Məhkəmə qərarları › İş №2(108)-68/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-68/2023

08.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-68/2023 08.05.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı nümayəndəsi Nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, 10-cu küçə (H.Rəhmanov) 4/23 A ünvanına köçürülməsi barədə qətna mə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin həmin qərardadından narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə 06 mart 2023-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadının ləğv edilərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadından verdiyi şikayətin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması, Nümayəndə tərəfindən "xxxx" ASC-nin Sumqayıt filialı vasitəsilə 28 fevral 2023-cü il tarixli, 2962 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun geri qaytarılması, Nümayəndə göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən elektron kabinet vasitəsilə şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə 03 aprel 2023-cü il tarixdə yenidən Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadının ləğv edilməsi və mülki işin icraata qəbul edilməklə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadından verdiyi şikayət geri qaytarılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə 17 aprel 2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-409/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasını üzrlü hesab etməklə, mülki işin icraata qəbul etməklə, mahiyyəti üzrə baxılması barədə vəsatət vermişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 aprel 2023-ci il tarixli, 2 (078)-409/2023 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadından şikayət verilə bilməsi üçün buraxılmış prosessual müddətin iş üzrə iddiaçıya münasibətdə bərpa edilməsi qərara alınmış, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadından verilmiş şikayət əsaslı hesab edilməyərək, şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə şikayətində qeyd etmişdir ki, nümayəndəsi olduğu İddiaçı Cavabdeh qarşı birgə nikah dö vründə əldə edilmiş torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə - Naxçıvan şəhəri, 10-cu küçə (H.Rəhmanov), 4/23 A ünvanına köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuş 2(078)-409/2023 saylı mülki işin, iddia ərizəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ya texniki pasportun əsli və ya notariat qaydasında təsdiqlənmiş surətinin əlavə edilməməsi, iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surət olması və 2021-ci il tarixdə ödənilməsi, oğlum Eldənizin doğum haqqında şəhadətnaməsinin surətinin notariat qaydasında təsdiqlənməməsi səbəbindən icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Hazırda göstərilən nöqsanları aradan qaldırılmaqla dövlət rüsumunun yenidən ödənilməsi barədə q əbzin əslini və oğlu Eldənizin doğum haqqında şahadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətini məhkəməyə göndərir və mülki işin icraata qəbul edilməklə mahiyyəti üzrə baxılmasını xahiş edir. Kollegiyanın diqqətinə çatdırır ki, Naxçıvan şəhəri, 10-cu küçə (H.Rəhmanov), 4/23 A ünvanına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ya texniki pasportun təqdim edilməsi mümkün deyil. Belə ki, həmin iki mərtəbəli, tam kommunal şəraitli, 3 otaqlı fərdi yaşayış evini oğlu öz vəsaiti hesabına tikdirmişdir. Fəridə ilə xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri pozulmuş və aralarında olan rəsmi nikah qeydi ləğv edilmişdir. Hazırda ayrı-ayrılıqda yaşayırlar – Fəridə həmin evdə, oğlu isə müxtəlif ünvanlarda kirayədə yaşayır. Evsiz-eşiksiz qalmışdır, yaşamağa yeri yoxdur. Ona görə də oğlu Eldəniz Cavabdeh qarşı birgə nikah dövründə tikilmiş fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Oğlu Eldəniz həmin evin bölünməsini və yaxud payın ayrılmasını istəmir, həmin evə köçüb yaşamaq istəyir. Məhkəmə isə sənədləri geri qaytarmışdır ki, biz həmin evə dair heç bir sənəd təqdim edə bilmirik. Bu məqsədlə o, xx.xx.2021-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 saylı Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə, xx.xx.2022-ci il tarixdə isə Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edib, məhkəmədə mülki işin aparılması ilə əlaqədar oğlu İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, 10-cu küçə (H.Rəhmanov küçəsi), 4/23 A ünvanında yerləşən 200 kv.metr torpaq sahəsi üzərində həqiqətən iki mərtəbəli, tam kommunal şəraitli, 3 otaqlı fərdi yaşayış evinin mövcud olub-olmaması barədə ətraflı arayış verilməsini xahiş etmişdir. Lakin, müraciətinə Naxçıvan Şəhəri İH başçısının 4 saylı Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən ümumiyyətlə cavab verilməmiş, Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən isə cavab verilmişdir ki, dövlət reyestrində həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin inşası ilə bağlı məlumat mövcud deyil. Məlum məsələdir ki, bu ev dövlət qeydiyyatından keçməyib. Onlara həmin evin mövcudluğunu təsdiq edən arayış lazımdır ki, məhkəməyə təqdim etsinlər və oğlu məhkəmə qaydasında həmin evə köçüb yaşasın. Bu ev qanunsuz, qeydiyyatsız da olsa, qanuni qaydada oğluna ayrılmış 200 kv.metr torpaq sahəsinin üzərində tikilib. Oğlu niyə çöldə qalmalıdır ? Bundan başqa, Naxçıvan Muxtar Respublikası Afrika deyil, Avropa deyil. Naxçıvan MR də Azərbaycanın ayrılmaz bir hissəsidir. Necə olur ki, Azərbaycanın bütün şəhər və rayonlarında bu cür sənədsiz evlərə köçürülmə barədə iddia tələbləri məhkəmələr tərəfindən təmin edilir, Naxçıvan şəhər məhkəməsində isə bu cür işləri icraata da götürmürlər ? Sonda nümayəndə Naxçıvan Şəhər məhkəməsinin 2(078)-409/23 saylı, xx.xx.2023cü il tarixli qərardadının ləğv edilməsi, şikayətlərinin təmin olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələ rində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəflərə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərarda dı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı ilə Cavabdeh Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu nikahlarından övladları xx.xx.1994-cü il təvəllüdlü X1, xx.xx.1996-cı il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-20/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan rəsmi nikah qeydinin ləğv edilməsi və uşaqların anasının yanında qalması qət edilmişdir. İddia tələbində qeyd olunur ki, tərəflər birgə nikah dövründə Naxçıvan şəhəri, 10-cu küçə (H.Rəhmanov) 4/23 A ünvanında 200 kv.metr torpaq sahəsi almış və həmin torpaq sahəsi üzərində tam kommunal şəraitli iki mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi tikilmişlər. Boşanmadan sonra iddiaçı torpaq sahəsində və fərdi yaşayış evində payların müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-444/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Naxçıvan şəhəri, 10-cu küçə (H.Rəhmanov) 4/23 A ünvanında yerləşən 200 kv.metr həyətyanı torpaq sahəsinin iddiaçı ilə cavabdehin birgə mülkiyyəti sayılmaqla payların bərabər qaydada müəyyən olunması, 1/2 hissənin iddiaçının mülkiyyətində saxlanılmaqla, 1/2 hissənin Cavabdeh mülkiyyətinə verilməsi qət edilmiş, həmin 200 kv.metr həyətyanı torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evində payların müəyyən edilməsi hissəsində mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilmi şdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-444/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında göstərilmişdir ki, göstərilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Daşınmaz əmlakın bölünməsi və ondan payın ayrılması yalnız daşınmaz əmlaka mülkiyyət hüquqlarının müəyyən olunmuş qaydada qeydiyyata alınmasından sonra həyata keçirilməsi mümkündür. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə istinad edərək ərizəni həmin hissədə baxılmamış saxlamışdır. Həmçinin kollegiyada verilmiş şikayətin tədqiqi ilə bağlı iş materiallarını araşdırılarkən məlum olmuşdur ki, İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, 10-cu küçə (H.Rəhmanov) 4/23 A ünvanına kö çürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadından məlum olmuşdur ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verildiyindən iddia ərizəsi geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarmanın əsası kimi qeyd etmişdir ki, iddia ərizəsinə daşınmaz əmlakla bağlı sənəd (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ya texniki pasportun əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti) əlavə edilməmiş, həmçinin İddiaçı doğum haq qında şəhadətnaməsinin surəti lazımi qaydada təsdiqlənməmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumları barədə qəbzlər surətdir, həmçinin dövlət rüsumları 2021-ci il tarixdə ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş dövlət rüsumu barədə 17 sentyabr 2021-ci il tarixli qəbzin surətindən göründüyü kimi hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizəyə görə rüsum ödənilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı gəldiyi bu nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Kollegiya iddiaçının nümayəndəsi Nümayəndə verdiyi şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas kimi göstərdiyi dəlilləri müzakirə edib, həmin dəlillərə məcmu halda qiymət verərək bu dəlillərin əsassız olduğu qənaətinə gəlir və hesab edir ki, şikayətdə göstərilən həmin əsaslar birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğvi üçün əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq ol unmuş surəti təqdim edilir. Həmin Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrində qeyd olunur ki, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə mü vafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, həmçinin həmin Məcəllənin 152.1.5-ci maddəsinin tələbinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Tədqiq olunmuş iş materiallarından aydın olmuşdur ki, iş üzrə iddiaçının nümayəndəsi hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozmuş və buda son nəticədə haqlı olaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul olunmas ı ilə nəticələnmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, tədqiq olunmuş iş materiallarından məlum olmuşdur ki, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərkən iddia ərizəsinin forma və məzmununa dair digər tələblərə də əməl etməmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələbindən görünür ki, həmin prosessual norma iddia ərizəsində göstərilməli olan məlumatların dairəsini imperativ olaraq müəyyən etmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallara dair sübutların siyahısını iddia ərizəsində göstərsə də, həmin fakt və hallara dair məlumatları iddia ərizəsinin məzmununda göstərməmişdir. Bu da son nəticədə Mülki Prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması ilə nəticələnmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə qarşı tərəfə göndərilərək, ona özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutların siyahısını özündə əks etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə ö deməkdir ki, məhkəmə özünün sübut kimi qəbul etdiyi sübutu qarşı tərəfə təqdim etmir. Kollegiya iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin MülkiProsessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Bütün sadalananlarla bərabər qeyd olunmalıdır ki, Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda qeyd xüsusatları nəzərə alan kollegiya hesab edir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə verdiyi şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadın ı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə verdiyi şikayət təmin olunmasın. Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)-409/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar