Məhkəmə qərarları › İş №2(108)-65/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-65/2021

27.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-65/2021 27.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının Cavabdeh qarşı yaşayış və istifadə hüququna qoyulmuş maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızı Cavabdeh qar şı 09 sentyabr 2020-ci il tarixdə yaşayış və istifadəyə qoyulmuş maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh və onun ailə üzvlərinin onun mülkiyyətində olan Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində olan evində yaşayış və istifadəyə qoyulmuş maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş, iddia tələbinə iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının Cavabdeh qarşı Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında ona məxsus torpaq sahəsi və üzərində tikilmiş evində Cavabdeh tərəfindən yaradılmış yaşayış və istifadə hüququna o lan maneənin aradan qaldırılması çərçivəsində baxılmasına qərar verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının mülkiyyətində olan torpaq sahəsində və onun üzərində tikilmiş fərdi yaşayış evində Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının yaşayış və istifadə hüququna yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Vəkil 14 dekabr 2020-ci il tarixdə apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078 )-803/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətində qeyd etmişdir ki, tələbdə cavabdeh qismində Cavabdeh göstərilsə də, iddia ərizəsinin xahiş etdim hissəsində cavabdehin və onun ailə üzvlərinin yaşayış və istifadə hüququna qoyulmuş maneənin aradan qaldırılması xahiş edilmişdir. Cavabdehin vəkili və nümayəndəsi olaraq iddiaya etiraz edilmişdir. Bu baxımdan məhz iddia tələbi rədd olunmalı idi. Ona görə ki, tələbin konkret olaraq kimə yönəldiyi qeyri-müəyyən idi. 10.11.2020-ci il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən sadəcə teleqram elan edilmiş və həmin teleqram iddiaçının öz iddiasına münasibəti və gələ bilməməyi barədə elandan ibarət olmuşdur. Həmin tarixdə keçirilən məhkəmə iclasında məhkəmə protokolda qeyd edildiyi kimi müşavirəyə getməmiş və dəqiqləşmə barədə qərardad elan olunmamışdır. Dəqiqləşmə barədə qəbul edilmiş qərardad onlara rəsmi qaydada göndərilməmiş və nəinki göndərilməmiş, onların ümumiyyətlə bu qərardadın qəbul olunmasından xəbərləri belə olmamışdır. Onların fikrincə bu cavabdehin və onun vəkilinin hüquqlarının kobud formada pozulması deməkdir. Bu qərardadın qəbulu iddianın təmin olunmasına yönəlmiş bir prosessual hərəkət deməkdir. Ona görə ki, iddiaçı Bakı şəhərində yaşayır və sadəcə iddia ərizəsini göndərmiş, sonradan isə teleqramla iddiasını müdafiə etdiyini bildirmişdir. Ümumiyyətlə vəkillə də məhkəmədə təmsil olunmamış, iddiaçının hüquqlarını hər hansı bir vəkil müdafiə etməmişdir. O necə bilə bil ərdi ki, onun tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinin “xahiş etdim” hissəsində cavabdehlərin dairəsi dəqiq deyil və ya tələb konkret şəxsə yönəlməmişdir. Bundan əlavə məhkəmə tərəfindən teleqramın ərizə kimi qəbul edilməsi və o teleqram əsasında iddia tələbinin dəqiqləşməsi barədə qərardad qəbul edilməsi də düzgün deyil və ciddi prosessual pozuntudur. Belə ki, AR MPM-nin 149-cu maddəsinin tələbləri bu mənada kobud şəkildə pozulmuşdur. Teleqramla iddia tələbinin dəqiqləşdirilməsini qəbul etmək düzgün deyildir. Bu yalnız məhkəməyə iddiaçının imzası ilə təsdiqlənmiş yazılı ərizə formasında ola bilərdi. Teleqramın ərizə kimi qəbul edilməsi tamamilə yanlışdır. İkinci bir hal ondan ibarətdir ki, əgər iddiaçı hesab edirdisə ki, iddia tələbində cavabdehlərin dairəsi dəqiq deyil o zaman A R MPMnə uyğun ərizəsi əsasında cavabdehlərin dairəsini müəyyən etməli və iddia tələbində qeyd olunan cavabdehlərin ailə üzvlərinin xahiş etdim hissəsindən həmin şəxslərin çıxarılmasını istəyirdisə o zaman 53-cü maddə ilə deyil, məhz MPM-də nəzərdə tutulmuş qaydada 54-cü maddədə nəzərdə tutulmuş qaydada bu məsələ həll olunmalı idi. Burada cavabdehlərin dairəsindən söhbət gedir və iddia tələbinin həcminə və ya əsasına və ya predmetinə heç bir hüquqi bağlılığı yoxdur. Ümumiyyətlə çıxarılmış qətnamə tamamilə obyektivlikdən kənar, əsassız və ədalətsiz bir qətnamədir. Belə ki, yazılı şəkildə təqdim olunmuş izahatında qeyd etmişdir ki, iddiaçının subyektiv hüququ mövcud deyildir. Mülki işin materiallarına nəzər salan zaman iddiaçının “mənim evim” deyə iddia etdiyi daşınmaz əmlaka dair heç bir hüq uqi sənəd mövcud deyildir. Hazırkı mülki işdə isə iddiaçının “evim” deyə adlandırdığı fərdi yaşayış evinə hüquqi ixtiyarı mövcud deyildir. Yəni həmin fərdi yaşayış evinin ona məxsusluğu heç bir hüquqi sənədlə öz təsdiqini tapmadığından onun hüquqi ixtiyarı da mövcud deyildir. Məhkəmə iddiaçını həmin fərdi yaşayış evinin “qanuni istifadəçisi” adlandırır ki, bu tamamilə səhv və qərəzli yanaşmadır. Belə ki, onlar tərəfindən məhkəməyə yazılı və şifahi formada verilmiş izahatlarla, fotoşəkillərlə, həmin evin tikintisinin həyata keçirmiş ustaların yazılı ərizələri ilə, şahid ifadələri ilə, daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi ilə və digər sənədlərlə tam sübuta yetirilir ki, həmin fərdi yaşayış evinin qanuni istifadəçisi kim olmuşdur. Həmin fərdi yaşayış evini iddiaçının mərhum atası və onun qardaşı şifahi formada hazırki iş üzrə cavabdehə bağışlamış və cavabdeh də 2013- 2018-ci illərdə həmin evdə yaşamışdır. Həmin fərdi yaşayış evini 2013-2015-ci illərdə məhz Cavabdeh tikdirmiş və həmin evə 200-250.000 manata yaxın pul xərcləmişdir. Həmin vaxtlar və ümumiyyətlə uzun müddətdir ki, iddiaçı Bakı şəhərində yaşayır. Sonradan müvafiq torpaq sahəsi bağışlama əsasında hazırki iş üzrə iddiaçıya bağışlanmışdır. Həmin vaxtlar isə cavabdeh artıq evi tikdirmiş və orada yaşamaqda davam edirdi. Bu vaxtadək də ümumiyyətlə heç bir etiraz və narazılıq olmamışdır. Hətta torpaq sahəsində cavabdeh tikinti işləri aparan zaman həmin torpaq sahəsi hazırki iş üzrə iddiaçının adına belə deyildi. Torpaq sahəsini bağışlayan şəxs də cavabdeh tərəfindən özünün yaşaması üçün tikdirdiyi tikiliyə baxmış, xeyir-dua vermişdir. Yəni hüquqi baxımdan iddiaçının həmin fərdi yaşayış evindən qanuni istifadəsindən söhbət gedə bilməz və onun qanuni istifadəçi adlandırılması heç bir halda qəbuledilən deyil. Məhkəmə iddia tələbindən kənara çıxmaqla qətnamə qəbul etmişdir. İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızı 01 fevral 2021-ci il tarixdə teleqram göndərməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə müraciət edərək apelyasiya şikayətini qəbul etmədiyini, apelyasiya şikayəti təmin edilmədən, Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Həmçinin iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızı apelyasiya şikayətinə qarşı 03 mart 2021-ci il və 20 aprel 2021-c i il tarixli ərizələrlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı 03 mart 2021-ci il tarixli ərizəsində qeyd etdiyi etirazını onunla əsaslandırmışdır ki, şikayətin verilməsinə tək səbəbin qanunvericiliyin tərəfə verdiyi hüquqdan sui-istifadə edərək məhkəmənin çıxardığı qətnamənin mümkün ən gec vaxta icrasının gecikdirilməsi məqsədinin güdülməsindən ibarətdir. Dəfələrlə cavabdehə mülkiyyətindəki torpaq sahəsində olan evdən çıxmasını tələb etsə də o, bu tələbə əməl etməmişdir. Bir müddət sonra o, həmin evin cavabdeh tərəfindən Türkiyə Respublikası vətəndaşlarına ki rayə verildiyini öyrənmişdir. Hal-hazırda o, qanuni mülkiyyətində olan həmin evdən istifadə edə bilmir. Cavabdehin məqsədinin maksimum dərəcədə prosessual gecikmələr yaradaraq mülki iş üzrə çıxarılmış qətnamənin qanuni qüvvəsini almasına süni maneələr yaradaraq evin kirayəsindən istifadə etməkdir. Cavabdeh tərəf qətnamənin ləğv edilməsinə əsas kimi birinci instansiya məhkəməsinin mülki işə baxarkən maddi hüquq normalarını və ya prosessual hüquq normalarını düzgün tətbiq etməməsini göstərmişdir. Bundan da aydın olur ki, cavabdeh tərəfin mülki işin nəticəsinə təsir edən tədqiq edilməsi üçün təqdim edəcəyi hər hansı yeni sübutu mövcud deyil. Doğrudur maddi hüquq normalarının və ya prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi qətnamənin ləğv olunmasına gətirib çıxara bilər. Lakin, bu mülki işdə ondan söhbət belə gedə bilməz. Çünki qanunverici orqan həmin hüquq normasının konkret hansı pozuntular olduğunu MPM-nin 41-ci fəslində dəqiq müəyyən etmişdir. Məlum olduğu kimi apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini hər bir halda yoxlayacaq idi. Cavabdeh tərəfin sadəcə olaraq buna diqqət çəkməsi absurd və məntiqə uyğun olmayan bir hərəkətdir. Bu da apelyasiya şikayətinin formal olaraq verildiyini bir daha təsdiq edir. İddiaçı 20 aprel 2021-ci il tarixli ərizəsində mülki işin Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan zaman iddia tələbində texniki səhvlik olaraq cavabdehin ailə üzvlərinin də Naxçıvan şəhəri, B.Abbasov 4/7 A ünvanında yerləşən evində oradan çıxarılmasının və onun ya şayış istifadə hüququna qoyulmuş maneənin aradan qaldırılmasının qeyd edildiyini, daha sonra məhkəməyə teleqram göndərərək Cavabdeh tərəfindən qanunsuz yerləşdirilmiş kiraçıların oradan çıxarılmasını və onun yaşayış istifadə hüququna qoyulmuş maneələrin aradan qaldırılmasını göstərdiyini, ona öz mülkiyyət hüquqlarını həyata keçirməyə maneə törədənin Cavabdeh olduğunu, bir daha bildir ki, texniki səhvliklə “cavabdeh və onun ailə üzvlərini” sözü iddia ərizəsində qeyd edildiyini göstərərək məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh 29 mart 2021-ci il tarixdə teleqramla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək teleqramda onun iştirak edə bilməməsini üzrlü sayaraq vəkil və nümayəndəsinin iştirakı ilə apelyasiya baxışının keçirilməsini qeyd edərək şikayətinin təmin olunmaqla Naxçıvan Şəhər Məhkəməsinin müvafiq qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakları olmadan baxmışdır. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə baxışı iclasındakı izahatında apelyasiya şikayətini müdafiə edərək apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək apelyasiya şikayətini n təmin olunmaqla, Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünmə z olduqda isə tam yoxlayır. Kollegiya tərəfindən apelyasiya şikayətinin dəlillərinin, iddia ərizəsində cavabdeh kimi Cavabdeh Vaqif oğlunun göstərilməsi, lakin ərizənin xahiş hissəsində cavabdeh qismində Cavabdeh Vaqif oğlu və onun ailə üzvlərinin göstərilməsi, iddia tələbinin konkret olaraq kimə qarşı yönəldiyinin qeyri-müəyyən olması, iddianın dəqiqləşdirilməsi barədə qərardadın onlara rəsmi qaydada göndərilməməsi, teleqramın iddianın dəqiqləşdirilməsi barədə ərizə kimi qəbul edilməsinin tamamilə yanlış olması, cavabdehlərin dairəsinin iddia tələbinin həcminə, əsasına, predmetinə heç bir hüquqi bağlılığının olmaması, iddiaçının subyektiv hüququnun mövcud olmaması, iddiaçının “mənim evim” deyə iddia etdiyi daşınmaz əmlaka dair heç bir hüquqi sənədin mövcud olmaması, yalnız iddiaçının adın a həmin tikilinin yerləşdiyi torpaq sahəsinin olması, məhkəmənin iddiaçını həmin fərdi yaşayış evinin “qanuni istifadəçisi” adlandırmasının tamamilə səhv və qərəzli yanaşma olması, həmin fərdi yaşayış evini iddiaçının mərhum atasının və onun qardaşının şifahi formada hazırki iş üzrə cavabdehə bağışlaması, cavabdehin tikinti işləri aparan zaman həmin torpaq sahəsinin iddiaçının adına olmaması, iddiaçının uzun illərdir Bakı şəhərində yaşaması, həmin fərdi yaşayış evinin qanuni istifadəçisinin əslində Cavabdeh olması, fərdi yaşayış evini iddiaçının mərhum atası və onun qardaşı şifahi formada hazırki iş üzrə cavabdehə bağışlaması və cavabdehin də 2013-2018-ci illərdə həmin evdə yaşaması, həmin fərdi yaşayış evinin 2013-2015-ci illərdə məhz Cavabdeh tərəfindən tikdirilməsi və həmin evə 200-250. 000 manata yaxın pul xərcləməsi, həmin fərdi yaşayış evinin icbari sığorta, elektrik enerjisi, telefon və internet xətti ilə əlaqədar cavabdeh tərəfindən müvafiq müqavilələrin bağlanması, şəxsin subyektiv qiymətləndirməsi ilə öz lehinə hüquq yaratmaq haqqının qanuni gözləntinin əhatəsinə girməməsi, məhkəmənin iddia tələbindən kənara çıxmaqla qətnamə qəbul etməsi, iddia tələbinin xahiş etdim hissəsində müvafiq ünvanda yerləşən “evimdə” yaradılmış yaşayış və istifadə hüququna maneənin aradan qaldırılmasını xahiş etsə də, məhkəmənin tam əksinə həm torpaq sahəsində, həm də fərdi yaşayış evində olan maneənin aradan qaldırılması barədə qətnamə qəbul etməsindən ibarət olması müəyyən edilmişdir. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən cavabdehin vəkili və nümayən dəsinin izahatını dinləyib, apelyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə tanış olunarkən üzərində fərdi yaşayış evi tikilmiş mübahisəli torpaq sahəsinin Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşdiyi müəyyən olunur. Lakin birinci instansiya məhkəməsinin bir sıra sənədlərində, eləcə də iddiaçının və cavabdehin məhkəməyə ünvanladıqları (apelyasiya şikayəti də daxil olmaqla) sənədlərdə həmin ünvan Naxçıvan şəhəri, B.Abbasov 4/7 kimi göstərilmişdir. Bu hal texniki səhv kimi qəbul edilməli və üzərində fərdi yaşayış evi tikilmiş mübahisəli torpaq sahəsinin ünvanı Naxçıvan şəhəri, B.Abbasov 4/7A kimi oxunmalıdır. Birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə Protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərlə ri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. “Ədalət mühakiməsinin həyata k eçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin e tməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Həmin Məcəllənin 148.2-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) özü istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan v ə qorunan hüququdur. Apelyasiya şikayətində qeyd edilən iddiaçının subyektiv hüququnun mövcud olmaması, iddiaçının “mənim evim” deyə iddia etdiyi daşınmaz əmlaka dair heç bir hüquqi sənədin mövcud olmaması, yalnız iddiaçının adına həmin tikilinin yerləşdiyi torpaq sahəsinin olması, məhkəmənin iddiaçını həmin fərdi yaşayış evinin “qanuni istifadəçisi” adlandırmasının tamamilə səhv və qərəzli yanaşma olması, şəxsin subyektiv qiymətləndirməsi ilə öz lehinə hüquq yaratmaq haqqının qanuni gözləntinin əhatəsinə girməməsi dəlili ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə uyğun olaraq torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Həmin Məcəlləni n 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə uyğun olaraq özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxsl ərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Kollegiya bu dəlillə əlaqədar əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən mübahisəli torpaq sahəsi üzərindəki fərdi yaşayış evi qanunsuz tikili kimi mövcud olsa da qanunvericiliyin yuxarıda istinad edilən müddəalarına əsasən həmin tikiliyə mülkiyyət hüquqlarının qeydə alınmasını tələb edə bilmək hüququ yeganə torpaq mülkiyyətçisi olaraq iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızına məxsusdur. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə hüquqi qiymət verməklə hesab etmişdir ki, mülkiyyət hüququ iddiaçının mülkiyyətində olan torpaq sahəsinə öz istədiyi k imi sahib olmaq, ondan maneə olmadan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan, mülkiyyətçinin hüquqi əsasla və məcburi rekvizitlərlə əhatə olunmuş hüquqmüəyyənedici sənədlər əsasında sahibi olduğu mülkiyyətindən məhrum edilməsi qanunsuz və ədalətsiz olmaqla yolverilməzdir. Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə Cavabdeh sahibliyinə yol verməmək iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının dövlət tərəfindən tanınan və qorunan hüququdur. Çünki, Cavabdeh yaşadığı fərdi yaşayış evi iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının rəsmi qeydiyyata alınmış mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən, həmin ünvanda tikinti aparılması yalnız iddi açı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının razılığı və qanunla müəyyən olunmuş qaydada lazımi icazələr alınmaqla, şəhərsalma və tikinti norma və qaydalarına əməl edilməklə mümkün idi. Qanunvericiliyin qeyd edilən konkret tələblərinə baxmayaraq həmin ünvanda yerləşən torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin Cavabdeh tərəfindən tikilməsini, yaxud onun sahibliyinə və istifadəsinə verilməsini təsdiq edəcək, mülkiyyətçinin razılığı da daxil olmaqla, hər hansı bir rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda apelyasiya şikayətinin mübahisəli torpaq sahəsinin iddiaçının mərhum atası və onun qardaşı tərəfindən şifahi formada cavabdehə bağışlanması barədə dəlilinə münasibətə qeyd edilir ki, həmin Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin iddiaçı nın atası tərəfindən cavabdehə bağışlanmasını təsdiq edəcək heç bir sənəd məhkəməyə təqdim edilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Mülki hüquqi əqdlər, o cümlədən bağışlama müqavilələri əmlaka dair mülkiy yət hüququnun əldə edilməsinin əsaslarından biridir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1-ci maddəsini n tələbinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların bağışlanması haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların bağışlanma müqaviləsinin etibarlılığını şübhə altına alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Qərarında qeyd olun duğu kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 7 mart 2016-cı il tarixli Qərarında da müəyyən edildiyi kimi “Mülki Məc əllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.”. Apelyasiya baxışı zamanı aparılmış araşdırmadan və iş materiallarından Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin iddiaçının atası məhrum X6 tərəfindən 2013-cü ildə Cavabdeh bağışlaması barədə müqavilənin mövcud olmaması mübahisəsiz şəkildə müəyyən olunmuşdır. İş materialları ilə müəyyən olunan mübahisəsiz hallardan biri də odur ki, mübahisə obyekti olan torpaq sahəsi ümumiyətlə cavabdehin iddia etd iyi kimi mülkiyyət hüququ ilə iddiaçının atası mərhum X3 deyil, X2 məxsus olmuşdur. Mülkiyyətçi olaraq X4 isə Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən torpaq sahəsini 18 mart 2016-cı il tarixdə rəsmi qaydada notariat orqanında təsdiq edilmiş müqavilə əsasında Rüstəmova (Novruzova) Gülşən Vaqif qızına hədiyyə etmişdir. Rüstəmova (Novruzova) Gülşən Vaqif qızı isə öz növbəsində həmin daşınmaz əmlakı 08 aprel 2016-cı il tarixdə Dövlət Reyestirində qeydiyyata aldırmaqla “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı və eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd,... həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci m addələrinin şərh edilməsinə dair” Qərarında qeyd olunduğu kimi “ “..Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX- də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir....”. Kollegiya, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nöqteyi-nəzərindən məsələyə yanaşaraq qeyd edir ki, faktiki olaraq qüvvədə olan, eyni zamanda həqiqiliyi və tamamlığı mübahisələndirilməyən qeydiyyata əsasən verilmiş çıxarışın qanuniliyi şübhə altına alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2012-ci il tarixli “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında da təsbit olunduğu kimi “Konstitusiya Mə hkəməsinin Plenumu qeyd edir ki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər...”. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan və torpaq sahələrinin planı və ölçüsü sənədlərindən görünür ki, Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etm ək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Digər tərəfdən, MM-nin 148.2-ci maddəsinə əsasən isə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tari xli Qərarında da qeyd edildiyi kimi “..mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.”. Bu hüququn məhdudlaşdırılması isə qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıql arının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətində mülkiyyət hüququ üzrə iddiaçıların adına dövlət qeydiyyatına alınmış mübahisəli torpaq sahələrinin ona məxsus olmasını, çıxarışın qanunsuz verilməsini göstərmiş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş və eyni zamanda mübahisəli torpaq sahəsinin ona məxsus olmasını bildirsə də cavabdeh mübahisəli torpaq sahəsinə dair iddiaçının adına verilmiş hüquq müəyyənedici sənədləri (çıxarışlar, texniki pasport və s.) mübahisələndirməmişdir. Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallara əs asən - Cavabdeh özünün adına mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqi sənəd mövcud deyildir. Həmçinin mübahisəli torpaq sahəsinə nəinki mülkiyyət hüququnun, ümumiyyətlə mübahisəli daşınmaz əmlaka münasibətdə hər hansı subyektiv hüququnun mövcudluğunu təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir. Hazırki vəziyyətdə mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının adına verilmiş hüquq müəyyənedici sənədlərin qanunsuzluğu barədə hər hansı məhkəmə aktı mövcud deyildir, iddiaçının mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrinin məzmunu (qeydi) hüquqi qüvvədədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki M əcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki tikililərdən istifadəyə müdaxiləsi hər hansı qanuni hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində əmlak hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Cavabdehin apelyasiya şikayətində istinad etdiyi hallar ona mübahisəli torpaq sahəsi üzərində hər hansı hüquq yaratmamışdır. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alındığından, onun toxunulmazlığına qanun la (dövlət tərəfindən) təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən “mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər”. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apelyasiya şikayətinin cavabdehin 2013-2018-ci illərdə həmin evdə yaşaması, həmin fərdi yaşayış evinin 2013-2015-ci ill ərdə məhz Cavabdeh tərəfindən tikdirilməsi və həmin evə 200-250.000 manata yaxın pul xərcləməsi, həmin fərdi yaşayış evinin icbari sığorta, elektrik enerjisi, telefon və internet xətti ilə əlaqədar cavabdeh tərəfindən müvafiq müqavilələrin bağlanması ilə əlaqədar dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdehin vəkili və nümayəndəsinin məhkəmədə verdiyi izahatdan məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya qarşı çəkilmiş xərcin ödənilməsi barədə məhkəmədə iddia qaldırılması ilə əlaqədar müəyyən hərəkətlər edilmişdir. Belə halların mövcudluğu çəkilmiş xərcin tələb edilməsi hüququnun yaranmasına səbəb ola biləcək haldır və ayrıca iddia icraatında mübahisələndirilə bilər. Lakin hazırki mülki işin predmeti ilə əlaqəli olmadığından müzakirə olunaraq qiymətləndirilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırmış, iddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Beləliklə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı idd ianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Apelyasiya şikayətində dəlil kimi göstərilən bu hal yeni bir iddianın və ya qarşılıqlı iddianın predmeti olmasına baxmayaraq cavabdehin bununla əlaqədar birinci instansiya məhkəməsinə hər hansı müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmır. Kollegiya son olaraq apelyasiya şikayətind ə göstərilən məhkəmə tərəfindən teleqramın ərizə kimi qəbul edilməsi və o teleqram əsasında iddia tələbinin dəqiqləşməsi barədə qərardad qəbul edilməsinin düzgün olmaması və ciddi prosessual pozuntu olması, AR MPMnin 149-cu maddəsinin tələblərinin bu mənada kobud şəkildə pozulması, teleqramla iddia tələbinin dəqiqləşdirilməsinin düzgün olmaması, bunun yalnız iddiaçının imzası ilə təsdiqlənmiş yazılı ərizə formasında ola biləcəyi, əgər iddiaçı hesab edirdisə ki, iddia tələbində cavabdehlərin dairəsi dəqiq deyil o zaman AR MPM-nə uyğun ərizəsi əsasında cavabdehlərin dairəsini müəyyən etməli və iddia tələbində qeyd olunan cavabdehlərin ailə üzvlərinin “xahiş etdim” hissəsindən həmin şəxslərin çıxarılmasını istəyirdisə o zaman 53-cü maddə ilə deyil, məhz MPM-də nəzərdə tutulmuş qaydada 54-cü m addədə nəzərdə tutulmuş qaydada bu məsələnin həll olunmalı olması barədə dəlilinə münasibətdə qeyd edir ki, konkret hal apelyasiya şikayətində göstərildiyi kimi Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin təsiri altına düşmür. Çünki konkret halda məsələ əsl olmayan tərəfin əvəz olunması ilə əlaqədar deyil. Burada iddiaçının öz iddiasının Cavabdeh ailə üzvlərinə münasibətdə azaldılması ilə əlaqədardır. Yəni bu məsələnin həlli Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşür. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş ərizə ilə iddiaçının iradəsi konkret ifadə olunaraq idd iasına bu çərçivədə baxılması xahiş olunmuşdur. Kollegiya, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsi ilə üzərinə qoyulmuş vəzifə olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini yoxlayaraq belə qənaətə gəlmişdir ki, mahiyyət etibarı ilə mülki işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinin pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Birinci instansiy a məhkəməsi göstərilən prosessual pozuntuya yol versə də, iş üzrə hallarla bu pozuntuya yol verilmədiyi halda da Cavabdeh münasibətdə fərqli qətnamə qəbul ediləcəyi müəyyən olunmur. Kollegiya hesab edir ki, göstərilən prosessual pozuntunun nəticə etibarilə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olması müəyyən edilmədiyinə görə bu hal məhkəmənin qətnaməsinin ləğvi üçün əsas təşkil etməməlidir. Kollegiya həmçinin qeyd edir ki, səhv nəticəyə səbəb olmayan prosessual pozuntulara görə məhkəmə qətnaməsinin ləğv olunması məhkəmə baxışının səmərəliliyi və süründürməçiliyin qarşısının alınması nöqteyi-nəzərindən də yol verilən hal deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfin apelyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və qeyd edir ki, iddiaçı məhkəməyə cavabdehin hüquqlarının məhdudlaşdırılmasına əsas ola biləcək zəruri halların mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud olmadığı qənaətinə gəlir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün çıxarılmış qətnamədir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Şərh edilənlərə əsasə n və MPM-in 382, 384.0.1, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar