Məhkəmə qərarları › İş №2(108)-81/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-81/2023

09.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-81/2023 09.06.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X3 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamənin etibarsız hesab olunması, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması tələbləri barədə iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-249/2018 nömrəli, 12 may 2023-cü il tarixli qərardadından iddiaçının hüquqi varisi X6 tərəfindən verilmiş şikayət əsasında işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı 04 oktyabr 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən, yaşadığı mərhum X5 adına səhvən işlənmiş JN-068A və JN-068B nömrəli torpaq sahələrinin mülkiyyətə verilməsi haqqında şəhadətnamələrin etibarsız hesab olunması, torpaq sahələrinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şahbuz Rayon Məhkəməsinin (sabiq hakim Allahverdi Bağırov) 2(090)-249/2018 nömrəli 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilərək, Şahbuz rayonunun Daylaqlı kəndində yerləşən, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 02 noyabr 1999-cu il tarixli 09 nömrəli qərarı ilə mərhum X5 mülkiyyətinə verilmiş JN-068A və JN-068B nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamələrin etibarsız hesab olunması, Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən, mərhum X5 mülkiyyətinə verilmiş 0.02 hektar və 0.14 hektar torpaq sahələrinə və həmin sahələrdə inşa olunmuş tikililərə İddiaçı1 mülkiyyət hüququnun tanınması, mülkiyyət hüquqlarının qeydə alınmasının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə həvalə olunması qət edilmişdir. Maraqlı şəxs1 19 yanvar 2023-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə daxil olmuş ərizəsində 2(090)-249/2018 nömrəli 14 noyabr 2018-ci il tarixli qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və ona münasibətdə bərpa olunmasını, həmçinin apelyasiya şikayəti ilə müraciət edərək həmin qətnamənin tamamilə ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 2(090)-249/2018 nömrəli 30 yanvar 2023-cü il tarixli qərardadla Maraqlı şəxs1 buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunaraq mülki iş apelyasiya şikayətinə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. 2(108)-37/2023 nömrəli 07 mart 2023-cü il tarixli qərardadla qeyd olunan qətnamədən Maraqlı şəxs1 tərəfindən verilmiş apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonr a Mülki Prosessual Məcəllə) 363.1 və 363.1.5-ci maddələrinin tələblərinə əməl olunmadığından (“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apelyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədiyindən) qeyri-mümkün hesab edilmiş, apelyasiya şikayəti 10 mart 2023-cü il tarixdə Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verildikdən sonra həmin iş yenidən Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Lakin iddiaçının hüquqi varisi X6 2(090)-249/2018 nömrəli 30 yanvar 2023-cü il tarixli qərardadın ləğv olunması barədə şikayətlə Şahbuz Rayon Məhkəməsinə müraciət etdiyindən 2(108)-61/2023 nöm rəli 20 aprel 2023-cü il tarixli qərardadla mülki iş apelyasiya baxışından çıxarılaraq həmin məhkəməyə qaytarılmışdır. 27 aprel 2023-cü il tarixli qərardadla 2(090)-249/2018 nömrəli 30 yanvar 2023-cü il tarixli qərardad ləğv olunmuşdur. 2(090)-249/2018 nömrəli 12 may 2023-cü il tarixli qərardada (hakim Daşqın Səfərov) əsasən Maraqlı şəxs1 ərizəsinin təmin edilməsi, 2(090)-249/2018 nömrəli 14 noyabr 2018ci il tarixli qətnamədən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddətin buraxılmasının üzrlü hesab edilməsi və həmin qətnamədən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının hüquqi varisi Güldanə Şadmanova tərəfindən Şahbuz Rayon Məhkəməsinə 19 may 2023-cü il tarixdə verilmiş şikayət həmin tarix li qərardadla təmin olunmamış və iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Şikayətin dəlilləri İddiaçının hüquqi varisi Güldanə Şadmanova 19 may 2023-cü il tarixdə elektron qaydada verilən şikayətində 2(090)-249/2023 nömrəli 12 may 2023-cü il tarixli qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılaraq göstərilmişdir ki, “Məhkəmədə sualları cavablandıran ərizəçi Maraqlı şəxs1 bildirdi ki, hazırki mübahisəyə baxılan zaman o, Bakı şəhərində yaşayıbdır, məhkəmədə anasının adına olan torpağa dair şəhadətnamənin ləğv olunması barədə iddia qaldırıldığından şifahi məlumatı olubdur, buna görə də 27 noyabr 2018-ci ildə o, teleqram ilə məhkəməyə müraciət edərək “anasının miras məsələsinə etiraz etməsi, İddiaçı1 saxtakarlıq etməsi, ata evlərini öz adına keçirməsi” barədə şikayət edibdir, daha sonra müraciəti ilə maraqlanmayıbdır. 14 dekabr 2021-ci ildə İddiaçı1 rəhmətə getdikdən sonra ona məlum olubdur ki, İddiaçı1 və mən (G.Şadmanova) həmin evə çıxarış almışıq, bununla bağlı o, çox yerə müraciət edibdir, lakin onun müraciətinə baxılmayıbdır. Məhkəmə prosesindən şifahi məlumatı olubdur, amma heç bir prosesdə iştirak və heç bir sənədə imza etməmişdir. İddiaçı1 sağ olan vaxtı torpaq mübahisələri olubdur, həmin İddiaçı1 onu “tutdurmaq istəyib”, ona hədə-qorxu gəlibdir. Buna qədər onların münasibətləri olubdur, lakin sonradan onun xəbəri olmadan torpağı İddiaçı1 öz adına sənədləşdiribdir. Vəkilin məhkəmədə verdiyi “nə üçün o dövrdə məlumatlı olduğunuz halda bu məsələni mübahisələndirməmisiniz?” sualın a Maraqlı şəxs1 cavab verərək bildirmişdir ki, “mən o dövr İddiaçı1 ilə üz-üzə gələ bilmirdim, ona qarşı heç bir hərəkət edə bilməzdim”. Maraqlı şəxs1 öz ifadəsi ilə təsdiq edir ki, gedən məhkəmə proseslərindən elə məhkəmə dövrü məlumatlı olmuşdur. O məlumatlı olmuşdur ki, məhkəməyə həmin dövr teleqram göndərmiş və məhkəmədən sonra dövlət qurumlarına bu barədə müraciətlər etmişdir. O dövlət qurumlarına müraciət etmək əvəzinə, qətnaməni qəbul etmiş məhkəməyə müraciət edib rəsmi qaydada qətnaməni əldə edə bilərdi ki, bu onun tərəfindən məqsədli şəkildə edilməmişdir. Maraqlı şəxs1 vaxtında qətnaməni əldə etmək niyyəti olsaydı, o zamanında müraciət edib məhkəmə qətnaməsi əldə edə bilərdi. Maraqlı şəxs1 məqsədli olaraq qətnaməni vaxtında almamış, məqsədi İddiaçı1 vəfatını gözləmək olmuşdur. B ütün bunları isə Şahbuz Rayon Məhkəməsi gözardı edərək buraxılmış prosessual müddəti bərpa etməklə əsassız və qanunsuz olaraq məhkəmədə tərəflər üçün yeni münaqişə mənbəyi yaratmışdır. Hesab edirəm ki, məhkəmə Maraqlı şəxs1 öz ifadəsində göstərdiyi “həmin dövr hazırkı məsələni mübahisələndirə bilmirdim” fikirlərinə ədalətli, obyektiv və hərtərəfli yanaşsaydı, Maraqlı şəxs1 buraxılmış prosessual müddəti “qəsdən” (məqsədli şəkildə) uzatdığını görərdi. Lakin nədənsə hakim bütün bu faktlara (sübutlara) düzgün hüquqi qiymət verməmiş və ya buna cəhd etməmişdir. Şahbuz Rayon Məhkəməsi Maraqlı şəxs1 mübahisəyə vicdansız, qəsdən yanaşmamasına (gecikdirməsinə) hüquqi qiymət verməmişdir. Ərizəçinin məhkəməyə verdiyi izahatdan belə məlum olur ki, o məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırı lmış və məhkəməyə teleqram vuraraq mövqeyni bildirmişdir. Belə olan təqdirdə onun məhkəmənin qətnaməsindən şikayət vermək imkanı mövcud olmuşdur və o, qətnamədən şikayət verə bilərdi. Məhz bu baxımdan da ərizəçi qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermək müddətini üzrsüz səbəbdən buraxmışdır. İddiaçı1 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz rayon İdarəsinə qarşı “torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamənin etibarsız hesab olunması, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması” tələblərinə dair Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi və həmin məhkəmənin 2(090)-249/2018 nömrəli 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmasının qət edilməsi tamamil ə qanunauyğundur. Məhkəmə tərəfindən əsassız olaraq müddətin bərpa olunması prosessual hüquq normasının düzgün tətbiq edilməməsinə dəlalət edən amildir”. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər üzrə Mülki-Prosessual Məcəllənin 14.1, 88, 130.1 və 133.1-ci maddələrinə istinad olunmuşdur. Tətbiq edilən hüquq Mülki-Prosessual Məcəllə; Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269,... 394-1, 397.2-ci... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər iza hatları dinlənilmək üçün çağırılmadan baxılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1, 134.1.4 və 134.1.5. Məhkəmə məhkəmə bildirişini, birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Maddə 135.1.... bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt gönd ərişi (məktubu) ilə çatdırılır. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Maddə 227.3. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Maddə 233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə

360. Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildi yi gündən 1 ay müddətində verilə bilər. Maddə

365. Apelyasiya icraatına apelyasiya instansiyası məhkəməsində icraat fəslinin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 397.2. Apelyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır... Maddə 398.0-398.0.1. Apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmi n etməmək hüququ vardır. Maddə 397.2. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apelyasiya məhkəməsinin hüquqi mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının hüquqi varisinin şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdırıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: İddiaçı1 cav abdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamənin etibarsız hesab olunması, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması tələbləri barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər 04 oktyabr 2018-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinin icraatına qəbul edilmiş (İ cild, iş v.24), 18 oktyabr 2018-ci il tarixli qərardadla məhkəmə iclasına iddiaçı, cavabdeh və maraqlı şəxslər - Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs6 və Maraqlı şəxs7 dəvət edilmələri və işə onların iştirakları ilə baxılması qərara alınmışdır (İ cild, iş v.36). Maraqlı şəxslərə 19 oktyabr 2018-ci il tarixli reyestrlə 14 noyabr 2018-ci il tarixə təyin olunmuş məhkəmə iclasın ın vaxtı və yeri haqqında məktub göndərilmiş, bu barədə Maraqlı şəxs1 ünvanlanan məktub poçt xidməti tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır (İ cild, iş v.62-64). 14 noyabr 2018-ci il tarixdə maraqlı şəxslərin iştirakları olmadan işə baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilmiş, həmin qətnamənin surəti maraqlı şəxslərin heç birinə təqdim olunmamış və ya rəsmi qaydada verilməmişdir. Maraqlı şəxs1 tərəfindən Şahbuz Rayon Məhkəməsinə göndərilmiş 27 noyabr 2018-ci il tarixli teleqramda göstərilmişdir ki, “Mən miras məsələsinə görə etiraz edirəm. Daylaqlı kənd sakini İddiaçı1 saxtalaşdıraraq mənim ata evimi öz adlarına keçirmək istəyir. Mən Maraqlı şəxs1 telefon nömrəsi ***-***-**-** budur. Xahiş edirəm ki, mənim şikayətimə ədalətli baxılsın” (İ cild, i ş v.75). 28 dekabr 2022-ci il tarixdə Maraqlı şəxs1 2(090)-249/2018 nömrəli 14 noyabr 2018-ci il tarixli qətnamənin surətinin ona təqdim olunması barədə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət etmiş və həmin tarixdə qeyd olunan qətnamənin surəti rəsmi qaydada ona verilmişdir (İ cild, iş v.84-85). Göstərilənlərdən məlum olur ki, Maraqlı şəxs1 məhkəmənin təşəbbüsü ilə mülki iş üzrə maraqlı şəxs kimi (halbuki işə iddia icraatı qaydasında baxıldığı üçün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmalı idi) cəlb olunsa da, məhkəmə baxışı iclasının (yalnız bir dəfə) vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi vasitəsi ilə xəbərdar edilməmiş, 14 noyabr 2018-ci il tarixdə qəbul olunmuş qətnamə vaxtında rəsmi qaydada ona verilməmiş, bununla da Mülki Prosessual Məcəllənin 134.1, 134.1.4, 134.1.5, 135.1, 135.2 və 227.3-cü maddələrinin tələbləri pozulmuşdur. Hətta 27 noyabr 2018-ci il tarixdə Maraqlı şəxs1 qeyd olunan teleqramla məhkəməyə müraciət etdikdən sonra da, məhkəmə “qətnamənin rəsmi qaydada verilməsi” üzrə vəzifəsini yerinə yetirməmişdir. Yalnız Maraqlı şəxs1 28 dekabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra həmin tarixdə 2(090)-249/2018 nömrəli 14 noyabr 2018-ci il tarixli qətnamənin surəti ona rəsmi qaydada verilmişdir. Qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin məhz həmin gündən hesablanmalı olduğu halda, “qətnamədən apelyasiya şikayəti verə bilmək üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və müddətin Maraqlı şəxs1 münasibətdə bərpa olunması barədə” ərizə i lə birinci instansiya məhkəməsinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” 29 iyun 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “Mülki-prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qətnaməsindən verilən şikayətlər üçün də müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur. MPM-in “Apellyasiya şikayətinin verilmə müddəti” adlanan 360-cı maddəsinə müvafiq olaraq, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər... Qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda n əzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”. Lakin apelyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun verilməməsi nəticəsində apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və sonrakı mərhələdə iddiaçının hüquqi varisi tərəfindən 30 yanvar 2023-cü il tarixli qərardaddan şikayətin verilməsi sözügedən qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilən prosesual müddətin bərpa olunması məsələsinə baxılmasını zəruri etmiş, nəticədə 2(090)-249/2018 nömrəli 12 may 2023-cü il tarixli qərardadla Maraqlı şəxs1 ərizəsinin təmin edilməsi, 14 noyabr 2018-ci il tarixli qətnamədən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddətin buraxılmasının üzrlü hesab edilməsi və həmin qətnamədən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması qərara alınmışdır. Kollegiya iddiaçının hüquqi varisinin şikayətində göstərdiyi “Maraqlı şəxs1 gedən məhkəmə proseslərindən həmin vaxt məlumatlı olması, bu səbəbdən məhkəməyə həmin dövr teleq ram göndərməsi, məqsədli olaraq qətnaməni vaxtında almaması, bütün bunları isə Şahbuz Rayon Məhkəməsinin gözardı edərək buraxılmış prosessual müddəti bərpa etməklə əsassız və qanunsuz olaraq məhkəmədə tərəflər üçün yeni münaqişə mənbəyi yaratması” dəlillərinə münasibətdə qeyd edir ki, Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri, eləcə də müvafiq qətnamənin qəbul edilməsi barədə xəbərdar olması iş materialları ilə müəyyən edilmir. Sözügedən mülki işə isə qısa müddətdə, 1 ay 10 gün ərzində - 1 dəfə məhkəmə hazırlıq və 1 dəfə məhkəmə baxışı iclası keçirilməklə nəticə verilmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 9.1 və 9.2-ci maddələrinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mü bahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmçinin Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər... üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratması isə məhkəmə baxışının əsas prinsiplərindən biridir. Məhkəmə kollegiyası iş üzrə yuxarıda qeyd ol unan faktiki hallara əsaslanmaqla şikayətin digər dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər subyektiv mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə əsasən “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tə rəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin bərpa edilməsi ilə bağlı Maraqlı şəxs1 ərizəsinin təmin olunması barədə çıxarılmış məhkəmə aktı mülki işdəki sənədlərin təhlili baxımından yuxarıda göstərilən meyarlarla həmahənglik tə şkil etməklə Mülki Prosessual Məcəllənin 133-cü maddəsinin məzmunu və təyinatına cavab verən qərardad kimi qəbul olunur. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçının hüquqi varisinin şikayətdə göstərdiyi dəlillərə görə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi “müddətin bərpa edilməsi” barədə 2(090)-249/2018 nömrəli 12 may 2023-cü il tarixli qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Ona görə də iş üzrə həmin qərardaddan iddiaçının hüquqi varisi X6 tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 365, 397.2, 398.0-398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı1 hüquqi varisi X2 şikayəti təmin edilməsin. Şahbuz Ra yon Məhkəməsinin 2(090)-249/2018 nömrəli 12 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar