Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-79/2023 14.06.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(078)-111/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.K.Əliyeva) 23 fevral 2023-cü il tarixli, 2(078)-111/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikil inin sökülməsi, torpaq sahəsindən çıxarılması, torpağa tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyinə olan maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilərək Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, həmin torpaq sahəsində tikilmiş pilləkənin sökülməsi, həmin torpaq sahəsinə tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması, iddia təmin edildiyindən 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun əvəzinin iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı və onun vəkili Vəkil1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, həmin torpaq sahəsində tikilmiş pilləkənin sökülməsi, həmin torpaq sahəsinə tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(078)-111/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəm əsinin 23 fevral 2023-cü il tarixli, 2(078)-111/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən torpaq sahəsi İddiaçı tərəfindən bələdiyyədən alınmışdır. O, ailəsi ilə birlikdə 35-ci məhəllə, ev 138 ünvanında yaşayır. Yaşadıqları ev arvadı İmanova Elduzun mülkiyyətindədir. Mübahisəli torpaq sahəsini almaq üçün dəfələrlə bələdiyyəyə və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş, ancaq qeyd olunan torpaq sahəsinin satış üçün yararlı olmadığını ona bildirmişlər. Bu barədə hətta yazılı cavab vermişlər. Evinin giriş hissəsi arxa tərəfdəndir. Həmin sahəyə gediş-gəliş yolu xəritəyə işlənmişdir. Arxadan qapı qoyulmuşdur və həmin yerdən gedib-gəlir. İddianın təmin olunması onun evinə gediş-gəliş yolunu tamamilə bağlayır. Hesab edir ki, məhkəmənin qətnaməsi əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tar ixli, 2(078)-111/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən mübahisəli torpaq sahəsini almaq üçün əvvəllər Naxçıvan Şəhər Bələdiyyəsinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etdiyini, ancaq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ona məktub göndərərək, həmin torpaq sahəsinin satışının mümkün olmayan ərazi olduğunu bildirdiyini, lakin sonradan torpaq sahəsinin 2021ci ildə iddiaçı tərəfə satıldığının məlum olduğunu, torpaq sahəsi satıldıqdan sonra bələdiyyəyə müraciət etdiyini, bələdiyyədən torpaq sahəsinin satışının onla rın həyata keçirmədiklərini bildirdiklərini, ancaq torpaq sahəsinin 510 manata satıldığı barədə onlarda qəbz olduğunun bildirildiyini, torpaq sahəsinin satışına etiraz etmədiyini, ancaq onun həmin torpaq sahəsindən keçməklə yaşayış evinə gedən yolunun olduğunu, həmçinin evinə gedən su və kanalizasiya xətlərinin həmin hissədən keçdiyini, yolunu tələb etdiyini, torpaq sahəsi satılan zaman həmin yolun nəzərə alınmadığını, ailə üzvləri ilə birlikdə 1998-ci ildən hazırda yaşadığı evdə məskunlaşdığını, əvvəllər evlərinin 2 otaqdan ibarət olub, sonradan isə həmin otaqlara bitişik şəkildə yaşayış sahələri inşa etməklə 2006-cı ildə evin tikintisini tamamilə bitirdiklərini, yaşayış evinə daşınmaz əmlak tərəfindən 2 dəfə texniki pasport verildiyini, birinci texniki pasportu 2000-ci ildə ev iki otaqlı olan zaman aldıqlarını, ikinci texniki pasportu isə əlavə yaşayış sahələrinin inşası ilə bağlı evin tikintisini 2006-cı ildə başa çatdırdıqdan sonra, yəni 2012-ci ildə əldə etdiklərini, yaşayış evinin hər iki texniki pasportunda hazırda mübahisə predmeti olan torpaq sahəsindən gediş-gəliş yolunun mövcud olduğunu, mübahisəli torpaq sahəsindən gediş-gəliş yolu olmaqla bərabər, yaşayış evindən həmin torpaq sahəsinə açılan giriş-çıxış qapısı və onun önündə pilləkəninin yerləşdiyini, yaşayış evinin hər iki texniki pasportunda gediş-gəliş yolunun olması nəzərdə tutulduğundan mübahisəli torpaq sahəsində pilləkəni həmin sənədlərə əsaslanaraq tikdiyini, evinə giriş qapısı və pilləkənin mübahisəli torpaq sahəsində uzun illərdir ki, mövcud olduğunu və həmin gediş-gəliş yolundan demək olar ki, həmişə maneəsiz istifadə etdiyini, 2016-cı ilədək həmin torpaq sahəsində avtomobil qarajı və əlavə tikililərinin olduğunu, lakin 2016-cı ildə qanunsuz tikili adı ilə söküldüyünü, ancaq hələ də həmin tikililərin yerinin bilindiyini, bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahəsi satılırdısa, həmin torpaq sahəsinin ya ümumi elan verilməklə, ya da hərrac keçirilməklə satıla biləcəyini, hazırda yaşayış evinə giriş-çıxışı üçün mübahisəli torpaq sahəsinə açılan gediş-gəliş yolundan başqa yolunun olmadığını, evinin ön tərəfini, yəni əsas girişini qızı ailə qurduğundan ona hədiyyə etdiklərini, lakin həmin evin hədiyyə edilməsinin rəsmiləşdirilmədiyini göstərərək məhkəmənin qətnaməsinin ləğv olunmaqla iddianın rədd edilərək mübahisəli torpaq sahəsində tikdiyi pilləkən olan hissədə gediş-gəliş yolun un onun istifadəsində saxlanılmasına dair qətnamə qəbul etməklə apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında qızı ailə qurduğundan evin əsas girişini, yəni ön hissəsini ona bağışladıqlarını, özlərinin isə yaşayış evinə girişin evin arxa tərəfindən, yəni mübahisəli torpaq sahəsinin yerləşdiyi hissədən olduğunu, həmin torpaq sahəsi iddiaçı tərəfindən alındığından onların gediş-gəliş yolunun da bağlandığını, halbuki mübahisəli torpaq sahəsinin yerləşdiyi hissədən uzun illərdir ki, istifadə etdiklərini, həmin hissədə yol olduğuna əmin olduqlarına görə bir çox tikililərin də onlar tərəfindən inşa edildiyini, hazırki vəziyyətdə is ə evlərinə giriş-çıxış yolunun məhdudlaşdığını, belə olan halda hər dəfə kürəkənin qapısından gedib-gəlməli olduqlarını, bunun isə mümkün olmadığını, ona görə də gediş-gəliş yolunu tələb etdiklərini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında hazırki işdə iddiaçının nümayəndəsi olsa da, torpaq sahəsinin onun üçün alındığını, sadəcə olaraq qardaşı Hüseynin adına sənədləşdirildiyini, Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən mübahisəli torpaq sahəsini 12 oktyabr 2021-ci il tarixdə əldə etdiyini, torpaq sahəsini alan zaman orada cavabdehin evinin 2 pəncərəsinin olduğunu, evə giriş-çıxış qapısı və pilləkənin olmadığını, əgər həmin vaxt torpaq sahəsində pilləkən və gir iş qapısı olsaydı, həmin torpaq sahəsini almayacağını, torpağı alan zaman orada cavabdehin yaşayış evindən aldığı torpaq sahəsinə 2 pəncərə açıldığını gördüyünü, torpaq sahəsini aldıqdan 1 il keçdikdən sonra cavabdehin torpaq sahəsinin satıldığını eşidib, gecə vaxtı tələm-tələsik evinin arxa tərəfindən onun torpaq sahəsinə qanunsuz olaraq giriş qapısı açmaqla önündə pilləkən salıb, öz evinin qabağında olan divarı söküb torpaq sahəsinə tökdüyünü, pilləkənə isə boya vurmaqla həmin pilləkənin torpaq sahəsində uzun illərdir ki, mövcud olması təsəvvürünü yaratdığını, özünün X6 Satışı bazasında sürücü işlədiyini, həmin vaxt işi ilə əlaqədar olaraq Bakı şəhərində olduğunu, Bakıdan qayıtdıqdan sonra torpaq sahəsində cavabdehin pilləkən tikdiyini görüb səbəbini ondan soruşduğunu, onun da buradan yo l aldığını bildirdiyini, bununla bağlı Naxçıvan Şəhər Bələdiyyəsinə və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etdiyini, həmin orqanlardan nümayəndənin gəlib torpaq sahəsinə baxdıqlarını, ona layihəni hazırladıb evini tikməyi, cavabdehə isə onun torpaq sahəsinə açılan yolunun olmadığını bildirdiklərini, bundan sonra cavabdehin ondan məhkəmədə iddia qaldırıb özünə gediş-gəliş yolu almaq üçün 2-3 ay vaxt istədiyini, onun bu təklifi ilə razılaşıb ona dediyi müddətdə iddia qaldırması üçün vaxt verdiyini, ancaq 5 aydan artıq vaxt keçdiyini, cavabdehin heç bir addım atmadığını, özünün məhkəmədə iddia qaldırdığını, cavabdehin özünə şikayət edib mübahisə yaratmasa, öz torpaq sahəsindən ona 1 metr enində gediş-gəliş yolu verəcəyini bildirdiyin i, ancaq cavabdehin onun dediklərini qəbul etmədiyini, onun torpaq sahəsinin eninin 10 metr, uzunluğunun 20 metr olduğunu, əgər cavabdeh pilləkəni sökməsə, orada ev tikə bilməyəcəyini, torpaq sahəsinin daraldığını, pilləkənin eninin təqribən 1 və ya 1.5 metr olduğunu, əgər cavabdeh pilləkəni götürməsə, həmin pilləkənin ona tikinti apardığı zaman maneəçilik törədəcəyini, çünki pilləkən ərazidə qalarsa tikəcəyi evin eninin 7-8 metr olacağını, ona görə də cavabdehdən konkret olaraq onun torpaq sahəsindən pilləkənini, həyətinə tökdüyü yararsız tikinti materiallarını götürməsini, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılmaqla apellyasiya şikayətinin təmin olunmamaqla birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayəti ndə və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı və onun vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 oktyabr 2021-ci il tarixində Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən 0.0202 hektar torpaq sahəsinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində 16/26 nömrəli reyestr kitabının 4828 nömrəli vərəqində adına qeydiyyatdan keçdiyini, Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən 0.0202 hektar torpaq sahəsində qonşuluğunda olan Cavabdeh bir müddət öncə, təxminən 2022-ci ilin ortalarında ona məxsus olan həyətyanı torpaq sahəsində onun heç bir razılığı olmadan, qanunsuz şəkildə tikili tikməyə başladığını, həmin andan həmin tikilinin qanunsuz olduğunu, ona məxsus torpaq sahəsi üzərində aparılmasını cavabdehə deyərək dərhal sökülməsini Vilayətə bildirdiyini, buna baxmayaraq cavabdehin, ona məxsus olan torpaq sahəsində tikdiyi tikilini sökməyəcəyini və torpağa tökdüyü tullantıları torpaq üzərindən götürməyəcəyini bildirdiyini, cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması üçün dəfələrlə onun özünə, polisə, icra nümayəndəliyinə, daşınmaz əmlaka müraciət etsə də, nəticə etibarı ilə cavabdehin onu dinləmədiyini, dövlət qurumlarının isə ona “qarşı tərəf bizi də dinləmir, sizin mübahisənizə məhkəmə baxmalıdır” dediklərini, bu səbəbdən də artıq məhkəməyə müraciət etmə k qərarına gəldiyini, Cavabdeh ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi nəticəsində onun Azərbaycan Respublikasının milli qanunvericiliyi və beynəlxalq hüquq normalarında nəzərdə tutmuş hüquqlarının kobud şəkildə pozulduğunu və hazırda da pozulmaqda davam etdiyini, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunmasına baxmayaraq cavabdeh tərəfindən son aylar ərzində inşa edilmiş özbaşına tikilinin, qanuni olaraq ona məxsus olan torpaq sahəsi üzərində inşa olunduğunu və torpaq sahəsinin üzərinə tullantıların atıldığını, bunun isə mülkiyyətində olan torpaq sahəsindən müdaxiləsiz istifadəsinə maneələr yaratdığını, şəxsin yalnız mülkiyyətçisi olduğu torpaq sahəsinə onun icazəsi olmadan heç kəsi buraxmaya biləcəyini, mübahisələnd irdiyi torpaq sahəsinin cavabdehin mülkiyyəti olmadığını, həmin ərazidə onun tikili inşa etməsi, tullantılar atması və torpağını öz əmlakına qatmasının qanunsuz olaraq hüquqa zidd bir əməl olduğunu bildirərək göstərilənlərə əsasən Cavabdeh tərəfindən Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, həmin torpaq sahəsində tikilmiş tikilinin sökülməsi, həmin torpaq sahəsinə tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunara q iddia tələbinə iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, tikilmiş pilləkənin sökülməsi, torpaq sahəsindən çıxarılması, torpağa tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyinə olan maneələrin aradan qaldırılması həddində baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mül kiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun mülkiyyətin müdafiəsi adlanan 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç ki m öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Kollegiya apellyasiya şikayətində göstərilmiş 35-ci məhəllə, 7/11 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı tərəfindən bələdiyyədən alınması, cavabdehin ailəsi ilə birlikdə 35-ci məhəllə, ev 138 ünvanında yaşamaları, yaşadıqları evin arvadı İmanova Elduzun mülkiyyətində olması, mübahisəli torpaq sahəsini almaq üçün dəfələrlə bələdiyyəyə və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməsi, ancaq satış üçün yararlı olmadığını ona bildirmələri, bu barədə hətta yazılı cavab vermələri, evinin giriş hi ssəsinin arxa tərəfdən olması, həmin sahəyə gediş-gəliş yolunun xəritəyə işlənməsi, arxadan qapı qoyulması və həmin yerdən gedib-gəlmələri, iddianın təmin olunmasının onun evinə gediş-gəliş yolunu tamamilə bağlaması, məhkəmənin qətnaməsinin əsassız olması, birinci instansiya məhkəməsində işin faktiki hallarının araşdırılmaması və düzgün hüquqi qiymət verilməməsi ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən 0.0202 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16/26 nömrəli reyestr kitabının 4828 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən də aydın olur ki, Naxçıvan şəhəri, 35-ci məhəllədə yerləşən 0.0457 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41.16 kv.m yaşayış, 48.32 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18/13 nömrəli reyestr kitabının 1972 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyə t hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və dig ər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli qərarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təs bit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və Müşfiq Ba yramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Kollegiya qeyd edir ki, X4 mülkiyyətində olan 35-ci məhəllə, ev 138 ünvanında yerləşən fərdi yaşayış evinin giriş hissəsinin arxa tərəfdən olması və həmin hissədə yerləşən torpaq sahəsinin gediş-gəliş yolu olması barədə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri yuxarıda qeyd edilmiş məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib edilir. İş materiallarından da müəyyən olunduğu kimi cavabdehin gediş-gəliş yolu kimi istifadə etdiyini bildirdiyi torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haq qında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci ildə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən iş üzrə İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin evinin arxa tərəfindən qapı qoyması və həmin yerdən gedib-gəlmələrini göstərməsi isə onun həmin sahəyə mülkiyyət hüququ əldə etməsinə dəlalət etmir. Kollegiyada apellyasiya şikayətinə baxılarkən 14 iyun 2023-cü il tarixdə mübahisələndirilən torpaq sahəsinə tərəflərin və mütəxəssisin iştirakı ilə baxış keçirildikdən sonra mütəxəssis X3 verdiyi izahatında mübahisə predmeti olan torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan ölçüsündə bələdiyyə mülkiyyəti kimi göstərildiyini, həyətyanı torpaq sahəsinin tərəflərin iştirakı ilə ölçüldüyünü, bununla bağlı mütəxəssis rəyinin hazırlanaraq məhkəməyə təqdim olunduğunu, Naxç ıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 202 m2 olduğunu, həyətyanı torpaq sahəsinin Naxçıvan Şəhər Bələdiyyəsinin 04 oktyabr 2021-ci il tarixli, 91 nömrəli qərarı əsasında İddiaçı mülkiyyətinə verilməsini, 12 oktyabr 2021-ci il tarixdə torpaq sahəsinə 027392 inventar nömrəli torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, Naxçıvan DTİ və MHQİ-in 2000-ci il tarixli, 9903 inventar nömrəli texniki pasport hazırlanan zaman X4 mülkiyyətində olan daşınmaz əmlakın İddiaçı mülkiyyətində olan torpaq sahəsi tərəfə olan hissəsinin boş ərazi olduğundan yol kimi göstərildiyini, yeni verilmiş texniki pasportun da ona əsaslandığını, mübahisəli torpaq sahəsinin qeydiyyata alındığı zaman üzərində hər hansı bir tikilinin mövcud olmasının aşkar edilmədiyini, Cavabdeh tikdiyi pilləkənin İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, iddiaçının müraciəti əsasında torpaq sahəsinə baxış keçirilib, rəy verildiyini, satış predmeti olduğuna görə satışa çıxarılıb satıldığını qeyd etmişdir. İşin yuxarıda şərh olunmuş hallarından da göründüyü kimi, Cavabdeh ünvan 4 ünvanında yerləşən yaşadığı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs arvadı X4 mülkiyyətində olan fərdi yaşayış evinin arxa hissəsində pilləkən tikərək gediş-gəliş yolu kimi istifadə etməsi İddiaçı mülkiyyət hüquqlarının, o cümlədən öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulmasına səbəb olur ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Kol legiya işin yuxarıda araşdırılmış hallarına qiymət verərək qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, həmin torpaq sahəsində tikilmiş pilləkənin sökülməsi, həmin torpaq sahəsinə tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması ilə əlaqədar işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, 0.0202 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununu n qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kollegiya həmçinin cavabdehin evinin giriş hissəsinin arxa tərəfdən olması, həmin sahəyə gediş-gəliş yolunun xəritəyə işlənməsi, iddianın təmin olunmasının onun evinə gedişgəliş yolunu tamamilə bağlaması ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, kollegiyada apellyasiya şikayətinə baxılarkən tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə baxış keçirilərkən X4 mül kiyyətində olan 35-ci məhəllə, ev 138 ünvanında yerləşən fərdi yaşayış evinin ön hissəsində ayrıca giriş-çıxış yolu, həmçinin avtomobil yolunun mövcud olması və giriş-çıxış üçün geniş qapının qoyulması müəyyən edilmişdir. Eyni zamanda kollegiya tərəfindən cavabdehin tikdiyi və iddiaçının sökülməsini tələb etdiyi pilləkənin yerləşdiyi sahəyə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, cavabdehin əsassız olaraq yol hesab edərək mübahisələndirdiyi həmin tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir, həmin sahə əvvəllər bələdiyyə mülkiyyətində olan boş torpaq sahəsi olmuş və həmin sahədə hər hansı bir yol mövcud olmamışdır. İddiaçının mülkiyyətində olan qeyd olunan torpaq sahəsində cavabdehin yaşadığı evin arxa hissəsinə qapı qoyaraq özbaşına pilləkən tikməsi isə həmin sahənin qanuni əsaslarla ona verilən yol olması anlamına gəlmir, eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsündə də həmin sahə yol kimi nəzərdə tutulmur və torpaq sahəsinin orta hissəsində, yəni İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən həmin pilləkən adlanan tikili sonuncunun öz mülkiyyətindən maneəsiz istifadə hüququna səbəb və əsas ola bilməz. Kollegiya göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətində göstərilmiş bu dəlillərini də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzər bаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edil ən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılma lıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-ci mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: Cavabdeh tərəfindən verilmiş аpеllyаsiyа şikаyəti təmin еdilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(078)-111/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-79/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-79/2023
14.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver