Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-71/2023 24.05.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X3 ölümündən sonra miras qalmış Şərur rayon Məmmədsabir kəndində 0.0369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.1945 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 fərdi yaşayış evlərinin anası X11 tərəfindən qəbul edilməsi, anasının ölümündən sonra isə faktiki olaraq həmin miras əmlakların onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsinin ləğv e dilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, məhkəmə iclasında iştirak edərkən izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, əlavə mübahisələndirilən həmin torpaq sahəsində 2 evi olduğunu, onların birində valideynlərinin, digərində isə Qulu və onun ailə üzvlərinin yaşadığını bildirmişdir. Anası xəstə olan vaxtı 3 ay ərzində ona özü baxmış, anası vəfat etdikdən sonra qırxa kimi gedib-gəlmiş, onun yeddisini, cümə axşamlarını keçirmişdir. Anasının vəfatının 3-cü günündə Qulu evin açarlarını ondan almışdır. Yas mərasiminin xərcləri anasının pensiyası ilə ödənilmişdir. Anası 28 mart 2022-cı il tarixində vəfat etmiş, ilk dəfə notariusa 28 iyun 2022-ci ildə müraciət etmişdir. Mirasın qəbulu barədə ərizəni 01 avqust 2022-ci il tarixində vermiş, notarius torpağın, evin sənədlərini istəmiş, lakin sənədlər onda olmadığından ərizəsini qəbul etməkdən imtina edilmişdir. O, 01 avqust 2022-ci il tarixdə 28 mart 2022-cı il tarixdə vəfat etmiş X5 mirasını qəbul etməyi ilə bağlı 01 avqust 2022-ci il tarixdə Şərur rayonu 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, yəni müddəti buraxmamışdır. Lakin notariat ofisi əsassız olaraq 16 noyabr 2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki hallan araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İddia tələbinin təmin edilməməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. O, mirası formal olaraq qəbul etmiş, miras onun tərəfindən qəbul edildiyinə görə məhkəmə tərəfindən tətbiq olunan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bundan başqa o, altı aylıq müddət ərzində mirası qəbul etməyi ilə bağlı Şərur rayonu İ saylı notariat ofisinə ərizə vermişdir, altı aylıq müddət keçdikdən sonra yox. Apellyator s onda Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(110)-148/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1243.1, 1243.2, 1246-cı, maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 362, 384.0.2, 385-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh3 Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(110)-148/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnam əsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah akt qeydi üzrə çıxarışdan görünür ki, X10 ilə X11 xx.xx.1957-ci il tarixdə nikaha daxil olmuşdurlar. - Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cü il 06 nömrəli qərarları ilə Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.04 ha təsərrüfat tə yinatlı torpaq sahəsi (JN-132) və 0.19 ha həyətyanı torpaq sahəsi (JN-085A) mülkiyyət hüququ əsasında X6 və X8 məxsus olmuşdur. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Az-İ № 871595 nömrəli və xx.xx.2022-ci il tarixli Az-İ № 586282 nömrəli ölüm akt qeydi üzrə çıxarışlardan görünür ki, X10 xx.xx.2017-ci il tarixdə, X11 isə xx.xx.2022-ci il tarixdə ölmüşdür. - Şərur rayon Məmmədsabir kənd İƏDN-in xx.xx.2022-ci il tarixli 107 nömrəli arayışından görünür ki, X10 və X11 vəfat edəndən sonra vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı, Cavabdeh4 qalmışdır. - xx.xx.2022-ci il tarixli Şərur rayon 1 saylı Notariat ofisinə verilmiş ərizədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə X4 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. - xx.xx.2022-ci il tari xli Şərur rayon 2 saylı Notariat ofisinə verilmiş ərizədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə X1 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. - Şərur rayon 2 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli 25 nömrəli qərarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. - Şərur rayon 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. - Cavabdeh4 tərəfindən təqdim edilmiş kommunal ödənişlərə dair qəbzlərdən görünür ki, 2022-ci ilin aprel-iyun ayları ərzində qaz və elektrik sərfiyyatı ilə bağlı cavabeh Cavabdeh4 tərəfindən kommunal ödənişlər ödənmişdir. Beləliklə mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyə n edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, X10 ilə X11 xx.xx.1957-ci il tarixdə nikaha daxil olmuş, Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cü il 06 nömrəli qərarları ilə Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.04 ha təsərrüfat təyinatlı torpaq sahəsi (JN-132) və 0.19 ha həyətyanı torpaq sahəsi (JN-085A) mülkiyyət hüququ əsasında X6 və X8 məxsus olmuş, X10 xx.xx.2017-ci il tarixdə, X11 isə xx.xx.2022-ci il tarixdə ölmüş, onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı, Cavabdeh4dur. xx.xx.2022-ci il tarixdə X11 öldükdən 4 ay 4 gün sonra iddiaçı xx.xx.2022-ci il tarixdə mirası qəbul etməsi ilə bağlı notariat ofisinə ərizə vermiş, Şərur rayon 1 saylı Notariat ofisi xx.xx.2022-ci il tarixli qərarı ilə X4 qalan mirasa İddiaçı vərəsəlik hüququ haqqında şəhadətn amə verilməsindən imtina etmişdir. Həmçinin Şərur rayon 2 saylı Notariat kontoru xx.xx.2022-ci il tarixli 25 nömrəli qərarı ilə X1 qalan mirasa İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. İddiaçı bundan sonra mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair iddiasının rədd edilməsi nəticəsinə gəlmişdir. Kollegiya mülki işin mübahisəsiz hallarını müəyyən etməklə bərabər eyni zamanda qeyd edir ki, mübahisənin mübahisəli halları iş üzrə İddiaçı Yuniz qızının iddia tələbində qeyd etdiyi kimi, mərhum atası X3 ölümündən sonra ona münasibətdə miras qalmış Şərur rayon Məmmədsabir kəndində 0.0369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.1945 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 fərdi yaşayış evinin mərhum anası X11 tərəfindən qəbul edilməsinin, anasının ölümündən sonra isə faktiki olaraq həmin miras əmlakların onun tərəfindən qəbul edilməsinin müəyyən olunmasıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, yəni iddia tələbinin rədd olunması ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vll hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilmiş işə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vər əsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamil ə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın fakti ki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əml akın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; hüquq haqqında mübahis ənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Yuxarıda da qeyd olunan maddələrin məzmunundan və qərarlardan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini, açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur.
1. Miras əmlaka sahiblik etmək üsulu.
2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cə hətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakını lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, si ğorta haqqı və digər ödənişlər vermək və s... Yuxarıda qeyd olunan hüquq normalarını və iş materiallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır və təmin oluna bilməz. Belə ki, İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “...məhkəmə iclasında iştirak edərkən izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, əlavə mübahisələndirilən həmin torpaq sahəsində 2 evi olduğunu, onların birində valideynlərinin, digərində isə Qulu və onun ailə üzvlərinin yaşadığını, anası xəstə olan vaxtı 3 ay ərzində ona özünün baxdığını, anası vəfat etdikdən sonra qırxa kimi gedib-gəldiyini, onun yeddisini, cümə a xşamlarını keçirdiyini, anasının vəfatının 3-cü günündə Qulunun evin açarlarını ondan aldığını, yas mərasiminin xərclərinin anasının pensiyası ilə ödənildiyini, anasının 28 mart 2022-cı il tarixində vəfat etdiyini, ilk dəfə notariusa 28 iyun 2022-ci ildə müraciət etdiyini, mirasın qəbulu barədə ərizəni 01 avqust 2022-ci il tarixində verdiyini, notariusun torpağın, evin sənədlərini istədiyini, lakin sənədlər onda olmadığından ərizəsini qəbul etməkdən imtina edildiyini, onun 01 avqust 2022-ci il tarixdə 28 mart 2022-cı il tarixdə vəfat etmiş X5 mirasını qəbul etməyi ilə bağlı 01 avqust 2022-ci il tarixdə Şərur rayonu 1 saylı notariat ofisinə ərizə ilə müraciət etdiyini, yəni müddəti buraxmadığını, lakin notariat ofisinin əsassız olaraq 16 noyabr 2022-ci il tarixdə vərəsəlik hüququ haqqında ş əhadətnamənin verilməsindən imtina etdiyini” göstərmiş və məhz bu qeyd olunan əsaslara görə Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(110)-148/2023 nömrəli qətnaməsinin ləğv edilməklə, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən bu dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Belə ki, mübahisənin mübahisəli halları ilə bağlı apellyasiya icraatı zamanı tədqiq olunan iş materiallarından və işdə iştirak edən şəxslərin izahatından mərhum X3 ölümündən sonra ona münasibətdə miras qalmış Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.04 ha təsərrüfat təyinatlı torpaq sahəsi (JN-132) və 0.19 ha həyətyanı torpaq sahəsinin (JN-085A) hər hansı əsasla onun həyat yoldaşı mərhum X11 tərəfindən qəbul olunması, eyni zamanda həmin şəxslər tərəfindən adıçəkilən miras əmlaklara dair vəsiyyətnamənin qoyulması halı müəyyən olunmamışdır. İş üzrə İddiaçı istər iddia ərizəsində, istərsə də verdiyi apellyasiya şikayətində mərhum X4 miras qalmış adıçəkilən əmlakları qəbul etdiyini iddia etsə, məhkəməyə təqdim etdiyi Şərur rayon 1 saylı Notariat ofisinə verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddəti buraxmış və belə olan halda da haqlı olaraq Şərur rayon 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Belə ki, göstərilən maddənin tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. İş üzrə İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında mülki qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən olunmuş 3 aylıq müddətin buraxılmasının ondan asılı olmayan üzrlü səbəblərdən olduğunu bildirsə də, kollegiya mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məsələyə münasibət bildirilməsinin hazırki baxılan tələb çərçivəsində mümkünsüzlüyünü apellyatorun diqqətinə çatdırmağı zəruri hesab edir. Miras əmlakın faktiki olaraq İddiaçı tərəfindən qəbul olunmasına gəlincə, ilk növbədə qeyd olunmalıdır ki, yuxarıda da qeyd olunduğu kimi, Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah akt qeydi üzrə çıxarışdan görünür ki, X10 ilə X11 x x.xx.1957-ci il tarixdə nikaha daxil olmuşdurlar və Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cü il 06 nömrəli qərarları ilə Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.04 ha təsərrüfat təyinatlı torpaq sahəsi (JN-132) və 0.19 ha həyətyanı torpaq sahəsi (JN-085A) mülkiyyət hüququ əsasında X6 və X8 məxsus olmuşdur. Yəni belə olan halda həmin şəhadətnamələrdən göründüyü kimi, mərhum X10 ilə yanaşı mərhum X5 da adıçəkilən əmlaklarda mülkiyyət hüququ olmuşdur. Tərəflərin verdiyi izahatlardan, birinci instansiya məhkəməsində işə baxılarkən dindirilən şahid ifadələrindən və digər iş materiallarından aydın olur ki, İddiaçı mərhum anası X5 xx.xx.2022-ci il tarixdə ölümündən sonra sadəcə onun yas mərasimlərində iştirak etmiş, anasının ölümündən keçən vaxt ərzində ümumiyyətlə ondan miras qaldığını iddia etdiyi əmlakdan istifadə və ona sahiblik etməmiş, yuxarıda da qeyd olunduğu kimi, öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün hərəkətlər etməmiş, miras əmlakı lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, siğorta haqqı və digər ödənişlər vermək kimi addımlar atmamışdır. Yəni konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini göstərməmişdir. Belə ki, apellyasiya baxışı zamanı verilən sualları cavablandıran iddiaçı həmin kənddə özünə məxsus olan torpaq sahəsini uzun illər əvvəl sataraq hazırda Naxçıvan şəhərində yaşadığını, anasının ölümündən sonra yalnız yas mərasimində və cümə axşamlarında, həmçinin məclisin yeddisi və qırxında iştirak etdiyini, ondan sonra bu ünvana getm ədiyini, miras əmlakı idarə etməməyinin səbəbinin qardaşı Qulunun açarları ondan alması ilə bağlı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilən iş üzrə şahidlər X9 və X7 isə verdikləri izahatlarında mərhum X5 ölümündən sonra həmin evdə heç kimin yaşamadığını, həmin həyətdə Qulu yaşadığı üçün evə onun baxdığını, Kübra xanımın ölümündən sonra evinin boş qaldığını və işıqlarının heç vaxt yanmadığını bildirmişdirlər. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş elektrik və qaz sərfiyyatına görə ödəniş qəbzlərindən, həmçinin telefon və məişət tullantılarının daşınmasına dair ödəniş qəbzləri ilə də mübahisə olunan təsərrüfata dair ödənişlərin iddiaçı tərəfindən aparılması halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə etibarlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 20 15-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). Beləliklə kollegiya sübutların qiymətləndirilməsi ilə bağlı yuxarıda sadalanan normalara əsaslanmaqla iş üzrə İddiaçı iddia tələbində göstərdiyi faktlar ın öz təsdiqini tapmadığı qənaətinə gəlir. Yəni tədqiq olunmuş iş materialları ilə iddiaçının valideynlərindən miras qalmış əmlakın onun tərəfindən formal və ya qeyri-formal üsullarla qəbul edilməsi müəyyən olunmamışdır. Apellyasiya şikayətində qeyd edilən “...məhkəmənin qətnaməsinin qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassız olduğu (iş materialları ilə təkzib edilir), birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxıldığı, işin faktiki hallarının araşdırılmdığı və düzgün hüquqi qiymət verilmədiyi, iddia tələbinin təmin edilməməsi barədə qətnaməni qanunsuz və ədalətsiz saydığı, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etdiyi, məhkəmənin q eyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəldiyi, onun mirası formal olaraq qəbul etdiyi, mirasın onun tərəfindən qəbul edildiyinə görə məhkəmə tərəfindən tətbiq olunan maddi hüquq normaları düzgün tətbiq edilmədiyi” barədə göstərdiyi dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, iş üzrə İddiaçı şikayətində bu pozuntu hallarını sadəcə sadalamaqla konkret həmin pozuntuların nədə ifadə olunduğunu göstərməmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, bu dəlillər mülahizə xarakterlidir, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasınd a tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya b elə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 398.0, 398.0.1, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.