Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-79/2021 18.03.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İş № 2(108)-79/2021 Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası xx xxxx 2021-ci ildə şəhərində Naxçıvan Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Bağırova Sahilə Hümbət qızının məhkəmə iclas katibliyi, İddiaçı və şikayət vermiş Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh (birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadında “Əsgər” kimi qeyd olunmuşdur) oğluna qarşı zəbt edilmiş torpaq üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə apellyasiya şikayətinin qaytarılması h aqqında Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(080)104/2020 nömrəli qərardadından Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətçisi olduğu torpaq sahəsinin qonşusu tərəfindən zəbt eilmiş 17m2-lik hissəsinin yenidən onun mülkiyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Ordubad Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən Nümayəndə apellyasiya şikayəti vermis, həmçinin ərizə təqdim edərək iş üzrə maraqlarına toxunan şəxs qismində cəlb olunmaqla apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(080)-104/2020 nöm rəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(080)-104/2020 nömrəli qətnaməsindən Nümayəndə verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad xx xxxxxx 2021-ci il tarixdə Nümayəndə rəsmi qaydada çatdırılmışdır. Həmin qərardaddan narazı qalan Nümayəndə şikayət ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş və şikayət xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Nümayəndə şikayətdə Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(080)-104/2020 nömrəli qərardadı ləğv edilərək Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsini, əks halda şikayətin baxılması üçün Naxçıvan Muxtar Respubl ikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmin şikayətə Ordubad Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə baxılmış və verilmiş şikayət təmin olunmadığından şikayət iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ordubad Rayon Məhkəməsinin qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, qərardadın qəbul edilmə əsası kimi apellyasiya şikayətinin işdə iştirak etməyə cəlb olunmayan şəxs tərəfindən verilməsi göstərilmişdir. Nümayəndə iş üzrə maraqlarına toxunan şəxs qismində cəlb olunması barədə ərizəsinə isə münasibət bildirilməmişdir. Məhkəmə mülki işə baxıb qətnamə qəbul edərkən ərizəçi Nümayəndə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasını nəzərə almamış və nəticədə ərizəçinin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir, odur ki, Nümayəndə haqlı müraciətlər etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxışı iclasında iştirak etmədiyindən kollegiya Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxılması zamanı Nümayəndə Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(080)-104/2020 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etdi. İşə apellyasiya qaydasında baxılması zamanı İddiaçı Ordubad Rayon Məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 397. 2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib olunmuş **********07 reyestr nömrəli sənədlə İddiaçı məxsus torpaq sahəsinin planı və ölçüsü təsdiq olunur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət q eydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan aydın olur ki, Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində yerləşən 0.3210 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Məmmədov Ələsgər Şəkər oğluna məxsusdur. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək qonşusu Cavabdeh daşınmaz əmlaka texniki sənədlərin verilməsi barədə müraciəti əsasında mütəxəssislər tərəfindən baxış keçirilərkən onunla qonşuluq sərhədlərində naturada qismən dəyişikliyin müəyyən olunmasını əsas gətirərək mülkiyyətçisi olduğu torpaq sahəsinin qonşusu tərəfindən zəbt edilmiş 17m2-lik hissəsinin yenidən onun mülkiyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan Hüquqların Dövlət qeyd iyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və həmçinin mülki işin digər materialları ilə təsdiq olunur ki, sərhədlərinin pozulması mübahisələndirilən torpaq sahələri İddiaçı və Məmmədov Ələsgər Şəkər oğluna məxsusdur. Lakin İddiaçı mülkiyyətində olan torpaq sərhədləri Məmmədov Ələsgər Şəkər oğluna məxsus torpaq sahəsini faktiki istifadə edən Cavabdeh tərəfindən çəkilmiş hasar ilə pozulmuşdur. Belə ki, iş üzrə cavabdeh, İddiaçı özünün torpaq sahəsinə keçilməklə çəkildiyini iddia etdiyi hasarı çəkdiyini bildirmişdir. İş üzrə qəbul edilmiş qətnaməni mübahisələndirmiş Nümayəndə mübahisəli ərazilər, o cümlədən Məmmədov Ələsgər Şəkər oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə hüquqi əlaqəsi iş materialları ilə müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olara q Nümayəndə iş üzrə maraqlarına toxunulan şəxs qismində qəbul etməmiş və onun tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmışdır. Kollegiya şikayətin Ordubad Rayon Məhkəməsinin qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması, qərardadın qəbul edilmə əsası kimi apellyasiya şikayətinin işdə iştirak etməyə cəlb olunmayan şəxs tərəfindən verilməsinin göstərilməsi, Nümayəndə iş üzrə maraqlarına toxunan şəxs qismində cəlb olunması barədə ərizəsinə münasibət bildirilməməsi barədə dəlillərinə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadında Nümayəndə qətnamə ilə maraqlarına toxunulmadığı, hüquq və vəzifələrinə toxunulmadığına istinad edilmişdir ki, kollegiya da bu hüquqi əsaslandırma ilə razılaşır. Odur ki, kollegiya şikayətin bu dəlilini əsasız hesab edir. Şikay ətdə qeyd olunmuş məhkəmənin mülki işə baxıb qətnamə qəbul edərkən ərizəçi Nümayəndə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasını nəzərə almaması və nəticədə ərizəçinin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil də əsassızdır, belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə Nümayəndə mülkiyyətçisi olduğunu iddia etdiyi Naxçıvan MR Ordubad rayonu, Dəstə kəndində yerləşən 0.3210 ha torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında Məmmədov Ələsgər Şəkər oğluna məxsus olması təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqli yi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Kollegiya bir daha qeyd edir ki, iş materialları ilə mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(080)-104/2020 nömrəli qətnaməsinin Nümayəndə hüquq və vəzifələrinə toxunduğu təsdiqlənmədiyindən onun göstərilən qətnamədən apellyasiya şikayəti vermək hüququ da yoxdur. Azərbaycan Respublikası MPM-in 357.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikası MPM-in 363.1 və 363.1.1-ci maddələrinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imz alamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya işin şərh olunmuş halları və şikayətin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qərardad qəbul olunarkən prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin xx xxxxx x 2020-ci il tarixli, 2(080)-104/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası MPM-in 398.0 və 398.0.1-ci maddələrinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Аzərbaycan Respublikası MPM-in 263, 264, 400 və 402ci maddələrini rəhbər tutaraq kollegiya qərаr verdi: Nümayəndə Şahhüseyn oğlunun verdiyi şikayət təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(080)-104/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Əhliman Xıdırov Hakimlər: Sənan Qarayev Mehman All
Məhkəmə qərarları › İş №2(108)-79/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-79/2021
18.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver