Məhkəmə qərarları › İş №2(108)-69/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-69/2024

18.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-69/2024 18.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və X6 ibarət tərkibdə, X12 məhkəmə iclas katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı mənzildən məcburi qaydada çıxarılma və boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-1/2024 nömrəli qətnaməsindən cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X4 qarşı 14 avqust 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 24 ünvanında ye rləşən 13 saylı mənzildən X2 məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-1/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X2 İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.32 kv.m olan mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh X2 vəkili və nümayəndəsi Məmiyev X21 Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-1/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul e dilməsini xahiş etmişdir. Cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(078)-1/2024 saylı qətnaməsi ilə iddianı təmin edərkən 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələblərini pozmuş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrini isə düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülkiyyətçi ilə cavabdeh arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun razılaşma olmamışdır. Belə olan halda hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin müd dəaları tətbiq olunmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edilən nəticəyə gəlməzdən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı na əsasən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydaları 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələrə tətbiq edilməlidir. Bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil məcəlləsinin 123-cü maddəsini qaydalarına uyğun həll edilməlidir. Bununla bağlı bildirmək istəyir ki, o, 1992-ci sentyabrın 11-də Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 24 ünvanda yerləşən binanın 13-cü mənzilinin icarədarı olmuş X18 oğlu X13 ilə rəsmi nikaha daxil olub, X24 tərəfindən həmin mənzilə gəlin köçürülmüş və mənzilin qeydiyyatına alınaraq Hüseyn Hüseynovun ailə üzvü kimi mənzildə yaşayıb onunla bərabər mənzildən istifadə etməklə, birgə təsərrüfat aparmışdır. 03 yanvar 1994-cü ildə həmin mənzildə X13 ilə birgə nikahlarından qızı Hüseynzadə Günay və 12 sentyabr 1995-ci ildə isə oğlu Hüseynzadə Hüseyn doğulmuşdur. Həmin mənzildə yaşamış qayınanası X19 03 may 2005-ci ildə «İşemik insult» xəstəliyindən dünyasını dəyişmiş, 2009-cu il noyabrın 19-da isə mənzilin icarədarı olmuş qayınatası Hüseyn Hüseynov vəfat etmişdir. Hüseyn Hüseynovun vəfatından sonra mübahisəli mənzildən yalnız onlar istifadə etmiş və mənzil yalnız onların sahibliyində olmuş və hal-hazırda da mənzil onların sahibliyində olmaqla, mənzildən yalnız onlar istifadə edir. Göründüyü kimi mübahisəli mənzildən onların istifadə hüququ 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur, icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədar ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq v ə vəzifələrinə onlar da malik olurlar. Bununla belə, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeydşərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bir daha qeyd edir ki, hal-hazırda onlar həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Mənzil yalnız onların istifadə və sahibliyindədir. Onun mübahisəli mənzildən istifadə hüququ xx.xx.1992-ci ildə qızı Hüseynzadə Günayın və oğlu Hüseynzadə Hüseynin isə mənzildən istifadə hüquqları həmin mənzildə doğulduqları andan yaranmış, mənzildən istifadə hüquqlarını itirməmişdirlər. Bu hüququna xitam verilməmiş və xitam verilməsinə isə qanuni əsaslar mövcud deyildir. Mübahisəli mənzilin mülkiyyətçisinin dəyişməsi isə onların həmin mənzildən istifadə hüququna xitam verilməsinə və mənzildən məcburi qaydada çıxarılmağımıza əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qa ydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Hazırkı halda mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin qaydaları tətbiq edilməlidir və mübahisəli mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi yalnız mülkiyyətçinin bazar qiyməti ilə müvafiq kompensasiya verilmək yolu ilə mümkün ola bilər. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-1/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 123, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2, Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 80 və 88-ci maddələrinə isti nad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı şikayəti qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-1/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh X8 və cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh X2 və cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş süb utlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq nor masının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası iş üzrə İddiaçı izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr indən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.32 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/14 nömrəli reyestr kitabının 2600 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********59-05101-093015, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017) İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-307/207 nömrəli, 23 iyun 2017-ci il tarixli qətnaməsinin surətinə əsasən, X2, X3 və X1 İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia tələbləri rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2-(108)-1/2022 nömrə li qətnaməsinə əsasən, iddiaçılar X8, X9 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(078)-307/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-(102)-3250/2022 nömrəli qərarına əsasən, iddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2-(108)-1/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin 2(079)-164/2018 nömrəli, 17 may 2018-ci il tarixli qətnaməsinin surətinə əsasən, iddiaçı X5 hüquqi varisləri X2, X3 və X1 cavabdehlər İdd iaçı, X14, X10 və Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onunla bağlı bütün hüquqi nəticələrin ləğv olunması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(078)-274/2020 nömrəli qətnaməsinin surətinə əsasən, iddiaçı X5 hüquqi varisləri X2, X3 və X1 cavabdehlər İddiaçı, X14, X15, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı vəsiyyətnamənin, özəlləşdirmənin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-74/2021 nömrəli, 08 aprel 2021-ci il tarixli qətnaməsinin surətinə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(078)274/2020 nömrəli qətnaməsindən iddiaçı X5 hüquqi varisləri X2, X3 və X1 verdikləri apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(078)-274/2020 nömrəli qətnaməsi qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair hissədə ləğv edilmiş, Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşən 24 saylı binanın 13-cü mənzilinin X16 adına verilmiş hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair i ddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4991/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərarının surətinə əsasən, iddiaçı X5 hüquqi varisləri X8, X9 və X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-74/2021 nömrəli mülki iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1079/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsinin surətinə əsasən, iddiaçılar X2, X3 və X1 cavabdehlər Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpa q Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinə və İddiaçı qarşı hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(108)-27/2023 nömrəli qətnaməsinin surətinə əsasən, iddiaçılar X8, X9, X7 və iddiaçı X2 vəkil-nümayəndəsi Vəkil apellyasiya şikayətləri təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 1079/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi iddiaçılar X8, X9, X7 və iddiaçı X2 vəkil-nümayəndəsi Vəkil apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolle giyasının 05 oktyabr 2023-cü il tarixli, 2(102)-3005/2023 nömrəli qərarının surətinə əsasən, iddiaçılar X8, X9 və X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-27/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 24 ünvanında yerləşən 13 saylı mənzildən X2 məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-1/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək X2 İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sa həsi 68.32 kv.m olan mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.32 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/14 nömrəli reyestr kitabının 2600 nömrəli vərəqində qeydiyyata alınmışdır və beləliklə mənzilin hazırki qanuni mülkiyyətçisi İddiaçıdır. İş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən hazırda baxılan iş üzrə mübahisə, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına mülkiyyət hüq uqu əsasında qeydə alınmış mənzilin cavabdeh K.Bağırova tərəfindən sahiblik və istifadə edilməsindən qaynaqlanmışdır. Çünki, iş üzrə İddiaçı iddia tələbində mülkiyyət hüquqlarına cavabdeh tərəfindən qanunsuz müdaxilə olunduğunu bildirir, cavabdeh isə apellyasiya şikayətində mübahisəli mənzildən yaşayış və istifadə hüquqlarının mövcudluğuna istinad edərək həmin mənzildən qanuni şəkildə istifadə etdiyini ifadə edir. Belə ki, iş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi “...Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1/2024 saylı qətnaməsi ilə iddianı təmin edərkən 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tə ləblərini pozduğunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrini isə düzgün tətbiq etmədiyini, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mülkiyyətçi ilə cavabdeh arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun razılaşma olmadığı ilə əsaslandırdığını, belə olan halda hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin müddəalarının tətbiq olunmalı olduğunu, bununla yanaşı, məhkəmənin qeyd edilən nəticəyə gəlməzdən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələrin Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələrin isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməli olduğunu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarının 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələrə tətbiq edilməli olduğunu, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələrin isə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsini qaydalarına uyğun həll edilməli olduğunu, onun 1992-ci sentyabrın 11-də Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 24 ünvanda yerləşən binanın 13-cü mənzilinin icarədarı olmuş X18 oğlu X13 ilə rəsmi nikaha daxil olduğunu, X24 tərəfindən həmin mənzilə gəlin köçürüldüyünü və mənzilin qeydiyyatına alınaraq Hüseyn Hüseynovun ailə üzvü kimi mənzildə yaşayıb onunla bərabər mənzildən istifadə etməklə, birgə təsərrüfat apardığını, 03 yanvar 1994-cü ildə həmin mənzildə X13 ilə birgə nikahlarından qızı Hüseynzadə Günay və 12 sentyabr 1995-ci ildə isə oğlu Hüseynzadə Hüseyn doğulduğunu, həmin mənzildə yaşamış qayınanası X11 03 may 2005-ci ildə «İşemik insult» xəstəliyindən dünyasını dəyişdiyini, 2009-cu il noyabrın 19-da isə mənzilin icarədarı olmuş qayınatası Hüseyn Hüseynov vəfat etdiyini, Hüseyn Hüseynovun vəfatından sonra mübahisəli mənzildən yalnız onların istifadə etdiyini və mənzilin yalnız onların sahibliyində olduğunu və hal-hazırda da mənzil onların sahibliyində olmaqla, mənzildən yalnız onların istifadə etdiklərini, göründüyü kimi mübahisəli mənzildən onların istifadə hüququnun 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən yarandığını, həmin tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malik olduğunun göstə rildiyini, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslərin mülkiyyətçinin ailə üzvləri sayıldığını, həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanıldığını, hal-hazırda onların həmin mənzildə qeydiyyatda olmaqla yaşadıqlarını, mənzili yalnız onların istifadə etdiyini və sahibliyində olduqlarını, onun mübahisəli mənzildən istifadə hüququnun xx.xx.1992-ci ildə, qızı Hüseynzadə Günayın və oğlu Hüseynzadə Hüseynin isə mənzildən istifadə hüquqlarının həmin mənzildə doğulduqları andan yarandığını, mənzildən istifadə hüquqlarını itirmədiklərini, bu hüququna xitam verilmədiyini və xitam verilməsinə qanuni əsaslar mövcud olmadığını, mübahisəli mənzilin mülkiyyətçisinin dəyişməsinin isə onların həmin mənzild ən istifadə hüququna xitam verilməsinə və mənzildən məcburi qaydada çıxarılmasına əsas ola bilməyəcəyini, hazırkı halda mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin qaydaları tətbiq edilməli olduğunu və mübahisəli mənzildən çıxarılması və istifadə hüquqlarına xitam verilməsinin yalnız mülkiyyətçinin onlara bazar qiyməti ilə müvafiq kompensasiya verilmək yolu ilə mümkün hesab edilə biləcəyini” göstərmiş və məhz bu qeyd olunan əsaslara görə Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-1/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul olunmasını kollegiyadan xahiş etmişdir. Kollegiya apellyatorun şikayətində göstərdiyi bu dəlillərlə razılaşmayaraq iş üzrə müəyyən edilmiş hallara əsaslanma qla qeyd edir ki, iş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas təşkil edə bilməz. Belə ki, apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, şikayət verən iş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilməsinin və iddianın rədd edilməsinin yeganə əsası kimi iş üzrə cavabdeh Kəmalə Bağırovanın və onun ailə üzvlərinin (qızı X9 və oğlu X1) mübahisələndirilən Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 24 ünvanında yerləşən 13 saylı mənzildə yaşayış və istifadə hüquqlarının olmasını göstərmişdir. Halbuki tədqiq olunmuş yuxarıda qeyd olunan Naxç ıvan Şəhər Məhkəməsinin 2(078)-307/207 nömrəli, 23 iyun 2017-ci il tarixli qətnaməsinin surətindən aydın olur ki, X2, X3 və X1 İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış və istifadə hüququnun verilməsinə dair iddia tələblərinə baxılaraq rədd edilmiş, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2-(108)-1/2022 nömrəli qətnaməsi ilə, iddiaçılar X8, X9 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Naxçıvan Şəhər Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(078)-307/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-(102)-3250/2022 nömrəli qərarına əsasən, iddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2-(108)1/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində iddia tələbinin rəddinə əsas kimi göstərdiyi iş üzrə cavabdeh K.Bağırovanın və onun ailə üzvlərinin (qızı X9 və oğlu X1) mübahisələndirilən Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 24 ünvanında yerləşən 13 saylı mənzildə yaşayış və istifadə hüquqlarının olmasına dair mübahisəyə adıçəkilən qətnamələrlə hüquqi qiymət verilmişdir. Belə olan halda isə kollegiya tərəfindən həmin dəlillərə araşdırılaraq hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya hazırki mərhələdə onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən yuxarıda qeyd olunan bu hallara diqqət yetirilməmiş, qətnamənin əsaslandırıcı hissəsində yalnışlığa yol verilərək cavabdehin mübahisəli mənzilə yaşayış hüququnun olub-olmaması ilə bağlı hallara hüquqi qiymət verilmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, həmin münasibətləri artıq həll edən qanuni qüvvədə olan qətnamələr mövcud olmuşdur. Lakin buna baxmayaraq kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsindən çıxış edərək qeyd edir ki, birinci instansiya mə hkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçı qaldırdığı iddia tələbinin əsaslılığı ilə bağlı məsələyə münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşı masını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, eksper tlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı ha qqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin hall arın sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Beləliklə kollegiya mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı yuxarıda qeyd olunan norma və tələblərinə uyğun olaraq qeyd edir ki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı tədqiq olunmuş iş materiallarından məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.32 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/14 nömrəli reyestr kitabının 2600 nömrəli vərəqində qeydiyyata alınmaqla həmin mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Lakin apellyasiya şikayətinin məzmunundan və tədqiq olunmuş iş materiallarından (mülki iş İİ cild səh.1-izahat, mülki iş İİ cild səh.52-ərizə, mülki iş İİ cild səh. 72-ərizə, mülki iş İİ cild səh.79-ərizə) həmin mənzilin uzun zamandır qanuni əsaslar olmadan iş üzrə cavabdeh Kəmalə Bağırovanın istifadə və sahibliyində olması və beləliklə də İddiaçı qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının pozulması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığı prinsipidir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləni n 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə mülkiyyətin müdafiəsini təmin edən bu normalar əsasında iddianın təmin edilməsi üçün ilk növbədə iddiaçının əmlakın mülkiyyətçisi olması, həmin əmlakın faktiki olaraq cavabdehin sahibliyində və istifadəsində olması (cavabdeh tərəfindən əmlaka qəsd və ya başqa maneələr törədilməsi) və cavabdehin sahibliyinin (maneçiliyin) qanunsuz olması müəyyən edilməlidir. Baxılan hazırki işdə kollegiya müəyyən etmişdir ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"a əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.32 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşın maz əmlakın dövlət reyestrində 12/14 nömrəli reyestr kitabının 2600 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********59-05101-093015, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017). İş materiallarında olan cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı müraciətlərdən (mülki iş İİ cild səh.1-izahat, mülki iş İİ cild səh.52-ərizə, mülki iş İİ cild səh.72-ərizə, mülki iş İİ cild səh.79-ərizə) və apellyasiya şikayətinin məzmunundan cavabdehin həmin mənzili qanunsuz olaraq sahiblik və istifadə etdiyi öz təsdiqini tapır. Beləliklə, dövlət reyestrində aparılmış qeydlərə əsasən mübahisə predmeti olan mənzilin İddiaçı qanuni mülkiyyətçisi olması, bununla belə həmin mənzilin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi müəyyən edilmişdir ki, belə olan halda iddiaçı mülkiyyətçi kimi özünə məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqlarından məhrum olmuşdur. Bu isə son nəticədə iddiaçının qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının cavabdeh tərəfindən pozulması ilə nəticələnmişdir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar hərtərəf li araşdırılmış, maddi hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Buna görə də İddiaçı cavabdeh X4 qarşı mənzildən məcburi qaydada çıxarılma və boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)1/2024 nömrəli qətnaməsindən cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-1/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya i nstansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdeh X4 qarşı mənzildən məcburi qaydada çıxarılma və boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024cü il tarixli, 2(078)-1/2024 nömrəli qətnaməsindən cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-1/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddə tində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar