Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-75/2023 22.06.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən əmlakın məcburi qaydada götürülməsi və kirayə yaşayanın çıxarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(078)-131/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh1 məxsus əmlakın məcburi qaydada götürülməsi, mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildə yaşayan Cavabdeh2 məcburi qaydada çıxarılması, hüquqi yardım üzrə 04/565 nömrəli 03 noyabr 2022-ci il tarixli xidmət müqaviləsi əsasında vəkilə ödədiyi 300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən: G.K.Əliyeva) 2(078)-131/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı məhkəmə hazırlıq iclasında təqdim etdiyi iddia tələbinin həcminin artırılmasına dair 31 yanvar 2023-cü il tarixli ərizəsinin təmin edilməsi, iddia tələbinə iddiaçı nın mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh1 məxsus əmlakın məcburi qaydada götürülməsi, iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildə yaşayan Cavabdeh2 məcburi qaydada çıxarılması, iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh2 məxsus 2 nəfərlik divanın, jurnal stolunun, divar saatının, qazla işləyən İİR-sı istehsalı olan sobanın, iki ədəd stolun, 2 nəfərlik yataq çarpayısının, şifonerin, tirmonun, 3 ədəd tumbuçkanın, ventilyatorun, Cavabdeh2 məxsus geyim əşyalarının, iki ədəd çarpayının, velosipedin, 1.40x2.20 metr ölçüdə xalçanın, paltar qurutmaq üçün dəmir asqının, 10 ədəd bankanın, 4 gözlü stol üstü qaz piltəsinin, divar üçün sabun və şampun qabının, 5 ədəd plastmas tabletkanın, Beko markalı soyuducunun, şirə çəkən maşının, 2 ədəd qasturkanın, 4 ədəd boşqabın, 4 ədəd nəlbəkinin, 4 ədəd stəkandan ibarət əmlakların məcburi qaydada götürülməsi və hüquqi yardım üzrə 04/565 nömrəli 03 noyabr 2022-ci il tarixli xidmət müqaviləsi əsasında vəkilə ödədiyi 300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona verilməsi həddində baxılması qərara alınmışdır. 13 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh1 məxsus əmlakın m əcburi qaydada götürülməsi, Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 7- də yerləşən 34 nömrəli mənzildə kirayə yaşayan Cavabdeh2 məcburi qaydada çıxarılması, Cavabdeh2 məxsus 2 nəfərlik divanın, jurnal stolunun, divar saatının, qazla işləyən İİR-sı istehsalı olan sobanın, iki ədəd stolun, 2 nəfərlik yataq çarpayısının, şifonerin, tirmonun, 3 ədəd tumbuçkanın, ventilyatorun, Cavabdeh2 məxsus geyim əşyalarının, iki ədəd çarpayının, velosipedin, 1.40x2.20 metr ölçüdə xalçanın, paltar qurutmaq üçün dəmir asqının, 10 ədəd bankanın, 4 gözlü stol üstü qaz piltəsinin, divar üçün sabun və şampun qabının, 5 ədəd plastmas tabletkanın, Beko markalı soyuducunun, şirə çəkən maşının, 2 ədəd qasturkanın, 4 ədəd boşqabın, 4 ədəd nəlbəkinin, 4 ədəd stəkandan ibarət əmlakların məcburi qaydada götürülməsi və hüq uqi yardım üzrə 04/565 nömrəli 03 noyabr 2022-ci il tarixli xidmət müqaviləsi əsasında vəkilə ödədiyi 300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, məhkəmədə izahat verərkən Cavabdeh1 həmin mənzildə ona məxsus 1 ədəd divanın və mətbəx mebelinin olduğunu, həmin əşyaların mənzillə birlikdə iddiaçıya satdığını bu səbəbdən də mənzildə olan həmin əşyaları götürməyəcəyini bildirdiyini, Cavabdeh2 məhkəmədə izahat verərkən haliyyədə ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını və işi ilə əlaqədar bir neçə günlüyə Naxçıvan şəhərinə gəldiyini bildirdiyini, haliyyədə onun Cavabdeh2 mülkiyyətində olan Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 7-də yerləşən 34 nömrəli mənzildən məcburi qa ydada çıxarılması tələbindən və Cavabdeh1 məxsus əmlakların həmin mənzildə olmadığından ona məxsus əmlakların məcburi qaydada götürülməsi tələbindən imtina etdiyini qeyd edərək iddia tələbinə həmin hissələrdə xitam verilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(078)-131/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən əmlakın məcburi qaydada götürülməsi və kirayə yaşayanın çıxarılması tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh1 məxsus əmlakın məcburi qaydada götürülməsi və mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildə yaşayan Cavabdeh2 məcburi qaydada çı xarılmasına dair hissəsindən imtinasının qəbul olunması və iddiaçının iddia tələbinin mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh1 məxsus əmlakın məcburi qaydada götürülməsi və mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildə yaşayan Cavabdeh2 məcburi qaydada çıxarılmasına dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(078)-131/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh2 məxsus 2 nəfərlik divanın, 1 ədəd jurnal stolun, 1 ədəd divar saatının, qazla işləyən İİR-sı istehsalı olan 1 ədəd sobanın, iki ədəd stolun, 2 nəfə rlik yatağın, 1 ədəd şifonerin, 1 ədəd tirmonun, 3 ədəd tumbuçkanın, 1 ədəd ventilyatorun, Cavabdeh2 məxsus geyim əşyalarının, iki ədəd çarpayının, 1 ədəd velosipedin, 1.40x2.20 metr ölçüdə xalçanın, paltar qurutmaq üçün 1 ədəd dəmir asqının, 10 ədəd bankanın, 4 gözlü 1 ədəd stol üstü qaz plitəsinin, 1 ədəd divar üçün sabun və şampun qabının, 5 ədəd plastmas tabletkanın, 1 ədəd Beko markalı soyuducunun, 1 ədəd şirə çəkən maşının, 2 ədəd qasturkanın, 4 ədəd boşqabın, 4 ədəd nəlbəkinin və 4 ədəd stəkanın cavabdeh tərəfindən məcburi qaydada götürülməsi, iddiaçının iddia tələbi hüquqi yardım üzrə vəkilə ödədiyi pulun və ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınmasına dair hissədə rədd edilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və vəkilə hüquqi y ardım üçün ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi bina 7, mənzil 34-də yerləşən mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh1 ilə aralarında olan razılaşma ilə onun və ailəsinin istifadəsinə verildiyini, onunla 2020-ci ildən münasibətinin yarandığını, onunla tez-tez görüşdüyünü, birlikdə otur-dur edib bir yerdə işlədiklərini, Mirhüseynin ona pul verən dövrü Cavabdeh2la birlikdə Naxçıvan şəhərində makler işlədiyini, onun həmin ərəfədə ev almaq istəyində olduğunu, Mirhüseynin də bunu bildiyini, onun da özünə əlindək i pulla, ev axtardığını, hətta bir dəfə ev alıb, sonra bəyənmədiyindən geri qaytardığını bildiyini, ev alıb, orada yaşamaq istəyini Mirhüseyn bildiyindən ona boş evinin olduğunu, “istəyirsənsə köç gəl mənim evimdə ailənlə yaşa, hər gün kəndə gedib-gəlmə, əlindəki pulu da ver mən qoyum banka, 2 il müddətinə mən, bankdan gələn faizləri götürərəm, sən də kira pulu verməzsən və 2 ilin sonunda da mənə verdiyin pulu tam şəkildə olaraq bankdan çəkib özünə qaytararam, sən də istədiyin evi taparsan bu müddətdə, gedib özünə ev alıb orada yaşayarsan” dediyini, onun da Mirhüseynin fikrinin bir yaxını kimi ağılabatan olduğunu düşünüb, bu 2 il ərzində kira pulu vermədən Mirhüseynin evində rahat qalacağını, bir az da pul qazanıb pulunun üstünə qoyub 2 ilin sonunda daha yaxşı ev alıb, ailəsilə ora köçəcəy ini fikirləşdiyini, onun Mirhüseyinin bu, addımını bir yaxını kimi kömək məqsədi ilə edildiyini qəbul edib, əlində olan 12000 manat pulu ona verdiyini, onun banka qoyub faizini almasını, əvəzində ona qalması üçün verdiyi evin kira pulunu almasını fikirləşdiyini, 11 dekabr 2020-ci il tarixində 12000 manat pulun Mirhüseynə verilməsi üçün aralarında onun xətti ilə kredit müqaviləsinin yazıldığını, bundan sonra onun köçüb ailəsi ilə Mirhüseynin Naxçıvan şəhərində yerləşən evində yaşamağa başladığını və əlavə olaraq 7 ay müddətində ümumilikdə 6000 manat pulu da Mirhüseynə verdiyini, pulu banka qoymasını, pulunun bir yerdə cəmlənməsi, 2 il başa çatanda, həmçinin ev almaq üçün pulunu alıb Mirhüseynin evindən çıxmasını fikirləşdiyini, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək keçən 7 aylıq dövrdə cavabdehə verdiyi 6000 manat pulu onun öz xətti ilə tarixləri, ona verdiyi pulun məbləğini, “aldım yazısını” yazmaqla öz imzasını çəkməklə ondan aldığını, beləliklə onun Mirhüseynin evində yaşadığı dövrdə, ümumilikdə, 16000 manat pulu saxlamaq və həmin pulu banka qoyaraq faizin alıb ondan kira pulu almaması və ev tapıb alarkən özünə qaytarması məqsədi ilə Mirhüseynə verdiyini, axırıncı dəfə 03 avqust 2021-ci il tarixində pulu Mirhüseynə verərkən ona “ay seyid, mən artıq Naxçıvandan ev almaq istəmirəm, çıxıb gedib gələn aydan Bakıda yaşamaq niyətindəyəm. Ona görə də sənə verdiyim 16000 manat pulu bankdan çək gətir ver özümə, mən də sənin evindən çıxım” dediyini, cavabdeh ona əvvəl 04 sentyabr 2021-ci il tarixində 16000 manat pulunu bankdan çəkib ona verəcəyini dediyini, onlar ın 04 sentyabr 2021-ci il tarixində Mirhüseyn onun 16000 manat pulunu bankdan çəkib özünə verəcəyinə, onun da evini boşaldıb ona verəcəyinə belə razılaşdığını, 03 sentyabr 2021-ci il tarixində ona zəng vurduğunu, onun da Kapital Bankla danışdığını, 10 sentyabr 2021-ci il tarixində pulu bankdan götürəcəyini, özünə verəcəyini dediyini, 10 sentyabrda onun oğlu Şəmsəddin ilə birlikdə Mirhüseynlə görüşdüyünü, onlara “bankdan bildirirlər ki, 2 il tamam olmamış sən banka qoyduğun pulu götürə bilməzsən” bildirdiyini, onun da “bankdan bildiriblər ki, 18 iyun 2022-ci il tarixində 2 il tamam olduğundan pulunuzu tam şəkildə həmin vaxt götürə bilərsiniz” dediyini, Mirhüseynin ona and-aman etdiyini “vallah mənlik deyil, çox istəyirsən, gedim çəkim 10000 manat pulunu verim, amma 6000 manat pulun batacaqd ır, bank verməyəcəkdir” dediyini, ona “sən necə istəyirsən elə edək” dediyini, həmçinin Mirhüseynin 6000 manat pulu itirməkdənsə, 9 ay səbr edib, gözlə, 18 iyun 2022-ci il tarixində 16000 manat pulunu bankdan çəkib tam olaraq özünə verəcəyini bildirdiyini, onun da “bu müddətdə də yenə işlə pulunu yığ, vaxtı çatan kimi mən də bankdan çəkib pulunu verim özünə, işini gör, 6000 manat pulunu boş yerə itirmə” dediyini, onun da Mirhüseynin fikri ilə razılaşdığını, onun həmçinin mənim əmin olmağım üçün mənə səsli şəkildə 16000 manat pulu 18 iyun 2022ci il tarixində bankdan çəkərək mənə verəcəyini öz telefonunda səsli yazaraq vatcap üzərindən oğlu Şəmsəddinin telefonuna göndərdiyini, 2022-ci ilin yanvar ayından onun ailə uşağı ilə birlikdə köçüb Bakı şəhərinə getdiyini, Bakıya gedəndən sonra 2022-c i ilin fevral, mart və aprel ayları üçün onun Naxçıvanda yerləşən Azər Türk banka olan kredit borcunu 190 manatdan 3 aylığını Mirhüseyndən ödəməsini xahiş etdiyini, onun da əvəzinə ümumilikdə 570 manat banka pul ödədiyini, həmin bu 570 manat pulu cavabdehin ona olan 16000 manat pul borcundan çıxılmasına razılaşdığını, həmin pulu çıxandan sonra hazırda Mirhüseynin ona olan borcunun 15430 manat olduğunu, 17 iyun 2022-ci il tarixdə Mirhüseynə “sabah pulumu bankdan çəkmək vaxtıdır, gəlirəm Naxçıvana, pulumu bankdan çək ver özümə” deyə zəng etdiyini, Mirhüseynin bu dəfə də “10 iyulda özüm Bakıya gələcəyəm, sənə də qol çəkib pul götürəcəyəm verəm” dediyini, özünün də Mirhüseynə söz verdiyini, Naxçıvana gəldiyini, “pulumu bankdan çək hazırla gəlirəm götürəm” dediyini, 19 iyun 2022-ci il tarixin də Bakıdan Naxçıvana gəldiyini, 20 iyun 2022-ci ildə onların görüşdüyünü, evə getdiyini, Mirhüseynin ona pulunu indi verə bilməyəcəyini dediyini, artıq bununla bağlı onun xeyrinə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin də mövcud olduğunu, lakin keçmiş mülkiyyətçi, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 ona ödəməli olduğu 15430 manat borcunu geri verməkdən boyun qaçırdığını və bununla onun hüquqlarını pozmaqda davam etməkdə olduğunu, onun, hətta aralarında olan razılaşmaya riayət etməyərək onun istifadəsində olan mənzili satsa da, ona olan borcunu geri qaytarmadığını, həmin mənzilin onun və ailəsinin istifadəsində olduğu halda Cavabdeh1 iddiaçını ev boş olması barədə aldatdığını, məhkəmənin yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmədən q ətnamə qəbul etdiyini hesab etdiyini, beləliklə də, nəticə etibarı ilə iş üzrə materiallarının məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan habelə düzgün hüquqi qiymət verilmədən heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarıldığını, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyətinin şikayətin dəlillərini tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəyini hesab edərək məhkəmədən Naxçıvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(078)-131/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(078)-131/2023 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə qarşı İddiaçı 30 may 2023-cü il tarixdə yazılı etiraz ver ərək etirazında 01 sentyabr 2022-ci il tarixdə Babək rayon notariat ofisində Cavabdeh1la alqı-satqı müqaviləsini rəsmiləşdirməklə həmin mənzili aldığını, mənzilin heç bir yüklülüyünün olmadığını, Cavabdeh2 Cavabdeh1 pul tələbi barədə məhkəmə iddiasının onun xeyrinə həllini tapmasına baxmayaraq Cavabdeh2 qanunsuz olaraq mənzilini zəbt etməsini, Cavabdeh2 mənzili boşaltmamaqla onun hüquqlarını pozduğu üçün 17 iyun 2023-cü il tarixdə toyu olacaq olan oğlunu həmin mənzilə köçürə bilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin işə ədalətli baxaraq düzgün qərar çıxardığını əsas gətirərək apelyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(078)-131/2023 nömrəli qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəm ə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir məlumat vermədən məhkəmə baxışı iclaslarında iştirak etməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxmışdır. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Kollegiya iclasında İddiaçı verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini, alqısatqı müqaviləsi ilə 01 sentyabr 2022-ci il tarixdə Babək rayon notariat ofisində rəsmiləşdirilməklə Cavabdeh1 mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli 3 otaqlı mən zili aldığını, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən həmin mənzilin tam mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində 12/7 nömrəli reyestr kitabının 1353 nömrəli vərəqində qeydiyyata alındığını, Cavabdeh2la Cavabdeh1 arasında pul mübahisəsi olduğundan Nəsirovun onun mülkiyyətində olan evdən çıxmadığını, bir neçə aydır ki, onun mülkiyyətindən istifadə hüququnun haqsız yerə əlindən alındığını, Cavabdeh2 mübahisəsinin onunla deyil, Cavabdeh1la olduğunu, Naxçıvan Şəhər Məhkəməsinin qəbul etdiyi 13 fevral 2023-cü il tarixli, 2(078)-131/2023 nömrəli qətnamənin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçi hakimin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatla rını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülk iyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasın da həyata keçirilir. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2022-ci il tarixli AN-İ seriaylı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh1 Çənlibel məhəlləsi, bina 7, mənzil 34 ünvanında yerləşən ümumi sahəsi 64,46 kv.m., yaşayış sahəsi 38.12 kv.m., yardımçı sahəsi 26.34 kv.m. olan 3 otaqlı mənzili 50000 ( əlli min manat) qiymətinə alıcı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan ünvan 1 ünvanında yerləşən fərdi mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reye strində 12/7 nömrəli reyestr kitabının 1353 nömrəli vərəqində qeydiyyata alınması müəyyən olunur. Kollegiya apellyasiya şikayətində qətnamənin ləğv edilməsinə dair qeyd olunan dəlillərə məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayətində qeyd etdiyi “Mirhüseynin ona pulunu indi verə bilməyəcəyini dediyi, artıq bununla bağlı onun xeyrinə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin də mövcud olduğu, lakin keçmiş mülkiyyətçi, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 ona ödəməli olduğu 15430 manat borcunu geri verməkdən boyun qaçırdığı və bununla onun hüquqlarını pozmaqda davam etməkdə olduğu, onun, hətta aralarında olan razılaşmaya riayət etməyərək onun istifadəsində olan mənzili satsa da, ona olan borcunu geri qaytarmadığı, həmin mənzilin onun və ailəsinin istifa dəsində olduğu halda Cavabdeh1 iddiaçını evin boş olması barədə aldatdığı” dəlillər İddiaçı mülkiyyətində olan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və həmin əmlaka sərəncam vermək, eyni zamanda özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmək hüquqlarının məhdudlaşdırılmasına səbəb olmaqla həmin dəlillər qətnamənin ləğvi edilməsi üçün əsas ola bilməz. Kollegiya apellyasiya şikayətində məhkəmənin yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmədən heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarıldığı qeyd olunan dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli təd qiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq iddiaçıya məxsus mənzildə cavabdehin əşyalarının olmasını iddiaçının mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirməsi, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçünc ü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutması, iddiaçının ona məxsus mənzili qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilməməsi, bununla da iddiaçının mülkiyyət hüququnun pozulması, belə olan halda iddiaçının qeyd olunan mənzildən cavabdehə məxsus əşyaların götürülməsini tələb etməkdə haqlı olması kimi qiymətləndirilməsi ilə razılaşaraq İddiaçı iddia tələbinin həmin hissədə təmin edilməklə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh2 məxsus 2 nəfərlik divanın, 1 ədəd jurnal stolun, 1 ədəd divar saatın, qazla işləyən İİR-sı istehsalı olan 1 ədəd sobanın, iki ədəd stolun, 2 n əfərlik yatağın, 1 ədəd şifonerin, 1 ədəd tirmonun, 3 ədəd tumbuçkanın, 1 ədəd ventilyatorun, Cavabdeh2 məxsus geyim əşyalarının, iki ədəd çarpayının, 1 ədəd velosipedin, 1.40x2.20 metr ölçüdə xalçanın, paltar qurutmaq üçün 1 ədəd dəmir asqının, 10 ədəd bankanın, 4 gözlü 1 ədəd stol üstü qaz plitəsinin, 1 ədəd divar üçün sabun və şampun qabının, 5 ədəd plastmas tabletkanın, 1 ədəd Beko markalı soyuducunun, 1 ədəd şirə çəkən maşının, 2 ədəd qasturkanın, 4 ədəd boşqabın, 4 ədəd nəlbəkinin və 4 ədəd stəkanın cavabdeh tərəfindən məcburi qaydada götürülməsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlan ılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mü lki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmir, həmçinin işə kollegiyada baxılması zamanı qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(078)-131/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402 və 403-406-cı maddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(078)-131/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Res publikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-75/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-75/2023
22.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver