Məhkəmə qərarları › İş №2(108)-61/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-61/2023

20.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-61/2023 20.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsindən Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya baxışından çıxarılması məsələsinə baxaraq müəyyənetdi: Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamənin etibarsız hesab olun ması, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilərək Şahbuz rayonunun Daylaqlı kəndində yerləşən Şahbuz rayon Aqrar İslahat Komissiyasının 02 noyabr 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə mərhum X2 mülkiyyətinə verilmiş JN-068A və JN-068B nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamələrin etibarsız hesab olunması, Şahbuz rayonunun Daylaqlı kəndində yerləşən mərhum X2 mülkiyyətinə verilmiş 0.02 hektar və 0.14 hektar torpaq sahələrinə və həmin sahələrdə inşa olunmuş tikililərə İddiaçı1 mülkiyyət hüququnun tanınması, mülkiyyət hüquqlarının qeydə alınmasının Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə həvalə olunması qət edilmişdir. Şahbu z Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsindən narazı qalan Maraqlı şəxs1 09 yanvar 2023-cü il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs1 apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmiş və mülki iş maraqlı şəxsin apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(108)37/2023 nömrəli q ərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən qeyri-mümkün hesab edilmişdir. Maraqlı şəxs1 yenidən 10 mart 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2023cü il tarixli, 2(108)-61/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək mülki iş apellyasiya qaydasında baxılması üçün 04 may 2023-cü il tarixə, saat 1100-a təyin edilmişdir. Şahbuz Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(090)-249/2018 nömrəli qərardadından maraqlı şəxs X3 apellyasiya şikayəti verdiyindən həmin şikayətə baxılması üçün 2(090)-249/2018 nömrəli mül ki işin Şahbuz Rayon Məhkəməsinə qaytarılması barədə Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli məktubu 19 aprel 2023-cü il tarixdə kollegiyaya daxil olmuşdur. Məktuba əlavə edilmiş şikayətdən görünür ki, iş üzrə maraqlı şəxs X1 Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(090)-249/2018 nömrəli qərardadından elektron qaydada şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya m ülki işin materiallarını nəzərdən keçirərək belə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsindən Maraqlı şəxs1 verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair kollegiyanın 05 aprel 2023-cü il tarixli, 2(108)-61/2023 nömrəli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamənin etibarsız hesab olunması, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsindən Maraqlı şəxs1 verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2023cü il tarixli, 2(108)-61/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarılaraq Şahbuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar