Məhkəmə qərarları › İş №2(108)-78/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-78/2024

29.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-78/2024 29.03.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı Ordubad rayonu Dəstə kəndində yerləşən mülkiyyətində olan 0.1196 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ordubad rayonu Dəstə kəndində yerləşən iddiaçının mülkiyyətində olan 0.1196 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X2 Naxçıvan MR Ordubad rayon Dəstə kəndində yerləşən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X4 Dövlət Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixili,**********81 reyestr nömrə ilə xüsusi mülkiyyətində olan 0.1196 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikiliyə qanunsuz sahiblik edən Cavabdeh məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən və torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikilidən istifadə olunmasının Cavabdeh qadağan edilməsi qət edilmişdi r. Məhkəmənin həmin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək məhkəmənin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması, Cavabdeh tərəfindən Hökumət ödəniş portalına ********** nömrəli qəbz ilə ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərardadından narazı qalan Cavabdeh şikayətlə Ordubad Rayon Məhkəməsinə müraciət edərək həmin məhkəmənin çıxardığı xx.xx.2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadın ləğv edilməsini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(0 80)-201/2023 nömrəli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməyərək, şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Cavabdeh şikayətində qeyd etmişdir ki, iş üzrə cavabdeh məhkəmə qətnaməsini rəsmi olaraq 7 yanvar 2024-cü il tarixində əldə etmiş və həmin qətnamədə apellyasiya şikayətinin verilməsi üçün 1 (bir) ay müddətin nəzərdə tutulması qeyd edilmişdir. Müddətin axımı qətnamənin rəsmi qaydada əldə edildiyi müddətdən başlayaraq 1 aylıq müddəti 7 fevral 2024-cü il tarixinə təsadüf etmişdir. Həmin tarix isə qeyri-iş günü olduğundan cavabdeh apellyasiya şikayətini 8 fevral tarixində elektron məhkəmə sisteminə daxil etmişdir. Apellyasiya şikayəti məhkəmənin elektron portalına yerləşdi rilən zaman müddətin bərpasına dair müvafiq qrafa işarələnərək fevralın 7-si tarixinə münasibət bildirilən qeyd əlavə edilmişdir. Lakin, bununla belə məhkəmə tərəfindən müddətin ötürülməsi qənaətinə gəlindiyi üçün apellyasiya şikayətinin geri qaytarılması barədə hazırda mübahisələndirilən qərardad qəbul edilmişdir. Cavabdeh sözügedən qətnaməni 07 yanvar 2024-cü il tarixində əldə etmişdir. Beləliklə, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı yanvar tarixindən etibarən başlamış və 7 fevral 2024-cü il tarixində bitməli idi. Yəni 07 fevral tarixi son gün olmalı idi. Lakin, bütün ölkə əhalisinə məlum olduğu kimi 07 fevral tarixi ölkə ərazisində “Azərbaycan Respublikasının Prezidentinin seçkisi” günü kimi təyin edildiyindən bu gün Azərbaycan Respublikası Əmək Məcəlləsinin də 105-1-ci maddəsinin tələbinə əsasən qeyri-iş günü hesab olunurdu. Belə olan halda cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün sonuncu prosessual müddət 7 fevral deyil, 8-i tarixi hesab edilir. Məhkəmə qərardadında qeyd edildiyi kimi apellyasiya şikayəti məhkəmənin elektron sisteminə 08 fevral 2024-cü il tarixində saat 20:14 radələrində yüklənmişdir. Saatla əlaqədar isə qeyd edir ki, 8 fevral saat 23:59-dək müddətin axımı davam edir. Həmçinin apellyasiya şikayəti rabitə vasitəsi olan elektron sənəd dövriyyəsi üzərindən verildiyindən onun saat 23:59-dək olması şərtilə hansı saatda verilməsi əhəmiyyət kəsb etməyərək verilmiş sayılmalıdır. Apellyasiya şikayəti verilərkən müddətin bərpası qrafasında quş qoyulmuş və 7 fevral tarixinin qeyri-iş günü olması barədə müvafiq ərizə x arakterli qeyd yazılmışdır. Bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. O cümlədən, bunun özü prosessual pozuntu hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qərardadın ləğv edilməsi üçün əsasdır, çünki, bunun əsasında düzgün qərardad qəbul edilməmişdir. Məhkəmənin apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməsinə dair mövqeyinin fərqli olacağından ehtiyat edən Cavabdeh hətta 06 fevral tarixində Ordubad Rayon Məhkəməsinin rəsmi internet ünvanına apellyasiya şikayətinin pdf versiyasını da hər ehtimala göndərmiş, bununla qətnamədən narazı qalması və müvafiq apellyasiya şikayətinin verilməsinə dair iradəsini ifadə etmişdir. Cavabdeh tərəf olaraq mövqeyi ap ellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmaması olsa da bununla belə apellyasiya şikayəti elektron məhkəmə sisteminə yüklənən zaman “müddətin bərpası” xanasına da müvafiq işarə qoymaqla hər müddətin bərpasına dair ərizə qrafasında belə müddətin axımının başa çatan gününün seçkilər gününə təsadüf etməsi səbəbilə növbəti günə hesablanmasını məhkəmədən xahiş etmişdir. Sonda cavabdeh yuxarıda qeyd olunanlara əsasən Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(080)-201/2023 saylı qərardadının ləğv edilməsini və iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 369.3, 370, 371, Mülki Prose ssual Məcəllənin 385 və 386, eyni zamanda Əmək Məcəlləsinin 105-1-ci maddələrinə istinad etmişdir. Şikayət baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəflərə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə qarşılıqlı tədqiq edib, onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməli və Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsаsən, apellyasiya şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildi yi gündən 1 аy müddətində verilir. İş üzrə Cavabdeh verdiyi şikayətin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğvinə əsas kimi “...onun məhkəmə qətnaməsini rəsmi olaraq 7 yanvar 2024-cü il tarixində əldə etdiyini, həmin qətnamədə apellyasiya şikayətinin verilməsi üçün 1 (bir) ay müddətin nəzərdə tutulmasınin qeyd edildiyini, müddətin axımının qətnamənin rəsmi qaydada əldə edildiyi müddətdən başlayaraq 1 aylıq müddətin 7 fevral 2024-cü il tarixinə təsadüf etdiyini, həmin tarixin isə qeyri-iş günü olduğundan cavabdehin apellyasiya şikayətini 8 fevral tarixində elektron məhkəmə sisteminə daxil etdiyini, apellyasiya şikayəti məhkəmənin elektron portalına yerləşdirilən zaman müddətin bərpasına dair müvafiq qrafa işarələnərək fevralın 7-si tarixinə münasibət bildirilən qeyd əlavə edildiyini, lakin, bununla belə məhkəmə tərəfindən müddətin ötürülməsi qənaətinə gəlindiyi üçün apellyasiya şikayətinin geri qaytarılması barədə hazırda mübahisələndirilən qərardad qəbul edildiyini, Cavabdeh sözügedən qətnaməni 07 yanvar 2024-cü il tarixində əldə etdiyini, beləliklə, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı yanvar tarixindən etibarən başladığını və 7 fevral 2024-cü il tarixində bitməli olduğunu, yəni 07 fevral tarixinin son gün olmalı olduğunu, lakin, bütün ölkə əhalisinə məlum olduğu kimi 07 fevral tarixi ölkə ərazisində “Azərbaycan Respublikasının Prezidentinin seçkisi” günü kimi təyin edildiyindən bu gün Azərbaycan Respublikası Əmək Məcəlləsinin də 1051-ci maddəsinin tələbinə əsasən qeyri-iş günü hesab olunduğunu, belə olan halda cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün sonuncu prosessual müddətin 7 fevral deyil, 8-i tarixi hesab edildiyini, məhkəmə qərardadında qeyd edildiyi kimi apellyasiya şikayətinin məhkəmənin elektron sisteminə 08 fevral 2024-cü il tarixində saat 20:14 radələrində yükləndiyini, 8 fevral saat 23:59-dək müddətin axımının davam etdiyini, həmçinin apellyasiya şikayəti rabitə vasitəsi olan elektron sənəd dövriyyəsi üzərindən verildiyindən onun saat 23:59-dək olması şərtilə hansı saatda verilməsinin əhəmiyyət kəsb etməyərək verilmiş sayılmalı olduğunu, apellyasiya şikayəti verilərkən müddətin bərpası qrafasında quş qoyulduğunu və 7 fevral tarixinin qeyri-iş günü olması barədə müvafiq ərizə xarakterli qeyd yazıldığını, bu halın məhkəmə tərəfindən araşdırılmadığını, maddi hüq uq normalarının pozulduğunu, düzgün tətbiq edilmədiyini, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamasının qərardadın ləğv edilməsi üçün əsas olduğunu, çünki, bunun əsasında düzgün qərardad qəbul edilmədiyini, məhkəmənin apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməsinə dair məhkəmənin mövqeyinin fərqli olacağından ehtiyat edən Cavabdeh hətta 06 fevral tarixində Ordubad Rayon Məhkəməsinin rəsmi internet ünvanına apellyasiya şikayətinin pdf versiyasını da hər ehtimala göndərdiyini, bununla qətnamədən narazı qalması və müvafiq apellyasiya şikayətinin verilməsinə dair iradəsini ifadə etdiyini” bildirmişdir ki, kollegiya qeyd olunan bu dəlilləri mülki işin mövcud halları ilə qarşılıqlı tədqiq edərək dəlillərin əsaslı olduğu qənaət inə gəlir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq gəlinmiş nəticəni əsassız hesab edir. Belə ki, şikayətə baxılması ilə bağlı tədqiq olunmuş iş materialları ilə müəyyən olunur ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ordubad rayonu Dəstə kəndində yerləşən iddiaçının mülkiyyətində olan 0.1196 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X2 Naxçıvan MR Ordubad rayon Dəstə kəndində yerləşən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X4 Dövlət Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tari xili,**********81 reyestr nömrə ilə xüsusi mülkiyyətində olan 0.1196 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikiliyə qanunsuz sahiblik edən Cavabdeh məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən və torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikilidən istifadə olunmasının Cavabdeh qadağan edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən narazı qalan Cavabdeh şikayətlə Ordubad Rayon Məhkəməsinə müraciət edərək məhkəmənin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmiş, Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)201/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, məhkəmənin qərardadından narazı qalan Cavabdeh şikayətlə Ordubad Rayon Məhkəməsinə müraciət edərək Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş, Ordubad Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadı ilə şikayət əsassız sayılaraq təmin edilməmiş və şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Şikayətin dəlillərinin araşdırılması ilə bağlı tədqiq olunmuş iş materiallarında olan məktubdan və reyestrdən (İ cild iş vərəqə səh.95-96) göründüyü kimi həmin iş üzrə yekun məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə cavabdehin yaşayış yeri üzrə Ordubad rayon, Dəstə kəndinə göndərilmiş, F.119 nömrəli poçt bildirişinə əsasən (İ cild iş vərəqə səh.98) yekun məhk əmə qərarı Cavabdeh tərəfindən xx.xx.2024-cü ildə xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Belə olan halda da Mülki Prosessual Məcəllənin 360-cı mаddəsinin tələbinə uyğun olaraq qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün cavabdeh tərəfin 1 аylıq şikayət müddətinin axımı həmin tarixdən başlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zaman da bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu cür məhdudiyyətlərdən biri də Mülki Prosessual Məcəllənin 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir. Həmin normada apellyasiya şikayətinin məhkəmə qətnamə sinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və bir ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Mülki Prosessual Məcəllənin 128.3cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 368-ci maddəsində qeyd olunur ki, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcə llənin 369.3-cü maddəsinə əsasən aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən əgər hərəkət müəyyən gündə yerinə yetirilməlidirsə və həmin gün qeyri-iş günüdürsə, hərəkət növbəti iş günündə yerinə yetirilməlidir. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır. Eyni yanaşma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarında da öz əksini tapmışdır. Belə ki, həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddə tin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, qeyri-iş günlərində müddətlərin hesablanması zamanı şikayət verilməsi üçün son gün qeyri-iş gününə təsadüf edirsə, hərəkət növbəti iş günündə yerinə yetirilməli olduğu göstərilmiş, lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almadan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddətin cavabdeh tərəfindən buraxıldığı qənaətinə gələrək apellyasiya şikayətini düzgün olmayaraq geri qaytarmışdır. Belə ki, tədqiq olunmuş iş materiallarından da göründüyü kimi, Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 nömrəli qətnaməsi iş üzrə Cavabdeh rəsmi qaydada 07 yanvar 2024-cü ildə təqdim olunmuşdur ki, qanunvericiliyin mənasına görə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinin son günü də 07 fevral 2024-cü il tarixdə başa çatmışdır. Lakin həmin gün Azərbaycan Respublikası ərazisi ndə “Prezident seçkiləri günü” elan edildiyindən və qeyri-iş günü hesab olunduğundan apellyasiya şikayəti verilməsinin son günü də ondan sonrakı iş günü-yəni 08 fevral 2024-cü il müddətin qurtardığı gün sayılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti 08 fevral 2024-cü il tarixdə axşam saat 20:14 radələrində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir ki, bu da onu deməyə əsas verir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 360-cı mаddəsinin tələbləri pozulmamışdır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan kollegiya hesab edir ki, İddiaçı Cavabdeh qarşı Ordubad rayonu Dəstə kəndində yerləşən mülkiyyətində olan 0.1196 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadı tam ləğv olunmalıdır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 397.2, 398.0.2, 400, 401-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı Cavabdeh qarşı Ordubad rayonu Dəstə kəndində yerləşən mülkiyyətində olan 0.1196 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin xx. xx.2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilsin. Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadı tam ləğv olunsun. Mülki iş prosessual hərəkətlərin aparılması üçün Ordubad Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar