barədə diplom istədiklərini, lakin özünün diplom təqdim etmədiyini bildirdiklərini, halbuki belə bir halın baş vermədiyini, ondan heç kimin diplom istəmədiyini, diplomu kimdən istədiklərini soruşduqda isə Təhsil şöbəsi tərəfindən gah direktordan gah da katibədən istənildiyinin cavabının ona verildiyini, Təhsil şöbəsinin onun əmək haqqının səhv hesablanması nəticəsində yaranmış fərqin sonuncu ilini belə vermək istəmədiklərini, ancaq özünün Maliyyə Nazirliyinə müraciət etdiyindən 2022-ci ilin əmək haqqı fərqinin ona ödənildiyini, daha sonra əmək fəaliyyətinə başladığı 2017-ci ildən 2022-ci ilədək hesablanıb düzgün ödənilməmiş əmək haqqı fərqinin ona ödənilməsi ba rədə müvafiq olaraq Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etdiyini, lakin həmin məhkəmə tərəfindən onun Naxçıvan Şəhər Məhkəməsinə müraciət etməsinin tövsiyyə edildiyi, Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə razı olmadığını göstərərək, verilmiş apellyasiya şikayətinin təmin edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(078)-710/2024 nömrəli qətnaməsinin ləğv edilməklə ödənilməmiş əmək haqqı fərqinin yenidən hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şəxsin yanlış məhkəməyə müraciət etməsinin vəkilin səhvi olduğunu, ancaq əgər tərəf səhvən ona müraciət etmişdisə məhkəmənin şəxsin tələbini 3-4 ay özündə saxlayıb daha sonra mümkünsüz saymamalı o lduğunu, dərhal buna hüquqi qiymət verməklə hansı məhkəməyə müraciət etməsini şəxsə bildirməli olduğunu, çünki məhkəmənin burada iddia müddəti kimi kifayət qədər mübahisəli məsələ olduğunu və həmin müddətin şəxsin xeyrinə işləmədiyini bildiyini, qanunvericiliyin mübahisəli məsələlərlə bağlı məhkəmələrə müəyyən göstəriş verdiyini və mübahisəni düzgün həll etməyi tələb etdiyini, şəxsin borcu etiraf etməsi və mediasiya xidmətinə müraciət etməsi məsələsinə diqqət yetirilməli olduğunu, iddiaçının 2017-ci ildən əmək haqqı ilə bağlı mübahisəsi olmuş olsa belə cavabdeh tərəfin 2023-cü ilin yanvar ayında borcunu etiraf etdiyini, şəxsə əmək haqqının düzgün hesablanmadığına görə borclarının bir hissəsini qaytardıqlarını, bunun artıq borcun etirafı olduğunu və kəsici iddia müddətindən söhbət gedə bilm əyəcəyini, əgər özlərinin keçmiş iddia müddətini mübahisələndirməyə hüquqları yoxdursa, cavabdeh tərəfin də etiraf etdiyi borca müddət tətbiq etməsinin düzgün yanaşma olmadığını hesab etdiyini, işçiyə dəymiş maddi ziyanın ödənilməsinə baxılma qaydası barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 197-ci maddəsinə əsasən işçinin ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməli olduğunu, işəgötürənin işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməli olduğunu, işçinin bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə biləcə yini, vurulan ziyanın ödənilməsi barədə məsələnin məhkəmə qaydasında həll edilməsindən çəkinmək məqsədi ilə tərəflərin qarşılıqlı razılıqla belə mübahisələrin həlli üçün başqa qaydalar müəyyən edə biləcəklərini, lakin bu qaydaların işçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməyəciyini, qanunvericiliyin bu halı Əmək Məcəlləsində boşu-boşuna qeyd etmədiyini, ona görə də apellyasiya şikayətinin təmin edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(078)-710/2024 nömrəli qətnaməsinin ləğv edilməklə ödənilməmiş əmək haqqı fərqinin yenidən hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə cavabdeh Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi X1 Ləman Allahverdi qızının Naxçıvan Şə hər Təhsil Şöbəsinə əmək haqqının az hesablanması ilə bağlı 2022-ci ilin may ayında hansısa tədbirdə və ya iclasda onunla eyni vəzifədə işləyən işçilərlə müqayisədə daha az əmək haqqı alması barədə məlumat əldə etdikdən sonra müraciət etdiyini, 2017-ci ildə işçilərin əmək haqqının Təhsil şöbəsinin əməkdaşı Gülnarə müəllimə tərəfindən hesablandığını, hazırki məsələnin birdəfəlik həlli üçün Təhsil şöbəsinin əməkdaşı Gülnarə müəllimədən məlumat əldə etdiklərini və dəfələrlə iddiaçıya, onun çalışdığı məktəbin direktoruna və direktorun katibəsinə iddiaçının ali təhsili olması barədə diplomun təqdim olunması bildirilsə də iddiaçının diplomunu Təhsil şöbəsinə təqdim etmədiyinin məlum olduğunu, bu səbəbdən də əmək haqqının az hesablandığını, İddiaçı ali təhsilli olması barədə diplomu təqdim etdikd ən sonra 2022-ci ilin may ayı üzrə əmək haqqında olan fərqi, ümumilikdə isə 2022-ci il üzrə olan əmək haqqı fərqini ödədiklərini, ancaq iddiaçının ilkin olaraq Təhsil Nazirliyinə qarşı Naxçıvan MR İnzibati Məhkəməsində iddia qaldırdığını, həmin müddətdə Təhsil Nazirliyinin əmək haqqı fərqinin iddiaçıya ödənilib-ödənilməməsi barədə Maliyyə Nazirliyinə rəsmi olaraq məktubla müraciət etdiyini, Maliyyə Nazirliyinin Təhsil Nazirliyinin məktubuna cavabında iddia müddətinin keçdiyini, iddiaçıya sadəcə olaraq son bir ilin əmək haqqı fərqinin ödənilə biləcəyini bildirdiyini, bu məqsədlə Təhsil Nazirliyi tərəfindən iddiaçıya 2022-ci tədris ili üzrə əmək haqqı fərqinin tam olaraq ödənildiyini, Naxçıvan şəhəri üzrə 2500-dən artıq müəllim kontingenti olduğunu, Təhsil şöbəsi tərəfindən heç bir müəllimdə n şəxsi işi istənilmədiyini, bununla bağlı həmin müəllimin işlədiyi məktəbin direktoru ilə əlaqə saxlanıldığını, Gülnarə müəllimənin 2017-ci ildə indiki kimi müəllimlərin işə götürülməsi üçün Təhsil nazirliyi və X11 tərəfindən imtahan keçirilməklə işə götürülməsinin həyata keçirilmədiyini dediyini, müəllimlərin işə çalışdıqları məktəbin direktoru tərəfindən götürüldüyünü, hətta iddiaçının kitabxana köməkçisi kimi işə götürülsə də, Təhsil şöbəsinin balansında elə bir ştatın mövcud olmadığını, kitabxanaçı vəzifəsinin 7-ci dərəcədən başladığını, 7-ci dərəcədən başladığına görə müəllimənin də iddiaçını işə götürdüyü zaman əmrdə kitabxana köməkçisi yazdığı səbəbindən 1 dərəcə aşağı verdiyini, daha sonra Təhsil şöbəsinə ümumiyyətlə iddiaçı ilə bağlı başqa sənəd deyil sadəcə əmr və tabel gəldiyin i, həmin sənədlərdə də iddiaçının tutduğu vəzifənin kitabxana köməkçisi kimi qeyd edildiyini, həmin müddətdə iddiaçının kitabxana köməkçisi kimi işlədiyi vəzifənin kitabxanaçı vəzifəsi ilə əvəz olunduğunu, müəllimənin izahatının da bu yöndə olduğunu, iddiaçının özünün də məktəbin direktoru Esmira müəlliməyə kitabxana köməkçisinin kitabxanaçı kimi dəyişdirilməsi üçün müraciət etdiyini, ancaq Esmira müəllimənin bunu qəbul etmədiyini, daha sonra Esmira müəllimənin vəzifəsindən azad olunduğunu və hazırda isə məktəbin direktorunun olmadığını, təhsil şöbəsi tərəfindən iddiaçının əmək müqaviləsi dəyişdirilərək tutduğu vəzifə kitabxanaçı kimi qeyd edilərək elektron qaydada yerləşdirilməsi təmin edilsə də əmək kitabçasında dəyişiklik aparılmadığını, hətta məhkəmədən sonra Təhsil şöbəsinin müdiri tə rəfindən bu işə məsul olan Esmira və Gülxarə müəllimə ilə danışılsa da əmək kitabçasının bu günədək dəyişdirilmədiyini bildirərək, apellyasiya şikayətinin təmin olunmaması və Naxçıvan Şəhər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(078)-710/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: 09 iyul 2015-ci il tarixdə verilmiş ******* nömrəli əmək kitabçasının surətindən məlum olur ki, iş üzrə İddiaçı xx.xx.2017-ci il tarixdə 105 nömrəli əmrlə Naxçıvan şəhər 5 saylı tam orta məktəbinə kitabxana köməkçisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2015-ci il tarixdə verilmiş Bakalavr diplomunun surətindən məlum olur ki, Qulamova X2 Dövlət Universitetinin xarici dil (rus dili) müəllimliyi ixtisasını bitirib. İddiaçı x x.xx.2023-cü il tarixdə Naxçıvan MR Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək onun 01 yanvar 2017-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək dərəcə puluna görə hesablanmamış əmək haqqı fərqinin dərəcə puluna görə yenidən hesablanaraq ona ödənilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmənin xx.xx.2024-cü iyul tarixli məktubuna verilmiş 4/185 nömrəli cavabda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Naxçıvan şəhər 5 saylı tam orta məktəbdə kitabxanaçı təyin edilmişdir. Lakin direktor işçinin təyin olunma əmrində 2017-ci ilin yanvar ayına aid əmək haqqı tabelində və işçinin əmək kitabçasında vəzifəsinin adını kitabxana köməkçisi olaraq qey d etmişdir. İşçinin əmək stajının müəyyənləşdirilməsi üçün dəfələrlə şəxsi iş direktordan tələb edilsə də, göndərilməmişdir. İşçi 2022-ci ilin iyun ayında ali təhsil haqqında sənədi təqdim etdiyindən onun dərəcəsi 5-ci dərəcədən 8-ci dərəcəyə və sentyabr ayından 11-ci dərəcəyə qaldırılmışdır. Bu səbəbdən də 2022-ci ilin dekabr ayında 351.73 manat kəsr əməkhaqqı ödənilməmişdir. Naxçıvan şəhər 5 saylı tam orta məktəbi tərəfindən xx.xx.2022-ci il tarixli 105 nömrəli əmrdən çıxarışın surətindən məlum olur ki, həmin əmrlə İddiaçı xx.xx.2017-ci il tarixdən məktəbə kitabxana köməkçisi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Naxçıvan şəhər 5 saylı tam orta məktəbinin texniki işçilərin 2017-ci ilin yanvar ayına aid əmək haqqı tabelindən müəyyən edilmişdir ki, tabeldə 3-cü s ırada İddiaçı 1 ştat vahidi ilə kitabxana köməkçisi kimi qeyd olunmuşdur. Naxçıvan şəhər 5 saylı tam orta məktəbinin kitabxanaçısı İddiaçı 8 illik əmək haqqısı barədə məlumatda 2017-2022-ci illərdə dərəcəsi, əmək haqqısı (hesablanmış, əslində hesablanmalı olan və fərq) göstərilmişdir. Cəmi fərq 3695.99 manat təşkil edir. Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatda deyd edilir ki, işə götürən Naxçıvan şəhər Təhsil Şöbəsi Naxçıvan şəhər 5 saylı tam orta məktəbin direktoru X8 ilə işçi İddiaçı arasında əmək müqaviləsi bağlanmış və işçi xx.xx.2017-ci il tarixli xxxxxxx000100 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə xx.xx.2018-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. N axçıvan MR İnzibati Məhkəməsinin 2-1(122)-630/2023 nömrəli xx.xx.2023- cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan MR Təhsil Nazirliyinə qarşı 01 yanvar 2017ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək dərəcə puluna görə hesablanmamış əmək haqqı fərqinin dərəcə puluna görə yenidən hesablanaraq ona 3000 manat ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası iddiaçının həmin tarixli ərizəsinə əsasən iş üzrə xitam verilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti və yoxlamalar sektorunun müdiri X10 tərəfindən verilmiş rəydə qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən Naxçıvan şəhər Məhkəməsinə təqdim olunan məlumat və sənədlərdə n İddiaçı kitabxanaçı vəzifəsində çalışdığı Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində 1 yanvar 2017-ci il tarixdən 2021-ci il tarix də daxil olmaqla 5 təqvim ili üzrə çalışdığı kitabxanaçı vəzifəsində əmək haqqısının faktiki vəzifə maaşına uyğun ödənilmədiyi məlum olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmçinin bu maddənin 2-ci hissəsinə əsasən isə yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan t arifixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. İddiaçı müraciətində qeyd etdiyi müəssisədə çalışdığı keçmiş dövrlərdəki 5 illik əmək haqqı fərqi Şöbə tərəfindən təqdim olunan cədvələ uyğun olaraq aparılan hesablama nəticəsində 2017-ci il təqvim ili üzrə 408 manat, 2018-ci il təqvim ili üzrə 416 manat 54 qəpik, 2019-cu il təqvim ili üzrə 583 manat 61 qəpik, 2020-ci il təqvim ili üzrə 603 manat 36 qəpik, 2021-ci il təqvim ili üzrə isə 970 manat 87 qəpik olmaqla, ümumilikdə 2982 manat 38 qəpik olduğu müəyyən edilmişdir. Bununla da İddiaçı müəssisədə keçmiş dövrlərdə çalışdığı 2017- 2021-ci illərə dair vəzifə maaşı arasındakı fərq məbləği 2982 manat 38 qəpik olaraq hesablanıb ödənilməlidir. Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Maliyyə N azirliyinə müraciət ünvanlanaraq bildirilmişdir ki, 09 yanvar 2017-cİ il tarixdən Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə kitabxanaçı vəzifəsində işləyən İddiaçı tarif üzrə vəzifə pulu 9-cu dərəci ilə yazılsa da Naxçıvan Şəhər Təhsil Şöbəsinə ali təhsil haqqında sənəd təqdim edilmədiyindən və vəzifəyə teyin olunma əmrində kitabxana köməkçisi yazıldığından vəzifə pulu 5-cİ dərəcə ilə ödənilmişdir. İddiaçı 2022-ci ilin may ayında Təhsil Şöbəsinə ali təhsil haqqında sənəd təqdim etdiyindən 2022-ci il üzrə əmək haqqı fərqi tam olaraq ödənilmişdir. Vətəndaşın tələbi əsasında 2017-2021-ci illər üzrə ödəniş dərəcəsinə görə əmək haqqı fərqlərinin ödənilməsi ilə bağlı Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən Naxçıvan Şəhər Maliyyə İdarəsinə məlumat verilsə də həmin fərqlər bu günədək ödənilməmişd ir. İddiaçı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində 2017-2021-ci illər üzrə dərəcə puluna görə hesablanmamış əmək haqqı fərqinin ödənilməsi tələbi ilə iddia qaldırmışdır. Məktubda vətəndaşa həmin illər uzrə ödənilməli olan 2897,76 (iki min səkkiz yüz doxsan yeddi manat yetmiş altı qəpik) məbləğində əmək haqqı fərqinin ödənilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Naxçıvan MR Maliyyə Nazirliyinin Naxçıvan MR Təhsil Nazirliyinə cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən 2022-ci ilin may ayında Təhsil Şöbəsinə ali təhsil haqqında sənəd təqdim edildiyi və 2022-ci İl üzrə əmək haqqı fərqi tam olaraq ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə k imi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətin in dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə( göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məddənin 2-ci hissəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulan ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq, işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-Məcəllə) 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmçinin bu maddənin 2-ci hissəsinə əsasən isə yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Məcəllənin 195-ci maddəsinin "d" bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən maddi məsuliyyət daş ıyır Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri İlə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı cavabdeh təşkilat Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan Şəhər Təhsil Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 01 yanvar 2017-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək Naxçıvan şəhər 5 saylı tam orta məktəbdə işlədiyi müddət ərzində düzgün hesablanmamış əmək haqqı fərqinin 3000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Naxçıvan Şəhər Məhkəməsinin işə baxaraq qəbul etdiyi 21 avqust 2024-cü il tarixli, 2(078)- 710/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Naxçıvan şəhər Təhsil şöbəsinə qarşı ödənilməmiş əmək haqqı fərqinin yenidən hesablanıb verilməsi tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni iddiaçının ödənilməmiş əmək haqqı fərqinin yenidən hesablanıb verilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilməsi, iş materiallarından və tərəflərin izahatından iddiaçıya bu faktın ona 2022-ci ilin may ayında məlum olduğunun olması, 2022-ci ilin iyun ayında ali təhsil haqqında sənədi təqdim etdiyindən onun dərəcəsi 5-ci dərəcədən 8-ci dərəcəyə və sentyabr ayından 11-ci dərəcəyə qaldırılması, bu səbəbdən də 2022-ci ilin dekabr ayında 351.73 manat kəsr əməkhaqqının ödənilməsi, 2023-cü il tarixdə iddiaçının İnzibati Məhkəməyə, daha sonra isə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etməsi, iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxtın 2022-ci il tarix olması nəticəsinə gəlinsə belə onun 2023-cü il tarixdə məhkəməyə müraciət etməsi, 2022-ci ilin kəsr əmək haqqının ödənilməsi, ondan əvvəlki illərə mün asibətdə iddia müddətinin keçməsinə səbəb olması, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən birinin də iddia müddətinin olması, iddia müddəti ilə bağlı məhdudiyyətlərin bir neçə vacib məqsədə xidmət etməsi, yəni hüquqi müəyyənliyi və qətiliyi təmin etməsi, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə etməsi və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısının alınması (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı), beləliklə, ödənilməmiş əmək haqqı fərqinin yenidən hesablanıb verilməsi tələbi üzrə iddia müddətinin ötməsi, mübahisə tərəfi olan ca vabdeh təşkilatın nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etməsi, bu halı nəzərə alan məhkəmənin ödənilməmiş əmək haqqı fərqinin yenidən hesablanıb verilməsi ilə bağlı tələb üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi qənaətinə gəlməsi, Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi, mübahisə tərəfinin tətbiq etməsi barədə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar qəbul edilməsi üçün əsas olması ilə əsaslandırmışdır. Kollegiya iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətində Naxçıvan Şəh ər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(078)-710/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi, “ödənilməmiş əmək haqqı fərqinin yenidən hesablanıb verilməsi” tələbinə dair iddianın təmin edilməsi ilə bağlı dəlillərinə məcmu halında qiymət verərək, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək sözü gedən qətnamə ləğv edilməlidir. Belə ki, işin kollegiyada araşdırılması zamanı aydın olmuşdur ki, İddiaçı 01 yanvar 2017-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək müddət ərzində işlədiyi Naxçıvan şəhər 5 saylı tam orta məktəbdə əmək haqqının düzgün hesablanmaması ilə bağlı məktəb müdiriyyətinə müraciət etmiş, bununla bağlı məktəbin müdiriyyətindən məlumat aldıqda isə ona ali təhsilli olmasını təs diq edən sənədi təqdim etməməsi əsas gətirilmiş, halbuki bunun həqiqət olmadığını, ona 2022-ci ilin may ayında onunla eyni vəzifədə çalışan kitabxanaçılardan fərqli olaraq onun əmək haqqının az olduğu məlum olmuş, mübahisənin həlli üçün dəfələrlə Naxçıvan şəhər Təhsil Şöbəsinə və Maliyyə Nazirliyinə müraciət etmiş nəticədə son 2022-ci ilin əmək haqqı fərqi hesablanıb verilmiş, qalan 5 illik əmək haqqı fərqi isə yenidən hesablanıb verilməmiş, bununla bağlı 2023-cü ilin mart ayında Naxçıvan MR Təhsil Nazirliyinə, 2023-cü ilin may ayında isə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisənin həlli Naxçıvan MR İnzibati Məhkəməsinə aid olmaması əsas gətirilərək iddia ərizəsinin bir neçə məhkəmə iclası keçirildikdən sonra geri qaytarılmış, məsələnin həllinin yalnız məhkəmə yolu ilə müm kün olduğunu gördüyü üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əməyinə görə mükafatlandırılmaq hüququ, görülmüş işin ödənilməsi hüququ işçinin hüququ statusunun elementidir, çünki bu hüquq Azərçaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunmuşdur. Əmək hüquq münasibətlərinin strukturu baxımından bu, mühüm və nisbətən müstəqil elementlərdən biridir. İşçinin qanunvericilikdə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əməkhaqqı almaq hüququ onun qanunla qorunan və müdafiə olunan şəxsi və subyektiv hüququdur. Əməyin ödənilməsinin təmzimlənməsi müəyyən konstitusiya müddəalara söykənir. Birincisi, əməyin ödənilməsində hər hansı bir ayrı seçkilik qadağandır. İkincisi, qanunvericilik əsas baza kimi bütün işəgötürənlər üçün məcburi olan əməyin ödənilməsinin mi nimum məbləğini müəyyən edir. İşəgötürən, maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını verməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzr ə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bil ər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Konstitusiya Məhkəməsi Plenumu həmçinin qeyd etmişdir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normat iv aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır”. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində iddia müddətinin şamil edilmədiyi tələblərdən biri kimi “mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə” qeyd edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı iddia müddətinin keçdiyinə əsasən rədd edərək səhv nəticəyə gəlmişdir. İddiaçı iddia ərizəsində 01 yanvar 2017-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək Naxçıvan şəhər 5 saylı tam orta məktəbdə işlədiyi müddət ərzində düzgün hesablanmamış əmək haqqı fərqinin 3000 manat məbləğində vəsaitin cavabdehdən tu tularaq ona ödənilməsini məhkəmədən xahiş etsə də, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti və yoxlamalar sektorunun müdiri X10 tərəfindən verilmiş rəyində İddiaçı müəssisədə keçmiş dövrlərdə çalışdığı 2017-2021-ci illərə dair vəzifə maaşı arasındakı fərq məbləğinin 2982 manat 38 qəpik təşkil edildiyi qeyd edilmişdir. Kollegiya belə nəticəyə gəlir ki, rəydə göstərilən məbləğ əsas götürülərək iddiaçıya ödənilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş ü çün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və ya birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1ci maddəsinə uyğun olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan... az olan əmlak xarakterli iddial ar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna olunduğundan həmin qətnamədən də kassasiya şikayəti verilə bilməz. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdeh Naxçıvan Şəhər Təhsil Şöbəsinə qarşı ödənilməmiş əməkhaqqı fərqinin yenidən hesablanıb verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(078)-710/2024 nömrəli qətnaməsindən İddiaçı vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(078)-710/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı iddiası qismən təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-6/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-6/2025
14.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver