Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-64/2022 20.06.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(078)-89/2022 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.K.Əliyeva) 17 fevral 2022-ci il tarixli, 2(078)-89/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı təmsil etdiyi və vəkili olduğu şəxs Cavabdeh qarşı Naxçıvan şəhər, H.Əliyev prospekti, bina 60, mənzil 11-ə Cavabdeh yaşayış və istifadə hüququnun itirilmiş hesab ol unması barədə iddia qaldırmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)-89/2022 saylı qətnaməsi ilə iddia rədd edilsə də, qətnamənin əsaslandırma hissəsində məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı yaşayış və istifadə hüququnu itirmiş şəxsə qarşı iddia qaldırmışdır. Qətnamənin məhkəmənin gəldiyi nəticə hissəsi ilə razı deyillər. Belə ki, təmsil etdiyi və vəkili olduğu şəxs Cavabdeh uzun müddət ərzində, yəni altı aydan çox Rusiya Federasiyasında yaşamamışdır. 1984-cü ildə işləmək üçün müvəqqəti olaraq Rusiyaya getmiş, 2-3 ay işlədikdən sonra işi bağlandığından Naxçıvana qayıtmışdır. 1989-cu ildə təxminən 4-5 ay müddətinə Rusiyada qalaraq işləmiş, sonra Naxçıvana qayıtmış, hazırkı mənzili təmir etdirmiş, 1991-ci ildə ailə həyatı qurmuş, həyat yoldaşı ilə 2 ildən art ıq həmin mənzildə yaşamışlar. Cavabdeh bildirir ki, 1993-cü ilin sonlarında işləmək üçün Bakı şəhərinə getmişdir. Anasının adına olmuş hazırkı mübahisəli mənzildən heç vaxt pasport qeydiyyatından çıxmamışdır (mülki işdə bunu təkzib edəcək hər hansı bir yazılı sübut da yoxdur). 2004-cü ildə övladlarının sünnət toyunu da hazırkı mübahisəli mənzildə etmişdir. Bütün bu faktları iddiaçının anası X8 şahid qismində verdiyi ifadəsində qeyd etmişdir. Əlavə olaraq X7 qardaşı Qaraya qeyd olunan mənzillə bağlı halallıq vermək istədiyini bildirmişdir. Digər hal ondan ibarətdir ki, əgər mərhum Bəyaz Nəcəfova evi 2016-cı ildə Cəlilə bağışlamasaydı, Qara birinci dərəcəli vərəsə kimi həmin əmlakdan miras payı alacaqdı. Məhkəmə bütün bu faktiki halları araşdırmamışdır. İşin hallarından göründüyü kimi qeyd olunan mübahisəli mənzil Cavabdeh daimi yaşayış yeridir. Lakin Naxçıvan Şəhər Məhkəməsinin çıxardığı qətnamə əsas verir ki, gələcəkdə iddiaçı tərəf Cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmasına nail olsun. Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin əsaslandırma hissəsi ilə cavabdeh razı deyil. 1990-2000-ci illər ərzində Azərbaycandan, o cümlədən Naxçıvandan yüz minlərlə vətəndaşlarımız işləyərək özlərinin və ailə üzvlərinin maddi tələbatlarını ödəmək üçün Rusiya, Türkiyə və dünyanın başqa ölkələrinə getmişlər. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü m addəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə qeyd olunan normaya istinad etsə də, iddiaya həmin normanı tətbiq etməmişdir. Məcəllənin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Normanın məzmunundan göründüyü kimi, əgər hətta Cavabdeh 1984-1987-ci illərdə altı aydan artıq müddət ərzində Rusiyada yaşamışdırsa onun mənzilə olan yaşayış və istifadə hüququnu itirməsi ilə bağlı yalnız həmin mənzilin kirayədarı və orada yaşayan digər şəxs məhkəmə qaydasında mübahisələndirə bilərdi. Digər hal ondan ibarətdir ki, 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş arayışda Cavabdeh qeyd olunan mənzildə son 10-15 ildir ki, yaşamadığı qeyd olunmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh fərdi uçot kartoçkasına əsasən qeydiyyatdan çıxmaması kartoçkada öz əksini tapsa da, məhkəmə tərəfindən araşdırılmamışdır. İşin hallarından göründüyü kimi Naxçıvan Şəhər Məhkəməsi belə nəticəyə gəlmişdir ki, guya Qara mənzilə olan hüququnu 1984-cü illərin sonlarında itirmişdir. Qaranın altı aydan artıq müddət ərzində yaşayış evini tərk edərək Rusiyaya getməsini və hətta guya həmin vaxt qeyd olunan mənzilin pasport qeydiyyatından çıxması ilə bağlı məhkəmə hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Əksinə onlar tərəfindən təqdim olunmuş Cavabdeh məxsus 2004-cü ilə aid fərdi uçot kartoçkasında Qaranın sonradan həmin mənzilə köçürülməsi barədə heç bir qeyd yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin tamamilə ləğv ed ilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kollegiyadakı izahatında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(078)-89/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında apellyasiya şikayətinin təmin edilməməsi, Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(078)-89/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. İş üzrə Cavabdeh işə baxılmanın vaxtı v ə yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Naxçıvan şəhəri H.Əliyev prospekti, ev 60, mənzil 11 onun mülkiyyətindədir. Cavabdeh mənzilin pasport qeydiyyatındadır və iyirmi ildən artıqdır ki, həmin mənzildə yaşamır, harada yaşaması isə ona məlum deyildir. Onun mənzilin pasport qeydiyyatında dayanması səbəbindən iddiaçı mülkiyyəti üzərində sərəncam hüquqlarını həyata keçirə bilmir. Cavabdehin mənzildə qeydiyyatda olaraq yaşamaması Azərbaycan Respublikası Konst itusiyasının 43-cü və İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından onun mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən Cavabdeh mülkiyyətində olan Naxçıvan şəhəri H.Əliyev prospekti, ev 60, mənzil 11-ə yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan ünvan 1 ünvanında yerləşən 44.83 kv.m ümumi sahəsi olan mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/18 nömrəli reyestr kitabının 3415 nömrəli vər əqində qeydiyyata alınması aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli, 7/3594-V902 nömrəli məktubdan Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində göstərilən əsaslara uyğun olmadığından xx.xx.2021-ci il tarixli ərizənin icra edilə bilmədiyi aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli, 04-3/2 nömrəli arayışdan Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğu, lakin 10-15 ildir həmin ünvanda yaşamadığı aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıv an şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli arayışdan aydın olur ki, ünvan 1 ünvanında yaşayan İddiaçı aşağıdakı ailə üzvləri var: Cavabdeh – dayısı, X6 – həyat yoldaşı, X13 – qızı, X11 – oğlu. İş materiallarına əlavə edilmiş Cavabdeh adına olan 12 avqust 2004-cü il tarixli və 10 sentyabr 2013-cü il tarixli fərdi uçot kartoçkalarından görünür ki, Cavabdeh yaşayış yeri olaraq ünvan 1 ünvanı göstərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Zaks Bürosu tərəfindən verilmiş 09 sentyabr 1969-cu il tarixli, AZ seriyalı, 495809 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh 17 iyul 1963-cü il tarixdə doğulması, X3 onun atası, X1 onun anası olması aydın olur. İş materiallarına əlavə edilmiş Naxç ıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli, 04/25 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 60-da yerləşən 11 nömrəli mənzil Naxçıvan şəhər XDS İK-nın 20 iyul 1992-ci il tarixli, 585 nömrəli qərarı əsasında 1992-ci ilin oktyabr ayında X5 adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 4ə-220 nömrəli bağışlanma müqaviləsi əsasında həmin mənzil xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Kollegiya apellyasiya şikayətində göstərilmiş Cavabdeh uzun müddət ərzində, yəni altı aydan çox Rusiya Federasiyasında yaşamaması, 1984-cü ildə işləmək üçün müvəqqəti olara q Rusiyaya getməsi, 2-3 ay işlədikdən sonra işi bağlandığından Naxçıvana qayıtması, 1989-cu ildə təxminən 4-5 ay müddətinə Rusiyada qalaraq işləməsi, sonra Naxçıvana qayıtması, hazırkı mənzili təmir etdirməsi, 1991-ci ildə ailə həyatı qurması, həyat yoldaşı ilə 2 ildən artıq həmin mənzildə yaşaması, 1993-cü ilin sonlarında işləmək üçün Bakı şəhərinə getməsi, anasının adına olmuş hazırkı mübahisəli mənzildən heç vaxt pasport qeydiyyatından çıxmaması, 2004-cü ildə övladlarının sünnət toyunu da hazırkı mübahisəli mənzildə etməsi, qeyd olunan mübahisəli mənzilin Cavabdeh daimi yaşayış yeri olması, lakin Naxçıvan Şəhər Məhkəməsinin çıxardığı qətnamənin gələcəkdə iddiaçı tərəfin Cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmasına əsas verməsi, buna görə də Naxçıvan Şəhər Məhk əməsinin qətnaməsinin əsaslandırma hissəsi ilə cavabdehin razı olmaması ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 1982-ci ildən xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apara n digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digə r şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslə ri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli, 2 №-li qərarının (1994-cü il 20 may tarixli, 4 №-li və 1998-ci il 25 mart tarixli, 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilirdi ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmi ş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləninin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya h üquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma il ə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.4-ci maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Di gər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd olunmuşdur ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövq eyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Həmin Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını t əmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri və olduğu yer haqqında” AR Qanununun 9-cu maddəsin in birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Həmçinin müvafiq Plenum qərarında o da qeyd olunmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməy i zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Plenum Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərba ycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasının protokolundan aydın olur ki, Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında 1984-cü ildə Rusiyaya getdiyini, orada yaşayıb işlədiyini, 1987-ci ildə həmin evin qeydiyyatından çıxdığını, 2004-cü ildə yenidən anasının verdiyi razılıq ərizəsi əsasında həmin mənzildə qeydiyyata düşdüyünü, həmin vaxtdan mübahisəli mənzildə qeydiyyatda olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş ПВ 395551 nömrəli diplomun surətindən aydın olur ki, Cavabdeh 1983-cü ildə X22 və Qaz Universitetinə daxil olmuş, 1989-cu ildə həmin universitetin neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmişdir. Kollegiyada işə baxılarkən Naxçıvan Şəhər Polis İdarəsinə ünvanlanmış sorğuya verilən 26 may 2022-ci il tarixli, 7/1953 nömrəli cavab məktubunda bildirilir ki, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh xx.xx.2004-cü ildə ilkin şəxsiyyət vəsiqəsi alan zaman ünvan ü nvan 6anda qeydiyyatdadır. Kollegiya qeyd edir ki, cavabdeh tərəf apellyasiya şikayətində uzun müddət başqa yerə getmədiyini bildirsə də, işin araşdırılmış hallarından da Cavabdeh 6 (altı) aydan daha uzun müddətə mübahisələndirilən mənzildə yaşamadığı məlum olur. Cavabdeh 2004-cü ildə həmin evə yenidən qeydiyyata düşsə də, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələrə tətbiq olunan Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq mənzilin mülkiyyətçisi olan X10 ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmadığından, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, eləcə də mülkiyyətçi ilə birlikdə yaşamadığından Cavabdeh Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 6 0-da yerləşən 11 nömrəli mənzildən istifadə hüququ əmələ gəlməmişdir. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Mülkiyyətçi İddiaçı ilə dayısı Cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər 2016cı ildə, yəni 2009-cu il oktyabrın 1-dən sonra yarandığından müvafiq münasibətlərə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Qanunvericiliyin tələbi ilə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mənzil üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alındıqdan (xx.xx.2016-cı il) sonra Cavabdeh mənzildən istifadə hüququnun yaranmasına dair tərəflər arasında razılaşma olması nəzərdə tutulmuşdur. Lakin tərəflər arasında mənzildən istifadə hüququnun yaranmasına dair müvafiq razılaşmanın olması iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razı laşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Eləcə də, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi, İddiaçı dayısı olmaqla onun ailə üzvü hesab edilmir, eyni zamanda mülkiyyətçi tərəfindən ailə üzvü kimi də mübahisəli mənzilə köçürülməmişdir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşayış sahəsindən istifadə hüququ olmadığından həmin hüququn itirilmiş hesab edilməsindən də söhbət gedə bilməz. Buna görə də kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh qeyd edilən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının M PM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh X9 öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qər arının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfində n işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(078)-89/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxt ar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-64/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-64/2022
20.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver