Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-7/2023 15.02.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)190/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin alınması üçün onlara ödədikləri 6000 (altı min) manat, maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqi olan 9500 (doqquz min beş yüz) manat, 1000 (bir min) manat torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş xərclərini, ümumilikdə 16500 (on altı min beş yüz) manat pulun, əlavə olaraq evlərin təmir və bərpa işləri üçün çəkilmiş, Xanlıqlar kəndindəki ev üçün 2100 (iki min bir yüz) manat, Vərməziyar kəndindəki ev üçün 950 (doqquz yüz əlli) manat, borc olaraq aldıqları 400 (dörd yüz) manat, toyuq setkası üçün ödədiyi 50 (əlli) manat, cəmi 20.000 (iyirmi min) manat, “mənəvi zərər”ə görə 10000 (on min) manat, cəmi 30000 (otuz min) manat pulun və dövlət rüsumu olaraq ödədikləri 18 0 (bir yüz səksən) manat pulun alınaraq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-190/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən S.Ə.Qarayev) iddia rədd edilmiş, işə baxılması ilə əlaqədar İddiaçı1 tərəfindən ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi və mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi üçün sərf edilmiş 80 (səksən) manat pul vəsaitinin iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin bank hesabına ödənilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Resp ublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-190/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin alınması üçün onlara ödədikləri 6000 (altı min) manat, maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqi olan 9500 (doqquz min beş yüz) manat, torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş 1000 (bir min) manat xərci, cəmi 16500 (on altı min beş yüz) manat pulun, əlavə olaraq evlərin təmir və bərpa işləri üçün çəkilmiş xərclərin, Xanlıqlar kəndində olan ev üçün 2100 (iki min bir yüz) manat, Vərməziyar kəndində olan ev üçün 950 (doqquz yüz əlli) manat, borc olaraq aldıqları 400 (dörd yüz) manat, toyuq setkası üçün ödədikləri 50 (əlli) manat, cəmi 20000 (iyirmi min) manat, “mənəvi zərər”ə görə 10000 (on min) manat, cəmi 30000 (otuz min) manat pulun və dövlət rüsumu olaraq ödədikləri 180 (bir yüz səksən) manat pulun alınaraq onların xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin alınması üçün onlara ödənilmiş 6000 (altı min) man at, maddi zərər olaraq əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyərinin fərqi olaraq 9500 (doqquz min beş yüz) manat, 1000 (bir min) manat torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş xərclərin, cəmi 16500 (on altı min beş yüz) manat pulun, əlavə olaraq evlərin təmir və bərpa olunması üçün çəkilmiş xərclərin, Xanlıqlar kəndində olan ev üçün 2100 (iki min bir yüz) manat, Vərməziyar kəndində olan ev üçün 950 (doqquz yüz əlli) manat, borc olaraq aldıqları 400 (dörd yüz) manat, "mənəvi zərər’ə görə 10000 (on min) manat, cəmi 30000 (otuz min) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 180 (bir yüz səksən) manat pulun alınaraq onların xeyrinə ödənilməsinə dair iddia tələbləri əsassız olaraq rədd edilmişdir. Bildirilmişdir ki, iş üzrə Cav abdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdarlıq edilsə də, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, iddia tələbi ilə bağlı hər hansı bir fikir bildirməmiş, məhkəmə baxışında iştirak edən digər Cavabdeh1 isə iddia tələblərini qəbul etməyərək izahatında evin və torpaq sahələrinin alqı-satqısına dair aralarında heç bir razılaşmanın olmadığını, mərhum ərinə məxsus yaşayış evini yaşayış evləri olmadığı üçün müvəqqəti olaraq yaşamaq üçün onlara verdiyini, özlərinə və mərhum qayınanasına məxsus mübahisəli torpaq sahələrini razılaşmaya əsasən 2016-cı ildən icarəyə verdiyini, 2020-ci ilədək icarə haqqını ödədiklərini, 2020-2021-ci illərə dair icarə haqqı ödəmədiklərini, tələb etdikləri digər pulların həqiqətə uyğun olmadığını bildirməklə iddia tələb inin rədd edilməsini xahiş etmişdir. Məhkəmə belə bir qənaətə gəlmişdir ki, cavabdehlərin hər hansı təqsirli qanunsuz hərəkətləri nəticəsində onlara qeyd olunan məbləğdə ziyanın vurulması, vurulmuş ziyanla cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair halları da müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin gəldiyi bu qənaət məhkəmə baxışında verdikləri izahatlarla, həmçinin iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə uzlaşmır. Belə ki, iş üzrə dindirilmiş şahidlər məhkəmə baxışı iclasında verdikləri ifadələrdə iddia tələbində irəli sürdükləri tələblərin həqiqi olmasını bir daha təsdiq etmişlər. İşə baxan hakim isə ümumiyyətlə şahidlərin ifadələrinə hüquqi qiymət vermədən, onların ifadələrinin sübut kimi qəbul edilməsinin yolverilməzliyini əsaslandırmadan tələblərini rəd d etmişdir. İddiaçılar maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi dəlilinə əsas kimi Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avropa Məhkəməsi Vamava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarınd a mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilm əsi də zəruridir. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, bu prosessual hüquq norması pozulmuşdur. Məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar tamamilə araşdırılmamış, cavabdehlərin mənafeyinə uyğun qətnamə qəbul edilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən sübutlar, şahidlərin iddia üzrə verdikləri izahatların nəzərə alınmaması və olduğu kimi qətnamədə təsbit edilməməsi. Nəticə etibarı ilə hesab edir və inanırlar ki, işə apellyas iya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh2 məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə ona qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Lakin 08 fevral 2023cü il tarixdə kollegiyaya teleqram ünvanlayaraq məhkəmə iclasında işləri ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyi üçün onun üzrlü sayılmasını, Şərur Rayon Məhkəməsinin qəbul etdiyi qərarı qüvvədə saxlamağı, onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmışdır. Belə ki, qeyd oluna n maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı1 apellyasiya şikayətini müdafiə etdiyini, 2008-ci ildə Cavabdeh1 ilə Şərur rayon Xanlıqlar kəndində onun mərhum qaynanası X2 miras qalmış 3 otaqlı fərdi yaşayış evini onlara satması barədə şifahi razılaşdıqlarını, evi 6000 (altı min) manata qiymətləndirdiklərini, cavabdehin onlara “pulu sizdən alsam xərcləyəcəm, ona görə də pul sizdə qalsın, pul gələcəkdə övladlarımın işi ilə əlaqədar lazım olacaq, ona görə də lazım olduqda götürəcəyəm” dediyini, həmin fərdi yaşayış evini təmir-bərpa etdiklərini, həyətyanı torpaq sahəsində təmizlik işləri apardıqlarını, 1800 manat, əl xərci olaraq usta-fəhlə pulu 30 0 manat xərc çəkdiklərini, 2020-ci ilin fevral ayınadək həmin evdə yaşadıqlarını, bu müddət ərzində dəfələrlə Cavabdeh1 evin qiymətinin yenidən razılaşdırılması və alqı-satqısının rəsmiləşdirməsini bildirsələr də hər dəfə cavabdehin müxtəlif bəhanələr gətirdiyini, 2016-cı ildə Cavabdeh1 mərhum əri X4 və mərhum qayınanası X3 adına olan çöl torpaq sahələrini 500 (beş yüz) manata ona icarəyə verdiyini, 2017-ci ildə isə həmin torpaq sahələrini satmaq istədiyini, satmağa köməklik etməyini ondan xahiş etdiyini, torpağı 6000 (altı min) manata satmaq istədiyindən heç kəsin onunla razılaşmadığını, Cavabdeh1 qızının xəstəliyi ilə bağlı təcili pul lazım olduğundan torpağı da almaq barədə razılaşdıqlarını, ilk olaraq ona 3300 (üç min üç yüz) manat pul verdiklərini, Turacın pulun 3000 (üç min) manatı nı özünün götürdüyünü, 300 (üç yüz) manatını isə poçt vasitəsi ilə Bakı şəhərinə digər cavabdeh olan oğlu Cavabdeh2 göndərməyini xahiş etdiyini, əlavə olaraq 100 manat bir, 300 manat bir Turaca pul verdiklərini, axırıncı dəfə cavabdeh Turac xanım Bakı şəhərində olarkən pulları qurtardığını və onlara 800 (səkkiz yüz) manat pul göndərdiyini, pulu göndərdikdən bir neçə gün sonra Cavabdeh1 ailə üzvləri ilə birlikdə kəndə qayıtdığını və qızı Şəbnəmin nişan hazırlıqlarına başladığını, onlara 330 (üç yüz otuz) manata nişan üçün ət aldığını və nişan üzüyü alınması üçün əlavə borc olaraq 400 (dörd yüz) manat da pul verdiyini, sonra Turacla aralarında da qalan pulu hesablayaraq, cavabdehin onlara cəmi 1170 (bir min bir yüz yetmiş) manat borcun qaldığını dediyini, 2017-ci ilin dekabr ayında isə qalan 1170 (bir min bir yüz yetmiş) manat pulu Şərur rayon Vərməziyar kəndində Cavabdeh1 anası X5 yanında verərək torpağın mülkiyyətə verilməsinə dair dövlət aktlarını ondan aldığını, 2017ci ilin mart-noyabr ayları ərzində ümumi olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpağın alqı-satqısı üçün razılaşdıqları 6000 (altı min) manat pulu tam olaraq ödədiyini, dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evini və çöl torpaq sahələrinin alqı-satqısını rəsmiləşdirmək istədiyini bildirdikdə, onların hər dəfə müxtəlif bəhanələrlə fərdi yaşayış evinin və çöl torpaq sahələrinin alqı-satqısının rəsmiləşdirilməsindən yayındıqlarını, 2020-ci ilin fevral ayında Cavabdeh1 Bakı şəhərindən kəndə gəldiyi, sənədləri özü ilə gətirməyin yadından çıxdığını bildirdiyini, 2020ci ilin fevral ayının 24- də həmkəndliləri X8 onlara gələrək, Turacın danışmaq istədiyini bildirdiyini və telefonla cavabdehə zəng edərək onlarda olduğunu, “sən nə desən o da olacaq” və haqqın onun tərəfində olduğunu bildirdiyini, cavabdehin onlara Ənvər Əliyevlə 5000 (beş min) manat pul göndərdiyini, torpağı satmaq istəmədiyini, pulu Ənvərdən alıb torpağın sənədlərini ona vermələrini bildirdiyini, Cavabdeh1 ondan torpağı 5000 (beş min) manata yox, 6000 (altı min) manata aldıqlarını, əlavə olaraq torpaq sahələrinin düzəldilməsi və əkinə hazırlanması üçün 1000 (bir min) manat xərc çəkdiklərini, ona görə də 7000 (yeddi min) manat pullarını qaytardığı təqdirdə torpağı geri qaytaracağını dediyini, Cavabdeh1 isə pulu göndərdiyini, pulun qalanını kirayə haqqı olaraq çıxdığını bildirdiyini, telefonda cavabdehə torpağın qi yməti bu gün təqribən 15000 (on beş min) manatdır, ona görə torpağı onlardan alıb baha sataraq qazanc əldə etmək istədiyini dediyini, Cavabdeh2 onlara torpağın sənədlərini Ənvər Əliyevə verib 5000 manat pulu ondan götürmələrini, kəndə gələndə isə qalan 2000 (iki min) manat pulu oturub aydınlaşdıracaqlarını dediyini, onların bu cür edərək sənədləri Ənvərə verdiyini, lakin Ənvər Əliyevin cavabdehlə danışdıqdan sonra qayıdaraq torpağın sənədlərinin onda qalacağını, pulu isə Cavabdeh1 özü gələndə verəcəyini bildirdiyini, əkinə başlamaq üçün onlara ancaq 1000 (bir min) manat pul verə biləcəyini, amma pulun qalan 6000 (altı min) manatını Turacdan uzağı bir həftə ərzində alıb verəcəyinə söz verdiyini, 1000 (bir min) manat pulu götürüb getdiklərini, həmin torpaq sahəsində yonca əkdiklərini, 2020-c i ilin iyun ayında Ənvər Əliyevin yoncanı biçib aparmaq istədiyini, ona yaxınlaşıb Cavabdeh1 hələ pulu vermədiyini, ona görə də yoncanı özlərinin biçib aparacağını bildirdiklərini, X16 bu torpağı ona hədiyyə etdiyini, onların 6000 (altı min) manat pulunu isə kirayə haqqı olaraq çıxdığını, ona görə də onlara pul verməyəcəklərini bildirdiyini, mübahisə etdiklərini, müxtəlif dövlət orqanlarına müraciət etdiyini, araşdırma aparıldıqdan sonra Ənvər Əliyevə torpaq sahəsinə girməməsini, sənədləri qaytarıb verməsini, ona isə aldığı 1000 (bir min) manat pulu və yoncanın biçilməsinə çəkdiyi xərci qaytarmağın tapşırıldığını, Ənvərin həmin gün sənədləri gətirib verərkən onun sahə inspektoruna sənədlərin əsli olmadığını, sənədin surəti olduğunu bildirdiyini, Ənvərin isə aldığı sənədlərin bunlar olduğ unu, onda başqa sənəd olmadığını bildirərək sənədin əslini verməkdən boyun qaçırdığını, hər dəfə cavabdehlərin torpağa mülkiyyət hüququna dair Dövlət aktının əslini verməkdən boyun qaçırdıqlarını, ödədikləri pulu kirayə haqqına çıxdıqlarını və torpaqları əllərindən alacaqlarını bildirdiklərini, torpağın pulunu 6000 (altı min) manatı 2017-ci ildə razılaşdıqları kimi cavabdehlərə tam ödəməklə aldıqlarını, əlavə olaraq torpağın əkin üçün yararlı vəziyyətə gətirilməsi üçün 1000 (bir min) manat xərc çəkdiklərini, bu gün həmin torpaq sahəsinin qiymətinin təqribən 15500 (on beş min beş yüz) manat olduğunu, cavabdehlərin bu hərəkətləri ilə onları əhəmiyyətli dərəcədə ziyana saldıqlarını, bu gün Xanlıqlar kəndində nə qalacaq evlərinin, əkəcək başqa torpaq sahələrinin olmadığını, cavabdehlərin onlar a qarşı törətdikləri qanunsuz hərəkətləri, onları aldatmaları və bu müddət ərzində onların xoş niyyətindən istifadə etmələri nəticəsində ailəlikcə mənəvi sarsıntı keçirdiklərini, sağlamlıqlarının pozulduğunu ona görə də cavabdehlərin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə onlara mənəvi zərər olaraq 10000 (on min) manat ödəməli olduqlarını bildirərək, apellyasiya şikayətinin təmin olunmaqla iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında İddiaçı2 İddiaçı1 izahatı ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin olunmaqla iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı1 vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Ş ərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-190/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh1 heç bir vaxt nə evini, nə də mübahisəli olan torpaq sahəsini satmaq niyyəti olmadığını, qarşı tərəfin dediklərinin əksər hissəsinin düz olmadığını, İddiaçı1 valideynləri və 3 qardaşı ilə birgə bir həyətdə yaşayıb yola gedə bilmədiklərini, Rəsulun anasının xahişi ilə, Xanlıqlar kəndində olan boş evi sahibsiz qalmasın deyə onlara yaşamaq üçün verdiyini, qarşı tərəfin özünü saxlayacaq maddi imkanı olmadığını, harada qala ki, izahatında qeyd etdiklərini ona etmiş olduğunu, dediklərinin heç birinin işə mahiyyəti üzrə aidiyyəti olmadığını, iddiaçının izahatında g uya onun evinə xərc qoyub təmir etdiyi barədə dediklərinin düzgün olmadığını, əksinə onların evini yaman günə qoyduqlarını, özünün evinə ildə cəmi bir dəfə yoldaşının ilində gəlib, ehsan verdiyini, torpaq sahəsini 2014-cü ildə iddiaçıya etibar edib istifadəsinə verdiyini, iddiaçıdan əvvəl də kənddə çox adamlara torpağını əkib becərmək üçün verdiyini, sonra da haqqını aldığını, heç kəsin iddiaçılar kimi ona problem yaratmadıqlarını, iddiaçıların 2004-cü ildən təqribən 2020-ci ilədək onun evində təmənnasız yaşadıqlarını, torpaqla bağlı iddiaçı ilə icarə haqqı kimi ilini 1000 manata razılaşdıqlarını, İddiaçı1 pulu ona hissəhissə verdiyini, aralarında icarə müqaviləsinin bağlanmadığını, torpağı Rəsula icarəyə verməsini təsdiq edəcək hər hansı bir sübutunun olmadığını, torpağını etibar edib Rəs ula icarəyə verdiyini, kənddə torpağın əkib becərmək üçün icarəyə müqavilə bağlamadan, razılaşma əsasında verildiyini, onun da iddiaçı ilə bu qaydada etdiklərini, İddiaçı1 ona 5000 (beş min manat) pul verdiyini, onun icarə haqqını məhsul yığımından sonra verdiyini, İsmayılovun bir dəfə onun göstərişi ilə Bakı şəhərinə oğluna 300 manat, bir dəfə də onlara 800 manat göndərdiyini, iddiaçı İsmayılovun ona torpağın icarə haqqı kimi cəmi 5000 manat ödədiyini, özünün Ənvərə “get iddiaçılardan torpağın sənədlərini al” dediyini, iddiaçılara verilməsi üçün Ənvərə 5000 manat pul vermədiyini, bu vaxtı kənddə olmadığını, Bakı şəhərində olduğundan bu mövzu haqqında başqa nəsə deyə bilməyəcəyini, o vaxt iddiaçıların torpağın sənədlərini ondan torpağa azot alacaq, torpağın vergi pulunu verəcək və s. bu cür bəhanələrlə aldığını, ona inandığı üçün ona torpağın sənədlərini verdiyini, iddiaçının izahatında qeyd etdiyi notariusdan aldıqları vərəsələrin siyahısı, ya torpağın borcunun olması və s. sənədlərin siyahısının onlara niyə verildiyini, ya da onların o siyahını niyə aldıqlarını bilmədiyini, icraatda olan mübahisənin oğluna heç bir aidiyyətinin olmadığını, sadəcə qeyd etdiyi kimi İddiaçı1 bir dəfə onun göstərişi ilə oğlu Cavabdeh2 poçtla pul göndərdiyini, 2020-ci ilin fevral ayında kəndə gələrkən onun özü ilə sənədlər gətirəcəyi barədə iddiaçının dediklərinin düz olmadığını, pandemiya vaxtında iddiaçının onun Bakıda olmasından istifadə edərək torpağına sahibləndiyini, qarşı tərəfin qaldırdığı iddia tələbinin tamamilə əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh1 həmçinin kollegiyaya ərizə ilə müraciət edərək iddiaçılardan təqribən 7 il müddətinə torpağının icarə haqqı qismində hissə-hissə 5000 (beş min) manat pul aldığını qeyd etmişdir. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə y önəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlil lərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını mülki iş üzrə araşdırılmış materiallarını, apellyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir: Belə ki, mülki işin materiallarından aydın olur ki, iddiaçılar müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin alınması üçün onlara ödədikləri 6000 (altı min) manat, maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqi olan 9500 (doqquz min beş yüz) manat, 1000 (bir min) manat torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş xərclərini, ümumilikdə 16500 (on altı min beş yüz) manat pulun, əlavə olaraq evlərin təmir və bərpa işləri üçün çəkilmiş, Xanlıqlar kəndindəki ev üçün 2100 (iki min yüz) manat, Vərməziyar kəndindəki ev üçün 950 (doqqu z yüz əlli) manat, borc olaraq aldıqları 400 (dörd yüz) manat, toyuq setkası üçün ödədiyi 50 (əlli) manat, cəmi 20.000 (iyirmi min) manat, “mənəvi zərər”ə görə 10000 (on min) manat, cəmi 30000 (otuz min) manat pulun və dövlət rüsumu olaraq ödədikləri 180 (bir yüz səksən) manat pulun alınaraq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)190 2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmə dən xahiş etmişlər. İş materiallarına əlavə olunmuş 19 iyun 2000-ci il tarixli, JN-037A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyun 1999-cu il tarixli, 06 nömrəli qərarı ilə Şərur rayonu Xanlıqlar kəndində yerləşən 0,08 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş 06 dekabr 1999-cu il tarixli, JN-305 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Şərur rayon Xanlıqlar kəndində yerləşən 1,55 ha torpaq sahəsi X6, Cavabdeh1, X10, X7, Cavabdeh2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak vermə li, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmiş, iddia tələbləri əsassız olaraq rədd edilmiş, birinci instansiya məhkəməsi belə bir qənaətə gəlmişdir ki, cavabdehlərin hər hansı təqsirli qanunsuz hərəkətləri nəticəsində bizlərə qeyd olunan məbləğdə ziyanın vurulması, vurulmuş ziyanla cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair halları da müəyyən etmək mümkün olmamışdır. İşə baxan hakim ümumiyyətlə şahidləri n ifadələrinə hüquqi qiymət vermədən, onların ifadələrinin sübut kimi qəbul edilməsinin yolverilməzliyini əsaslandırmadan tələbi rədd etmişdir. Məlum olan faktlar barədə izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmamış və qiymətləndirilməmişdir ki, burada prosessual hüquq norması pozulmuşdur. Məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar tamamilə araşdırılmamış, cavabdehlərin mənafeyinə uyğun qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən sübutlar, şahidlərin iddia üzrə verdikləri izahatları nəzərə alınmamış və olduğu kimi qətnamədə təsbit edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1 ərizəsində və məhkəmə baxışı iclasındakı izahatında iddiaçılardan təqribən 7 il müddətinə torpağının icarə haqqı qismində hissə-hissə 5000 (beş min) manat pul aldığını qeyd etmişdir. Göründüyü kimi Cavabdeh1 5000 (beş min manat) pul aldığı faktını etiraf etmiş və bu etiraf faktı ilə iddiaçıları iddia tələblərini müvafiq hissədə, yəni 5000 (beş min) manata dair hissədə sübutetmə yükündən azad etmişdir. Kollegiya icraatda olan mübahisə üzrə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərinin 5000 (beş min) manata dair hissəsini sübutetmə yükündən azaddırlar, buna görə də kollegiya apellyasiya şikayətinin dəlillərini müvafiq hissədə müzakirə etmir. Belə ki, qeyd olunan normanın (Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin) məzmununa əsasən sübutetmə yükü tərəflər arasında bölünmüşdür. İlk növbədə iddiaçı iddia tələbinin əsaslığını sübut etməli, daha sonra cavabdeh həmin iddiaya qarşı öz etirazlarını, tələblərini əsaslandırmalıdır. Hazırki mülki iş üzrə iddia tələbi ümumilikdə 30.000 manat olsa da, iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin məbləğin 5000 manat məbləğindəki hissəsini sübut etmək öhdəliyindən cavabdehin müvafiq faktı etirafı əsasında azad olunmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddənin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstit usiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd olunur ki, bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; - faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; - faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Kollegiya Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini rəhbər tutaraq, həmçinin iddiaçı və cavabdeh tərəf arasında 5000 (beş min) manat barədə münasibətlərin yaranmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən iddiaçıların təşəbbüsü ilə dəvət olunmuş şahid X15 ifadəsində Rəsulun Turacın evində qaldığı üçün Turac xanımın həmin torpaq sahəsini Rəsula əkib-becərməsi üçün verdiyini, 2016- ci ildən 2019-cu ilə kimi həmin torpaq sahəsini Rəsulun əkib-becərdiyini, onların arasında razılaşmadan məlumatı olmadığını, Turacın ona zəng vurub Rəsula zəng çatmadığını dediyini, onun isə Rəsulun evinə getdiyini, Rəsulla Turacın danışdıqlarını, telefonda Rəsulun Turaca “yer sənindir, kimə istəyirsən ver” dediyini, Turacın ona “Rəsula 1000 manat pul ver” dediyini, onun isə həmin pulu ona verdiyini, sonra yeri özünün əkibbecərdiyini, biçin vaxtı Rəsulun gəlib ona “biçə bilməzsiniz” dediyini, aralarındakı mübahisəyə polis əməkdaşlarının da gəldiyini, həmin yeri özünün biçmədiyini, Rəsulun biçib satdığını, sonra verdiyi 1000 manatı ona qaytardığını bildirmişdir. Göründüyü kimi Cavabdeh1 İddiaçı1 torpağın satılması ilə bağlı müəyyən pul məbləğini alması şahid ifadəsi ilə də öz təsdiqini tapı r. Kollegiya onu da qeyd edir ki, Cavabdeh1 5000 (beş min) manatı iddiaçılardan torpaq sahəsinin icarə haqqı kimi aldığını qeyd etsə də, izahatında göstərdiyi dəlilləri, yəni iddiaçılarla arasında müvafiq icarə müqaviləsinin bağlanmasını, eyni zamanda aldığı 5000 (beş min) manatı torpaq sahəsinin icarə haqqı kimi aldığını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh 5000 (beş min) manat pulu iddiaçılardan torpaq sahəsinin yalnız icarə haqqı kimi aldığını qeyd etsə də, iş materiallarından da aydın olur ki, onlar arasında icarə müqaviləsi olmamışdır. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyə verən və icarəçi arasın da bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Faktiki olaraq, onlar arasında hər hansı icarə müqaviləsinin bağlanmasını, eləcə də müvafiq müqavilənin notarial qaydada təsdiq edilməsini təsdiq edəcək hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Eyni zamanda kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin torpaq icarəsi haqqı adlanan 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya müvafiq faktın etirafına münasibətdə həmçinin onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş (iş vərəqə İ Cild 112) “NaxçıvanPoçt” Publik Hüquqi şəxsinin Şərur Rayon Filialının 11 aprel 2022-ci il tarixli, 41 nömrəli məktubunda göstərilmişdir ki, 2017-ci ilin 06 iyun tarixində İddiaçı1 tərəfindən Cavabdeh2 300.0 (üç yüz) manat, həmin ilin 04 oktyabr tarixində isə 800.0 (səkkiz yüz) manat məbləğində vəsaitlər göndərilmişdir. Həmçinin Cavabdeh1 kollegiyadakı izahatında da İddiaçı1 bir dəfə onun göstərişi ilə Bakı şəhərinə oğluna 300 manat, bir dəfə də onlara 800 manat göndərdiyini bildirmişdir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərini iş materialları və tərəflərin izahatları əsasında müqayisəli şəkildə müzakirə edərək onların əsassız olması qənaətinə gəlir. Belə ki, mülki prosesdə qəbul edilmiş və s übutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşür. Məhz bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçılar iddia tələblərinin əsaslı olmasını sübut etməlidir. İddiaçılar müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edən zaman cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin alınması üçün ödədikləri 6000 (altı min) manatın alınmasını tələb etsələr də, müvafiq halı təsdiq edəcək hər hansı bir sübutu kollegiya təqdim etməmiş, cavabdehlərin hər hansı təqsirli qanunsuz hərəkətləri nəticəsində iddiaçılara qeyd olunan məbləğdə ziyanın vurulması, vurulmuş ziyanla cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair halları da müəyyən etmək mümkün olmamışdır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin alınması üçün onlara ödədikləri 5000 (beş min) manatdan artıq olan pulun, maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahə sinin bazar qiyməti ilə dəyərinin fərqi olan 9500 (doqquz min beş yüz) manat pulun, torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş xərc olan 1000 (bir min) manat pulun, əlavə olaraq evlərin təmir və bərpa işləri üçün çəkilmiş, Xanlıqlar kəndindəki ev üçün 2100 (iki min bir yüz) manat, Vərməziyar kəndindəki ev üçün 950 (doqquz yüz əlli) manat, borc olaraq aldıqları 400 (dörd yüz) manat, toyuq setkası üçün ödədiyi 50 (əlli) manat, cəmi 20.000 (iyirmi min) manat, “mənəvi zərər”ə görə 10000 (on min) manat pulun iddiaçılara ödənilməsinə dair hissədə rədd etməkdə qanuni və əsaslı qərar qəbul etmişdir. Cavabdeh1 iddiaçılardan 5000 (beş min) manat pul alması faktı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməklə iddianın qismən təmin olunması üçün əsas təşkil edir. Kol legiya qeyd edir ki, birinci instansiya məhkəməsində mülki işə baxılarkən məhkəmə tərəfindən iddiaçılar və cavabdehin izahatları, şahid ifadələri, tərəflərin məhkəməyə təqdim etdiyi sübutlar qiymətləndirilmiş və həmin sübutlar əsasında yekun qətnamə çıxarılmışdır. Beləliklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci m addəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır... -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya iş üzrə iddia tələbi ilə məh kəməyə müraciət edilən zaman ödənilən dövlət rüsumuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi adlanan 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Müvafiq iddia tələbi də qismən təmin edildiyindən - (30.000 manat məbləğin 5000 manat hissəsi) ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun 30 manatı Cavabdeh1 aid edilməli və ondan alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Kollegiya birinci instansiya məhkəməsində m ülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi üçün sərf edilmiş 80 (səksən) manat məbləğinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə məsrəfləri adlanan 115-ci maddəsinə əsasən iş üzrə ekspertlərə verilməli olan məbləğ işə baxılması ilə əlaqədar məsrəflərə aiddir və həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi üçün sərf edilmiş 80 (səksən) manat məbləğin iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan hissəsi yəni, 13 (on üç) manat 60 (altmış) qəpik hissəsi Cavabdeh1 aid edilməklə ondan tutularaq Naxçıvan Muxtar Respublikası Daş ınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin bank hesabına ödənilməlidir. Beləliklə məhkəmə kollegiyası apellyasiya baxışı zamanı şikayətlərin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-190/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-190/2022 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 5000 (beş min) manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, qətnamə qalmış hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)- 190/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-190/2022 nöm rəli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 5000 (beş min) manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən X12 14 iyul 2023-cü il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 30.00 (otuz) manatı Cavabdeh1 aid edilsin və ondan alınaraq iddiaçılara qaytarılsın. Mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi üçün sərf edilmiş 80 (səksən) manatın 13 manat 60 qəpik hissəsi Cavabdeh1 tutularaq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin bank hesabına ödənilsin. Qətnamə qalmış hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslə rə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-7/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-7/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver