Məhkəmə qərarları › İş №2(108)-7/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-7/2024

13.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-7/2024 13.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı torpaqdan və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(110)-730/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh2 qarşı torpaqdan və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ilə Şərur Rayon Məhkəmə sinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ona məxsus Şərur rayon Çomaxtur kəndində yerləşən **********12 nömrəli torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə iddianı dəqiqləşdirərək Cavabdeh1 dair hissədə iddiadan imtina edərək Cavabdeh2 torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin (sədrlik edən M.Ə.Əliyev) 03 oktyabr 2023-cü il tarixli, 2(110)-730/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2 İddiaçı məxsus Şərur rayon Çomaxtur kəndində yerləşən **********12 reyestr nömrəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qərar qəbul edilmişdir. Cavabdeh2 25 oktyabr 2023-cü il tarixli apellyasiya şikayəti ilə Şərur Rayon Məhkəməsinə müraciət etmiş və mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayətində maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmədiyinə görə, Şərur Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(110)-730/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş materiallarında olan Naxçıvan Muxtar Respublikasi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2008-ci il tarixli, AA002489 nömrəli torpaq sahəsinin plan ölçüsünə əsasən, **********12 nömrəli torpaq sahəsinin mülkiyyət hüququ ə sasında İddiaçı qızma məxsus olduğu qənaətinə gəlmişdir. Halbuki plan ölçüsü mülkiyyət hüququn təsdiq edən sənəd qismində çıxış etmir. Buna görə də həmin sübuta əsaslanaraq məhkəmənin onun məcburi çıxarılmağı ilə bağlı qərar qəbul etməsi qanunauyğun deyil. Həmçinin qarşı tərəf öz izahatında bildirib ki, cavabdeh o evdə 2006-cı ildən etibarən yaşayır, amma o 2003-cü ildən bəri o evdə yaşayır. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü (mülkiyyət) maddəsinin l hissəsinə əsasən Azərbayc an Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin (mülkiyyət hüququ) İ və İV hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Ümumi Bəyannaməsinin 17-ci maddəsinə əsasən hər bir insanın həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olma hüququ var. Heç kəs özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifə daşıyır. Hər kəs üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunları na əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə də nəticə etibarı ilə də iş üzrə materiallar məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarmışdır. Naxçıvan Muxtar Respublikasi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2008-c i il tarixli, AA002489 nömrəli torpaq sahəsinin plan-ölçüsünün mülkiyyət hüquqların təsdiq edən sənəd qismində çıxış etməsi maddi hüquq normalarının pozulmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsalandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqçadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda apellyasiya şikayətinin hüquqi əsası kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokol”un 1-ci maddəsinə də istinad edilmişdir Apellyasiya şikayətinə qarşı heç bir etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verməklə Şərur rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(110)-730/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddiaçının tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamaqla Şərur rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(110)-730/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyada n xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamaqla Şərur rayon Məkhəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(110)-730/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasi ya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 04/15 nömrəli İddiaçı ünvanlanan məktubundan görünür ki, AA002489 nömrəli torpaq sahəsində inşa edilmiş yaşayış sahəsinə hazırda həmin evdə yaşayan gəlin tərəfindən ölçü işlərinə maneçilik törədildiyindən texniki pasportun verilməsi mümkün olmamışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)37/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasındakı xx.xx.2013cü il tarixli 65 saylı nikah pozulmuş, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların analarının yanında qalması müəyyən olunmuşdur. Azərbаycаn Rеspublikаsı Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbаycаn Rеspublikаsında mülkiyyət toxunulmazdır. Konstitusiyanın 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarə tdir. Azərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X. Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1ci və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30 -cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bənd inin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli plenum qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2 28-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməs inə dair” 16 dekabr 2014-cü il tarixli plenum qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli plenum qərarında həmçinin göstərilir ki, ailə qanunvericiliyində ha nsı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlan ılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən müvafiq normaları əsasında cavabdehin mübahisələndirilən yaşayış sahəsindən istifadə hüququnun olmadığını müəyyən etməklə birinci instansiya məhkəməsinin qətnaməsində bununla bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı ilə cavabdeh arasında mübahisələndirilən yaşayış sahəsi ilə bağlı hüquqi münasibətlərin yarandığı müvafiq dövrə uyğun olaraq cavabdehin həmin yaşayış sahəsindən istifadə hüquqlarının yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdehin sonradan nikah münasibətinə girməsi və nikahın xitam olunması iddiaçıya münasibətdə onun istifadə hüquqları ilə bağlı hüquqi vəziyyətini dəyişmir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri əsasında da cavabdehin mübahisələndirilən yaşayış sahəsindən istifadə hüquqları istisna edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə iş materiallarında olan Na xçıvan Muxtar Respublikasi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2008-ci il tarixli, AA002489 nömrəli torpaq sahəsinin plan ölçüsünə əsasən, **********12 nömrəli torpaq sahəsinin mülkiyyət hüququ əsasında İddiaçı qızma məxsus olduğu qənaətinə gəlmişdir. Halbuki plan ölçüsü mülkiyyət hüququn təsdiq edən sənəd qismində çıxış etmir. Qeyd edilən dəlillə bağlı mübahisələndirilən torpaq sahəsinin kimin mülkiyyətində olmasının aydınlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasi Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinə sorğu ünvanlanmış, sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikasi Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin.29 dekabr 2023-cü il tarixli 04 /1095 nömrəli məktubunda göstərilmişdir ki, Şərur rayonu Çomaxtur kəndində yerləşən 1016,2 3 kv.m torpaq sahəsi Şərur Rayon Aqrar İslahat Komissiyasının 09 mart 1998-ci il tarixli,03 nömrəli qərarı əsasında Torpağın mülkiyyətə verilməsinə dair JN012A nömrəli Şəhadətnamə ilə X4 verilmişdir. Nabat Hüseynova bəhs olunan torpaq sahəsini Şərur rayon birinci dövlət notariat kontorunun 09 oktyabr 2008-ci il tarixli,4Ə-56 nömrəli müqaviləsi ilə İddiaçı bağışlamışdır. Torpaq sahəsi qeyd olunan müqavilə əsasında 06 noyabr 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Eləcə də apellyasiya şikayətində göstərilir ki, qarşı tərəf öz izahatında bildirib ki, cavabdeh o evdə 2006-cı ildən etibarən yaşayır, amma o 2003-cü ildən bəri o evdə yaşayır. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Göstərilən dəlilə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatında məhkəmə baxışı zamanı Cavabdeh2 izahatında apellyasiya şikayətində qeyd etdiyi tarixdən fərqli olaraq mübahisələndirilən evdə 2007-ci ildən yaşadığını göstərmişdir. Apellyasiya şikayətində qeyd və istinad edilən edilən maddi və prosessual hüquq normalarının pozuntusu müəyyən edilmir və apellyasiya şikayətinin təmin olunmasına əsas vermir. Yuxarıda göstərilənlərə əsasən də kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, q ətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Birinci instаnsiyа məhkəməsi mаddi və prоsеssuаl hüquq nоrmаlаrının tələblərinə düzgün əməl еtməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(110)730/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əh əmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 392, 402, 403, 404, 405.0.1, 406.1-ci maddələrini rəhbər tutub kollegiya q ə t e t d i: İddiaçı Cavabdeh2 qarşı torpaqdan və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(110)-730/2023 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(110)-730/2023 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar