Məhkəmə qərarları › İş №2(108)-70/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-70/2022

01.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-70/2022 01.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı1 vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli müraciətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Ca vabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək onlara mərhum X2 adına olan Naxçıvan şəhəri H.Əliyev prospekti ev 22, 4 nömrəli mənzildən yaşayış və istifadə hüququ verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququ verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı1 vəkili Vəkil ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququ verilməsi tələbinə dair mülki iş üzrə İddiaçı1 vəkili Vəkil Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2(078)-1179/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı1 26 mart 2022-ci il tarixdə ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsi üzrə buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 08 aprel 2 022-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququ verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2(078)-1179/2021 nömrəli qətnaməsindən İddiaçı1 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəsinin təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququ verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2(078)-1179/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin İddiaçı1 münasibətdə bərpa olunması qərara alınmışdır. Mülki işə apellyasiya qaydasında baxılarkən Naxçıvan Şəhər Məhkəməsindən 22 i yul 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuş məktubda Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)1179/2021 nömrəli qətnaməsindən müliki iş üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti və ərizənin 20 iyul 2022-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olduğu göstərilərək icraatda olan mülki işin Naxçıvan Şəhər Məhkəməsinə qaytarılması kollegiyadan xahiş edilmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olan zaman mülki iş artıq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində olmuş və bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd edilmiş tələblərinə əməl edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya belə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(108)-70/2022 nömrəli apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməli, mülki iş apellyasiya icraatından çıxarılmalı və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(108)-70/2022 nömrəli apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadı ləğv edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın. İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə zəruri p rosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Naxçıvan Şəhər Məhkəməsinə qaytarılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar