Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-8/2023 01.02.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə 28 iyun 2022-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 15430 (on beş min dörd yüz otuz) manat borc məbləğinin və 137 (bir y üz otuz yeddi) manat dövlət rüsumunun, ümumilikdə 15567 (on beş min beş yüz altmış yeddi) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(078)-758/2022 nömrəli iddia tələbinin dəqiqləşdirilməsi barədə qərardadı ilə İddiaçı iddia tələbinin artırılması barədə ərizəsi təmin edilmiş, iddia tələbinə “cavabdehdən 15430 (on beş min dörd yüz otuz) manat borc məbləğinin, ödəmiş olduğu vəkil xərcinə görə 400 (dörd yüz) manat xərcin və 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumunun, ümumilikdə 15967 (on beş min doqquz yüz altmış yeddi) manat pulun alınıb iddiaçıya verilməsi” tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 nö mrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 15430 (on beş min dörd yüz otuz) manat məbləğində pulun, məhkəmə məsrəfi olan 400 (dörd yüz) manat məbləğində vəkil xərcinin və 137 (yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15967 (on beş min doqquz yüz altmış yeddi) manat məbləğində pulun alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 17 noyabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)758/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəflər arasında şifahi olaraq bağlanmış müqavilənin tələblərinə riayət etməmişdir. Məhkəmə tərəfindən iddiaçının onun evində yaşadığı müddətlər nəzərə alınmamışdır. Əgər nəzərə alınsaydı o, evini Cəlil alsın deyə həmin evi təmir etdirdi. Onun isə evi təmir etdirmək fikri olmamışdır. Məhz evi təmir etdirdiyinə görə o, maddi ziyana düşdü. İş məhkəmə tərəfindən araşdırılarkən həmin hallar nəzərə alınmamışdır. Cəlil tərəfindən ona həmin pul vəsaiti iş görülməsi üçün verilmişdir! Həmin p ulun geri qaytarılması barədə aralarında razılıq olmamışdır. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmənin sübut təqdim etməməyi barədə gəldiyi nəticə prosessual hüquq normasının pozulmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinad etmişdir ki, həmin qərarın mövcud mübahisənin məzmununa aidiyyəti yoxdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat v erərək Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməyərək Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022ci il tarixli, 2(078)-758/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellya siya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Apellyasiya şikayətində qeyd olunan məhkəmə tərəfindən iddiaçının onun evində yaşadığı müddətlərin nəzərə alınmaması, onun evini Cəlil alsın deyə təmir etdirməsi, onun evi təmir etdirmək fikrinin olmaması, məhz evi təmir etdirdiyinə görə onun maddi ziyana düşməsi, iş məhkəmə tərəfindən araşdırılarkən həmin halların nəzərə alınmaması dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, bu dəlillər əsassız olduğundan təmin edilə bilməz. Belə ki, bu dəlillər yeni iddia tələbinin predmetidir və hazırkı iddianın predmeti ilə bağlı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Cavabdeh maddi ziyanla bağlı birinci instansiya məhkəməsində iddiaçıy a qarşı ayrı iddia və ya qarşılıqlı iddia tələbi verməmişdir. Hazırki mülki işin predmetini İddiaçı cavabdehə qarşı pul tələbi təşkil etdiyindən cavabdehin apellyasiya şikayətində qeyd etdiyi bu hal iddianın predmetinə daxil deyil və apellyasiya qaydasında müzakirə olunaraq qiymət verilə bilməz. Lakin, cavabdeh maddi zərər çəkməsi ilə bağlı iddia tələbi ilə birinci instansiya məhkəməsində iddia qaldıraraq çəkdiyi xərclərin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 avqust 2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd olunur ki, MPM-in 372-ci maddəsinin apellyasiya baxışını n hədləri barədə müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunçuluğun maraqları dedikdə, baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üç ün heç bir halda məcburi deyil. MPM-in 372.3-cü maddəsinə əsasən apellyasiya qaydasında işə baxıldıqda tərəflər yalnız iddianın hüquqi əsasını dəyişdirə bilərlər. Həmçinin o da qeyd olunmalıdır ki, cavabdehin apellyasiya məhkəməsində mülki işin icraatı zamanı keçirilmiş məhkəmə baxışı iclaslarındakı izahatlarından aydın olur ki, apellyasiya şikayətində qeyd olunan və iddiaçıya təklif olunan ev cavabdeh tərəfindən başqa şəxsə satılmış, əldə olunan pul vəsaiti ilə cavabdeh özünə şəxsi avtomobil almış və digər şəxsi ehtiyaclarına sərf etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan Cavabdeh tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə 27 iyul 2022-ci il tarixdə verilmiş ərizəyə əsasən iddiaçının ona qarşı 15430 manat pul tələbinə dair iddiasını qəbul etmişdir. Apellyasiya baxışı zamanı da cavabdeh iddiaçıya borcunun olduğunu etiraf etmiş, lakin iddiaçının istəyi ilə evini təmir etdiyindən onun da ziyana düşdüyünü iddia etmişdir. 27 iyul 2022-ci il tarixdə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh iddianı qəbul edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş və iddia tələbini qəbul etməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə q aytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarında olan 11 dekabr 2020-ci il tarixli, 0077 nömrəli ev alğı-satqı mərkəzinin kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 12000 manat, daha sonra aylar üzrə ümumilikdə 4000 manat pulu verdiyi müəyyən olunur. Qeyd olunan sənəddəki imzaların ona məxsus olmasını cavabdeh birinci instansiya məhkəməsində 25 avqust 2022ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasındakı izahatında da təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş 2 ədəd audioyazı materialla rı da Cavabdeh tərəfindən iddiaçıdan 15430 manat məbləğində pul alındığını və qaytarılmadığını təsdiq edir. Cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində verdiyi izahatlarında həmin audioyazıların ona aid olduğunu qeyd etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən ona pul vəsaitinin iş görülməsi üçün verildiyini, razılaşmaya əsasən həmin pulun geri qaytarılmasının nəzərdə tutulmadığını qeyd etsə də bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətində qeyd olunan birinci instansiya məhkəməsində işə qeyriobyektiv və birtərəfli baxılmasına, işin faktiki halları araşdırılmamasına və düzgün hüquqi qiymət verilməməsinə münasibətdə kollegiya qeyd edir ki, Cavabdeh birinci instansiya məhkəməsində mülki i şin icraatı zamanı iddia tələbinə nəinki etiraz etmiş, əksinə onu qəbul etmişdir. Birinci instansiya məhkəməsində mülki işin araşdırılması ilə bağlı hər hansı vəsatət verməmiş, iddianın rədd edilməsi üçün hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun ol araq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya son olaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 nömrəli qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qə tnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-8/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-8/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver