Məhkəmə qərarları › İş №2(108)-75/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-75/2024

21.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-75/2024 21.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, X10 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı sahibliyə və istifadəyə verilməklə mənzilə köçürülməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli e-2(078)-926/2023 nömrəli qətnaməsindən İddiaçı vəkilinümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, iddiasının təmin edilməsini, mənzil hüquqlarının bərpa olunması, Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 2 otaqdan ibarət 32-ci mənzilin onun sahibliyinə və istifadəsinə verilməklə mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(078)-926/2023 nömrəli qətnaməsi ilə (hakim G.K.Əliyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı sahibliyə və istifadəyə verilməklə mənzilə köçürülməsi tələbinə dair iddiasının rədd edilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı vəkili- nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin m ülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-926/2023 nömrəli, 11 dekabr 2023-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin ounması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(078)926/2023-nömrəli qətnaməsi ilə iddiaçı olaraq onun, yəni İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsi 1 nömrəli Mənzil İstismar Şöbəsinə qarşı sahibliyə və istifadəyə verilməklə mənzilə köçürülməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnamə ona 30 dekabr 2023-cü il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. Məhkəmənin həmin qətnaməsi maddi və prosessual hüquq normal arı pozulmaqla çıxarıldığından əsassız və qanunsuz hesab edir. Belə ki, onun anası Novruzova (Əliyeva) Surə Şirməmməd qızı 1975-ci ildən 30 mart 1993-cü ilə kimi SSRİ Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən 57 saylı hərbi ticarət idarəsində xadimə işləmişdir. X22 1990-cı ildə vəfat etmişdir. Bundan sonra 1992-ci ildə qüvvədə olan qanunla anasının mənzil almaq hüququ olduğu üçün qanuna müvafiq olaraq, komissiyanın rəyi əsasında SSRİ Müdafiə Nazirliyinin Naxçıvan rayon Mənzil İstismar Hissəsinin 667 №-li 06 iyul 1992- ci il tarixli orderi ilə X4na Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 2 otaqdan ibarət 32-ci mənzili verilmişdir. Həmin orderdə X4 (18 avqust 2002-ci ildə vəfat etmişdir), 1973-təvəllüdlü bacısı X53, 1975-ci təvəllüdlü qardaşı X69 (24 oktyabr 2 010-cu ildə vəfat etmişdir), 1976-cı il təvəllüdlü, İİİ qrup əlil X75 və o, yəni xx xxxx 1985-ci il təvəllüdlü X28 adları qeyd olunmuşdur. Həmin mənzil order verilən vaxtdan adları qeyd olunan 5-nəfər ailə üzvünün sahibliyinə və istifadəsinə verilmiş, onlar ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışlar. Qanuna görə onların hamısının həmin mənzildən istifadə etmək hüquqları vardır. X4 1993-cü ildə xəstəliyi ilə əlaqədar pensiyaya çıxmış, vəfat edənə qədər işləyə bilməmişdir. Kiçik uşaq olsa da, xatırlayır ki, 1997-ci ilin iyun ayının əvvəllərində sonradan adlarını bildiyi Naxçıvan Qarnizonu Mənzil İstismar hissəsinin rəisi Məmməd Zamanov və həmin şəhərciyin komendantı Polad Sadiqov 20-nəfərdən artıq əsgərlə yaşadıqları mənzilə gələrək, Cavabdeh1 göstərişi ilə mənzilin qapısını sındıra raq mənzilə daxil olmuş, onların ağlamalarına, dəhşətli surətdə qorxmalarına baxmayaraq zorla, heç bir sənəd göstərmədən onları mənzildən çölə tökmüşlər. Sonra da evə girərək evdə olan əşyalarını qırıb dağıtmaqla çölə atmışlar. Həmin vaxtdan da müxtəlif ünvanlarda kirayədə yaşamağa məcbur olublar. Anası vəfat edənə kimi ailənin həmin mənzilə köçüb yaşaması üçün mücadilə etmiş, cavabdeh tərəfin onlara qarşı etdikləri qanunsuzluqlar barədə müvafiq orqanlara şikayətlər yazmışdır. Bundan sonra Naxçıvan Qarnizonu Hərbi X19 Komandanlığı və onların ailəsinə qarşı qanunsuz hərəkətlər etmiş vəzifəli şəxslər barəsində qanuni tədbir görməmiş, əksinə onlardan çəkinərək, onların qanunsuz hərəkətlərinə, yəni onların ailəsinin qanunsuz, zor tətbiq edilməklə mənzildən çıxarılmasına qanuni don geyindirmək üçün, başlarına gətirilən bu müsibətdən 6-ay, mənzilin anasına verilməsinə əsas olmuş orderin verilməsindən isə 5-il 6-ay sonra “orderin etibarsız hesab edilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsi iddia verildikdən 1 il 3 ay sonra, yəni 26 mart 1999-cu il tarixdə iddia ərizəsinə baxaraq anasına verilmiş 6 iyul 1992-ci il tarixli, 667-№-li orderin etibarsız hesab edilməsi barədə qətnamə çıxarmışdır. Həmin iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin MİÜMK-nın 20 aprel 1999-cu il tarixli Qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 23 iyun 1999-cu il tarixli Qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 26 mart 1999-cu il tar ixli qətnaməsi, Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 20 aprel 1999-cu il tarixli qərardadı ləğv edilmişdir. Həmin vaxtdan da onun və ailələrinin digər üzvlərinin həmin mənzilə sahib olmaq və ondan istifadə etmək hüquqları bərpa olunmuşdur. Sonradan bilib ki, anası X49 Şəhər Məhkəməsində iddia qaldıraraq, onlara qarşı qanunsuzluq edən vəzifəli şəxslər barəsində qanuni tədbir görülməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə yanaşı Naxçıvan şəhəri 1-№-li hərbi şəhərcikdə yerləşən anasına məxsus olan 39-cu binanın 32-ci mənzilinin anasına, yəni onların ailəsinə qaytarılması və orada qanunsuz yaşayan şəxslərin çıxarılmasının təmin edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Naxçıvan Şəhər Məhkəməsinin katibi Ə.Allahverdi yev tərəfindən 03.09.99-cu il tarixdə imza olunaraq qəbul edilmişdir. Bundan sonra da anası tərəfindən müxtəlif müvafiq orqanlara müraciətlər edilməsinə baxmayaraq, o dövrdə Naxçıvan MR-da olan özbaşınalıqlara uyğun olaraq, məhkəmə də bu vəziyyətlə hesablaşıb iddia ilə bağlı heç bir tədbir görməmişdir. Həmin zamanlarda Naxçıvan MR-da olan gərgin vəziyyətə görə, onlara qarşı olan haqsızlıq, qanunsuzluq və ədalətsizlik bu günə qədər davam edir. Anası bu haqsızlıqlara dözə bilməmiş, ona görə də xəstəliyi daha da şiddətlənmiş və o, 2002-ci ildə vəfat etmişdir. Anası ölənə qədər müxtəlif orqanlara, o cümlədən qərardadı qəbul etmiş Azərbaycan Respublikası Ali Məhkəməsinə saysız, hesabsız şikayətlər yazmışdır. Həmin orqanlardan yalnız Azərbaycan Respublikası Ali Məhkəməsi ərizəyə reaksiya vermiş, ərizəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının icrası Baş İdarəsinə, Naxçıvan Şəhər Məhkəməsinə göndərərək, məktubda Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsinin, qərardadının icrasının məcburi olması və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalı olduğu xatırladılmış, anasının və onların pozulmuş hüquqlarının tam bərpası üçün zəruri tədbirlər görülməsi və nəticəsi barədə ərizəçiyə cavab verilməsi xahiş edilmişdir. Bütün bunlara baxmayaraq Naxçıvan MR-da müvafiq orqanlar tərəfindən qanunun tələblərinə əməl edilməmiş, ədalətin bərpa olunmasına imkan verilməmişdir. O bu günə kimi kirayədə yaşayır, anası öləndən sonra da onun Naxçıvan MR-da hökm sürən “ab-hava”dan qorxduğu səbəbindən is tifadə hüququ olan mənzilin onun sahibliyinə və istifadəsinə verməklə, mənzilə köçürülməyi barədə məhkəmədə tələb qaldırmağa cəsarəti çatmamışdır. Naxçıvan Şəhər Məhkəməsində işə baxılarkən obyektiv araşdırmalar aparılmış və iddia tərəfinin göstərdiyi bütün xüsusatlar, o cümlədən onların mənzildən istifadə etmək və mənzilə sahib olmaq hüquqları olduğu halda zor tətbiq edilməklə çıxarılmaqları təsdiq olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qətnaməsində onlar tərəfindən təqdim olunmuş sübutlara qiymət verilərək göstərilir: “Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərə əsasən belə qənaətə gəlir ki, X16 10 ildən artıq ona xidməti yaşayış sahəsi vermiş idarədə işlədiyindən əslində o və onun ailə üzvləri həmin yaşayış sahəsindən çıxarıla bilməzdi. İşin faktiki hallarından görünür ki, iddiaçı və ailəsi qeyd olunan mənzildən çıxarılmışlar. X5 qeyd olunan mənzildən çıxarıldıqdan sonra həmin mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmişdir. Qeyd olunanlardan da göründüyü kimi hazırkı işdə iddiaçı olan İddiaçı qanuni nümayəndəsi olan anası evdən çıxarıldıqdan sonra 3 il müddətində həmin evə köçürülmə ilə bağlı iddia qaldırmamışdır. Bununla da iddia müddəti buraxılmışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi Cavabdeh2nə qarşı sahibliyə və istifadəyə verilməklə mənzilə köçürülməsinə dair hissədə iddia müddəti keçdiyindən rədd edilməlidir”. Məhkəmə iddia müddətinin keçməs i nəticəsinə əsassız və qanunsuz olaraq gəlmişdir. Belə ki, birincisi iş materiallarından da görünür ki, X16 ona verilmiş orderin etibarsız hesab edilməsi barədə Naxçıvan Qarnizonu hərbi prokurorun Surə Novruzovaya verilmiş orderin etibarsız hesab edilməsi barədə iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 23 iyun 1999-cu il tarixli qərardadı ilə təmin edilmədikdən sonra xx.xx.1999-cu il tarixdə, yəni onlar mənzildən zorla çıxarıldıqdan 2 il 4 ay müddətində Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmədən xahişinin biri də qeyd olunan mənzilin ona qaytarılması olmuşdur. Bu da onu göstərir ki, Surə Novruzova həmin vaxt qüvvədə olan qanuna görə iddia müddətini keçirmədən məhkəmədə iddia qaldırmışdır. Həmin iddianın Naxçıv an Şəhər Məhkəməsində icraata qəbul edilməməsi məsələsi isə Surə Novruzovanın səlahiyyətinə aid deyil. Eyni zamanda Surə Novruzova iddia ərizəsinə Naxçıvan Şəhər Məhkəməsində baxılmaması barədə müvafiq orqanlara şikayətlər etmişdir. Lakin heç bir tədbir görülməmişdir. İkincisi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam v ə hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüqu qlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Məhkəmə qətnamədə 1964-cü ildən 01 sentyabr 2000-ci il tarixədək olan qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 73, 76, 77 və 78-ci maddələrinə istinad etmişdir. Həmin maddələrin tələblərinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi iddia müddəti 3 ildir (MM-nin 73cü maddəsi), iddia müddətinin keçməsindən asılı olmayaraq pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılması üçün məhkəmə tərəfindən qəbul edilir (MM-nin 76-cı maddəsi), iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tə tbiq edilir (MM-nin 77-ci maddəsi), iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir (MM-nin 78-ci maddəsi). Məhkəmə qətnamə çıxararkən 1964-cü ildən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 81-ci maddəsinin tələblərinə istinad etməmiş, həmin maddəni yaddan çıxarmışdır. MM-nin 81-ci maddəsinin tələblərinə görə müəyyən edilmiş qaydada iddianın qaldırılması ilə iddia müddətinin axımı kəsilir. İş materiallarından görünür ki, iddiaçı X16 tərəfindən xx.xx.1999-cu il tarixdə qanunla müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırılmışdır. Həmin vaxtdan da iddia müddətinin axımı kəsilmişdir. Məhkəmənin bu işə baxmaması, icraata qəbul edib-etməməsi iddia m üddətinin davam etməsi anlamına gəlmir. Bu da onu təsdiq edir ki, iddia müddəti keçməmişdir. Məhkəmə bu iş üzrə iddiaçı tərəfə qarşı zorakılıq tətbiq edilərək mənzil hüquqlarının pozulmasına göstəriş verən Cavabdeh1 ilə bağlı məsələləri aydınlaşdırmadan ona münasibətdə əsassız nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən Cavabdeh1 özünün və ya nümayəndəsinin iştirakı təmin olunmamış, onun cavabdeh və ya təqsiri olmasını sübut edən halları tam araşdırmamışdır. İddiaçı vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 81-ci maddəsinə (1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olan), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad etmişdir. Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. İddiaçı, Cavabdeh1, mülki p rosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmiş vəkil-nümayəndə ilə təmsil olunmuş, cavabdeh gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X36 və X59 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, X53 xx.xx.2024-cü il tarixdə kollegiyaya teleqram göndərərək teleqramda, iddiaçı Seyidova (Əliyeva) Rəfayə Əli qızının cavabdehlər Naxçıvan Qarnizonu 1 nömrəli Mənzil-İstismar Sahəsinə və Cavabdeh1 qarşı olan iddia tələbinin Na xçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli e-2(078)-926/2023 nömrəli qətnaməsi ilə təmin olunmadığını, həmin qətnamədən Seydova (Əliyeva) Rəfayə Əli qızı tərəfindən apellyasiya şikayəti verildiyini, iddiaçı Seyidova (Əliyeva) Rəfayə Əli qızının onun doğma bacısı olduğunu, onun iddia ərizəsində göstərdikləri xüsusatları olduğu kimi təsdiq etdiyini, cavabdeh tərəfin onların ailəsini yaşadıqları qeyd olunan mənzildən iddia ərizəsində göstərildiyi kimi zor tətbiq etməklə çıxardıqlarını, anası Novruzova (Əliyeva) Surə Şirməmməd qızının vəfat edənə qədər bütün orqanlara şikayətlər yazmasına baxmayaraq, onun qanuni tələblərinin yerinə yetirilməsinə cavabdeh tərəfin mane olduğunu, onların ailəsinin, o cümlədən iddiaçı Seyidova (Əliyeva) Rəfayə Əli qızının mənzil hüquqlarını kobud surət də pozduqlarını, onun apellyasiya şikayətinə baxılan zaman məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin üzrlü hesab edilməsini, işə onun iştirakı olmadan baxılmasını, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı, Cavabdeh1, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə baxışı iclasında apellyasiya şikayə tini müdafiə edərək, apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(078)-926/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmunlu izahat verərək iddiaçı tərəfin verdikləri apellyasiya şikayətinin təmin edilməməsi, Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli e-2(078)-926/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı X16 cavabdehlər Naxçıvan Qarnizonu Mənzil-İsti smar hissəsi Naxçıvan Şəhər 1 saylı hərbi şəhərciyin rəisi Məmməd Zamanov və 1 saylı hərbi şəhərciyin komendantı Polad Sadiqova qarşı iddia ərizəsində 1997-ci ilin iyun ayında AR Konstitusiyasının 33, 43-cü maddələrini, AR Mənzil Məcəlləsinin 49, 89 və 95-ci maddələrini kobud surətdə pozaraq heç bir sənəd təqdim etmədən 20 nəfər əsgərlə mənzilinin qapısını sındırmaqla içəri daxil olan və ailəsini küçəyə atıb qanuni mənzilinə heç bir hüququ olmayan başqa şəxsi yerləşdirən Naxçıvan Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi Məmməd Zamanovun və 1 saylı hərbi şəhərciyin komendantı Polad Sadiqovun əməllərinə hüquqi qiymət verilməsi, M.Zamanov, P.Sadiqov və onlara bu qanunsuz əmri verən şəxslər haqqında AR CM-in 167, 168-ci maddələri ilə cinayət işi başlayaraq aparılması üçün Naxçıvan qarnizonu hərbi prokuroruna göndərilməsi, Naxçıvan Şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən orderlə ona məxsus olan 39-cu binanın 32-ci mənzilinin ona qaytarılması və orada qanunsuz yaşayan şəxslərin çıxarılmasının təmin edilməsi, mənzildən zorakılıqla və qanunsuz çıxarılarkən yoxa çıxmış 300000 (üç yüz min) manat, 140000 (bir yüz qırx min) manat dəyərində saatın pulunun Naxçıvan Qarnizonu Mənzil-İstismar hissəsindən (M.Zamanov) və həmin hərbi şəhərciyin komendantı Polad Sadiqovdan tələb edilib ona verilməsi, mənzildən qanunsuz çıxarıldıqdan sonra onun, İİİ qrup əlil oğlu E.Əliyevin və azyaşlı qızının qohumlarının darısqal mənzilinə sığınmağa məcbur olduqlarını, oğlu Rəşad Əliyev isə ailəli olduğundan orada qalmaq imkanı olmadığından hər ay 100000 (bir yüz min) manata kirayə mənzil tutaraq 27 aydır k i kirayədə yaşayıb və bu müddət ərzində ******* (iki milyon yeddi yüz min) manat kirayə haqqı verdiyi üçün həmin ******* (iki milyon yeddi yüz min) manatın Mənzil-İstismar hissəsindən (M.Zamanov) və Polad Sadiqovdan alınıb ona verilməsi, iki ildən artıq müddətdə respublikanın Ali orqanlarına və müxtəlif təşkilatlara göndərmək üçün yüzlərlə ərizələrin yazdırılmasına, çap edilməsinə, göndərilməsinə, rabitə-poçt xidmətlərinə və sair xidmətlərə xərclədiyi ******* (iki milyon beş yüz min) manatın Mənzil-İstismar hissəsindən (M.Zamanov) və Polad Sadiqovdan alınıb ona verilməsi, iki ildən artıq müddətdə onun və ailə üzvlərinin özgə qapılarda qalıb qohumlarından aldığı borclarla yaşadığına, çəkdiyi əziyyətlər nəticəsində ağır xəstəliyə tutulmağına, qanuni orderlə aldığı mənzilindən çıxarılmağına g örə çəkdiyi mənəvi əzablara, mənəvi ziyana görə Naxçıvan Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi M.Zamanov və 1 saylı hərbi şəhərciyin komendantı Polad Sadiqovdan 50000000 (əlli milyon) manat alınıb ona verilməsi 55.640000 (əlli beş milyon altı yüz qırx min) manat pulun alınıb ona verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 26 mart 1999-cu il tarixli qətnaməsindən aydın olur ki, iddia müddəti bərpa edilməklə iddia təmin olunmuş, Naxçıvan Şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 32-ci mənzilinin X11 verilməsi barədə Naxçıvan rayon mənzil istismar Hissəsinin 06 iyul 1992-ci il tarixli, 667 saylı orderinin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 20 aprel 1999-cu il tarixli qərardadından aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin iddia müddətinin bərpa edilməsi və Naxçıvan Qarnizonu Hərbi Prokurorluğunun Naxçıvan Şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39 saylı binanın 32 saylı mənzilinin X11 verilməsi barədə Naxçıvan rayon mənzil istismar Hissəsinin 06 iyul 1992-ci il tarixli, 667 saylı orderinin etibarsız hesab edilməsi barədə iddiasının təmin olunmasına dair 26 mart 1999-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və cavabdehin verdiyi kassasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 23 iyun 1999-cu il tarixli qərardadından aydın olur ki, protestin təmin olunması, həmin iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 26 mart 1999-cu il tarixli qətnaməsi və Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 20 aprel 1999-cu il tarixli qərardadının ləğv edilməsi, Naxçıvan Hərbi Prokurorunun S.Novruzovaya qarşı orderin etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icrası baş idarəsinə göndərilmiş 12 mart 2001-ci il tarixli məktubdan görünür ki, vətəndaş S.Novruzovanın ərizəsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icrası baş idarəsinə göndərərək, onun pozulmuş hüquqlarının tam bərpası üçün zəruri tədbirlər görmələri və nəticəsi barədə ərizəçiyə məlumat ve rilməsi xahiş edilmişdir. İş materiallarında olan və SSRİ Müdafiə Nazirliyi Naxçıvan rayon Mənzil-İstismar Hissəsi tərəfindən verilmiş 06 iyul 1992-ci il tarixli, 667 saylı orderin talonundan görünür ki, X11, qızı - 1973-cü il təvəllüdlü X53, oğlu 1975-ci il təvəllüdlü X69, oğlu - 1976-cı il təvəllüdlü X75 və qızı - X46 ilə birlikdə ünvan 1 ünvanında yerləşən, sahəsi 35.8 m2 olan, 2 otaqlı mənzildə yerləşmə hüququ verilmişdir. Həmçinin orderin talonunda qeyd olunmuşdur ki, bu order yaşayış sahəsinə yerləşmək üçün yeganə sənəddir. Orderin başqa şəxsə verilməsi qəti qadağandır. İş materiallarında olan və SSRİ Müdafiə Nazirliyi Naxçıvan rayon Mənzil-İstismar Hissəsi tərəfindən verilmiş 04 noyabr 1988-ci il tarixli, 334 saylı orderin talonundan görünür ki, X3 qızı - 1953-cü il təvəllüdlü Novru zova Surə və kürəkəni- 1948-ci il təvəllüdlü Əliyev Əli ilə birlikdə ünvan 2 ünvanında yerləşən, sahəsi 25.2 m2 olan, 2 otaqlı mənzildə yerləşmə hüququ verilmişdir. Həmçinin orderin talonunda qeyd olunmuşdur ki, bu order yaşayış sahəsinə yerləşmək üçün yeganə sənəddir. Orderin başqa şəxsə verilməsi qəti qadağandır. İş materiallarında olan və Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsi 1 nömrəli Mənzilistismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1892 nömrəli arayışdan görünür ki, mərhum X2 adına olan Müdafiə Nazirliyinə məxsus Naxçıvan şəhəri, 2 nömrəli qapalı hərbi şəhərcikdə 48 nömrəli ev, 2 nömrəli xidməti mənzildə (mənzilin özəlləşdirilməsinə, bağışlanmasına, girov qoyulmasına və pasport qeydiyyat işləri aparılmasına, vərəsələrik hüquqi ilə başqasına ötürülməsinə Azərbay can Respublikası Müdafiə Nazirliyin əmri ilə qadağa qoyulmuşdur) nəvəsi X75 və ailə üzvləri – həyat yoldaşı X29, qızı X60, oğlu X76, oğlu X70, bacısı X53, bacısı qızı X30, bacısı qızı X17 yaşayır. İş materiallarında olan və Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsi 1 nömrəli Mənzilistismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1893 nömrəli arayışda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri 1 nömrəli qapalı hərbi şəhərcik bina 39, mənzil 32 Müdafiə Nazirliyinə məxsus xüsusi təyinatlı xidməti yaşayış sahəsidir. Qeyd olunan xüsusi təyinatlı xidməti yaşayış sahəsi Rusiya ordusundan qəbul olunduqdan bu günə kimi xüsusi təyinatlı xidməti yaşayış sahəsi kimi qeydiyyatdadır və qapalı hərbi şəhərcikdə yerləşir. Xüsusi təyinatlı xidməti yaşayış sahəsinin özəlləşdirilməsinə, bağışlanmasına, girov qoyulmasına və vərəsəlik hüquqi ilə başqasına ötürülməsinə dövlət tərəfindən qadağa qoyulub. Xüsusi təyinatlı xidməti yaşayış sahəsi yalnız Qarnizonda xidmət edən hərbi qulluqçulara xidmət dövrünə ayrıla bilər. İş materiallarında olan 328 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin uçot kartoçkasından görünür ki, ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzil hazırda X37, onun həyat yoldaşıX18, oğlu- X31 və qızı- X32 yaşayır. İş materiallarında olan və Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2002ci il tarixli AZ-İ seriyalı, 011251 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 xx.xx.2002-ci il tarixdə kəskin qaraciyər çatışmazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 291 nömrə ilə qeyd aparılması a ydın olur. İş materiallarında olan və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ seriyalı, 435251 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X47 xx.xx.2010-cu il tarixdə miokard infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 332 nömrə ilə qeyd aparılması aydın olur. İş materiallarında olan və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 12 avqust 1985-ci il tarixli, Xİ-ЖГ seriyalı, 296198 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X58 və X14 birgə nikahından xx xxxx 1985-ci il tarixdə X54 adlı övladlarının doğulması aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 27 may 2004-cü il tarixli nikahın haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X61 və X54 arasında 27 may 2004-cü il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 101 nömrə ilə qeyd edilməsi aydın olur. İş materiallarına əlavə olunmuş NMR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların X26 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 11, ev 16 ünvanında yerləşən 0.0409 ha torpaq sahəsinin və onun üzərində olan 106.48 kv.m fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə X38 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/12 nömrəli reyestr kitabının 2241 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X26 Daşınmaz Ə mlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X15 Naxçıvan şəhəri, Azərbaycan küçəsi, döngə 4-də mülkiyyətində olan 0.0219 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 45.50 kv.m yaşayış, — kv.m qeyri- yaşayış, 44.93 kv.m köməkçi sahədən ibarət 7B nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 18/7 nömrəli reyestr kitabının 1303 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən X50 X44 üzrə müavini, general-mayor Rəhim Cəfərova göndərilmiş 13 noyabr 2023-cü il tarixli, 3-13433/2-423/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, “ünvan 4 ünvanına 2003-cü ildən etibarən xx.xx.1969-cu il təvəllüdlü X33, xx.xx.1970-ci il təvəllüdlü Abbasova (Əscərov a; Əsgərova) Xanım Allahverdi qızı, xx.xx.1972-ci il təvəllüdlü X48, xx.xx.1993-cü il təvəllüdlü Sümbül (Abbasova) Nərgiz İntiqam qızı, xx.xx.1996-cı il təvəllüdlü X12, xx.xx.1999-cu il təvəllüdlü Karaman (Abbasova) Ruqiyə İntiqam qızı, xx.xx.2001-ci il təvəllüdlü İsmayılova (Abbasova) Ülviyyə İntiqam qızı yaşayış yeri üzrə qeydiyyata alınmış və hazırda həmin ünvanda qeydiyyatdadırlar. Nəzərə çatdırılır ki, xx.xx.1981-ci il təvəllüdlü X34 xx.xx.2003-cü il tarixdə “ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmış və həmin ünvandan xx.xx.2013-cü il tarixdə ünvan dəyişikliyi səbəbi ilə qeydiyyatdan çıxarılmışdır. Digər şəxs xx.xx.1941-ci il təvəllüdlü X39 isə 01.11 2005-ci il tarixdə qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və xx.xx.2014-cü il tarixdə ölüm səbəbindən şəxsiyyət vəsiqəsi deaktivləşdirilmişdir. Əlavə olaraq qeyd olunur ki, xx.xx.1985-ci il təvəllüdlü Seyidova (Əliyeva) Rəfayə Əli qızı xx.xx.2002-ci il tarixdə “ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmış, həmin ünvandan xx.xx.2005-ci il tarixdə qeydiyyatdan çıxarılmış və hazırda “ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş “Bina 39, mənzil 32 ünvanında yaşayan hərbi qulluqçular və ailə üzvləri haqqında” məlumatdan görünür ki, həmin mənzil xx.xx.1992-ci il tarixdə X16, xx.xx.2010-cu il tarixdə X24, xx.xx.2016-ci ildə X9, xx.xx.2018-ci il tarixdə X35, xx.xx.2019cu il tarixdə isə X37 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən X6 mənzil mübahisəsi ilə bağlı Azərbaycan Respublikasının M illi Məclisi İnsan Hüquqları Daimi Komissiyasına, Azərbaycan Respublikası Prokurorluğuna, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin TəşkilatAnalitik İdarəsinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şikayət etməsi müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şika yətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq, apellyasiya şikayəti birinci instans iya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslılığını və qаnuniliyini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq tam yoxlayaraq aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsini, mənzil hüquqlarının bərpa olunması, Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 2 otaqdan ibarət 32-ci mənzilin onun sahibliyinə və istifadəsinə verilməklə mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsası kimi mübahisəli mənzildən iddiaçı tərəfin 1997-ci ildə çıxarıldığını, mübahisəli hüquq münasibətinin 1997-ci ildə yarandığını, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olduğunu, məhkəmənin qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alaraq hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməli olması barədə nəticəyə gəldiyini, 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərb aycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edildiyini, iddiaçının qanunla nəzərdə tutulmuş iddia müddəti keçdikdən sonra məhkəmədə iddia qaldırdığını, iddiaçının evdən çıxarılarkən yetkinlik yaşına çatmasa da, onun hüquqlarının müdafiəsi qanuni nümayəndəsi vasitəsilə, yəni onun qanuni nümayəndəsi tərəfindən evdən çıxarılmaları ilə bağlı iddia qaldırıla biləcəyini, lakin iş materiallarında olan iddia ərizəsindən iddiaçının anası tərəfindən yazılmış iddia ərizəsinin məhkəmənin icraatına götürülüb-götürülməməsi ilə bağlı hər hansı bir sübutun məhkə məyə təqdim edilmədiyinin göründüyünü, iddiaçı tərəfin evdən çıxarıldıqları vaxtdan 3 il müddət keçməsinə baxmayaraq iddia qaldırmayaraq sadəcə müvafiq qurumlara şikayət ərizələri yazmaqla kifayətləndiyini, belə olan halda məhkəmənin iddiaçının qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyi barədə qənaətinə gəldiyini, iddia müddətinin keçməsinin iddianın rədd edilməsi üçün əsas olduğunu, iddia müddəti anlayışının iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlı olduğunu, vətəndaşların öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirdiklərini, əgər şəxsin hər hansı hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəfin müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bi ləcəyini, bu cür müraciətin iddia adlanıldığını, iddia hüququnun isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanı olduğunu, səlahiyyətli şəxsin öz pozulmuş hüquqlarını məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə biləcəyi üçün qanunvericiliyin bu hüquqların müdafiəsi üçün müddət müəyyən etdiyini, həmin iddia müddətinin də öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrü olduğunu, iddia müddətinin mahiyyətinin əsasən bu müddət ərzində səlahiyyətli şəxsin öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olduğundan ibarət olduğunu, xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda az ı on il işləmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalı olmadıqlarını, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən X8 10 ildən artıq ona xidməti yaşayış sahəsi vermiş idarədə işlədiyindən əslində onun və ailə üzvlərinin həmin yaşayış sahəsindən çıxarılmalı olmadıqlarını, işin faktiki hallarından iddiaçı və ailəsinin qeyd olunan mənzildən çıxarıldıqlarını, X5nın qeyd olunan mənzildən çıxarıldıqdan sonra həmin evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmədiyini, hazırki işdə iddiaçı olan İddiaçı qanuni nümayəndəsi olan anasının evdən çıxarıldıqdan sonra 3 il müddətində həmin evə köçürülmə ilə bağlı iddia qaldırmadığını, bununla da iddia müddətini buraxdığını qeyd edərək iddiaçının iddia tələbinin Cavabdeh2nə qarşı sahibliyə və istifadəyə verilmə klə mənzilə köçürülməsinə dair hissədə iddia müddəti keçdiyindən rədd edilməli olması nəticəsinə gəlmişdir. Məhkəmə öz mövqeyini əsaslandırarkən 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 76, 77, 78, 82-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarına, “E.S.Həkimovun şi kayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarına, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 100, 101, 103, 105-ci maddələrinə, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının 1993-cü il tarixli qanununun 6-cı maddəsin ə istinad etmişdir. Birinci instansiya məhkəməsi mülki iş üzrə iddiaçının iddia tələbinin Cavabdeh1 qarşı hissədə iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığına görə rədd edərkən işin məhkəmə araşdırması zamanı iş üzrə tərəflərin verdiyi izahatlarından və iş materiallarına əlavə edilmiş sənədlərdən hazırki mübahisəli mənzilin digər cavabdehin balansında olduğunun müəyyən edildiyini, fiziki şəxs olaraq Cavabdeh1 qeyd olunan iddiaya cavab verməli olan şəxs olmadığını, məhkəmə iclası zamanı qeyd olunan hal aşkarlansa da, cavabdeh təşkilat iddia ərizəsində göstərildiyindən fiziki şəxs olan digər Cavabdeh1 əsl cavabdehlə əvəzlənməsi məsələsinin müzakirəsinə zərurət qalmadığını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan ş əxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə biləcəyini, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmənin işə irəli sürülmüş tələblər üzrə baxdığını, həmçinin məhkəmə araşdırması zamanı Cavabdeh1 göstərişi əsasında iddiaçı tərəfin evdən çıxarılması halın öz təsdiqini tapmadığını, iddiaçı tərəfin təşəbbüsü əsasında məhkəmədə dindirilən şahidlərin də qeyd olunan halı sübut edən izahatlar vermədiklərini, dindirilmiş şahidlərin ifadələri arasında ziddiyyətlərin olduğunu, həmçinin həmin şahidlərin ifadələrindən məhz Cavabdeh1 iddiaçı tərəfi evdən zorla çıxarmaqla bağlı göstəriş verməsi halının öz təsdiqin i tapmadığını qeyd etməklə əsaslandırmışdır. Kollegiya İddiaçı vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğvinə dair gətirdiyi “Naxçıvan Şəhər Məhkəməsində işə baxılarkən obyektiv araşdırmalar aparılmış və iddia tərəfinin göstərdiyi bütün xüsusatlar, o cümlədən onların mənzildən istifadə etmək və mənzilə sahib olmaq hüquqları olduğu halda zor tətbiq edilməklə çıxarılmaqları təsdiq olunmuşdur” dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində zor tətbiq edilməklə çıxarılmaqlarını təsdiq edən hər hansı sübutun olması və həmin sübuta qiymət verilməsi öz təsdiqini tapmamışdır. Apellyatorun apellyasiya şikayətində “Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qətnaməsində onlar tərəfindən təqdim olunmuş sübutlara qiymət veri lərək göstərilir: “Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərə əsasən belə qənaətə gəlir ki, X16 10 ildən artıq ona xidməti yaşayış sahəsi vermiş idarədə işlədiyindən əslində o və onun ailə üzvləri həmin yaşayış sahəsindən çıxarıla bilməzdi. İşin faktiki hallarından görünür ki, iddiaçı və ailəsi qeyd olunan mənzildən çıxarılmışlar. X5 qeyd olunan mənzildən çıxarıldıqdan sonra həmin mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmişdir. Qeyd olunanlardan da göründüyü kimi hazırkı işdə iddiaçı olan İddiaçı qanuni nümayəndəsi olan anası evdən çıxarıldıqdan sonra 3 il müddətində həmin evə köçürülmə ilə bağlı iddia qaldırmamışdır. Bununla da iddia müddəti burax ılmışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi Cavabdeh2nə qarşı sahibliyə və istifadəyə verilməklə mənzilə köçürülməsinə dair hissədə iddia müddəti keçdiyindən rədd edilməlidir” dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti İcraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Məcəllənin 101-ci maddəsinə əsasən xidməti yaşayış sahəsi verilə bilən işçilərin k ateqoriyaları siyahısı SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq, SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda, hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər. Məcəllənin 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai tə şkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq, xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51, 62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onun la bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəll əsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ şəxsin öz hüququnun po zulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qan unla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir... İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri oby ektiv əsaslarla həll etmək imkanı yaradır. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Mülki işin araşdırılması zamanı X8 mənzildən çıxarıldıqdan sonra həmin mənzilə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etməməsi, hazırkı işdə iddiaçı olan İddiaçı qanuni nümayəndəsi olan anasının evdən çıxarıldıqdan sonra 3 il müddətində həmin evə köçürülmə ilə bağlı iddia qaldırmaması müəyyən edilmişdir. Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçı tərəfin təqdim olunmuş sübutlara qiymət verərək “Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbini irə li sürməkdə subyektiv hüququ vardır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərə əsasən belə qənaətə gəlir ki, X16 10 ildən artıq ona xidməti yaşayış sahəsi vermiş idarədə işlədiyindən əslində o və onun ailə üzvləri həmin yaşayış sahəsindən çıxarıla bilməzdi. İşin faktiki hallarından görünür ki, iddiaçı və ailəsi qeyd olunan mənzildən çıxarılmışlar” göstərilməsi birinci instansiya məhkəməsinin mülki işə tam obyektiv baxaraq hərtərəfli araşdırılmasına dəlalət edir. Apellyasiya şikayətində göstərildiyi “Məhkəmə iddia müddətinin keçməsi nəticəsinə əsassız və qanunsuz olaraq gəlmişdir. Belə ki, birincisi iş materiallarından da görünür ki, X16 ona verilmiş orderin etibarsız hesab edilməsi barədə Naxçıvan Qarnizonu hərbi prokurorun Surə Novruzovaya verilmiş orderin etibarsız hesab edilməsi barədə iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 23 iyun 1999-cu il tarixli qərardadı ilə təmin edilmədikdən sonra xx.xx.1999-cu il tarixdə, yəni onlar mənzildən zorla çıxarıldıqdan 2 il 4 ay müddətində Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmədən xahişinin biri də qeyd olunan mənzilin ona qaytarılması olmuşdur. Bu da onu göstərir ki, Surə Novruzova həmin vaxt qüvvədə olan qanuna görə iddia müddətini keçirmədən məhkəmədə iddia qaldırmışdır. Həmin iddianın Naxçıvan Şəhər Məhkəməsində icraata qəbul edilməməsi məsələsi isə Surə Novruzovanın səlahiyyətinə aid deyil. Eyni zamanda Surə Novruzova iddia ərizəsinə Naxçıvan Şəhər Məhkəməsində baxılmaması barədə müvafiq orqanlara şikayətlər etmişdir. Lakin heç bir tədbir gö rülməmişdir” dəlillərinə münasibətdə kollegiya aşağıdakıları bildirir. Belə ki, 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 131-ci maddəsinə əsasən iddia ərizələri xalq məhkəməsində xalq hakimi tərəfindən qəbul edilirdi. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən hakim iddia ərizəsini qəbul etdikdən sonra işi məhkəmədə baxılmağa hazırlayır. 147-ci maddəsinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması haqqında qərardadı......təkbaşına çıxarırırdı. Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarırdı. Beləliklə də, hüquq münasibətləri yarandığı zaman qüvvədə olan qanunvericiliyin normalarından görünür ki, iddia ərizənin qəbul edilməsi, işin məhkəmədə baxılmağa hazı rlanması, məhkəmə iclasında baxılmağa təyin edilməsi xalq məhkəməsində yalnız xalq hakiminin səlahiyyətlərinə aid edilmişdir. Apellyasiya şikayətində Surə Novruzovanın xx.xx.1999-cu il tarixdə, yəni onlar mənzildən zorla çıxarıldıqdan 2 il 4 ay müddətində Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi, xahişinin birinin də qeyd olunan mənzilin ona qaytarılması olduğunu, Surə Novruzovanın həmin vaxt qüvvədə olan qanuna görə iddia müddətini keçirmədən məhkəmədə iddia qaldırmasını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. X1 qeyd olunan mənzildən çıxarıldıqdan sonra həmin evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməməsi, hazırki işdə iddiaçı olan İddiaçı qanuni nümayəndəsi olan anası evdən çıxarıldıqdan sonra 3 il müddətində həmin evə köçürülmə ilə bağlı iddia qaldır maması qənaətinə gəlir. Kollegiya birinci instansiya məhkəməsinin iddia müddəti ilə bağlı gəldiyi nəticəni düzgün hesab edir. Apellyasiya şikayətində göstərildiyi “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qa rşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin” dəlillərinə münasibətdə kollegiya aşağıdakıları bildirir. Mülki işin materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 26 mart 1999-cu il tarixli qətnaməsindən aydın olur ki, Naxçıvan Qarnizonu Hərbi Prokurorunun iddia müddəti bərpa edilməklə iddiası təmin olunmuş, Naxçıvan Şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 32-ci mənzilinin X11 verilməsi barədə Naxçıvan rayon mənzil istismar Hissəsinin 06 iyul 1992-ci il tarixli, 667 saylı orderinin etibarsız hesab edilməsi qət edilmiş, Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 20 aprel 1999-cu il tarixli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 26 mart 1999-cu il tarixli qətnaməsinin dəyişd irilmədən saxlanılması və cavabdehin verdiyi kassasiya şikayətinin təmin olunmaması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 23 iyun 1999-cu il tarixli qərardadı ilə protestin təmin olunması, həmin iş üzrə ilə Naxçıvan Şəhər Məhkəməsinin 26 mart 1999-cu il tarixli qətnaməsi və Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 20 aprel 1999-cu il tarixli qərardadının ləğv edilməsi, Naxçıvan Hərbi Prokurorunun S.Novruzovaya qarşı orderin etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi qaldırılmış iddianın predmetini, Naxçıvan Şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 32-ci mənzilinin X11 verilməsi barədə Naxçıvan rayon mənzil istismar Hissəsinin 06 iyul 1992-ci il tarixli, 667 saylı orderinin etibarsız hesab edilməsi təşkil etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində isə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsinə olan hüquqlarının altı ay saxlanılmasından bəhs edilir. Apellyator icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsinə olan hüquqlarının altı ay saxlanılmasının orderin etibarsız hesab edilməsi ilə bağlılığını göstərməmişdir. Apellyasiya şikayətində göstərildiyi “Məhkəmə qətnamə çıxararkən 1964-cü ildən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 81-ci maddəsinin tələblərinə istinad etməmiş, həmin maddəni yaddan çıxarmışdır. MM-nin 81-ci maddəsinin tələblərinə görə mü əyyən edilmiş qaydada iddianın qaldırılması ilə iddia müddətinin axımı kəsilir. İş materiallarından görünür ki, iddiaçı X16 tərəfindən xx.xx.1999-cu il tarixdə qanunla müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırılmışdır. Həmin vaxtdan da iddia müddətinin axımı kəsilmişdir. Məhkəmənin bu işə baxmaması, icraata qəbul edib-etməməsi iddia müddətinin davam etməsi anlamına gəlmir. Bu da onu təsdiq edir ki, iddia müddəti keçməmişdir. İş materiallarında bunu təsdiq edən məhkəmə tərəfindən imzalanaraq qəbul edilmiş iddia ərizəsi olmasına baxmayaraq hakim sübutlara hüquqi qiymət verərkən bu faktı görməməzlikdən gəlmiş, iddia müddətinin kəsilməsini nəzərə almamış, iddia müddəti keçirilmişdir deyə qərar qəbul etmişdir” dəlilləri ilə bağlı kollegiya bildirir ki, kollegiya tərəfindən iddiaçı X8 xx.xx.1999-cu il tarixdə iddia müddəti buraxmadan qaldırdığını hesab etdiyi iddianın verilməsi ilə bağlı 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin maddələrinə əsasən qiymət verilmişdir. Kollegiya belə qənaətə gəlir ki, X8 qeyd olunan mənzildən çıxarıldıqdan sonra həmin evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməməsi, hazırki işdə iddiaçı olan İddiaçı qanuni nümayəndəsi olan anası evdən çıxarıldıqdan sonra 3 il müddətində həmin evə köçürülmə ilə bağlı iddia qaldırmadığından iddia müddətinin axımının kəsilməsini nəzərdə tutan həmin Mülki Məcəllənin 81-ci maddəsinin tətbiq edilməsindən söhbət gedə bilməz. Kollegiya iddiaçı tərəfin apellyasiya şikayətində qeyd etdiyi “Məhkəmə bu iş üzrə iddiaçı tərəfə qarşı zorakılıq tətbiq edilərək m ənzil hüquqlarının pozulmasına göstəriş verən Cavabdeh1 ilə bağlı məsələləri aydınlaşdırmadan ona münasibətdə əsassız nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən Cavabdeh1 özünün və ya nümayəndəsinin iştirakı təmin olunmamış, onun cavabdeh və ya təqsiri olmasını sübut edən halları tam araşdırmamışdır” dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı, iddiaçı tərəfin təşəbbüsü əsasında dindirilən şahidlər X21, X13 ifadələrində məhz Cavabdeh1 iddiaçı tərəfi evdən çıxarmaqla bağlı göstəriş verməsi və bu göstəriş əsasında iddiaçı tərəfin evdən zorla çıxarılması halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir. Kollegiya işin materiallarına əsasən müəyyən etmişdir ki, Cavabdeh1 birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmaq məqsədilə qanunvericiliyə uyğun olaraq 14 iyun, 10 iyul, 24 avqust, 06 sentyabr, 21 sentyabr, 06 oktyabr, 24 oktyabr, 16 noyabr 2023-ci il tarixdə e-2(078)926/2023 nömrəli məhkəmə bildirişləri, 15 avqust, 24 avqust, 06 sentyabr 2023-cü il tarixdə e-2(078)-926/2023 nömrəli Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinə məktublar göndərilmişdir. Buna baxmayaraq cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya mə hkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məcəllənin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işin baxılmasına mane olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq işə onların iştirakı olmadan baxaraq nəticə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Kollegiya hesab edir ki, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kolle giyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402.1, 403, 404.1.1, 405.0.1, 406-cı maddələrini rəhbər tutaraq kollegiya Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mənzil hüquqlarının bərpa olunması, Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu bin anın 2 otaqdan ibarət 32-ci mənzilin onun sahibliyinə və istifadəsinə verilməklə mənzilə köçürülməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(078)-926/2023 nömrəli qətnaməsindən İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(078)-926/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar