Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-67/2024 01.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı, Cavabdeh, iddiaçı tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, Behbudova (Ağayeva) Təranə Əvəz qızının, Babayeva (Ağayeva) Birgül Əvəz qızının, X6, X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi və üzərində inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(090)-6/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Şahbuz rayon Gömür kəndində yerləşən torpaq sahəsində qonşu Cavabdeh tərəfindən inşa etdiyi tövlənin onların torpağına düşən hissəsinin sökülməsi, tövlənin qarşısında istifadə etdiyi 50 kv.m torpaq sahəsinin onun qanunsuz sahibliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(090)-6/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən D.Y.Səfərov) İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Şahbuz rayon Gömür kəndində yerləşən torpaq sahəsində qonşu Cavabdeh tərəfindən inşa etdiyi tövlənin onların torpağına düşən hissəsinin sökülməsi, tövlənin qarşısında istifadə etdiyi 50 kv.m torpaq sahəsinin onun qanunsuz s ahibliyindən azad edilməsi barədə iddia tələbinin təmin edilməməsi, İddiaçı tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(090)-6/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmadığını, onunla qonşusu X9 ilə həyətyanı sahələrində mübahisəli yerin olduğunu, islahat getdiyi vaxt orada tövlənin olmadığını, sonradan tikildiyini, tövlənin bir hissəsinin ona aid olan ərazidə tikildiyini, Şahbuz rayon Torpaq Komitəsinin əsassız və qanunuz olaraq o sahəni qonşusuna verdiyini, Şahbuz rayon Torpaq Komitəsinin yox, Naxçıvan Muxtar Respublikası Dövlət Komitəsinin iştirakı ilə onlara verilən Şəhadətnamə əsasında torpaq sahəsinin yenidən ölçülməsini, yəni 2022-ci ildə verilən Şəhadətnamə ilə yox, 1999-cu il sentyabrın 7-də verilən Şəhadətnamə əsasında torpağın ölçülməsini, tövlənin üstünün də, altının da onun olduğunu, savadı olmadığına görə torpaq komitəsinin işçilərinin onu aldararaq oxuya bilmədiyi yazının altından ona imza atdırdıqlarını, o torpaq sahəsinin təkcə ona aid olmadığını, ailə üzvlərinin hamısının payının olduğunu, onların da imzası olmadan ərazinin qonşunun adına keçirilə bilməyəcəyini, qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfində n işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab etdiyini, nəticə etibarı ilə iş üzrə materialların məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamənin çıxarıldığını göstərərək Şahbuz Rayon Məkməməsinin 16 yanvar 2024-cü il tarixli, 2(090)-6/2024 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 72-ci maddəsinə, İnsan Hüquqları Ümumi Bəyənnaməsinin 17-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 6, 152.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 76.3, 88 maddələ rinə, “İnsan hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokol”un 1-ci maddəsinə istinad etmişdir. Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. İddiaçı tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Həsənova (Ağayeva) İradə Əvəz qızı məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Həsənova (Ağayeva) İradə Əvəz qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasındakı izahatında Torpaq Komitəsinin sədrinin torpağı ölçüb torpağın onun, yoxsa Vəlinin olmasını müəyyən etmək istə diyini, Vəlinin arvadının onun ölən uşaqlarını, onun özünü söydüyünü, artıq sinir xəstəsi olduğunu, ərini aldadıb onu sənədə qol çəkdirdiklərini, onların torpaq sahəsini Vəlinin öz adına keçirdiyini, başqasının torpağında gözü olmadığını, cavabdehin 2002-ci ildən o torpağı işlətdiyini, orada tövlə tikdiyini, cavabdehin tövləni tikən vaxtı yoldaşının Türkiyədə işlədiyini, onların sahəsində tövlənin tikildiyini, cavabdehin tövlə tikməsinə mane olmadıqlarını, 2022-ci ildə cavabdehin ailəsinin polis gətirərək ölçülər apardıqlarını, yoldaşı tövlənin sökülməsinə razı olmadığından tövlənin sökülmədiyini, sonra cavabdehin arvadının onun ölülərini söydüyündən əsəbiləşib belə bir iddia qaldırdığını, torpağın Vəlinin adına keçməsinə təkcə yoldaşının qol çəkdiyini, qalan heç birinin qol çəkmədiyini, c avabdehlə üzüzə gəlmək istəmədiyini, heç olmasa, tövlənin qapısını öz tərəfindən açmasını desə də, cavabdehin buna da razılıq vermədiyini göstərərək Şahbuz Rayon Məkməməsinin 16 yanvar 2024-cü il tarixli, 2(090)-6/2024 nömrəli qətnaməsini ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasındakı izahatında tövlənin 1985-ci ildə tikildiyini, ekspertizanın gəlib ölçmə aparanda bələdiyyə və icra hakimiyyətinin nümayəndələrinin iştirak etdiklərini, iddiaçının ondan şikayətçi olduğu üçün ölçmə işlərinin həyata keçirildiyini, 1985-ci ildə iddiaçıdan razılıq almadan setka çəkdiyini, 2 il əvvəl evin kupçasını alanda iddiaçının tövlə hissədə olan yerin onun adına keçməsinə razılıq verdiyini bildirərək, Şahbuz Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(090)-6/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasındakı izahatında Şahbuz rayon torpaq komitəsinin işçisinin onu aldadaraq “tövlənin uçmaması üçün sənədə qol çəkməlisən” dediyini, cavabdeh həmin qoldan istifadə edib onun torpaq sahəsini ələ keçirdiyini, Vəlinin orada 2002-ci il tarixdən başlayaraq 22 il müddətinə tövlə salıb istifadə etdiyini, özünün borca düşdüyündən və 11 nəfər ailəni saxlamaqda çətinlik çəkdiyindən Türkiyədə işləməyə getdiyini, Türkiyədə olanda cavabdehin tövləni tikdiyini, Türkiyədə 27-28 gün işləd iyini, oradan qayıdandan sonra Vəliyə mane olmadığını, tövləni tikibsə qalmasını dediyini, 2002ci ildən bu vaxta kimi tövlənin sökülməsi ilə bağlı məhkəməyə müraciət etmədiyini, ancaq bu sahənin onun olduğunu bildiyini, cavabdehin evin kupçasını alarkən onun qol çəkdiyini, cavabdehin onun ölənlərini söydüyü üçün narahat olduğunu bildirərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasındakı izahatında tərəflərin yola getmədiklərini, cavabdeh qapını başqa tərəfdən açsa da, yola getməyəcəklərini, X6 tövlə uçmasın deyə sənədə qol çəkdiyini, insanın nənəsindən, qardaşından əziz birinin onun qonşusu olduğunu, cavabdehin isə özünün, oğlunun, arvadının gedib -gəlib onları söydüyünü göstərərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, Behbudova (Ağayeva) Təranə Əvəz qızı, Babayeva (Ağayeva) Birgül Əvəz qızı apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasındakı izahatlarında iddiaçı tərəfdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatı ilə eyni məzmunlu izahatlar verib tərəflərin barışmalarının tərəfdarları olduğunu bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdilər. Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi bir inci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Kollegiya iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini apellyasiya şikayətin in dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN 091B, KOD 10503018 saylı şəhadətnamədən müəyyən olunur ki, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli qərarına əsasən Şahbuz rayonunun Gömür kəndi ərazisində yerləşən 0.39 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN 091A, KOD 10503018 saylı şəhadətnamədən müəyyən olunur ki, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli qərarına əsasən Şahbuz rayonunun Gömür kəndi ərazisində yerləşən 0.01 ha torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi müəyyən olunur. İş materiallarında olan Nümayənd ə **********36 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 20/7 nömrəli reyestr kitabının 1344 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışı ilə Cavabdeh və ailə üzvlərinə 0.1162 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə onlara məxsus olması müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon İdarəsinin nümayəndəsi X1 13 noyabr 2023-cü il tarixli mütəxəssis rəyində göstərmişdir ki, 2022-ci ildə Şahbuz rayonu, Gömür kənd sakini Cavabdeh haliyədə istifadəsində olan tövləsinin yerləşdiyi 75 B kadastr nömrəli həyətyanı torpaq sahəsinin dövlət reyestrindən keçirilərək çıxarışın verilməsi üçün şöbəyə müraciət etmiş, lazımı texniki sənədlərin hazırlanması üçün tərəfindən yerində ölçmə iş ləri aparılmış, ölçmə nəticəsində 75 B kadastr nömrəli həyətyanı torpaq sahəsinin ölçülərinin Şahbuz rayonu, Gömür kəndinin yeni hazırlanmış elektron yer quruluşu planına uyğun olduğu müəyyən edilmişdir. Hər iki qonşunun tövlələrinin biri-birinə yaxın olması və işin həssasiyyətini nəzərə alaraq ölçmə işləri aparılarkən Cavabdeh və Ə.Ağayevin iştirakı təmin edilmiş, mərz nişanları qonşular arasında razılıq əsasında müəyyənləşdirilmişdir. Ölçmə işləri aparılarkən Gömür kənd İƏD-nin nümayəndəsi və kənd bələdiyyəsinin iştirakı təmin edilmiş, 75 B kadastr nömrəli həyətyanı torpaq sahəsinə üzərindəki tövlə binası daxil olmaqla sahənin dövlət reyestrindən keçirilərək çıxarışın verilməsi məqsədə uyğun hesab edilmişdir. Əlavə olaraq Cavabdeh mülkiyyətində olan 75 B kadastr nömrəli həyətyanı torpa q sahəsinin çəpər-çəpərə qonşusu olan 91B kadastr nömrəli həyətyanı torpaq sahəsi Ə.Ağayevin mülkiyyətinə verilmişdir. 91B nömrəli həyətyanı torpaq sahəsinin sənəd üzrə ölçüsü 3852.30 m² -dir, lakin Gömür kəndinin yeni hazırlanmış elektron yer quruluşu planında 91B nömrəli yerin 4340.23m² olduğu, yəni sənəd üzrə olan ölçüdən 500 m² artıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli, 1197 saylı rəyi ilə Şahbuz rayonu, Gömür kəndində yerləşən, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 07 sentyabr 1999-cu il tarixli, 7/2 nömrəli qərarı əsasında JN-91B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə v erilmiş 3852.3 kv.m həyətyanı torpaq sahəsindən Cavabdeh istifadə etməməsi və JN-91B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətə 3852.3 kv.m torpaq sahəsi verilsə də İddiaçı və ailə üzvlərinin faktiki olaraq 4340.0 kv.m torpaq sahəsindən istifadə etmələri, Nümayəndəndə **********36 reyestr nömrəsi ilə qeydiyyata alınmış Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1162.4 kv.m torpaq sahəsi ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3852.3 kv.m torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edilməmişdir. Kollegiya tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instan siya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Kollegiya İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərə məcmu halında qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, mübahisəli tövlə və torpaq sahəsi 1985-ci il tarixdən Cavabdeh aşkar sahibliyində və istifadəsində olmuşdur. Belə ki, İddiaçı özü də bunu etiraf edərək birinci instansiya məhkəməsində Cavabdeh 1985-ci il tarixdə həmin tövləni tikib ondan istifadə etdiyini, kollegiyada verdiyi izahatında cavabdehin 2002-ci ildən torpağı işlətdiyini, orada tövlə tikdiyini, cavabdehin tövləni tikən vaxtı yoldaşının Türkiyədə işlədiyini, onların sahəsində tövlənin tikildiyini, cavabdehin tövlə tikməsinə mane olmadığını, cavabdehin ailəsinin polis gətirərək, ölçülər apardıqlarını, yoldaş ının tövlənin sökülməsinə razı olmadığından tövlənin sökülmədiyini, torpağın Vəlinin adına keçməsinə təkcə yoldaşının qol çəkdiyini, qalan heç birinin qol çəkmədiyini 2022-ci ildə mübahisəli torpaq sahəsinin və tövlənin cavabdehin adına sənədləşdirildiyini, cavabdehin onun ölənlərini söydüyü üçün aralarında mübahisənin yarandığını, ona görə də iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Şahbuz rayon Gömür kəndində yerləşən torpaq sahəsində qonşu Cavabdeh tərəfindən inşa etdiyi tövlənin onların torpağına düşən hissəsinin sökülməsi, tövlənin qarşısında istifadə etdiyi 50 kv.m torpaq sahəsinin onun qanunsuz sahibliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon İdarəsinin nümayəndəsi X1 tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, 2022-ci ildə Şahbuz rayonu, Gömür kənd sakini Cavabdeh haliyədə istifadəsində olan tövləsinin yerləşdiyi 75 B kadastr nömrəli həyətyanı torpaq sahəsinin dövlət reyestrindən keçirilərək çıxarışın verilməsi üçün şöbəyə müraciət etmiş, lazımı texniki sənədlərin hazırlanması üçün tərəfindən yerində ölçmə işləri aparılmış, ölçmə nəticəsində 75 B kadastr nömrəli həyətyanı torpaq sahəsinin ölçülərinin Şahbuz rayonu, Gömür kəndinin yeni hazırlanmış elektron yer quruluşu planına uyğun olduğu müəyyən edilmişdir. Beləliklə də mütəxəssis rəyindən də mübahisələndirilən tövlənin Cavabdeh mülkiyyətinə verilmiş 75 B kadastr nömrəli həyətyanı torpaq sahəsinin üzərində tikilməsi müəyyən edi lmişdir. Birinci instansiya məhkəməsində məhkəmə mühəndis-tikinti ekspertizası təyin edilərək ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizaları Mərkəzinə həvalə edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 19 dekabr 2023-cü il tarixli, 1197 №-li rəyində Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1162.4 kv.m torpaq sahəsi ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3852.3 kv.m torpaq sahəsinin üst-üstə düşməməsi, eyni zamanda İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3852.3 kv.m həyətyanı torpaq sahəsindən Cavabdeh istifadə etməməsi, həmçinin ekspertiza nəticəsində JN-91B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətə 3852.3 kv.m torpaq sahəsi verilsə də, İddiaçı və ailə üzvləri faktiki olaraq 4340.0 k v.m torpaq sahəsindən istifadə etmələri göstərilmişdir. Göründüyü kimi, İddiaçı qaldırdığı iddiada mülkiyyətdə olan qanunsuz sahiblikdən azad edilməsi tələb olunan torpaq sahəsi və həmin torpaq sahəsində sökülməsi tələb olunan inşa edilmiş tövlənin Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1162.4 kv.m torpaq sahəsi daxilində olması müəyyən edilmişdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüq uqunun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianın təmin edilməsi üçün iddiaçıya mülkiyyət hüququ əsasında əşyaların ona məxsus olması və həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması sübut olunmalıdır. İddiaçı Cavabdeh inşa etdiyi tövlənin yarısının onların torpaq sahəsinə düşməsini və 50 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğunu iddiasında qeyd etsə də, göstərilənləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı qaldırdığı iddianın predmeti mülkiyyətində olan Şahbuz rayon Gömür kəndində yerləşən torpaq sahəsində qonşusu Cavabdeh tərəfindən inşa etdiyi tövlənin onların torpağına düşən hissəsinin sökülməsi, tövlənin qarşısında istifadə etdiyi 50 kv.m torpaq sahəsinin onun qanunsuz sahibliyindən azad edilməsi olduğundan iddiaçının apellyasiya şikayətində qeyd etdiyi sözügedən torpaq sahəsində onun və ailə üzvlərinin hamısının payının olduğu, onların hər birinin imzası olmadan ərazinin qonşunun adına keçirilə bilməyəcəyi ilə bağlı göstərdiyi hallar başqa iddianın predmetini təşkil etdiyindən, kollegiya onlara qiymət ve rilməsinə zərurət görmür. Beləliklə, kollegiya iddiaçı tərəfin qətnamənin ləğv edilməsinə dair apellyasiya şikayətində göstərdiyi dəlillərə qiymət verərək həmin dəlillərin qətnamənin ləğv edilməsi üçün əsaslı hesab etməyərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(090)-6/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmaqla iddiaçı tərəfin vermiş olduğu apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi və üzərində inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(090)-6/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(090)-6/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-67/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-67/2024
01.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver