Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-68/2025 01.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(079)-26/2025 nömrəli qətnaməsindən Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “30” sentyabr 2024-cü ildə “Elektron m əhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 5060 (beş min altmış) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 72 (yetmiş iki) manat məbləğində vəsaitin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 1-3). Babək Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(079)-26/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh 5060 (beş min altmış) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdi (mülki iş İİ cild, iş vərəqə 63-70). Məhkəmənin həmin aktı ilə razılaşmayan Cavabdeh 28 fevral 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına vəkili-nümayəndəsi vasitəsi ilə müraciət edərək, Babək Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(079)-26/2025 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 76-83). Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, 2020-ci ilin iyul ayında tanışı Zeynalova Sevil tərəfindən Ocos şirkətinə dəvət almış, işlə tanış olmaq üçün şirkətin rəsmi işçisi onu qazanc planı ilə tanış etmişdir. Yatırılan pulun 2 ay müddətinə 50 faiz artacağını, şəxsi dəvət olarsa həmin yatırımdan 15 faizə qədər qazanc əldə olunacağını demiş, şirkətin baş ofisinin ABŞ-da olduğu vurğulamış, Azərbaycanda isə rəsmi qeydiyyatdan keçdiyi, vergi ödəyicisi olduğu deyilmişdir. Onun yaranan suallarını isə Xəyal Yəhyayev özü cavablamış, deyilənləri bir daha təsdiqləmiş və tam əminlik vermişdi. Hər bir yatırımçıya yatırım edilən pulun qarşılığında hazırda birjada olmayan, sonradan isə birjaya girəcək ocos coini veriləcəyi deyildi. O, imkansızlıqdan 25 dollarlıq paket üçün coin almışdır. Hesabını açmışlar və həqiqətən öz hesabında 25 dollar coini görmüşdür. Evə gəlmiş daha ofisə getməmişdi, çünki düşünürmüş ki, artsa belə 37 dollar olacaq. Bu da ona maraqlı gəlməmişdi. X20 mərkəzdə 11-ci mərtəbə, 69-cu otaqda yerləşirdi. Qeydiyyata düşdüyü vaxtdan 1 aydan çox müddət keçmişdi. Üst sponsorları tez - tez ona yazıb ofisə getməyini bu işin incəliklərini bilməyinin vacibliyini vurğulayıblar. Lakin o, 2 ayı tamam olanda ofisə getmişdir. Ona həqiqətən pulunun 37 dollar olduğunu göstərmişlər. Ofisdə olduğu müddətdə çox çalışıb ki, bəlkə şübhəli bir şeylər görmüş olar, lakin əksinə çox sayda ziyalı insanlar, hətta orqan işçilərinin böyük məbləğdə yatırımlar etdikləri görmüş, bu da onu çox təəccübləndirmiş, şübhələrini az da olsa azaltmışdı. Yenə də düşünüb ki, heç kəsi bu işə dəvət etməyəcək, qorxurmuş ki, birdən insanları aldatmış olarlar. Bu səbəbdən öz yatırımının üstünə əlavə pul qoyub təkrar 50 dollar coin alıb evə gəlib. Yenə də gözləmə mövqeyində olmuş, bəlkə nə isə şübhəli hal görmüş olar deyə arasıra ofisə gedirmiş. Bu minvalla 2-ci yatırımı, yəni 50 dollar coini artıb 75 dollar oldu. Bu onda bir az da şübhələri azaldıb və o, bacısının qazanması məqsədi ilə onu da bu işlə tanış etməyi düşünmüş, bacısı gəlmiş, telefonunu açıb qazanclarını göstərmiş, o da inanıb 100 dollarlıq coin almaq istəyib və 2 rəfiqəsini də üzv etmişdir. Vaxt gəlmiş bacısı da 50 faiz qazanc götürmüşdü. Beləcə o da əlavə 5, 6 tanışına belə bir şirkət olduğu barədə demişdir. Lakin seçimi onların özlərinə buraxmış və böyük yatırım etməyi məsləhət görmürmüş. Hər bir işdə risk olacağını çox yaxşı anlayırmış. Bir müddət sonra sosial şəbəkədən X8 adlı Gəncə şəhər sakini ilə tanış olmuşdur. O da qazanmaq niyyəti ilə 25 dollar özünə coin (birjada olmayan kriptovalyuta) aldı. Şirkətin şərtinə görə yatırdıqları məbləğdən 50 faiz, dəvət etdikləri insanın yatırımından isə 15 faiz qazanc əldə olunurmuş. Svetlana pula çox ehtiyacı olduğunu demiş və bu işi reklam etməklə məşğul olacağını bildirmişdi. Svetlana da 37 dollar qazanc əldə etdikdən sonra o da onun kimi bu işə inanmışdı. Qısa müddətə ona Gəncədən İddiaçı ilə tanışlığından və bu iş barədə onunla razılığa gəldiyi barədə dedi. Belə ki, Vüsalənin bacısı Aygün Aslanova Bakıda yaşayırdı və gəlib işlə yerində tanış olmalıydı ki, nəyin düz və ya yalan olduğuna şahid olsun. Onun əlaqə nömrəsini Aygünə vermişlər, daha sonra onlar şirkətdə görüşmüşlər. Aygün 2 uşağı ilə (4-6 yaş) gəlib. Aygünü bu işlə şirkətin əməkdaşı Yeganə Məmmədova tanış etmişdi. Çox bəyəndiyini demiş və 2000 manat yatırım edərək Svetlananın sisteminə qeydiyyata düşüb. 300 dollar coin öz adına, qalan məbləğə isə yoldaşının və bir tanışının adına coin sifariş edib. 1 coin 1 dollara satılırdı. Aygün ona bu yatırımı xəstə uşaqlarının müalicəsi üçün yatırdığını bildirib və deyib ki, yoldaşının xəbəri yoxdur. Həmçinin bildirib ki, uşaqlar danışa bilmir, loqopedə aparır və çox pul gedir. Hər iki aydan bir faizləri götürüb uşaqlarını müalicəyə aparmalıdı. Ondan x ahiş edib ki, onun coinlərinin alınıb, satılmasına kömək etsin, belə ki ofisə tez-tez gəlmək imkanı yoxdur. Bacısı Vüsalənin isə onun sisteminə nəfər kimi yazılacağını və bunun üzərindən qazanacağını deyib. Svetlana bütün gəlir yerlərini Aygünə və Vüsaləyə izah etmişdi. Şirkət Aygünün istəyinə uyğun olaraq coinlər verib. Aygün gedəndən 1 gün sonra Vüsalə də Gəncədən onun hesabına pul göndərib deyə, onun da pulunu şirkətə ödəyib, qarşılığında isə coinlər alıb. Vüsalənin adına olan hesabına 300 dollar, “Loqin Vusalə06”, qalanları isə atası, anası və qardaşının hesablarına yerləşdirildi. Hər bir açılan hesabın loqini, (sistemin adı) parolu və pin kodu olur. Vüsalənin və bacısının login,parol və pin kodları onlara təqdim olunub. Bundan sonra Vüsalə baxıb, ona təşəkkürün bildirib. Ona gedən 3 nəfərdən 15 faiz, 24 saat ərzində sistemdə görsənib. Vüsalə ona sual verib ki, o 300 dollar yatıranda bacısı Aygünə nə getdi? Bu sual onu heyrətləndirib. Cavabı 45 dollar deyib, amma bu sənin pulundan kəsilib verilməyib. Şirkətin şərtinə görə hər kəs öz dəvət etdiyi insanın yatırımından 15 faiz qazanır deyib və bildirib ki, “paxıllıq etmə, o, sənin bacındır”. Vüsalənin müddəti başa çatanda (paketlər 2 ay, 75, 90 gün və s.) onun təkrar yatırım etməsinə şərait yaratmamasını qərara alıb. Ona onlardan heç bir qazanc gəlmirmiş, sadə insanlıq naminə kömək edirmiş. Aygündən Sevtlana qazanıb, Vüsalədən bacısı Aygün qazanıb. Aygün də, Svetlana da pula çox ehtiyacı olduğunu deyib, Bakıda ofisə əlləri çatmadığını və onların coinlərinin şirkətə təhvil verilib pullarının geri hesablarına göndərilməsin ə kömək etməyi ondan xahiş ediblər. Şirkət rəhbəri Xəyal Yahyayev də bölgədə olan insanlara bu qaydada kömək etməyimizi bizdən tələb edirdi. Bütün şirkət eyni qaydada fəaliyyət göstərirdi. Yəni bölgələrdən göndərilən pul hər birimizin hesabına göndərilirdi, o pul şirkətin direktoru Xəyal Yahyayevə verilirdi, qarşılıgında 1 ədədi 1 dollar olmaqla coin alınırdı. Bu minvalla vaxt gəldi, yatırımların müddəti başa çatdı. Aygün şirkətə gəlib yatırımlarından əldə etdiyi 50 faiz paket artımını və 15 faiz şəxslərdən gələn faizləri, coin kimi şirkətə təhvil verib əldə etdiyi 1200 manat pulu aldı. Pulunun kökünü isə əvvəlki qaydada təkrar coin aldı, yəni yatırım etdi. Vüsalənin coinləri isə şirkətə təhvil verildi. Şirkətin verdiyi pulu, yəni kök pulu və qazancı ilə birlikdə onun kart hesab nömrəsin ə (4169 7414 6346 7579) 1200 manat göndərib. Vüsalə pullarını almış və özü də bunu ifadəsində təsdiq etmişdi. Vüsalə pulunu alıb ona təşəkkürünü bildirib. Özü isə ondan xahiş edib ki, bir daha onu narahat etməsin. Bunu da onunla izah edib ki, o onun nəfəri deyil, vaxtını çox alır və onu yorur. Bacısına paxıllığını üzünə vurmayıb. Vüsalə söz verib, amma sözünü tutmayıb. 3-4 gün sonra ona zəng edib, təkrar coin almaq istədiyini bildirib. O israrla bacısı Aygünü də bu məsələyə qatdı. Aygün bacısının yatırımından qazanırdı deyə bu dəfə də Vüsalənin yatırımına kömək etməyini ondan xahiş edib. O vaxtlar Aygünə rəğbəti daha çox imiş. Sonda Vüsalə təkrar yatırım etməyə nail olub və şərt kəsib ki, bu son olacaq. Bu dəfə bacısına görə razılaşıb. Vüsalə 1800 manat məbləği onun hesab nömrəsinə göndəri b. O, həmin pulu üst sponsoru Mahir İsmayılova verib. O da Xəyal Yəhyayevə verib coin alıb və Vüsalənin hesablarına öz istəyinə uyğun olaraq yerləşdirilib. 300 dollarlıq öz adına, qalan coinləri isə əvvəlki kimi atasının, anasının və qardaşının adındakı hesablara bölüşdürülüb. İkinci yatırımın da müddəti başa çatdı. Bu müddət ərzində Vüsalə onu dəfələrlə əsəbləşdirib, ona yaxşılıq etdiyinə çox təəssüflənib. Bu barədə Svetlana və Aygünə də deyib. Bu qədər təmənnasız yardımına baxmayaraq bir daha layiq olmadığını sübut edib. Aygünün paketlərinin də vaxtı bitdikcə (60, 75, 90 gün) coinlərini şirkətə təhvil verib, əldə olan kök və faizlərini hesabına göndərirmiş. Belə ki, Aygün də faizləri hesab edəndə 15 qəpik düz hesablamayıb dediyi üçün, onun da bacısı kimi yaxşılığa qiymət vermədiyini gör üb və qəti olaraq Svetlanaya deyib ki, bu insanlar təhlükəli biridir, onlardan gələn qazancdan imtina etsin. Onların 3-cü dəfə yatırımlarına kömək etməyəcəyini deyib. Üç dəfə Aygün Aslanovanın hesab nömrəsinə (5243 7544 1029 8770) şirkətdən qazandığı pulları göndərib (təqribən 3000-4000 AZN qazanc əldə edib). Vüsaləyə isə şirkətin verdiyi 2500 manatı onun kartına göndəriblər. Ona zəng edib təşəkkürünü bildirib. O da ona xeyir işlərə xərcləməsini arzu edib və öncədən də xəbər etdiyi kimi bir daha onu narahat etməməsini xahiş edib. Lakin 4 gün olmamış ona zəng edib coin almaq istədiyini deyib. O “axı biz razılaşmışdıq ki, sən məni narahat etməyəsən” deyib. Bundan sonra aralarında mübahisə yaranıb. Kobud da səslənsə ona qarşı kobud olmağa məcbur edərək “rədd ol” deyib. Bu dəfə onu təhdid edib ki, kömək etməsə coin almağına şirkət rəhbəri Xəyal Yahyayevə onu şikayət edəcək. Həmin dövrdə Xəyal müəllim coinin birjaya girməsi üçün insan sayının artmalı olduğunu deyirdi. Özü şirkətin marağına zidd hərəkət edən bir nəfər kimi nüfuzunu itirəcəyindən qorxub və sonda susub. Vüsalə şirkətdə 8 aydan çox müddətdə fəaliyyətdə olmuş, o, qruplarda olduğu üçün bütün qazanc növlərini, yatırım qaydalarını, gəlirləri çox yaxşı bilirmiş. Öyrənmişdi ki, ayrı-ayrı şəxslərin də adına hesab yaradıb yatırım edə bilər. Əvvəlki hesablarında qısa müddətli paketlər ( məs: 3 dəfə 60 gün 25 dollar, 3 dəfə 60 gün 50 dollar, 3 dəfə 60 gün 100 dollar, 3 dəfə 75 gün 300 dollar, 3 dəfə 90 gün 500 dollar) bitdiyi üçün, o uzun müddətli (150 günlük) paketləri seçmirdi. Bu səbəbdən daha tez pul çıxarmaq üçün 4 nəfər Samux rayon sakinləri Pakizə Alməmmədova, Osman Əliyev, Elşad Əliyev və Rəna İsmayılovanın şəxsiyyət vəsiqələrini əldə etmiş onların adına hesab yaratmaq niyyətin güdmüşdü. O dövrdə belə hallar çox olub deyə, o artıq etiraz edə bilməyib. Vüsalə bacısından daha çox qazansın deyə üçüncü dəfə yatırım etməyi qərara almışdı. O, 800 manat, bacısı isə 2000 manat yatırımla başlamış, buna görə də Aygün daha çox qazanc əldə etmişdi (3000 - 4000 manat ). Vüsalə arzusunu reallaşdıraraq yuxarıda adlarını qeyd etdiyi insanların şəxsiyyət vəsiqələrini onun votçapına göndərib. Hesablar açılıb, şirkətdən daha öncə qazandığı 1200+2500 manat məbləğin üstünə əlavə edərək hesabına 5060 manat göndərib. Göndərdiyi pulu o üst sponsoru Mahir İsmayılova, sonuncu isə pulu Xəyal Yəhyayeva verib 2976 coin aldı. Pakiz ə Alməmmədovanın hesabına 300 dollar coin, İsmayılova Rənaya 850 dollar coin, Əliyev Osmana 900 dollar coin, Əyyubov Elşada 926 dollar coin yatırılıb və bu bölgüləri Vüsalə edib. Onlar bərabər bu işləri görüb yekunlaşdırıblar. Vüsalə öz telefonunda bütün hesablara bir də baxıb, bütün yatırımların düz olduğunu təsdiqləyib və təşəkkürünü bildirib. Noyabr ayının əvvəllərində Vüsalə ona zəng edib, bankda 10000 manat pulu olduğunu, onu coin olaraq almasını istədiyini deyib, hətta ondan zəmanət istəyib. Təbii ki, özü çox əsəbləşib, “biz insanlar heç həyatımızdan sığortalanmamışıq, o ki qala öz marağın üçün etdiyin sənin yatırımına niyə o zəmanət versin ki?”. O qədər mi məni ağılsız hesab edirsən. Qazandığın pulları məgər mənimlə mi bölürsən? Vüsalə, sən bu tamahınla uzağa gedə bilməzsən. 10000 manat yatırım etmək böyük riskdir” deyib. Vüsalə Mahir müəllimlə danışıb, sonuncu notariusdan zəmanət verməyə də razı olub, lakin sonradan Vüsalə bu mövzuya bir daha qayıtmayıb. Noyabrın 10-da Vüsalə ona zəng edərək Xəyal Yəhyayevin nömrəsini istəyib. Özü ona “neynirsən onun nömrəsini, 9 aydır bu şirkətdəsən, mən isə 1 il 3 aydır. Heç bir dəfə də olsun Xəyal Yəhyayevlə danışmamışam” deyib. Vüsalə də yatırımçı olduğundan hüquqları bərabər olub, buna görə də onun xahişini yerə salmayıb. Xəyal müəllimin nömrəsini tapıb ona göndərib. X15 razılaşıb, daha sonra 10000 manat onun dostundan adını eşitdiyi Elsevərin kartına atır. Noyabrın ayının 17-də Xəyal Yəhyayevi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs etdilər. İki gün keçməmiş Vüsalə ona zəng etmiş və ona “ya 5060 m anatı qaytaracaqsan, ya da qəbz əlimdədir, bununla səni gedib şikayət edəcəyəm” deyib. Özü isə ona deyib ki, “axı sən çox yaxşı bilirsən ki, o pula ay yarımdı 4 nəfər şəxsin adına yatırım etmisən”. Bir neçə gündən sonra Gülarə Abdullayeva həbs olundu. Vüsalə dediyi kimi ondan şikayət edib. 2021-ci ilin noyabr ayının 27-si onu izahat üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar. Vüsalə Möhsümova deyib ki, 5060 manat onun barəsində, 10000 manat isə Xəyal Yəhyayevin barəsində şikayətçidir. O, telefon danışıqlarını, dəlilləri göstərib. O vaxtlar sistem hələ bağlanmamışdı. Onun 4 hesabını da açıb, yatırımları gördülər. Aydın oldu ki, pul təyinatı üzrə xərclənib. Vüsalə özü də sübut üçün bütün hesablarını skrin edib saxlayıb, yəni coinlər sistemdə idi. Vüsalə öz ifadəsində t əsdiq edir ki, dekabrın 7-si saxta coinləri öz hesabına transfer edib. Həmçinin onun kim tərəfindən dəvət olunduğu və şikayətinin olub-olmaması soruşulub, Vüsalə isə “xeyir” cavabını verib. Onu Ocosa çağıran insan Vüsaləni orada məcburi saxlamamışdı. Burada olan 15000 insan öz tamahlarının qurbanı olub. Onları aldadanlar isə dələduzluqları sübuta yetirilən Gülarə Abdullayeva, Xəyal Yəhyayev və Yeganə Məmmədova, Kənan Mustafayev olub. 3 ildən artıq Bakı Ağır Cinayətlər Məhkəməsində iş getdi. 15000 yaxın insanın Gülarə Abdullayeva, Xəyal Yəhyayev və Yeganə Məmmədova tərəfindən aldadıldığı sübuta yetirildi, Xəyal Yəhyayevə 15 il, Gülarə Abdullayeva və Yeganə Məmmədovaya 12 il hökm oxundu. Cavabdeh şəxslər həbs olunub. Bu artıq onların ikinci dələduzluğu idi. 15000 insanın cavabdehi Xəyal Yəh yayev və Gülarə Abdullayeva olduğu halda Vüsalənin aldığı coinlərin cavabdehi necə olur ki, o olur? Özü şirkət rəhbəri deyil, coini yaradanlardan deyil, saytı da o idarə etməyib. Vüsalənin şirkətdən qazandığı və üzərinə az məbləğ əlavə etməklə göndərdiyi 5060 manatı X18 Yəhyayevə verib, müqabilində 2976 coin alınmış və 4 hesaba yatırılıb. Ocosun reklam saytı var idi. Bir neçə şəxslər sayıtdan qeydiyyata düşüb coin alıblar. O insanlar da məhkəmədə Xəyal Yəhyayevdən pullarını tələb edirdilər. Deyir ki, Xəyala əgər sən bu şirkəti yaratmasa idin, bu coinin satışın təşkil etməsəydin mən də 15000 insan kimi ziyana düşməyəcəydim. 15000 insan kütləsindən sadəcə 216 nəfər şikayətçi oldu. İnsanların çoxu utandığından, tutduğu mövqeyindən çəkinərək, bir qismi ümidindən ki, bəlkə düzələr deyə şikayət etmədilər. Kim kimdən şikayət etsin ki, bu işə hər kəs yaxınları və doğmaları ilə başlayıb. Vüsalə də məndən yox, bacısı Aygündən şikayətçi ola bilərdi. O, bacısının nəfəri olub onu qazandırıb onu yox. Bu işə nə onu, nə də Aygünü o çağırmamışdır. Gəncədən Svetlana çağırıb. Sonda 15000 insanın aldadıldığı və etibardan sui-istifadə etməsi sübuta yetirildi. Buna baxmayaraq Vüsalə onu təhqir edib və hədə qorxu gəlməkdən çəkinməyib. Özü Bakıda yaşayır, onun istər sağlamlıq durumu, istərsə maddi durumu buna imkan vermədiyi üçün məhkəmələrdə iştirak edə bilməyib. Bu səbəbdən də dəlillərini, sübutlarını, arqumentlərini təqdim edə bilməyib. Heç bir yerdə işləmir, gəliri yoxdur. Məhkəmə qətnamə qəbul edəndə İddiaçı onun kartına yatırdığı 5060 manat pula münasibətdə 2976 coin almaqla 4 şəxsin hesa bına yatırıldığı müəyyən edilsə də bunları nəzərə almadan qətnamə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil. İşin faktiki halları aydınlaşdırılmamışdır. Şikayət edən tərəf apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmiş və işə baxan birinci instansiya məhkəməsinin prosessual hüquq normalarını pozmadığı qənaətinə gəlmişdir. İddiaçı 13 aprel 2025-ci ildə "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə kollegiyaya 13 vərəqdən ibarət apellyasiya şikayətinə qarşı etiraz xarakterli ərizə təqdim etmiş, ümumilikdə apellyasiya şikayətində qeyd edilən, baxılan mübahisə üzrə işə aid olan və olmayan hər bir fikrə öz münasibətini bildirmişdi. İddiaçının ərizəsi mahiyyət etibarı ilə cavabdehin işin hallarını təhrif etməsi, onun yalan danışması, tərəflər arasında münasibətlərin və mübahisənin yaranmasından, həmçinin sistemdə olan kriptovalyutanın saxta olması, onun üzərinə həbs qoyulması və bu səbəbdən də 5060 (beş min altmış) manat pulun müqabilində cavabdehin ona 2976 koin qaytarılmasının həqiqətə uyğun olmammasından ibarətdir ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə həmin ərizənin məzmunu ilə tanış olmaq mümkündür). Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətində göstərdiyi xüsusatlara uyğun izahat vermiş, ona verilən suallara cavab olaraq isə qeyd etmişdi ki, Vüsalə şəxsən ona 03 oktyabr 2021-ci ildə pul ödəyərək kri ptovalyuta almışdır. O, verdiyi 5060 manatın 3000 manat hissəsini “Ocos” şirkətinin fəaliyyətindən qazanmışdır. İddiaçı 5060 manatı şəxsən ona ödəmiş və pulu kartına göndərmişdir. İddiaçı ilə aralarında heç bir razılaşma olmayıb, o, həmin pulun qarşılığında ehtimal olunan məbləği əldə edəcəkdi. Qoyduğu pulun qarşılığında alacağı pulu özü hesablaya bilməz, iddiaçı həmin pulun qarşılığında 2970 koin almalı idi. Vəsait onun adına göndərilsə də, o təyinatı üzrə istifadə edilib. Xəyal Yaxyayevin cinayət işi üzrə özü zərərçəkmiş şəxs kimi tanınmayıb. Koin alarkən bütün məlumatlar sistemdə göstərilirdi, qeydiyyata alınarkən şəxsiyyət vəsiqəsi, elektron poçt ünvanı və şəxsiyyət vəsiqəsinin yanında çəkilmiş şəkil tələb olunurdu. Vüsalə 5060 manatı onun adına kriptovalyuta almaq üçün ona vermişdir. Hər dəfə koin almaq üçün pullar onun kartına göndərilirdi və özü də şirkətin hesabına pulları yollayırdı. Ödənilmiş pullar müqabilində şirkət koinlər verirdi, nəzərdə tutulmuş müddət bitdikdən sonra üzvlər koinləri şirkətə qaytarırdılar və şirkətin verdiyi pulları şəxslərin kartlarına göndərirdi. 5060 manatı elektron olaraq onun kartına göndərdikdən sonra koinlər elektron olaraq alınırdı və hesablara yüklənirdi. İddiaçının verdiyi 5060 manat pulun müqabilində koinlərin alınması və ona göndərilməsini təsdiq edən sübutu yoxdur. Xəyal Yaxyayev 17 noyabr 2021-ci ildə tutulmuşdu. Hər hansı şəxs şirkətə pul qoyurdusa, pulun daxil olduğu paketə uyğun müddətdə onu geri alırdı, məsələn 25, 50 və 100 dollarlıq paketlərin geri ödənişi 2 ay sonra edilirdi. İddiaçının investisiya qoyduğu pula uyğun pak et 3 aylıq idi və o, 2022-ci ilin yanvar ayında pulunu alacaqdı. Xəyal Yaxyayev isə 2021-ci ilin noyabr ayı tutulub. İddiaçı 3 ayın sonunda koini yox, ödədiyi pulun artan hissəsini alırdı. 150000 üzvü olan şirkətin özünün hesabı yox idi. Koinlər Xəyal tərəfindən yaradılıb, özü sadəcə satılmasında vasitəçi olub. İddiaçı tərəfindən koin almaq üçün verilmiş 5060 manat pul şirkətin hesabına kartla göndərilməyib, pulu kartdan çıxarılaraq sponsoru olan Mahir İsmayılova verilib. Şirkət rəhbəri tutulduqdan sonra sistemin üzərinə həbs qoyulduğu üçün heç kim qazanc əldə edə bilməzdi. Cavabdeh yekunda kollegiyadan verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vək il1 apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında cavabdehin şikayətlə bağlı öz fikirlərini geniş bildirdiyini, özünün əlavə sözü olmadığını qeyd etmiş və yekunda apellyasiya şikayətinin təmin edilməsini kollegiyadan xahiş etmişdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı 13 aprel 2025-ci ildə "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə kollegiyaya göndərdiyi ərizədə Babək Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(079)-26/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin əsassız olduğunu, özünün orta məktəbdə müəllimə işlədiyini, eləcə də yol uzaq olduğu üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edib, məhkəmə iclasını onun iştirakı olmadan keçirib, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil2 Heydən oğlu apellyasiya şikayətini qəbul etmədiyini, İddiaçı apellyasiya şikayətinə qarşı geniş ərizə təqdim etdiyini bildirərək, yekunda apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdi. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. Azərbaycan Respublik ası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: - X21 Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, etibarlılıq müddəti 2024-cü ilin mart ayınadək təyin edilmiş, 4169-7413-4182-4256 nömrəli plastik kartın surətindən onun Cavabdeh məxsus (sahibliyində və istifadəsində) olması (mülki iş İ cild, iş vərəqə 4); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi tərəfindən qəbul edilmiş 04 aprel 2022-ci il tarixli zərər çəkmiş qismində tanıma haqqında qərarın mahiyyətindən X12 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində tanınması (mülki iş İ cild, iş vərəqə 5-6); - X12, X9 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə çıxarılmış Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024cü il tarixli, 1(101)-120/2024 nömrəli hökmündən zərərçəkmiş şəxs İddiaçı münasibətdə 5060 (beş min altmış) manat pul vəsaitinin aldatma, etibardan sui-istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodu üzrə məhkumların təqsiri sübuta yetirilmədiyindən Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə uyğun olaraq onlara elan edilmiş ittihamdan çıxarılması (mülki iş İ cild, iş v ərəqə 7-200); - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli, BPM885875P nömrəli qəbzdən 4576 (dörd min beş yüz yetmiş altı) manat pulun və PBM885896P nömrəli qəbzdən 285 (iki yüz səksən beş) ABŞ dollarının M(285 ABŞ dolları x 1.70 manat = 484 manat) İddiaçı tərəfindən Cavabdeh hesabına köçürülməsi aydın olur (mülki iş İ cild, iş vərəqə 201). Apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə isə kollegiya onu mülki iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiy asından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; - 5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılması göstərilir; - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi ç əkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmçinin həmin Məcəllənin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən his səsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apel lyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmçinin Mülki-Prosessual Məcəllənin 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apel lyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, verilmiş apellyasiya şikayətindən Babək Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(079)-26/2025 nömrəli qətnaməsini yalnız cavabdeh tərəfin mübahisələndirməsi aydın olur. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini sözügedən məhkəmə aktının Cavabdeh tərəfindən mübahisələndirilən hissəsi (tam mübahisələndirmə) təşkil edir. Mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alan kollegiya qeyd edir ki, apellya siya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, həmin məhkəmə aktı apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam yoxlanılmalıdır. Babək Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(079)-26/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mahiyyətindən aydın olur ki, cavabdeh tərəf əsas dəlil kimi İddiaçı tərəfindən Cavabdeh hesabına köçürülmüş ümumilikdə 5060 (beş min altmış) manat pulun müqabilində iddiaçının 2976 koin almasını qeyd etmişdi. Kollegiya bildirir ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsində öz əksini tapıb. Həmin normaya əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunver icilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; başqa şəxsə zərər vurulması; əsassız varlanma; fiziki və hüquqi şəxslərin digər hərəkətləri; qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquq və vəzifələrin yaranma əsası kimi müəyyən edilib. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdu ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı vəziyyətdə tərəflər arasında müqavilə münasibətlərinin olması müəyyən edilmədiyindən kollegiya bildirir ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əsassız varlanan şəxs (varlanmış şəxs) sayılır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş verm iş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mübahisənin işdə olan sübutlar əsasında araşdırılması zamanı müəyyən edilir ki, X10 tamah niyyəti ilə tanışı X9 ilə birlikdə uydurma sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəkləri çoxsaylı müştərilərin etibarından sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə razılıq əldə edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Xəyal Yaxyayev və Gülara Abdullayeva əlaqəli qaydada 2021-ci ilin yanvar ayından etibarən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən “Ocus” adlı şirkətin və mövcud olmayan kriptovalyutanın beynəlxalq valyuta bazarında satışı ilə məşğul olan və mərkəzi ofisi X6 yerl əşən etibarlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edərək, müştərilərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini heç bir müqavilə və ya ödəniş qəbzi tərtib etmədən qəbul etmiş, müştərilərə guya həmin pul məbləğlərini “Ocus” adlı şirkətin X2 hesabına köçürdüklərini, həmin pulun müqabilində müştərilərə kriptovalyutanın satıldığını bildirməklə aldatmış, bu üsulla cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində İddiaçı birbaşa maddi və mənəvi ziyan vurulmasına kifayət qədər əsaslar olduğundan ibtidai araşdırma orqanının 04 aprel 2022-ci il tarixli müvafiq qərarı ilə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(101)-120/2024 nömrəli hökmündən isə görünür ki, X11, X5 və X4 elan edilmiş ittih amdan İddiaçı (həmçinin digər şəxslər) 5060 (beş min altmış) manat pul vəsaitinin aldatma, etibardan sui-istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları üzrə onların təqsiri sübuta yetirilmədiyi üçün çıxarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin məzmununa əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin oxşar hüquqi mövqe Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 65.4-cü maddələrində də öz əksini tapmışdı. Belə ki, həmin normalara görə cinayət prosesini həyata keçirən o rqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Polad-2008 Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azə rbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2021-ci il tarixli qərarında qeyd edilir ki, Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub- olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edil miş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Kollegiya göstərilən məhkəmə aktının preyudisiallığını hazırkı işdə iştirak edən şəxslərin dairəsi baxımından müzakirə edərək belə hesab edir ki, Cavabdeh həmin cinayət işi üzrə cinayət prosesinin tərəfi olmadığından Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(101)-120/2024 nömrəli hökmünün bu mülki iş üzrə sübut kimi tətbiqindən söhbət gedə bilməz. Lakin apellyasiya şikayətində göstərilən faktları nəzərə alaraq kollegiya onu da bildirməyi zəruri hesab edir ki, həmin cinayət işi üzrə təqsirləndirilən şəxslər X12, X9 və X4 irəli sürülən ittiha mla bağlı İddiaçı 5060 (beş min altmış) manat ziyan vurulması sübuta yetmədiyindən, iddiaçının tələbinin həmin şəxslərə bağlılığı aradan qalxmış olur. Bu isə özlüyündə cavabdehin apellyasiya şikayətində İddiaçı tələbinin dolayı yolla X12, X9 və X1 əməlləri ilə əlaqələndirməsinin əsaslı olmadığını deməyə imkan verir. Yuxarıda qeyd edilən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı tərəfindən verilən 04 oktyabr 2021-ci il tarixli, BPM885875P nömrəli qəbzdən 4576 (dörd min beş yüz yetmiş altı) manat pulun və PBM885896P nömrəli qəbzdən isə 285 (iki yüz səksən beş) ABŞ dollarının İddiaçı tərəfindən Cavabdeh hesabına köçürülməsi müəyyən edilsə də, apellyasiya şikayəti verən tərəf iddiaçının bu pulun müqabilində 2976 koin almasını apellyasiya şikayətinin dəlili kimi qeyd etmiş, lakin həm bunu nla, həm də onun hesabına köçürülmüş pulun yaradılmış şirkətin hesabına köçürülməsi və ya iddiaçıya geri qaytarılması ilə bağlı da sübut təqdim edə bilməmişdi. Cavabdeh kollegiya sübut kimi təqdim etmək istədiyi X10 5060 (beş min altmış) manat pulun onun tərəfindən əldə edilməsi ilə bağlı subiti isə məhkəmə təqsirlilik prezumpsiyasınun mahiyyətini, həmçinin Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(101)-120/2024 nömrəli hökmü ilə bağlı yuxarıda qeyd edilənləri nəzərə alaraq qəbul etməmişdi. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi mülki prosessual qanunvericilik sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübut etmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsini təsbit edir. Normaya əsasən tərəflər tələbinin əsasını və ona qarşı olan etirazını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” mart 2019-cu il tarixli qəra rında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki iş materiallarından Cavabdeh hərəkətinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsasının olması sübuta yetirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1092.2-ci maddələrinin tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə hesab edir ki, mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və ümumilikdə isə apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bund an başqa Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli; - Babək Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(079)-26/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı; - məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödə nilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qətetdi: Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(079)-26/2025 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gü ndən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev Vera Kuimova
Məhkəmə qərarları › İş №2(108)-68/2025
Ali Məhkəmə Qətnamə — İş №2(108)-68/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver